Mən hələ 1971-ci ildə qurğu rəisi işlədiyim dövrdə (tabeçiliyimdə 30-a yaxın işçi var idi) kollektivdə mikromüstəqillik, azadlıq, hər bir problemin həllində hamının iştirakı atmosferi yaratmışdım və o vaxtdan bu günə qədər işlədiyim hər kollektivdə həyatımın bu prinsipləri davam etdirilib.
1971-ci ildə 1967-ci ildən yeni texnologiya ilə işə salınmış (SSRİ-də analoqu olmayan yeganə texnologiya idi), 4 il müddətində layihə gücünə çatdırılmamış, nəzərdə tutlan keyfiyyətli məhsulu verə bilməyən bir qurğuya rəis təyin edildim. Sözsüz ki, ilk növbədə layihə gücünə çatmaq, keyfiyyətli məhsul almaq üçün çox ciddi dəyişikliklərlə bu problemləri həll etdik və üç il müddətində qurğunun layihə gücündən 20-30 faiz çox məhsul istehsal edildi, keyfiyyət göstəricilərində isə daha yüksək nəticələr əldə olundu.
Qurğunun idarəçiliyini bir qədər kollektivləşdirdim, xüsusilə yaxşı işlərinə görə fəhlələrə mükafatların yazılması səlahiyyətini baş operatorlara ötürdüm. Kollektivin hər bir üzvü birbaşa qurğunun idarə olunmasında şəxsiyyətə çevrildilər, orta əmək haqqına görə zavodda ilk yerlərdən birinə çıxdılar, işçilərdə tamamilə yeni keyfiyyətlər aşkarlandı, zavodda həmin qurğunun işçiləri ümumi fonda bir “aristokrat sinif” təsiri bağışlayırdılar. Keçdiyim vəzifə yollarında bu proses rəhbərlik etdiyim hər bir kollektivdə daha da təkmilləşərək davam edirdi.
O dövrdə böyük zavodların direktorları fəhlələrin qəbullarına düşə bilmədikləri şəxslər sayılırdılar. Təsəvvür edin: əgər zavodda 3 min adam işləyirsə, direktor həftədə bir qəbul günüdə 15-20 nəfər qəbul edirsə, deməli, bir ildə maksimum 1000 adam qəbul edə bilər. Bu isə o deməkdir ki, bir fəhlə direktorun qəbuluna ancaq 3 ildən bir düşə bilərdi. Fəhlələrin bir çox problemlərinin səlahiyyətlərini birbaşa sex rəislərinə ötürdüm və Sovet İttifaqında həftədə bir dəfə “xüsusi qəbul günü” anlayışını ləğv etdim. Həftədə 7 gün saat 18.00-dan sonra istənilən işçini qəbul etmək qərarına gəldim. Əlbəttə, tezliklə zavodda ab-hava dəyişdi, insanların inamını özlərinə qaytardım, işçilər heç bir məhdudiyyət görmədiklərinə görə məişət problemlərinə qədər çəkinmədən mənimlə söhbət edirdilər. Onlara kömək etmək mümkün olduqda heç vaxt köməyimi əsirgəməmişəm, bacarmayacağımı da o dəqiqə nəzərlərinə çatdırmışam, heç vaxt heç kimi aldatmaq niyyətində olmamışam.
İşlədiyim dövrdə əleyhimə açıq və ya gizli danışanlar heç zaman mən tərəfdən hər hansı bir təqib və təzyiqə məruz qalmayıblar. Ona görə də hələ 1982-83-cü illərdə rəhbərlik etdiyim zavodun işçiləri öz cəsarətlərinə, açıq danışıqlarına görə ölkənin digər zavod kollektivlərindən fərqlənirdilər. Zavodda mikrodemokratiyanın yaranması hesabına 4-5 ilə işçilərin orta əmək haqqı təsirli dərəcədə yuxarı qalxmışdı. Bizim köməkliyimizlə on minlərlə adam (inşaatda, yardımçı təsərrüfatlarda, rayonlarda) işlərini qurub minnətsiz çörək sahiblərinə çevrilmişdilər. Yüzlərlə gənci dünyanın görkəmli universitetlərində təhsil almağa göndərmiş, Azərbaycanda əlacı olmayan minlərlə xəstəni xaricdə müalicə etdirməyə nail olmuşduq.
İnsanaara xoşbəxt olmaq üçün çox şey lazım deyil. İlk növbədə, şərait yaratmaq lazımdır ki, o, insan olduğunu hiss etsin və kimlərəsə lazımlılığından qürur hissi keçirə bilsin. Həyatımda kifayət qədər xoşbəxt, səadətli üzlər görmüşəm. Bu üzlərə gülüşün qonmasında özümün də rolumun olmasından aldığım mənəvi zövqü, ləzzəti heç bir xoşbəxtliklə müqayisə etmək mümkün deyil.
Sovet dövründə də rüşvət və korrupsiya mövcud idi. Ancaq işlədiyim təşkilatlarda yaradılmış atmosfer bizim kollektivləri 1982-ci ildən bu bəladan kənarda saxlaya bilmişdi.
Mən ömrüm boyu iqtisadiyyatla məşğul olan adam olmuşam. Fəhlə köməkçisindən başlayıb addım-addım hərəkət etmişəm. Keçmiş Sovet İttifaqında islahatlar başlayandan, istər-istəməz məcburən siyasətlə də məşğul olmağa başlamışam. 1988-ci ildən bu proses daha da sürətləndi. Ermənistan Respublikası Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışırdı və Dağlıq Qarabağın separatçı icması ilə birlikdə Azərbaycana qarşı geniş təcavüzkarlıq siyasəti aparırdı. Azərbaycan xalqı buna etiraz olaraq öz mövqeyini meydanlarda, küçələrdə kütləvi aksiyalarla bildirirdi. Çünki respublikanın o zamankı siyasi rəhbərliyi nə özü müstəqil addım atıb bu təcavüzü dayandıra bilirdi, nə Moskvadan bu barədə sərfəli bir iş görmək tapşırığı verilirdi, nə də xalqla birləşib Mockvaya və Yerevana mövqe göstərə bilirdi.
Hər bir namuslu azərbaycanlı kimi, mən də bu mitinqlərin təşkil olunmasından, keçirilməsindən kənarda qala bilməzdim, işlədiyim zavodun kollektivi ilə bu işlərdə fayda verirdik. 1990-cı ilin yanvarında Azərbaycan Xalq Hərəkatının həbs olunmuş fəallarının azadlığa buraxılması tələbi ilə zavodun 5 minə yaxın kollektiv üzvünün imzaladığı bəyanatın tezislərini şəxsən özüm yazmışdım. Xalq Hərəkatının dərinləşərək, müstəqil və demokratik dövlətçiliyə qədər yüksəlməsi, erməni təcavüzünün cilovlanması üçün bütün maddi, fiziki və mənəvi-intellektual potensialımı sərf edirdim.
Ondan sonrakı dövrlərdə Neft Şirkətinin vitse-prezidenti, Baş nazirin müavini təyin olundum və Milli Məclisə sədr seçildim. AXC hakimiyyəti dövründə Neft Şirkətinin vitse-prezidenti və Baş nazirin müavini olmağa ona görə razılıq verdim ki, hələ o zaman ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatının uçuruma doğru gedə biləcəyini tam fəlakəti ilə görürdüm. Məndə belə bir inam yaranmışdı ki, bu fəlakətin qarşısını heç olmasa bir qədər ala bilərəm.
Mənə qarşı ilk təzyiqlər də 1988-ci ildən başladı. Ə. Vəzirov hakimiyyətə gələndən sonra onun xüsusi sifarişli ilk komissiyalarından biri işlədiyim zavoda göndərildi. Bu yoxlama əsas onunla bağlı idi ki, guya, Rəsul Quliyev bütün yerlilərini başına yığaraq, zavodu naxçıvanlılaşdırıb. Halbuki, məndə yerlibazlıq hissi ümumiyyətlə olmayıb. Hər zaman demişəm ki, biz hamımız azərbaycanlıyıq. Yalnız zavoda ilk yoxlamanın gəlişindən sonra ətrafımdakı insanların haralı olması ilə maraqlandım və gördüm ki, məni naxçıvanlılara xüsusi yerlibazlıq hissi ilə yanaşmaqda ittiham edənlər çox ədalətsiz və qərəzli adamlarıymışlar. Ətrafımda bir nəfər də olsun, naxçıvanlı tapılmadı. Ə.Vəzirovun acığına bir naxçıvanlını vəzifəyə təyin etdim. Hətta həmin vaxt zavod kadrlar şöbəsinin rəisinin bakılı olduğunu bildim. İnsanlara region mənsubiyyətinə görə yox, şəxsi ləyaqətinə görə qiymət vermək mənim üçün hamıya arzuladığım bir neçə dəyişməz həyat prinsiplərindəndir. Mən prezident seçkilərində iştirak edərəmsə, çox böyük əminliklə bildirirəm ki, səslərin çoxunu Naxçıvandan deyil, Azərbaycanın başqa regionlarından toplayacağam. Biz gərək regionçuluq məsələsini unudaq və əxlaqi yanaşmaya üstünlük verək. Hər bir vətəndaş sorğu ilə araşdırıb cavab tapa və bu qənaətə gələ bilər ki, R. Quliyev heç vaxt regionçuluqla məşğul olmayıb. Azərbaycanın hər qarışı və bütün ləyaqətli insanları mənim üçün eyni dərəcədə əziz olublar. Kadrların haradan olmasına heç vaxt baxmamışam.
Bütün həyatım boyu – orta məktəbdə, institutda oxuyanda, zavodda, Neft Şirkətində, Nazirlər Kabinetində və Milli Məclisdə işləyəndə də hər hansı haqsızlığa, ədalətsizliyə qarşı barışmaz olmuşam. Sovetlər Birliyi zamanında zavod direktoru işləyəndə də çalışırdım ki, insanların hüquqlarının tapdanmasına (baxmayaraq ki, sistem özü insan hüquqlarının tapdanması üzərində qurulmuşdu) yol verilməsin.
“Diktatorla Üz-Üzə” Kitabından
Ardı Var
Azərbaycan xalqının sərvətini talamasalar, ölkənin heç bir vətəndaşı gecədən səhərə qədər pul qazanc yolunu fikirləşməz!
Gülər Əhmədovanın şok görüntüləri (mini versiya)
Salam Resul Bey size Isvecden Coxlu Salamlar.Men sizin hagginizda hele Nefdayirmada ishleyenden eshitmishem ki, siz butun kollektivin hörmet ve izetini gazanmisiz.Sizde Sixeyyub Babanin yeznesi ishleyirdi Shamaxili Hesenxan sef etmiremshe Nefdayirmanin fermer teserufatin ishledirdi onunla men 20 ilden coxdur dosdam birde Nefdayirmanin baxcasinin mudiri Heyran xanimlada 20 ildi dosdam onlar hemeshe sizin hagginizda yaxshi danishirdilar.Allah sizin kimi insanlaru xalgimiza cox görmesin Amin ancag cox isderdim sizinle görushem.Menim hecneye ehtiyacim yoxdur Avtosalonda ishleyirem ve hergun Isvecin dövlet memurlariyla görushurem.tel 0046728310094 ne zaman gelseniz Isvece gözum usde yeriniz var.Yene deyirem menim yerini bilen ve insanlara insankimi giymet verib yardimci olan semimi gelbi temiz drust insanlaradan bashga hecne ehtiyacim yoxdur.Allah size ve butun aile uzvulerinize Allahdan can sagligi uzun Ömur Arzulayiram
Amerika bugwn Azərbaycanıda şirnikdirərək müharibəyə çəkmək istəyir. Lakin bugünə kimi rəsmi Bakı buna münasibətini bildirmir.
Nyu york times qazeti son vaxtlar Azərbaycan barədə bir çox məqalələr buraxır. Amerika Azərbaycandan istifadə edərək İranı zəiflətmək və parçalamaq istəyir.
Amerikanın İranı parçalamaq fikri yoxdur. Əksinə İranı özünə dost edib regionda gücləndirmək istəyir. Amerikanın strateji planına görə Azərbaycanı demokratik İranın tərkibində görür nəinki CA torpaqlarının İrandan ayrılmasını.Güclü İran ABŞ-ın RF,Cinə qarşı yönəldilmiş siyasətinin yaxın şərqdə təmsilçisi rolunu oynamalıdır.
Bundan sonrada hakimiyyət bunu müdafiə etsə özünü dünya qarşısında tam ifşa etmiş olacaq!
Bu hakimiyyət tam hayıxıb!!!
Bax budur bu hakimiyyetin ich uzu. Guler kimi “Qaynana” larin uzerinde qurulmush karrupsiya sistemu olkemizi boyuk bir bataqliga chevirmishdir. Butun bu faktlari elbette ki, Azerbaycan xalqi chox gozel bilir. Chox yaxshi ki, artiq bunlari subut eleyen materiallar da ortaya chixir.
Indiye qeder inanmayanlar, yaxud da inanmaq istemeyenler, her sheyden kenarda qalmaga isteyenler de artiq olkenin bazar alverchileri terefinden idare olundugunu gorecek ve nehayet herekere gelecekler. Bu xalq beleleri terefinden idare olunmaga layiq deyil.
Hörmətli bloq iştirakçıları! Mən öz səhifəmdə olan məqaləmlə hakimiyyətin iç üzünü (G.Əhmadovanın korrupsiya əməli ilə bağlı) açmağa çalışmışam. Bu hakimiyyət günü gündən özü özünü məhv edir!!!!
Bu deputat Respublika Hərbi Komissarı işləmiş general mayor Əliağa Hüseynovdur. Belə savadsız, ağzının danışığını bilməyən generallarımız çoxdur. Görün Əliyevlər kimlərləqanunlarımızı etibar edib və bu kimi şəxslərlə idarə etdirir Azərbaycanı!
Adamin demeja sozy galmir.Allah beterindan saxlasin.
Great site. Lots of helpful
info here. I am sending it to a few pals ans additionally
sharing in delicious. And of course, thank you in your
sweat!