Yol Birgə Mübarizədən Keçir

Heydər Oğuz

Xalq ölkəmizin Afrika cəngəlliyində yerləşmədiyini sübut etməlidir

Demokratik Qüvvələrin Məşvərət Məclisinin qəbul etdiyi “Konstitusion Seçki” Bəyannaməsi dövrün siyasi manifestidir, desək səhv etmərik. Sənəddə ölkədəki siyasi vəziyyət analiz edilərək çıxış yolları göstərilməklə qalmır, atılacaq addımlar və onların həyata keçirilmə zamanı planlaşdırılır.

Bəyannamədən belə məlum olur ki, sənədi imzalayanların qarşıya qoyduğu başlıca hədəf ölkəmizin illərlə əziyyət çəkdiyi seçki saxtakarlığının qarşısını almaqdır. Bunun üçün isə ilk növbədə ölkədəki bütün demokratik qüvvələri hərəkətə gətirmək, aparılan birgə mübarizə nəticəsində iqtidarı demokratik qüvvələrin iradəsiylə hesablaşmağa məcbur etmək tələb olunur. Həqiqətən də 2013-cü il prezident seçkilərində demokratik qüvvələrin bundan başqa çarəsi də yoxdur.

Əvvəla ona görə ki, indiki seçki mühitilə millətin siyasi və iqtisadi inkişafının qarşısını alan mövcud hakimiyyəti dəyişdirmək imkanı faktiki olaraq ortadan qaldırılıb. Maraqlısı budur ki, son 20 il ərzində hər zaman seçkilərin saxtalışdırıldığı artıq iqtidar mənsublarının özü tərəfindən sübuta yetirilıb. Gülər Əhmədovanın rüşvət skandalı bunun ən bariz təsdiqidir ki, hakimiyyət belə cuvalduzu çuvalda gizlətməyin mümkün olmadığını anladığından hadisəylə bağlı cinayət işi açıb, məhkəmə qərarını gözləmədən öz keçmiş millət vəkilini dələduz adlandırıb. Hazırda mətbuata çıxan bütün iqtidar mənsubları “günah keçisinə” çevirdikləri keçmiş yol yoldaşlarını dövrün ən qatı cinayətkarı elan etmək yarışına giriblər. Görünür, onlar da ictimai rəydə və beynəlxalq arenada olduqca ciddi fakt kimi qəbul edilən bu video-kadrların təkzib olunmazlığını dərk etdiklərindən təşəbbüsü müxalif qüvvələrə ötürmək istəmir, ictimai rəyə bunun sadəcə lokal bir hadisə olduğunu təlqin etməyə çalışırlar.

İqtidar mənsublarının şərhlərindən asılı olmayaraq Gülər Əhmədovanın seçki saxtakarlığında rəsmən ittiham edilməsi əslində rəsmi etirafdan başqa bir şey deyil. Kimlərsə özlərini sudan quru çıxarmağa çalışsalar da əslində əyani dəlil olaraq ortaya qoyulan seçki saxtakarlığı ölkə ictimaiyyəti üçün nə yeni, nə də sensasion hadisədir. Bu video-görüntü sadəcə müxalifətə o imkanı verir ki, indiyə qədər keçirilən seçkilərin legitimliyinin şübhə doğurduğunu əsas gətirərək demokratik seçki mühiti uğrunda mübarizəyə başladığını elan etsin və demokratik dünya ictimaiyyətindən bu haqq işində azərbaycanlı əqidədaşlarını ən azı mənən müdafiəyə çağırsın.

Sözügedən video-görüntü bir də ona görə əhəmiyyətlidir ki, mövcud seçki mühitində hətta parlament, bələdiyyə nümayəndələrinin də iri məmurların və prezidentin iradəsindən kənarda seçilə bilmədiyini sübuta yetirir. Hətta parlament deputatlığını özgə iradənin ümidinə buraxmayan bir zehniyyətin keçirəcəyi prezident seçkilərində namizəd kimi iştirak etməyin heç bir əsası qalmır. Kimlərsə guya hansısa təsadüf nəticəsində prezident seçilməyə ümid edib namizədliyini verdiyini iddia etsə belə bu cür mənasız vədlərlə vətəndaşı inandırmaq iqtidarında olmayacaq, ölkəsinin demokratikləşməsini arzulayan gerçək elektoradlarının dəstəyini itirəcək. Bu mənada ölkənin bütün müxalifət qüvvələrinin eyni ideya ətrafında birləşməsinə həqiqətən də münbit zəmin yaranıb.

Gülər Əhmədovanın başına gətirlən müsibətlər iqtidarda təmsil olunan həqiqi vətənpərvərlər üçün də ibrət dərsi mahiyyətindədir. Suda boğulan meymunun öz balasını ayaq altına alıb canını qurtarmasına bənzəyən məntiqlə dələduzlar ordusunun ən sədaqətli əsgəri kimi özünü aparan, gücü yalnız müxtəlif kəlmələrlə mesaj verməyə çatan bir xanıma belə acımayan zehniyyətin nə qədər təhlükəli olduğu bir daha ortaya çıxdı. Qəlbində zərrə qədər vicdan, Allah qorxusu, öz uşaqlarının gələcəyini düşünmək hissi olan heç kimsə dünən Gülər Əhmədovanın gülə-gülə keçdiyi yollarla bir daha addımlamağı arzulamamalıdır. Buna ən azı əqli qabilyyəti yol verməməlidir. Çünki, dünyanın bütün qeyri-demokratik rejimlərini çevirə-çevirə gələn tsunmai dalğalarının artıq ölkəmizə yaxınlaşdığını, dalğalara qapılan ilk qurbanın Gülər olduğunu görməmək üçün kor olmaq lazım. Növbəti qurban olmaq istəməyənlər məntiqlə seçki saxtakarlığında iştirak etməyə həvəslənməməlidirlər. Ən azı o səbəbdən ki, onların da eyni aqibətlə üzləşməyəcəyinə heç kim qarantiya verə bilməz. İqtidarda təmsil olunan bütün vətənpərvərlər suda boğulan meymun balasının taleyini yaşamamaq üçün gizli və ya açıq şəkildə DQMM hərəkatına qoşulmalı, birgə mübarizə aparmağa can atmalıdır. Ən azı onun xətrinə ki, dayandıqları nöqtənin tsunami dalğalarının hədəfə aldığı sahil olmaq ehtimalı bu gün heç də uzaq görünmür.

Əslində məsələ tək seçki saxtakarlığıyla da məhdudlaşmır. Bir çox iş adamlarımız siyasilərimizdən daha çox basqılara, təqiblərə, soyğuna məruz qalırlar. Xarici lobbilərin cibini doldurmaq üçün mağaza sahiblərinin, kiçik şirkət rəhbərlərinin min bir əziyyətlə üst-üstə yığdığı varidantların talan olunduğu bu gün heç kimə sirr deyil. Gülər Əhmədova skandalı və ondan sonra keçiriləcək prezident seçkilərində kiminsə üçüncü dəfə eyni posta oturmaq istəyi daha artıq lobbiçilik fəaliyyəti tələb edəcək. İri məmurların öz mövqelərini saxlaması naminə ölkəni uçuruma sürükləyən bu məqsədi həyata keçirmək üçün xarici havadarların ciblərini daha artıq doldurmaq ehtiyacı yaranacaq. Yenə də bütün bu vəsaitlərin ümumxalq büdcəsindən və kiçik sahibkarlardan yığılacağı isə istisna olunmur. Belə bir rəzaləti yaşamamaq, problemi əvvəlcədən hiss edib gərəkli tədbirlər almaq üçün bütün iş adamlarımız da DQMM-in bu çağırışına qoşulmalı, daha ədalətli, demokratik dövlət quruculuğu uğrunda mübarizəyə başlamalıdır.

Əslində bütün vətəndaşlarımızın “Konstitusion Seçki” Bəyannaməsinə qoşulmasını şərtləndirən digər önəmli amil mövcud seçki mühitində indiki ölkə başçısının namizəd kimi iştirak etmək istəməsidir. Məlum olduğu kimi bu, ölkə başçının üçüncü dəfə eyni postda əyləşmək cəhdidir. Dünyanın mövcud siyasi təcrübəsində isə yalnız anti-demokratik ölkələrdə belə bir siyasi ənənə var. Ərəb ölkələrinin belə imtina etdiyi bu ənənəni zorla bizə qəbul etdirməyə çalışanlar hətta hüququn geriyə işləməzliyi prinsipinə də tüpürürlər. Konstitutsiyaya anti-demokratik ruhda düzəliş edilməsi bir tərəfə, hüquq fəlsəfəsinə görə üçüncü dəfə prezident seçilmək hüququ ancaq bu seçkidən sonrakı dövrə şamil oluna bilər. Bizim başbilənlərimiz isə bütün dünyaya, hüquqa, demokratik ənənələrə meydan oxuyaraq öz hakimiyyətlərini əldə saxlamağa çalışırlar. Təbii ki, Azərbaycan xalqı da onlara ölkəmizin hansısa bir Afrika cəngəlliyində yerləşmədiyini sübut etməlidir. Yol isə birgə mübarizədən keçir.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

16 Cavab to “Yol Birgə Mübarizədən Keçir”

  1. Türkiyə mətbuatı PKK terror təşkilatına uzun illərdir yardım edən və onun güclənməsində rolu olan ölkələrin adlarını açıqlayıb. “Qafqazinfo”nun “Haberler.com” saytına istinadən verdiyi xəbərə görə, siyahıda əvvəllər də PKK-ya dəstəkdə ittiham olunan Azərbaycanın da adı var.
    Bəli bu hakimiyyət təkcə Azərbaycanın yox eləcə də Türkiyinən düşmənidir.Türkiyə dövləti bu hakimiyyətin devrilməsində Azəri türklərinə dəstək olmalıdır.Türkün dostu yalnız türkdür!

  2. Hormetli gold, menim dushunceme göre ” turkun dostu turkdur ” shuari heddinden artiq yanlish fikirdir ve bu shuar turklere dushmen qazandirmaga xidmet edir………..!

  3. Bir neçə gün bundan əvvəl Türkiyə ilə Suriyanın birbaşa əlaqə qurmaq təklifinin Rusiya ortaya atmıb .Bəşər Əsəd hökumətinin Türkiyə ilə münasibətləri bərpa etməyə hazır olduğu bildirilir:Rusun Türkün xeyirinə iş görməsi çox müşkül məsələdir.

  4. Azərbaycan hakimiyyətinin xalqa qarşı məkrli qərəzçiliyi,insan hüquqlarının kütləvi sürətdə pozulması,məmurların özbaşınalıqları və onların çirkin əməlləri xalqı təngə gətirib və bütün dünyanın bu haqda məlumatı var.Lakin xalq başına gətirilən bütün zülmlərə dözür,susur,cürətə gəlib haqqını tələb edə bilmir.Buna səbəb xalqın müxalifətə,özünə inamsızlıgıdır.Demək olar ki,Azərbaycan xalqı yarımcan olan bir xəstəni xatırladır.Lakin istər Rusiya,istər Türkiyə və istərsə də Qərb istədiyi an bu xəstə,yarımcan xalqı ona qənim kəsilən hakimiyyətinə qarşı mübarizəyə qalxmasına təsir edə bilər.Xalq 20 ildən artıq bu xalqa zülm edən iqtidarını hətta bir an içində devirə bilər!Ümumiyyətl ölkədə gedən proseslər görsədir ki,bu mütləqdir.Bunu hakimiyyət anlamalıdır,dərk etməlidir,əks təqdirdə iqtidarın yenidən hakimiyyətə can atması faciə ilə bitə bilər.Bunu görə bilməmək savadsızlıqdan,agılsızlıqdan irəli gələ bilər.Mən elə düşünürəm ki,prezident 3-cü dəfə prezident seçkisində iştirakından imtina edəcək.2013-cü il prezident seçkilərində isə qalib gələn yeganə şəxs yalnız Rəsul Quliyev ola bilər.Çünki xalqın ona etimadı var və uzun illərin anarxiyasını yalnız rəsul müəllim aradan qaldıra bilər.Xalq anlamalıdır ki,Rəsul müəllimin prezident seçilməsi xalqın xoşbəxtliyi,gələcəyi,milliliyin qorunması deməkdir.

  5. Kül sənin müxalifət başına,biri-birini ittiham eləməkdən usanmadılar,yorulmadılar.İç üzlərini açıb bütün dünyada Azərbaycanı biabır etdilər.Dılqırın biri olan Azər Rəşidoglu adında jurnalist,hansı mənsəbə qulluq edir məlum deyil,amma Rəsul Quliyevə irad tutur ki,müxalifəti tənqid edir.Belə çıxır ki,guya bu adam müxalifətçidir,lakin əsil müxalifət olan Rəsul Quliyevə isə iradlar tutur.Jurnalist hər halda hansısa hissə qapılmamalıdır,ilk növbədi milli hissləri də unutmamalıdır.Rəsul Quliyevə irad tutmaga mənəvi haqqı olmayan bu yoldaş görəsən bəs kimin diktofkası ilə cənfəşanlıq edir.Adını “ana müxalifət lideri”qoyanların,yoxsa qəzetinə agalıq edən iqtidar “oliqarxlarının?Nə isə,belə çıxır ki,bu millət düzələsi deyil,”satılmış damgası”gerisinə yox geninə vurulub.Allahın bu millətə yazıgı gəlsin!

  6. GÜLƏR ƏHMƏDOVA olayı bütün dünyada maraq yaratdı.Bəs Gülər xanım kimdir?1965-ci il təvəllüdlü bu qadının ailəsi,uşagı ola-ola 80 yaşında kişi ilə nə ünsüyyəti ola bilər?Bu ünsiyyət onu deputat elədi,Azərbaycanda sayılan şəxs etdi.Diqqətlə araşdırsanız görəcəksiniz ki,bu iqtidarın mayası belə insanlarla yogrulub.Bu Ulu siyasəti idi,mərd,hünərli,xalqını düşünən insanları uzaqlaşdırmaq,əxlaqı pozgun,milliyindən uzaq,dar düşüncəli,onların işinə yararlı insanları hakimiyyətin özəyində saxlamaq!Elə Güləri,əslində hakimiyyəti baykot edən Elşad Abdullayev də vaxtilə yetimin biri olub,amma bu iqtidarın dövründə milyonları sagına-soluna səpib ki,yenə də hakimiyyətdə sayılan şəxslərdən olsun.Bu “yetim”ilk olaraq prezidentin əmisi Aqil Əliyevin şəriki olub,amma Paşayevlərin Uludan sonra böyük şanslara sahib olması,onların pula hərisliyi,iqtidar daxilində ayrı-seçkilik yaratdı.Ən böyük zərbə isə prezidentin dogmaları olan Əliyevlərə və onların ətrafındakılara dəydi.Belə çıxır ki,arvad tərəfi kişi tərəfini üstələdi.Bu parçalanma hələ çox məsələləri açacaq və elə Əli İnsanov,Fərhad Əliyev,Akif Muradverdiyev olayları da ssenarinin klipləridir.Hətta dogma bacı belə arvad tayfasına görə qardaşdan uzaqlaşıb düşmən mövqeyində dayandı.Tülkü “Oliqarxlar”isə iki “durumda”hələ ki başını girləyir,baxmayaraq ki,pul verimində bir az zora düşüblər.Hətta arvad tərəfi “klan”deyilən məhfumu da hərləmir və onları da ayırıb öz tərəfinə çəkməyi öhdəliyə götürüb.Kənardan bu əndişələri seyr edən “ana müxalifət”liderləri də mesajlar verib məndə varam və istiqaməti o tərəfə yönləndirməyə səy göstərirlər!Di, bu həngamələrdən baş çıxarıb gələcəyini düşün ey diliqafil millət!Məşədi İbad demişkən tüpür hər şeyə,azadlıgını,sabahını özün həll et,ey bədbəxt millət!Sizcə bu hoqqabazlıq çarmıxında baglanıb əbədi köləlik üstündür,yoxsa kişi kimi ayaga qalxıb azadlıga,şərəfə nail olmaq?…..

  7. Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov APA-ya müsahibəsində bildirir ki,mən də
    “Ölkəmizə faydalı ola bilərəm”.Deyirlər ki,insan yaşa dolduqca uşaqlaşır,qəlbi kövrəlir.Bəlkə Ayaz müəllimdə vətnə sevgi bu dolaydan yaranıb?Axı ömrünün laçın çagında vətən onun əlində idi,niyə Moskva “dayısının”sifarişləri ilə oturub-gururdu,dogma vətənini yagı düşmənlərə verirdi?Bu Ayaz müəllimin böyük səhvləri idi,bunu o özü də bilir,millətin də xəbəri var.Millət üçün qaranlıq odur ki,Ulu öndərin bir nömrəli düşməni olan Ayaz müəllim onun oglunun sevimlisinə çevrildi?Axı əhv fərmanından bir xeylək sonra da o pilis idarələrinin axtarış lövhələrində axtarışda idi.Bu sevginin arxasında mütləq bir həngamə var,bu mütləqdir,lakin bu həngamə xalq üçün çox qaranlıqdır.Ayaz müəllim bu əhvin qarşısında özünü nə qədər borclu bilsə də,bəlkə də bu həngamələrin çoxundan heç özünün də xəbəri yoxdur.

  8. Fikirləşirəm ki,Vallah bu gürcülər də qəribə,analoqu olmayan millətdir.Saakaşvili kimi dünyada demokratik bir adamı bunlar bəyənmirlər.Bəs bunlar bizim günümüzdə olsaydılar nə edərdilər?Təccüblüdür,ya bu gürcülər demokratiya nə oldugunu anlamır,ya da ki,pirlərinə şıllaq atır.Əslində demokratiyaya rəyət edən heyvanlardır,insanlar ondan süni istifadə edir.Ən demokratik heyvanlar isə arılardı.Əgər arılarda olan nizam-intizam biz Azərbaycanlılarda olsaydı nə belə müxalifəti olardı,nə də belə iqtidarı,o dəqiqə mındarlayıb “yuvadan”qovardıq!

  9. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbul Qlobal Forumunda çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatını sərt tənqid edərək deyib:”BMT-nin islahatlara ehtiyacı var” .“Beş daimi üzvdən bir-ikisinin nə deyəcəyini gözləsək o zaman Suriyanın aqibəti çox təhlükəli olacaq. İnsanlıq bunu tarixə unudulmayacaq ifadələrlə qazıyacaq. 5 daimi üzvün, 10 qeyri-daimi üzvün bir mənası varmı? Yox. 5 daimi üzvdən biri “xeyr” deyəndə məsələ bitir. Elə isə BMT nə üçündür? BMT-nin islahatlara ehtiyacı var. Bunu BMT Baş Assambleyasında çıxışım zamanı da dedim. 5 üzv nə desə o olur. Demək, dünyanı bu 5 üzvün insafına buraxmışıq. Yaxşı, bu 5 üzvün etnik quruluşundan, inancından, düşüncəsindən başqa dünyada baxış yoxdur? Var. Bəs, bu qlobal quruluşu, bütün insanlığı əhatə edirmi? Xeyr. Elə isə BMT-nin islahatlara getməsi şərtdir. BMT bu gün Suriyadakı məsələlərdə də acizlik nümayiş etdirir”.
    Halal olsun Baş nazir R.T.Ərdogana,çünki sözündən belə çıxır ki,o diktatorların düşmənidir.Onun Diktator B.Əsədin devrilməsində fikiri qətidir.Bəs “iki dövlət bir millət deyən”deyən Baş Nazir Azərbaycan haqqında nə fikirləşir?Axı diktatorun ən böyüyü burdadır.Bir vaxt onun xarici işlər naziri “atadan mirasa”son qoyulmalıdır demişdir.Görək də çox güman ki, Xarici İşlər naziri özbaşına elə belə replika atmaz,hər halda bu replikada bir anlam var!

  10. Men Resul muellimin bir vaxt yazdigi fikirile raziyam ki, Turkiye de o biri qonshularimiz Rusiya ve Iran kimi hec vaxt Azerbaycanda demokratiyani desteklemeyibler. En azindan indiye kimi.. Eger bundan sonra bir shey edeceklerse onu göreceyik…. ( her halda men bunu onlardan gölemirem)

  11. Ne edcekse Azerbaycan xalqi özu etmelidir. Sadece hami bir nefer kimi Resul Quliyevin liderliyini qebul etmeli, onun proqrami ile hereket etmelidir. Men eminem ki, bu en duzgun yoldur. Cunki Resul muellimimin verdiyi proqnozlar indiye kimi 100% dogru cixibdir. Bu onun hadiseleri duzgun qiymetlendirmesinden ve atilacaq addimlari duzgun hesablamasindan ireli gelir. Agli bashinda olan her bir Azerbaycanli basha dushmelidir ki, mitinqlere 10000 adam cixara bilmeyen birleshmish muxalifet artiq iflic veziyyetindedir, heyatda qalma mucadilesi verir. Ancaq Resul Quliyeve gelince onun shexsi keyfiyyetleri, iti agli, bacarigi + 15il Amerika kimi demokratik ölkede yashamasi. Bele adamdan hec vaxt qorxmaq lazim deyil…

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: