Bəzi Şəxslərə Azərbaycanda Demokratiya Lazım Deyil

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin AzNews.az-a eksklüziv müsahibəsi:

 

– Müxalif partiyaların “seçki birliyi”, “vahid namizəd” məsələsi göründüyü kimi gerçəkləşə bilmir. Buna səbəb nədir? Sizcə nə baş verməlidir ki, partiyalar seçkilərə vahid namizədlə qatılsınlar?

Vahid namizəd ideyası indiki vəziyyətdə mütləq mənada əcaib bir ideyadır. Bu ideyanı ortaya atanların hansı məqsəd güddükləri aydındır. Başqalarının onların məqsədinin nə olduğunu bilmədiklərini düşünməkləri çox qəribədir. Çünki illərlə formalaşmış primitiv məntiqli insanların birdən-birə dəyişməsi baş verə bilməz.
Birincisi, vahid namizəd ideyası nə vaxt və hansı səbəbdən doğur? Heç olmazsa, bu məsələnin elmi nəzəriyyəsini demirəm, elementar prinsiplərini bilmək lazımdır. Namizədin maliyə imkanları hələ ki, hökumətin qanunla ayırdığı vəsaitdən asılıdır. Belə bir vəziyyətdə əksinə, onlarla müxalifət namizədin olması daha xeyirlidir.

 

-Bəs bu ideyanı ortaya atanlar hansı arqumentlərdən istifadə edir? 

-Bir neçə ay bundan öncə vahid namizəd ideyasının müəlliflərindən biri ağzı köpüklənə-köpüklənə sentyabr ayında bu rejimin axırına çıxacaqlarından dəm vururdu. 3 ay əvvəli görməyi bacarmayan siyasətçilərin kəndiri ilə quyuya hansı azərbaycanlı düşmək istəyəcək? Bilmirəm.

Vahid namizəd ideyası adı ilə istənilən bir yolla, Əli Kərimliyə İsa Qəmbərin liderliyini qəbul etdirmək istəyirlər. Vahid namizəd belə müəyyənləşdirilmir. İlk növbədə namizədlər oturub bu məsələni öz aralarında müzakirə etməlidirlər, ideyalarının üst-üstə düşməyinə və ya yaxın olduğuna əmin (əgər varsa) olmalıdırlar. Söhbət şüarlardan yox, konkret ideyalardan gedir. Gələcək vəzifələri (əgər doğrudan da qalib gələcəklərinə inanırlarsa ) bölməlidirlər. Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası bu müzakirədən sonra vahid namizədin adını açıqlamalıdır. Ondan sonra bu məsələni İP-in müzakirəsinə çıxarmalıdırlar, sonradan isə o biri partiyalardan dəstək almağa cəhd etməlidirlər.

Onlar istəyirlər bu məsələni birbaşa İP-in müzakirəsinə çıxarsınlar. Sonradan bir səs belə çox toplayan artıq prezident seçkilərini udmuş namizəd kimi özünü cəmiyyətə təqdim etsin. Artıq yaşlaşan bu insanlar görəsən nə vaxt azərbaycanlıların hamısının onlar kimi sadəlövh olmadıqlarını başa düşəcəklər? Aydın məsələdir ki, bu ideyadan heç bir şey alınmaz. Vahid namizədliyə iddialı İsa Qəmbər istənilən variantda özünün iddiasından əl çəkən deyil. Çünki, məqsədi prezident seçilmək yox, (həm özünün, həm də Əli Kərimlinin də seçiləcəyinə inanmır) siyasi arenada qalmaqdır. Bu iddiasından onu heç kim geri çəkindirə bilməz. Partiyası belə onu dəstəkləməsə, bir neçə adam və hökumətin dəstəyi ilə namizədliyini verəcək.

Sözsüz, mən komandamla birlikdə belə bir mənasız və gülüş doğuran maskaradda heç vaxt iştirak etməyəcəyəm.

Gələk mənim vahid namizəd olmaq imkanlarıma. Birincisi, mən bu ideyanı heç vaxt irəli sürmərəm. Mənim süni yolla siyasi arenada qalmağıma nə vaxtım var, nə də arzum. Təkcə hökumətə yox, özünü müxalifətin əsas fiqurları hesab edən bəzi şəxslərə Azərbaycanda demokratiya lazım deyil. Mənim məqsədim fərqlidir, kimin rəhbərliyi altında olmasından asılı olmayaraq, ölkədə demokratiyanı qurmaqdır. Bu ideyamı dəfələrlə konkret şəkildə həyata keçirmişəm. Elə bircə 1993-1996-cı illərdə parlamentdə müxalif jurnalistlərə necə münasibət göstərdiyimi misal çəkmək yetərlidir. Fikrimcə, onların o vaxt parlamentin işində iştirak etmək, istənilən yazını yazmaq imkanları nə əvvəllər olmuşdu, nə də sonralar davam etdi.

 

– Sizcə demokratik seçki mühitini necə yaratmaq olar? Tutaq ki, sizi dəstəkləyən bir neçə qurum var və onlar seçkilərdə bir komanda şəklində fəaliyyət göstərəcək. Bu qrupla istənilən seçki mühitini yaratmaq, islahatların aparılmasına nail olmaq mümkündürmü?

– Bilirsiniz, istər müxalifət, istərsə də hökumətdən kiminsə özünü demokrat adlandırıb, faktiki demokrat olmamasının toxunduğunuz məsələyə heç bir aidiyyəti yoxdur. Məsələ ondadır ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə ölkə demokratik olmağa məhkum edilib. Dövlətin 3 institutunun əsas vəzifəsi belə bir cəmiyyətin yaranmasını, yaşamasını və müdafiə etməsini təmin etməkdir. Cəmiyyətdə özlərini müxalifət adlandıran, rejimi dəyişmək, məsələn, İslam Respublikası yaratmaq istəyən qruplar da ola bilər. Dövlətin prezident, parlament və məhkəmə institutlarının vəzifəsi bunların qarşısını almaqdır. Demokratik seçkiləri təşkil etmək müxalifətin yox, hakimiyyətin işidir. Bütün seçkili demokratik ölkələrdə hökumətin seçkiləri təşkil edən Mərkəzi Seçki Komissiyasının işlərinə qarışmaq hüququ yoxdur. Seçki prosesini həyata keçirmək üçün həmin quruma büdcədən vəsait ayrılır və bununla da hökumətlə onun arasında əlaqələr başa çatır.

Bəzi liderlərin 10 illərlə özünü partiya sədri vəzifəsində saxlaması sözsüz, həmin müxalifət liderinin demokratiya barədə dediklərinin səmimiliyinə inanmasını çətinləşdirir. Ancaq burası Azərbaycandır, bizdə hər şey unikaldır. Məsələn, 20 il bütün seçkiləri uduzan və ya yaranmış ictimai, siyasi vəziyyətə heç bir təsir göstərə bilməyən partiya özünü güc mərkəzi adlandıra və sədri də ölənə qədər vəzifəsində qala bilər. Bunların hamısı Ginnesin rekordlar kitabına düşməlidir. Çünki heç vaxt, heç yerdə belə şeylər baş verməyib.

Ancaq Azərbaycanda 20 ildə seçkidən-seçkiyə heç nəyə nail olmadığına görə camaatın ona olan inamını sıfıra endirən siyasətçilərin siyasi səhnədə yenə baş rolda çıxış etmək arzusu nə qədər absurddursa, ona baş rolu verənlərin mövqeyi ondan da absurddur.

 

– ACP-də belə fikirlər səslənir ki, seçki mühiti formalaşmadan “vahid namizəd”in ortaya atılmasının mənası yoxdur. Seçki mühitinin yalnız müxalifətin birliyi, danışıqlar, dialoqla həlli mümkün hesab edilsə də, bu birliyə inanmayan partiyalar, “demokratik seçki” dedikləri mühitin də elə havadan asılı bir şey olacağını deyirlər. Əgər belədirsə, nə edilməlidir və ümidiniz nəyədir? 

– Bu sualınızı fikirləşirəm ki, artıq cavablandırmışam.

 

– Sizi – Rəsul Quliyevi müdafiə edən qurum bu cür təzadlı fikirlər səsləndirir, digər tərəfdən sizi “vahid namizəd” kimi dəstəkləyəcəklərini və partiyaların ətrafınızda cəmlənməsini arzu edirlər. Buna gedəcəksinizmi? Və seçkiyə virtual qatılmanız mümkündürmü?

– Vahid namizəd məsələsinə kifayət qədər fikrimi bildirdim. Həm mənim, həm də komandanın “vahid namizəd’’ anlayışı fərqlidir. Biz vahid namizəd deyəndə, bütün partiyaların hansısa konfransda səs vermək yolu ilə səni vahid namizəd elan etməsi kimi düşünmürük. Bizi özünü “aparıcı” partiya lideri hesab edən kimlərinsə məni vahid namizəd kimi qəbul edib-etməməsi heç maraqlandırmır. Bütün rayonlarda təşkilatları olan və 15-20 min üzvü olduğunu iddia edən bu partiyalar keçirdikləri mitinqlərə heç 2 min adam çıxara bilmir.

Ölkədə olan partiya liderlərinin Azərbaycan vətəndaşları ilə məndən çox ünsiyyətdə olduğunu qeyd edənlər özləri də bilir ki, yanılırlar və bu belə deyil. ABŞ-da oturub xalqdan ayrı düşməklə evində və ya qərargahında oturub xalqdan ayrı düşməyin arasında elə bir fərq görmürəm.

Ziyalılar arasında mənim tutduğum mövqe nə səviyyədədir, hökumət məmurlarının münasibəti necədir? Bu və digər faktorları toplayıb başqa potensialı ola biləcək namizədlərlə müqayisə aparıram. Müqayisə göstərir ki, “tükənmiş” Rəsul Quliyev tükənməz enerjililərdən çox irəlidir. Küçədə, bacada onlarla dəliqanlının çığır-bağır salmasına söykənib prezident seçkilərinə getmək olmaz, mənim əzizlərim. Əgər azad seçkilər olsa, səs verməyə gəlmiş vətəndaş hökmən fikirləşəcək: filankəsə nəyə görə səs verməliyəm, indiyə qədər nə edib mənim üçün, bu millət üçün. Siz özünüz cavab tapa bilirsinizsə, onlar da tapa biləcəklər. Ancaq mövcud olmayan şeyi tapmaq çox çətindir.

2005-ci il parlament seçkilərində   küçədə, bacada mənim üçün çığırıb-bağıran yox idi. Azərbaycan TV-si bir aydan çox idi ki, hər gün mənim ‘’cinayətlərimdən’’ danışır, həbs olunmuş nazirləri mənimlə bağlayırdı. Ancaq qutular açılanda həqiqət üzə çıxdı.

Seçkilərə qatılmaq üçün bütün mümkün və qeyri-mümkün, ağla sığan və sığmaz vasitələrdən istifadə edəcəyəm. Sadəcə, bu hökümətin xalqı faciyəyə aparan siyasətinin qarşısı alınmalıdır.

 
Tahirə Qafarlı
AzNews.az

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: