Vahid Namizəd Barədə Canfəşanlıq Don Kixotluqdan Başqa Bir Şey Deyildir

 

ACP lideri, eks-spiker Rəsul Quliyev “Gündəlik Bakı”ya müsahibə verib.

 

– ABŞ-DAKI SİYASİ FƏALİYYƏTİNİZ, GÖRÜŞLƏRİNİZ BARƏDƏ MƏLUMAT VERİN. BİR QƏDƏR ƏVVƏL BAŞA ÇATMIŞ AVROPA SƏFƏRİNİZİN YEKUNLARI HANSI MÜSBƏT NƏTİCƏLƏRLƏ YADDA QALDI?

– Siyasi fəaliyyətim, xarici dövlət rəsmiləri ilə keçirdiyim görüşlərdə əsas məqsədim 2013-cü ildə Azərbaycanda demokratiyanın bərpasını təmin etməkdir. Bu məqsəd yolunda 3 istiqamətdə kompleks şəkildə işlər görürəm və onları detalları ilə yazmaq həm yorucu olar, həm də elə bir əhəmiyyəti yoxdur. ABŞ, Almaniya, Norveç və Avropa İttifaqında son 4-5 ayda 80-ə yaxın görüş keçirmişəm. Bu görüşlərin 80 faizi parlamentlərdə, 20 faizi hökümət idarələrində olub. Məqsəd ABŞ Konqresi və Aİ-nın parlamentinin Azərbaycanda seçkilərlə əlaqədar qətnamələrin qəbul edilməsinə nail olmaqdır. Bu qətnamələr qətiyyətli xəbərdarlıq qətnamələri olmalıdır. Bu gün də bu istiqamətdə işlər davam etdirilir və ümid edirəm ki, bu qərarlar qəbul ediləcək.   İkinci istiqamət Azərbaycanla qonşu dövlətlər Rusiya və Türkiyə Cumhuriyyəti ilə dialoqun yaradılmasına nail olmaqdır. Bu gün bu iki dövlətin son 19 ildə həmişə Azərbaycandakı totalitar rejimi dəstəklədikləri sirr deyildir. Həmçinin onların nümayəndələri beynəlxalq təşkilatlarda da bu rejimi dəstəkləyirlər. Bu istiqamətdə də iş aparılır. Üçüncüsü isə   Azərbaycanın daxilində protest hərəkatını gücləndirməkdir.

 

– SÜLHƏDDİN ƏKBƏRİN AÇIQ CƏMİYYƏT PARTİYASINA SƏDR SEÇİLMƏSİNDƏN SONRA ACP-NİN FƏALİYYƏTİNDƏ HANSI DƏYİŞİKLİKLƏR BAŞ VERDİ?

– Sülhəddin Əkbər sədr seçiləndən sonra ACP-də canlanma müşahidə olundu. O kifayət qədər ciddi və təşkilatlanmağı bacaran adamdır. Hər həftə partiyanın Ali Məclisinin iclası keçirilir, partiya sıralaı gündən-günə genişlənir, başqa partiyaların liderləri ilə intensiv görüşlər keçirirlər. Özünüz də media təmsilçisi kimi şahidsiniz ki, yerli mətbuat ACP-dən nə qədər bəhs edir. Tez bir zamanda ACP-nin nüfuz qazanması məhz Sülhəddin Əkbərin təşkilatçılığı və partiya rəhbərliyinin əzmkarlığının göstəricisidir. ACP hələ Azərbaycan siyasətində sözünü deməyib. Hələ bizim bir çıx layihələrimiz var ki, hamısı xalqımızın gələcəyinə, millətimizin azad və demokratik bir şəraitdı yaşamasının təmin edilməsinə hesablanıb. İnanıram ki, bu komanda və xalqın gücü, dəstəyi ilə qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq.

 

– BİR MÜDDƏT ÖNCƏ ACP-NİN DƏ İŞTİRAKI İLƏ TƏSİS EDİLƏN 16 – LAR – DEMOKRATİK QÜVVƏLƏRİN MƏŞVƏRƏT MƏCLİSİNİN PERSPEKTİVLƏRİ BARƏDƏ…?

– Bu qurum hələ təzə yaranıb. İndidən onun gələcəyi ilə bağlı proqnoz vermək çətindir. Orada toplaşmış partiyaların neçəsinin o təşkilatda qalacağını da proqnoz edə bilmərəm. Hər halda ciddi və həqiqətən ölkədə demokratiyanın bərpasını istəyənlər qalacaqlar, onların sayının neçə olacağını deyə bilmərəm. Orada toplaşanlara uğurlar arzulayıram. İstəyim odur ki, bu məclisdə təmsil olunan partiyalar həqiqətən də Azərbaycanın demokratikləşməsi istiqamətində güclərini birləşdirsinlər. Bu gün Azərbaycan xalqının məhz buna böyük ehtiyacı var.

 

– MƏTBUAT BU QURUMUN SİZİN TƏRƏFİNİZDƏN YARADILDIĞINI İDDİA EDİR.   

– Bu qurum son bir neçə ayda intensiv müzakirələrin sayəsində yaranıb. Mən bu qurumun yaradıcısı titulunu qəbul etmirəm. Ümumiyyətlə, belə ucuz xal toplayanlardan zəhləm gedir. Süni surətdə lider imici yaradanlar başı boş, iddiası böyük adamlardır. Başqa sözlə xeyirsiz, ancaq xatalı adamlardır. Bu qurum ümumi razılıqla hər bir partiyanın eyni dərəcədə iştirakı ilə yaradılıb.

 

– BİR LİDER OLARAQ PREZİDENT SEÇKİLƏRİNDƏ İŞTİRAK EDƏCƏKSİNİZMİ? VƏ BU PROSESİ NECƏ HƏYATA KEÇİRMƏYİ DÜŞÜNÜRSÜZ?

– Təbii ki, iştirak edəcəyəm. Azərbaycan konstitusiyasına uyğun namizədliyimi verəcəm.

 

ACP PREZİDENT SEÇKİLƏRİNƏ HANSI FORMADA QATILACAQ – MÜSTƏQİL, YOXSA BLOK ŞƏKLİNDƏ.

– Bunu da indidən demək çətindir. Hələ seçkilərə bir müddət var. Hadisələrin hansı istiqamətdə və necə cərayan edəcəyindən nəticə çıxarıb qərarımızı verəcəyik.

 

– MÜXALİFƏTİN VAHİD NAMİZƏD MƏSƏLƏSİ PROBLEMİ NECƏ ÇÖZÜLƏ BİLƏR?

– Bu problem olmadığına görə onun çözülməsinə də ehtiyac yoxdur. Özünü müxalifət adlandıran şəxslərin heç biri bu seçkilərə qatılmasa da, azı 3-4, hökümətdə olmayan, məsələn, parlamentdə olan partiya liderlərindən kimlərsə və başqaları bu ‘’seçkidə ’ iştirak edib fon yaradacaqlar. Müxalifətdən də kimlərsə iştirak edəcəklər. Məgər problem bundadır. Problem seçkilərin saxtalaşdırılmasındadır. Budur əsas məsələ. Bu məsələni qırağa qoyub vahid namizəd barədə canfəşanlıq Don Kixotluqdan başqa bir şey deyildir. Yeganə fərqondadır ki, Don Kixot xeyirxahlıq uğrunda vuruşurdu.

 

– İSA QƏMBƏRİ ÖZÜNÜZƏ RƏQİB GÖRÜRSÜZMÜ?

– Fikrimcə, onu heç kim özünə rəqib saymır.

 

– BƏZİ MƏTBUAT ORQANLARI SİZİ TEZ-TEZ HƏDƏFƏ ALIR…

– Düzdür. Bu həm müxalifət, həm də iqtidar düşərgısindən edilən sifarişdir. Bununla da mənə qarşı informasiya müharibəsi aparılır. Amma nə qədər yazırlarsa yazsınlar, məni heç nə ilə qorxuda bilməzlər. Mən hər iki düşərgənin bəzi iddialıları üçün qorxulu və güclü rəqib olduğumdan mənin nüfuzumu ictimaiyyət arasında zəiflətməyə çalışırlar. Belə sifarişlərin haradan gəldiyi mənə çox yaxşı məlumdur. Təəssüflər olsun ki, məqsədlərinə çatmayacaqlar.

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

7 Cavab to “Vahid Namizəd Barədə Canfəşanlıq Don Kixotluqdan Başqa Bir Şey Deyildir”

  1. ozunuzu hec biriniz yormayin, yene lukoshenko gelir….

    • Hörmətli oxucular DG probleminin nəticəsində 1 milyona yaxın qaçqın var,bu gün artıq 2-ci nəsl qaçqın statusu ilə doğulur.Əgər 1995-ci ildə öz torpaqlarını fiziki görmüşlərin sayı 800 min insan idisə indi cəmi 400 minə yaxın torpaqlarını xatırlayır,yerdə qalan 600 minin heç təsəvvürü yoxdur.DG problemi ətrafında azı 20 min azərbaycnlı həlak olub. Döyüşlərdə Azərbaycan əskəri də 10 minə yaxın erməni əskərlərini məhv ediblər. Minlərlə artıq dünyasını dəyişmiş müharibə iştirakçıları və əlilləri vardır.1993-cü ilin axırı 1994-cü ilin əvvəllərində mən üst üstə azı 5 dəfə vəziyyətin ən ağır olduğu cəbhə zonaları Beyləqn,Ağdam,Tərtər,Kəlbəcər zonalarında olmuşam. İnsanların Beyləqandan qaçmaması üçün beyləqanlılara söz verib və onlarla birlikdə Beyləqanda qalmışam. Bizim cavan əskər və zabitlərin necə Horadizi azad etməklərinin,Ağdam rayonunda gecə ilə Gültəpə istiqamətində Ermənilərin arxasına keçib mövqe tutmaqlarının şahidi və təşkilatçısı olmuşam. Gecə ilə kursantların Murov dağa qalxması və orada heç bir erməninin olmaması barədə məlumat verməsini dinləmişəm. Bu döyüşlərdə minlərlə döyüşçülərimiz həlak olub,ağır yara alıblar ancaq vuruşublar.Onlar səngərdə döyüşən erməniləri öldürüblər. Onlar birinci dəfə ermənilər məğlub edilməzdir mifinə son qoyublar.Bunun nəticəsində Ermənistanda panika yaranmışdı. Əgər bu yaramaz həmişəlik sülh sazişi Əliyevlər tərəfindən imzalanmasa idi ən geci 1995-ci ildə ən azı həmin 6 rayon işğaldan azad ediləcək idi. Söhbət Ramil Səfərovun azad edilməsindən getmir. Onun nə şəkildə azad edilməsindən gedir. Söhbət ondan gedirki, gecə yuxuda olan birisini,lap erməni olsa belə baltalayanı qəhrəman elan etmək olmaz. Söhbət ondan gedirki, Ramil Səfərovu belə təqdim etməkdən öncə həqiqətən döyüşlərdə şücaət göstərmiş insanların borclarını qaytarmaq heç olmazsa quru sağ olun deməkdən gedir. Bədbaxtçılıq ondadır ki, o vaxtkı döyüşçülərin bir hissəsi ümumiyyətlə vətənlərindən didərgin salınıb, o biri hissəsi Macarıstan həbsxanasından qat qat dözülməz rəzalət və dilənçiliklə yaşayırlar.Söhbət ondan gedirki Azərbaycanı düşdüyü vəziyyətindən çıxara biləcək mənim kimi 10-larla adamı ölkəyə buraxmamaq üçün aparılan hazırlıq,işğal olunmuş torpaqlarımızı azad etmək üçün görülən hazırlıqdan qat qat yuxarıdır.Söhbət ondan gedirki Əliyevlərin bu siyasəti son nəticə olaraq tək DQ-ı yox Laçın,Kəlbəcər,Qubadlı və Zəngilanın da ermənilərə verilməsi ilə başa çatacaq.

      • Vefa Quluzadenin Azadlıq radiosuna müsahibesi

      • Vəfa müəllimin bu çıxışı məni çox məyus etdi.İnanmazdımki Vəfa müəllim yaşının bu çağında bu səviyyədə hökümətə yarınmağa cəhd edəcək.Fikirləşirəm ki,Vəfa müəllim yeni bir amerika açmayıb. Biz hamımız bilirik ki, ermənilərin güclü lobbisi var onlar hər zaman Ermənistanın hərəkətlərinə haqq qazandıra biləcəklər.Biz hamımız bilirik bu lobbinin hesabına biz 1918,1948 -ci illərdə torpaqlarımızı itirmişik və kütləvi şəkildə azərbaycanlıların ermənistandan deportasiyası olub.Vəfa müəllim bir müddət əvvəl bütün bu əngəlliklərin başında RF durduğunu deyirdi,daha doğrusu Rusiyadan düşmən obrazı yaradırdı. İndidə qərb ölkələri və ABŞ-a keçib.Vəfa müəllim deyir ki, hökümət məni yenidən geri qaytarsın mən sübut eyləyim ki,prezident düz edib. Çox maraqlıdır kimlərə sübut edəcək bunları Vəfa müəllim.Axı erməni lobbiçiləri sap sağlamdır və işləyirlər.Deməli qərb ölkələrini 2 standartda siyasət apardıqlarına görə ittiham etməyə nəinki Vəfa müəllimin heç Azərbaycanın neft milyardlarının hamısı belə kömək edə bilməz. Bizə qarşı olan münasibəti dəyişməyin yeganə bir yolu var o da demokratiyanın bərpası.Erməni lobbiçilərinin əllərində ancaq bir kozr var Azərbaycan höküməti korrupsioner və rüşvətxordur.Azərbaycan respublikasında müstəqil məhkəmə sistemi yoxdur.Azərbaycan höküməti istənilən vətəndaşını günahı olmasından asılı olmayaraq həbs etdirə,öldürdürə və ölkədən getməyə məcbur edə bilər.Və təəssüf ki bunlar həqiqətdir. Mənim çox saylı görüşlərim göstərir ki,bu arqumentlər olmasa heç bir ölkə (ola bilər fransadan başqa) ermənistanın təcavüzünü dəstəkləməz.Mən buna əminəm.

  2. Hörmətli Rəsul müəllim,Amerikanın Azərbaycana yeni təyin etdiyi səfir Morninqstarın eks-prezident H.Əliyevin heykəli qarşısında boyun əyməsinə necə qiymət verirsiniz?Belə çıxmırmı ki, Amerika hələ də diktatorlar qarşısında acizdir?Əgər bu protokol və yaxud etika xətirinədirsə o zaman səfir gedib A.Mütəllimovla görüşməliydi və yaxud da Ə.Elçibəyin qəbrini də ziyarət etməli idi.Mən düşünürəm ki,xalq özü ayaga qalxıb diktator rejimə qarşı etirazını bildirməsə nə qərb,nə də ki,heç bir ölkə bu xalqın azadlıgı haqqında düşüməyəcək.

    • Mənim əgər bu səfir barədə söylədiklərim yadınızdadırsa ,onun nabuka qaz kəmərinə görə bu hökümətlə yaxından işləyəcəyini və dəstəkləyəcəyini demişdim.Ancaq bu dəstəkləməyin ömrü maksimum 4 ay olacaq narahat olmayın.

      • gold-dia@mail.ru Sentyabr 6, 2012 6:09 axşam

        Rəsul müəllim,cavabınıza görə minnətdəram.Yəni B.Obama ikinci dəfə prezident seçilsə diktatorlara qarşı kəskin mübarizə aparacaq?Ya Amerikanın Azərbaycanın neft resuslarına ehtiyacı olmayacaq?

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: