“Konstitusion Seçki” Bəyannaməsi

Tarix müxtəlif zaman kəsiklərində hər bir xalqa özünüifadə üçün şans, fürsət verir. Yalnız bu şans və fürsəti böyük bir imtahan, ciddi sınaq kimi qəbul edib üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirən xalqlar tarixin şanlı və parlaq səhifələrini yaratmağa və ya o sırada nümunəvi yer tutmağa müvəffəq olurlar.

İndi – XXI əsrin əvvəlində, tarix bizə – Azərbaycan xalqına da belə bir fürsət verərək, bizi ciddi imtahan qarşısında qoyub. Biz bu imtahandan adımızı tarixin parlaq səhifəsinə yazmağı bacaran şərəfli bir xalq, qürurlu millət kimi də çıxa bilərik, hədəfi və məqsədi bəlli olmayan aciz bir toplum, tarixin zibilliyinə atılan, qaldırdıqda isə hər kəsi boğacaq toz yığını kimi də… Bəlkə də bu, bizim üçün sonuncu imkan və sonuncu imtahan olacaq! Çünki ilk dəfə olaraq, Azərbaycan xalqının yalnız bircə addımla bütövlükdə dünya çapında özünüifadə etmək, nəyə qadir olduğunu sübuta yetirmək və beləliklə də, dünya xalqları sırasında özünə yekun qiymət almaq fürsəti, şansı yaranıb. Bu bir addımın adı isə DEMOKRATİYAdır! O demokratiya ki, azad və firavan yaşamaq istəyən, şərəf və ləyaqət hissiylə yaşayan xalqlar ona can atıblar, onun uğrunda mübarizə aparıblar, sayısız qurban veriblər və bəşəriyyət də hələ ondan daha yaxşısını tapa bilməyib!

Bəli, yalnız bircə addımla – demokratiya uğrunda həqiqi mübarizə aparmaq istəyimizi əzmlə ortaya qoymaq və ona nail olmaqla, sübut edə bilərik ki, biz tarixin keşməkeşli dönəmlərində təsadüfən yer almış toplum olmamışıq: nə imperiyaların hədəfinə təsadüfən tuş gəlmişik, nə müsəlman Şərqində ilk Demokratik Respublikanı təsadüfən qurmuşuq, nə Sovetlərin çöküşündə təsadüfən rol almışıq, nə ərazilərimiz təsadüfən işğal olunub, nə də təsadüfən dünyanın ən amansız bir rejimində yaşamağa məhkum edilmişik…

Qısaca desək, indi demokratiya bizim yeganə xilas, nicat yolumuzdur! Bu yolun yolçusu olmaqla, bütün dünyaya göstərə bilərik ki, biz gerçəkdən azadlıqsevər millətik, ədalət, azadlıq və ləyaqət hissi bizim qanımızda, genimizdə var və əsrlər boyu bütün başımıza gələnlər də elə məhz bu cür olmağımızla bağlıdır! Yalnız bu yol – demokratiya bizə illərdir düşmən tapdağı altında inildəyən torpaqlarımızı geri qaytarmağımıza kömək edə, bizə əsl müstəqil dövlətin nə demək olduğunu anlada, belə dövlətdə yaşamağın qürurunu yaşada və bizi həqiqi rifaha qovuşdura bilər! Yalnız bu yolla – demokratiya ilə biz bütün dünyaya “Azərbaycan” və “azərbaycanlı” məfhumlarını daha yaxşı tanıda, sevdirə və Azərbaycan dövlətini bütün dünya azərbaycanlılarının isti ocağına, ümid, pənah yerinə, qürur mənbəyinə çevirə bilərik!

Sözsüz ki, demokratiya uğrunda mübarizə asan deyil və bizdən – bu yolu getməyi qarşısına hədəf qoyan hər birimizdən, ilk növbədə bu yolun doğruluğuna inam, eyni zamanda ciddi məsuliyyət, cəsarət və qətiyyət, fədakarlıq və zəhmət, mərdlik və mübarizlik, yüksək mənəvi-əxlaqi keyfiyyətlər tələb edir. Çünki qarşımızda yolumuzu kəsib bizi geri döndərmək, hədəfimizdən yayındırmaq istəyən güclü bir rəqib – əsas sütunları korrupsiya və rüşvət olan, mütəşəkkil cinayətkarlıq elementləriylə özünə zireh çəkən və demokratiyanın istənilən atributunu varlığına ən böyük təhlükə görən oturuşmuş totalitar rejim durub! Klassik totalitarizmdən fərqli olaraq, bu rejim şəxsi varlanmaq istəyi üzərində qurulduğundan, onun yaradıcıları və müdafiəçiləri də acgözlüklə bu mənfur hissin köləsinə çevriliblər və hər cür azadlıqlara qarşıdırlar! Onlar təkəbbürdən, kin və nifrətdən, həsəd və paxıllıqdan, bir sözlə, naqislikdən yoğrulduqlarından insanları azad, hürr və firavan görmək istəmirlər; insanların Allah tərəfindən verilmiş təbii haqlarını belə tanımır, onlara yuxarıdan aşağı baxır, özlərini üstün, başqalarını özlərindən aşağı sayırlar! Belələri üçün bizim getdiyimiz yol – demokratiya onların şirin yuxusunu qaçıran qorxulu bir röyadır. Odur ki, demokratiyanın ilkin və ən zərur şərti olan, vətəndaşa özünəinam və məsuliyyət  hissi aşılayan xalqın seçib-seçmək hüququnu hər vasitə ilə əlindən alır, xalqa dinc yolla sərbəst şəkildə öz hakimiyyətini seçmək və dəyişmək imkanı verilmir!

Qüvvədə olan Konstitusiyaya görə, 2013-cü ilin payızında Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçirilməlidir. Yəni, Azərbaycan xalqının yuxarıda göstərdiyimiz addımı atması – özünütəsdiq üçün tarixi bir şansı yaranıb. Ancaq ölkədəki real vəziyyətin təhlili göstərir ki, totalitar Sovet rejiminin şinelindən çıxmış, düşüncə və idarəçilik vərdişləri etibarilə həmin sistemin daha harın və acgöz davamçısı olan Əliyevlər sülaləsi yenə də Azərbaycan xalqını uğura aparacaq yolun üstündə əsas maneə, sədd olaraq qalmaqdadır – bu sülalə qətiyyən Azərbaycan xalqına öz iradəsini sərbəst şəkildə ifadə etmək, dinc və ağrısız yolla özünə hakimiyyət seçmək imkanı vermək niyyətində deyil. Deməli, hər şey bizim – özünü demokratiya yolçuları sayan və hər cür məhrumiyyətləri göz altına alaraq bu əzablı, ancaq şərəfli yola çıxmış xalqımızın fədakar övladlarının çiyinləri üzərinə düşəcək. Çiyinlərimiz bu yükü çəkməyə nə qədər qadir olacaq, bax bu, bizim iradəmizdən, mübarizə əzmimizdən, getdiyimiz yolun doğruluğuna əminliyimizdən, bir-birimizə qarşılıqlı hörmət və sevgimizdən, eyni zamanda özümüzə tənqidi münasibət qabiliyyətimizi saxlamağımızdan asılı olacaq. Unutmamalıyıq ki, bu dəfəki seçkiqabağı şərait 1992-ci ildən ta 2010-cu ilədək Azərbaycanda keçirilən bütün seçkilərdə olan situasiyadan çox kəskin şəkildə fərqlənir. Əgər 1992-ci ildə Sovet İttifaqından yenicə ayrılan, iqtisadiyyatı dilənçi vəziyyətində olan Azərbaycanda həm müxalifət, həm də hakimiyyət çox zəif idisə, mülkiyyət, var-dövlət uğrunda ölüm-dirim savaşı aparan siniflər, qruplar, maliyyə mərkəzləri hələ formalaşmamışdısa və 1993-cü ilin iyun hadisələri ərəfəsində də situasiya, faktiki, dəyişməmişdisə, 2003-cü ildən etibarən vəziyyət tamam başqa xarakter almağa başladı. Daha doğrusu, 2003-cü ildə ortaya çıxdı ki, artıq dəyəri milyard dollarla ölçülən sərvət hakim zümrənin əlində toplaşıb, konkret maraqları olan klan formalaşıb və bu klan da tək siyasi hakimiyyət yox, həm də hakimiyyətdə olduqları müddətdə ələ keçirdikləri mülkiyyət və çirkli pullar uğrunda mübarizəyə başlayıb. Əgər 2003-cü il seçkilərinin müxalifət üçün uğursuzluğunun bir səbəbini bu düşərgənin aydın strategiya və taktikasının olmamasında axtarmaq lazımsa, ikinci əsas səbəbini də 2003-cü ildə yaranmış siyasi oliqarxiya sinfinin prezident kreslosu uğrunda mübarizəyə başlamasında axtarmaq gərəkdir. Elə məhz bu səbəbə görə, Azərbaycanda tarixdə analoqu olmayan bir hadisə baş verdi – böyük saxtakarlıqla Baş nazir təyin olunan və hakimiyyəti mənimsəyən, hələ heç kimin tanımadığı oğul Əliyev prezident postunda əyləşdirildi. Ondan sonra keçirilən 2005 və 2010-cu illərin parlament, 2008-ci ilin prezident seçkiləri də həmin bu siyasi oliqarxiyanın triumfu və müxalifətin sıradan çıxarılması ilə müşahidə olundu.

İndi – 2013-cü il seçkisi ərəfəsi isə hakim sinfin əlində bir neçə on milyardlarla ölçülən sərvət, ölkənin ümumi mülkiyyətinin azı 10 faizi cəmləşib. Faktiki, yüz minlərlə adamın yaşayışı bu oliqarxlardan asılı hala düşüb. İndi bu oliqarxlar hakimiyyətin qorunub saxlanmasına həm də öz həyatları uğrunda mübarizə, onları sayısız cinayətlərin cavabdehliyindən sığortalayacaq yeganə vasitə kimi baxırlar. Odur ki, qeyri-qanuni yolla əldə edilmiş, dəyəri milyardlarla ölçülən və ölkədən kənarda saxladıqları sərvətlərinin bir hissəsini həm də xaricdə kifayət qədər geniş şəbəkəyə malik, çoxşaxəli güclü lobbi sistemi yaratmağa sərf ediblər. Lobbi sistemi tək ölkənin başçısı yox, bir çox nazir-oliqarxlar tərəfindən avtonom şəkildə də idarə olunur. Məntiq isə belədir: “Rüşvətlə istənilən problemi həll etmək mümkündür; həll olunmursa, deməli, rüşvətin miqdarı azdır”…

Bu da bir həqiqətdir ki, hakimiyyətdəkilərin bu imkanları qarşısında ona alternativ olaraq meydana çıxmaq istəyən müxalifət partiyaları ilbəil zəifləyiblər, sıraları seyrəlib, bir çoxları ələ alınıb, ortada qalanlar da, sanki, “Sizif əməyi”nə məhkum ediliblər. Nəticədə, xalqın müxalifətə inamı itib. Əgər bu gün hakimiyyətə iddialı müxalifət partiyaları oturub rejimin hansısa regional qruplaşmaların, maliyyə mərkəzlərinin bir-birləriylə rəqabəti nəticəsində çökəcəyini və yaxud da “ərəb baharı”nın haçansa ölkəmizə çatacağını gözləyirlərsə, deməli, həqiqətən də mövcud müxalifət xalqdan çox ayrı düşüb, özünə yox, hansısa mifik bir qüvvənin yardımına möhtacdır. Halbuki, Azərbaycanda misli görünməmiş paradoksal bir situasiya yaranıb: 5 milyon seçicinin azı 4,5 milyonu bu rejimə nifrət edir, onun dəyişilməsini istəyir; Azərbaycanda 23 yaşına qədər olan gənclərin sayı, təxminən, 500 min nəfərdir ki, onların da azı 450 mininin gələcəyə heç bir ümidi yoxdur! Ölkədə bu qədər narazı insanın olmasına baxmayaraq, acı gerçəklikdir ki, müxalifətin təşkil etdiyi aksiyalara heç 10 min adam qatılmır. Deməli, bütün bunların tək bir səbəbi var – xalq mövcud rejimdən nə qədər narazı olsa da, ona nə qədər nifrət etsə də, ortada olan müxalifətə də inanmır, güvənmir!

Sözsüz ki, belə vəziyyətdə və prezident seçkilərinə çox az bir vaxtın qaldığı ərəfədə, demokratiya yolçularının üzərinə, ilk növbədə, xalqın müxalifətə itmiş inamını bərpa etmək və yalnız xalqın etimadını qazanmaqla ölkədə azad və ədalətli seçkilərin keçirilməsi şəraitini

Bütün bu deyilənləri nəzərə alaraq, biz –“Konstitusion Seçki” Bəyannaməsini imzalayan konfrans iştirakşıları – 2013-cü ildə Azərbaycanda azad, ədalətli və demokratik prezident seçkilərinin keçirilməsinə nail olmağı əsas məqsəd götürüb, demokratik seçki mühitinin formalaşdırılması və demokratiyaya keçidin təmin edilməsi istiqamətində həm ölkə daxilində, həm də ölkə xaricində bundan sonra birgə fəal iş aparacağımızı bəyan edirik.

Bildiririk ki, qarşımızda duran ilk yaxın hədəf ölkəmizin məhdud demokratik potensialını mobilizasiya etmək, demokratiyanın təşəkkül tapmasında səmimi istəkli olan, bunun üçün öz şəxsi, qrup marağını ictimai marağa qurban verməyi və keçmişdəki səhvlərini etiraf etməyi bacaran, hər cür kompromislərə, fədakarlığa getməyə hazır olan siyasi partiyaların, ictimai təşkilatların və ayrı-ayrı fərdlərin daha çevik qərar qəbuletmə və qərarları icraetmə  mexanizminə malik birliyini yaratmaq və ən azı, 2013-cü ilin birinci rübünədək hakimiyyəti özüylə hesablaşmağa, onu seçkiləri saxtalaşdırmaqdan çəkindirməyə vadar etməkdir.

Mövcud totalitar rejimin, nəhayət ki, xalqın iradəsi ilə hesablaşması, ölkəmizdə azad, ədalətli və demokratik seçkilər yolu ilə hakimiyyətin dinc şəkildə dəyişməsi, xalqımızın ləyaqətli və firavan yaşayışının qurulması üçün bütün Azərbaycan vətəndaşlarını qurulacaq bu birliyə və onun mübarizəsinə dəstək verməyə çağırırıq!

Hər şeyə qadir Allah yolumuzu açıq və uğurlu, mübarizə əzmimizi tükənməz etsin!

Allah Azərbaycanımızı qorusun!

Qeyd: Bəyənnamə DQMM-in 27 sentyabr 2012-ci il tarixdə “Azərbaycan demokratiyasının yaxın perspektivləri: problemlər, risklər və imkanlar” mövzusunda keçirdiyi konfransın yekun sənədi kimi qəbul edilib.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to ““Konstitusion Seçki” Bəyannaməsi”

  1. Ugurlar……………………………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: