Hörmətli oxucular, Dağlıq Qarabağ probleminin nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın var. Bu gün artıq 2-ci nəsil qaçqın statusu ilə doğulur. Əgər 1995-ci ildə öz torpaqlarını fiziki görmüşlərin sayı 800 min idisə, indi cəmi 400 minə yaxın qaçqın torpaqlarını xatırlayır. Yerdə qalan 600 minin isə heç təsəvvürü yoxdur. Dağlıq Qarabağ münaqişəsində azı 20 min azərbaycanlı həlak olub. Döyüşlərdə 10 minə yaxın erməni əsgəri məhv edilib. Minlərlə dünyasını dəyişmiş müharibə iştirakçısı və əlili vardır. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində mən üst-üstə azı 5 dəfə vəziyyətin ən ağır olduğu cəbhə bölgələri – Beyləqan, Ağdam, Tərtər və Kəlbəcərdə olmuşam. Əhalinin Beyləqandan qaçmaması üçün beyləqanlılara söz verib, onlarla birlikdə orada qalmışam. Bizim cavan əsgər və zabitlərin Horadizi necə azad etmələrinin, Ağdam rayonunda gecə vaxtı Gültəpə istiqamətində ermənilərin arxasına keçib mövqe tutmaqlarının şahidi və təşkilatçısı olmuşam. Gecəykən kursantların Murovdağa qalxması və orada heç bir erməninin olmaması barədə məlumat verməsini dinləmişəm.
Bu döyüşlərdə minlərlə döyüşçülərimiz həlak olub, ağır yaralansalar da vuruşublar. Onlar səngərdə ermənilərlə üz-üzə qalıblar, sinələri ilə torpağımızı qoruyublar. Onlar öz qəhrəmanlıqları ilə ilk olaraq “ermənilər məğlub edilməzdir” mifinə son qoyublar. Bunun nəticəsi idi ki, Ermənistan vahimə içindəydi. Əgər bu yaramaz həmişəlik sülh sazişi Əliyevlər tərəfindən imzalanmasa idi, ən geci 1995-ci ildə azı həmin 6 rayon işğaldan azad ediləcəkdi. Söhbət Ramil Səfərovun necə azad edilməsindən getmir. Söhbət ondan gedir ki, gecə yuxuda olan birisini, lap erməni olsa belə, baltalayanı bu qədər şişirdib qəhrəman elan etmək olmaz. Söhbət Ramil Səfərovu belə təqdim etməkdən öncə həqiqətən döyüşlərdə şücaət göstərmiş insanların borclarını qaytarmaq, vətən uğrunda canından keçənlərin ailələrinə qayğını artırmaq, onların sosial problemlərini həll etməkdən, əlili olmuş müharibə iştirakçılarına diqqətdən gedir.
Bədbəxtçilik ondadır ki, o vaxtkı döyüşçülərin bir hissəsi ümumiyyətlə, vətənlərindən didərgin salınıb, o biri hissəsi Macarıstan həbsxanasından qat-qat dözülməz şəraitdə, rəzalət və dilənçiliklə yaşayır. Azərbaycanı düşdüyü ağır vəziyyətindən çıxara biləcək mənim kimi 10-larla adamı ölkəyə buraxmamaq üçün aparılan hazırlıq, işğal olunmuş torpaqlarımızı azad etmək üçün görülən hazırlıqdan qat-qat möhkəmdir. Söhbət ondan gedir ki, Əliyevlərin bu siyasəti tək Dağlıq Qarabağı yox, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanın da ermənilərə verilməsi ilə nəticələnəcək.
Hardasan ay Resul Guliyev.Gel gir de bu xalgin arasina ,size buyuk ehtiyac var.Sexsen men sizin partiyanin aktiv bir uzvu olmak isteyirem,bilmirem ki kime murciet edim.
Xanım https://www.facebook.com/elchin.samedovich facede varsızsa dostluq atın Sizə kömək edə bilərəm bu partiyanın üzvü olmağa
Resul muellimin gelmesi ucun hamimiz birleshib Onun vetene qayitmasini teleb etmeliyik.