“Seçkilər Tam Hərraca Mal Qoyulan Kimi Keçirilir.”

Azərbaycan seçki rəqabəti şəraitinə görə Orta Asiya ölkələrindən belə xeyli geridə qalır”

Gülər Əhmədovanın rüşvət skandalıyla bağlı məsləyə mövcud rejimin daxili iyrəncliklərini bilən və uzun müddət ona qarşı mübarizə aparan ACP lideri Rəsul Quliyevin münasibətini öyrənməyə çalışdıq. Elə ilk sualımız da ona “bu hadisəni necə qiymətləndirirsiniz oldu?”-oldu. Eks spiker bizimlə söhbətə belə başladı:

 – Gülər Əhmədova haqqında video yazıda göstərilən  proseslər və Elşad Abdullayevin rüşvət verməklə deputat olmaq istəməyi tamaşası ildə Azərbaycanda minlərlə  dəfə təkrarlanan, baş verən ssenarilərdən biridir. Çəkilməyən videolarda prezidentdən tutmuş yol polisinə qədər minlərlə Gülər xanım kimi rüşvət yığanlar və minlərlə Elşad müəllim kimi rüşvət verənlər eyni məzmunlu, ancaq müxtəlif variantlarla , ya daha aqresiv və ya daha mülayim şəkildə sövdələşirlər. Bu videoya baxıb “ah, uf” edənləri başa düşmək çətindir.  Nə qeyri adi bir iş baş verib ki, xanımlar və cənablar?  Məgər, bu hadisə hər bir vətəndaşın gündəlik həyatında gördüklərindən və elədiklərindən nə iləsə fərqlənir? Bəyəm, polis serjantı olmaq üçün verilən rüşvətlə, deputat kreslosunu almaq üçün verilən rüşvətin arasında nə fərq görürsünüz? Kimisə qınamamışdan əvvəl hər biriniz öz həyatınızdan rüşvət verdiyiniz anları xatırlayın.

Videoda göstərilən kadrların təhlilinə gəlincə. Onu seyr etdikcə məlum olur ki, bu səhnələr Abdullayevin 3-cü cəhdidir. Yəni, onun pul verib deputat seçilməməsi birinci dəfə deyildir . Bəlkə də həmin digər iki dəfənin qəzəbi onu sonuncu söhbəti yazmağa vadar edib. Heç şübhə yoxdur ki, Abdullayev əvvəlki iki dəfə rüşvət verib deputat seçilməyəndən sonra verdiyi pulu geri ala bilməyib. 3-cü dəfə pulu geri almaq üçün bu videonu çəkib və düşünürəm ki videonu youtuba qoymamışdan öncə bir neçə dəfə Əhmədovaya sifarişlər və videodan parçalar göndərib. Çox ehtimal ki, ondan geri almaq istədiyi pulun miqdarı verdiyindən çox olub.Əvvəllər verdiyi rüşvətləri də onun üstünə gəlib.

Mənim heç şübhəm yoxdur ki, xanım Əhmədova aldığı pulun azı 80 faizini onun işini düzəldəcək adama verib.Özünün aradüzəltmə haqqını da əlbəttə ki, götürüb. Şantajdan təşvişə düşən Gülarə xanım birinci sözsüz ki, pulu verdiyi şəxsin yanına gedib. Bəlkə də xahiş edib ki, pulu Abdullayevə qaytarmaq lazımdır, yoxsa o bizi biabır edəcək. Ancaq o bilməliydi ki, verilən rüşvəti işi düzəldib düzəltməsindən asılı olmayaraq bu rejimin liderləri heç vaxt geri qaytarmırlar. Belə bir ənənə hələ yaxın keçmişimiz 1995-ci ildən qoyulmuşdu. Hələ o vaxtı mənim belə şarlatanlıqlarla əlaqədər prezidentlə çox xoşagəlməz söhbətlərim də olmuşdu.

İndiki prezidentimizdə də o vaxtdan belə bir xarakter formalaşmışdı. Çoxları yəqin, unudub,  ancaq 1997-ci ildən onun neft kompaniyasındakı kabinetinin qarşısında rüşvət vermək üçün növbə düzülərdi.

Əliyevlərin və onların ətrafındakıların çox maraqlı arqumentləri var idi. Bu qədər pulu rüşvət verən haradan yığıb? Deməli oğurlayıb. Leninin məşhur kəlamı üzərində işlərini qururdular. ‘’Oğurlanmışları oğurla!’’ Və yaxud bizim öz milli “mentalitetimizlə” desək, oğrudan oğruya halaldır.  Pulunu geri istəyənlərin üzərinə prokurorluğu qısqırdırdırlar, yazıq bir o qədər də yenidən rüşvət verməli olurdu. Bu sistem nəinki dəyişməyib, əksinə daha artıq əxlaqsızlaşıb. Milyon dollarla rüşvət verib nazir olmaq istəyənlərin siyahısını vermək olar. Hansı ki, nə nazir postunu ala bilib, nə də verdiyi rüşvəti.

 

-Sizcə, Gülər xanım bu korrupsiya ierarxiyasında hansı mərtəbədə dayanırdı?

-Korrupsiya sistemində konkret olaraq rüşvətlə deputat yeri müəyyənləşdirən bir adam deyil. Başda sözsüz ki, bir adam dayanır. Ancaq rüşvəti alan vasitəçilərin sayı onlarladır. Həmin şəxslərin də onlarla öz vasitəçiləri var, yəni bu alqı-satqı, daha doğrusu deputat kreslosu satan ‘’bazarda’’ 100-lərlə adam çalışır, onlardan biri də məlum oldu ki, xanım Əhmədova imiş. O qədər. Gülər Əhmədova o sistemin ən aşağı mərtəbəsində yer alan adamdır. Amma indi hər kəs onun üstünə düşür. Sanki Azərbaycana rüşvəti gətirən odur. Adını da “qaynana” qoyaraq statusunu bir az da böyük göstərməyə çalışırlar. Millət də hakimiyyətin əsas canı bir kənarda qalır, Gülər Əhmədovanın üstünə düşür. Korrupsiyaya qarşı mübarizə aparmaq istəyən toplum bunu yuxarıdan başlamalıdır. Necə ki, balıq da başdan qoxar.

 

-Gülər Əhmədova skandalı parlamentin legitimliyini şübhə altına almırmı?

-Təbii ki, alır və bizim indiyə qədər dediklərimizi təsdiqləyir. Bilirsinizmi, Azərbaycanın ən böyük problem nədir? Ən böyük problemimiz bizdə azad rəqabət şəraitində seçki keçirilməsi mühitinin olmamasıdır. Seçkilərin bu cür iyrənc üsullarla “keçirilməsi” buna xidmət edir.  Biz həmişə deyirdik ki, seşki rəqabət prinsipinə əməl edilmədən keçirilməsə əsl seçki sayıla bilməz. Rəqabət və fürsət bərabərliyi olmayan cəmiyyətlərdə ancaq meşə və cəngəllik qanunları hökm sürər. Gülər Əhmədovanın məlum videosu da bunun isbatıdır. Video bir faktı bariz şəkildə sübut edir ki, Azərbaycanda seçki hərracı deyilən bir system var. bu sistem auksionlarda olduğu kimi kimin nə qədər verəcəyi prinsipinə əsaslanır. Məsələn, Əhmədovanın şefi elan edir: -Abdullayev 400 min manat, bir başqa şef isə deyir :- Məmmədov 500 min. Yuxarıda oturan çəkicin vurur 500 min, bir, iki…  Bu vaxt başqa birisi ortaya tullanır:- flankəs 600 min . Yuxarıda oturan “600 min… Bir, iki, üç, satıldı.”-deyir.  Obrazlı desək , proses prinsip etibarilə bu şəkildə həyata keçirilir.

 

-Doğrudanmı, deputat mandatlarının hamısı bu cür satılır?

– Deputat yerlərinin azı 80 faizi ancaq rüşvətlə müəyyənləşdirilir, yerdə qalanlar isə qohum əqrabalardır. Orta Asiya və Belarusiyadan fərqli olaraq Azərbaycanda əvvəlcədən bir yerə bir adamı müəyyənləşdirirlər, sonradan seçki şousuna başlayırlar. O biri ölkələrdə fərqlidir. Məsələn, Qazaxstanda maksimum 20-30 faiz rüşvətlə deputat ola bilər. Rüşvəti alan da prezident deyil. Ümumiyyətlə Orta Asiya avtoritarizminin seçki ənənəsinə görə, bəzi yerlərdən iqtidara mənsub bir neçə namizəd seçkiyə qatılır. Onlar arasında həqiqətən də rəqabət prinsipinə söykənən seçki yarışı olur. Bu cəhətilə Orta Asiya ölkələri belə Azərbaycandan daha demokratikdirlər. Orada yenə demokratik seçki ənənəsinin rüşeymləri var və bu rüşeymlər getdikçə inkişaf edərək demokratik sistemə çevrilə bilərlər. Azərbaycanda isə bu cür rüşeymlər belə yoxdur. Seçkilər tam hərraca mal qoyulan kimi keçirilir. Siyahılar öncədən hazırlanır. Xalqa isə seçki günü gedib şouda öz mənasız rolunu oynamaq qalır. Biz bu sistemi durdura bilməsək vəziyyətimiz Orta Asiyalılardan, Afrikanın cəngəllik dövlətlərindən daha ağır olacaq.

 

-Necə hesab edirsiniz, müxalifətin bu insidentlə bağlı tutduğu mövqe doğrudurmu? Doğru deilsə, niyə doğru deyil və proseslər bizi hansi istiqamətə aparır?

(Ardı var)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

4 Cavab to ““Seçkilər Tam Hərraca Mal Qoyulan Kimi Keçirilir.””

  1. Salam cənab prezident İlham Əliyev.Mən sizə ƏSMM nazirliyində 3 sentyabr 2012 taririxdə Qarabag əlilinə qarşı edilən ədəbsizlikdən mənəviyatsızlıqdan tərbiyəsizlikdən yazmışdım.Qəbul otagında Bayram adlı dələduz maşenik mənə dediki sən bankdan özünə hesab hömürəsi aç faksla bizə göndər mən 20 manat verib hesab nömürəsi açdım indi Bayram deyirki mən sənə deməmişəmki hesab nömürəsi aç nazirliyə göndər.Namiq müəlim mənə dediyi sözləri inkar edir.qəbul otagında Firudin müəllim dediki nəyə görə nazirin qəbuluna düşmək ilsləyirsən dedimki ikinci maşını almaq üçün Firudin dediki nazirin adına ərizə yaz məndə yazdım.Bayram mənim vəsiqəmi aldı apardı dediki səni nazirin qəbuluna yazdım və dediki haçan nazir səni qəbul eləsə sənə xəbər edəcəyik gələrsən indi bir ay keçib nazir məni qəbul eləmir.mən zəng elədim PA Rüfət Əliyev 21 sentyabrda yenədə bir nəticə olmadı.cənab prezident nazir Fizuli Ələkbərov şəxsən özü deməsə Bayram mənə deməzdiki sən özünə hesab nömürəsi aç.mən Qarabag əlili üç körpə uşagımın agzından kəsib 20 manat verib hesab nömürəsi açdım bu Qarabag əlilini ələ salmaqdır.cənab prezident Ramiz.M Gülər Əhmədovanın vasitəsiylə hər deputadan 1 milyon alıb siz İlham Əliyevə verir bəlkə bunuda inkar edəsiniz.mən seçkidən qabaq sizə yazdımki Sahib Alıyaev seçicilərə deyirki mən prezident İlhama pulumu vermişəm deputat mən olacam.siz ilham Əliyev haram pulu vətəndən xalqdan Qarabag torpagından xalq mənafeyindən dövlət mənəfeyindən üsdün tutursunuz.Cənab prezident mən hesab nömürəsini sizə gödərirəm.
    Kapital Bankın Tərtər filialı
    – Kod 200457
    – VÖEN 9900003611
    – Müxbir hesab AZ37NABZ01350100000000001944
    Bankın plastik kart hesabı – 45810019444500005145
    Cənab prezident əgər YAP partiyasında sizi qəlbən sevən varsa sizə canıdldən xidmət edən varsa deyin Qarabag əlilinə göməklik edin əgər Qarabag əlilinə köməklik edən olmasa deməli Yapçılar sizə vəzifə xatirinə yalandan əl çalırlar Allaha and olsun.Siz bir prezident kimi bütün nazirlərə deyinki Qarabag əlili cəhənnəmə içərinizdə vətən qeyrəti çəkəniniz varsa gəlin erməni işgalı altında inildəyib bizləri çagıran Qarabag torpagına olan hörmət və ehdiramınızı gösdərin Qarabag əlilinə kömək edin hesabına pul köçürün hələki gec deyil.30-09-2012.

  2. Gülər Əhmədova haqqında video yazıda göstərilən proseslər və Elşad Abdullayevin rüşvət verməklə deputat olmaq istəməyi tamaşası guya ki böyük bir sensasiya yaratdı.Məgər iqtidarın mayası,fundamenti rüşvətxorluqla qurulmayıbmı?Təbii ki,azərbaycanda nəinki vəzifəyə görə, hətta xarici ölkələrdən Azərbaycanda iş qurmaq istəyən biznesmenlərə belə ilk sual bu olur:”nə qədər bizə çatacaq”?Əslində sensasiyaya səbəb odur ki,axı bu Gülər xanımın özü kim əvvəllər olub?Məgər əvvəllər onun pulu olubmu ki,deputat seçilib?Xeyir,əvəzində Gülər xanımda xanım gözəlliyi,cəlbedici fiqura mühüm posta oturan (adını çəkmək istəmirəm)agsaqqalı valeh edib və onu belə yüksək təbəqədə yerləşdirib.Necə deyərlər həm ziyarət,həm də ticarət.Acınacaqlısı odur ki,görün parlamentə kimlər seçilib təyin olunur:Analoqu olmayan Azərbaycan parlamentində fikir verin görün kimlər təmsil olunur. Ora həm eşq,məhəbbət düşərgəsidir,həm yaramaz adamlar yıgılıb ki,ona-buna qara yaxsınlar məsələn agamalı kimilər,həm də bəzi nazirlərin pensioner dədələri,qohumları ki,başları qarışsın və adını müxalifət qoyan bəzi qüvvələr ki,digər müxalifətə qarşı çıxsın və sair.Maraqlısı budur ki,adını müxalifət qoyanlardan rüşvət alınmır,əksinə rüşvət verilir ki,digərlərinə qara yagsınlar.Rayonları,kəndləri bölən kimi palamentdə də hər bir kəsin bir “oliqarx”dayısı var.Parlamenti,YAP-ı “dayısının” hesabına qıcıqlandıran Gülər xanımın da çox yəqin ki,görünür dayısı da kimlərisə möhkəm qıcıqlandırıb və bu munvalla ona “kəllə”atılır.Sizcə YAP-da elə bir cürətli adam varmı ki,özbaşına fikir söyləsin?Amma gördünüzmü hamısı yekdilliklə dünənə kimi həmkarları adlandırdıqları Gülərə bu gün dələduz adı verib dərhal da YAP-dan kənarlaşdırdılar.Təbii ki,bu bir sifarişdir,yoxsa haqqında “cilov”gəmirən iqtidar Elşad Abdullayevin şikayətinə baxtırardımı? Bu gün əllərinə keçsə elə onun özünü qandallayıb zindana atarlar və yaxud da qardaşının gününə salarlar.Hələ bunlar nədir ki,çox oyunlar olacaq,elə bir moment olacaq ki,”Arvad da ərin”üzünə duracaq.

  3. Kül başıva Azərbaycan, Allahın gürcüsü qədər də olmadıq.Yenə də “dəli” Jirinovskinin qoyun məsələsi yada düşür.Dəlidən dogru xəbər bax burda deyirlər.Bu yetim hələ o vaxt bəyan etdi ki,ey bədbəxt millət,Siz artıq özəlsiniz,H.Əliyevin burunli-qulaqlı qoyunusunuz!Bax elə o vaxtdan da biz söküldük,dagıldıq,talan olduq,tekəndik.Bir millət ki,əqidəsini itirdi,o yaşamasa yaxşıdır.Halal olsun “bizim hesabımıza yaşayan”gürcü xalqına.Sözünü dedi,varlıgını,əqidəsini bildirdi.Özü də Saakaşvili kimi prezidentə,hansı ki,dogrudan da gürcü xalqının taleyi həqiqətən onu dərindən düşünürürdü və bu yolda böyük addımlar atmışdı.Gürcü xalqının aglı olsa belə prezidentə istefa deməz,əlbir olub millətini gələcək taleyini bir yerdə həll edər.Çünki o qorxmaz,mərd,dünyanın “şeytan barmagı”olan rusa bizimki kimi dayı yox,elə adı ilə adlandırmış və SNQ regionunda ilk demokratik cəmiyyət yaratmışdır.Millət millət olsa,varlıgına şübhəsi olmasa dagı dag üstə qoyar,azadlıgı,gələcəyi ugrunda yeri-göyü silkələyər və istədiyinə nail olar.Əlqərəz,məni düşündürən odur ki,gürcünün prezidenti Saakaşvili yox,Azərbaycanınkı kimi olsaydı görün nələr edərdi…. Biz gürcü şücaətinə,mərdliyinə,milli varlıgına baxıb xəcalət çəkməliyik,mum kimi əriyib yerə girməliyik.Müxalifətimiz isə “cəhənnəmə”qərq olmalı,bir daha mən “ANA” müxalifətəm sözünü dilinə gətirməməlidir!

Geri izləmələr/Geri bildirişlər

  1. “Müxalifət Prezidentə Qarşı Cinayət İşi Açılmasını Tələb Etməlidir” | RƏSUL QULİYEV - RASUL GULIYEV - Oktyabr 1, 2012

    […] (müsahibənin əvvəli) […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: