Elşad Abdullayev sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı ikinci qalmaqallı videosunu yaydı.
Rəsul müəllim yəqin ki,axırıncı hadisələri izləyirsiniz,video qalmaqalından xəbəriniz var…
-Azərbaycan hakimiyyətinin başında əyləşən insanların rəzilliyini və riyakarlığını çılpaqlığı ilə ortaya qoyan bu videoyazını qalmaqal hesab edirsiniz, təəssüf . Bu qalmaqal deyildir. Bu xalqın üzünə tüpürməkdir. Bu xalqı insan hesab etməməkdir.
Əslində bu videoda göstərilənlər Azərbaycanda heç kimi o qədərdə təəccübləndirmir. Ölkədə istənilən vəzifənin o cümlədən deputat kreslolarının satıldığını hamı bilirdi.Və bu kresloların neçəsinin hansı qruppaya satılması uğrunda mübarizə çox amansız gedirdi. Normal ölkələrdə rəqabət malların qiymətini aşağı salır və insanların yaxşı yaşamasını stimullaşdırır. Bizim ölkədə isə rəqabət nəticəsində deputat kreslosunun qiyməti bir neçə dəfə qalxıb. Bu postu alanlar üçün həmin deputatlarla evlərinə aldığları mebel arasında heç bir fərq yoxdur,sadəcə daha bahalı əşyadır. Ona görə utanmadan onlara mənim deputatım deyillər. Sus deyəndə susurlar, kiməsə yumruq at deyəndə kəllə atırlar, elələridə varki, 5 il susmağa məhkumdurlar. Çünki sahibkarın onların ağızlarını açmağa icazə verməsi yadından çıxır.
Azərbaycan rejiminin mahiyyəti bir çadır altında pula və vəzifəyə özünü satanların toplaşmasıdır. Təəssüfki bu tipli adamların çox olması , prezidentin seçim imkanlarını artırır. Seçim bazasının fundamenti kimin daha çox rüşvət verməsi üzərində qurulmasıdır. Abdullayev gəlib sübut etsin ki, dedikləri düzdür deyən Qaralov hüquqi dövlətdə heç vaxt baş prokuror ola bilməzdi. Baş prokuronun bu şəkildə törədilmiş ağır cinayətə münasibəti göstərir ki,onun beynində cəmi bir neçə ağıl qırışı var, maksimum hansı isə bir iclasın protokolunu ola bilər yaza bilsin, vəssəlam.
Arayış üçün insan beynində 13-14 milyon qırış ola bilər. 1 milyon illik insanların yaranma tarixi müddətində insanların beynində maksimum 7- 8 milyon qırış əmələ gələ bilib.Qırışların sayına görə yaponlar 7 milyonla birinci, azərbaycanlılar isə 2-3 milyon qırışı olan xalqlar arasında həmişəki kimi axırıncı 10-luğun içərisəndədir. Ancaq bu o demək deyil ki, Azərbaycanda beynində 7-8 və hətta 9 milyon qırışı olanlar yoxdur. Həmcinin bu o da demək deyildir ki,hamıda 2- 3 milyon ağıl qırışı var.
Bu belə olmasaydı başında ümumiyyətlə qırışı olmayan, H.Əliyevin tapşırığı ilə mən terroristi azad etdim və ya onun tapşırığı ilə H.Məmmədova tapşırdım filankəsi öldürsün deyən Usubov 20 il ölkənin baş polisi olmazdı. Belə anormallığın nəticəsidirki, əqli imkanlarına görə maksimum mağarada yaşamağa layiq olanlar dəbdəbəli saraylarda, beynində 4-5 milyon qırış olan azərbaycanlı ziyalıları ya daxmada yaşayır ya da heç yaşamağa belə yeri yurdu yoxdur.
İndi bu videolardan sonra nələr baş verməlidir. Hələki bir variantı sizin nəzərinizə çatdırmaq istəyirəm. Ola bilərki yuxarı vəzifəli birisi ehtiramla pensiyaya getsin. Sözsüz yaxşı sövdələşmədən sonra. Məsələn filan ‘’biznes’’ sahəsinin bütövlüklə ona verilməsi,və ya oğlunun ,qızının ərinin nazir təyin edilməsi şərti ilə video əsərinin qəhrəmanlarından biri getsin.
Sadəlövh yazıq azərbaycanlılar artıq president ətrafını təmizləyir deyə bayram edir, müxalifət qəzetləri filan klan o biri klanı məhv edir, proses başladı deyə pessimist müxalifət liderləri arasında ruh yüksəkliyi yaratmağa cəhd edir.
Ancaq həmişəki kimi mübarizə etmək əvəzinə aldadılmasına üstünlük verən hər iki tərəf kobud səhv edirlər. Heç bir şey bu istefa və istefalarla Azərbaycanda heç nəyi dəyişən deyil. Çünki balıq başından iylənər, istənilən istefalara baxmayaraq iylənən baş yerində qaldıqca artıq cəmiyyəti də özü ilə birlikdə çürüdəcək.
salam Rəsul müəllim siz Qarabag əlilinin evinin şəklini Qarabag əlilini çöldə çimdiyi hamanının şəklini Qarabag əlilini evinə yagışın yagmasını Qarabag əlilinin evinin polunun şəlillərini saytınıza yerləşdirn bu avam xalq görsünkü heydardan miras qalan rüşvət xərçəngini prezident ilham əliyevin xərçəng buroyleri cəmiyyəti necə yeyib məhv edir.
Rəsul müəllim siz sayta mənim evimin şəklini ilhamın Dubaydaki villasının şəkiliylə müqayisə etdirin ki ay avam xalq Qarabag torpagı erməni işgalı altındadır lakin Qarabag müharibəsi əlilinin evinə baxın ptezidentin villasına baxın müqaisə edin siz mənim 14 il bundan qabaq aldıgım ipisat ilmuş OKA maşınının şəkliylə nazirləırin təyyarəısiylə yanyana yerləşdirin avam xalq baxsın və müqaisə eləsin mənim pensiya pulumla prezident ilhamın qızlarının Daşkəsən rayonu Çovdar kəndindəki qızıl yatagından gələn milyard pulla müqaisə edin…
Ay Mehman bəy,sən dogrudanmı fikirləşirsən ki,bu xalq o qədər avamdır ki,hətta bilmir ki,sənin evinlə prezidentin villasını müqayisə etmək mümkünsüzdür?Şəkilə ehtiyac yoxdur,xalq da çox gözəl bilir ki,ölkədə nələr baş verir.Amma nə edək,hamı hər şeyi görür və hələlik bütün yaramazlıqları qəbul edir.Sən orta səviyyədə,orta təhsildə,orta düşüncədə olan bir şəxs kimi bunları anlayıb analizini verirsənsə,hər halda xalqın ziyalısı,savadlısı,imkanlısı bu dəhşətləri daha çox dərk edir və əksəriyyət bir agızdan deyir ki,çox çəkməz,bu hakimiyyətin artıq sonudur.Əfsuslar olsun ki,bunu hamı deyir,gənci də,ahılı da,agıllısı da,dəlisi də.Amma nə olsun,ortaya çıxan varmı?Sən neçə müddətdir ki,əlində olan beş-on qəpiyini teleqramlara,məktublara,şikayətlərə xərcləyirsən ki,dərdini,ahu-zarını prezidentinə çatdırasan,hətta Rəsul Quliyevin blokunda da prezidentinə müraciət edirsən,amma səsinə,ahu-zarına səs verən,şikayətinə baxan olmasa da yenə də ümüd edirsən ki,bəlkə də baxdılar.Lakin əbəs yerə,bu hakimiyyətdən heç nə gözləmə,Ulu öndərin kreslolarda elələrini seçib otudub ki,onu yalnız “bir ailə” düşündürür,xalq anlayışı onlar üçün qaranlıqdır.Sən bundan sonra prezidentinə yox,xalqına müraciət elə və anlat ki,ey mənim xalqım mən vətən əlilini insan yerinə qoymayanlardan heç nə gözləməyin və qeyrətə,kişiliyə gəlib ayaga qalxın.
gold-dia@mail.ru adıyla yazan qardaşım xalqın avam olmasını sənə deyim mən prezident ilhamın əmllərindən yazıram hamı məndən qaçır mənim OKA maşınımı sürən qohumuma deyiblərki sən Mehmanın maşınını sürmə prezident ilham gösdəriş verəcəki araq için Kamazla Mehmanın maçının üsdündən keçin mən bunu prezidentuin özünə yazdım. mən iterinet işlədirəm interiner bilən oglana deyirəm gəlib intetinetimi düzəltmir deyirəm niyə gəlmirsən ogla mənə deyirki məni dövlət mənuru çagırdı yanına mənə dediki gedib Mehmanın kaputerini düzəltmə gəl sənə nə qədər pul isləyirsən verək getmə mən deimki MTN sənə deyir o boynuna almadı Allaha and olsun mən yalan yazmıram. əziz ardaşım mən sənə yazsam ilhamım eybəcər əmələri biraya sıgmaz… bir dövlət məmuru mənə dediki sən belə haqını tələb edtdiyinə görə prezident ilham əliyev Tər-tər rayonunda 500 yüz nəfəri sənin üzünə qarşı şahid qoyar hamı yalandan səınin üzünə dirənər kəsəsi məhkəmə səni dəlilik adı qoyub dəlixanaya salarlar sonrada prezident ilham deyərki ona elə iynə vurunki dili batsın lala kar olsun elə edərlərki elə gəlib gedənin üzünə baxsarsan süs şəklində bunu ilhama xidmət edən hüksək vəzifəli deyir Allaha and olsun.. mənim yazılarıma Rəsul müəllim cavab yazmır..mən həmişə deyirəmki ay avamlar mənim borcumdur 7 milyon xalqı qorumuşam preziident mənim haqımı yeyir pulumu yeyir mənim balamım haqını yeyir mən vətən yolunda saglamlıgımı iki qılçamı itirmişəm prezident məni öldürmək isləyir deyirəm grün adi vətəndaşın başına ilham hansı əxlaqsız eybəcər oyunları gətirir ayılın ayaga qalxın.. indi gördünkü avamdırlar..
Mehman əsas sizin yazdıqlarınızın hamısını oxuyuram.Cavab yazmıramsa deməli fikirlərinizlə razıyam.
DQMM-in 27 sentyabr 2012-ci il tarixdə “Azərbaycan demokratiyasının yaxın perspektivləri: problemlər, risklər və imkanlar” mövzusunda keçirdiyi konfransın yekun sənədi kimi qəbul etdiyi bəyannamədən bir parça:”Azərbaycanda misli görünməmiş paradoksal bir situasiya yaranıb: 5 milyon seçicinin azı 4,5 milyonu bu rejimə nifrət edir, onun dəyişilməsini istəyir; Azərbaycanda 23 yaşına qədər olan gənclərin sayı, təxminən, 500 min nəfərdir ki, onların da azı 450 mininin gələcəyə heç bir ümidi yoxdur! Ölkədə bu qədər narazı insanın olmasına baxmayaraq, acı gerçəklikdir ki, müxalifətin təşkil etdiyi aksiyalara heç 10 min adam qatılmır. Deməli, bütün bunların tək bir səbəbi var – xalq mövcud rejimdən nə qədər narazı olsa da, ona nə qədər nifrət etsə də, ortada olan müxalifətə də inanmır, güvənmir”! Jirinovskinin adlandırdıgı 7 milyon qoyun o zaman nə etməlidir,nə iqtidarına inamı,güvəni var,nə də müxalifətinə.Amma əzizlərim,bu qoyun sürüsünü otaran “çoban”artıq yoxdur,ölüb gedib,lakin sürünü “çoban itləri” idarə edib,belədən elə,elədən belə qovur.Bu qoyun sürüsünü otaran bacarıqlı bir “çoban”isə hələ ortaya çıxıb sürünü arxasınca apara bilmir.Görün ha,əvvəlki çoban nə “filfilə”oxuyubsa sürü itlərin caynagından çıxa bilmir.
Bu ifadələrimə görə məni bagışlayın,yanıb odlanıram bu millətin halına!
YAP-ın ən fəal üzvüləri-Eldar İbrahimov və Siyavuş Novruzov Gülər Əhmədova haqqında qəti fikir söylədilər:”Gülər cəzasını almalıdır”!Bu fəallar hakimiyyətin robortlarıdır,bəs bu robortları dilləndirənlər kimlərdir?
Mənim bu sözlərimi qəribçiliyə salmayın,mən YAP-ın və hakimiyyətin çox fəallarını şəxsən tanıdıgım üçün deyirəm ki,bunların arasında Gülər Əhmədova çoxlarından bakirəli,qeyrətlidir.Təsəvvür edin ki,bunlar qadın olsaydılar inanın ki,xalq bunları daş-qalaq edərdi!
Azərbaycan qızlarının səsi Pakistandan,dubaydan,türkiyədən,dünyanın müxtəlif ölkələrindən gəlir,eyni zamanda kütləvi olaraq əcnəbilərə ərə gedir.Respublikada hər gün ailə-məişət cinayətləri baş alıb gedir.Rayon İcra Hakimiyyəti başçıları üzdə olan yaraşıqlı,gözəl xanımları gündəlik keyf alətinə çevirib.Kişiləri isə yaltaqlıq məhv edib….Azərbaycan milliyinə düşüncəli şəkildə təcavüz var.Bu millətin aqibəti necə olacaq?
Əzizim Mehman,biz xalq deyilik,biz kütləyik,qara camaatıq.Ən yaxşı adımızı isə dəli Jirinovski qoyub.Xalq olsaydıq təbii ki,bu cür eybəcərlər tikəmizi qapıb başımızın üstə agalıq edə bilməzdi.Bu “xalqın”düşməni elə özüdür,ən bədhahlarımız,nankorlarımız isə prezidentinin ətrafındadır,elə ona görə də bu zülmə dözürük.Sənin kimi çox ogullar bu xalqın yolunda həyatını qurban verib,amma gör bunu anlayan varmı?Yaxşı olar ki,bundan sonra şikayət məktubu yox,tələb məktubu yaz!Yaz ki,əgər sən Qarabag ugrunda əlil olan bir vətəndaşının qaygısına qala bilmirsənsə o zaman hansı Qarabagdan yalandan danışırsan?Onun alınması sənə sərf edirmi?Bu fikrə ciddi düşsən rus daydayın kreslondan elə dıgırladar ki……….