“Nəticə çıxarsaq, gərək ayağa qalxaq.”

ACP lideri, eks-spiker Rəsul Quliyev Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn “Gürcü arzusu”  koalisiyasının lideri Bidzina İvanaşvilini təbrik edib.
Təbrikdə deyilir: “İlk növbədə taleyinin ağası olan qonşu gürcü xalqını tarixi qələbəsi münasibətilə təbrik edirəm. İvanaşvilinin yaratdığı ‘’Gürcü arzusu’’ koalisiyası sözün əsl mənasında Gürcüstanı birdəfəlik və geriyə dönməyən demokratiya yoluna çıxartdı. İvanaşvili və komandasınının gürcü xalqını firavan və azad yaşama atmosferinə çıxarmaq arzularını yerinə yetirmələrində müvəffəqiyyətlər arzu edirəm.”
Son 100 ildə dahilərlə dolu, Rəsulzadə, Mir Cəfər Bağırov, Elçibəy, Əliyevlər Azərbaycanına da baxın, dahisi olmayan Gürcüstana da.
1993-cü ildən Şevarnadze-Saakaşvili-İvanaşvili Gürcüstanı ilə Əliyev-Əliyev-Əliyev-Əliyev Azərbaycanını xəcalət çəkə-çəkə müqayisə edək. Amma nəticə çıxarmayaq. Nəticə çıxarsaq, gərək ayağa qalxaq. Ondansa sürünə-sürünə yaşamaq daha rahatdır.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

37 Cavab to ““Nəticə çıxarsaq, gərək ayağa qalxaq.””

  1. Gürcüstanda dahi yoxdur? Absurd ifadədir! Tam absurd!

    • Sizin yazını başa düşməməniz və bu cümləniz daha absurddur.

      • Azərbaycanda ictimai sektorda tənqidə dözümsüzlük olduğunu bilirdim, siyasətdə də var imiş. Hər kəs səslənən irada qarşı neqativ reaksiya verməsə özünü əzilmiş hiss edir.

        Zənn etmirəm ki, Mir Cəfər Bağırovu və ya Elçibəyi Azərbaycan hüdudlarından kənarda tanıyan var. Bəlkə Rəsulzadə və Elçibəyi Türkiyədə tanıyarlar.

        Amma əslən gürcü olan Stalini bütün dünyada tanıyırlar və o, keçən 100 ildə yaşayıb.

        Dahiliyi məhəlli xarakter daşıyan “dahi”lər, əminəm ki, Gürcüstanda bir qatardır…

      • Siz mən yazdığımı anlamamısınız. Məcburam izahat verəm.Yazının məqsədi insanların əlindən bir şey gəlməyəndə özünə dahi obrazları yaradırı sizə çatdırmaqdır. Hansı xalq dahi obrazları yaradırsa o xalqın mənəvi qüdrəti sıfıra yaxınlaşır.Yəni özlərinə dahilər obrazı yaratmayam xalqlarla özümüzü müqayisə etməyinizi istəyirdim. Siz isə Stalin buradan gəldi Rəsulzadə ora getdidən danışırsınız.Guya mən yazıram ki, Gürcüstanda o yazdığım adlar səviyyəsində insanlar olmayıb.Xeyr mən onu yazmıram,mənim yazımdan Gürcüstanda o insanlardan qat qat talantlı şəxslər olub ancaq Gürcü xalqı imkan verməyib onları dahiləşdirsinlər. Ona görədə bu gün bizdən xeyli qabaqdadırlar.

  2. Lagejid insanin varligi ila joxlugu ejnidir. Bu cox agir patalogijadir.Ondan gurtulmagin jolu mybarizlikdir.

    • AZER QARABAG HESRETI MENI OLDURECEK Cavabla Oktyabr 5, 2012 5:37 axşam

      QARABAG ALA BILECEYIK SUALARIM SIZI YORMUR KI

      • AZER QARABAG HESRETI MENI OLDURECEK Oktyabr 5, 2012 5:38 axşam

        MEN O CAVABLARI SIZDEN QISA YAZMAGINIZ XAIS EDIREM

      • İşim çoxdur özünüzə əziyyət verib son bir neçə intervyularımı oxuyun ya da youtubdakı videolentlərə baxın.

      • AZER QARABAG HESRETI MENI OLDURECEK Oktyabr 6, 2012 3:54 axşam

        BIR SUALIMA CAVAB VERIN YETER ATESKES MUQAVILESINDE OMURLUK SOZU OLUB QALAN INTURVULERI HAMISINI OXUYURAM MEN HEMESE SIZI IZLEYIREM VE YASIM AZ OLSADA VETENE BAGLI INSANAM SIZ ISA ELI VE BASQALARIDA GELSE MENIM UCUN ESA OLKEN BU DERDEN QUTARSIN BIZ SADE INSANLARIN BIR ARZUSU QARABAG MESELESINE SON QOYSUN VAR USAQLARIMIZA YAXSI TESIL RUSVETSIZ SEHIYENI YUKELDSIN GEDIR SEN TIBB OCAGINA SENE DEYIRLER GET OZEL KILINIKADA ANALIZ VER BIZDE LABAROTIYA YOXDU SOSIYA YARDIM UCUN GEDIRSEN DEYIRLER MUTLEQ ISLEMELISEN HARDA BILEN YOXDU BU RUSVET BU XALQI MEHF EDECEK XALQA ESIL LIDER LAZIMDI GURCUSTANDAKI KIMI BIR DAHA SIZI NARAHAT ETMEYECEM SAG OLUN SIZI YORDUGUM UCUN HAQINIZI HALA EDIN

      • O məsələni də bir neçə dəfə açıqlamışam. Hətta onun mətninidə qəzetlər çap edib.Orada heç bir ömürlük ,hətta 3 aylıq sözüdə olmamaqla yanaşı o sənəd hüquqi sənəd deyildir. O sənədin maksimum gücü kimlər tərəfindən oxunub fikr bildərməkdir vəssalam.

  3. Qədim Çin filosofu və pedaqoqu – Konfutsinin gözəl kəlamları var:
    “insanlar məni başa düşmədikdə kədərlənmirəm, mən insanları başa düşmədikdə kədərlənirəm”.
    “Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol – düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol – təcrübədir”.
    “Bildiyini bilənin arxasından gedin, bildiyini bilməyəni xəbərdar edin, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın”.
    “Kiçiklər ot kimidir, böyüklər isə külək: külək nə istiqamətə əsərsə, otlar da o istiqamətə əyilər”.
    “Yaxşı insan, gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır”.
    “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil”.

  4. AZER QARABAG HESRETI MENI OLDURECEK Cavabla Oktyabr 4, 2012 5:49 axşam

    SALAM RESUL BEY NE UCUN SIZ VETENE GELMIRSINIZ BIRDE KI PAKISTANLI XANIM BUTA GELDI VE QORXMADI SIZDE GELIN GEZMEYE QERIB OLKE OLMEYE VETEN YAXSI SIZ GELIN XALQDA OYANSIN

    • Hörmətli Azər bu məsələdə mən sizdən məsləhət almaq istəyirəm. Birincisi xanım Buhutto(Buta yox) ökəyə gəlmək üçün ilk növbədə Birləşmiş Ərəb Əmirliyində Pakistanın prezidenti general Müşşərrəflə görüşdü. Ondan xahiş etdiki üzbə üz onun ölkəyə dönməsinə verdiyi qarantı təsdiqləsin.Bu görüşdən 3 ay sonra Müşşərrəfin bir neçə dəfə publik qarant verməsindən sonra hökümətin mühafizə etdiyi şəxs kimi ölkəyə qayıtdı.Nəzərinizə çatdırıram ki, mən bizim hökümətdən heç bir qarant almadan ölkəyə gəlmək istəyirdim.Mənim ölkəyə gəlməyimin yeganə yolu təyyarə ilədir. Mənim içərisində olduğum təyyarənin yenməsinə icazə vermirlər. Təyyarə yeganə transport vasitəsidirki onu zorla yerə endirmək mümkün deyildir. Quru yol ilə gizlin ölkəyə daxil olmaqdan söhbət gedə bilər. Əgər bilirsinizsə Azərbaycan qurudan RF,İran,Gürcüstan Naxçıvanında 12 km Türkiyə ilə sərhəddədir. Bu ölkələrin də bəziləri siyasi iqtisadi və ya rüşvətə görə məni öz ölkələrinə buraxmırlar.2005-ci ildə mənim Azərbaycan prokurorluğundan gəlmişlərə məni aparmağa gəlmisiniz gedək deməyim onları şoka saldı. Dedilər ki, bizə deyilibki sizi mümkün qədər Simferopöolda çox saxlatdırmağa nail olaq qəti sürətdə
      Azərbaycna buraxmayaq. İndi siz məsləhət verin belə bir vəziyyətdə mən nə etməliyəm.Daha doğrusu mən bilirəm nə etməliyəm. Sadəcə olaraq siz cavab tapmasanız ağzınızı yumub qorxdu və sair hədyanlar danışmayasınız. Uğurlar sizə.

  5. salam RESUL BEY MEN SIZ HEMESE BASA DUSUREM VE SIZ BIR YOL TAPIB QAYIDIN VETENE SIZDE CIXIN MEYDANA DEYIN GELIN MENI HEBIS EDIN QOY XALQDA GORSUN CINAYETKAR KIMDI QACAN SIZ YOX BUNLARDI

    • Mən eynən siz yazdığınız kimi düşünürəm,o bir təhəri reallaşdırmaqla məşğulam.

      • gold-dia@mail.ru Oktyabr 6, 2012 8:52 axşam

        Rəsul müəllim,Siz H.Əliyev dövründə ən səlahiyyətli postlardan birində çalışmısınız,yəni ikinci şəxs olmusunuz.Hər halda onun iş rejiminə,taktikasına bələdçiliyiniz yəqin ki,var?Onun bir taktikası bu idi ki,hər bir dövlət orqanında – nazirlik və təşkilatlarda müavinlə idarənin rəhbərini üz-üzə qoymaq.Yəni hər ikisinə ayrılıqda sən mənim ən etimad görsətdiyim adamsan və idarəni sənə etibar edirəm.Və bu iki şəxs ayrı-ayrılıqda kimin idarədə və kənarda olan bütün hoqqabazlıqlarını Ulu-ya nöqtəbə-nöqtə çatdırırdı.Bununla da Ulu öndər bilirdi ki,hansı təşkilatda kim necə nəfəs alır.Bununla da Azərbaycanda hələ o vaxtdan quruplaşmalar,mafiyalar yarandı. Və bu mafiyalar arasında daxildə daima didişmə olub.Bax elə sıradan çıxarılan Fərhad Əliyev,Əli İnsanov,Akif Muradverdiyev,Fikirət Sadıxov və digərləri də bir mafiyanın üzvüləri idilər və Ulu öndərdən sonra ciddi məsələlərə görə bu mafiya məhv edildi.Sizcə elə Gülər Əhmədova olayı da eyni ssenari deyilmi? Və yaxud o da ola bilər ki,ailə daxilində prezidentliyə vahid namizəd məsələsinə iki mövqedən yanaşılır.Yəni bir tərəf üçüncü dəfə prezidentliyin mümkünsüzlüyünü görür,hiss edir,digər tərəf isə bunu qəbul etmir və qısqanclıqdan birinci tərəfin bu iddiasını qəbul etmir.Ola bilərmi ki,ailə daxilində didişmə sirri mafiyalar arasına sızsın və belə bir həngamələr ortaya atılsın?Belə bir işartı da var ki,ailənin bir tərəfi hətta müxalifət düşərgələrində də özünə simsar axtararaq mütamədi işlər görür.Sizin bu haqda fikirləriniz mənim üçün,yəqin ki,həm də blok iştirakçıları üçün çox maraqlı olar.

  6. RESUL BOYUK ADIR SIZ ELE EDIN KI BU AD TARIXE AZERBAYCANDA DAHA BOYUK SESLENSIN VE DUS SUN ALLAH KOMEYINIZ OLSUN QERIBLIK COX PISDIR SIZE TANRIDAN SEBIR ARZULAMIRAM.

  7. Azərbaycanın son 42 ili ! Azərbaycanın tarixində ən mühüm rol oynayan bu 42 il millətin ömrünə,əqidəsinə balta vurdu.Milli-mənəvi dəyərlərimiz- tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimiz məhv oldu.Hələ bu 42 ilin nə yaxşı ki,22 ili Sovetlər dövrünə düşüdü,yoxsa millət milliliyini tamamilə itirərdi.Amma yenə də “Ulu öndərimiz” var gücü ilə son nəfəsinə qədər bacardıgını elədi,eləyə bilmədiklərini isə yazılı sürətdə ərmagan edib getdi.Millətin inam,etibar etdiyi “Ulu öndərimizin”yazdıqlarına bir neçə şəxs tərəfindən cümləbə-cümlə əməl olundu.Dinini,imanını tanımayan şəxslər isə öz “qarınları”naminə kölə olub milliliynə zərbə vurdu.Hüseyn Cavidi sevən Hüseyn Cavidin İblisinə dönüb milləti tarı-mar etdi.İblis millətin qanına elə sagalmaz zəhər buraxdı ki,millət bihuş,manqurt vəziyyətinə düşdü.Hələ də qana bilmirik ki,bu məst edici bihuştluq hardandır və necə oldu?Ayılmaga halımız yoxdur,sərsəm halda hər bir nöqsanı özümüzdə görürük,biri-birimizə şər-şəbata yagdırırıq ki,birdən oyanan,milləti qandıran olar.Elə bu günki dindar qardaşlarımızla polisimizin vurha-vurunu görəndə adam heyrətə gəlir.Araşdırsaq görəcəyik ki,qohum-qohuma,qardaş-qardaşa zərbə vurur,nəticədə isə millilik,qürur,əqidəmiz əldən gedir.Çox çəkməz ki,bu minvalla bütün milli-mənəvi varlıgımızı itirməli olacagıq.Məstlik bizi gör nə qədər süst edib ki,ətrafımızı,qonşumuz gürcüstanı belə görüb ibrət götürə bilmirik.Hələ deyilənə görə Saakaşvilinin də qanında erməni qanı var,amma o xalqına qarşı qəddar olmadı,əksinə demokratik fikirləri,düşüncələri xalqına,dövlətçiliyinə qarşı sədaqət,hörmət yaratdı,2-3 milyonluq gürcü xalqını dünyaya tanıtdı.Amma iman yerimiz,etibar etdiyimiz,inandıgımız iblis yaman “ROL”oynadı.Gözəl bilirdi ki,solumuzda Rus,sagımızda İran bu millətin qənimidir,həmişə bütövlüyümüzdən,birliyimizdən ehtiyat ediblər.Elə ona görə də göz dagı kimi ortamızdan,bel sütunumuzda vurub param-parça edərək iki hissəyə bölüblər.
    Yat millət yat,qoy düşmənlərin vardidatını talasın,başına qapaz vurub milliliyini tapdalasın!Gələcək nəsil böyüyüb özünü dərk edəndə,qəbrini qazıb sümüklərini çıxarıb bir parça tüpürüb deyəcək,tfu sənin kişiliyinə,qeyrətinə!

  8. Amerikanı Xristofor Kolumb yox,onu 1993-cü ildə biz Azərbaycanda kəşf etdik.Amma süni olaraq müəllifinin adını Xristofor Kolumb yox,”ULU Öndər”qoyduq.Hər şeyimizi-bütün milli -mənəvi dəyərlərimizi,tariximizi,kökümüzü,Konstitusiyamızı da sünü olaraq onunla bagladıq.Lakin özü getdi,adı dünyanı,qitələri fəth etdi,heykəli bütün dünyanın şəhərlərini bəzədi,ləl-cəvahirətə bürüdü.Amma dünya mat-məhəttəl qalıb,adı dünyanın əzbəri olan “Ulunun” “amerikasında” xalq dilənçi,kölə halında sürünür!

  9. Rəsul müəllim,Siz bu gün millətə hava-su kimi lazımsınız.Yazıqlar olsun ki,bu millət bunu anlaya,dərk edə bilmir.Anlasaydı yəqinki ayaga qalxıb yagılardan özünü təmizləyərdi.Amma nə edək agacı içindən qurd yeyən kimi öz qurdlarımız millətin içalatını param-parça ediblər və millətin ayılması görünür müşkül məsələdir.Qoy millətin qanını soranlar hələ ki,xalqın başına qapaz vurub keyf eləsin.Bu gün 50-60 nəfər dindar qardaşlarımız polis alayını diz çökdürmüşdü,lakin polis onları səpələyib istədiklərinə nail oldular.İnsanlar bunu anlaya bilmir ki,güc birlikdədir,xalq bir olub ortaya atılsa onun qarşısında heç bir varlıq tab gətirməz.Bunu həm Ərəb ölkələrində,həm də Gürcüstanda görsək də hələ ki bizdə o halət yoxdur.Hamı bir tikə çörəyi ucbatından tısbaga kimi qınına qərq olub,başını qaldıra bilmir.Vecinə deyil ki,millilik tarac olub gedir.

  10. Elşad Abdullayev və Gülər Əhmədova (rüşvət verən və alan)olayı bir daha sübut etdi ki,Azərbaycanda parlament seçkiləri bir başa iki şəxsin nəzarətindədir.Bu iki nəhəngin biri prezident,digəri Aparatın rəhbəri R.Mehdiyevdir.Göstəriş isə belədir-əsasən 80 faiz hakimiyyətə ən sədaqətli adamlardan ibarət olmalı,qalan 20 faizi isə adı müxalifət lideri olan yaltaq-yultaq (bu da demokratik ölkələrə ərmagan üçündür) və rüşvət yıgmaq üçün digər imkanlı adamlar ki,bunlarla da şərt kəsilir ki,yalnız hakimiyyətin mövqeyi qorunmalıdır.Fikir verirsinizsə 4 seçkidə bu 80 faiz eyni sifətlər,eyni simalardır.Artıq bu sifətlər insanlarda allergiya yaradır.
    Əsas məsələ odur ki,rüşeyimi rüşvətlə yogrulan hakimiyyət parlament seçkisində də hətta rüşvətsiz keçinə bilmir.Sanki narkotik narkotikasız yaşa bilmədiyi kimi bunlar da rüşvətsiz nəfəs ala bilməzlər.Bu da atadan miras qalan məsələdir,çünki heç kimə etibar olmadıgı üçün bu səlahiyyət birbaşa ogula həvalə olunmuşdur.Ogul isə bir vaxtları puldan çox korluq çəkmişdir,belə bir fürsətdən sonra pula hərislik qana keçdi və amal,əqidə yalnız talamaq,talamaq,talamaq!Artıq varidatı qoymaga yer tapılmasa da göz doymur.Odur ki,azərbaycanda elə bir dövlət sahəsi yoxdur ki,orada rüşvət olmasın.Çox güman ki,evdə ər-arvad münasibətində də rüşvət rol oynayır,çünki bu həm də bir vərdişdir.Amma Gülər Əhmədova olayı bütün hakimiyyəti silkələdi hamı bir agızdan rüşvətə alçaqlıq,dələduzluq adı verdilər və bununla da Türklər demişkən göz görə-görə “pəzəvəng”olsalar da günahı bir adama yamamaga can atdılar.Lakin Gülər də Gülərdi,bu məsələni sakitcə öz üzərinə götürməyəcək!Elşad isə hələ çox adları ortaya atacaq.Amma belə bir misal var,islanmışın yagışdan nə qorxusu və yaxud da s.g rüşvətə nə tövbə?Bunlar öyrənişlidirlər,həm də təkcə rüşvəti almaga yox,eləcə də verməyə.Avropa Şurası Parlament Assambleyasının (AŞPA) kürü əməliyyatı olayı da bunu sübut etdi.Xalqın onurga sütununu sındıran elə bilirsiniz ki,təkcə rüşvətdir,bəs korrupsiya,manopoliya?Belə getsə bunlar sabah havanı da bu millətə pulla satacaq,inanın!

  11. Deyilənə görə ən güclü diktator, Allah yanındakıları rəhmət eləsin Türkmənbaşı olub.Özü ölüb getsə də hələ də Türkmənistanda nə müxalifət partiyası var,nə də hökümət.Təbii ki,bu da ürək açan deyil və yəqin ki,bütün dünya yəqin ki,Bakılılar demişkən buna alayıcür baxır.Çox partiyalıq da ürək açan olmasa da bu demokratik ölkələrə aiddir.Bəs Azərbaycan kimi diktator ölkədə bu nə qədər düzgündür?Məgər Ulu öndər Türkmənbaşıdan zəif olub?Bəs nədən imkan verdi bu qədər müxalifət partiyalarının yaranmasına?Hə bax,məsələ də elə bundadır.Əgər bu yaxşı şey olsaydı niyə hakimiyyətin təkcə YAP-ı olurdu?Ulu öndər niyə imkan verirdi ki,40-dan çox partiyanın yaranmasına,elə özü üçün əllisini yaradardı da!Əvvala bu Ulu üçün rus demişkən pakazuxa idi,yəni gözdən pərdə asmaq üçün,guya Azərbaycanda da demokratiyadır,ikinci isə bilirsiniz də çoxluq……. ! Üçüncü isə bu millətin belini qırmaqdır,birliyini məhv etməkdir! Odur ki,imkan verildi ki,hər yamaqlı şalvar geyən partiya yaradıb düşdü ortalıga.Soruşan olmadı ki,a bala sən hara partiya hara,agzının horrasını silə bilmirsən cammata dilmanc olmusan,öz bit-birəni qoruyursan,yoxsa xalq halına yanırsan?Bax budur Azərbaycanın bəlası!
    Amma, Rəsul müəllim,Siz prezident olsanız(olacaqsınız İnşallah) xahiş edirəm imkan verməyin çox partiyalılıga.İki partiya olsun biri xalq partiyası,biri isə hakimiyyət partiyası.Öncədən təşəkkürlər…

  12. BAKIDA QANLI “HİCABA AZADLIQ” AKSİYASI yenidən Nardaran və talış zonasında davam edə bilər.Hər halda xalq yavaş-yavaş da olsa hərəkətə gələcək!

  13. Salam Resul bey,men sizin butun cixish ve musahibelerinizi izlemishem.Eslinde cox sade ve aydin ve semimi danishmaqiniz sizi basha dushmeye imkan verir. Size meslehet vermek fikrinde deyilem.Munasibetimi bildirerek onu demek isteyirem ki,cox sert cavab verirsiniz.Her kesin siyasi savadi sizin qeder ola bilmez,mumkunse bir qeder temkinle cavab veresiniz. Bu size inami daha cox artirar.

    • Məsələ ondadırki,mən həqiqətən azərbaycanlıların intlektual səviyyəsinin qalxmasını ürəkdən və səmimi istəyən adamam. İnsanların bəzən elementar şeyləri bilməməsi məni əsəbləşdirir.Sərt cavabla onların məndən xoşu gəlməsədə məcbur olub nələrisə öyrənməyə cəhd edəcəklərinə ümid edirəm.

      • gold-dia@mail.ru Oktyabr 7, 2012 9:04 axşam

        Salam Rəsul müəllim,yəqin ki,mənim suallarımı oxumamısınız?Çox güman ki,cavab verərdiniz.

  14. Heydər Əliyevin Mexiko şəhərinin mərkəzi Reforma Xiyabanındakı və digər ölkələrdəki heykəlləri hansı məqsədlə qoyulur?Tutaq ki,Azərbaycan milləti üçün H.Əliyevin kimliyi qaranlıqdır,digər ölkələrdə isə çox insanlar heç onu tanımır.Bəs nə üçün bu qədər milyonlar xarici ölkələrdə parklara,xiyabanlara xərclənib məsrəf olunur?Eyni zamanda Azərbaycanın hətta kəndlərinə belə bu heykəllər qoyulur.Deyək ki,biz qana bilmirik,axı xarici ölkələrin demokratları gözəl bilirlər ki,H.Əliyev kimdir və süni halda onu şişirdib dünyaya tanıtmaq heç bir məna kəsb etmir,onu da bilirlər ki, uzun illər DTK-nın geniralı olan şəxs heç vaxt xalqı üçün səmimi ola bilməz.Görəsən bu ideya kimindir.ya bu insan dünyanı axmaq sayır,ya da bunu qəsdən edir ki,bütün dünyada biabır etsin.Amma çox yaxşı olardı ki,Xocalı,Qarabag faciəsində vəhşicəsinə öldürülən insanlara abidələr ucaldaydılar və erməni vəhşiliyini dünyaya tanıtdırardılar.Gərək o dərəcədə naqlı olasan ki,həm dünyanı,həm də milləti bu səviyyədə gic yerinə qoyasan.

  15. Paşayevlərin hakimiyyəti ələ almasına can atması çox mühüm və ciddi məsələləri üzə çıxaracaq və buninla da bu hakimiyyət süquta ugrayacaq.Gülər Əhmədova olayı bu məsələlərdən ən adisidir,hələ çox məsələlər açılacaq.Bütün bunlar dünya miqyasında bəyan edilməli,hakimiyyətin təkcə parlament seçkilərindəki və bütün sahələrdəki saxtakarlıqlarına dünya demokratları tərəfindən qiymət verilməlidir.

    • Salam,verdiyiniz suallara özünüz qismən cavab vermişdiniz,yəni Əliyevin siyasəti bolşeviklərin 30-cu illərdən formalaşdırdığı siyasətin davamıdır,elə bir yenilik yoxdur.Paşayevlərin hakimiyyətə can atması ilə rejimin çökəcəyinə ümid bəsləmək olmaz.

      • gold-dia@mail.ru Oktyabr 8, 2012 5:01 axşam

        Cavaba görə sag olun,amma hakimiyyət daxilində didişmə düşməsə onları yıxmaq asan olmayacaq,çünki millətimiz cürət məsələsində çox zəifdir.

  16. Rəsul müəllim, çox yaxşı haldır ki, bütün şərh yazanların suallarını cavablandırırsız. Halal olsun sizə.

  17. Elşad Abdullayevlə Gülər Əhmədovanın videoqalmaqalında adı çəkilən eks-deputat Musa Musayev Modern.az-a açıqlama verib.
    “Təəsüflə qeyd edirəm ki, bu gün də Heydər Əliyevin dediyi kimi, YAP-da dələduzlar, qaraniyyətli insanlar var. Getdikcə bu insanlar ifşa olunurlar. Mən 2000-2005-ci illərdə deputat olmuşam, daha sonra 4 il İcra Hakimiyyətinin başçısı işləmişəm. Bu müddət ərzində mən Heydər Əliyevin siyasi kursuna və bu kursun davamçısı İlham Əliyevə xidmət etmişəm, ölən günə qədər də bu əqidəmə sadiq qalacağam”-deyə o, bildirib.
    Görəsən Musa niyə cürət edib demir ki,YAP-ın elə əksəriyyəti julik,dələduz,nankor,xalqının əleyhinə olanlardır,onları düşündürən yalnız agasına qulluq etməkdir,xalq nədir.

  18. ABŞ-da 6 noyabrda keçiriləcək prezident seçkilərində Obamanın rəqibi olan republikaçı namizəd Mit Romni seçiləcəyi təqdirdə suriyalı müxalifətçiləri silahlandıracağını deyib.
    Bəlkə də Mit Romni hakimiyyətə gəlsə diktatorların sonu olacaq!Görəsən Azərbaycan haqqında nə düşünür?

  19. “Biz 100 il tarixi olan Musavat Partiyasinin üzvüleri ve Memmed Emin ideyalarinin dashiyicilariyiq”, bu sözler Musavat bashqani Isa Gembere mexsusudr.
    Siyasetde imitasiyalar edilir ve bu normaldir, gerek bunu edendede bezi meqamlara diqqet edesen.
    Musavat Partriyasi növbeti qurultayini kecirmek ücün Gürcüstana, Bidzina Ivanişvili hakimiyyetine müraciyyet edib, cavabinda ise “Bidzina Ivanişvili hakimiyyəti onlara qurultayın keçirilməsi üçün Bakını məsləhət görüb. “Biz hələ də Azərbaycan hakimiyyətindən qurultayın keçirilməsi üçün yer verməsini gözləyirik.” cavabi alinib.
    Cavabi oxuyanda acigini deyim xecalet cekdim. Bu siradan bir cavab deyil, Ivanisvilinin bu cavabinda bir istehza var, bir tessüflük var. Bu cavabinda deyir ki, eger siz hökümetden bir qurultay ücün yer ala bilmirsinizse bu qurultayi burda kecirseniz ne olacaq?, cavabinda hem de deyir ki, gül kimi tarixe sahib bir milletin tarixine men size yer vermedim deye bir tarix yazmayin, hetta meslehet de verir.
    Yadimdadi Saakasvili Parlamentde cixishinda Memmed Emin Resulzadenin sözlerini Azerbaycan dilinde tekrar etmesi hadisesinden sonra bezi siyasetciler bunu “atalar sözü” kimi tez tez tekrar edirdiler. Ancaq Saakashvili bizlerin bacarmadigi ishi gelib bizim ali meclisimizin ali tribunasindan gözlerimizin icine baxa-baxa bizim ücün edib getdi.
    Men shexsen bunu qebul etmirem neinki teqdir etmek.
    Memmed Emin kimi shexsiyyetin qiymetini, deyerini tarix vermish ve Azerbaycan xalqi onu özünün Milli Önderi hesab edir.
    Musavatci dostlarim menim bu fikirlerimden incimesinler, men Musavatin partiyasinin üzvü olmasamda Musavat ideyalarini, Resulzade ideyalarini destekleyen birisiyem.
    Qobusname kitabindan oxudugum bir kelam yadima düshdü, yazir ki, “calish hec vaxt özünden kicikden borc istemeyesen”.
    Hakimiyyet temsilcilerinin müsahibelerinden aydindir ki, hakimiyyet bu veziyyetde Musavat bashqaninin deyishmesini istemir ve bu qurultayin kecirilmesine mane olacaq. Qalir ancaq Musavatcilarin qebul etdikleri nizamnameye hörmet ederek buna emel etmek. Isa Gember növbeti qurultayda men istefa verecem deyenden sonra mehz bu qurultayin kecirilmesi meselesi uzanir. Aydin meseledir ki, bu imitasiya prezident seckilerinde ishtirak etmek ücün hesablanib.
    Ölkede demokratik bir secim sheraiti yaradilarsa, namizedlerin sayi ne qeder cox olarsa bir o qeder xalqin isteyi qalib gelecek, bu da ancaq ve ancaq xalqimizin, ölkemizin inkishafina aparacaq. Burda artiq kim xalqina daha yaxshi xidmet ede biler deye mübarize aparilacaq. O üzden namizedlerin sayinin cox olmasi hec bir problem yaratmir, cünki son qerari xalq verecek ve hemin shexs ölkenin prezidenti olacaq.
    Edilen imitasiyalar zamani hec olmasa milli deyerlermize hörmet edilmelidir, meqsedim ücün xalqin tarixine ona layiq olmayan bir tarix yazilmamalidir.
    http://azadliq.info/xeberler-menu/311-son-xbrlr/23258-yap-rsmi-tiflisi-hdldi.html

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: