– Rəsul müəllim, muxalifətin 20 oktyabr aksiyasına münasibətiniz necədir?
– Son bir ildə uzun fasilədən sonra eyni ssenari və eyni adamlar tərəfindən, daha zəif təşkilatlanmaqla keçirilmiş aksiyadır. İP bu aksiyanı gənclərin aksiyası adı altında keçirməklə nə istəyirdi, başa düşmək olmur. 5-6 ay bundan öncə İP-in liderlərindən biri mənimlə debatda “sentyabrda biz höküməti getməyə məcbur edəcəyik” deyə qışqırırdı, deməli o, bu aksiyanı nəzərdə tuturmuş. Vay bizim halımıza.
– Sizce, niyə aksiyada cox sayda insan iştirak etmədi?…
– İP müxalifətin güc mərkəzi hesab edənlərin sayı o qədərdir. Quba hadisələri ilə müqayisə edin və onların camaat qorxur iddialarına münasibət bildirin. Düşünürəm ki, İP-in liderləri bu təşkilatın ləğv olunmasını istəyirlər ancaq bilmirlər bunu necə etsinlər. Daha doğrusu, bu addımlarını qəhrəmanlıq addımı kimi təqdim etmək üzərində baş sındırırlar, ancaq tapa bilmirlər. Düşünürəm ki, onların xalqı aldada bilmək resursları maydan qurtarmışdı, bu maskaradı düzəltməyə ehtiyac yox idi.
Özünüz diqqət yetirin, Moskvada heç vaxt siyasətlə məşğul olmayan insanların bir neçə ambisioz, ancaq potensialı olmayan adamla birləşməsi ölkə daxilində necə rezonans yaratdı. Hökümət açıq-aşkar qorxduğunu göstərdi. Ancaq ölkənin daxilində özünü güc mərkəzi adlandaranların aksiyalarından faktiki hökümətin başında duranlar heç xəbər tutmaq istəmir.
Düşünürəm ki, bu təşkilatın liderləri demokratik seçki konfransının bəyənnaməsini oxumalıdır (mən əminəm ki, liderlərin bir çoxu heç o bəyannaməni oxumayıb) və gəlib Məşvərət Məclisi ilə birləşməlidirlər. Əgər özlərinin şəxsi maraqlarını daha üstün hesab edirlərsə, açıq elan edib görsünlər, məsələn, hansı isə bir deputatın sürücüsü ilə separat danışıqlar apara bilərlər, ya yox. Ya da gözləsinlər, tezliklə Azərbaycan keçmiş sovet məkanında və ya Yaxın Şərqdə demokratiyanın beşiyidir hökümətin yazdığı bir kağıza imza atıb beynəlxalq təşkilatlara göndərsinlər.
İmkan var ki, 2015-ci ildə ağalar onlara 2-3 deputat yeri verər, mübarizələrini bu yerlərin uğrunda genişləndirsinlər. Bir müsavatçı var idi yazısında məni hədələmişdi. Bizim də ona etika ilə əlaqədar suallarımız var yazmışdıq. İkinci dəfədir müraciət edirəm, gəlin bu etika məsələsini müzakirə edək, mən hazıram. Hər birimizin 18 yaşından bu günə qədər yaşadığımız həyatın etik və əqidə anlarını ortaya qoyaq. Onda bir sıra adamların ümumi qəbul edilmiş etik və əqidə normaları ilə yaşamadığı ancaq öz şəxsi maraqlarına qulluq etməsi ortaya çıxar.
Rəsul müəllim,əvvəla Qurban bayramınız mübarək,gün o gün olsun ki,2013-cü ildə Qurban bayramını vətənimizdə xalqımızla birlikdə keçirmək üçün Rəhbər təbriki vermək nəsibiniz olsun!
Muxalifətçi gənclərin 20 oktyabr aksiyasına münasibətinizdən narazılıgınız mən belə düşünürəm ki,həqiqətən Sizi çox düşündürür və daxilən çox üzülürsünüz.Respublikada baş verən yaramazlıqları bitdə bitdə xalqa açıqlamaqdan nəticə çıxarmayan millətin biganəliyi,laqeydliyi Sizi agrıdır,sarsıdır.Ürək yangısı ilə bildirdiyiniz iradlarınızı isə bir sıra “əqidəsi naməlum” müxalifətçilərin nəticə çıxarmaq əvəzinə öz xeyirlərinə don geydirmələrindən bir daha aydın olur ki,həqiqətən bu insanlar xalqın birliyinə qarşı iqtidar nümayəndələrindən daha çox təhlükəli ziyanvericilərdir.Özlərini bu 20 ildə xalqın baş biləni hesab edən bu “qəhramanlar”a xalq tərəfindən o dərəcə də nifrət var ki,biz bu aksiyalarda beş-on nəfərin dubinkanı,türməni mərdi mərdana gözünün qarısına qorxmadan “Azadliq!”, “Istefa!” hayqırtısını dəyərlindirməli,alqışlamalıyıq.Hakimiyyətin yaramaz bir sistemində bogulan xalqın əvəzinə qəddar hakimiyyətin qolu zorlu dəstələrinin üzərinə göz qırpmadan şıgayan bir dəstə gənc sübut edir ki,buzlaşan,rəzil bir xalq üçün örnək,nümunədir.Xüsusi ilə 6 aylıq körpəsi ilə Fəvvarələr Meydanında etiraza çıxmış,qorxmadan “İstefa” qışqıran gənc ana Gülnaz Məmmədlinin isə hayqıraraq mən sizin yerinizə çıxmışam deməsi süstləşən,passivləşən bu xalq üçün utan,xəcalət çək deməkdir.
Rəsul müəllim,Siz siyasətçisiniz və üzü çay daşından sürtük olan bu üzdən iraq “qəhrəman”müxalifət liderlərini Məşvərət Məclisi İlə Birləşməyə səsləməyinizi mən alqışlayıram.Bu Sizin böyüklüyünüzdən,Aliliyinizdən xəbər verir.Qoy məsuliyyət onların üzərinə düşsün,vicdanını satan bu “qəhramanlar”a onsuzda xalq nifrət edir.Mən bir neçə dəfə şərhimdə yazmışam,azadlıgını düşünən xalq ilk növbədə qəddar hakimiyyətinə qarşı mübarizədən əvvəl vicdanını satan “baş bilən”müxalifətini tüpürcək atəşinə tutub lənətləməlidir.
Allah Cəlil Məmmədquluzadəni də onun “Ölülərini”də,Kefli İsgəndərini də rəhmət etsin.Əgər Kefli İsgəndər sag olsaydı,mütləq üzünü “Ana müxalifət”liderlərinə tutub deyərdi:”Tfu sizin üzünüzə ey milləti rəzil,süst,biganə vəziyyətinə salan filankəslər.Heç utanmadınızmı,xəcalət çəkmədinizmi millətin taleyini,mənliyini vicdanınızı iqtidarın bir çürük “xurmasına satanda?Yadınızda saxlayın ki,bir gün gələcək bu rəzil günə qoydugunuz millət sizin iç üzünüzü anlayıb üzünüzə tüpürərək lənətləyəcək”.
Hörmətli Gold Siz həmişə məntiqli şərhlər yazırsınız,amma icazənizlə Kefli İsgəndəri mən tərənnüm edim:
Baxın! Baxın! Yaxşı baxın! Diqqәtnәn baxın! Sizin tarixlәrinizin kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: (ucadan) tufu sizin üzünüzә! “Tüpürür “Ana müxalifət”liderlərinə,iqtidarın yaltaqlarına və camaata tәrәf”. Hamı başını aşağı salıb dinmir).
Bu sözlәri sizә demәkdә elә xәyal elәmәyin ki, mәn sizi pislәyib, özümü tәrif etmәk istәyirәm. Yox, yox! Bunu bilirәm ki, mәn heç bir şeyәm. Mәn çöllәrin otuyam, küçәlәrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mәn dünyada heç bir şeyәm. Әgәr mәn bir şey olsaydım, cibimdәn bir bomba çıxarıb (әlini uzadıb cibindәn araq şüşәsini çıxardır) bu Azərbaycanı bir saniyәnin içindә havaya dağıdıb, İqtidar lotularını kәrpiclәrin altında diri-diri dәfn edәrdim. Amma qorxmayın, mәnim әlimdәn elә şeylәr gәlmәz. Bu araq şüşәsidir vә Hakim ailə ölkənin varidatını talayanda yaltaqlar ona təriflər söyləyəndə,müxalifət isə vicdanını çürük xurmaya satanda mәn bu şüşәdәn araq içәrdim.Amma sizlərdən soruşmaq lazımdır ki,ey cüvəllagılar,axı siz kimsiniz ki,xalqın baş biləni olmusunuz,onun adından dilmanclıq edirsiniz?Ey qarpız satanlar,ey üç eşşəyin arpasını bölə bilməyən nadürüstlər,bəsdirin abır,həya edin.Nə olsun ki,bu xalq sizlərə etimad görsətdi,cəmisi bir il çəkmədi savadsızlıgınızdan,səriştəsizliyinizdən “ULUNUZA”dəvət edib etimad görsətdiniz,o da sizi kəllə mayallaq edib kreslonuzdan aşırdı.İndi nə istəyirsiniz bu xalqdan?Artıq gecdir,20 ildir aldatdıgınız xalq sizlərə inanmır,haray-həşir salmagınıza məhəl qoymur,bəsdirin,abır-həya edin,əl çəkin bu biçarə millətdən!Qoy bu biçarı xalq özü öz başına bir çarə qılsın!
Zəlimxan Yaqub kimi şairimizi də Saray şairi etdilər bu nadürüstlər,amma tikanlı sözlərini şair deməyə cürət də tapdı.
Mən qurban görmüşdüm qoçdan,quzudan,
Mən qurban görmüşüdüm,qoyun qurbanı.
Belə bir milləti,belə bir xalqı
Gör kimlər elədi oyun qurbanı!
Tutaq ki,qaytardıq Şuşanı,qardaş,
Talanan namusu,tökülən gözü,
Tapdanan isməti kim qaytaracaq?!
Anadan,bacıdan,qızdan,gəlindən
Alınan qisməti kim qaytaracaq?
Dogranan qolları,donan qıçları,
Kəsilən başları kim qaytaracaq?!
Hələ tapammırıq oyunçuları,
Ortada şıdırgı bir qumar gedir,
Allahlar yenə də almagındadır,
Satanlar yenə də satmagındadı.
Yenə mürgüdədi mürgü döyənlər,
Yatanlar yenə də yatmagındadı.
Xalqın taleyini hərraca qoymaq,
Ən böyük siyasi fahişəlikdir,…
Evinin içində didərgin olan,
Yeganə millətik bu yer üzündə…
Qaçqınlıq peşəyə çevrilir indi,
Olmuşuq hamımız peşə qaçqını…
Yedilər,içdilər,doydular, babam,
Axır yaman dünə qoydular,babam,
Bu xalqı o qədər soydular,babam,
Daha soyulmaga dərisi yoxdu.
Bəlkə meyitlərik bu yer üzündə?
Sizi qınayıram, canlı meyitlər,
Sizi qınayıram, barsız söyüdlər…
Bizə nə lazımdır?
Agız birliyi,
Ag bəxtə yol açan,ag üz birliyi,
Qıpçaq qıvraqlıgı,Oguz birliyi,
Olsaydı Xətai-Yavuz birliyi-
Axmazdı ildırım,çaxmazdı şimşək,
Bu gün yumruq kimi birləşə bilsək!
Yuyardıq tarixi günahları da,
Bu gün yumruq kimi birləşə bilsək!
Zaman söküb-tökəcək maskaları,donları,
Sabunlu kəndir tapıb,xalq asacaq onları!…
Silvio Berluskoni seks qalmaqalları ilə bağlı 2011-ci ilin noyabr ayında baş nazir postundan istefa verib. Milan Məhkəməsinin qərarı isə seks qalmaqalları ilə deyil, vergi qaçaqmalçılığı ilə əlaqədardır. Silvio Berluskoninin sahibi olduğu “Gruppo Mediaset” media şirkəti ABŞ filmlərini yayımlamaq üçün lazım olan hüququ xaricdəki şirkətlərin vasitəçiliyi ilə əldə edib və vergidən yayınmaq üçün ödəmələr barədə yalan məlumat təqdim edib. Nəticədə 3 min filmlə bağlı vergidən yayınma nəticəsində 250 milyon avro gəlir əldə olunub. Milan Məhkəməsinin qərarı Silvio Berluskoninin 3 il ictimai sahədə fəaliyyətinə qadağa qoyulmasını da nəzərdə tutur.
Oktyabrın 26-da Milan Məhkəməsi tərəfindən vergidən yayınmaqda günahlandırılaraq İtaliyanın sabiq baş nazirini 4 il azadlıqdan məhrum edir.
Təsəvvür edin ki,Silvio Berluskoninin əməlləri bizimkilərin yanında sıfıra bərabərdir.Bəs görəsən İtalya dövlətinin səlahiyyəti olsaydı Azərbaycanda xalqın varidatını ogurlayan iqtidar üçün nə qərar çıxarardı?!