– Azərbaycanın xarici siyasətini necə dəyərləndirirsiniz?
– Dünyada gedən proseslər heç vaxt belə mürəkkəb olmamışdı. Rusiyanın güclənməsi, Yaxın və Orta Şərqdə müxtəlif rəngli siyasi maraqların toqquşması, ABŞ-ın qətiyyətli və vaxtında qərar qəbul etməməsi, Çinin həm iqtisadi, həm də hərbi gücünün gündən-günə artması, Avropa Birliyinin mövqeyini gücləndirmək istəyi demək olar ki, bir-birlərinə inkar siyasətlərinin formalaşmasına gətirib çıxardıb. Belə bir vəziyyətdə Azərbaycan kimi kiçik ölkələrin xarici siyasəti, xüsusilə balanslaşdırılmalıdır. Torpaqlarımızın işğal altında olduğunu da nəzərə alsaq, siyasət zərgər dəqiqliyi ilə aparılmalıdır. Bizim xarici siyasət nəinki zərgər dəqiqliyi ilə, heç dəmirçi ustalığı ilə də aparılmır. Ölkənin prezidenti hələ də anlaya bilmir ki, xarici ölkələrin liderləri onun “baş üstə” deyən məmurları deyildir. Hələ də anlamır ki, hamını Lukaşenko və Saakaşvili kimi pul ilə almaq olmaz. Türkiyənin rəhbərliyində olduğu kimi birgə biznes qurmaq olmaz. Nəticə göz qabağındadır. Bu gün Azərbaycanın həqiqətən yanında dayanan bir ölkə də qalmayıb. Təəssüf ki, azərbaycanlılardan başqa bunu hamı bilir.
– Azərbaycan iqtidarı xarici siyasətin uğurlarından danışır. Bəs sizin fikriniz nədir?
– Hərdən bir “sülh yolu ilə alınmasa, torpaqlarımızı silah gücünə azad edəcəyik” ritorikasını uğur hesab etmək olarsa … Azərbaycan hakimiyyəti hələ də “lazım gələrsə” fikri üzərində dayanır.
– 20 ildir torpağını geri ala bilməyən bir ölkənin xarici siyasətində uğurlu çalarlar tapmaq mümkündürmü?
Söhbət ancaq işğal altında olan torpaqların geri qaytarmasından getsəydi, bəlkə də polemikaya qatılmaq olardı. Məsələ ondadır ki, buna heç cəhd də olunmayıb. İndiki iqtidarın marağında deyil ki, torpaqlarımızın geri qaytarılmasına cəhd göstərsin. Qarabağdakı hazırkı “status-kvo” Azərbaycan hakimiyyətinə də sərf edir. Bu faktor hakimiyyətin ömrünün uzanmasına dəstəkdir.
– Güclü orduya malik olduğunu iddia edən Azərbaycan iqtidarı nədən bu münaqişənin həllini yubadır?
– Bu boş bəyanatların hesabına bu gün Ermənistan ordusunda S-300 təyyarə vuran raketlər, müasir qırıcı təyyarələr, modernə olunmuş T-72 tankları, müasir dəmir-beton müdafiə sədləri mövcuddur. Faktiki olaraq çox böyük tələfatlar vermədən bu sədləri keçmək mümkün deyildir. Bu boşboğaz adamların halına acıyıram, ancaq bunun bizim millətimizə bir xeyri yoxdur.
– Bəs Azərbaycanın regiondakı siyasətində çatışmayan faktorlar….
– Azərbaycanda region siyasəti yoxdur. Sadəcə olaraq Saakaşvilinin “sən mənə bunları ver, mən də sənin üçün Avropa və ABŞ-da lobbiçilik edəcəyəmdir” vəssalam.
– Azərbaycan-Türkiyə qardaşlığından danışılır. Amma rəsmi Ankaradan fərqli olaraq Azərbaycan viza rejimini ləğv etməyib…
– Viza məsələsi münasibətləri müəyyənləşdirən qlobal məsələ deyildir.
– Azərbaycanın Qərbə meyllənməsinin əsl səbəbi. Belə demək mümkündürsə, Azərbaycan Qərbdə dost axtarışına çıxmayıbmı və bu axtarışdan gözləntiləriniz?
– Bizim başda prezident olmaqla başa bəla məmurların pulları, saysız, hesabsız mülkiyətləri, uşaqlarının vətəndaşlığı hamısı Qərb ölkələrində, bir qədər də Ərəb Əmirliyindədir. Onların Azərbaycandakı varidatları xaricdə olanların heç 10 faizini təşkil etmir. Ona görə də istənilən variantda Qərbə yaltaqlanan siyasət aparacaqlar.
– Necə fikirləşirsiniz Yaxın və Orta Şərqdə baş verənlər Qafqazda qığılcım yarada bilərmi? Bunun üçün daha çox hansı ölkədə zəmin var?
– Qafqaz respublikalarından Ermənistandan danışmağa dəyməz. Azərbaycana nisbətən Gürcüstanda demokratiya qığılcımları közərməkdədir. Azərbaycanda isə vəziyyət tamamilə başqadır. Məmur özbaşnalığı, diktatura rejimi, demokratiyanın pozulması. seçkilərin saxtalaşdırılması və s. amillər tezliklə Azərbaycana da ərəb baharının yetişəcəyindən xəbər verir. Bunun qarşısını birlikdə almasaq, onda Azərbaycan xəritədən silinə bilər. Çünki dövlətimiz elə bir geosiyasi regionda yerləşir ki, burada siyasət düzgün qurulmalıdır. Ən başlıcası isə hakimiyyətin ailəyə yox, xalqa məxsusluğunu təmin etmək lazımdır. Dünyada və regionda balanslaşdırılmış siyasət yürütmək lazımdır.
Hello there, You’ve done a great job. I will
certainly digg it and personally recommend to my friends. I’m confident they will
be benefited from this site.
I’m really loving the theme/design of your website. Do you ever run into any
web browser compatibility problems? A number of my blog readers have complained about my blog not operating correctly
in Explorer but looks great in Safari. Do you have any ideas to help fix this problem?
I believe this is one of the such a lot significant
information for me. And i am satisfied reading your article.
But should observation on few common things, The
site style is great, the articles is in reality great
: D. Good process, cheers