Demokratik Qüvvələrin Məşvərət Məclisinin Yaradılması

 

Bu gün 17 siyasi partiyanın iştirakı ilə müxalifət qüvvələrinin görüşü keçirilib.

AMİP-in mətbuat xidmətindən Azpolitika.com-a daxil olan məlumata görə, keçirilən görüşdə Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Həsən Kərimov (AXCP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar partiyası), Fuad Əliyev (ALDP), Arif İsmayılbəyli (VHP), Bakir Həsənbəyli (Ümid), Hacıbaba Əzimov (VAMBP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası), Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər. Müzakirələrdə demokratik seçki mühitinin formalaşdırılması üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, demokratik müxalifətin inteqrasiya perspektivləri və digər məsələlər müzakirə olunub.

Daha sonra tezislər səsləndirilib:

–      Demokratik müxalifətin inteqrasiya perspektivləri ilk növbədə, onların bu günə və sabaha ortaq baxışının formalaşmasından keçir.

–      Bu gün Azərbaycanda korrupsioner, totalitarizmə meyllənən sərt avtoritar – antidemokratik rejim formalaşıb.

–      Bu rejimin alternativi ölkənin ciddi – öz xalqı qarşısında ictimai məsuliyyətini dərk edən, intizamlı və mütəşəkkil – demokratik qüvvələrinin birliyi ola bilər.

–      İttifaqın başlıca məqsədi ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması, azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik mühitin formalaşdırılması və nəhayət, demokratiyaya keçidin təmin edilməsi olmalı,

–      İttifaqın vahid siyasi komandası, vahid seçki qərargahı formalaşdırılmalı, siyasi platforması və islahatlar proqramı işlənib hazırlanmalı, seçki ilinə hesablanmış geri sayımalı iş qrafiki və planı tərtib edilməli,

–      Başlıca şüarı (və onlardan biri) – “Azərbaycan demokratikləşməli, azad dünyaya inteqrasiya etməli və qloballaşma aktiv uyğunlaşmalı!” – olmalı,

–      Başlıca strategiya avtoritarizmdən demokratiyaya yumşaq keçid olmalı,

–      İttifaq konstitusiya və ölkə qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməli, yalnız dinc, demokratik mübarizə üsullarından istifadə etməlidi (başqa sözlə, demokratiyanın alternativi yoxdu!) .

Müzakirələrin sonunda müxalifət qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və müzakirələrin davamlılığını təmin etmək məqsədilə Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) yaradılması qərara alınıb. İştirakçılardan yalnız AXCP nümayəndəsi Həsən Kərimov səsvermədə iştirak etməyərək partiyanın müvafiq qurumlarında müzakirə edildikdən sonra mövqe bildirəcəklərini deyib.

Qərara alınıb ki, növbəti toplantıya qədər Məşvərət Məclisinin Əsasnaməsi hazırlansın və müzakirəyə çıxarılsın.

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

13 Cavab to “Demokratik Qüvvələrin Məşvərət Məclisinin Yaradılması”

  1. Musavat niye bes y0xdur ?

      • Düzü mən Qəmbərin inervyusuna axıra qədər qulaq asa bilmədim.Sadəcə onun verlişin əvvəlində apardığı mübahisə verdiyi cavablar baxmayaraq ki,onun səviyyəsini yaxşı bilirdim,məni çaşdırdı.Doğrudan Azərbaycan xalqı o gündədirki, bu qədərhəyatda 18 yaşından bu günə qədər heç bir nailiyyəti olmayan,bu gündə seçkidə iştirak etməkdən başqa bir şey bilməyən insan belə bir bəyanatla çıxış edə bilər. Xahiş edirəm onun intervyusuna analizli münasibətinizi bildirəsiniz.Onun hansı cümlələri məni belə fikrə düşməyə məcbur edibi tapa bilsəniz məmnun olaram.

  2. Bu addimin özü müxalifetin parcalanmasina xidmet edir, Musavat hesab edir ki, bu teshkilat Ictimai Palataya alternetiv yaralidilib. Yaxshi eger siz düshündüyünüz kimidirse, bes onda niye 17 partiya? Ictimayi Palatanin son fealiyyetlerini görürük. Tez bir zamanda özlerini demokrat adlandiranlar nece diktatorluq yaratdilar ki, artiq IP-nin yaradilmasinda emekleri olmush shexsler artiq orani terk edibler. Mence fealiyyetlerinin rengarengliyinden asili olmayaraq 17 partiya nümayendeleri bir yere yigisha biliblerse, bunun özü gözel neticedir, kim ne meqsedle gelib?, bunu zaman gösterecek.

    • Salam Rəsul bəy.Belə bir qanun çıxardılar.. Vəzifəli şəxslər qazandıqları vəsait barədə açıqlama verəcəklər

      Korrupsiyanın təməlini qoyan bir adam korrupsiyaya qarşı getməsi qəribə görsənir…

      Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin tərkib hissəsi kimi vəzifəli şəxslər öz maliyyə vəziyyəti barədə bəyannamələr verməli olacaq.

      Bu prezident İlham Əliyevin təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda maraqlar toqquşmasının qarşısının alınması üçün yeniliklərdə nəzərdə tutulur. Bu addımlardan biri vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi olacaq. Sənədə əsasən, Nazirlər Kabineti, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya bununla bağlı təklifləri 2013-cü il ərzində hazırlamalıdırlar.

  3. Musavat ora gelmeyib indi oz aleminde “guclu” partiya hesab edir ozunu. Vallah partiyanin boyuyu, balacasi olmur. Gerek LIDER olsun. Yaman korlug cekirler.

  4. YENİ MÜXALİFƏT ALYANSI YARANIR

    DEMOKRATİK QÜVVƏLƏRİN MƏŞVƏRƏT MƏCLİSİ AZƏRBAYCAN MÜXALİFƏTİNİN BİRLİYİDİR
    Müxalifətin böyük birliyi yarandı və sonradan bir neçə kiçik partiya bəyan elədi: Biz Məşvərət Məclisinə heç vaxt qoşulmyacağıq. Bu bir qrant layihəsi deyil ki,qoşulasınınız! Bu birlikdir, müxalifətin birliyidir! İllərdir yaranmasına imkan vermədiyiniz birlik! Ağalarınızdan icazə almamış siz heç yerə qoşula bilməzsiniz! Axı sizin ixtiyarınız öz əlinizdə deyil! Bu prezident aparatında və yaxud xüsusi xidmət orqanlarının siyasi şöbələrində hazırlanmış,və yaxud qabaqlarında təzim etdiyiniz Amerika və İngiltərə səfirlərinin proyekti deyil ki,iştirak edib Azərbaycan xalqının bu iqtidar tərəfindən rüşvət kimi verildiyi milyonlardan tula payı alasınız!
    Siz qoşulmayın!
    Zatən bu xalqın iyrmi ildir ki, göylərə ucalan naləsinə qoşulmursunuz. Bu bilrikdir, göz yaşında boğulan anaların fəryadına dözə bilməyən millət oğullarının birliyidir. Bu hər gün bu mənfur rejimin idarəsi altında şəhid olan əsgərin atasının için –için sızlayan hıçqırıqlarından yaranan birlikdir. Bu kəndlərimizdə minlərlə başsız qalan Azərbaycan qadının birlik deyən səsidir. Çadar-çadar olmuş, Azərbaycan iqtidarının cəsarətsizliyindən təngə gəlmiş, düşmənə bar verməyən Türk torpqağının iyirmi ildir harayından yaranan bilrikdir!
    Bu övaldına məktəb ləvazimatı ala bilməynlərin,həkim, müəllim, mühəndis kimi mütərəqqi peşə sahiblərinin, məcburən rüşvətə təhrik edilənlərin eitraz səsindən yaranan birlikdir.
    Bu fahişəliyə məcbur edilmiş on minlərlə yad ölkələrdə can satan Azərbaycan xanımının qoruya bilmədiyimiz namusunun………..
    Bu iqtidara dur deyən siyasi liderlərin cəsarətli birliyidir! Müxalifətin bilrəşməyini istəyən, ölkəni tərk etmiş iki milyondan çox Azərbaycan vətəndaşının son nəfəsindən yaranan birlikdir!
    Qəbir yerinə pul tapmayan nurani qocanın saqqalından süzülən göz yaşından yaranan birlikdir. Minlərlə döyüşçü,Qarabağ əlilinin, öz hqqını ala biməyən milyonalrın birliyidir!
    Hətda evdar qadınlar belə müxlaifətin birləşməyini istəyir.
    Siz qoşulmayın! Azərbaycan xalqının işıqlı gələcəyinə aparacaq birliyə qoşulmayın!
    Qoşulmayın siz azərbaycan xalqını iyirmi ildir aldada-aldada gəlirisniz.Hər il bu yalançı iqtidar Qarabağı alan kimi, siz də hakimiyyətə gəlirik deyə bu millətin başının altına yastıq qoyursunuz!
    Biz hamımız bir yerdə bu avtoritar rejimin demokratikləşməsi üçün bir olmalıyıq.Adının nə olmasından asılı olmayaraq biz bir qardaş kimi, bir millətdaş kimi, bir vətəndaş kimi bir yerdə olmağa məhkumuq, qardaşlar!
    Bu millət sevgisi, vətən və dövlət təəssübü bizim missiyamızdır. Biz Azərbaycanı sevməyə məhkumuq və bunu reallaşdırmaq yalnız bizim birliymizdən keçir!
    Bu birlik Azərbaycan xalqının xilasını fikirləşən on yeddi vətənpərvər siyasətçinin əzabları hesabına əmələ gəlmişdir!
    Azərbaycan müxalifətinin siyasi birliyi DQMM- dır. Ondan kənarda siyasi bilrik yoxdur!
    Ya biz bütün müxalifət, kiçik və böyüklüyündən asılı olmayaraq mübarizəni birgə aparmalı və Azərbaycan dövlətçiliyini qorumalıyıq, ya da illərdir məqam gözləyən düşmənlər, iqtidarlı- müxalifətli bizi məhv edəcək,dövlətimizi dağıdıb xalqımızı da əsir edəcəklər!
    Bu dünyada bizləri bilrəşdirən iki müqəddəs dəyər var, biri bizim bu günə qədər dünyasını dəyişmiş əzizlərimizin ruhu, digəri isə öyündüyümüz Azərbaycandır!
    Biz bu Azərbaycanı qorumaqla müqəddəs ruhlarımıza da xidmət etmiş olarıq!
    Mən hamını birlikdə mübarizəyə səsləyirəm.
    AZƏRBAYCAN NAMİNƏ! Şakir Ulubəy.

  5. YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadənin “dahiyanə” fikirləri: “Müxalifətin bu seçkilərdə də qalib gəlməsi mümkün deyil” http://presspost.az/?p=10590

    • Aydın Agazadə düz deyir,əgər xalq ayaga qalxmasa yenə də saxtakarlıq baş alıb gedəcək.İqtidar arxayındır ki,Ulu öndərin xalqın qanına yeritdiyi parçalanma siyasətindən xalq heç zaman ayaga qalxa bilməz+belə yaltaqlar son nəfəslərinə qədər cənfaşanlıq edəcəklər ki,xalqda birlik,təpər yaranmasın.Demirəm ki,xalq ayaga qalxıb müharibə aparsın,sadəcə qürura gəlib bu qəddar hakimiyyətə etirazını bildirməsi kifayət edər ki,bunlar rədd olub getsinlər.Hələki xalq fil qulagında uyuyur və iş qalıb Allaha.

  6. Salam Rəsul müəllim.İsa Qəmbərə nədənsə yalnız 2003 -cü il haqda soruşurlar.Heç kim sual vermirki, bəs 2005-ci il 26 noyabrda meydandan niyə qaçdın,sənin 3-4 özün kimi riyakar dostların deputat mandatına milləti niyə satdız,və sırf bu addım seçkiləri leqitimləşdirdi.Soruşan yoxdur ki,o zaman deyirdin bu addımın müsbət addım olduğunu görəcəksiz.Gördük,millət müxalifətə inamını tam itirdi.Bu adam yenə deyir ki mən 2013-də yenə vahid namizəd olacam və xalq məni seçəcək.Mən anlaya bilmirəm bu adam həqiqətənmi sağlam düşüncəyə malik deyil?Bu adamla indiyə qədər hansı partiya müttəfiq olub sonda parçalanıb.(AXC,AMİP,ADP və s.)Mən sadəcə olaraq musavatdakı ağıllı,həqiqi vətənpərvər insanları anlaya bilmirəm,bu insanın iç üzünü necə görmürlər.Rəsul müəllim Siz onunla çox ünsiyyətdə olmusuz,bəlkə Siz biləsiz bu insanın doğurdanmı düşüncə qabiliyyəti zəifdir,yoxsa satqınlıq iyisi mi gəlir?

  7. Hamı bu hakimiyyəti söyür,qargıyır,lakin qorxusundan susur,düşünmür ki,güc birlikdədir.Əgər düşünsə və ACP də birləşsə inanın ki,hakimiyyət qorxusundan vəhiməyə düşüb qaçacaq!Heç meydanlara da yıgılmaga ehtiyac olmayacaq,sadəcə imzaları ilə etiraz etməklə hakimiyyəti Afrikaya qədər qovacaq.

  8. DEMOKRATİK QÜVVƏLƏRİN MƏŞVƏRƏT MƏCLİSİ YARANDI

  9. Belə bir misal var,deyirlərki Bir fransız və bir müsəlman,hansı qalib gələr?Deyir əlbəttə ki,müsəlman.Bəs bir fransız beş müsəlman,o zaman kim qalib gələr?Deyir ki,fransız.Niyə belə,çünki çoxluq olanda hərə bir tərəfə çəkəcək.
    indi isə əzizlərim,bir iqtidar və onun bir partiyası var.O zaman biz bu iqtidara qalib gələ bilərikmi,özü də İsa Qənbər və digər satılmış müxalifətçilərlə?Ey mənim xalqım biz heç bir müxalifətə arxayın ola bilmərik,bunu düzgün dərk etməliyik.Çıxış yolumuz yalnız Rəsul Quliyevin başçılıgı ilə sıx birləşib azadlıgımıza nail olmaqdır.Əgər bunu edə bilməsək heç vaxt bu xalq əsarətdən qurtula bilməyəcək,mən bunu tam səmimi deyirəm.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: