– Rəsul bəy, yəqin ki, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin müşavirəsində «bp» şirkətinin ünvanına səsləndirdiyi tənqidlərindən xəbərdarsınız. Bu tənqidlər iqtisadi, yoxzsa siyasi problemlərdən doğur?
– Həmin tənqidi bir neçə cümlə ilə izah etmək mümkün deyil. Düzünü bilmək istəyirsinizsə, mən «BP» ilə bağlı yox, İlham Əliyevin çıxışı ilə əlaqədar müəyyən fikirlər yazmaq niyyətindəyəm. Çünki bu barədə mənə bir çoxları suallar ünvanladığından, gərək geniş izahatını verəm. Sizə qısa olaraq onu deyə bilərəm ki, yataqlardan çıxarılan neftin miqdarı aşağı düşüb, bu enmə «BP» üçün bir problem deyil. Neftin hasilatı Azərbaycanda aşağı düşürsə, «BP» başqa məkanda bu enməni kompensasiya edir. Amma Azərbaycan neftin hasilatının azalmasını kompensasiya edəcək heç bir şeyə malik deyil. Aparılan iqtisadi siyasət Azərbaycanı neftdən elə asılı vəziyyətə salıb ki, bu, obrazlı desək, narkomanın narkotikdən asılılığına bənzəyir. Problem ondadır ki, hasilat azalanda toplanan valyuta ehtiyatı da istər-istəməz azalır. Bu isə çox təhlükəli gələcək vəd edir. Azərbaycan ixracdan asılı olduğuna görə toplanan valyuta ehtiyatı bir neçə ilə sıradan çıxa bilər və ölkədə aclıq təhlükəsi yaranar. Ona görə ki, Azərbaycan xalqının ərzağı dolların manata çevrilməsi hesabına xaricdən gəlir, yəni yerli istehsal yox dərəcəsindədir. Əlbəttə ki, bu amil hakimiyyəti narahat edir. İkinci narahat doğuracaq amil odur ki, neftin hasilatının azalması nəticəsində hakim zümrə özünə çatacaq “dolya”nın azalmasına razılıq vermir. Sözsüz ki, «BP» də deyir ki, enmə gərək eyni səviyyədə olsun. İndi müşavirədə «BP»-ni doğru olmayan proqnozlarda ittiham etmək yanlışdır. Sual yaranır, axı proqnoz ona görə proqnozdur ki, 100 faiz olmur? 100 faiz olsaydı, mütləq olardı, proqnoz yox.
– Belə çıxır ki, siyasi amilləri qəbul etmirsiniz?
– Mən həmin tənqiddə heç bir siyasi amil görmürəm. Siyasi amilin olmamasını görmək üçün «BP»-nin yaranandan bu günə qədər xarici ölkələrdə işləmə siyasətinə baxmaq lazımdır.
– Nigeriyanı «bp» bədbəxt ölkəyə çevirmədimi, bu, həmin siyasət deyilmi?
– Nigeriyanı pis günə öz xalqı və hökuməti qoyub. Yəni «BP»-nin indiki rejimi yıxmaq niyyəti də yoxdur, ümumiyyətlə, bu şirkət heç bir ölkədə rejim dəyişməyib. Hətta 1979-cu ildə şah devriləndə «BP» İrandan sonuncu çıxıb, bu məsələni hələ kənara qoyaq, «BP» o zaman gəlib bizimlə söhbətdə deyirdi ki, Tehrana da faiz verin, nə olsun ki, amerikanlar etiraz edir. Demək istəyirəm ki, İlham Əliyev «BP»-ni rejiminə təhlükə yaratdığı üçün tənqid edir, xeyr, elə deyil. «BP»-nin xarici siyasətində deyilən taktika və strategiya yoxdur, bu şirkət hansı ölkədə işləyibsə, həmin ölkənin hakimiyyəti ilə “dil” tapmağa çalışıb. Bu şirkət üçün ölkədə diktatura, yoxsa demokratik cəmiyyətdir deyə fərq yoxdur. Dünyada bir sıra şirkətlər var ki, onlar diktatura rejimləri ilə işləmirlər və bunu özlərinin əxlaq kodekslərinə zidd hesab edirlər. Məsələn, Ceneral-Elektrik şirkətinin kodeksində yazılıb ki, onlar totalitar, diktatura rejimlərində heç zaman işləməyəcəklər.
– O zaman «BP»-nin Elçibəy hakimiyyəti ilə işləməməsini və AXC iqtidarının devrilməsində dəstək olduğu barədə fikirləri necə qiymətləndirirsiniz?
– Yalandır. Əksinə, «BP» və ətrafında olanlar Elçibəy hökumətinin yıxılmasının qarşısını almaq üçün hələ əllərində normal hüquqi sənəd olmaya-olmaya 110 milyon bonusu verdilər. Ki, Elçibəy hakimiyyəti bundan istifadə edib qiyamın qarşısını alsın. Bir daha deyirəm, «BP» Elçibəy hökumətinə əməlli-başlı kömək edirdi. Ancaq görəndə ki, Heydər Əliyev gəlib oturub Bakıda, onda anladılar ki, onunla işləməli olacaqlar. Təkrar edirəm, «BP»-nin etika kodeksində hakimiyyətlərə fərq qoymaq yoxdur. Ona görə də İlham Əliyevin «BP»-yə qarşı hücumu heç bir siyasi xarakter daşımır.
– Yəqin ki, Gülər Əhmədova-Elşad Abdullayev video-çarxının yaratdığı müzakirələri izləyirsiniz. Bu hadisənin yaratdığı ajiotajı necə qiymətləndirirsiniz?
– Siz Bakıda, mən Vaşinqtonda oturmağıma baxmayaraq hamımız bilirik ki, Azərbaycanda polisə işçi götürməkdən, məktəbə müəllim qəbul etməkdən başlamış bütün sahələrdə rüşvət tüğyan edir. Hətta sabah Ramiz Mehdiyevi vəzifəsindən çıxardıb yerinə gətirəcəkləri adamdan da rüşvət alacaqlar (gülür). Bir sözlə, rüşvətsiz vəzifəyə təyinat olmur, rüşvəti yalnız yaltaqlıq əvəz edə bilər. Yəni vəzifəyə getmək istəyən, öz mənəviyyatını məddahlığa dəyişir. Məsələn, hər hansı bir politoloq Milli Məclisdə oturmaq üçün xalqı və mənəviyyatını unudub başlayır məddahlıq etməyə. Bu da rüşvətin başqa növüdür, sadəcə, bu variantda ağlını və mənəviyyatını satır. Ona görə də həmin video-çarx deyilənlərin faktiki təsdiqini göstərən bir materialdır.
– Siz indiki hakimiyyətlə işləmisiniz və Milli Məclisin sədri olmuşunuz. O dövrdə mandatın satılması barədə xəbərlər alırdınızmı?
– Qayıdaq 1995-ci ilə, mən Sizi 100 faiz əmin edirəm ki, o zaman 125 deputatın maksimum 10 nəfərindən rüşvət alınıb, axı, həmin illərdə pul indiki kimi yox idi. Sözsüz, o dövrdə qiymət də aşağı olardı, indiki açıqlanan rəqəm ümumiyyətlə, dəhşətdir (gülür). Təsəvvür edin ki, deputata 1500 manat maaş verirlər, bunu 5 ilə hesablasaq, axı 1 milyona yetmir. Gələk Gülər Əhmədovaya, bu adam sistemin bir “vint”idir, mənim üçün gülməlidir, birdən-birə YAP və hətta bizim müxalifətçilər düşürlər bu “vint”in üstünə, sistem qalır kənarda. Anlamaq lazımdır ki, bir “vinti” çıxartmaqla mexanizmə heç nə olmayacaq. Hətta həmin “vint”dən 200 dənəsini çıxardıb edam etsən belə, mexanizm işləyəcək. Əslində, taktika belə olmalıydı: “vint”in yox, mexanizmin üstünə gedilməliydi. Biz azərbaycanlılar çox qəribə yanaşmaya malikik, baxın, Gürcüstanda həbsxanada bir neçə nəfərin döyülməsi ilə xalq meydanlara çıxdı və nəhayət, Saakaşvili seçkidə məğlub oldu. Azərbaycanda dəfələrlə saytlarda hərbi xidmətdə zabitin əsgəri, yaxud küçədə polisin vətəndaşı döyməsi haqqında video-çarxlar yayılıb, amma heç öldürülənin, döyülənin yaxın adamları belə etiraz etmir. Bəli, Gülər Əhmədova-Elşad Abdullayev video-çarxı kifayət qədər rol oynadı və insanları kifayət qədər həyəcana gətirdi, indi görək bu həyəcan etiraz doğura biləcəkmi?! Sözsüz ki, həmin video-çarx dayanan deyil, Sizi əmin edirəm ki, hətta ondan sonra da minlərlə adam rüşvət verib vəzifələrə təyinat alıblar.
– Bəs oktyabrın 20-nə mitinq-yürüş təyin edən müxalifət proseslərdən istifadə edə bildimi?
– Onlar oktyabrın 13-nə mitinq təyin etmişdilər, sadəcə, aksiya keçirməməyin ömrünü bir həftə artırıblar, başqa bir iş görməyiblər. Çünki hakimiyyət aksiyanın keçirilməsinə icazə verməyəcək və bunun Konstitusiyaya zidd olduğunu sübut etmək üçün ardıcıl piketlər keçirməkləri də baş tutmayacaq. Ona görə də mən İctimai Palatanın bu ideyasından parlaq nəticə gözləmirəm.
– Güman ki, “Yeni Müsavat” qəzetinin son saylarının birində dərc olunan “Hakimiyyətlə müxalifət arasında “2013 əvəzinə 2015” anlaşması” manşet məqaləsini oxumuşunuz. Bu cür danışıqlar real nəticə verə bilərmi?
– Ümumiyyətlə, bu məsələyə münasibət bildirmək mənim üçün çox çətindir. Başa düşə bilmirəm, xalq kimə səlahiyyət verib ki, onun əvəzindən belə danışıq aparasan?! Əgər elə bir danışıq varsa, bu danışığı aparanlar kimin adından danışıq aparırlar? Bu hissəsi mənim üçün çox mürəkkəbdir, ona görə düşünmürəm ki, belə bir danışıqlar olsun. Hətta bu istiqamətdə düşünən insanları çox rəzil hesab edirəm, qəti surətdə öz xalqına qarşı bu dərəcədə yuxarıdan aşağı baxmaq olmaz, bu, sadəcə, ayıbdır! Düşünmürəm ki, hakimiyyət də özünə indiki durumda problem görür və buna görə 2015-ci il üçün danışıqlar aparsın. Mənə görə hökumət düşünür ki 2013-cü il və 2015-ci il seçkilərini də udacaq. Bu mənada nəyə görə kiminləsə danışmalıdır?! Ona görə həmin məqaləni ciddi və həqiqətə uyğun hesab etmirəm. Ola bilər, hakimiyyət müxalifətə nifrəti gücləndirmək niyyəti ilə belə bir məqaləni təşkil edib.
– Siz son vaxtlar müxalifətçilərdən seçkiyə boykot edəcəkləri barədə səsləndirdikləri fikirləri necə qiymətləndirirsiniz?
– Boykota getmək heç bir əhəmiyyət verməyəcək. Tutaq ki, özünü ənənəvi müxalifət adlandıran təşkilatlar boykota gedəcək, amma Milli Məclisdə və ondan kənarda onlarla partiya var ki, özünü müxalifət adlandırır. Əgər bu partiyalar seçkiyə qatılacaqsa, boykot necə ola bilər?
– Son həftələrdə Avropa Şurasından və Avropa Birliyindən hakimiyyətə qarşı təzyiqlər güclənib, xüsusən AŞ PA-da kürü olayının gündəmə gətirilməsini göstərə bilərik. Bunlar növbəti seçki öncəsi Qərbin təzyiqlərinin ilk işartıları deyilmi?
– Gələn il seçkilərlə bağlı Qərbin Azərbaycana təzyiqləri 10 dəfə artacaq. Sadaladığınız faktlar başlanğıcdır, elə AŞ PA-nin siyasi məhbuslarla bağlı qətnaməsini misal çəkmək yetər, baxmayaraq ki, rəsmi Bakı yenı həmin qurumda rüşvətlə deputat almağa cəhd etdi. Mən düşünürəm ki, 2013-cü ilin əvvəlindən daha ciddi qərar və qətnamələri görəcəyik. Hər halda hakimiyyət növbəti seçkiləri asanlıqla saxtalaşdırmağa nail ola bilməyəcək. 2013-cü il tamamilə fərqli il olacaq, Siz bunu görəcəksiniz, əmin ola bilərsiniz.
– Siz növbəti seçkilərin Azərbaycan xalqı üçün son şans hesab etmişiniz. Demək istəyirsiniz ki, indiki rejim qalsa, Azərbaycan xalqının varlığına son qoyulacaq?
– Azərbaycan xalqının varlığının hansı formada davam etməsini söyləmək çətindir. «BP» söhbəti olmasın, proqnozlaşdırmaq çətin məsələdir. Çünki mövcud hakimiyyət dəyişməzsə indiki siyasət davam edəcək, ona görə ki, başqa siyasət tapıb ortalığa qoymaq şansına da malik deyillər. Beləliklə, aparılan siyasətin nəticəsində neftdən asılı olan Azərbaycanda neftin istehsalının aşağı düşməsi ilə əlaqədar inflyasiya devalivasiya şəklində maliyyə iflası baş verəcəkdir. Bu da ac adamların xaosu ilə müşahidə olunacaqdır və başlayan xaos Azərbaycanı hansı vəziyyətə çıxaracaq, bunu indidən söyləmək çox çətindir. Ona görə mən deyirəm ki, 2013-cü il seçkiləri Azərbaycanın yeganə sonuncu şansıdır ki, əmin-amanlıqla öz gələcəyini müəyyənləşdirə bilsin.
– Yəni bu şansı dəyərləndirə bilməsək inqilaba gedirikmi?
– Bəli, amma bu ənənəvi inqilablardan olmayacaq, proses çox dağıdıcı bir inqilaba gedir. Bu gedişatda İranın, Rusiyanın niyyəti nədən ibarət olacaq, əvvəlcədən demək çox çətindir.
– Hakimiyyət növbəti seçkilərə İlham Əliyevlə gedəcək, yoxsa başqa namizədi də ola bilər?
– Rejim 2013-cü ilə cənab İlham Əliyevin namizədi ilə gedəcək. Heç bir başqa namizəd nə müzakirə olunur, nə də təqdim oluna bilər. Dediklərim hətta proqnoz da deyil, apardığım təhlilin nəticəsidir.
Natiq CAVADLI
Resul muellim bizim namizedimiz Sizsiniz!!!!
Hakimiyyət növbəti seçkilərə İlham Əliyevlə gedə biləcəkmi?Məncə yox!Çoxdaki,YAP yeganə namizəd kimi onu görsədir.Bəs dünya demokratları 3-cü dəfə prezident seçkisində iştirak etməyə razıdırmı?Yox.Çünki Beynalxalq aləm onun bütün saxtakarlıqlarından cilov gəmirir.Bəs böhran halında yaşayan Azərbaycan xalqı onun 3-cü dəfə prezidentliyinə səs verərmi?Yenə də yox.Bəs Azərbaycan konstitusiyası buna yol verirmi?Əlbəttə yox.Tutaq ki, konstitusiyanın müvafiq maddəsinə bu haqqı tanıyan düzəlişlər edilib,yalançı yox,real referendum keçirilərək, xalqın birbaşa iştirakı təmin olunubmu?Yox.Bəlkə saxtakarlıq vərdişində olan hakimiyyət yenə də inanır ki,xalqın,dünyanın gözünə kül üfürəcək?Yox,əzizlərim bu dəfə çox çətin olacaq,lap çətin!Əvvəla bu hakimiyyətə qarşı hələ indidən beynəlxalq təzyiqlər günü-gündən artır,güclənir.İkinci isə xalq bu hakimiyyətdən bezib,sadəcə balaca bir qıgılcım lazımdır ki,alov alışsın.Bu da mütləqdir,çünki 20 ildir xalqın canını bogazına yıgan hakimiyyət bu alovun közünü hazırlayıb.
Rəsul müəllim,çox düzgün buyurursunuz ki,Azərbaycanda polisə işçi götürməkdən, məktəbə müəllim qəbul etməkdən başlamış bütün sahələrdə rüşvət tüğyan edir. Onu da düz qeyd edirsiniz ki,hətta sabah Ramiz Mehdiyevi vəzifəsindən çıxardıb yerinə gətirəcəkləri adamdan da rüşvət alacaqlar.Bəs İlham Əliyev prezidentliyindən uzaqlaşsa rüşvətin kökü kəsilərmi?Bax elə məsələnin kökü deməli burdadır.Əfsuslar olsun ki,xalqın varidatını talayan bu insanın əqidəsi yalnız puldur və gözü də doymur.Bu artıq yoluxucu xəstəliyə çevrilib və bütün məmurlarda da vərdiş halını alıb.Saakaşvilidən jurnalist soruşandaki,niyə Sizdə rüşvət yoxdur,O belə cavab verdi:”Çünki mən özüm rüşvət almıram”.Özü də düz bizim prezidentin yanında,bəs görəsən o,həmin an hansı hisslərlə yaşadı,nə fikirləşdi?Özünə bunu ayıb bildimi?Yəqin ki,yox,bəs niyə?Əgər Siz sabah prezident olsanız rüşvətə vərdiş etmiş bu məmurlarla işləyə bilərsinizmi?Təbii ki,ölkənin rəhbərindən çox şey asılıdır…..
Rəsul müəllim olar sizdən birşey soruşum?
Milli Məclisin iclasında paralmentin sədri Oqtay Əsədov sabiq deputat Gülər Əhmədova ilə bağlı mətbuatda yazılanlara münasibət bildirərkən deyib ki, bəzən Azərbaycan parlamentinə qarşı məsələləri şişirtmək istəyirlər.
O bildirib ki, bu məsələni şişirtmək və şouya çevirmək lazım deyil: “Gülər xanımla bağlı məsələyə artıq aydınlıq gəlib, məsələ ilə bağlı ümimi iş açılıb, özü MSK-ya ərizə ilə müraciət edib və mandatı ləğv edilib. İş gedir, məsələ gündəmdədir, məsələni şişirib şou düzəltmək düzgün deyil”.
Mən əvvəlki şərhimdə də qeyd etmişdim ki,YAP-ın deputatlarının yanında yenə də Gülər Əhmədova abırlıdır.Danışanda agzına çullu dovşan sıgışmayan Əli Əhmədovdan soruşmaq lazımdır ki,”RAMSTORE”magazasının yanındakı körpünün düz 5 metrliyində tikilən obyekti VERGİ DEPORTAMENTİNƏ ayı 94 min AZN-ə kirayəyə vermişdin,yola mane oldugu üçün dəhşətli tıxac yarandıgından sökülməsinə qərar verildi və bu tikilinin sökülməsinə görə dövlət sənə 16 milyon manat pul ödədi,bəs görəsən bu obyektin tikintisi üçün xərclədiyin pulu hardan qapzlamışdın?YAP-dan aldıgın,yoxsa mandatına verilən mavacibinlə?Hələ bu sənin bir obyektindir,bəs digərləri?Eləcə də parlamentin sədri Oktay Əsədov hələ Abşeron Su-da nazir işləyərkən YAP-ın o vaxtları hörmətli deputatı sayılan (adını yazmagı ehtiyac bilmirəm)bir şəxslə nazirlikdə 200 milyonluq maxinasiya etmişdi,özü də Ulu öndərin saglıgında.Sonra isə həmin hörmətli deputat prezident İ.Əliyevə 50 milyon atdı (o zaman Ziya Məmmədovdan pulu o çatdırırdı) və o da Gülər Əhmədova kimi hucumlara məruz qalarkən məcbur olub xaricə qaçdı,amma hələ də polis idarələrində,İnterpolda axtarışdadır.Oktay Əsədovun isə Bakı şəhərində 50-dən çox böyük obyektləri var,görəsən bunlar haradandır.Yapın hər bir deputatının imkanı bəlkə də nazir səviyyəsindədir və bu adları sadalamaga dəyməz,ümumiyyətlə bu iqtidarın deputatlarından tutmuş məmurlarına qədər hamısı xalqın pulunu ogurlayıb kişi olublar,hansı ki,çoxları bir vaxtları eşşək otarırdı.
2013-cü ilin prezident seçkilərinə qədər çoxlarınızın paxırı açılıb sıradan çıxacaqsınız,prezident seçkilərindən sonra isə bütövlükdə hakimiyyətinizə diz çöküb xalqdan ogurladıgınızı birə on qusacaqsınız,çünki xalqının qeyrətli oglu Rəsul Quliyev bunu sizlərə bagışlamayacaq.
Parlamentin sədri Oktay Əsədov deyir ki,bəzi qüvvələr BP ilə bağlı yerində olan iradları siyasiləşdirmək istəyirlər: “Bu işin məğzindən xəbəri olmayanlar savadsız yazılar yazırlar. Cənab prezident neft hasilatının əlifbasını söylədi. Proqnozlar yerinə yetirilməlidir, bu, elementar məsələdir. Amma 3 ildir ki, proqnozlar, öhdəliklər yerinə yetirilməyib. Bundan şou, siyasi məsələ yaratmaq heç bir azərbaycanlıya şərəf gətirmir. BP Azərbaycanda neft hasilatı ilə bağlı öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını alıb”.
Sədrin “XOX”gəlməyinə fikir verirsiniz də?Eynən “AGASI”kimi.Bunlar artıq tarixə düşüblər,analoqu olmayan prezident,şou Oktay və sair.
Belə bir aniktod var,deyir heyvanların kef məclisində dovşan yüz vurandan sonra deyir ki,burda bir kişinin agzı əziləcək.Hamı təccüblə biri-birinin üzünə baxıb şübhələnir ki,görəsən dovşan kimi nəzərdə tutur.İkinci yüzdən sonra yenə də dovşan təkrar edir,yenə də hamı şübhə ilə baxır.Üçüncü yüzdən sonra yenə dovşan deyir ki,mən sizə dedim ki,burda birinin agzı əziləcək.Bu an səbri kəsilən Şir pəncəsini qaldırıb dovşana şapalagı necə vurursa dovşan divara dəyib yerə sərilir və utanmadan ayaga qalxıb yavaşcadan deyir,mən sizə dedim axı burda bir kişinin agzı əziləcək.
İndi isə bizimkilər,burda oturub “dünya məclisinə”xox gəlir.Görəsən bu tərs şapalaq bunlara nə vaxt dəyəcək?
Bu millətə nə olib,hansı millətin paxıllıgı,gözü dəyib?SSRİ kimi bir dövlətin təyin etdiyi Ə.Vəzirovu bir il çəkmədi devirdi,sonradan isə təyin olunan A.Mütəllimovu devirdi.Hətta xalq tərəfindən seçilən vətnpərvər Ə.Elçibəyi bir il içərisində devirdi.Bəs indi bu millətə nə oldu,gözmü dəydi,pişikmi asqırdı?20 ildir varidatını talayan,hüquqlarını tapdalayıb işkəncə verən,az qala havanı belə ona pulla satmaq istəyən bu qəddar hakimiyyətin qarşısında beləcə rəzil olub,yazıqlaşıb?Özü də xalqın bu saxta hakimiyyətin bütün saxtakarlıqlarından xəbəi ola-ola,hər gün başına qapaz dəyə-dəyə necə dözür bu haqsızlıqlara,faciələrə?Yoxsa dahi M.Arazın:məndən ötən sənə dəydi,səndən ötən mənə dəydi,məndən ötən,səndən ötən Vətən, Vətən sənə dəydi anlamını hələ qana bilmir?Qarabagımızdan əlimizi üzdük,varidatımız talandı,özümüz isə kölə vəziyyətindəyik.Hər gün ogullarımız hərbi xidmətdə özünə qəsd edir,ölür.Qız gəlinlərin soragı xarici ölkələrdən gəlir,insanların özlərinə,biri-birinə qəsd etmələri vərdiş halını alıb,bacarıqlı iş adamlarımız tərki vətən olub ailə-uşagını ataraq xarici ölkələrə pənah aparırlar,vətənimizdə isə hər şey özəlləşib,bir sözlə papaq asmaga mıx tapa bilmirik bunların əlindən.Amma dözürük,dözürük,yenə də dözürük!İt də getdi,ip də getdi,qeyrət,namus da getdi,di başını dik tut yaşa millət!
Oktay Əsədov düz deyir «BP»-ni hakimiyyətin tənqid hədfinə çevirməsinə siysi don geyindirmək olmaz.Bu hakimiyyətin köhnə peşəsidir,öz günahını mütləq kiminsə üzərinə yıxmalıdır.Amma daş-qayaya rast gəlib,”BP”hədəfi öz başlarında çatlayacaq!
Azərbaycan Respubilkası Daxili
Işlər naziri Ramil Usubov
cənablarına Tər-tər rayon sakini
1-ci qrup Qarabag müharibəsi əlili
Hüesynov Mehman Xanış oglu
ərəfindən
Ə R İ Z Ə
Bunu yazıb sizə bildirirəmki mən1999-cu ildə aldıgım isdismar müddəti bitmiş OKA maşınını dəyişmək üçün 3 senytabr 2012 tarixdə ailəvi olmuşam ƏSMM nazirliyində ki nazir Fizuli Ələkbərovun qəbuluna düşüm nazir Qarabag əlilini qəbul eləmədi nazirliyin qəbul otagında Bayram müəllim mənim vəsiqəmi aldı apardı dediki səni nazirin qəbuluna yazdın nazir haçan səni qəbul eləsə sənə zəng edib xəbər verəcəyik gələrsən nazir Fizuli Ələkbərov səni qəbul edəcək.Indi 1 ay 16 gün keçməyinə baxmayaraq nazir məni qəbul etməkdən imtina edir.mən dəfələrlə qəbul otagına zən edirəm Bayram müəllim deyirki nazir qəbul eləmir.mənim sizə şikayətin ona görədirki dünən 16 oktaybr 2012 tarixdə saat 03.13 pm radələrində mənə nəməlum nömürədən bir nəfər zəng elədi dediki mən ƏSMM nazirliyinin hansısa çöbəsinin işçisiyəm mən adını soruşdum dediki familiyam İsgəndərovdur mənə dediki sən hansı məsələ üçün nairin qəbulua düşmək isləyirsən kəsəsi nəməlium nömürəylə danışan dediki nazir Fizuli Ələkbərov səni qəbul edəcək ona görə zəng eləmişəm kəsəsi mən ondan soruşdumki nazir Fizuli müəllim məni haçan qəbul edəcək o dediki bir həftəyə səni qəbul edəcək mən ona iradımı bildirdimki sən düzgün adamsansə niyə mənə nəməlum nömürədən zəng eləmisən mən onunla 6 dəqiqədən artı söhbət elədim Ramil Usubov siz bilirsinizki bu danışıq yazılır.o mənə demədən adboy verdi mən dərhal Azərselin 2002 aperator xidmətinə zəng elədim və aperatoradan xahiş elədimki indicə mənimlə ƏSMM nazirliyinin əməkdaşı nəməlum nömürəylə mənimlə danışdı xahiş edirəm onun nömürəsini mənə deyəsiniz Azərselin aperatoru mənə dediki siz polis şöbəsinə ərizəylə müraciyət edin sizin ərizənizə görə Azərsel həmin nömürəni sizə verəcək bu hüquqmühafizə orqanalının işidir.cənab Ramil Usubov mənim şikayətimə baxın sizdən tezliklə cavab gözləyirəm.nazir Fizuli məni qəbul eləmr və belə nəməlum zənglərlə mən Qarabag əlilini ələsalır təhqir edir cənab Ramil Usubov əgər ƏSMM naziri Fizuli Ələkvbərov məni belə nəməlum zənglərlə ələsalmırsa siz həmin nömürəni Azərseldən alıb mənə verəcəksiniz və nazir Fizuli Ələkbərov məni şəxsən ailəvi qəbul edəcək.Ramil Usubov cənabları nazir Qarabag əlilinə belə nəmalum zəng etdirib ələsalırsa bu bütün Qarabag əlilinə təhqirdir bu bütün Şəhidlərə təhqirdir bu erməni işgalı altında olan Qarabag torpagını əbədi olaraq erməniyə veilmsənin gösdəricisidir bu rüşvərxor məmurun Qarabag torpagına söyüşüdür təhqirdir başa düşüb qanan insan üçün bu belədir.mən canlı Şəhidəm vətən Şəhidlərdən başlayır.Cavbınızı gözləyirəm.18-10-2012 tarixdə.Tər-tər rayon polis şöbəsi ərizəmi qəbul eləmədi ona görə sizə göndərirəm.