Gülər Əhmədovanın rüşvət skandalıyla bağlı məsələyə mövcud rejimin daxili iyrəncliklərini bilən və uzun müddət ona qarşı mübarizə aparan ACP lideri Rəsul Quliyevin münasibətini öyrənməyə çalışdıq.
-Necə hesab edirsiniz, müxalifətin bu insidentlə bağlı tutduğu mövqe doğrudurmu? Doğru deyilsə, proseslər hansə istiqamətə doğru gedir?
-Bu qalmaqalla əlaqədar müxalifət liderləri aktivləşib xanım Əhmədovanın “qanının tökülməsini” istəyir. Bu kifayət qədər səhv taktikadır və hökümət bundan istifadə edib məsələni özünün xeyrinə həll etməyə çalışıcaq. Böyük ehtimalla, xanım Əhmədova deputatlıqdan istefa verəcək, ancaq videonun montaj olduğunda israr edəcəkdir. Prokurorluq və ya məhkəmə təqribən bir aydan sonra ola bilər, bir qədər çox videoda Gülər xanımı günahlandırmaq üçün əsas olmadığını və ya ekspertlərin rəyinə görə montaj olduğunu desin. Cənab Abdullayevin isə xaricdə ekspertiziyaya müraciət etmək hüququ yoxdur, bu işi ancaq məhkəmə görə bilər.
-Bu hadisənin necə tamamlanacağını gözləyirsiniz? Sizcə, Gülər xanımı həbs gözləyə bilərmi?
– Xanım Əhmədova barəsində cinayət işi ya açılmayacaq, ya da ləğv ediləcək, onun susması şərti ilə. Hacı Məmmədovla əlaqədar proses yadınızdadırsa, kompass general Usubovu göstərən kimi o da bütün işləri prezident Əliyevin tapşırığı ilə elədiyini dedi və canını qurtardı. Gülarə xanımın məsələsində hadisələrin o səviyyəyə çıxmasına imkan verməyəcəklər. Bir müddətdən sonra onun günahı yoxdur, deputatlığını bərpa etmək lazımdır tələbləri ortaya çıxacaq. O vaxt isə Azərbaycan lideri “bu işi görmək olmaz, cinayət işi olmasa da ona olan inam və hörmət xalq arasında sarsılıb, bizim aramızda hətta korrupsiya, rüşvətdə şübhəli olanların belə yeri yoxdur”- elan etməklə özünü bir nömrəli bu neqativliklərlə mübarizə aparan kimi təqdim edəcək. Səfərovda buraxdığı səhv kimi bu addımda da prosesi öz xeyrinə bitirməyə çalışacaq.
-Prosesin iqtidarın xeyrinə tamamlanmaması üçün müxalifət nə etməlidir?
-Müxalifət ilk növbədə yenidən, dünyanın ən hörmətli televiziya kanallarından biri olan CNBC-nin prezidentin korrupsiya və rüşvətxorluğuna həsr etdiyi video-verlişini gündəmə gətirməlidir. O video yazıların yalan olduğunu heç kim dilə gətirmədi. Əksinə, prezident aparatından bəyan etdilər ki bunlar hamısı düzdür, ancaq bu prezidentin övladlarının biznesidir, onların da bu işi görməyə ixtiyarı var. Dünya tarixində birinci dəfə kiminsə prezident olduğu vaxtda övladlarının milyoner və ya milyarder olmalarını eşitdik. Dünya tarixində birinci dəfə eşitdik ki, prezidentin 15 yaşlı oğlunun 100 milyon dollarlar gəlir gətirən biznesi var.
Müxalifət Gülarə Əhmədov barəsində cinayət işi tələb etmək əvəzinə prezidentə qarşı cinayət işi açılmasını tələb etməlidir. Müxalifət son illər bu biabıarçı ‘’seçki ‘’ ilə keçirilən bütün təşkilatların özünü buraxmasını tələb etməlidir. Müxalifət bu biabırçı hadisəyə etiraz olaraq protest mitinqi keçirməlidir. Hökümət cəhd edib bu əcaib hadisəni hələki ancaq bir nəfərin daha doğrusu xanım Əhmədovanın şəxsiyyətinin üstündə cəmləşdirmək istəyir. Bununla ölkədəki özbaşınılıqdan diqqəti yayındırmaq istəyir. Bu video yazının ortaya çıxmasından keçən bir neçə gün göstərir ki, onlar buna nail olublar. Onların çaldığı hava ilə oynamaq olmaz. İstənilən ölkədə pozitiv dəyişiklik, əhalinin başa düşən , əxlaqsız rejimlə yaşamaqdan iyrənən və müəyyən intilekti olan maksimum 1-2 faizinin hesabına baş verir. Xalqın əksəriyyəti ya ölkədə baş verənlərdən xəbəri yoxdur, ya da “elə belə də olmalıdır “– deyə düşünür.
–Rəsul müəllim siz belə deyən kimi müxalifət qüvvələri bir ağızdan bildirirlər ki, özü burada olmadan protest miyinqi keçirməkdən danışmaq asandır. Onlar nə qədər haqlıdırlar?
– Azərbaycan fantastik ideyalarla, yuxularında gah padşah, gah sərkərdə olduqlarını görüb sabah bunun həqiqət olduğuna inananlarla dolu, analoqu olmayan bir ölkədir. Məsələn Azərbaycanda 100-lərlə okeanın niyə okean adlandırıldığını bilməyən ‘’intilektuallar’’ oturub okeanın o tərəfində Azərbaycandan xəbəri yoxdur deyər və böyük qəhrəmanlıq etdiyinə inanar. Azərbaycanda aclar gecələr yuxularında plov yeyib vodka içər, səhərisi özünə doyunca yeməyə yollar axtarmaq əvəzinə axşamın tez düşməsini, yuxuda bəlkə yenə ləzətlə yeyib içməyini gözləyər. Rusiyanın müxalifəti, intilektualları ilə müqayisədə bizimkilər dərslərindən ikidən başqa bir qiymət almayan uşaqlar kimi görsənir. Nəzərə alın ki, Rusiya qərbin ABŞ-ın fikrincə ən geri qalmış ölkələrdən biri sayılır. Geriliyin əsas indikatoru xalqın onu 21-ci əsrdə qarət edən rejimin qarşısında müti olmasıdır. Bəli, mənim fikirlərimə müxalifətdə olanlar bir ağızdan yox, müxalifətdə olan 100 ağızdan 2-3-ü nəsə deyəcək. Ola bilər ki, onlar yuxularında ağızlarının hamının ağzından yekə olduğunu görüblər və düşünürlər ki, bu, bütün müxalifətdir. Hadisələrə yuxuları və falçıların dedikləri ilə qiymət verənlərin hesabına xalqı arxasınca apara biləcək həmin 1-2 faiz intilektual da ölkədə yoxa çıxıbdır. Olan qalan da beynini o birilərinə necə kələk gəlib qabağa çıxa bilməsinə imkan verməməyə işlədir. Azərbaycanda qarnı tox yaşamaq hissi azad və mənəviyyatlı yaşamaq hissini gəmirir. Gənclərində bir çoxunda özündən müştəbeklik hissiləri inkişaf edib, özlərinə vurqunluqları başlarını dumanlandırıblar. Hiss olunmur ki, onlar da bir çıxış yolu axtarırlar. Bu vəziyyətlə barışmaq xalqa qarşı cinayət törətməkdən başqa bir şey deyildir.
Azpolitika.com
Gülər Əhmədovanın kiməsə xoş gəlsin deyə və yaxud kiminsə təsiri altında etdiyi cinayəti özü də təsdiq edib istefa verdi,üzvü oldugu YAP da onu dələduz adlandırıb partiyadan uzaqlaşdırdı,eyni zamanda hakimiyyət üzvüləri bunu yaramaz bir əməl oldugunu bəyan etdilər və ona görə də prokuror müvafiq olaraq ona qarşı cinayət işi qaldırdı.Bəs görəsən mayası bu cür çirkab əməllərlə yogrulan hakimiyyətin bu oyunlarının sonu necə bitəcək?Bəs bütün bu oyunların başında duran kimdir?Cəmiyyət,dövlət bir ailədir,əgər ailədə bu cür yaramazlıqlar baş alıb gedirsə o zaman kimdir günahkar?Təbii ki,ailənin başçısı!Taun kimi Azərbaycanı bürüyən bu xəstəlikdən necə azad olmaq olar,bəs dünya buna necə baxır,reaksiyası necə olacaq?Tutaq ki,cəmiyyət,xalq kor,kar,şildir,nə görür,nə eşidir,nə də ki,hərəkət edə bilir.Axı dünya görür ki,bununla bu hakimiyyət iç üzünü açıb biabırcasına özünü rüsvay etdi.Lakin əməli ilə sözü düz gəlməyən hakimiyyət yenə də tüpürdüyünü yalayıb,dünyanın gözünə kül üfürəcək!Hətta prokuror bəyan etdi ki,bu məsələ şəxsin prezidentin nəzarətindədir və belə çıxdı ki,yəni o necə əmr etsə bu oyunun sonu elə də bitəcək,köhnə hamam köhnə tas!Amma belə bir əməl hər hansı Avropa ölkəsində olsayda dərhal prezident istefa verərdi və mən inanıram ki,hətta bununla kifayətlənməyib özünü güllələyərdi!Amma burası analoqu olmayan Azərbaycandır,hələ 2013-cü ilin prezident seçkilərinə qədər minlərlə belə oyunlar davam edəcək!Çünki bu millət kor,kar və şildir!
Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibəsində həm xalqa xox gəldi,həm də Gülər Əhmədovanı müdafiyə edəni.
Baxın görün nə deyir”“Hakimiyyət üçün bu məsələ prinsipcə adi, gündəlik hadisələrdən biridir” ,yəni ey millət get aşıgını oynat.Bu azmış kimi,(hamı bilir ki,Güləri müdafiə edən,onu deputat kürsüsünə kimi qaldıran və onu rüşvətə sövq edən R.Mehdiyevdir),hətta ona da xox gəldi,”Biz nə iqtidar partiyasının üzvünə, nə də hansısa şəxslə yaxınlığına, qohumluğuna, hansısa şəkildə bağlılığına görə kiməsə münasibət bildirmirik. Azərbaycan hakimiyyətinin təməlini ümummilli liderimiz qanunlara söykənərək qoyub. Azərbaycanda qanunçuluq hər bir insan üçün onun davranış normalarının əsasında dayanır. Qanunu pozan hər bir insan cəzasını almalıdır”.Hə beləlikə “torbada pişiyin başı görsəndi”,amma nəticədə nə pişik üzə çıxacaq,nə də ki,torba! Yüz faiz tüpür yalama oyunu təkrarlanacaq!Görəcəksiniz!
Sanki Gülər Əhmədova və ümumiyyətlə ölkədə gedən proseslərə rəy və fikirlərini qabaqcadan bildirən Rəsul Quliyevi həm iqtidar,həm də müxalifət kəlmə-kəlmə izləyir.Dərhal müxalifət guya özünündür deyə bəyanatlara başlayır,iqtidar isə səhv addımlarını anlayıb özündə düzəliş aparmaga can atmaqla cəmiyyətdən fikiri yayındırmaga səy göstərir.Əslində müxalifətimizlə iqtidarımız agıl çəkisində bərabərdirlər,sadəcə abırlarını bagladıqları 20 illik doqovor (müqavilə) örtür.Beynəlxalq aləm isə uzaqdan bütün bunlar seyr edir,istehza ilə gülüb şaqqanaq çəkir.