“İP Məşvərət Məclisi İlə Birləşməlidir”

ACP lideri, eks-spiker Rəsul Quliyev Aznews.az-ın bir qrup müxalifətçi gəncin oktyabrın 20-də keçirdiyi uğursuz aksiya ilə bağlı iki sualını cavablandırıb.

 

– Rəsul müəllim, muxalifətin 20 oktyabr aksiyasına münasibətiniz necədir?  

– Son bir ildə uzun fasilədən sonra eyni ssenari və eyni adamlar tərəfindən, daha zəif təşkilatlanmaqla keçirilmiş aksiyadır. İP bu aksiyanı gənclərin aksiyası adı altında keçirməklə nə istəyirdi, başa düşmək olmur. 5-6 ay bundan öncə İP-in liderlərindən biri mənimlə debatda “sentyabrda biz höküməti getməyə məcbur edəcəyik” deyə qışqırırdı, deməli o, bu aksiyanı nəzərdə tuturmuş. Vay bizim halımıza.

 

– Sizce, niyə aksiyada cox sayda insan iştirak etmədi?…

– İP müxalifətin güc mərkəzi hesab edənlərin sayı o qədərdir. Quba hadisələri ilə müqayisə edin və onların camaat qorxur iddialarına münasibət bildirin. Düşünürəm ki, İP-in liderləri bu təşkilatın ləğv olunmasını istəyirlər ancaq bilmirlər bunu necə etsinlər. Daha doğrusu, bu addımlarını qəhrəmanlıq addımı kimi təqdim etmək üzərində baş sındırırlar, ancaq tapa bilmirlər. Düşünürəm ki, onların xalqı aldada bilmək resursları maydan qurtarmışdı, bu maskaradı düzəltməyə ehtiyac yox idi.

Özünüz diqqət yetirin, Moskvada heç vaxt siyasətlə məşğul olmayan insanların bir neçə ambisioz, ancaq potensialı olmayan adamla birləşməsi ölkə daxilində necə rezonans yaratdı. Hökümət açıq-aşkar qorxduğunu göstərdi. Ancaq ölkənin daxilində özünü güc mərkəzi adlandaranların aksiyalarından faktiki hökümətin başında duranlar heç xəbər tutmaq istəmir.

Düşünürəm ki, bu təşkilatın liderləri demokratik seçki konfransının bəyənnaməsini oxumalıdır (mən əminəm ki, liderlərin bir çoxu heç o bəyannaməni oxumayıb) və gəlib Məşvərət Məclisi ilə birləşməlidirlər. Əgər özlərinin şəxsi maraqlarını daha üstün hesab edirlərsə, açıq elan edib görsünlər, məsələn, hansı isə bir deputatın sürücüsü ilə separat danışıqlar apara bilərlər, ya yox. Ya da gözləsinlər, tezliklə Azərbaycan keçmiş sovet məkanında və ya Yaxın Şərqdə demokratiyanın beşiyidir hökümətin yazdığı bir kağıza imza atıb beynəlxalq təşkilatlara göndərsinlər.

İmkan var ki, 2015-ci ildə ağalar onlara 2-3 deputat yeri verər, mübarizələrini bu yerlərin uğrunda genişləndirsinlər. Bir müsavatçı var idi yazısında məni hədələmişdi. Bizim də ona etika ilə əlaqədar suallarımız var yazmışdıq. İkinci dəfədir müraciət edirəm, gəlin bu etika məsələsini müzakirə edək, mən hazıram. Hər birimizin 18 yaşından bu günə qədər yaşadığımız həyatın etik və əqidə anlarını ortaya qoyaq. Onda bir sıra adamların ümumi qəbul edilmiş etik və əqidə normaları ilə yaşamadığı ancaq öz şəxsi maraqlarına qulluq etməsi ortaya çıxar.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

5 Cavab to ““İP Məşvərət Məclisi İlə Birləşməlidir””

  1. Rəsul müəllim,əvvəla Qurban bayramınız mübarək,gün o gün olsun ki,2013-cü ildə Qurban bayramını vətənimizdə xalqımızla birlikdə keçirmək üçün Rəhbər təbriki vermək nəsibiniz olsun!
    Muxalifətçi gənclərin 20 oktyabr aksiyasına münasibətinizdən narazılıgınız mən belə düşünürəm ki,həqiqətən Sizi çox düşündürür və daxilən çox üzülürsünüz.Respublikada baş verən yaramazlıqları bitdə bitdə xalqa açıqlamaqdan nəticə çıxarmayan millətin biganəliyi,laqeydliyi Sizi agrıdır,sarsıdır.Ürək yangısı ilə bildirdiyiniz iradlarınızı isə bir sıra “əqidəsi naməlum” müxalifətçilərin nəticə çıxarmaq əvəzinə öz xeyirlərinə don geydirmələrindən bir daha aydın olur ki,həqiqətən bu insanlar xalqın birliyinə qarşı iqtidar nümayəndələrindən daha çox təhlükəli ziyanvericilərdir.Özlərini bu 20 ildə xalqın baş biləni hesab edən bu “qəhramanlar”a xalq tərəfindən o dərəcə də nifrət var ki,biz bu aksiyalarda beş-on nəfərin dubinkanı,türməni mərdi mərdana gözünün qarısına qorxmadan “Azadliq!”, “Istefa!” hayqırtısını dəyərlindirməli,alqışlamalıyıq.Hakimiyyətin yaramaz bir sistemində bogulan xalqın əvəzinə qəddar hakimiyyətin qolu zorlu dəstələrinin üzərinə göz qırpmadan şıgayan bir dəstə gənc sübut edir ki,buzlaşan,rəzil bir xalq üçün örnək,nümunədir.Xüsusi ilə 6 aylıq körpəsi ilə Fəvvarələr Meydanında etiraza çıxmış,qorxmadan “İstefa” qışqıran gənc ana Gülnaz Məmmədlinin isə hayqıraraq mən sizin yerinizə çıxmışam deməsi süstləşən,passivləşən bu xalq üçün utan,xəcalət çək deməkdir.
    Rəsul müəllim,Siz siyasətçisiniz və üzü çay daşından sürtük olan bu üzdən iraq “qəhrəman”müxalifət liderlərini Məşvərət Məclisi İlə Birləşməyə səsləməyinizi mən alqışlayıram.Bu Sizin böyüklüyünüzdən,Aliliyinizdən xəbər verir.Qoy məsuliyyət onların üzərinə düşsün,vicdanını satan bu “qəhramanlar”a onsuzda xalq nifrət edir.Mən bir neçə dəfə şərhimdə yazmışam,azadlıgını düşünən xalq ilk növbədə qəddar hakimiyyətinə qarşı mübarizədən əvvəl vicdanını satan “baş bilən”müxalifətini tüpürcək atəşinə tutub lənətləməlidir.

  2. Allah Cəlil Məmmədquluzadəni də onun “Ölülərini”də,Kefli İsgəndərini də rəhmət etsin.Əgər Kefli İsgəndər sag olsaydı,mütləq üzünü “Ana müxalifət”liderlərinə tutub deyərdi:”Tfu sizin üzünüzə ey milləti rəzil,süst,biganə vəziyyətinə salan filankəslər.Heç utanmadınızmı,xəcalət çəkmədinizmi millətin taleyini,mənliyini vicdanınızı iqtidarın bir çürük “xurmasına satanda?Yadınızda saxlayın ki,bir gün gələcək bu rəzil günə qoydugunuz millət sizin iç üzünüzü anlayıb üzünüzə tüpürərək lənətləyəcək”.

    • Hörmətli Gold Siz həmişə məntiqli şərhlər yazırsınız,amma icazənizlə Kefli İsgəndəri mən tərənnüm edim:

      Baxın! Baxın! Yaxşı baxın! Diqqәtnәn baxın! Sizin tarixlәrinizin kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: (ucadan) tufu sizin üzünüzә! “Tüpürür “Ana müxalifət”liderlərinə,iqtidarın yaltaqlarına və camaata tәrәf”. Hamı başını aşağı salıb dinmir).
      Bu sözlәri sizә demәkdә elә xәyal elәmәyin ki, mәn sizi pislәyib, özümü tәrif etmәk istәyirәm. Yox, yox! Bunu bilirәm ki, mәn heç bir şeyәm. Mәn çöllәrin otuyam, küçәlәrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mәn dünyada heç bir şeyәm. Әgәr mәn bir şey olsaydım, cibimdәn bir bomba çıxarıb (әlini uzadıb cibindәn araq şüşәsini çıxardır) bu Azərbaycanı bir saniyәnin içindә havaya dağıdıb, İqtidar lotularını kәrpiclәrin altında diri-diri dәfn edәrdim. Amma qorxmayın, mәnim әlimdәn elә şeylәr gәlmәz. Bu araq şüşәsidir vә Hakim ailə ölkənin varidatını talayanda yaltaqlar ona təriflər söyləyəndə,müxalifət isə vicdanını çürük xurmaya satanda mәn bu şüşәdәn araq içәrdim.Amma sizlərdən soruşmaq lazımdır ki,ey cüvəllagılar,axı siz kimsiniz ki,xalqın baş biləni olmusunuz,onun adından dilmanclıq edirsiniz?Ey qarpız satanlar,ey üç eşşəyin arpasını bölə bilməyən nadürüstlər,bəsdirin abır,həya edin.Nə olsun ki,bu xalq sizlərə etimad görsətdi,cəmisi bir il çəkmədi savadsızlıgınızdan,səriştəsizliyinizdən “ULUNUZA”dəvət edib etimad görsətdiniz,o da sizi kəllə mayallaq edib kreslonuzdan aşırdı.İndi nə istəyirsiniz bu xalqdan?Artıq gecdir,20 ildir aldatdıgınız xalq sizlərə inanmır,haray-həşir salmagınıza məhəl qoymur,bəsdirin,abır-həya edin,əl çəkin bu biçarə millətdən!Qoy bu biçarı xalq özü öz başına bir çarə qılsın!

  3. Zəlimxan Yaqub kimi şairimizi də Saray şairi etdilər bu nadürüstlər,amma tikanlı sözlərini şair deməyə cürət də tapdı.

    Mən qurban görmüşdüm qoçdan,quzudan,
    Mən qurban görmüşüdüm,qoyun qurbanı.
    Belə bir milləti,belə bir xalqı
    Gör kimlər elədi oyun qurbanı!
    Tutaq ki,qaytardıq Şuşanı,qardaş,
    Talanan namusu,tökülən gözü,
    Tapdanan isməti kim qaytaracaq?!
    Anadan,bacıdan,qızdan,gəlindən
    Alınan qisməti kim qaytaracaq?
    Dogranan qolları,donan qıçları,
    Kəsilən başları kim qaytaracaq?!

    Hələ tapammırıq oyunçuları,
    Ortada şıdırgı bir qumar gedir,
    Allahlar yenə də almagındadır,
    Satanlar yenə də satmagındadı.
    Yenə mürgüdədi mürgü döyənlər,
    Yatanlar yenə də yatmagındadı.

    Xalqın taleyini hərraca qoymaq,
    Ən böyük siyasi fahişəlikdir,…
    Evinin içində didərgin olan,
    Yeganə millətik bu yer üzündə…
    Qaçqınlıq peşəyə çevrilir indi,
    Olmuşuq hamımız peşə qaçqını…

    Yedilər,içdilər,doydular, babam,
    Axır yaman dünə qoydular,babam,
    Bu xalqı o qədər soydular,babam,
    Daha soyulmaga dərisi yoxdu.

    Bəlkə meyitlərik bu yer üzündə?
    Sizi qınayıram, canlı meyitlər,
    Sizi qınayıram, barsız söyüdlər…

    Bizə nə lazımdır?
    Agız birliyi,
    Ag bəxtə yol açan,ag üz birliyi,
    Qıpçaq qıvraqlıgı,Oguz birliyi,
    Olsaydı Xətai-Yavuz birliyi-
    Axmazdı ildırım,çaxmazdı şimşək,
    Bu gün yumruq kimi birləşə bilsək!
    Yuyardıq tarixi günahları da,
    Bu gün yumruq kimi birləşə bilsək!

    Zaman söküb-tökəcək maskaları,donları,
    Sabunlu kəndir tapıb,xalq asacaq onları!…

  4. Silvio Berluskoni seks qalmaqalları ilə bağlı 2011-ci ilin noyabr ayında baş nazir postundan istefa verib. Milan Məhkəməsinin qərarı isə seks qalmaqalları ilə deyil, vergi qaçaqmalçılığı ilə əlaqədardır. Silvio Berluskoninin sahibi olduğu “Gruppo Mediaset” media şirkəti ABŞ filmlərini yayımlamaq üçün lazım olan hüququ xaricdəki şirkətlərin vasitəçiliyi ilə əldə edib və vergidən yayınmaq üçün ödəmələr barədə yalan məlumat təqdim edib. Nəticədə 3 min filmlə bağlı vergidən yayınma nəticəsində 250 milyon avro gəlir əldə olunub. Milan Məhkəməsinin qərarı Silvio Berluskoninin 3 il ictimai sahədə fəaliyyətinə qadağa qoyulmasını da nəzərdə tutur.
    Oktyabrın 26-da Milan Məhkəməsi tərəfindən vergidən yayınmaqda günahlandırılaraq İtaliyanın sabiq baş nazirini 4 il azadlıqdan məhrum edir.
    Təsəvvür edin ki,Silvio Berluskoninin əməlləri bizimkilərin yanında sıfıra bərabərdir.Bəs görəsən İtalya dövlətinin səlahiyyəti olsaydı Azərbaycanda xalqın varidatını ogurlayan iqtidar üçün nə qərar çıxarardı?!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: