Həqiqəti Söyləməklə Dəstəyi Itirdiyimi Bilsəm də Həqiqəti Gizlətmirəm

Bilindiyi kimi, Heydər Əliyev hakimiyyətə yenicə gəldiyi sıralarda MM-in o dövrdəki sədri İsa Qəmbər bir günlüyə həbs olunmuş, ertəsi gün isə həbsdən azadlığa buraxılmışdı. O dövrdən bu yana hər dəfə yaxın ətrafı həbsə məruz qalsa da İsa bəyi  həbs etmək mümkün olmur.  Bunun altında yatan sirr pərdəsi nədən ibarətdir?

Eks-spiker Rəsul Quliyev öz bloqunda bir oxucunun sualını cavablandırarkən bu məsələyə qismən aydınlıq gətirməyə çalışıb. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb həm Sultan adlı oxucunun sualını, həm də eks-spikerin ona cavabını təqdim edirik.

 

Sual: Salam, Rəsul müəllim!

Siz mərhum prezident H.Əliyevlə 3 (üç) il birlikdə çalışmısınız. Sizin intellektual səviyyəniz həm xalqa, həm də mərhum prezident H.Əliyevə məlum idi. Odur ki, Sizdən bir-iki məsələyə aydınlıq gətirməyi çox-çox xahiş edirəm. Çünki, Sizin səmimi cavabınız xalqa çox kömək edə bilər.

Birinci sualım: 1993-cü ilin iyun hadisələri zamanı rəhmətlik H.Əliyev Milli Məclisin (MM) sədri seçildikdən sonra Gəncə hadisələri ilə əlaqədar əvvəlki (cəbhə) iqtidarının bir neçə rəhbər vəzifəlisini elə MM-də iclas gedərkən sorğu-suala tuturdu, səmimi desək həqiqətən elə bil ki, məhkəmə qurulmuşdu. Növbə İ.Qəmbərə gəlib çatdıqda o, İ.Qəmbər sorğu-suala cavab verməyəcəyini bildirdi və “… fasilə zamanı yarımsaatlıq mən binanı tərk etmək istəyəndə imkan vermədilər və dedilər ki, Siz burda qalmalısız… Bəlkə də Ali Sovetin indiki sədri H.Əliyevin hakimiyyəti dövründə Azərbaycanı gözləyən, təəssüf ki, bəlaları görməmək üçün yaxın müddətdə bəlkə də ən yaxşı yer həbsxanadır” dedi. Cəbhə iqtidarının başqa üzvləri kimi İ.Qəmbər də həmin gün həbs edildi. Lakin bir gündən sonra –səhərisi gün H.Əliyev 7 milyonluq Azərbaycan xalqı qarşısında  “… mənə xəbər çatdırdılar ki, ….Ali Sovetin sədri İsa Qəmbərovu həbs ediblər. Onu azad etdim.” 7 milyonluq Azərbaycan xalqı və həmin hadisələri izləyən şəxslər sadəcə desək H.Əliyevin səmimi danışmadığını anladılar və H.Əliyevin belə bir “yalan” danışmasına heyrətləndilər. Həqiqət budur. Əlahəzrət fakt budur. Hadisələri təfrif etmək lazım deyil.

Rəsul müəllim, əvvəldə qeyd etdiyim kimi Siz mərhum prezident H.Əliyevlə 3 (üç) il birlikdə çalışmısınız və H.Əliyevin də Sizə inamı böyük idi. Mən əminəm ki, Siz bu məsələni bilirsiniz. Odur ki, çox rica edirəm hansı dövlət başçısı və ya hansı şəxs H.Əliyevdən İsa Qəmbərovu həbsdən azad etdirdiyini xalqa deyin. Artıq xeyli vaxt keçib XALQ BUNLARI BİLMƏLİDİR!

Rəsul müəllim, əgər Siz bu və başqa bir çox faktları (növbəti suallarım o haqda olacaq) xalqa açmasanız xalqın təmənnasız hərəkata qoşulan, həqiqi vətənpərvər övladları Sizi dəstəkləməyəcək. İnanın mənə! 2003-cü il seçkilərində tərəfdaşlarını qırğına verib özü isə sakitcə qərargahı tərk edən və sonra da 10-15 gün evində dövlətin polisi tərəfindən qorunan İ.Qəmbərin iç üzünü açmaq lazımdır. Əgər Siz bunları açmasanız xalq Sizi də bağışlamayacaq. Xalqın bir sadəcə siyasi savadsız hissəsinə ümid etmək olmaz. Əks halda Siz heç nəyə nail olmacaqsınız.

Sultan

 

Cavab:

-Sizin sualı qismən cavablandıracağam. Ancaq xalqın məni dəstəkləməsi xətrinə bu işi görmürəm. Ümumiyyətlə, xalqla alver etməkdən zəhləm gedir. Bir çox vaxtlar həqiqəti söyləməklə dəstəyi itirdiyimi bilsəm də həqiqəti gizlətmirəm.

Əliyevin hakimiyyətə gəlməsi 10 gündən bir qədər artıq idi. Əliyevin hakimiyyətə gəlməsinə kimlər kömək etmişdi? Türkiyə- başda Dəmirəl olmaqla, Rusiya- Primakovun təklifi ilə, Ermənistan -Ter Petrosyanın DQ-ı Əliyevin onlara verəcək şərtinə razılaşdığı üçün, İran- Xaməneyi və prezident Rəfsəncaninin (Əliyev onlara da neft kontraktında iştirak etməklərinə şərait yaradacağına söz vermişdi), Xalq Cəbhəsi höküməti -İ.Qəmbər və P Hüseynovun təklifi ilə.

Bildiyiniz kimi Əliyev verdiyi sözlərin heç birinə axıra qədər əməl etmədi. Ən çox yerinə yetirdiyi Dəmirəl və Ter Petrosyana verdiyi vədlərdir. İndi gələk İsa Qəmbərin tutulması məsələsinə. O, guya S. Hüseynovun (əslində o həqiqətən bu məsələni qaldırmışdı) təkiylə İsa Qəmbərin tutulmasına razılıq verib. Mənə çatdıranda ki, İ.Qəmbəri həbs ediblər, həmin dəqiqə H. Əliyevdə səhv addım atdığını bildirib bu dəqiqə onu azad etmək tələbini irəli sürdüm. O, and içdi ki xəbəri olmayıb, S.Hüseynov İsa Qəmbəri həbs edib və vertalyotla Gəncəyə apartdırıb.Və guya bu dəli Sürətlə dil tapmağın mümkün olmadığını dedi. Sürətlə danışdım, o da cavabında “ay Rəsul müəllim, sizin nəyinizə lazımdır, mən bu işi ağsaqqalın iczəsi ilə etmişəm”- dedi. Bundan sonra Əliyevin belə yalandan “mənim xəbərim yoxdur” nağılları tez tez təkrar olurdu. Bilsə də ki, mən buna inanmıram yenə şakərindən xils ola bilmirdi.

İndi qayıdaq İsa Qəmbərin azad olmasını kimlər xahiş etmişdi sualına. Birincisi RF -sı Primakovun təhriki ilə, ikincisi ABŞ-ın səfiri (daha doğrusu səfir əvəzinin konqresmenlərin müraciətini əsas götürərək xahiş edib), üçüncüsü Dəmirəl  (O, Heydər Əliyevə “dostum qardaşım bu, sizin imicinizə pis təsir edər, burax o cocuğu” demişdi.) Ən nəhayət, onun ətrafında olan mənim kimilərin təhriki də bu işdə az rol oynamamışdı. Burada söhbət İsa Qəmbərin fiqurasından getmir. Onun yerinə istənilən adam,  lap YAP-danda kimsə parlament sədri olsa idi, Türkiyə və ABŞ-ın münasibəti eyni olacaqdı.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: