– Rəsul müəllim, Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı mövqeyiniz birmənalı qarşılanmadı. Bəziləri sizin vətənpərvərliyinizi şübhə altına alan mövqedən çıxış etdilər. Bu məsələyə münasibətiniz?
– Azərbaycan cəmiyyətində avtoritar-totalitar rejim hökm sürdüyündən hər hansı fərqli fikrə dözümsüz yanaşma tərzi gözləniləndir. Odur ki, mən fikirlərimə qarşı başqa cür yanaşılsaydı, təəccüblənərdim. Bu qədər aqressiv yanaşma varsa, deməli, məsələnin mahiyyətinə nüfuz etmişəm. Əliyevlər rejiminin milli maraqlara zidd siyasətini ifşa edə bilmişəm.
– Sizcə, düşmənin milli dəyərlərimizə həqarət etməsinə dözməyib onu qətlə yetirən həbçimizin azadlığa buraxılmasında milli maraqlarımıza zidd hansı element var? Siz niyə Ramil Səfərovun azadlığa buraxılmasına bu qədər sərt reaksiya verirsiniz?
– Əvvəla qeyd etmək istəyirəm ki, mən Ramil Səfərovun azadlığa buraxılmasına qarşı çıxmıram. Sadəcə, bu “azadetmə” əməliyyatının o şəkildə yürüdülməsinin kobud səhv olduğunu bildirirəm. İlk baxışdan kimlərəsə eyni mövqe kimi görünən bu iki yanaşmada çox mühüm fərqlər var. Ramil Səfərovun azadlığa buraxılmasını istəməyən hər hansı bir azərbaycanlını təsəvvür etmək belə çətindir. O ki qaldı milli dəyərlərimiz məsələsinə, sizin dedikləriniz emosiyadır, məntiqi izahını tapmaq mümkün deyildir. Ramil Səfərovun azad edilməsini həqiqətən istəyən prezident və onun komandası bu hadisə baş verən kimi məsələ ilə ciddi məşğul olmalıydılar. Özlərinə xaricdə aldığları milyonlarla qiyməti olan saraylara xərclədiyi pulların 0.1 faizindən keçib beynəlxalq nüfuzlu vəkillər tutsa idilər, ola bilərdi ki, onu heç həbs etməsinlər. Siz dedikləriniz məhkəmədə təsdiqini tapsa idi onu affekt vəziyyətində adam öldürən kimi bəlkə də azad edərdilər, ya da maksimum 2-3 il iş kəsərdilər. Onun tutulmasına barmaqarası baxan ağalarımızın hərəkətsizliyi nəticəsində Ramil bu qətlə necə ciddi hazırlaşdığını dəqiqəsinə qədər açıqladı.
Bayraq məsələsi sonradan ortaya çıxdı və onu təsdiqləyən şahid tapılmadı. Ona görə bayraq əfsanəsini yaratmağa dəyməz. Ancaq onun dedikləri də -yəni, Cəbrayıl rayonundan olması, ermənilərin onları necə ev-eşiklərindən qaçqın salması və sairələr də güclü faktorlardır. Kiçik bir element, hökümətin güclü vəkil tutmaması onun barəsində elə ağır cəzanın seçilməsinə gətirib çıxartdı. Onda uşaq prezidentimiz düşünürdü ki, əgər seçkiləri saxtalaşdırıb özünü prezident elan edə biliblərsə, bir neçə ilə Dağlıq Qarabağ məsələsini də o şəkildə həll edəcək. Bu düşüncəylə də Ramilin həbs edilməsinə heç bir reaksiyada vermədi. İndi üstündən 8 il keçəndən sonra artıq qismən yaşa dolmuş prezidentimiz başa düşür ki, nəinki DQ-ın, hətta onun ətrafında yerləşmiş Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanın da geri qaytarılması müşkülləşib. Prezident seçkiləri isə böyük sürətlə yaxınlaşır. Bu dəfə əvvəlki həyasızlıqla seçkiləri saxtalaşdırmaq mümkün olmayacaq. Nə isə bir iş görmək lazımdır, o da Ramilin azad edilməsi məsələsi oldu. Əgər yazılanlar kimi o 2-3 milyard dollarlıq maliyyə böhranına yaxınlaşan Macarıstanın hökümət “zayom”larını alıbsa, bu ümumiyyətlə, Azərbaycan xalqına qarşı törədilmiş ən böyük cinayət olar. Təssəvvür edin, o pula bu gün kifayət qədər kolori ala bilmədiyindən vaxtından 10 illərlə tez ölən azı 100 min azərbaycanlını xilas edə bilər.
Yəni, onun azadlığa buraxılması əbəttə ki, lazım idi. Amma bu şəkildə yox. Beynəlxalq hüquq normalarına hörmətlə yanaşaraq, ölkəmizin üzərinə gələ biləcək təzyiqləri öncədən təsbit edib, onların qarşısını alaraq, ya da belə bəhanələrə ümumiyyətlə, səbəbiyyət vermədən bu iş reallaşmalıydı. Necə ki, eyni metodlardan digər dövlətlər istifadə edirlər. Məsələn, Rusiya indiyə qədər onlarla vətəndaşını ekstradasiya edib və sonradan onların hamısını azadlığa buraxıb. Amma heç kimin etiraz səsi eşidilməyib. Bizimkilər isə yalnız bir nəfəri ekstradasiya etmək istəyirlər, onu da düz-əməlli bacarmırlar. Nə qədər bunun üçün maliyyə xərclənib, xalq bilməlidir. Çünki bu, xalqın puludur. Ramili elə azadlığa buraxdılar ki, bütün dünyada əks-reaksiya doğurdu. Hər kəs Azərbaycan dövlətinin bir cinayətkarı mükafatlandırmasından danışdı. Hətta qonşumuz Türkiyə belə bir işin görülməsindən heç bir xəbərinin olmadığını tələm-tələsik bəyan etdi.
–Sizcə, Ramil Səfərov cinayətkar idimi?
– Bilirsinizmi, bir insanın cinayətkar olub olmadığını siyasi xadimlər yox, hüquq adamları, məhkəmələr, hakimlər müəyyənləşdirirlər. Mən isə bir hüquq adamı yox, siyasət adamıyam. Kiminsə cinayətkar olub-olmadığını müəyyənləşdirmək mənim işim deyil. Sadəcə Azərbaycan iqtidarının bu məsələdə tutduğu mövqedən belə çıxır ki, Ramil Səfərov cinayətkardır və Azərbaycan hökuməti onu cinayət törətdiyinə görə mükafatlandırır. Hakimiyyətin ona cinayətkar kimi baxdığını Ramil Səfərovun əfv fərmanıyla azadlığa buraxılması təsdiqləyir. Əgər ona cinayətkar kimi baxmasaydılar, əfv etməz, bəraət verərdilər. Əfv ediblərsə, deməli onun cinayətkar olduğunu qəbul ediblər. Cinayətkar kimi qəbul etdiklərini isə rütbə, pul, ev, vəzifə verərək mükafatlandırırlar. Deməli, belə çıxır ki, Azərbaycan hakimiyyəti cinayəti təşviq edir. Ramil Səfərovun hərəkəti və cəzası qloballaşmış məsələdir. Hakimiyyət nəzərə almalıydı ki, onun əfv olunmasında verilən mesaj yalnız daxili auditoriyaya ünvanlanmayacaqdı. Ünvan həm də dünya ictimaiyyəti idi. Azərbaycan hakimiyyətinin bu addımı təbii ki, özü istəmədən beynəlxalq ictimaiyyət üçün müəyyən mesajlar verdi. O mesajı verdi ki, biz bir dövlət olaraq cinayəti təşviq edən dövlətik. Bizdə qanuna, hüquqa hörmət deyilən bir anlayış yoxdur. Ölkə qanunlarla yox, rəhbərin iradəsi ilə idarə olunur. Bütün dünya anladı ki, Azərbaycan adlı bir ölkədə “şah-qanundur”.
Baxın, mənim qarşı çıxdığım məsələ dövlət imicimizə bu cür kölgənin salınmasıyla əlaqədardır. Yoxsa, Ramil Səfərovun, ya bir başqasının azadlığa buraxılması hümanist addımdır. Buna qarşı çıxmaq heç bir siyasiyə başucalığı gətirməz. Əksinə, mən istərdim ki, İlham Əliyev həbsxanada yatan bütün döyüşçüləri buraxsın. Onlar onun atasının zülmünə qarşı ola da, özünün siyasətini bəyənməyə də bilərlər. İnsanı öz mövqeyinə görə həbsdə saxlamaq heç bir siyasi xadimə, xüsusilə, ölkə başçısına yaraşmaz. Ramil Səfərova heç bir hüquqi sərhəd tanımadan “hümanizm” göstərən adamın Vətənin müdafiəsindən başqa heç bir günahı olmayan dustaqlara laqeyd yanaşması başa düşülən deyil. Və onun “hümanizm”inin sabun köpüyündən başqa bir şey olmadığını təsdiqləyir. Mən bütün bunları nəzərə alıb ona Ramil Səfərovun əfv olunmasını yox, bütün Qarabağda döyüşənlərə amnistiya verilməsini təklif etmişdim. Əgər İlham Əliyev mənim bu sözümə qulaq assaydı, beynəlxalq arenada ölkəmizin onsuz da bərbad olan imicini daha da korlamazdı. İlham Əliyev isə öz kobud səhviylə dövlət adamı olmaqdan nə qədər uzaq olduğunu bir daha ortaya qoydu. Görünür, o hələ də “atasının şıltaq oğlu” psixologiyasından yaxa qurtara bilməyib. Bu cür psixologiya ilə ölkə daxilində bəlkə hərəkət etmək olar. Amma beynəlxalq aləmdə yaxşı ad çıxarmaq mümkün deyil. İlham Əliyevin hüquqi savadsızlığı təkcə onun özünə ziyan etsəydi, mən heç bu məsləhətləri də ona verməzdim. Bəzi adını müxalifət qoyan partiya liderləri kimi siyasi divident qazanmaq üçün Ramil Səfərovun azadlığına buraxılmasını tərifləyər, onu bütün dünyanın gözündən düşməyə təşviq edərdim. Fikirləşərdim ki, qoy, elə bu cür səhvlər etsin, öz ayağının altını özü qazsın. Amma məsələ burasındadır ki, İlham Əliyevin bu səhvləri yalnız onun ayağına yazılmır. Bütün ölkənin beynəlxalq imicinə ciddi zərbə vurur.
-Rəsul müəllim, Ramil Səfərovun bu cür azadlığa buraxılması əgər səhv siyasətdirsə və ölkəyə yaxşı imic gətirmirsə, onda eyni hərəkəti edən Ermənistana niyə beynəlxalq təzyiqlər göstərilmir? Axı Azərbaycan hakimiyyəti bu addımı Ermənistanın 2009-cu ildə bir terroristi eyni metodla azad etməsinə cavab olaraq atıb?
(Ardı var)
Rəsul müəllim, əgər vaxtınız olarsa, xahiş edirəm aşağıda yazılanlara mümkün olan sərhinizi yazın. Öncədən təşəkkür edirəm!
http://azertag.com/node/998353
Ramil Səfərovun azad etmə prosesi bu şəkildə olması hüquqi cəhətdən yalnış addım idi. Belə ki, AR Prezidenti ömürlük azadlıqdan məhrum etmə cəzasını əfv etmək səlahiyyətində deyil. Prezident ömürlük azadlıqdan məhrum etmə cəza növünü 25 il azadlıqdan məhrum etmə ilə əvəzləşdirə bilər.
Bunu başqa proseslə edilməsi məqsədə uyğun olardı, belə ki, məhkəmə yolu ilə cəzasını, Macarıstanda çəkdiyi cəzası ilə kifayətləndirərək, məhkəmə qərarı ilə azadlığa buraxmaq daha məqsədə uyğun idi.
Bu çox baş ağrısına səbəb olacaq. artıq ABŞ təpqi verib, belə ki, ABŞ Azərbaycan hökumətinin Ramil Səfərovun ekstradisiyası və əfv olunmasıyla bağlı Macarıstan hökuməti qarşısında götürdüyü öhədikləri yerinə yetirmətə çağırıb. Sözçü əlavə edib ki, Vaşinqtonun Azərbaycanın Macarıstan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyiylə bağlı müəyyən narahatlıqları var.
İlham Əliyev hüquqi prosesi pozmaq nəticəsidir bu! Məhkəmə Ramil Səfərova verilən cəzanın AR CM-nin tələbləri uyöun gəlməməsi ilə baxaraq, Eyni zamanda 62 maddəni rəhbər tutaraq çəkdiyi cəza ilə kifayətlənsəydi belə nəticə verməzdi!
Hər zaman Azərbaycan xalqının sevincinə səbəb olan hadisələr dağıdıcı müxalifəti məyus edib. Bu dəfə dağıdıcı müxalifət Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa çıxışından məyus oldu. AXCP sədri Əli Kərimliyə yaxın şəxslərdən hesab olunan Xədicə İsmayılova “facebook” sosial şəbəkədə özünə məxsus profildə dağıdıcı müxalifətin iç üzünü göstərən status paylaşıb. Həmin statusdan görünür ki, dağıdıcı müxalifət təmsilçilərini bu hadisə çox narahar edir. X.İsmayılova statusda R.Səfərovun azadlığa buraxılmasının qeyri-qanuni olduğunu bildirir. Hətta onun cinayətkarın biri olduğunu deməkdən də çəkinmir. Sifariş əsasında yazılan status bir daha göstərir ki, bunlar ermənilərin mövqeyindən çıxış edirlər. R.Səfərovun azadlığa çıxması beynəlxalq hüquq normalarına uyğun həll olunan bir məsələdir. Bu Azərbaycan diplomatiyasının, ümumilikdə, ölkə başçısının dünya birliyində qətiyyətli mövqeyinin ifadəsidir.
Ramil Səfərovun azadlığa çıxmasından narahat olan bəzi xarici ölkələr əli minlərlər günahsız azərbaycanlı qanına batmış Robert Koçaryan baş nazir və prezident olarkən, Xocalıda azərbaycanlılara qarşı soqırım törədən Serj Sarkisyan müdafiə naziri, baş nazir və nəhayət, prezident olarkən niyə görə narahat olmadılar, bunları soyuqqanlı qarşıladılar? Bu, ikili standart deyilmi? İkili stnadart olduğu aydındır. Ancaq ayıb deyilmi? Niyə utanmırlar?
Heç şübhəsiz ki,Azərbaycançılıq psixologiyası haqqında xüsusi neqativ fikirlər yaradacaq bir şəkildə bu məsələ həll edildi.Daha səbrlə və beynəlxalq hüquq normalarına müvafiq qaydada Səfərov azad edilsəydi daha məqsədə uyğun olardı.Amma bunu da qeyd etmək lazımdır ki, Prezident xalqın istədiyi kimi etdi.Çox az sayda insanlar məsələnin hüquqi mahiyyətinə vara bilirlər.Bir incə və qabarıq məsələ də vardır ki,belə əhv olunma böyük siyasi emosional qıcıqlanma yaratmaqla zabit Səfərovun həyatını təhlükəyə aldı.Onun respublika ərazisində sərbəst hərəkəti və respublika ərazisini tərk etməsi çətinləşdi.Heç kəs ova çevrilmək istəməz və yaxud qorxu içində xoşbəxt yaşaya bilməz.Azərbaycana təkcə ölü qəhrəmanlar deyil diri qəhrəmanlar da lazımdır.