Azərbaycan Xalqının Bel Sütununun Sındırılması

ACP lideri, eks-spiker Rəsul Quliyev Azpolitika.com vasitəsilə ona ünvanlanan  çoxsaylı suallardan ümumi respublika əhəmiyyətlilərinə cavablarını davam etdirir. 

– Azərbaycanın  ən şərəfsiz tarixinin bu yaxınlarda 20 ili tamam olacaq. Azərbaycanlıların belə şərəfsiz həyatı yaşamaqlarının səbəbləri dönə-dönə analiz edilməlidir. Heç olmazsa xalqın elitası adlandırılanların zehnlərini  bu istiqamətdə işlətməyə məcbur etmək lazımdır. Bu 20 illik tarixin 10 ili ata Əliyevin, 10 ili isə bala Əliyevin payına düşür. Azərbaycanın düşdüyü bu fəlakətli vəziyyətdən çıxması üçün  gərək biz ilk növbədə 2-ci 10 ildə  azərbaycanlıların daha böyük sürətlə deqradasiya etməsinin səbəblərini öyrənək. Xəstəyə düzgün diaqnoz qoyulmasa onu nəinki müalicə etmək mümkün deyildir, əksinə, müalicə fatal nəticə ilə qurtarar. Sözsüz, xəstə özü müalicə olunmaq istəyirsə. Ancaq bizim vəziyyətimizdə xəstə istəməsə belə, zorla müalicə etmək lazım gələcək.

İnsanların formalaşması orta məktəbdən başlayır. İstər orta məktəb siniflərində, istərsə də institut qruplarında, fakultələrində liderlər formalşmağa başlayırlar. Söhbət rejimlərin yaratdıqları liderlərdən getmir. Özlərinin savadı və şəxsi keyfiyyətlərinə görə formalaşan liderlərdən gedir. Bu liderlərin sayı minlərlədir. Və zaman keçdikcə sayları azalır. Məsələn, orta məktəbləri qurtaran 5-6 min liderin sayı institutlardan sonra 1000, işə başlyandan təqribən 5 il sonra 500-ə, 40 yaşına qədər 50-yə enir.

Heydər Əliyev belə liderlərdən biri olub. Çox kasıb ailədə yaşayan Əliyevin gənc yaşlardakı həyatı ölüm-dirimlə mübarizədə formalaşıb. Dərslərini kifayət qədər yaxşı mənimsəyən Əliyev o illərdən bir lider kimi formalaşmağa başlayıb. 50-ci illərin ortalarında buraxdığı səhv (onun qadın agentinin özünü öldürməsi) onun gələcək bütün karyerasına son qoya bilərdi. Bu hadisə onsuz da ehtiyatlı olan Əliyevi daha da qorxutdu və bu qorxu hissi onu 1987-ci ildə bütün vəzifələrindən azad edilənə qədər davam etdi. Liderin əsas keyfiyyətlərindən biri onda düzgün qərar qəbul etmək qətiyyətinin olmasıdır. Bu keyfiyyət təsadüfən və ya kiminsə protejesi ilə vəzifə tutmağla formalaşa bilməz. Əliyev tutduğu kiçik polis vəzifəsindən tutmuş ölkənin prezidenti olana qədər daima qərar qəbul etmək məcburiyyətində olub. Qəbul edilmiş qərardan insanın gələcək taleyinin necə asılı olduğunu bilən Əliyev çox ehtiyatla bu işi görürdü. Uzun müddət müzakirələr aparırdı. Ekstremal vəziyyətlərdə qərarın nəticəsinin necə olacağını bilmədiyindən ümumiyyətlə qərar qəbul etmək istəmirdi.

Naxçıvandan Bakıya dönəndən sonra hansı rejimi qurmaq istədiyini bilirdi. Daha doğrusu, ondan başqa heç kim bilmirdi. Əgər  nə istədiyi bilinsəydi heç kim, heç vəchlə onu hakimiyyətə gətirməyə cəhd etməzdi. Əliyevin özünün diktatura rejimli  imperiyasını qurmaq planı 3 il ləngitdi. Sürət Hüseynov, Cavadov qardaşlarının silahlı qüvvələru və sözsüz ki, əsasən mən parlamentdə bu imperiyanın yaradılmasında mane yaradan amillər idik.

1987-ci ildə artıq Qarbaçovla dil tapdığına əmin olan Əliyevin qəfildən istefaya göndərilməsi onda hakimiyyəti itirmək təşvişi yaratmışdı və o təşviş ömrünün axırına qədər onunla yaşadı. Əliyev hakimiyyətini itirməmək üçün çox mürəkkəb kombinasiyalarla, mütləq mənada cinayət yolu ilə korrupsiya və rüşvət rejimini yaratmağa başladı. Əgər o ölməsəydi lap yataqda olsaydı belə bu gündə prezident idi. O əmin idi ki, hakimiyyəti saxlamaq üçün əsas yol heç kimin əlində güclü finansın, daha doğrusu, pulun cəmləşməsinə imkan verməməkdir. Ona görə də o rüşvət yolu ilə pulu öz nazirləri və icra başçılarından alırdı. Birincisi, pulun kimlərdəsə toplanmasına imkan vermirdi. İkincisi, ətrafındakıların hamısını cinayətkar etmişdi.

Ona görə də 2003-cü ildə artıq yüzlərlə cinayət törətmiş məmurlar İ.Əliyevin prezident olması üçün elə canfəşanlıq edirdilər. Yaxşı bilirdilər ki,hakimiyyətə kim gəlsə onları çox asanlıqla zindanlara tullayacaqlar. Əllərində hələ kifayət qədər pulları da yox idi ki, qaçıb xaricdə cah-cəlala yaşaya bilsinlər.

İ.Əliyev atasından fərqli olaraq heç vaxt lider olmayıb. Nə orta məktəb də, nə də institutda. Hətta Moskvada imtahan verə bilmədiyinə görə (atası Politbüronun üzvü olmasına baxmayaraq) Kiyevdəki instituta keçirilib. İngilis dilini öyrənməsi elə bir şücaət deyildir. Prezident olana qədər o bir dəfə də olsun heç bir böyük və ya kiçik qərar qəbul etməyib. Ömrü boyu yeyib, içmək məclislərini həyatın meyarı hesab edən şəxs sösüz ki, prezident olandan sonra da bu həyat tərzini davam elətdirdi. Ətrafındkılara kifayət qədər azadlıq verdi. Əliyevin prinsipini, yəni “pul ancaq məndə olmalıdır” prinsipini dəyişdirdi. Yeni prinsiplə, yəni “ayda bu qədər  mənim haqqımı gətir ver, sonra get nə istəyirsən elə” prinsipi ilə işləməyə başladı. Daha doğrusu, həyat tərzi onu buna vadar etdi. Heç kimin əlində pul olmasını təmin etmək üçün gərək gündə azı 10 saat işləyəsən, kimin haradan nə qədər rüşvət aldığını biləsən, sonra o adamın zəif tərəflərini gözünə soxub hədələməklə məcbur edəsən yığdıqlarını gətirib qaytarsın. Bu ağır işlərin başlanığıcı və sonunu təsəvvür etməyən Əliyev xalqı daha da amansızlıqla talamağa start verdi. Əvvəl-əvvəl çox sevinən məmurlar bir müddətdən sonra (məsələn 2005-ci ildə) zəif də olsa etiraza başladı. Sonrakı illər daha ağır ssenari ilə inkişaf etməyə başladı. Ölkədə dünyanın heç bir yerində analoqu olmayan Ziya Məmmədov tipli 10-larla heç nədən başlayıb milyarder olanlar ortaya çıxdı.  Ölkədəki hərc-mərclik və prezidentin ümumiyyətlə hadisələrin inkişafını öyrənmək istəməməsi bürokratiya xaosu yaradıb. Prezidentin qərarları analizdən yox, kimin ona birinci deməsindən asılıdır. Alternativ mülahizələrə qulaq asmır. Birinci deyənin fikrini öz qərarı kimi təqdim edəndən sonra “mən prezidentəm, belədə olmalıdır” deyib başqasının ağzından vurur.

Əlbəttə belə münasibət bir çoxlarını artıq cana gətirib və hər bir nazir özünü onunla müqayicə edəndə nəyə görə, “mən prezident olmamalıyam” düşünür.

Azərbaycanla normal ölkələrin arasında fərq faciəvidir. Başqa ölkələrdə prezidentliyə layiq, kifayət qədər mənalı və real həyat yaşamış, kiçik vəzifələrdən başlayaraq böyük vəzifələrə qədər inkişaf etmiş 10-larla namizədlərin olduğu halda, bizim ölkədə bu keyfiyyətlərə malik azsaylı insanları da seçkilərə buraxmırlar. Bizim ölkədə pulu olan və əlindən fırıldaqçılıq gələnlərin hamısının ürəyindən ciddi şəkildə prezident olmaq keçir. H.Əliyevin yaratdığı nazirlər və başqa rəhbər vəzifədə olanlar bir-birilə qatı düşmən olmalıdır  sistemi bu gündə işləyir. Onların prezident olmaq ambisiyaları bir-biri ilə toqquşub yuxarı çatmamış yoxa çıxır. Bu neqativ bazanın üzərində qurulub bu rejimin fundamenti, ona görə də onun bir kərpici çıxarılsa binası uçub dağılacaq.

Eyni regionda yaşasaq da biz nə gürcü, nə də ermənilərə tay ola bilmədik. Əliyevlərin 20 illik fəaliyyəti nəticəsində əgər biz gürcü və ermənilərdən (onların suverenlik aktları qəbul etməsi və SSSR-nin tərkibində qalmaq istəyirsən referendumuna getməməsi, Avqust putçunu dəstəkləməməsi )1991-ci ildə 1-2 il geri qalırdıqsa, indi azı 20 il geridəyik.

-Özünün azadlığı uğrunda bu qədər qurbanlar və Sovet imperiyasına qarşı qalxan xalq (1990-cı il yanvar hadisələri) niyə bu günə düşdü, onun necə xrebetini (bel sütunu) sındıra bildilər.

– Xrebetin (Bel Sütunu) sındırılması elə həmin 1990-cı il yanvarından başlayır. O hadisədən sonra Azərbaycanda bir dəfə belə olsun əzəmətli etiraz mitinqi keçrilə bilmədi. Hətta Xocalı hadisəsi və Mütəllibovun istefa tələbinə maksimum 10-15 min adam toplaşmışdı…

Davamı var

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

9 Cavab to “Azərbaycan Xalqının Bel Sütununun Sındırılması”

  1. maraqlı yazıdır.. söhbət hələki xəstəliydən gedir..mülicədə ilişmişik

    • Köhnə dost,hamı belə düşünsə bu xəstəliyin müalicəsi olmayacaq.Bütün xəstəliklərin dərmanı təbiətdə oldugu kimi,siyasətin də dərmanı xalqdır.Xalq özünü dərk edə bilsə deməli bütün xəstəliklərə dərmandır.Əfsuslar olsun ki,xalq indi Azərbaycanda alaq otuna bənzəyir.Odur ki,bel sütunumuz sınıb onu müalicə etməkdə acizləşmişik.Çünki hamı tısbaga kimi qınına çəkilib,seyr edir.

  2. Azərbaycan Xalqının Bel Sütununun Sındırılması ambisiyası xalqın böyük etimadından,inmamından irəli gəldi.Kim bilə bilərdi ki,etimad görsətdiyin,inandıgın,süni halda “göylər zirvəsinə qaldırdıgın bir şəxs bu xalqın bel stununu sındırıb onu aciz,yazıq bir hala sala bilər?4 ildə 4 rəhbər dəyişməyi bacaran bu xalq bezərək etimadını,inmamını Ulu öndərində gördü.Lakin anlamdaı ki,SSRİ kimi dövlətin KQB-sində təmkilləşən bu şəxs ömrünün son anında,respublikasının işgalı dövründə belə bir hisslərə qapıla bilər.Bu analoqu olmayan bir faciədir,belə bir faciə heç təbiət aləmində də baş vermir.Hətta XİROSİMAYA ATILAN ATOM BOMBASI da bu faciənin yanında yalan olub.Bu faciə xalqın genində elə bir xəstəlik yaradıb ki,hələ də dərmanını tapmaqda acizik.

  3. Bel Sütunu sınan təkcə başına qapaz vurulan xalq deyil,eyni zamanda Ulu siyasətində xalqın varidatının talanmasından başı hərlənən Əli İnsanovu,Fərhad Əliyevi,Akif Muradverdiyievi,elə Elşad Abdullayevi,Gülər Əhmədovu,eyni zamanda sabah bu aqibətlə üzləşməli olan Əli Əhmədovu,Ramiz Mehdiyevi və digərləri də anlayacaq ki,xalqın bel sütunu sınmışdısa da, bunların həm də qafa sütunları da sınıbmış.Bunu hamısı bir-bir görəcək,amma vaxtında bu anlamı qana bilməyəcəklər!

  4. Oktyabrın 20-də keçirilən aksiya bir daha görsətdi ki,hakim ailənin hegomonlugu məzlum xalqın taleyindən vacibdir.İqtidar qullarının məzlum,aciz xalqın söz deməyə cürəti çatan bir sıra fəallarına etdiyi sitəmlər bunu bir daha təstiqlədi.Bir daha aydın oldu ki,hakimiyyət hər bir zorakılıga yol verməyə hazırdır.Xalq isə bunu anladıgından həmişəki kimi susmagı üstün tutur.Lakin anlaya bilmir ki,bu zorakılıqlar xalqı qorxuzmaq üçündür.9 milyonluq xalqı qazamata salmaq müşkül məsələdir və buna heç texniki imkan da yoxdur.Yenə də beş-on nəfər inzibatı cəzalarla cəzalandırılıb xalqa xox gəlinəcək.Hicab aksiyası isə görsətdi ki,zora-zorla cavab vermək olar,bu şərtlə ki,beş-on nəfərlə yox ümumi xalq kütləsi ilə hərəkətə gələsən.Hiss olunur ki,hakimiyyətdən nəinki qorxur,Kərbalanın sözü olmasın həm də üyüdür.Yazıqlar olsun ki,bunu görə,dərk edə bilmirik.

  5. Atalar sözü var:”sirkə nə qədər dünt olsa,öz qabını çatladar”.Bu hakimiyyət Saakaşvilidən ibrət götürməsə taleyi möcüzəli olacaq.Heyif ki,bunu anlamırlar.Mən bu hakim ailənin kürsüsünə görə xalqına sitəm tutan qulları,polisləri lənətləyib,sizlər yazıq,kor və nankorsunuz deyirəm!Bir gün gələcək sizlər indiki mındarlıgınızın şahidi olacaqsınız.Və hamınız,jurnalistlər kamerasında yaddaşda saxlanan,eyni ilə kameralara düşməyib bu qullara göstəriş verənlər xalq qarşısında dizin-dizin sürünəcəksiniz,necə ki sizlər haqqını tələb edən bu xalqı sürüyürsünüz.

  6. Ag Evə kim rəhbərlik edəcək olayı bütün dünyanı maraqlandırır.Ən başlıcası isə budur ki,Ərəb ölkələrindəki proseslərdən sonra bu olaya başı qarışan AG EVİN müəyyən ölkələrin rəhbərləri hələlik özlərində təskinlik tapmaqlarına baxmayaraq bilirlər ki,bu olaydan sonra canlarına vəlvələ düşəcək.Bunlar üçün ən qorxulusu isə Mitt Romnedir.

  7. Ekspertiza aparılması üçün məzarı açılan Türkiyənin səkkizinci prezidenti Turqut Özalın nəşində zəhərlənmə əlamətləri aşkarlanıb.İlkin məlumatlara görə, Özalın nəşində “striknin keratin” adlı zəhərli maddə olduğu bildirilib. Zəhərli maddənin Turqut Özalın yemək yaxud içkisinə qarışdırılmış ola biləcəyi qeyd olunur.
    Allah evinizi yıxsın,kresloya görə insan həyatına belə qəsd etməkdən çəkinmirlər bu yırtıcılar.Mütləq onun ölümündə Ulunun və əziz dotu-qardaşı süleymanın əli var.

  8. Britaniya qəzeti Azərbaycan rəhbərini sərt epitetlərlə tənqid edərək qəddarlıqda Qəzzafiyə bənzədib.
    Əslində isə Qəzzafi Azərbaycan rəhbərindən bir çox üstün cəhətləri var idi.Çünki onun ölkəsində kasıblıq,aclıq yox idi,kimliyindən asılı olmayaraq hər dogulan uşaga 7 min dollar bank hesabı açılırdı,evlənən gənclər dövlət hesabına evlə təmin olnurdu,ümumiyyətlə xalqını dolandırırdı,əhalisi yüksək səviyədə yaşayırdı..Qəddafi içki içmir, zinadan uzaqdır, Quran hafizidir,türkpərəstdir.
    Lakin Azərbaycanda isə xalq acından ölür,kasıblıq son həddə çatıb.Korrupsiya və rüşvətxorluğ,manopoliya tügyan edir,iş tapa bilməyən insanlar xaricə axışır.Azərbaycanın varidatı talanır,insanların hüquqları müntəzəm pozulur,əlindən malı-mülkü zorla alınır.Hamı bir ailənin qarşısında zəlil olub,rəhbər isə milyardları xaricə daşıyır,qumarxanalara dagıdır,keyfindən qalmır,onun-bunun ailəsinə sataşır,zinalıq edir,ölkəsindəki böhrandan isə xəbəri yoxdur.İmza atdıgı Konstitusiyanın qanunlarını tapdalayır,insanların bu işkəncələrə qarşı etirazına imkan vermir,aksiya iştirakçılarına divan tutulur,həbsxanalara atılır,millət qorxu içində saxlanır.
    Britaniya qəzetinin onu qəddarlıqda Qəzzafiyə bənzətməsinə səbəb məncə bir amil var.Çünki hər ikisi də xalq tərəfindən süni olaraq ilahiləşdirilib,əl çatmaz zirvəyə dönüblər,öz keçmişlərini unudublar.Qəzzafi bir müsahibəsində jurnalistin ”- Niyə özünüzü ilahiləşdirirsiniz?
    – Neyləmək olar, xalq belə tələb edir!”demişdir.
    Bax budur bizim bəlamız,əvvəl ilahiləşdiririk,sonra isə kiçilib alçalırıq,rəzil oluruq,insan yerinə qoyulmuruq!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: