Azərbaycan Rejiminin Lobbiçilik Təzadları

 

-Rəsul müəllim, Ramil Səfərovun bu cür azadlığa buraxılması əgər səhv siyasətdirsə və ölkəyə yaxşı imic gətirmirsə, onda eyni hərəkəti edən Ermənistana niyə beynəlxalq təzyiqlər göstərilmir? Axı Azərbaycan hakimiyyəti bu addımı Ermənistanın 2009-cu ildə bir terroristi eyni metodla azad etməsinə cavab olaraq atıb?

– Bilirsinizmi, bu nəyə oxşayır? Birinin qonşusu əxlaqsızdırsa, o da qonşusunun acığına əxlaqsız ola bilməz. Yəni, Azərbaycanın bu mövqeyi məntiqi olaraq da doğru deyil. Digər tərəfdən bu iki hadisəylə bağlı analogiya aparmaq da olmaz. Məsələyə ciddi yanaşsaq, 2009-cu ildə baş vermiş həmin hadisədə Fransa öz vətəndaşlarına qarşı terror etmiş birisini ekstradisya etmişdi. Ona görə Ermənistan vətəndaşı olmayan birisini əfv etdiyinə görə yox, öz vətəndaşlarını öldürəni buraxdığına görə Fransa qınaq obyekti oldu. Ola bilər, hələ də hökümətimiz bilmir, ancaq Azərbaycanda hamı dünyada ermənilərin güclü lobbisi olduğunu bilirlər. ABŞ və Fransanı kənara qoyuram, Argentinanın keçmiş prezidenti, bir neçə nazirləri erməni əsllidir. Amerikada iki milyarder, bir neçə incəsənət xadimi ermənilərdir. Dünyanın hər yerinə səpələnmiş ermənilər çox ciddi bir lobbiçilik sistemi yaradıblar. Onların hərəkətinə bir çox hallarda göz yumulması bu amillə bağlıdır. İlham Əliyev hakimiyyəti erməniləri özünə nümunə götürmək istəyirsə, onların lobbiçilik fəaliyyətinə diqqət yetirməlidir və bundan bir ibrət dərsi almalıdır. Anlamalıdır ki, lobbiçilik fəaliyyəti diktator atasının bəşəri dəyərlər üçün müsbət heç nə ifadə etməyən ideologiyaya əsaslanmayanda müsbət nəticə verər. Necə ki, erməni lobbisi hansısa KQB generalının əfsanələri üzərində yaradılmış ideoloji bazaya malik deyil. Onlar bizim lobbistlər kimi hansısa diktatorun yaratdığı rejimi təbliğ etməklə yox, erməni xalqının maraqlarının müdafiəsi ilə məşğuldurlar. Və nəinki yeri gələndə, hətta həmişə Ermənistanın prezidentlərinin avtoritarlığının əleyhinə çıxış edirlər. Bu cür lobbi qarşısına cılız arqument və yalançı diaspora təşkilatları ilə çıxan bizim bu başbilənlər bilmirdilər ki, öz apardıqları iş beş quruşa dəyməyəcəyi azmış kimi erməni lobbiçilərin maşını işə salacaqlar? Məgər onlar bilmirdi ki, Sərkisyana terror aktı olsa onların reaksiyası qat-qat zəif olar, nəinki heç kimin tanımadığı bir zabitə? İlham Əliyevin atdığı bu səhv addım ermənilərin lobbiçilk maşınına yanacaq tökməkdən başqa heç bir işə yaramadı, onlara antiAzərbaycan təbliğatı aparmaq və öz əsassız fikirlərini təsdiqləmək üçün arqument verdi.

 

– Necə bilirsiniz, hakimiyyət yürütdüyü bu siyasətlə nəyə nail olmaq istəyir?

– Nəyə nail olmaq istədiyini heç özləri də bilmirlər. Belə siyasətlə itirdiyimiz torpaqları geri qaytarmaq mümkün deyil. Bunlar indiyə qədər zənn edirdilər ki, ermənilər heç olmasa Qarabağdan başqa işğal etdikləri bir neçə rayonu bizimkilərə hədiyyə edəcklər. Və bizimkilər də bunu öz Qarabağ siyasətlərinin bəhrəsi kimi xalqa təqdim edib siyasi divident qazanacaqlar. İndisə bunun belə olmadığı ortaya çıxdı. Ortaya çıxdı ki, ermənilərin bizim torpaqları qaytarmaq niyyəti yoxdur. Bu gün onların içərisində 1993-cü ildə Kürə qədər bütün torpaqları işğal etmədiklərinə peşmançılıq çəkənlər var. Bizimlə müqayisədə 100 il müddətində onlar 1 kv. kilometr olan torpaqlarını artıq 50 min kv. kilometrə çatdırıblar . Biz isə təqribən 150 min kv. kilometrlik ərazilərimizi 65 -ə endirmişik. Belə bir vəziyyətdə Ramil Səfərovun azad edilməsini az qala ermənilər üzərində çalınmış axırıncı qələbə kimi qəbul edənlərin halına yanıram. Bizim adamların Əliyevlər rejimi nə qədər varsa, torpaqların azad edilməyəcəyi bilməmələrinə təəccüblənməmək mümkün deyildir.

 

 Maraqlıdır ki, hakimiyyətin bu siyasətinə ən sərt reaksiya Qərb ölkələrindən gəlir. Ermənistanın bir növ srtateji müttəfiqi olan Rusiya isə nədənsə səssizlik nümayiş etdirir. Bu müəmmanı necə izah edərdiniz?

– Aydın məsələdir ki, Ermənistan və onun dostları ölkəmizin inkişafının qarşısını almağa çalışırlar. İstəyirlər ki, Azərbaycan sərvətlərinin gətirdiyi üstünlüklərindən yararlanıb öz iqtisadi altyapısını qura bilməsin. Ölkənin bütün iqtisadi potensialı yalnız bir ailənin əlində cəmləşsin. Və bu ailə hakimiyyətdə var olmalarının səbəbini himayədarlarının mərhəmətində görsün, onun dediklərindən kənara çıxa bilməsin. Əks təqdirdə sərhədlərimizdə onları istənilən vaxt müharibə itkiləriylə hakimiyyətdən sala biləcək düşmən qonşuları olsun. Bunun üçün isə erməni-müsəlman düşmənçiliyini maksimum səviyyədə artırmaq tələb olunur. Belə bir mənzərədə bizi kimlərinsə vassalına çevrilən ölkə olduğumuz kimi Ermənistan isə hər zaman başımızın qapazı rolunu oynayır. Malik olduğumuz bütün üstünlüklərə baxmayaraq bizim bu hala salınmasının yeganə günahkarı öz kreslolarını milli- mənəvi dəyərlərdən üstün tutmağa çalışan Əliyevlər hakimiyyətidir. Azərbaycan bu hakimiyyətdən, daha doğrusu bu cılız düşüncələrindən azad olmadıqca həqiqi müstəqilliyini qazana bilməyəcək. O ki , qaldı Rusiyaya heç bir reaksiya verməməyin özü də bir siyasətdir. Ancaq Minsk qrup səfirlərinin daxilində Rusiyanın nümayəndəsinin olduğunu unutmayın. Bildiyiniz kimi onlar Azərbaycanın bu hərəkətini pisləməkdə həmrəylik göstəriblər. Sual:  Ermənistanın belə bir lobbisi olduğu halda biz nəyə nail ola bilərik.

Söhbət erməni lobbisinin gücündən getmir. Söhbət onu güclü edən lobbiçilik idologiyasının Azərbaycanın lobbiçilik ideologiyasından tam fərqli olmasından gedir. Ermənilər də lobbiçiliyə Azərbaycan kimi 50 milyon dollara yaxın ildə pul xərcləyir. Ermənistana investisiya qoymaq üçün, Dağlıq Qarabağ əhalisi üçün pul toplamaq işlərində lobbiçilər pul xərcləmir, özlərinin nüfuzundan və ermənilərdən istifadə edirlər. Onların ideologiyası xalqa dəstək verməkdir, hökümətə yox. Onlar bir neçə dəfə həm Koçaryanın, həm də Sərkisyanın əleyhinə çıxış da ediblər. Hətta erməni lobbisinin öz arasında Dağlıq Qarabağ məsələsində də fikir ayrılığı var. Bir çoxları Dağlıq Qarabağı demokratik Azərbaycanın daxilində olmasını mümkün hesab edirlər. Bu qədər fərqli fikirlərə sahib olmalarına baxmayaraq onlar eyni ideya ətrafında birləşə bilirlər. Məqsəd erməni xalqının və Ermənistanın böyüməsidir.

Bizim lobbiçilərin isə işi-gücü, necə deyərlər, ‘’milli ideologiyası’’ ancaq Əliyev rejimini tərifləməkdir. Ermənilər deyir, “biz qədim xalqıq, ilk dəfə demokratiya Roma imperiyasının tərkibində bizdə yaranıb, erməni xalqı tamamilə demokratiyaya hazırdır, onlar sivil dünyanın bir hissəsi olmaq istəyirlər. Ancaq Azərbaycandakı diktatura rejimi buna imkan vermir.”

Əliyevin lobbistləri nə deyir. “Bizim xalqımız geri qalmış cahil xalqdır. Demokratiyaya hazır deyildir. Demokratiya olsa vətəndaş qırğını başlayacaq. 1993-cü ildə belə bir hadisə baş vermişdi. Yaxşı ki, dahi şəxsiyyət Əliyev varıydı, o bunun qarşısını aldı. Dünyada hamı qəbul etməlidir ki, xoşbəxtlikdən bu cahil xalqın Əliyevlər kimi dahiləri var. Onlar olmasaydı nə indi neft çıxarılırdı, nə Bakı-Ceyhan kəməri işləyirdi, nə də Ermənistanla sülh yaratmaq mümkün idi. Əgər Azərbaycana kömək etmək istəyirsinizsə, Əliyevi dəstəkləyin, işğal olunmuş torpaqlardan heç olmazsa bir rayonu qaytarın ki, Əliyevin rejimi möhkəmlənsin.”

Əliyevin lobbiçilərinin gördüyü işlərdən biri də mənim kimi bu rejimə qarşı olanları şərləməkdir. Bu hökümətin bizlər barədə xarici mətbuatda yazdığı böhtanlar bütün erməni cinayətkərləri barədə yazdıqlarından 100 dəfələrlə çoxdur.

Ümid edirəm, erməni lobbistlərinin güclü yox, bizim ideologiyanın mənəviyyatsız olduğunu izah edə bildim.

About Rasul Guliyev - Rəsul Quliyev

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

52 Cavab to “Azərbaycan Rejiminin Lobbiçilik Təzadları”

  1. …США устанавливают новый статус-кво в Закавказье
    http://www.regnum.ru/news/fd-abroad/armenia/1570194.html

    • Azərbaycan xalqı sizin bu sözlərinizklə razı deyil

      • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Sentyabr 14, 2012 3:49 axşam

        Sənin kimi yaltaqlar razı olmaz! Yaltaq insanı isə insan sayısına salmırıq!

      • Azərbaycan xalqı bizim sözlərimizlə razı deyil,bunu Azərbaycan xalqı muhasibat bəyə izahat verərkən deyib.Dılqır-mılqır xalq adından danışanda bişmiş toyugun da gülməyi gəlir.Yazıq xalq əlacın bir ona qalıb ki,Liviyada,Suriyadakı kimi inqilablar olsun bəlkə yaltaq-yultaqların qırılıb qurtara çirkabdan təmizlənəsən.

  2. Rasul muellim demokratiyani azerbaycan xalqi isteyende azerbaycanda demokratiya olacag.
    musahibenizin bashinda ermenistan lobbsinin guclu oldugunu sonunda ise eksini soyleyirsiz.
    torpaqlarin ishgalinin eliyev hakimiyeti ile baglamaq zeif arqumentdir.bes onda gurcustanin niye torpaqlari ishgal olunub. bu yaxinlarda Qarabag problemi sayesiinde yalniz Israilden alinan silah anlashmasiinin meblegi milyardlarla oldugu yazilir.
    qarabag problemi, ermeniler olmasaydi azerbaycan xalqi dunyada kimin dost kimin dushmen oldugunu anlaya bilmezdi. ermenilerin sonuna az qalib.onlar oz sonlarini oz elleri ile hazirlayiiblar.

    • Bizim bədbaxtlığımız yazılanları dərindən oxuyub analiz etməməkdədir. Birinci hissədə hökümətin həmişə erməni lobbisi deyə çığırmasının düzgün olmadığını,yalandan vay şivən salmaq olduğunu özünün səhvlərini onların ayaqlarına yazmaqlarını izah edirəm. İkinci hissədə isə erməni lobbisinin gücünün nədə olduğunu başa salmağa çalışmışam. Xahiş edirəm bir də oxuyun.

      • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Sentyabr 15, 2012 4:23 axşam

        Rəsul müəllim!
        Bir siyasətçi kimi deyə bilərsiz, Qarabağın həlli yolu nədir?

  3. Mezahir bey ermenilerin sonunun olmasini ne gozel analizle izah edirsiniz. Ele guclu analiz eden shexs, niye Resul muellimin yazisina bele munasibet gosterirdiniz. Biz Resul muellimin terefdarlari bunu bilirik, siz de bir ozunuzde analiz edin hansi movqede qalmaq lazimdir.
    Muhasib senin azerbaycan xalqi adindan danishmaga mence seviyyen catmaz. Bir yazdigin cumleye bax sonra ozunu “agilli” goster.

  4. ikinci defe de oxudum, siz demek isteyirsiz ki ermeni lobbisi gucludur ve ona gore de azerbaycan daha diqqetli olmali ve daha cox calishmali milli maraqlarini maksimum seviyyede qorumalaidir.
    Menim fikrimce esas mesele ermeni lobbisiin guclu olmagi yox USA VE Fransanin milli maraqlarinin ermenilerle ust uste dushduyudur. nece ki Turkiye bize qardash olke kimi baxir Bu iki dovletde Ermenilere regionda ele baxir. Rusiya ise ermenlerden sadece istifade edir.butun bu ve diger amilleri nezere alandan sonra,azerbaycan dovletinin hal hazirda apardigi xarici siyasete 10 uzerinden 9 vermek olar.
    daxildeki meselelere geldikde ise, bu sadece azerbaycan xalqinin oz iradesinden asilidir.
    Azerbaycandaki rejimi ise oz adi ile cagirmaq lazimdir. Rejim Avtoritardir.Diktatura yox.

  5. Jirinovskini Rusiya siyasətinin ən məşhur hoqqabazı adlandırırıq.Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovski dəfələrlə Azərbaycana və Türkiyəyə qarşı təhqiramiz ifadələr, bəyanatlar səsləndirib.Təbii ki, o Rusiyanın dilmancıdır və onun danışıqları (xüsusi olaraq Qarabag haqqında)müəyyən mənada da Rusiya dövləti tərəfindən həyata keçirilir.Ermənistanı Rusiya dövlətinin silahlandırmasını buna misal gətirmək olar.Əslində onun bu hoqqabazlıgından nəticə çıxarmalıyıq.O,bir vaxtları H.Əliyev ən varlı prezidentdir,onun 7 milyon Azərbaycanda qoyunu var deyəndə buna reaksiya verən olmadı.Amma görünür o düz deyirmiş,elə bunun nəticəsidir ki,qoyun kimi başımıza 20 ildir “çomaq”vururlar.Milləti qoyun olan dövlətin prezidenti də həmişə kənar dövlətlərdən seçilib qoyulur.Ona görə də onun varidatı talanıb digərlərinə yedizdirilir.Neçə ki,bu 7 milyon qoyun ayılıb öz vətənpərvər lideri Rəsul Quliyevə qiymət verib dəstəkləmirsə elə qoyun kimi də başı aşagı sürünüb qoyunlugunu edəcək.Dərisi tullanıb əti şişlərə çəkiləcək!Ayılın ey qoyunlar ayılın,adam olun,kişi olun,qeyrətə gəlin,yaltaqlıq,süstlük simanızı atın.Yagıların qapazı altında inildədiyiniz yetər.Səsinizi qaldıb heç olmasa mənim rəhbərim mənim millətim olmalıdır deyin!Ey bədbəxtlər,ey zavallılar özünüzün varlıgını dərk edin,qoyun kimi yaşamaqdansa,kişi kimi ölməyi bacarın!

  6. ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Cavabla Sentyabr 16, 2012 10:46 axşam

    Salam!
    Nə qədər ki xalqımız yaltaqlıq xususiyyətini tərgitməyib, Jirinovski kimiləri bizi beledə adlandıracaq. Jirinovski kimiləri bunu erməni xalqına qarşı deyə bilərdi? Xeyr! Baxmazdılar ki, o Rusiyanın klounudur! Dərhal erməni lobbisi bunu təxribat adlandıraraq reaksiya vermişdir.Gerçəklə barışmaq lazımdır, erməni lobbisi daim dövlət liderləri tərəfindən maliyələşdirilir. Bizim dövlət liderlərimiz isə ancaq nəslini maliyyələşdirir. Xalqımız isə özünü tərifləyir. Təriflənəsi nəyimiz var?
    Acınacaqlı olsada bunu hər birimiz qəbul etməliyik, bizim bəyənmədiyimiz erməni xalqı bizdən 100 illər qabaqdadır! Niyə? Çünki ermənilərin
    1. milli dilləri
    2. milli əlifbaları
    3. ən güclü lobbiləri
    4. Azərbaycandan tarix boyunca işğal etdikləri torpaqlardan isə vətənləri var

    Bizim prezidentimiz isə deyir bizim paxıllığımızı çəkirlər? Ay yazıq sən rəhbərlik etdiyin ölkənin rüşvətxorluğunun yoxsa yoxsulluğun paxıllığını çəksinlər? Onlar ancaq sənin ailənin villalarının, rüşvətlərdən,neftdən ailənin büdcəsinə axan sərvətin paxıllığını çəkərlər.

    • Bilirsiniz erməni lobbiçiliyi də diasporası da yalnız xalqına xidmət edir.Bizdə isə lobbiçilik demək olar ki,yoxdur,diasporamız isə yalnız hakimiyyətə xidmət edir.Elə bilirsiniz ki,bizim digər ölkələrdəki milyarderlərimiz erməni milyarderlərindən azdır?Xeyir,sadəcə ermənilər xalqı,milləti üçün nəinki pullarından hətta canlarından keçərlər.Amma bizimkilərin pulu çıxanda sanki canı çıxar.Jirinovski kimiləri də iki başlı iş görür,həm dövlətinin sifarişini həyata keçirir,həm də erməninin pulundan qidalanıb Azərbaycana,Türkiyəyə qarşı böhtan xarakterli təbligatını aparır.Millətlər arası təxribat aparan adam haqqında dərhal cinayət işi qaldırılmalıdır.Amma görünür nə millətimizi millət kimi tanıyan var,nə də ki,hakimiyyəti adam yerinə qoyan.Çünki bu iki məhvum (xalq və hakimiyyət)biri birini qorumalıdır,biz də isə xalqının varidatını ogurlayan hakimiyyət nəinki xalqının taleyini düşünür hətta onu adam yerinə qoymur.Ona görə də həm xalqımıza,həm də hakimiyyətə yer kürəsində parazit kimi baxılır.Yalnız dövlətlər özlərinin bəhrəsi üçün istifadə edib adımızı hərdən bir hallandırırlar.Amma millət millət olsa nə hakimiyyət nə də ki digərləri onun başına bu rəzalətləri açmaga cürəti çatmaz.Bizi Allah yaradıb biri birimizin ayagının altını qazıb özümüzə böhtan atmaga.Öz içimizdə böhtançılarımız var ki,Jirinovski onun yanında yalandır.

      • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Sentyabr 17, 2012 12:02 axşam

        Mən 6 aya yaxın Moskvada yaşadım. şəhərin hər bir bazarlarında, ticarət mərkəzlərində işləyən ancaq azərbaycanlılardır. Lakin açar, ayaqqabı təmir,dərziçilik sexləri,hüquq məsləhətxanaları,avtoprofoktoriyası və s. olanlar isə ermənilər.
        Müqaisə etsək azərbaycanlılar alverlə, ermənilər isə sənədlə məşğul olurlar. Bildiyimiz kimi alverdə heç kəsə tanınmır,ancaq sənəddə isə insanın sənədinə qiymət verilir.
        Onu qeyd etmək istəyirəm ki, bu xalq özünə qiyməti sənədi ilə verdirir,lobbisi və ya diasporasıyla yox! Mən günahı öz xalqımızda görürəm!

  7. Demokratik dünya bir nəfərin üç dəfə prezident seçilməsi prinsipini qəbul etmir. Amma, Ilham Əliyev növbəti dəfə namizədliyini irəli sürəcək, əgər xalq Jirinovskinin dediyi kimi “qoyun”rolunda olsa təbii ki,buna beynəlxalq birliyin reaksiyası da olmayacaq.Hər şey xalqın iradəsindən asılıdır,amma Azərbaycanın elitası elə düşünür ki,bu hakimiyyətə heç bir təsir qüvvəsi mümkün deyil və onlar istədiyinə nail olacaqlar.Lakin mən varlıgımla inanıram ki,çox yox 50 min insan ayaga qalxıb haqqı tələb etsə bu hakimiyyət dabanına tüpürüb qaçacaq.Təssüflər olsun ki,bu qədər kütləni ayaga qaldıra bilən lider yoxdur.Rəsul Quliyevin isə uzaqda olması bu məsələdə işləri təbii ki,ləngidir.İnsanlar inansalar ki,O vətənə dönə bilər inanın ki,100 minlərlə adam ayaga qalxar.Sadəcə bu insanlar düşünmürlər ki,onların ayaga qalxması ilə bu məsələ asanlaşar və Rəsul müəllim rahatca vətənə qayıda bilər.Əslində isə xalqın başqa çarəsi yoxdur,əgər sabahını düşünürsə ayaga qalxıb Rəsul müəllimin gəlişini tələb etməlidir,yoxsa Jirinovski kimiləri də bizlərə qoyun adı verib təhqir edəcək,hakimiyyət isə bizləri heç qoyun yerinə də qoymayacaq,qapazı başımıza vurub əlimizdəki əppəyimizi də çırpışdırıcaq.Xalqın belə bir rəzil vəziyyətdə olması yalnız biri-birinə inamsıslıgından irəli gəlir.Bu inamsızlıgı isə xalqda 20 ildən artıq müxalifəti və iqtidarı yaradıb.Xalq anlamalıdır ki,özünə inamı yalnız özü yaratmalıdır.

    • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Cavabla Sentyabr 18, 2012 3:43 axşam

      Sizlə mən razılaşıram. Xalq qalxsa çox şeyi əldə edə bilərik! Bugün hakimiyyətin ən qorxduğu insan Sürət Hüseynovdur! Çünki o artıq Gəncədədir və hər an insanları qaldırmaq gücünə malikdir. Kimliyindən asılı olmayaraq, bu gücə malik insanları bir yerə toplayıb, bu hakimiyyəti devirməyə çalışmaq lazımdır. lakin bizim müxalif liderlər özləri özləri ilə mübarizə aparırlar. İqtidarada bu lazımdır ki,güc bir yerə toplanmasın!

      • Mən isə Sizinlə razılaşmıram,Sürət heç kimi ayaga qaldıra bilməz.Sürətin əlində ordu olanda Rusiya bu kartdan istifadə edib.İndi isə bu kartın vaxtı ötüb,Rusiya isə yarasız kartdan heç vaxt istifadə etmir.O ki,qaldı iqtidara qarşı gücə,o yalnız xalqın birliyi ola bilər.Eləcə də Rusiya istəsə hər an bu gücü reallaşdıra bilər,təki bu arzusu olsun.

      • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Sentyabr 19, 2012 12:42 səhər

        Kimdə sənin dediyin yararlı kart var? Rəsul Quliyevdə? mənim fikrimcə insanların güvəndiyi biri insanları qaldıra bilər.

      • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ,insanların güvəndiyi şəxs məhz Rəsul Quliyevdir və yalnız o insanları qaldıra bilər.Hakimiyyətin ona yaxdıgı “qara ləkələrə”baxmayaraq xalq şəxsən Rəsul müəllimə inanır və azadlıgını məhz onun liderliyində görür.Lakin bildiyiniz kimi təkcə hakimiyyət tör-töküntüləri deyil,eyni zamanda bu hakimiyyətin qara qüvvələri olan müxalifəti də ona şər-böhtan atıb ləkələməyə çalışır.Lakin qızıl pas götürməz,hamı bilir ki,Rəsul müəllim vətənənini sevən,xalqının qaygısına yanan,savadlı şəxsiyyətdir.Xalqı bu böhrandan hal-hazırda o çıxara bilər.İndidən özünü 2013-cü il prezident seçkilərində namizədliyini canfəşanlıqla irəli sürənlərin heç biri dövləti idarə etmək iqtidarında deyil və onların prezident seçilməsi mümkün ola bilməz.Rəsul müəllimin uzaqda olması təbii ki,insanların inamına təsir edir,çoxları inana bilmirlər ki,bu qəddar hakimiyyət onun qayıdışına imkan verər.Bütün bunlara baxmayaraq Rəsul müəllim gələcək platformasını ətraflı şəkildə xalqa çatdırmalıdır.Özü də hər şeyi çətin anlayan xalq üçün 1-ci sinifdə əlifbanı müəllim öyrədən kimi geniş məzmunda xalqa çatdırması vacib məsələdir.Həmçinin xalqı inandırmaq lazımdır ki,o mütləq gələcək və seçkilərdə iştirak edəcək.Mən əminəm ki,o mütləq gələcək,amma onu detalları ilə Rəsul müəllim xalqa çatdırmalıdır.

      • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Sentyabr 21, 2012 12:07 səhər

        Qarabağ döyüşlərində bir gündə olsa iştirak etmisən gold-dia! Tanımadığın şəxs barədə fikirlər söyləmə! Sənin necə R.Quliyevə qarşı hörmətin varsa mənimdə Azərbaycanın milli qəhrəmanı kimi Sürət Hüseynova var! Sürət Hüseynovun vətən üçün nə isə etdiyini görmüşük, ancaq sizin R.Quliyevin bugünə kimi nə etməsini görməmişik!

      • Yoldaş haqq ədalət carçısı tutaq ki, siz Şuşa şəhərini görməmisiniz,onun tarixini bilmirsiniz.Və ya DQ-ön yaranma tarixindən xəbəriniz yoxdur,ancaq bu o demək deyil ki,onların heç biri yoxdur.Ma belə gəlirki,Sürət barədə xeyli şişirtməyə yol vermisiniz. Belə düşünürəmki onuda tanımıesınız.

      • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Sentyabr 22, 2012 12:12 səhər

        Rəsul müəllim!
        Mən onu bilirəm ki, Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsinə səbəb Sürət Hüseynov oldu! Düzdür deyəsiniz ki, onsuzda gələciydi,ancaq Sürətin səbəbinə gəlməsini hamımız bilirik! Bugünki bəlalarında səbəbkarı odur ki, Əliyevlər o gündən bugünə kimi Azərbaycanın bütün sərvətini talayırlar. Onu aldatdır.
        Ancaq S.Hüseynovun Qarabağda döyüşlərini, həqiqi milli qəhrəman olmasınıda qəbul etmək lazımdır.
        Siz deyirsiz mən və ya başqaları onun necə insan olmasıı tanımırıq, bir iki misal şəkməyiizi xahiş edirəm. Bəlkə haqlısız!
        Rəsul müəllim Sizin barədədə çox şayələr deyilir, onların 80% dən çoxu uydurmadır, Hər deyilən sözləri doğru hesab etsək, bu mübarizədəndə geri şəkilməliyik!
        Sizin və ya müxalifət liderlərinin bir birləri ilə anlaşa bilməməsi, iqtidarı günü gündən güclü edir. Nə vaxta kimi bir birinizlə mübarizə aparasınız? Nəyi bölüşdürə bilmirsiniz, özünüzdə bilmirsiz! Bir birinizdə yanlışlıq axtarırsınız! Buna görə xalq Sizlərə güvənə bilmir. Hər bir partiya liderlərinin, milli qəhrəmanların, azadlıq uğrunda mübarizə edənlərin hər birinin pərəstişkarları var, bu gücləri niyə birləşdirmirik, özünüzü kateqoriyalara bölürsüz, iqtidarda sizin bu zeifliyinizdən istifadə edir! Birləşərək bu hakimiyyətin sonunu verdikdən sonra xalq öz liderini demokratik seşki yolu ilə seçəcək!
        Sizlər üçün qarşıdan ən çətin sınaq ili gəlir, 2013-cü il, prezident seçkiləri, bu il Əliyevlər hakimiyyətinə- son qoyulmalıdır!
        Bugün hər bir vətən oğlunun yeganə bir məqsədi olmalıdır, Əliyev hakimiyyətinə son qoyub, post sovet ölkələri işərisində yeganə demokratik ölkə yaradaraq, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək!

  8. Avropa Parlamentində azərbaycanlı zabit Ramil Səfərovla bağlı qəbul olunmuş qətnaməyə cavab olaraq YAP-ın təşəbbüsü ilə imzalanan kommunikedə ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrin həmrəylik bildirməsi zəruri sayılıb.Buna müsbət qiymət vermək olar.Amma müxalifət anlamalıdır ki,8 il yarım Macarıstan həbsxanasında yatan Ramilin indiki əhv məsələsi yalnız hakimiyyətin 2013-cü il prezident seçkisində özünə şans qazanmaga xidmət edir.20 ildir hakimiyyətə xidmət edən müxalifət bu gün də bir daha sübut etdi ki,hakimiyyətlə onların siyasəti üst-üstə düşür.Ola bilsin ki,hakimiyyət xalqın etimadını qazanmaq üçün digər müəyyən güzəştlərə də gedəcək,amma bunlar yalnız xalqın başını aldatmaq üçündür.Prezident seçkilərindən sonra elə Ramil də Macarıstana qaytarılacaq,etdikləri vədlər də yaddan çıxacaq.Ona görə də xalq ayıq olmalı və azadlıgına nail olmaq üçün yalnız Rəsul Quliyevi lider kimi müdafiə edib,onun Azərbaycana qayıdışını tələb etməlidir.

  9. ATƏT-in 19 ölkəni təmsil edən səfirləri sentyabrın 11-də Bakıda müxalifət partiyalarının liderləri ilə görüş keçirib. Görüşdə AXCP, Müsavat, KXCP və ALP rəhbərləri iştirak edib.Bilirik indiyə kimi Amerika və Avropanın səlahiyyətli nümayəndələri müxalifətlə xeyli görüşlər keçirib.Amma nəticə etibarı ilə belə qənaətə gəlmək olar ki,onlarda da müxalifətə inam hissi olmayıb və hələ də onu bir varlıq kimi qəbul etmirlər.Qəbul etsəydilər “Ərəb baharı”inqilabının dalgası Azərbaycanı çoxdan bürüyərdi,həmçinin bunun İrana da çox böyük təsiri olardı.Amma yazıqlar olsun ki,bu nümayəndələrin nə xalqa nə də ki onun müxalifətinə inamı kifayət qədər deyil.Odur ki,güman qalıb Allaha,Allah bu millətə bir az cürət bəxş etsə millət azadlıgına nail ola bilər.Təssəvür edin ki,bütün demokratik dövlətlər bu hakimiyyətin eleyhinədir,amma millət isə deyirsə Allah mənim ömrüdən kəsib prezidentimə versin,hansı ki o prezident onun canını belə almaq niyyətindədir,o zaman demokratik dövlətlər nə etməlidir?Qoy ha qışqırsın ki,ay millət demokratiya sənin azadlıgın,insan kimi yaşamagın deməkdir,bir halda ki,bu hayqırtını qanıb hərəkət edə bilmiriksə onların nə vecinə.

    • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Cavabla Sentyabr 18, 2012 4:12 axşam

      mən helə deməzdim! Bizim xalq “bugününə şükür edən” xalqdır. Yaltaqlıq və ikiüzlülük, bir birimizin paxıllığını çəkməyimiz daim bizi geri çəkəcək. Bizim xalqa cürət lazım deyil. Onları inandıran lider lazımdır, çünki bizim xalq “fitvaya” gedən xalqdır!

  10. “Suriyanı BƏƏS-çilər, Azərbaycanı “KQB”-çilər talayır; Suriyada Əsəd, Azərbaycanda Əliyev hakimiyyəti atadan oğula ötürülən diktatorluqdur; Suriyada Əsəd korrupsionerdir, Azərbaycanda İlham Əliyev…” Bunu Türkiyənin tanınmış köşə yazarı Mine Kırıkkanat “Cümhuriyyet” qəzetində müsahibəsində yazıb.Yazar həmçinin bildirib ki,İlham Əliyevi Bəşər Əsədlə eyni aqibət gözləyir.

  11. Keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub.“O özü MTN-nin təcridxanasında qalmaq üçün milli təhlükəszilik nazirinə məktubla müraciət edib. Hacı Məmmədovdan bizim komitəyə daxil olan məktubda da bildirib ki, onu Qobustan qapalı həbsxanasına köçürsələr, orada öldürəcəklər. Ona görə də öz istəyi ilə MTN-nin təcridxanasında qalır”.Görəsən H.Məmmədov onu bu yola vadar edəni gündə neçə dəfə söyür?Ən təccüblüsü isə budur ki,nə əcəb bunu da Rəsul Quliyevlə baglamadılar?Axı bu hakimiyyət aga qara yamamagı yaxşı bacarır.

    • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Cavabla Sentyabr 18, 2012 4:21 axşam

      Hacı Məmmədovu Qobustan həbsxanasına keçirməmələrinin səbəbi hər birimizə məlumdur! Sadəcə özləri verdikləri “zakazlar” barədə kiməsə, nəsə deyər! İlham Əliyev Hacı Məmmədov kimi qulduru yetişdirən Ramil Usubovu niyə həbsə attırmadı? Çünki özüdə hətta atası Heydər Əliyevdə Hacı Məmmədovun əli ilə çox adamların nəslini kəsmişlər.

  12. İLHAM RƏHİMOVDAN ASLANOVLARA MİLYONLUQ HƏDİYYƏLƏR-Azərbaycanlı milyarder, «Putinin dostu» kimi tanınan iş adamı İlham Rəhimov yeni həyat yoldaşını və onun övladlarını bahalı hədiyyə yağışına tutub: Londonda imarət, 700 minlik ev, Qubada villa…Amma milyarderin kasıb vaxtları o zaman Rəsul müəllimin liderlik etdiyi ADP-də keçib.Görünür İ.Rəhimov da indiki müxalifətçilər kimi yalançı müxalifət olub,yoxsa geninə-boluna xərclədiyi pullardan xalqın azadlıgı üçün həqiqi müxalifət ACP-yə də keçirərdi.

  13. Deputat Eldar İbrahimov: “Bizim prezidentimiz və namizədimiz yalnız İlham Əliyevdir” Həmin bu deputat bir vaxtları isə deyirdi ki,Rəsul Quliyev mənim dədəmdir.Vay sənin milliliyini,qeyrətini,kişiliyini dovşan yesin,Azərbaycan deputatı!

  14. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.İlkin olaraq iki milyon vəsait də ayrılıb.Analoqu olmayan bu siyasətlə görəsən kimi aldadırlar,xalqı yoxsa demokratik ölkələri?Sizcə bu dovşana qaç,tazıya tut deyilmi?Bir tərəfdən çap,tala,korrupsiya,rüşvətxorluq,manopoliya,özbaşınalıq,digər tərəfdən isə guya xalqa yazı gəlmə,həmçinin demokratiyanın gözünə kül üfürmə! İnanırsınızmı?

    • Haminizi salamlayiram ! .
      Fikir versek butun muselman dunyasinda eyni prosesler eyni yaltaglar eyni meddahlar ve millete garsi eyni munasibet var (((HIYE ?
      GORESEN BUNUN SEBEBI NEDEDI ?

      • Sbəbi millətin savadsızlıgı,haqqını qanmamaq,özündən imkanlıya boyun əymə,biri-birini gözdən salma,gücsüzə azreil kimi yanaşmaq,özünü hamıdan agıllı hesab etmək,torpaga
        ,vətənə,bayraga biganəlik.Yeganə Türk millətidir ki,müəyyən xüsusiyyətləri ilə digər müsəlmanlardan fərqlənir.

  15. ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ edən bəy,Qarabagın həll yolu yalnız xalqın birliyindədir.Bizim xalqımızda vətənpərvərlik və milli hissini demək olar ki,tamamən öldürüblər.İnsanlar düşünür ki,niyə bu yırtıcılar,quldurlar xalqın varidatını talayıb yesin,balalarını Amerikanın,ingəltərənin ən qabaqcıl Universitetlərində oxutsun,şəxsi təyyarələrdə dünyanı gəzib keyf eləsin biz isə vətən,millət dərdi çəkək!Milləti düşüncəli halda milliliyini tapdalayıb biri-birinə düşmən ediblər.Özü də bu yırtıcıları bir-bir seçiblər,dünənin gədaları bu gün oliqarx olublar,həmçinin çoxlarının milliyini araşdırsan görəcəksən ki,bunların əksəriyyəti kimlərdir və kimə,nəyə xidmət edirlər.Heyf ki,bunları xalq anlaya bilmir,əksinə öz dogmasına düşmən kəsilərək biri-birində irad axtarıb ləkə,böhtan atmaga çalışır.Haralısan və klan siyasətini qanımıza hopdurub milliliyimizi itirmişik.Bundan başqa müharibə şəraitində yaşayan bir ölkənin hərbisində bu qədər maxinasiyalar,korrupsiya,rüşvətxorluq hökm sürürsə itirilmiş torpaqların hansı qələbəsindən danışa bilərik?Xəbəriniz varmı ki,hərbimizdəki özbaşınalıqların nəticəsində hərbidə qulluq edən əsgərlərimizin kütləvi halda məhkəmələrdə cinsi cinayət işlərinə baxılır?Nə qədər əsgər özünə qəsd edib məhv olur və elə düşünürsünüz ki,erməni tərəfindən öldürürülür?Bu minvalla biz nəinki qələbədən,Qarabagımızın azad olmasından danışa bilərik,əksinə hələ digər torpaqlarımızın da itirilməsi təhlükəsi artıq yenidən cücərib.Rus qoşununu elə belə Ermənistana toplamayıb,orada keçirilən hərbi təlimlər buna bir işarədir.Bütün bu həngamələrdən sonra eşşək canavara dayım gəldi deyən kimi biz də rusa hələ də dayı deyirik.Çünki kreslomuzu yalnız onlar tərəfindən qoruya bilərik.
    Bu gün xalqımız fövqalədə anım halında yaşayır,bunu biz bu gün düşünüb anlamasaq və vətənpərvər millimiz Rəsul Quliyevi dəstəkləyə bilməsək,sabahımız çox qaranlıq rəzalətə qərq olacaq.Nəinki torpaqlarımız gedəcək,həmçinin milliliyimiz,qürurumuz ayaqlar altında tapdalanacaq!Son vaxtlar kütləvi sürətdə insanlar bu rəzalətlərə dözməyib asan yolu özlərinə sui-qəsdə görür,qız-gəlinlərimizin rüsvayçı səsi Dubaydan,Pakistandan və digər ölkələrdən gəlir,arvad kişini,kişi arvadı qətlə yetirir,vətənpərvər ogullarımız pərən-pərən olub vətəndən uzaq ölkələrə qovulub,bütün bunlar bəs nə deməkdir?Sizcə bu millətin,kişiliyin,dövlətin süqutu deyilmi?Bu gün dinimizi təhqir edən bir dılqıra görə bütün müsəlman ayaq üstündədir,deməli biz istəsək ayaga dura bilərik,çünki millilik dindən daha önəmlidir.Milliliyimiz olmayan halda hansı dindən danışa bilərik,yezidlikdənmi?Bu gün elə bir andır ki,hər bir Azərbaycanlı yatmagı da,yeməyi də özünə haram bilib ayaga qalxmalıdır,yoxsa sabah başımıza döyəcəyik!

    • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Cavabla Sentyabr 18, 2012 4:41 axşam

      Mən Sizin kimi millətpərəst insanlarla qürur duyuram!
      Siz dediklərinizi mən gözümnən görmüşəm!
      Bizim gənclər “oğru ideyası” ilə yaşamağa üstünlük verirlər. Güclü-gücsüz, dembel-molodoy, suka-ağzı bərk, sözü keçən-sözü keçməyən və sair kateqoriyalara bölürlər özlərini. Ancaq heç bir demokratik ölkədə bu ideya yoxdur, nə qədər ki, belə “ideyalarla və ya ponyatyalarla” böləcəklər, gənclər BİRLİK anlamından uzaq olacaqlar!

  16. Mahmudəli Çöhrəqanin müsahibəsi

  17. ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Cavabla Sentyabr 18, 2012 4:29 axşam

    Şox gülməli bir qanun dəyişikliyi rast gəldi mənə! Cinayət Məcəlləsində əmlakın müsadirəsi cəza növü həm əsas cəza növündən həmdə əlavə cəza növündən götürülübdür!
    İlham Əliyev özünün və ətrafındakilərin gələcəyini gördüyü üçün belə bir gülünc qanun dəyişikliyi edibdir!!!

  18. Məhəmməd peyğəmbərin təhqir olunduğu “Islamın məsumiyyəti” filminə etirazlar bütün dünyanı bürüyərək davam edir. Bu məsələ indiki məqamda həqiqətən mürəkkəb məsələdir.Odur ki,mən inanmıram ki,bu film ABŞ dövlətinin sifarişi əsasında olsun.Düzdür digər dinə mənsub insanlar axınla İslamı qəbul edirlər və buna görə də Salman Rüşdü və sair kimi məddahlardan istifadə olunub İslama qara yaxdırırlar.Elə Maykl Cekson kimi məşhur mügənnin İslamı qəbul etməsi nəticəsində İslama kütləvi axına səbəb ola bilərdi və ona görə də belə böyük mügənnin özünün aradan götürülməsi uf demədən həyata keçirildi.Lakin bu gün,belə bir məqamda bu filmin sifarişçilərinin kimliyi dəqiq məlum deyil.
    Rusiya dövlətinin bu filmin ərazisində yayılması,hətta haqqında mediyada yayılmasına belə qadaga qoyması o demək deyil ki,Rusiyanın İslama məhəbbəti var.Bu məsələ həqiqətən dünyanı qarışdırmaga səbəb ola bilər.Bütün mübarizəsini planlı sürətdə aparan ABŞ heç vaxt belə səhvə yol verməz.Görünür üzdə olan sifarişçilərin də arxasında hansısa sifarşçilər var.

  19. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin sentyabrın 18-də Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X. Xələfov Rusiya səfirinə sentyabrın 14-də Moskva şəhər meriyasının icazəsi və “Rus-Erməni Birliyi”nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirilərək nota verilib.Qəribədir,dovşan filə xəbardarlıq edir.Əgər Rusiyanın Azərbaycana cüzi qədər hörməti varsa belə bir təxribatçıya dərhal cinayət işi açmalıdır.Əks təqdirdə Azərbaycan Rusiyanı “dayılıqdan”mərhum etməlidir.Əslində isə belə bir təxribatçı haqqında təkcə nota ilə kifayətlənməməli və onun haqqında hər cürə tədbirlərə əl atmılmalıdır.

  20. ARDNŞ Gürcüstanda 100 milyon dollara karbamid zavod tikir.Adı da qoyulub ki, karbamid zavodunun inşası iki qardaş ölkədə aqrar sənayenin inkişafına, azot gübrəsinə təlabatın ödənilməsinə, eləcə də region bazarlarına yeni və perspektivli məhsul çıxarılmasına əlavə imkanlar yaradacaq. Pah atonnan guya Gürcüstana ürəkləri yanır,əslində isə burda iki məqsəd güdülür,1-cisi öz bizneslərini həyata keçirmək,2-cisi isə M.Saakaşvilinin ABŞ ilə münasibətindən istifadə etmək.Hələ bu nədir ki,2013-cü il prezident seçkilərinə görə Azərbaycanın pulları çox yerlərə xərclənəcək!

  21. Rəsul müəllim,ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ABŞ-ın enerji bazarına çıxmaqda maraqlıdır.Bu barədə ARDNŞ vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Neft, Qaz və Media” konfransında çıxışı zamanı deyib.Onun sözlərinə görgə, şirkət artıq Vaşinqtonda nümayəndəliyini açıb və yaxın vaxtlarda Hyustonda daha bir nümayəndəliyin açılışı gözlənilir.Siz bu məsələyə aydınlıq gətirsəniz minnətdar olaram.

    • Söhbət benzozapravkaların açılmasından gedir. Heç bir xeyir gətirməyən milyonlarl dollara həmin zaprvkalr alınacaq,üzərinə nəsə bir ad yazılacaq,məhsullar isə Amerikadakı neft ayırma zavodlarından alınıb satılacaq.15 il bundan öncə Lukoyl bu işlə məşğul olmağa başlamışdı indi onun 100-lərlə zapravkaları var,ancaq bankrota yaxınlaşıb zapravkaları satır. Lukoyl başqa cür bu məsələni həll etmişdi.Rusiyadan ABŞ-a gəlmiş əsasən varlı yəhudilər Lukoyldan ancaq markasın alıb özləri investisiya edərək zapravkalrı ya alırdı ya da tikirdi. Çox ehtimal Azərbaycan öz pullarını səpələyəcək.

  22. Həbsxanada məhkumların döyülməsi və onlara təcavüz edilməsinə görə Gürcüstanın cəzaların icrası işləri üzrə naziri Xatun Kalmaxelidze istefa verib.İki qonşu və fərqli ölkə olan Azərbaycan-Gürcüstan.Sivil ölkələrdə təkcə Hacı Məmmədovun törətdiyi həngamələrə görə ölkə prezidenti istefa verərdi,ən azı isə Daxili İşlər naziri istefa verməli idi.Bizdə isə əvəzində günahsız insanlar cəzalandırıldı.

  23. «İşdən sonra» proqramında Açıq Cəmiyyət Partiyasının lideri, Rəsul Quliyev canlı efirdə ölkədə baş verən siyasi prosesləri şərh etdi.Həmişə qonaqlarına sərt opponentlik etməyi xoşlayan aparıcı Xədicə İsmayıllın Rəsul Quliyevə hansı istiqamətdən “hücuma keçəcəyi”ni şahidi oldunuz.Maraqlısı isə o oldu ki,sual verənlərdən heç olmasa bir nəfər nümunə üçün Rəsulçu olmadı.Yenə də köhnə adətlə tör-töküntülər ölkədə baş verən siyasi prosesləri yox agızlarına gələni,məntqli-məntiqsiz sualladılar.Halal olsun belə “millətə”

  24. 1989-cu ildə Şeyx Həzrətlərindən müsahibə alırdım,suallarımdan biri belə oldu:”Şeyx Həzrətləri xalq arasında belə söhbət gedir ki,Sizin həm də hərbi rütbəniz var”bu haqda nə deyə bilərsiniz?O,güldü və dedi ki,bunu Vazqendən soruşmaq lazımdır,o ki,Rumuniyadan gəlib.Amma,məncə “Xalq” qəzetinin müxbiri 7-8 il sonra müsahibəsində Şeyxdən soruşdu”Şeyx Həzrətləri Vazqenin Geniral rütbəsi var idi,bəs Sizin niyə yoxdur”?O,isə cavabında axmaq-axmaq danışma mənim Vazqendən nəyim kəsirdi,dedi.
    Sən demə Azərbaycanda “gizli” rütbəli adamlar çox imiş.Hələ 1992-ci ildə İsa Qənbərin H.Əliyevə ad günü münasibəti ilə teleqramını oxuyanda çox şübhələnmişdim.Onun H.Əliyevə gəlişi gözəl sözlərlə xalqımın qeyrətli oglu cümləsi ilə başladıgı təmtəraqla yazdıgı teleqram çox yəqin ki,Naxçıvan M.R də arxivdə saxlanılır.
    Mənim yazıq,məzlum xalqım görün kimlərin oyunbazlıqları altında belə bir acınacaqlı,rəzil bir hala salınmışdır.Uzun illər keçməsinə baxmayaraq bu məzlum xalq hələ də bu “rütbəli”kələkbazlarını tanıya bilmir.Acınacaqlısı budur ki,bu üzü qırmızılar,astarı üzündən betərlər xalqı hələ də utanmadan “qoyun”yerinə qoyanlar indi də öz xislətlərindən əl çəkə bilmirlər.Belə qənaətə gəlmək olar ki,ya dogrudan da bu xalq bu dərəcədə sadəlövh,kütbeyindir,ya da o dərəcədə rəzil və bədbəxtdir ki,bütün bu hoqqabazlıqlara dözüb səsini çıxara bilmir?Belə getsə deməli bu millətin sonu,gələcəyi yoxdur,həmişə başına qapazı vurub əlindəki tikəsini də alacaqlar!Şeytanlar,cüvəllagılar Amerikada zapravka alır,Avropanın gözəl yerlərində villalar,mülklər alır,otellər tikdirir,xalq da burda barmagını sorur!Allah səni rəhmət eləsin M.Ə.Sabir……..

  25. Hörmətli blok iştirakçıları,bu vidio roliki bura salmaqda məqsədim odur ki,biləsiniz ki,Q.Məmmədovun 2005-ci ildəki bu şıxışından od puskürürdü.Özü də haqqı müdafiə edirdi.Bu haqq Rəsul Quliyev idi,həmçinin özünün dediyi kimi.Qurban Məmmədovu deyə bilmərəm,amma Rəsul Quliyev elə həmin Rəsul Quliyevdir.Onda dəyişiklik yalnız müsbət istiqamətədir,yəni Amerika həyatı onun savadında çox yüksək,mühüm rol oynayıb,qürbətin həsrəti vətənə,elə,obaya,xalqa sevgisini də artırıb,eyni zamanda demokratiyanın düz göbəyində daha da püxtələşib və onu ölkəsində yaratmaq eşqi ilə yaşayır!Belə bir görkəmli insana hansıki bu hakimiyyətə əl tutmuşdur,varlıgında bir başa iştirakçı olmuşdur,ac-yalavaclara çörək vermişdir.Odur ki,atalar gözəl deyib,yetim kimə əl qadırar?,təbii ki,çörək verənə.Bax budur Rəsul müəllimin günahı,yırtıcılar,cinayətkarlar yerlərini bərkitmək üçün əllərinə fürsət düşdü,ona şər-böhtan atıb cinayətkar damgası vurdular,az qala vətən xaini etdilər.Utanmadan,çəkinmədən vətənpərvərə qara yaxmaq yalnız nankorlara məxsusdur.Həmin o nankorlardır ki,hakimiyyəti idarə edərək xalqını sevən ogulları vətəndən didərgin salıb milləti bu kökə salaraq rəzil,məzlum etdilər!Bu şər qüvvələr elə düşünürlər ki,xalqın varidatı hesabına əbədi hakimiyyətdə olacaqlar.Amma çox yanılırlar,bu millətin ahu-zarı onları tutacaq,ikinci isə səbri aşıb-daşan xalq bir gün vulkan kimi püsgürəcək!O zaman yıgdıqları haram olacaq,burunlarından gələcək!Baxmayaraq ki,bu milləti param-parça ediblər,kimsəsizləşdiriblər,biri-birinə qarşı qoyublar,vətənə,bayraga sevgini sındırıblar,insanların biri -birinə qarşı hörməti,izzəti buzlaşdırıblar!Lakin lap az qalıb bu buz əriyəcək,insanlarda qürur,ruh yüksəkliyi artacaq və 20 ilin qisasını bir gündə alacaq!Çünki bu gün onu irəli aparan,haqqını müdafiə edən Rəsul Quliyev kimi Lideri var!

    • ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Cavabla Sentyabr 22, 2012 12:33 səhər

      Hörmətli gol-dia!
      Kimliyimizdən və ya ixtisasımızdan asılı olmayaraq müharibə zamanı hər birimizin əlimizdə silah düşmən tapdağı altında olan torpaqlarımızın azad olunmasında səmimi qəlbdən iştirak etməliyik, hətta etməliyik deməzdim arzulamalıyıq! çünki torpaq hər bir vətən oğlunun namusudur və qeyrətidir!
      Mən Rəsul müəllimə yazdığım cavabdada qeyd etmişəm, hər kəs barədə yanlış fikirlər söylənir. Bugün ki, gün heç kəs bilə bilməzki, kim kimdir? Bunu tarix bəlilliyəcək!
      Bir gün əsl (yəni heydər variantı əsli nəzərdə tutmuram,ədalətli əsl sözünü nəzərdə tuturam) həqiqətləri tarixçilərimiz,ekspertlərimiz üzə çıxaracaq! Onda hər birimizə məlum olacaq kim kimdir!

      • Məsələ S.Hüseynovun və ya bir başqasının müharibədə iştirakından getmir.Ona qalsa mən müharibə zonasında hamıdan çox olan şəxsəm və işğal olunmuş torpaqların 10 faizinə yaxın yəni horadiz istiqamətində azad olmasına bir başa rəhbərlik etmişəm. Ancaq torpaqlarımızın 20 faizi işğal altında olan ölkədə kiminsə o cümlədən mənim müharibədə qəhrəmaşlığından danışmaq ayıbdır.İstər indiki tarixdə istərsədə gələcək tariximizdə. Mən Azərbaycana dönüb prezident seçilə bilsəm,əminəm ki, DQ problemini həll edəcəyəm.Heç ondada özümü qəhrəman hesab etməyəcəyəm və imkan verməyəcəyəm ki,kimlərsə məni qəhrəman adlandırsın.

  26. ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ cənabları,sizin Sürət Hüseynova sevginiz ola bilər və bu sizin şəxsi işinizdir.Görünür onun Azərbaycana vurdugu ziyanlardan xəbəriniz yoxdur,olsaydı çox yəqin ki,ona dəlicəsinə vurulmazdınız.Sürət həmçinin cinayətkardır,bir neçə tanınmış şəxsin ölümündə şəxsən onun göstərişi var.İndiki zamanda çoxlarına sərf eləmir bu cinayətlərin açılması,amma zamanında bunlar mütləq açılacaq,buna şübhən olmasın.Elə Qarabagın getməsində əsas rolu da o oynayıb,rus daydaylarının göstərişləri əsasında.Heç olmasa müdafiə nazirinin keçmiş müavini İsa Sadıqovun silsilə yazılarını oxusan kifayət edər ki,onu tanıyasan.
    Rəsul Quliyevin Azərbaycana və onun xalqına verdiyi xeyirlərdən əfsuslar olsun ki,məlumatın yoxdur.Ümumiyyətlə Rəsul Quliyevin nəsli xeyirxah insanlardı,amma o nəslin öndəri Rəsul müəllimdir.Rəsul müəllimin gördüyü işlərdən məlumatın olsa şübhəm yoxdur ki,onu dəstəkləyənlərdən bəlkə də birincisi sən olacaqsan.Çünki yazılarından görünür ki,sən də vətənpərvər oglansan.
    O ki,qaldı mənim Qarabag müharibəsində iştirakıma,mən ixtisasca jurnalistəm döyüşçü deyiləm.Amma Qarabag ugrunda cihad olsa yaşımın çoxlugundan asılı olmayaraq mən də könüllü iştirak edərəm.

  27. Rəsul müəllim, salam! Siz yazırsınız:”Mən Azərbaycana dönüb prezident seçilə bilsəm,əminəm ki, DQ problemini həll edəcəyəm”.Yəni bu o deməkdir ki,Sizin ölkəmizə qayıtmağınızla torpaqlarımızın azad edilməsi eyni dərəcədə çətin problemdir? Belə hesab edirəm ki, bunun üçün millətimiz öz iradəsini ortaya qoymalıdır.Əlbəttə indi bu çox da inandırıcı görünmür! Güman edirəm ki, Sizin potensialınız imkan verə bilər ki, millətimizin özünə inamını qaytarmaq mümkün olsun!

  28. ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ Cavabla Sentyabr 23, 2012 11:10 səhər

    Son günlərdə Gürcüstan həbsxnasında baş vermiş insidentlə bağlı 2 nazir istefasını verdi.
    Görən bu hadisə Azərbaycanda baş versəydi hansı nəticələr olardı?
    2005-ci ildə “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilən Hacı Məmmədov olayını bu hadisədən yüngülmü hesab etmək olar?
    1994-2005-ci illərdə saysız qətl, adam oğurluğu, mənzillərə, müxtəlif şəxslərə, silahlı basqınlar törədən mütəşəkkil cinayətkar dəstəyə deyilənlərə görə rəhbərlik edən Hacı Məmmədovun rəhbəri olan Ramil Usubov niyə istefa vermədi? O bundan xəbərsiz idi mi? Bu cinayət hadisələrində H.Məmmədovun əsas fiqur olması doğrudurmu? Cinayət yolu ilə əldə edilmiş bu qədər məbləğdə pulun Hacı Məmmədovun tək yiyələnməsi mümkündürmü?
    Bu sualların cavabsız qalmasına səbəb Əliyevlərin hələdə bugün ki gün, hakimiyyətdə olmasıdır.

    Qanqster Hacı Məmmədov 1977-ci ildə AR DİN-nin əməkdaşı olmuş, 1995-ci ildən vəzifədə yüksələrək AR DİN-nin BCAİ-də əvvəl əməliyyat müvəkkili sonradan isə baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.
    Göründüyü kimi H.Məmmədovun vəzifədə yüksəlişi eyni zamanda belə bir dəstənin formalaşması və 8 il fəaliyyət göstərmə tarixi Ramil Usubovun nazirliyə rəhbərlik etməsinin ilk günlərinə təsadüf edir.
    Hacı Məmmədov məhkəmə proseslərinin birində sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin ona “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun öldürülməsini sifariş verməsi barədə ifadə vermişdir. Belə çıxır ki, bütün nazirlər Hacı Məmmədovun cinayətkar dəstəyə deyilənlərə görə rəhbərlik etməsini bilirmişlər, ancaq Ramil Usubovun bundan xəbəri yox imiş? Bundan başqa məhkəmə prosesində ifadələr zamanı Hacı Məmmədov barəsində dəfələrlə Ramil Usubovun yanında müzakirə edilməsi, onun buna reaksiya verməməsi ifadələri işlədilirmiş. Hacı Məmmədov hər məhkəmə çıxışlarında, böyük qüvvə tərəfindən ona sifarişlər edilməsini bildirib. Nəyə görə bu qədər cinayəti açan MTN həmin böyük qüvvənin adını çəkilməsinə şərait yaratmayıb? Bu sualın cavabını heç kəs bilməsin diyə Hacı Məmmədov Qobustan həbsxanasında olmaq əvəzinə bugünə kimi MTN-nin İstintaq Təcridxanasında ömürlük həbs cəza növünü çəkir. Bu heç bir ölkədə görünməyən bir haldır! Məhkəmə proseslərinin birində ifadə verən DİN-nin Baş Cinayət Axtarış İdarəsinin Daxili Təhlükəsizlik Şöbəsinin keçmiş rəisi Kamil Sədrəddinov Hacı Məmmədovdan himayədarlarının adlarını çəkməsini tələb edib. O, deyib ki, Hacı Məmmədov işə gəlib-getmədiyinə görə, ona xəbərdarlıq etdikdə Məmmədov onu sistemdən xaric etdirəcəyi ilə hədələyib. Kamil Sədrəddinov məhkəmədəki ifadəsində Hacı Məmmədova «məni kiminlə hədələdiyin adamın adını çək» – bildirib. Qarşı tərəfin cavab vermədiyini görən dövlət ittihamçısı eyni sualı Kamil Sədrəddinova ünvanlayanda o, bildirib ki, Hacı Məmmədov onu Daxili İşlər nazirini müavini Əsgər Ələkbərovla hədələyirdi. Əsgər Ələkbərovun prosesdə adı çəkilməsinə baxayaraq, bu ifadəyə də heç bir reaksiya verilməyib. Bu qaranlıq məqamların açılan bir günü olacaqmı?
    Saysız cinayət hadisələri ilə əlaqədar olaraq, R.Usubov özünü sığortalamaq məqsədi ilə nazirliyin bir çox iri vəzifə tutan əməkdaşlarını vəzifədən azad edib və cəzalandırmışdır. Ən gülüncüdə budur ki, Hacı Məmmədovun yaşadığı inzibati ərazidə xidmət edən Xətai Rayon Polis İdarəsi 37-ci bölməsinin iki əməkdaşı tutduqları vəzifədən azad edilib. Həmin bölmənin rəisi və rəis müavini intizam qaydasında cəzalandırılıblar. Bunlar Hacı Məmmədova nə edə bilərdilər?
    Daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyevin isə, guya öz istəyi ilə vəzifədən azad edilib.
    Bununlada daxili işlər naziri Ramil Usubov öz missiyasını bitmiş hesab edərək,”sudan quru çıxıb” və bugünə kimidə həmin quruma rəhbərlik edir. Halbuki, vicdanlı rəhbər belə halda özü istefa verməli idi. Lakin özü bu cinayətlərin başında olması şübhə doğurursa, hansı vicdandan danışmaq olar?! Hacı Məmmədovu bu cinayətləri törətməkdə- kiçik bir fiqur hesab etməliyik.
    http://www.hafta-ichi.com/v4/pre.php?id=675
    2009-cu ildə Azərbaycan Neft Akademiyasında baş vermiş terror aktı ilə də əlaqədar hüquq mühafizə orqanlarının rəhbərləri istefa verməli idi. Ramil Usubov burada da bir neçə polis əməkdaşını cəzalandıraraq,özünü “sudan quru çıxartdı”. Bu nə vaxta kimi davam edəcək?
    Ramil Usubov “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı Daxili İşlər Nazirliyini cinayətkarlar yetişdirən qurum adlandırdığından və oranı terroristlər hazırlayan bazalarla müqayisə etdiyindən Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət edərək onun ittihamla cinayət məsuliyyətinə cəlb olunmasına nail olub. DİN-in bölmə və idarə rəisləri olan şəxslərin özlərinin gələcək cinayətləri üçün nazirlikdə təcrübə topladıqlarını bildirərək, guya bununlada daxili işlər orqanları əməkdaşlarının şərəf və ləyaqətini ləkələyib.
    Burada bəli ƏyyubYaqubov səhv edib, çünki Nazirliyi sözü əvəzinə naziri, qurum sözü əvəzinə isə şəxs sözlərindən istifadə etməli imiş.
    “Elmar Hüseynova yox, Əyyub Kərimova güllə atılmalı idi”. Bu sözler Xətai rayonunun prokuroru, daxili işlər naziri Ramil Usubovun qudası Yusif Ildırımzadəyə məxsusdur.
    Bu hakimiyyət artıq azğınlaşıb açıq aşkar bildirirlər ki, Elmar Hüseynovuda biz öldürmüşük, demək kim onlar barədə belə yazacaqsa ölümə məhkum olunacaqdır!
    Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2008-ci ildə keçirilən əməliyyat tədbiri nəticəsində 10 il ərzində Bakı şəhərindəki valyutadəyişmə məntəqələrinə basqın edən dəstə üzvləri yaxalanıb, onların arasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMI), Nərimanov rayon Polis Idarəsində və 18-ci polis bölməsinin rəisi vəzifəsində çalışmış Mehdi Əmirəliyev, Şuşa ŞPŞ-də və BMCMI-də əməliyyat müvəkkili işləmiş İrac Nəsrullayev, polis əməkdaşları Ceyhun Qarayev, Seyran Bağırov və İsmayıl Feyziyev var.
    Bundan başqa MTN başqa bir keçirdiyi əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhərində 6 il açıq-aşkar heroin satmış, narkotik alveri ilə məşğul olan 20 nəfərlik dəstədə onlardan 2 si iri rütbəli polis zabiti olub. Polislər narkobaronun heroini rahat şəkildə satdırması üçün ona “krışa”lıq ediblərmiş.
    Artıq resedevislər yalan olub, cinayətlə mübarizə aparmaq əvəzinə, polis işçiləri artıq pul qazanmaq üçün cinayət törətmək yolunu seçiblər.
    Belə məlumatlardan və Hacı Məmmədovdan sonra yazıq jurnalist sizi necə müsbət xarakterizə etsin? Bunları oxuyan hər kəs DİN-ni nəinki cinayətkar yetişdirən yuva kimi, hətta hər bir polis işçisini cinayətkar kimi qiymətləndirər.
    “Atı-atın yanına bağlasan,həmrəng olmasada, həmxasiyyət olur”.
    Hüquq-mühafizə orqanlarında cinayətkar dəstələrin olması, onların kriminallaşması, avtoritar rejimli ölkələrdə adi hal kimi qiymətləndirmək olar. Bu baxımdanda, Azərbaycanın hüquq-mühafizə orqanlarınıda istisna saymaq mümkün deyil.
    Əliyevlər hakimiyyəti daim Daxili İşlər Nazirliyinin əməkdaşlarını peşəkarlığı və fəaliyyəti ilə yox, iqtildara sədaqət faktoru ilə qiymətləndirərək, önə çəkmişdir. Bu da təbii ki, bu qurumun rəhbərinə və onun üzvlərinə cinayət törətməyə və bu yolla qazanc əldə etməyə imkan yaradır.
    Ramil Usubov polisin peşə bayramlarından birində deməsinə görə, keçirdikləri rəy sorğusunda əhalinin 67 faizi bildirib ki, polisə etimad göstərirlər.
    Ramil Usubovun fikrincə, vətəndaşların daxili işlər orqanları ilə bağlı əsas narahatlığı ayrı-ayrı əməkdaşların ünsiyyətdə kobudluğa yol vermələrindən irəli gəlir. Nazir həmin müsahibəsində son illər daxili işlər orqanlarının maddi-texnika bazalarının yaxşılaşdırılmasından və peşəkar mütəxəssislərin irəli çəkilməsindən də danışıb.
    R.Usubovun irəli çəkdiyi kadrlar və şəhər, rayon polis İdarələrin (Şöbələrin) rəislərinin 90%-dən çoxu Azərbaycan Respublikasının qanunlarından bixəbərdilər. Polis rəisləri nazirin əmrlərini konstitusiyadan və qanundan yüksək hesab edirlər.
    Ramil Usubov unudub ki, istər maddi texnika bazanın, istərsə də ali təhsillilərin sayının artımı polis orqanlarında peşəkarlığın artdığı demək deyil, vətəndaşlarldan işgəncə yolu ilə ifadələr alınmasına, narazılıqlara, polisi siyasət alətinə çevirməyə son qoyulmalıdır.Əgər həqiqətdən də hakimiyyətin mənbəyi xalqdırsa, polis hakimiyyətin yox, xalqın müdafiəsində durmalıdır.
    Daxili İşlər Nazirliyi hər şeydən əvvəl sırf polis orqanına çevrilməlidir. Bu quruma isə nə qədər ki, Ramil Usubov kimi şəxs rəhbərlik edir, qurumda heç bir yöndə dəyişiklikdən söhbət belə gedə bilməz.

ƏDALƏTSİZLİKLƏ MÜBARİZƏ üçün bir cavab yazın Cavabı ləğv et