– Rəsul müəllim, prezident son vaxtlar respublikanın inkişafından, insanların yaşayış səviyyəsinin az qala bir ildə 20 faiz yaxşılaşdığından ağız dolusu danışır, ancaq camaat bunu hiss etməsə də prezident inkişafın sürətini azaltmaqdan danışır.
-Məndə iki dəfə bu qəbildən olan çıxşılardan fraqmentlərə qulaq asmışam. Birinci dəfə YouTube-da Həbib Müntəzirin qoyduğu videoklipə (youtube videosuna soldakı linkə vurmaqla baxa bilərsiz) baxanda düzü düşündüm ki, Həbib zarafat üçün bu çıxışı montajla özü yaradıb. Çünki nəinki 9 milyonluq ölkənin prezidenti, heç bir neçə mal-qarası olan ferma müdiri, belə yüngül və yersiz çıxış edə bilməzdi. Özünü prezident adlandıran şəxsin gözlənilmədən, “biz çox dəhşətli inkişaf edirik, ona görə bir çoxlarının gözü götürmür, paxıllıq edirlər”. Sonra dərin ‘’pafos’’ və bir qədər istehza ilə ”fikirləşirəm bəlkə bir az bu inkişafı zəiflədək, saxlayaq” deməsi başadüşülən deyil. Orada oturmuş səfirlər bloknotlarını qarşılarına qoyub ‘’dahi’’ şəxsiyyətin misli görünməmiş ‘’dahi’’ sözlərini yazırdılar. Baxışlarından yalvarış yağırdı,’’bir az təmkinlə danışın hamısını yazaq, yoxsa bədbəxt olacağıq. Bu kəlamlar Quran ayəsindən daha güclüdür”.’ Düzü hələ indiyə qədər ancaq, Fatmanisələrin bir-birlərinə yanıq verməsi savaşından başqa heç vaxt heç kimin dilindən eşitmədiyin bu sözlərin müəllifinin Azərbaycanın prezidenti olduğuna inanmaq istəmirdim. Çox fikirləşəndən sonra düşünürəm ki, bu sözlərin müəllifi çox ehtimal o qələmli bloknotlu səfirlərin biridir. Yəqin hansısa yemək məclisində tost deyib, Əlahəzərət prezident dünyanın bir çox ölkələrinin bizə paxıllığı … və sair. Riqqətə gələn prezident sözsüz ki, bunu həqiqət kimi qəbul edib, tost deyənə Qurbanəli bəy kimi bir “molodest” yapışdırıb, indi prezidentin o sözləri hələ neçə məclisdə təkrar edəcəyini demək çətindir.
Özlərini baş nazir postunda görmək istəyən bu səfirlərdən bir neçəsi, işlədikləri korrupsiya və rüşvət ölkələrinin yaramaz xislətindən istifadə edib rüşvətlə ulu öndərlərinə büst qoydurmaqları və işlədikləri ölkədən olan deputatları pulla, kürü ilə satın almaqlarını ən böyük qəhrəmanlıq hesab edirlər. Azərbaycanın milli idealogiyasının nədən ibarət olduğunu elə canfəşanlıqla dünyaya çatdırırlar ki, qısa bir müddətdə “azərbaycanlıyam” deyənlərin hamısına əl verməkdən iyrənəcəklər. Rejimin kəşf etdiyi bu milli ideologiya (rüşvətlə başqalarını cinayətə cəlb etmək) “Evrovizion”dan tutmuş Olimpiadaya qədər tətbiq edilir. Bu adamlar Meksika və ya başqa yerlərdə qoyulan büstlərə görə merlər dəyişən kimi yenidən rüşvət verməli olacaqlarını bilirlərmi? Onlar bilirlər ki, hər 4-5 ildən bir merin qarşısını kəsib büstün qalması üçün haqqlarını ödəməlidirlər yoxsa büstü sökəcəklər. Bu rejim dəyişməklə o büstlərin sökülməsi başlaycaq. Bu pulu niyə xərcləyirlər. Doğrudan fikirləşirlər ki, 5 milyon dollar rüşvətlə Əliyevi Meksika xalqı dahi kimi qəbul edəcək. Meksika höküməti İlham Əliyevə heç siyasi sığınacaq belə verməyəcək. Bizim camaat Gülər Əhmədovanın rüşvət prosesində araçılıq etməsindən qəzəblənib. Bəs bu işi görüb xalqın başını yerə soxan bu araçı səfirlərin hərəkətlərinə niyə dözürlər.
Düzdür C. Məmmədquluzadə ‘’Mǫlla Nəsrəddin’’ jurnalında azərbaycanlılara oxumağın, düşünməyin nə qədər ziyanlı olduğunu dərindən izah edib, yazıb ki, düşünsən o dəqiqə bir neçə sual ortaya çıxacaq, sonra ona cavab axtaracaqsan, Allah bilir o cavab axtarışında nələrə rast gələcəksən.
Mən ədibə qulaq asmayıb fikirləşdim. Bizə paxıllıq edənlər kimlərdir görəsən.
-Bizim torpaqların 20 faizini işğal edib, ərazisini az qala 2 dəfə artıran ermənilərimi nəzərdə tutur prezident. Yəqin ermənilər deyirlər ‘’əgər Azərbaycan belə dəhşətli inkişaf etməsəydi indi biz yaşadığımız kimi yaşaya bilməzdilər acından ölərdilər, Ermənistanı yenə genişləndirərdik.’’
– Bəlkə istənilən ölkədə birinci şəxslər tərəfindən məmuniyyətlə prezidentləri qəbul edilən gürcülərdir paxıllığından ürəyi partlayan. Görəsən bizim prezident bilir ki, onunla üz-üzə gəlib başı ilə belə salam verməkdən qaçan ABŞ prezidenti Obama, Gürcüstanın baş naziri İvanişvili ilə görüşməyə hazırdır. Prezident bilir ki, Rəsizadə ilə görüşməkdən söhbət getmir ümumiyyətlə, belə bir fiquranınn mövcudluğundan bir çox ölkələrin liderlərinin xəbəri yoxdur.
– Bəlkə prezident fikirləşir ki, onun kimi restavrasiya adı altında faktiki rüşvət verməklə Fransa prezidenti və ya Böyük Britaniyanın baş naziri ilə görüşə bilməyən Orta Asiya ölkələri Özbəkistan, Tacikstan və Türkmənistan paxıllıq edir bizlərə.
– Çox ehtimal prezident, azərbaycanlıların onun və ətrafındakıların çirkin pulla yaratdıqları cah-cəlala paxıllıq etdiyini nəzərdə tutub bu sözləri deyir. Ancaq yenə səhvə yol verir. Azərbaycanda eyni şəraitdə kasıb yaşayan qonşular və ya qohumlar bir birlərinə paxıllıq edə bilər kasıb varlıya yox. Bizdə nökərlik psixologiyası ağaya yaxın olmaq üçün 100 fəsadlardan çıxmağımıza haqq qazandırır. Biz insanın arxasınca “əclafdır”, “adamların qanını içir”, üzünü görəndə ay xalqımızın böyük oğlu yuxarı başa keç ayağının altında ölüm deyirik.
Ona görə də bu videonun həqiqət olmasına inanmaq istəmirdim. Onsuz da bu prezidentin ölkə üçün bir gün ağlayacağına heç kim inanmır. Ancaq xalqdan oğurladığı bu qədər pulun müqabilində ağzının danışığını öyrənə bilsəydi bu səviyyədə bizi dünyada biabır etməzdi.
– Rəsul müəllim, hamı deyir ki, indiki bu rejimin yaradıcısı H.Əliyevdir. İ.Əliyev sadəcə onun davamçısıdır o qədər də günahı yoxdur. Siz necə düşünürsünüz bu həqiqqətən belədir?
– Sözsüz bu rejimin təməlini H.Əliyev qoyubdur. Ancaq onunla oğlu arasında o qədər fərq var ki, faktiki rejim əvvəlki formasını kifayət qədər dəyişib. Daha eybəcər vəziyyətə düşüb…
Davamı var
Bizə paxıllıq edən millət yoxdur,amma bizə dünyanın ən geridə qalmış milləti kimi baxanı həm başımızda agalıq iddeasında olan rusiyadır,həm də halımıza yanan Qərbdir.Belə çıxır ki,biz millət olaraq dünya cəmiyyətində bir ləkəyik.
Milli Məclisin (MM) Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliyi müzakirə edəcək.Deməli xalqın səsini bogmaq üçün hər bir vasitədən istifadə edilir.40-xa yaxın müxalifət partiyaları olsa da bunların 25-dən çoxu elə hakimiyyətə işləyir.Respublikada bir neçə televiziya kanalı olsa da müxalifətin orada çıxışı yasaqdır.Belə çıxır ki,hakimiyyət qorxusundan xalqı blokada da saxlayır,imkan vermir ki,televiziya vasitəsi ilə ölkədə baş verən proseslər xalqa çatdırılsın.Prezidentə,dünyanın bütün demokratik qüvvələrinə bəyanat vermək lazımdır ki,heç olmasa həftədə iki dəfə müxalifət televiziya kanallarından istifadə etsin,buna nail olunsa xalqda mütləq oyanış olar.Hələki xalqda o cürət yoxdur ki,kütləvi halda mitinqlərə çıxsın,200-300 adamın isə mitinqlərdə işkəncələrə məruz qalması insanlarda daha da qorxu hissi yaradır.Televiziya ən güclü təbligat vasitəsidir,hər bir vasitə ilə buna mütləq nail olmaga çalışılmalıdır.Artıq qəzetlərə də çox adamlar inamını itirib.
Mitinqlərə çıxmazdan əvvəl ilk növbədə Azərbaycandakı xarici səfirliklərə və ölkənin rəhbərinə müraciət olunmalı və xalqın səsinin eşidilməsinə şərait yaradılmasını tələb etmək lazımdır.İkinci isə Azərbaycan polisinə müraciət olunub onları xalqına qarşı vəhşilikdən uzaqlaşdırmaga səy göstərilməlidir.
Rəsul müəllim,mən şəxsən Sizin Azərbaycanın prezidenti olmagınızı arzulayıram.Çünki video çıxışlarınızdan,yazılarınızdan başa düşülür ki,Siz həqiqətən Azərbaycan xalqını bu bataqlıqdan çıxarmaqda yeganə şəxsiniz.Amma indiki hakimiyyət hər vasitə ilə zora arxalanır və düşünür ki,xalqda elə cürət yoxdur ki,hakimiyyətin bu zoruna tab gətirsin.Eyni zamanda dünyanın demokratiya beşiyi olan ABŞ rəsmiləri də demokratiyanı dəstəkləmələrini bəyan etsə də Amerika prezidentinin dediyi “3-cü dəfə prezidentliyə can atan”demokratiyanın,
Amerikanın düşmənidir ifadəsini bizim prezidentə irad tutmurlar.Azərbaycan reallığından baxanda ABŞ səfirinin müsahibələrində üstüörtülü formada prezidentə dəstək nümayiş etdirdiyini də sezmək olar.İkinci isə Amerika öz ölkəsinin maraqlarını qorumaq üçün hər halda Azərbaycanda prezidentin kimliyi haqqında da düşünür.Siz isə uzun müddətdir Amerikada yaşayırsınız,hər halda orada müəyyən rəsmilərlə tanışlıgınız var.Sizcə Amerika Sizin prezidentliyinizə azacıq da olsa meyillidirmi?Hər halda tək xalqın iradəsi ilə prezident seçilmək bir az müşkül məsələdir.Bu haqda fikirlərinizi bildirsəniz çox məmnun olaram.
Amerika xalqın dəstəklədiyi adamın prezident olmasına meyillidir,bilirsinizki azdan çoxdan mənim dəstəyim var.
Rusiyada yaşayan bir qrup tanınmış iş adamının yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) cəmiyyətdə böyük əks-səda doğurdu.Rəsul müəllim çox düzgün qeyd etmişdi ki,”. Bəzi pullu ancaq ağıldan imkansızlar xaraktercə çox qorxaqdırlar, üstlərinə qışqıran kimi fəaliyyətlərini dayandıracaqlar”.
Bu oliqarxlardan ən məşhuru A.Abbasov artıq “Azərbaycanlılıgını”bildirməyə başladı.O,deyir :” Uzun müddət Azərbaycanda yüksək vəzifə tutmuş bir şəxs kimi, ölkəmiz üçün taleyüklü olan məsələlərin müzakirəsində prezident İlham Əliyevin tapşırığı və əmri olamadan iştirak etmərəm. Bu mənim vətəndaş prinsiplərimə və siyasi əqidəmə ziddir. Bu gün dövlət vəzifəsində olmasam da, vətəndaş olaraq Azərbaycan dövlətinin sərəncamındayam və hər dəqiqə prezidentin əmrini gözləyirəm. Mənim haqqımda yalan və həqiqətə uyğun olamayan məlumatları yayan şəxslərin ucuz provakasiyası baş tutmayacq. Onların məni Azərbaycan dövləti qarşısında ləkələmək cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur”.Təsəvvür edin ki,bu cənab hələ bu hakimiyyətdən guya zərbə alaraq işindən qovulandır.Bəs o zaman quda Araz Agalarov prezidentin əleyhinə gedəndimi?Deməli bu da bu hakimiyyətin ssenarilərindən biriymiş.Bu Azərbaycan nəyimiş İlahi.
Çox sag olun cavabınıza görə Rəsul müəllim,təki elə olsun,fikirimcə xalq Sizi daha çox dəstəkləyir.
Azərbaycanda söz azadlığını, sərbəst toplaşmaq azadlığını insanların əlindən almaq üçün edilən antidemokratik hərəkətlər bir daha sübut edir ki,bu hakimiyyət heç vaxt Azərbaycan xalqının mənafeyinə xidmət etməyib. Xalq anlamalıdır ki,dünyanın dəyişdiyindən lərzəyə gələn bu hakimiyyət düşünür ki, başqa çıxış yolu yoxdur,lakin hələ də gec deyil,xalqı əzməklə onu iradəsindən döndərmək mümkün deyil,geci-tezi xalq ayaga qalxacaq və o zaman şair demişkən xalq intiqamı yaman olacaq!
Halal olsun demokrat qardaş,hardasan bu vaxtacan?Bəli Rəsul Quliyevin bloku ondan ötəridir ki,hamı sözünü mərdi-mərdanə desin,xalqı birliyə,bütövlüyə səsləsin.Daha yaltaqlar,nankorlar kimi blokda hərcayı sözlər danışıb özünə nələt qazanmasın.Bu gün həqiqətən Azərbaycan xalqının ən agır,imtahan günüdür,bu imtahandan çıxmaga cürəti çatmasa onun sabahı olmayayacaq.Bəlkə bu millət dekabırın axırını gözləyir,axı deyirlər dünya dagılır?Ona görə də bu məsələlərə biganə yanaşır?Ola bilər,mən də inanmıram millət bu qədər laqeyd,biqeyrət olsun.
“Bilməlidir ki, qanunsuz aksiyaya çıxarsa, onu nələr gözləyir”
“Sərbəst toplaşmaq azadlığı haqqında» qanun Avropa standartlarına tam cavab verir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
R.Aslanova isə bildirib ki, bütün bunlar vətəndaşların məsuliyyətinin artırılması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərdir: “Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər heç də hansısa qanunsuz, razılaşdırılmamış aksiyalarla bağlı deyil. Kimlərsə düşünməsinlər ki, hansısa piketlə əlaqədar Milli Məclis üzvləri bir yerə yığışıb müvafiq qanunvericiliyə dəyişiklikləri müzakirə və qəbul edirlər. Bir məsələni dərk etmək lazımdır ki, biz cəzasızlıq mühitində, yoxsa qanunun, hüququn aliliyi mühitində yaşamaq istərdik. Əgər hər bir Azərbaycan vətəndaşı bunu dərk etsə, başqa məsələlərə ehtiyac qalmayacaq. Ümumiyyətlə, bu gün vətəndaşlar arasında bu məsələ ilə əlaqədar hüquqi maarifləndirməyə ehtiyac var. Çünki vətəndaş bilməlidir ki, qanunsuz aksiyaya çıxarsa, yaxud cəhd edərsə, onu nələr gözləyir. Odur ki, bu məsələyə diqqəti artırmaq lazımdır”
Bərəkallah Azərbaycanlı deyir ləzgi qızı da təstiq edir,görün necə kül olub bu Azərbaycanın başına ki,taleyimizi kimlər həll edir.Bəs millətpərəst İlham Rəhimov görəsən nə fikirdədir?
Dogrudan da prezidentin son vaxtlar respublikanın inkişafından, insanların yaşayış səviyyəsinin az qala bir ildə 20 faiz yaxşılaşdığından ağız dolusu danışır, ancaq camaat bunu hiss etməsə də prezident inkişafın sürətini azaltmaqdan danışırsa o zaman söz azadlığını, sərbəst toplaşmaq azadlığını insanların əlindən almaq üçün edilən antidemokratik hərəkətlər nəyə gərəkdi?Qoy millət meydana çıxıb sözünü desin də.Bəlkə elə bu millət bu inkişafın müqavilində prezidentinə təşəkkürünü bildirəcək.Mən təssəvvür edə bilmirəm ki, artist artistliyi ilə qrimləşib min cür sifətə düşsə belə görəsən bu rolu oynaya bilərmi?Maskalanmış terrorçu cildinə girib xalqı talayan bu hakimiyyət belə saxta çıxışlarla xalqı ələ salır,yoxsa beynəlxalq aləmi?Görəsən bunların maskasını cırıb qrimlənmiş sifətlərinə tərs şapalaq vuran tapılacaqmı?Tapılacaq,mütləq tapılacaq,20 ildir köhnəlmiş,cürümüş bu maska artıq yırtılmaq üzrədir.
Mən Guinness Rekorlar Kitabını axıra qədər oxumamışam,ola bilərmi ki,bizim millət bu kitaba düşməsin?Desəniz yox,inanmaram.Ən azından Fəzail Agamalı,Zahid Oruc,İsa Qənbər,İqbal Agazadə,İlham Əliyev,Çingiz Qənizadə və sair vətəndaşlarımızın adları öz “qəhramanlıqları” ilə o kitabı bəzəyir.Bəs necə,Siz elə bilirsiniz ki,yaltaqlar,söz ustaları,yalançılar,talançılar o kitaba düşmür?
Rəsul müəllim,mənim Sizdən bir xahişim var,bir daha Siz yaltaq,hakimiyyətə işləyən,riyakar müxalifətçiləri tənqit etməyin.Siz alicənablıgınızda olub savadlı,şəxsiyyətli ziyalı kimi çalışın onları düz yola çəkin,necə ki,bu gün İP -nı dagılmasın deyə birliyə səslədiniz.Özləri bilər qanan qanacaq,qanmayan da o məsələ.Bilirsiniz ki,düz söz qılıncdan itidir,yaxşı olar ki,bu məqamda elələrinin səsi kəsilsin.Öncədən minnətdaram.
Məsələ ondadır ki,sizdə gərək o şəxslərə təzyiq göstərəsiniz. Göstərəsiniz ki, onlar səmimi şəkildə xalqın gələcəyi üçün mübarizə aparmasalar onlara münasibət hakimiyyətə olan münasibətdən daha pis olacaq.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nagı demişkən onları cəmiyyət yaxşı tanıyır, onlar vicdanlarını şeytana satmış adamlardı, kim pul versə, ona xidmət edirlər.Xalq onsuzda bunlara nifrət edir,inanmır.Çünki 20 ildə xalqı biganəliyə, süstlüyə,qorxuya məcbur edən onlar olub.Onlar bu oyunları ilə hakimiyyəti xalqın gözündə “XOXAN”gəldi QAÇ obrazı kimi yaradıblar.Yalandan beş-on adamla aksiyalara çıxmaqla guya hakimiyyətə qarşı çıxırlar,amma məkrləri başqa şeydir,öz məqsədlərini güdmək,xalqın gözünü qorxuzmaq.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Turan” İnformasiya Agentliyinə müsahibəsində “ABŞ İlham Əliyevin üçüncü dəfə prezident vəzifəsinə namizədlik irəli sürmək niyyətini necə qiymətləndirir”, – sualına cavabını müxalifət də,iqtidar nümayəndələri də müxtəlif formalarda şərh edir.Amma mən deyərdim ki,o barədə səfir yəqin utanır desin ki,məçidin qapısı açıqdır,bəs itin abırına nə gəlib?
Oktyabrın 20-də Bakının Fəvvarələr meydanında bir qrup ictimai-siyasi fəalın sosial şəbəkələrdə elan etdiyi aksiyada Məhəmməd Əmin də iştirak edib.
6 aylıq körpəsi ilə aksiyaya çıxan N!DA Vətəndaş Hərəkatının fəal üzvü Gülnaz Məmmədli deyib ki,aksiya zamanı ona hər hansı bir fiziki təzyiq göstərilməyib: “Düzdür, əvvəlcə mənə hücum etmək istədilər. Jurnalistlərin və küçədən keçən insanların ”qucağında körpəsi var” deməsi onları bu fikrindən döndürdü. Amma mən yenə də qorxmurdum”.
Gülnaz xanım onu da deyib ki,“İstefa!” şuarı səsləndirərkən yoldan keçən cavan
“Buna bax, körpə uşaqla evdə oturmaq əvəzinə, aksiyaya çıxıb” deməsi onu özündən çıxarıb: “Həmin gəncə dedim ki, sənin kimilərin yerinə çıxmışam”.
G.Məmmədli deyir ki, aksiyadan sonra hər hansı bir təqib və ya təzyiqlə üzləşməyib: “Növbəti aksiyalara da qatılacam. Amma bu dəfə Məhəmməd Əmini gətirməyəcəm”.
Hələ yaxşı ki,Gülnaz xanım meydanda üzünü millətə tutub deməyib ki,kül sənin millət başına,qananları daxmasında gizlənir,qanmayanları(polisləri)isə millət yolunda düşünənləri dubinkalayıb,küçəlrdə sürüyüb canfəşanlıq edirlər.9 milyonluq xalqı əzib bir ailəyə qurban verirlər!………..
Bizə paxıllıq edən varmı ya rəbb? Yəni Biz o qədər inkişaf etmişik ki,Bizə paxıllıq edirlər?Qarabağ Əlilinə 100-150 manat təqaüd verdiynə görə,inşa etdiyi mənzili pulla satdığına görə,yoxsa hər dəfə 3-5 manat təqaüd artırıb,ölkə iqdisadiyyatının nə qədər inkişaf etdiyini şüar etdiyinə görə?
Yox amma düz deyirlər xarici dövlətlərdə azərbaycanlılara məxsus yüzlərlə otellərə,kazino-barla,nə bilim istirahət mərkəzlərinə,azərbaycanlıların adına xarici banklarda olan məbləğlərə görə,daha nə deyim hələ mənim bildiyim bu qədərdi gör o paxıllıq edənlər nələr bilir ki,biz bu qədər paxıllığa məruz qalmışıq.Amma bir dərd var ki,o paxıllıq bizə yəni başı aşağı ağlı-fikri bu gün 1 manat çörəkpulunu necə qazanım? dərdində olan cammata yaman baha başa gəlir,
Mən düzü bizim millətimizi ümumiyyətlə hamımızı başa düşə bilmirəm. Evdə oturmuşan,qapı açılır bir neçə oğru içəri girib olan qalanımızı oğurlayır ,şeylərlə birlikdə qapıdan çıxanda ayağa durub,allah sizdən razı olsun deyə oğrulara baş əyirik.Azərbaycanlılar bu gün özlərini total şəkildə belə aparırlar. Prezident başda olmaqla ətrafı çəkinmədən ,heç bir şeyi gizlətmədən bizim pulları oğurlayıb xaricdə iş yerləri açır,keyfə qoyur bizsə baş əyib sağ olsun ulu öndər və onun dahi oğlu deyirik.Bizi maymaq yox başqa necə adlandırmaq olar. İndi noyabrın 3-nə Məşvərət Məclisi mitinq keçirmək istəyir,sözsüz buna icazə verməyəcəklər. Sonradan konstitusiya qanunu pozulduğuna görə piketlər keçirmək və yenidən mitinq keçirməyə cəhd etmək lazımdır,görək nə qədər insan öz haqları uğrunda etiraz etmək istəyəcək.
Rəsul müəllim,biz anoloqu olmayan millətik.Ən başlıca xüsusiyyətlərimizdən biri odur ki,yaltagıq,şöhrətpərəstik.Birisinin vəzifəsi,pulu varsa bilmirik harasından girib,harasından çıxaq.Özümüzü belələrinin yanında aciz bilirik,qarşılarında baş əyirik.Bu xüsusiyyəti süni şəkildə qanımıza yeridiblər.Əvvəl “agalarımızı”süni halda yüksəklərə qaldırırıq,ucaldırıq,onlar isə bundan istifadə edib qanımızı sorurlar.Düşünürük ki,bu belə də olmalıdır,çünki onlar agadır.Biz “Ulumuzu”da bax beləcə sevib o səviyyədə yüksəklərə qaldırdıq ki,indi də bu sevginin əzabını çəkirik.Agalarımızda isə şəxsiyyətə pərəstlik yaranır,düşünürlər ki,bu elə belə də olmalıdır,biz aga qarşımızdakı kütlə isə qulumuzdur.Beləcə də varidatımızı taladılar,hüquqlarımızı tapdayıb zəli kimi qanımızı sordular.O qədər acizləşib,rəzil olduq ki,indi də ayaga qalxmaga halımız yoxdur.Baş qaldıran kimi də dubinka,zor işə düşür.
Yaltaqlıq,işverənlik o qədər artıb ki,insanların biri-birinə etibarı,inamı ölüb.Bunun da təbii ki,dərin kökləri,səbəbi var.Məşvərət Məclisi mitinqə hazırlaşır,amma kimlə,nə qədər adamla?İnsanlar qorxudan birləşə bilmir,hər hansısa partiyaya daxil olmur.Partiyaya qəbul olmamagının bir səbəbi də “Ana”müxalifətin fəaliyyətidir.Bu partiyalar həm də insanlarda nifrət yaratdı.
İnsanlarda bir ümüd yeri var,o da Sizsiniz.Lakin Sizə qarşı olan qadagalar insanları çaşdırır,inana bilmirki Siz gələ bilərsiniz.Bu ən başlıca məsələdir,xalq bilsə ki,Siz bu qadagaları sındırmaga nail ola bilərsiniz,o zaman hamı Sizin ətrafınızda birləşməyə can atar.Hələ iqtidar o tərəfə qalsın,satqının “ana”müxalifət bu qadagaları süni halda sadalayıb,xalqın ümüdini üzürlər.Ona görə də bu haqda işlər aparılmalıdır,Sizə qarşı süni halda yapışdırılan qadagalara qanuni son qoyulmalıdır.Beynalxalq qanunlar bu məsəyə rəy verməlidir,Sizin haqlı oldugunuzu bildirməlidir.Bu yolda ciddi işlər görülməlidir……..
Ey dili qafil millət,prezidentinizin bu video çıxışına diqqətlə baxın.Baxıb götür qoy edin,düşünün!Görün millət necə ələ salınır,təhqir olunur!O bu çıxışı ilə beynəlxalq aləmə,demokratik dünyaya izahat verir.Bu süni izahatda bir qorxu,təlaş var….O özü gözəl bilir ki,milyarder prezidentin milləti acından ölür,amma beynəlxalq aləm qarşısında artistlik edir,bu ag yalana qara don geydirir.