‘’Dindirir əsr bizi dinməyirik. Atılan toplara diksinməyirik’’

“2013-cü ildə bu rejimin süqut edəcəyinə inanıram”

ACP lideri, eks-spiker Rəsul Quliyev Azpolitika.com-un suallarını cavablandırıb.

– Rəsul müəllim, prezident seçkiləri yaxınlaşır, ictimai-siyasi sahədə vəziyyət isə sabitləşmir. Bunun səbəbi nədir?

–  Pezident seçkilərinə 1 il qalıb. İndiki ictimai-siyasi vəziyyətlə bağlı mülahizələrimi sizinlə bölüşmək, vəziyyətdən çıxış yolları haqqında düşüncələrimi nəzərinizə çatdırmaq, gördüyümüz və görəcəyimiz işlər barədə hesabat vermək istəyirəm. Etiraf edirəm ki, 2012-ci ilin əvvəlindən bu günə qədər keçdiyimiz yola nəzər salanda verdiyim proqnozların bir çoxu özünü doğrultmadı. Hətta 2011-ci ilin sonlarıyla müqayisədə ölkədəki vəziyyət daha acınacaqlı görsənir. İctimaiyyət arasında protest hərəkatının baş tutacağına inam hədsiz dərəcədə azalıb.  May hadisələrindən, xüsusilə İctimai Palatanın keçirdiyi ikinci mitinqdən sonra insanların özlərinə inamsızlığı bir qədər də güclənib. Şəxsən mən ilin əvvəlində ölkədəki ictimai-siyası vəziyyətlə bağlı proqnozlar verərkən Azərbaycan xaıqının bu qədər deqradasiya olunduğunu təsəvvür etmirdim. Bunu təsəvvür etmək də çətindir. Elə bil xalqı sındırıblar, sanki onun bel sütununu qırıblar. Azərbaycan xalqı təəssüf ki, bu gün belə görsənir. Əhalinin 80%-indən çoxunun bu rejimə nifrət etməyinə baxmayaraq az adam tapılar ki, müəyyən protestlə meydana çıxmaq istəsin. Çox az adamda gələcəyə inam hissi mövcuddur, çox az adam bu rejimdən yaxa qurtarmağın mümkünlüyünə inanır. Azərbaycan xalqının qəlbindən öz vəziyyətinə qarşı etiraz etmək, öz haqqı uğrunda mübarizə aparmaq əzmi öldürülüb. Əlbəttə ki, bu vəziyyətin yaranmasında bizim rolumuz az olmayıb.

 

– Elşad Abdullayevin rüşvət rolikindən sonra müəyyən canlanma hiss olunur…

– Bu canlanma informasiya vasitələrində daha çox hiss olunur, nəinki camaatın arasında. Bu videodan sonra müxalifətin bəzi nümayəndələri qorxa-qorxa Əhmədovanın ‘’qanını’’ tökməyi tələb edib, sonra inkişaf etdirərək parlamentin istefasına çatdılar. Hökümət də həmişəki kimi özünü kənara çəkmək üçün sevimli övladı Gülər xanımı qanına qəltan edəcəyini YAP-ın bəzi üzvlərinin ağzı ilə bildirdi. Xalqımız həmişə olduğu kimi dərin ‘’fikirlərə’’ qərq olub. Müqayisə üçün qonşumuz Gürcüstanı götürün. Həbsxanalarda dustaqlara işgəncə verilməsini göstərən videolar ortaya çıxandan 3 saat sonra minlərlə gənc küçələrə axışdı. Bir neçə gün bundan öncə 200 minlik mitinq keçirildi. O Gürcüstandakı insan haqlarına əməl etmə Azərbaycandan 100 dəfələrlə yüksək səviyyədədir. Yadınızdan çıxmayıbsa bizdə polisin insanları necə döyüb- öldürməyi, şikəst etməsi kadrları dəfələrlə göstərilib. Bu günə qədər zindanlarda 100-lərlə adam işgəncəyə davam gətirməyib dünyasını dəyişib. Bizim nə gənclərimiz, nə orta yaşlılarımız, nə də yaşlılarımız bu rejimin dəyənəyinin onun və ya onun yaxın qohum-əqrabasının başında sınmasından sonrada  səsini çıxardan deyil.

 

– Gürcüstandan söhbət düşdüsə fikrinizcə, son parlament seçkilərindən nə deyə bilərsiniz?

– İlk növbədə gürcü xalqını təbrik etmək lazımdır. Onlar artıq demokratiyanın astanasından keçib içərisinə daxil oldular. Sözsüz ki, qısa bir zamanda belə bir vəziyyətin yaranmasının yaradıcısı olan Saakaşvilinin rolu danılmazdır. Qısa bir müddətdə İvanişvilinin ətrafında toplanan müxalifətin qələbəsi dünyada gürcü xalqına qarşı hörməti dəfələrlə qaldırdı. Biz azərbaycanlılar isə əgər bacarmırıqsa xəcalət çəkməliyik. Azərbaycanın paytaxtından hadisələrin cərəyan etdiyi Tiflis şəhərinə məsafə azdır. Onları biz nə eşidə nə də görə bilirik. Rəhmətlik M.Ə.Sabir ‘’Dindirir əsr bizi dinməyirik. Atılan toplara diksinməyirik’’ şeirini bu günkü  azərbaycanlılar üçün yazıb. Diqqət yetirin Əbülfəz Elçibəy höküməti ilə Gürcüstanda Qamsaxurdiya höküməti 7-8 ay fərqlə demək olar ki, eyni vaxtda yaranıblar. Bu gün Gürcüstanda  Qamsaxurdiya hökümətindən qalma müxalifətə rast gəlmək mümkün deyildir. Bizim müxalifətin liderlərinin 90 faizi Elçibəy hökümətindən qalmış insanlardır. Bu 20 il ərzində özlərini həm prezident seçkilərində, həm də parlament seçkilərində 6 dəfə sınaqdan keçiriblər, hamısını da uduzublar. Su da bir yerdə qalanda iylənər. 20 ildi müxalifəti və höküməti dəyişməyən xalqın artıq özü iylənməyə başlayıb. Bu partiya başqanları ilişib başqanlıqda qalmaq xatirinə ideya ortaya atıblar. Onları əvəz edən lider hələ yetişmiyib, başqanlıqdan getsəm partiya parçalanacaq. Adamdan soruşarlar, əgər 20 ilə heç olmazsa bir lider hazırlaya bilməmisənsə, hansı haqla prezident olmaq istəyirsən. Belə bir adamı sonradan öz xoşu ilə prezident kreslosundan qoparmaq olarmı, heç vaxt.

Gürcüstanda baş verənlərlə əlaqədər  nə qədər gürcülərə hörmətim artıbsa, bir o qədər də özümə, hökümətimizə, müxalifət adlananlara zəhləm artıb. Mənim Gürcüstandakı yüksək elita nümayəndələri, keçmişdə rəhbər vəzifədə olanlar arasında kifayət qədər tanışlarım vardır. Bizim intlektual səviyyəmiz onlardan aşağı deyildir. Hər halda mən eləsinə rast gəlməmişəm. Hər halda mən zavod direktoru, parlament sədri olanda da Sant-Peterburq və ya Moskvada görüşəndə onlar “Rəsul, sənin məsləhətin bizə lazımdır” deyirdilər. İndi biz bu Zaqafqaziyada ən varlı və ən məzlum xalqıq. Bu ağır yüklə yaşamaq çox çətindir. Budurmu azərbaycanlıların milli idealogiyası, milli ənənələri? C.Məmmədquluzadənin kefli İskəndərinin sözlərindən təsirli söz tapa bilmədim. ‘’Tfu sizin üzünüzə, ay milləti bu günə salanlar.’’ Bizdə beş-altı üzvü olan bir forum var adı Ziyalılar forumudur. Həmişəki kimi azərbaycanlılar heç ziyalı sözünün də mənasını bilmirlər. Əslində ziyalı adını yüksək təhsil və intellektualı olan adamlar daşıya bilər. O adamlar ki, intlellektualına görə başqaları da tanısın və hörmət etsin. Bu forumda həmin intellektuallar Rüstəm İbrahimbəyov (onlarla dünyada tanınmış kinolara ssenari yazıb, dram əsərləri 30-a yaxın ölkədə tamaşaya qoyulub), Cəmil Həsənli (Harvard univeristeti kimi məşhur təhsil ocaqlarının əsərlərini qəbul etdiyi alim), Əkrəm Əylisli (Sovet dövründə yazdığı əsərləri ilə disident yazıçı səviyyəsinə qalxmış şəxs), Rafiq Əliyev və ola bilər mənim yaxşı tanımadığım kimlərsə də orada var. Müqayisədə biz bütün gürcü xalqını ziyalılar forumu adlandırmalıyıq.

 

– Siz belə vəziyyətin yaranmasında kimi günahlandırırsınız?

– Cavabdan görürsünüz ki, mən həm xalqı belə vəziyyətə salanları, həm də belə bir vəziyyətdə yaşamaqla barışanları  günahkar hesab edirəm.  Özünü “ana müxalifət” adlandıranların günahı isə hər kəsdən artıqdır.  Bunlara baxmayaraq, mən 2011-ci ilin son aylarında və ya 2012-ci ilin əvvəllərində olduğundan daha çox 2013-cü ildə bu rejimin süqut edəcəyinə inanıram.  Əminəm ki, 2013-cü ildə biz bu rejimin axırına çıxa biləcəyik. Soruşa bilərsiniz,  bu inamım haradan qaynaqlanır? Necə olur ki, mən rejimin hər şeyə nəzarət edə bildiyi indiki dövrdə bu cür nikbin əhval-ruhiyyədəyəm.

Ona görə əminəm ki, bu dövrdə hökumətin  buraxdığı səhvlər, bizim səhvlərlə müqayisədə daha dəhşətlidir. Hökumətin buraxdığı səhvlər bir daha sübut edir ki, belə bir rejim, belə bir liderlə gərək makimum 5 il yaşayardı. Bizimlə qonşu ölkələrdə 2011-ci ildən baş verən  təlatümlərin fonunda bu rejim əgər 10 ildən artıq yaşaya bilsə, deməli, millətələ nəsə baş verib, psixoz vəziyyətdən çıxa bilmir. Ancaq bunu deməklə mən Azərbaycan xalqını psixoz vəziyyətə düşmüş xalq hesab etmirəm. Hər halda bir-birindən 1000 km-lərlə aralı yaşayan Liviya inqilabı etmiş bədəvi tayfaları ilə müqayisədə daha mobil olmalıyıq.  Bildiyiniz kimi, 2011-ci ilin axırı və 2012-ci ilin əvvəllərindən başlayaraq korrupsiya və rüşvət rejiminə qarşı beynəlxalq səviyyədə təzyiqlər çoxalmış, trans-kontinental kütləvi informasiya vasitələriylə, xüsusilə, beynəlxalq nüfuzlu telekanallarla korrupsiya rejiminin iç üzünün ifşa olunması, onun lideri İlham Əliyev barəsində kifayət qədər inandırıcı materialların göstərilməsi intensivləşib. Bu faktlardan Azərbaycanın korrupsiya rejimi, rejimin lideri və ətrafındakılar nəticə çıxarmalı, öz siyasətlərini korrektə etməli idilər.

Təəssüf ki, biz hakimiyyətin tamamilə başqa mövqe tutduğunu görürük. Biz görürük ki, mahiyyəti ortaya çıxdıqca, iç üzü açıldıqca rejim mənsubları bu rəzaləti kompensasiya etmək üçün heç bir ağla, məntiqə sığmayan tədbirlərə əl atırlar. Özlərini başqa rejimin mənsubları kimi avropalılara göstərməyə, gözdən pərdə asmağa çalışırlar. Sivil dünya ictimaiyyətinə göstərmək istəyirlər ki, guya Azərbaycanda hər bir sahədə vəziyyət qaydasındadır, millət xoşbəxt yaşayır, insanların yaşayış səviyyəsi Avropa standartlarına uyğundur. Bu məqsədlə xarici diplomatların keçdiyi yolları düzəldib ətrafdakı kasıb yaşayış məntəqələrini görməmələri üçün yollara hasarlar çəkirlər. Yaşlı nəsl Brejnyev Azərbaycana gələndə ata Əliyevin necə müvəqqəti hasarları çəkdirdiyinin, onların üzərində rəhbərin müxtəlif formalarda nəhəng şəkillərinin çəkdirməsinin şahidi olublar. Üstündən 40 ildən vaxt çox keçib, həmin siyasəti bala Əliyev davam etdirir. Deyə bilərsiniz Bakıda tikintinin güclü inkişafını görməmək mümkün deyil. Bəli bu belədir. 2005-ci ildən sonra xarici banklarda çirkli pulların gizlədilməsi xeyli çətinləşəndən sonra oğurlanmış pullar ölkə daxilində binaların tikilməsinə yönəldilib. Maraqlansanız yeni tikilmiş binalardakı mənzillərin 80 faizinin boş olduğunu görərsiniz. Bu inkişaf deyil, sadəcə olaraq çirkli pulların binalar şəkilində qismən leqallaşmasıdır.

“Evrovizion”la özlərini başqa bir sifətdə Avropa ictimaiyyətinə göstərmək niyyətilə yüz milyonlarla dollar xərclədilər. Yüzminllərlə qaçqının olmasına, əhalisinin mühüm qisminin kasıblıq həddindən aşağı vəziyyətdə yaşamasına baxmayaraq, bu cür tədbirlərə astronimik pullar xərcləyən Azərbaycan iqtidarının “Evrovision” siyasəti nəylə qurtaqrdı?
Əminliklə deyə bilərəm ki, rejimin istədiyinin tam əleyhinə situasiyanın yaranmasıyla qurtardı. Bunlar gözləyirdilər ki, bütün dünya cəh-cəlal içərisində yaşayan Azərbaycan xalqının güzaranını görəcək. Dünya isə korrupsiya girdabında batan, evləri başına uçurularaq didərgin salınan məzlum bir millət gördü xalqımızın timsalında. Bunlar gözləyirdilər ki, Azərbaycana səfər edən xarici qonaqlar rifah halı Avropanı belə geridə qoyan ölkə görəcəklər. Avropalılar isə “Evrovizion” vasitəsilə haqları əlindən alınan, ən elementar insan hüququna belə məhəl qoyulmayan topluluq gördü Azərbaycanda. Avropa ictimaiyyəti korrupsiya rejimindən əziyyət çəkən hüquqsuz Azərbaycan xalqının həqiqi vəziyyətini daha geniş miqyaslı şəkildə görə bildi.

Əziz Azərbaycan xalqı!

Mən, 1994-cü ildən Azərbaycanda, 16 ildir xaricdən bütün dünyaya car çəkərək, xalqımızın vəziyyətini, rejimin simasını ortaya qoymaq istəyirəm. Sizi inandırıram ki, indiyə qədər bu miqyasda və bu qədər əyani şəkildə Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya tanıtmaq mənə nəsib olmamışdı. Bu rejim öz şüursuz siyasətilə özünü ifşa edərək ölkəmizin demokratik dünyaya tanıtmaq baxımından daha böyük iş gördü. Özlərini ifşa edən bu siyasət isə yenə Azərbaycan üçün itkisiz ötüşmədi. Bilirsiniz ki, “Evrovizion” mahnı yarışması 50 ildir keçirilir. Azərbaycan tək başına  50 ildə bütün ölkələrin indiyə qədər həmin yarış üçün xərclədiyi pulların cəmindən  artıq pullar xərclədi. Bu pul xalqın puludur, bu pul 24 il bundan öncə Ermənistandan, ardınca Qarabağdan  qaçmağa məcbur edilmişlərin puludur. Bu pul ayda 80 manat pensiya alıb, tez ölüb rəzil yaşamaqdan canlarını qurtarmaq istəyənlərin  puludur. Xalqın pulunu xalqdan xəbərsiz xərcləməyə kim icazə verib sizə, cənablar? Sonradan isə məlum oldu ki, xərclənən pulların yarısından çoxunu özləri mənimsəyiblər. Bir sözlə, Azərbaycan “Evrovizion”dan sonra özünün korrupsioner imicini dəyişmədi, əksinə daha da möhkəmləndirdi.

Mənfi imicini kompensasiya etmək üçün “Evrovizion” əks effekt verincə, Azərbaycan hakimiyyəti bütün ümidlərini London olimpiadasına bağladı. Daha çox medal qazanmaq üçün əl atdığı metodlar öz saxta mənəviyyatından qidalandığından bütün dünyada daha artıq biabır oldu. Bütün dünya  korrupsiyaya bulaşmış Azərbaycan hakimiyyətindən danışdı. Adam bütün bunları gördükcə bu hakimiyyətin əvəzinə xəcalət çəkir. Bunlarda zərrə qədər ağıl olsaydı, onsuz da biabırçi imicə malik olduqları halda bu hoqqabazlığa gedərdilərmi?

– London olimpiadası da bu hakimiyyətə utanc gətirdi…

(Müsahibənin Ardı Var)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

8 Cavab to “‘’Dindirir əsr bizi dinməyirik. Atılan toplara diksinməyirik’’”

  1. Əli Kərimlidən İvanişviliyə təbrik! “Sizi Gürcüstanda parlament seçkilərində qazandığınız parlaq qələbə münasibətilə ürəkdən təbrik edirəm. “Gürcü arzusu” müxalifət koalisiyası Sizin rəhbərliyiniz altında Gürcüstan seçicilərinin səsini qazana bildi.
    Azərbaycanda biz Sizin seçki kampaniyanızı diqqətlə izlədik və qələbənizi məmnunluqla qarşılayırıq”.
    Əli Kərimli 20 ildən artıqdır ki,”ANA”müxalifət lideridir.B.İvanişvili isə cəmisi 1 ildir müxalifət partiyasına liderlik edir.Məlumdur ki,prezident Saakaşvili SNQ dövlətləri arasında ilk demokratik dövlət yaradıb və milliliyi ilə öyünən,millətini sevən bir şəxsdir.Xalqını sevən belə bir prezidenti B.İvanişvili 1 il ərzində çox asanlıqla qaliblədi.Amma Əli Kərimlinin ölkəsində isə diktatorluq hökm sürür,xalq böhran keçirir,ölkə talanır və guya ki,Əli Kərimli də bu rejimə qarşı 20 ildir mübarizə aparır.Əvvəla Əli Kərimlidən soruşmaq lazımdır ki,Əli bəy bu 20 ildə səni dəstəkləyən nə qədər adamın var?Yəqin ki,20 nəfər.Əzizim bir dərindən fikirləş gör tutaq ki,bu 20-nin yanına üç sıfırda mən artırıb 2000 min nəfər edirəm.İki min adamla prezidentlik iddiasına düşmək olarmı?Bax budur müxalifətin səhvi.Prezidentlik seçkilərinə hələ bir il qalır,amma indidən bütün müxalifət liderləri özünü namizəd görsədir.Bu minvalla hələ 20 ildə müxalifətdə qalsanız yenə də prezidentlik sizlik deyil.Çünki siyasət təkcə hay-küy salmaqdan ibarət deyil,bu hay-küyünüzlə görün xalqı necə bir acınacaqlı vəziyyətə salmısınız!İqtidarın xalqı bu acınacaqlı hala salmasının əsas səbəbkarı sizlər,müxalifət liderlərisiniz!Xain və xudbin fikirlərinizdən daşının və Rəsul Quliyevlə birləşin ki,bu rejimi devirə biləsiniz,əgər xalqa hörmətiniz varsa!

    Beləliklə, 6,4 milyard dollarla “Forbes”in siyahısında 153-cü olan və Gürcüstanın ən varlı adamı elan edilən Bidzina İvanişvili kimdir? Xalqın içindən çıxan İvanişvili 1956-cı ildə mədənçi ailəsində anadan olub. Tbilisi Uiversitetinin mühəndis-iqtisadiyyat fakültəsinə daxil olan Bidzina tələbəlik illərində dolanışıq üçün hətta süpürgəçilik də edib. Universiteti əla qiymətlərlə bitirən gənc zavodda mühəndis kimi fəaliyyət göstərib. Əməyin təşkili işini çox ciddi şəkildə öyrənən İvanişvili Moskvada bu mövzuda namizədlik dissertasiyasını müdafiə edib. Sonradan Tbilisiyə dönür və burada Elmi-Tədqiqat İnstitutunda çalışır. O zaman Bidzinidə gələcəkdə varlı bir şəxs çevriləcəyinin heç bir əlaməti görünmürdü. Belə ki, yataqxanada yaşayan Bidzina gündəlik dolanışığı belə çətin idi. Lakin 80-ci illərdən başlayaraq o, kooperativ işinə girişir və 1987-ci ildə ilk kooperativini təsis edir. O zaman defisit olan armaturlu şlanq istehsalı ilə biznesə başlayır. Sonradan kompyuter ticarətində xeyli kapital əldə edir. Ancaq ilk iri sövdələşmədən sonra gürcü prokurorluğu onun hesablarını dondurur və nəticədə Moskvaya getməli olur.

    Onun varlı olmaq arzusu da Rusiyada həyata keçir. 80-ci illərin sonlarında Moskvaya gəlir və burada qeyri-peşəkar kinematoqrafçıların federasiyasında işləyir. Eyni zamanda istixanaların qurulması və kompyuter satışı işlərini davam etdirir. Onun təsisçisi olduğu “Aqroproqress” şirkəti 1990-cı ildə ən iri elektron texnikası mərkəzinə çevrilir. Hətta Çində kasetli maqnitofon və telefon istehsalı üzrə fabrik də açır. Elə həmin il “Rusiya krediti” bankını təsis edir, sonra 1992-ci ildə “İmpeksbank”ı yaradır. Əlvan metallar, eləcə də qızıl satışı ilə məşğul olur. İvanişvili həmçinin Rusiyada ilk dəfə bank kolleci yaradır və özü orada mühazirələr oxuyur. 1994-cü ildə ailəsi ilə birlikdə ABŞ-a köçür və burada yaxınlarının yanında yaşayır. Sonra isə Fransaya gəlir və Paris yaxınlığında mülk alır.
    Öz həyat təcrübənizlə əlaqələndirsəniz aydın olacaq sizlərə!

    • Doğrudur,bizimkilərin tərcümehalını heç yazmaq mümkün deyildir.Faktiki bu adamlar real olaraq müəyyən bir məsuliyyət tələb edən heç beş nəfərədə rəislik etməyiblər. Boş boş şüar deyib partiyanın nailiyyətinə və məğlubiyyətinə heç bir məsuliyyət daşımayan insanlardır. Dünyada həyatda heç bir fəaliyyəti olmayan ,faktiki uşaq səviyyəsində qalmış kiminsə hansı isə bir post tutması,mən prezident səviyyəsindən danışmıram məsələn nazirlikdə idarə rəisi praktikada olmayıb. Bu adamlar 1992- 1993-cü bir ildə müəyyən bir kresloda oturmalarını özlərin tutduğu vəzifə hesab edirlər.Əlsində okresloda oturan gündən nə vaxt oranı tərk edəcəkləri barədə düşünürdülər. Azərbaycanlıların yerinə başqa millət olsa idi bu heç 3 ayda çəkməzdi.

      • gold-dia@mail.ru Oktyabr 4, 2012 4:30 axşam

        Rəsul müəllim,mən xarici ölkələrdə yaşayan azərbaycanlılarla xeyli müddətdir apardıgım söhbətlərdən,eyni ilə Azərbaycanda yaşayan vətəndaşlarla söhbətimdən 100 faiz əminəm ki,hamı Azərbaycanda prezident kimi yalnız Sizi görmək istəyir.Lakin hamının düşüncəsində bir məsələ – Sizin prezident seçkilərində iştirak etməniz qaranlıq qalır.İnsanlar inana bilmir ki,bu rejim Sizin seçkilərdə iştirakınıza imkan verər.Mən çoxlarını başa salıram ki,Rəsul müəllim mütləq seçkilərdə iştirak edəcək və buna şübhəniz olmasın!Amma bilirsiniz ki,biz “qılınc”müsəlmanıq,düşüncələrimizdən uzagı görə bilmirik.Olarmı Siz bu haqda dəlillərlə məlumat verəsiniz və biz “qılınc” müsəlmanlar inanaq ki,bu məsələ baş tutacaq!Məncə bu xalqın inamında böyük etibar yaradar.Öncədən təşəkkürlər…

  2. Allah səni rəhmət eləsin,Üzeyir bəy Hacıbəyli. “Biz nə tövr iş görürük”?
    Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq.

    O şey nәdir?

    O şey nәrdivandır!

    Necә yәni nәrdivan? Nәrdivan nәdir?

    Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdriclә yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar.

    Bu belә! Bundan başqa, bir dә biz hәmişә başımızdan yekә iş görürük.

    Amma bunun sәbәbi var. Sәbәbi dә budur:

    Qonşularımız siçan boyda işlәr gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu, amma biz yatmışdıq. Vә camış dönüb dәvә olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nә vaxt ki, qonşularımız fil boyda işlәr görmәyә başladılar.

    Qәrәz, gözümüzü ovxalayıb dedik ki, nә var? Biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә.

    Axırı nә oldu?

    Axırı belә oldu:

    Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tәzәdәn başlayaq, ancaq burasını iqrar elәyirik ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә, dәvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq, başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir?

    Camışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki, qonşular fildәn yuxarı çıxırlar.) Deyirik ki, eşşәk boyda iş görmәk, amma eşşәk dә bizә güc elәyir.Tuturuq keçini. Görürük yox, keçiyә dә tab gәtirә bilmirik. Onda mәslәhәti qoyuruq siçan üstünә.

    Amma onda da görürsәn ki, içimizdәn bir pişik çıxdı vә siçanı yedi!…

    Biz belә iş görürük.
    Hə əzizlərim kim deyir ki,biz digər millətlərdən örnək götürmürük?Əlbəttə götürürük,məsələn “Ərəb Baharı”inqilabları və sair,indi isə gürcü qardaşlarımızın qəhramanlıgı bizi cuşa gətirdi.İ.Palatanın Koordinasiya Şurası dərhal oktyabrın 13-də yürüş keçirmək qərarı verdi.
    Amma necə?20 illik təcrübələri əsasında layihəsiz,proqramsız!Qorxuram yenə də Üzeyir bəyin siçanı kimi pişik hop eləyib uddsun!

  3. Rusiya hakimiyyəti liderlərindən başqa demək olar ki,bütün dünya Gürcüstan prezidenti Saakaşvilini demokratik bir şəxs kimi qiymətləndirir.Amerika kimi lider bir dövlətin başçısı B.Obamanın səmimi qəbul etməsi,Moldava merinin onu Moldavaya prezident dəvət etməsi və sair bir daha buna bariz sübutdur.Eyni zamanda Gürcüstanda keçirilən parlament seçkilərində müxalifətin qalib gəlməsi də bir daha bunu sübut etdi.Balaca bir ölkənin başçısı olsa da o həm də bacarıqlı,savadlı bir rəhbərdir.Onun qonşu ölkələr-Azərbaycan və Türkiyidən bacarıqla istifadə etməsi də bir daha bunu təstiq edir.Hakimiyyət tərəfindən heç bir müdaxilə olmadan parlament seçkilərinin demokratik şəkildə keçirilməsi mən elə düşünürəm ki,bir daha Saakaşviliyə baş ucalıgı gətirdi və yəqinki dünya demokratik dövlətləri bu haqda öz qiymətlərini verəcək.İlk əvvəl Saakaşvilini istefaya çagıran qalib “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişivil sonda anladı ki,bu düzgün addım deyil və əvvəlki sözündə düzəliş edərək yeni hökumətin təşkilində prezidentlə əməkdaşlıq edilməsini təklif etdi.Əslində fikirləşirəm ki,ölkənin inkişafı üçün bu həqiqətən ən düzgün addımdır,belə olmasa çox yəqin ki,yaxın gələcəkdə ona Rusiyanın adamı kimi ad verilə bilər.Eyni zamanda Saakaşvili hazırda Gürcüstanın prezidentidir və “Gürcüstanın konstitusiyası” ona imkan verir ki,müəyyən maneverlər etsin.Hər halda bir qonşu kimi Gürcüstan xalqının xoş gələcəyi üçün biz də arzulayarıq ki,millət və dövlət bütövləşsib arzusuna çatsın.Allah həm onları,həm də Azərbaycanı dünyanın “şeytan barmagından”hifz etsin!

  4. Son vaxtlarda müxalifət düşərgəsində biri-birinə qarşı ittihamlar səngimir.Mən elə düşünürəm ki,İsa Qənbərin də,Əli Kərimlinin də,elə agzına gələni danışan Sərdar Calaloglunun da,eyni zamanda özünü “qəhraman”sayan digər müxalifət liderlərinin də 20 illik boş,cəfəngiyyat təcrübələrini,hansı məqsəbə qulluq etmələrini xalq gözəl anlayır.Lakin xalqın iflic,böhran dövründə və bu cür didişmələrdən hakimiyyətin bacarıqla istifadə etməsinə son qoymaq üçün ACP Lideri Rəsul müəllim böyük,nüfuzlu şəxs kimi bu haqda bəyanat verməlidir və onları düz yola səsləməlidir!Bundan nəticə çıxarmasalar xalq özü onların cavabını verməli və belə bir müxalifət liderlərini tanımamagı bildirməlidir!Əks təqdirdə bu cür dedi-qodular bizi əsas mətləbdən uzaqlaşdıracaq və hakimiyyət öz çirkin arzusuna nail olacaq!

  5. “Türkiyənin Akçaqala bölgəsində baş verən hadisələr Suriyanın bu ölkəyə son hücumu olmayacaq”. Bu xəbərdarlığı Türkiyəyə Suriyada Əsədə qarşı çıxan müxalif qüvvələri edib.Lakin mən düşünürəm ki Suriyanın bu ölkəyə son hücum şansı idi.Artıq B.Əsədin son nəfəsidir və onu Türk yox,NATO təyyarəsi vuracaq.

Geri izləmələr/Geri bildirişlər

  1. Milləti Dağıdıcı Əhval-ruhiyyəyə Sürükləmək Olmaz! | RƏSUL QULİYEV - RASUL GULIYEV - Oktyabr 10, 2012

    […] (Müsahibənin Əvvəli) […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: