“…Üstlərinə Qışqıran Kimi Fəaliyyətlərini Dayandıracaqlar.”

“Bəzi pullu şəxslərin siyasi ambisiyaları ağıllarının imkanlarına uyğun gəlmir”

“Sabah qeyri-azərbaycanlı da prezident postunu pulla almaq niyyətində ola bilər”

Rusiyada yaşayan bir qrup tanınmış iş adamının yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) cəmiyyətdə böyük əks-səda doğurub. Buna səbəb isə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sözügedən qurumu yaradılmasına qarşı bəyanat verməsi olub.

Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Rusiyada azərbaycanlı oliqarxların yaratdığı qurumla bağlı Modern.az saytına açıqlama verib. O bildirib ki, bu addımın arxasında külli miqdarda kapital toplamış adamların siyasi ambisiyalarını gerçəkləşdirmək cəhdi dayanır. Lakin,  bu iddialarla həmin şəxslərin siyasi savadları uyğun gəlmir:

“Azərbaycanda seçkilərin saxtalaşdırılması və bütün problemlərin rüşvətlə həll olunduğuna görə bəzi pulu olan şəxslərin siyasi ambisiyaları ağıllarının imkanlarına uyğun gəlmir. Onları da qınamaq olmaz . Əgər bir ölkədə idarəetmə bu səviyyədədirsə, demək, o ölkədə istənilən sıfır intillektli adam da bu işi görə bilər”.

R.Quliyev hesab edir ki, təzyiq olunduqda o adamlardan bəziləri qurumu tərk edəcək:  “Həmin qurumda bir neçə ağıllı adamlar var və onlar heç bir siyasi oyunda oynamaq fikrində deyillər və istənilən vaxt o təşkilatdan çıxa bilərlər. Bəzi pullu ancaq ağıldan imkansızlar xaraktercə çox qorxaqdırlar, üstlərinə qışqıran kimi fəaliyyətlərini dayandıracaqlar. Bir sözlə Azərbaycanda vəziyyət o şəkildədir ki, sabahısı gün qeyri-azərbaycanlı millətindən olanlar da prezident postunu pulla almaq niyyətində ola bilərlər”.

***

Xatırladaq ki, sentyabrın 28-də ittifaqın Koordinasiya Şurasının ilk toplantısı keçirilib və ÜATİ adından Rusiyada fəaliyyət göstərən azərbaycanlıların bütün diaspor təşkilatlarına müraciət göndərilib, onlar yeni qurumda birləşməyə çağırılıb.
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvləri çox tanınmış simalardır. Bura Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov və başqaları daxildir.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

5 Cavab to ““…Üstlərinə Qışqıran Kimi Fəaliyyətlərini Dayandıracaqlar.””

  1. Salam prezident İlham Əliyev.mən isləmədimki sizin müəmmalı gəlişinizdən yazam.siz bir prezident olaraq qəhrəm Tər-tər xalqından gizlənərək gəldiniz getdiniz.Müharibə zamanı erməniyə birqarış torpaq belə verməyən 7 kəndi ermənidən azad eləmiş qəhraman Tər-tər xalqını Şəhidləri Qarabag əlilərini siz heç zibildə hesab eləmədiniz siz bu hərəkətinizlə bütün Tər-tərliləri təhqir eləniniz.Mən MTN rəyisi Raquf müəllimə dedimki prezident gələndə Süd zavodunu açdı işləyir siz deyin südzavodu məni himayəsinə götürsün Raquf dediki yox süd zavodu işləmir mən dedimki bəs prezident açlış elədi Raquf deyirki yox-yox işləmir gərək ora mütəxəsis gətirilə ondan sonra işləyə mən məktubla İHB mürəciyət elədim başçının köməkçisi də dediki sənin məktubunu başçı oxuyub lakin zavod işləmir.
    Mən DİN naziri R.Usubaova yazdıgım şikayət məktubunu sizə göndərmişəm ƏSMM naziri məni qəbul eləmir mən bunu prezident aparatına Rüfət Əlievə zəng elədim dedim siz PA deyin nazir Fizuli Ələkbərov Qarabag əlilini qəbul eləyin Rüfət.Ə mənə deyirki biz prezident aparatı nazirə söz deməyə səlahiyətimiz yoxdur mən dedimki siz ən aşaga təbəqəyə deyin Rüfət deyir biz salahiyətimiz yoxdur deyə bilmərik.Mən 21 sentaybrda PA Rüfət Əliyevə zəng elədim Rüfət müəllim mənə dediki sən get rayona mən İHB-na zəng edib tapşıracam sənin şikayətinə baxsınlar mən İH şoferinə zəhg elədim ki Rüfət müəlim başçıya nə deyib əgər deməyibsə mən PA Rüfət Əliyevə zəng edim mənə dedilərki Rüfət Əliyevə zəng eləmə sənin
    işlərin düzələcək.cənab prezident sizin gəlbgetməyinizi gözləyirmişlər mənim şikayətimə baxan olmadı.mən 17 oktayabrda PA Rüfət Əliyevə zəng elədim lakin Rüfət müəllim17-18-19-zu dəfələrlə zəng edirəm telefonun dəsədyini götürən yoxdur.PA-da Rüfət Əliyevin nömürəsi 4929625.ikinci nömürənidə bagalyıblar 4979625.cənab prezident deməli ƏSMM naziri Fizuli Ələkbərovdan Tər-tər rayonundan rüşvət aldıgına görə PA Rüfət Əliyev telfonun birini baglayıb birinədə cavab vermir.16-sı oktyabrda mənə nəməlum bir zəng olundu dediki mən ƏSMM nazirliyinin işçisiyəm mən soruşdum o dediki bir həftəyə nazir Fizuli Ələkbərov səni qəbul edəcək nazir Fizuli nəməlum nömrəylə mən Qarabag əlilini ələsalır Allaha and olsun.əgər nazir məni ələsalmlırsa siz deyin Fizuli Ələkbərov məni qəbul eləsin.Allaha and olsun nazir Fizuli Ələkbərov siz ptezident İlham Əliyevə arxalanmasa Qarabag əlilini təhqir eləməz ələsalmaz.cənab prezident sizə xidmət edən məmur mənə deyirki səninüç qızın var o qızlarına yazıgın gəlsin prezident İlham Əliyev uşaqlaqrını ogurlatdırar.cənab prezident sizə xidmət edən mənur mənə deyirki prezident İlham Əliyev Tər-tər rayonunun yarsını yalandan sənin üzünə məhkəmədə şahid eləyib məhkəmə səni dəli adı qoyub dəlixanaya salar
    prezident İlham Əliyev deyərki ona elə bir iynə vurunki meyit şikilinə düşsün lal kar olsun gələnin gedənin üzünə süs şəkildə baxsın. Cənab prezident vətəni qorumaq mənim borcumdur mən 19 ildir ki Qarbagda saglamlıgımı iki qılçamı itirmişəm indi budurmu prezidentin Qarabag əlilinə verdiyi qiyməti dəyəri münasibəti lakin siz dələduz maşenik əxalqsız tərbiyəsiz rüşvətxor Gülər Əhmədovanı müdafiyə edirsiniz siz Gülər kimilrinə qiymət verirsiniz bəlkə bunuda inkar edəsiniz.cənab prezident mən bir vətəndaş olaraq Qarabag əlili sizdən tələbedirəm bu mənim vətəndaş hüququmdur siz İlham Əliyev gösdəriş verəsiniz mənə avtamatkaropka maşın versinlər və nazir Fizuli Ələkbərovun mənə aşgırdıgı hesab nömürəmə pul köçürsünlər.Mən sizdən birdaha tələb edirəmki siz prezident İlham Əliyev xalqın qarşısına çıxın ABU-keçmiş rektoru Elşad Abdullayevin interinetdə yayımlanan video yazırarına münasibətinizi bldirəsiniz.Əgər sizin bu cinayət işlərində adam ogurlugundan xəbəriniz yoxdursa siz xalqın qarşısına çıxıb hesabat verməlisiniz.cənab prezident cavabınızı gözləyirəm.21-oktyabr 2012..

    ———————————————————————————————————————
    salam Rəsul müəllim mənəviyyat Allah tərəfindən insana verilən bir paydır Allahda o mənəviyyatı elə hər yoldan keçənə vermir və mənəviyyatıda pulnan almaq olmaz… xahiş edirəm oxuyun rəyinizi bildirin Rəsul müəllim.

  2. Hörmətli Rəsul müəllim,Rusiyada yaşayan bir qrup tanınmış iş adamının yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) cəmiyyətdə böyük əks-səda doğursa da mahiyətcə bu qeyri real,təşkil olunmuş bir oyundur.Bu gün milyardlar yeyəsi olmuş bu insanların keçmişinə nəzər salsaq görəcəyik ki,bu “oliqarxlar”müəyyən bir proseslərdən püxtələnmiş insanlardır.Bu insanlar heç zaman bu hakimiyyət əleyhinə addım atmaga cürətləri çatmaz,baxmayaraq ki,milyard yeysəsidirlə,hətta yeri gələndə bu insanlar “kölə”roluna girməyi də bacarırlar.Mənim üçün qaranlıq olan odur ki,bunların arasında Rüstəm İbrahimbəyovun da adı çəkilir.Axı bu adam bu millətin ziyalısı adı ilə çıxış edir,hakimiyyətə kəskin nifrətini bildirir.O zaman bu adamın adı bu sırada hallanır və Rüstəb müəllim bu məsələyə öz reaksiyasını bildirmir.Məncə bu adamlarla onun bir cəbhədə olması istər-istəməz sual dogurur.təsəvvürümüzdə xalq “qəhramanı”olan Rüstəm müəllim siyasi ideyasını dəyişir,yoxsa ?…..
    Məncə bütün bu məsələlər onu görsədir ki,bu hakimiyyət son anlarında hər bir hoqqabazlıq rolunu oyanaya bilər,amma biz ayıq olmalıyıq!

    • Rüstəm İbrahimov və ondan başqa kimlərsə o təşkilatda özlərinin sadəlöhvlüyündən təmsil olunublar.İndi hər şey üzə çıxandan sonra düşünürəm ki, onlarında pozisiyası dəyişəcək.

      • gold-dia@mail.ru Oktyabr 21, 2012 9:21 axşam

        Mən o təşkilatda adları sadalananın çoxunu təsadüfü,”Allah vergisi”deyilən “oliqarx”hesab edirəm.Elə bu təşkilatda post tutan və onların bu son məramlarından xəbəri olmayan İlham Rəhimovu da.Bu insanların cürəti olsa,Allah vergisi verilən varidatından 0.5 faizini xalqının indiki drumuna yönəldib onları cəmləşdirməyi düşünsə anlayarıq ki,bu hakimiyyətə etiraz,xalqa dəstək deməkdir.Lakin bu insanlar mən hamınızı yüz faiz əmin edirəm ki,nə qəpiklərindən keçərlər,nə də ki,onlarda cürət ola bilməz ki,hakimiyyətə qarşı addım atsınlar.

  3. Rəsul müəllim,Azərbaycan respublikasında Siz sayılıb-seçilən şəxsiyyətlərdən biri olmusunuz.Eyni zamanda həm mənəvi,həm də maddi imkanlarınızla,savadınızla,xalqa itəyinizlə digərlərindən seçilmisiniz.Həm yetim-yüsürə,xəstəyə,imkansıza etdiyiniz qaygıları,həm də Ulu öndərin SSRİ dövründə ev düstaglıgından azad olub(Qarbaçovun humanistliyi sayəsində,demək mümkünsə)vətənə dönüşündə də etdiyiniz hümanitar yardımları sadalamaq istəmirəm.Eyni zamanda bu yaxşılıqların müqavilində Sizə olan haqsızlıqlarlardan da xəbərim var.Kişi elədiyini deməz anlamı ilə yanaşsaq mən Sizin bəzi məsələləri deməməyi başa düşürəm,amma elə məsələlər var ki,bunlar xalqa çatdırılmalıdır.Düzdür çıxışlarınızda,analizlərinzdə müəyyən məsələlərə toxunsanızda bəzi mətləbləri açmırsınız.Amma bu hakimiyyət düşünülmüş halda qara böhtanla Sizə şər atıb xalqından ayırdı,indi də bu yaranın həm xalqa,həm də Sizə ziyanını müalicə etməkdə acizik.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: