– Ukrayna, Gürcüstan, Qırğızıstan və hətta Ermənistan kimi Azərbaycan müxalifətinin birləşməməsi məsələsini necə çözmək olar? Necə etmək lazımdır ki, xalqın vəhdətini təşkil edək?
– Müxalifətin birləşməsi məqsəd və məqsədi həyata keçirməyin yolları üst-üstə düşəndə baş verə bilər. Sadaladığınız ölkələrin hamısında məqsəd bir olub – demokratik seçkilərə nail olmaq. Belə bir şəraiti yaradandan sonra bəzi partiyalar (hamısı yox) artıq müəyyən vəzifə uğrunda birləşiblər və mübarizə aparıblar. Azərbaycanda bəzi liderlər tərəfindən heç bir seçki şəraiti yaradılmadan vəzifə uğrunda mübarizə aparmaq ön plana çəkilir. Heç bir partiya gücü olmayan başqa partiya liderinin bayrağı altında birləşməz. Siz nahaq fikirləşirsiniz ki, müxalif partiyalar Azərbaycanda heç vaxt birləşməyiblər. 2003-cü və 2005-ci illərdə Azərbaycan müxalifəti birləşmişdi, nəticəsi nə oldu. Hələ seçkilərə bir neçə ay qalmış əvvəlcədən nəzərdə tutulan mübarizəni daha da inadkarlıqla davam etdirmək əvəzinə necə silahdaşlarına kələk gəlib seçkilərdən sonra ön plana çıxmağa çalışdılar. Məsələ ondadır ki, nə camaatın, xüsusilə xalqın gələcəyini istəyən jurnalistlərin bu insanlar qınaq obyektinə çevrilmir, yenə əvvəlki hərəkətlərini davam etdirirlər. Siyasət çirkabdır, siyasətdə istənilən yaramazlığı bağışlamaq olar mütləq mənada yalandır, əqidəsizlikdir. Siyasətlə məşğul olanlar siyasi baxışlarını dəyişə bilərlər bu normaldır. Məsələn, 20-ci əsrin 2 dahisi Ronald Reyqan və Uinston Çörçill 2 dəfə partiyalarını dəyişiblər. Ancaq siyasi partnyoruna kələk gəlmək, xalqı aldatmaq kimi hərəkətlər yol verilməzdir. Bəzən jurnalistlərin suallarına irişə- irişə siyasət ona görə siyasətdir ki, belə şeylər olur, deyənlərə baxanda xəcalət çəkirsən.
Məşvərət Məclisi bu yaxınlarda konfrans keçirib. Bir çox partiya mənsubiyyəti olmayan və Azərbaycanda kifayət qədər hörməti olan insanların iştirakı ilə. Məruzə çıxışlarınıda partiya funksionerləri yox, onlar edibdir. O konfransın bazasında bəyannamə qəbul edilib. Bu bəyannamə faktiki olaraq bu gündən başlayaraq seçkilərin bitəcəyi 2013-cü ilə qədər proqram müəyyənləşdiribdir. Sənəd son 20 ildə yazılmış ən güclü sənədlərdən biridir. Onun bazasında birləşmək olar. Ancaq ilk növbədə özünə əziyyət verib o sənədi oxumaq lazımdır. Mən əminəm ki, bir çoxları o sənədlə tanış deyildir. Birləşmək istəyən birinci növbədə onu oxuyar. Ondan sonra bəyannamənin hansı şərtləri ilə razı deyil onu müzakirə etməyə çalışar, bir sözlə addımbaaddım birləşmək üçün irəliləyər. Bu iş baş vermir, çünki birincisi, özləri Azərbaycanda seçki şəraiti yaradılmasına inanmırlar, ona görə də oturub gözləyirlər ki, bəlkə hökümətdən hansı isə bir uşağı göndərərlər onlarla separat danışıqlar aparsın. Siz jurnalistlər də təəssüf ki, o bəyannaməni oxumamısınız. Oxusaydınız, həmin o liderlərə sual verərdiniz, bu bəyannəmənin hansı maddəsi sizin xoşunuza gəlmir ki, bunun bazasında birləşmək istəmirsiniz.
– Nədən hər seçkidən sonra bir neçə beynəlxalq təşkilatlar seçkilərin demokratik keçirilmədiyini bəyan etsələr də rəsmi Bakıyla əlaqələrini kəsmirlər və yaxud da digər hegemon dövlətlər Azərbaycana sərt ismarıc göndərmirlər?
– Əgər ölkənin daxilində o sərt imicdən istifadə edib rejimi yerinə oturda bilən qüvvə yoxdursa, hegemon hökümətlər heç vaxt Don Kixot rolunda çıxış etməyəcək. Sizdə “hegemon ölkələr neftə görə, Əliyevlər rejimini dəstəkləyir” kimi 100 faiz səhv fikir yaranıb. Hegemon ölkələrin Saakaşvilini dəstəklədiklərini hamınız bilirsiniz. Ancaq xalqın gücünü görən o ölkələr böyük ruh yüksəkliyi ilə demokratiyanı dəstəklədilər. Tutaq ki, Amerika seçkiləri sərt tənqid edir, prezidenti qeyri-leqitim hesab edir. Bu rəydən sonra siz özünüz əmin deyilsiniz ki, xalq ayağa qalxacaq. Bəs ABŞ necə əmin ola bilər? Bu hadisədən sonra prezident “bizə paxıllıq edən ermənilər bunu təşkil edirlər” deyəcək. Ziyalılar ağzına su alıb duracaq, Fatmanisələr də “vay-vay kişi tək qalıb bütün dünya ilə vuruşur” deyəcəklər. Ramil Səfərovun əfv edilməsinə camaatın reaksiyasını görmədinizmi? Elə bil prezident Şuşa qalasının üstünə bayraq taxmışdı və oradan binoklla baxıb Gorusu tutan qüvvələrimizə əmrlər verirdi.
– Konstitusiyaya edilən dəyişik İlham Əliyevin yenidən prezident seçiləcəyinə təminat verir. O üçüncü dəfə prezident olarsa beynəlxalq ictimaiyyətin bizə münasibəti necə ola bilər?
– Beynəlxalq münasibət indinin özü də bizə qarşı yaxşı deyildir. Daha doğrusu, bizi özü-özünü idarə edə bilən bir xalq kimi qəbul etmirlər. Beynəlxalq təşkilat və informasiya orqanları prezidentin və ətrafının açıq-aşkar xalqın pulunu yeməsini, özlərinə xaricdə bahalı mülkiyətlər almalarını yazır, göstərir camaatın heç bir reaksiyasını görməyib daha nə etmək lazımdır bilmirlər. Onların münasibəti əgər Əliyevə yenidən seçkiləri saxtalaşdırmağa imkan versək çox mənfi olacaq, ancaq nə olsun.
– Əgər Azərbaycan Qarabağ torpaqlarını azad etməyə qadir olduğunu bəyanlayırsa bəs nədən bunu həyata keçirmir. Səbəb nədir?
– Prezident Azərbaycanda həyat şəraitinin dəhşətli bir sürətlə inkişaf etdiyini deyir. Məgər bu həqiqətdir, yox, niyə görə Dağlıq Qarabağ barədə sayıqlamalar ciddi sayılmalıdır.
– Burada bəzi qüvvələr səsləndirilər ki, seçkiləri xarici təşkilatlar keçirsinlər. MSK-ya etibar yoxdur. Necə fikirləçirsiniz, Əliyev hakimiyyəti buna razı olarmı və yaxud da razılıq verərsə onlar yenidən pulla ələ alına bilərlərmi?
– Yox razı olmaz, heç vaxt razı olmaz. Amma onu buna məcbur etmək lazımdır. Biz məcbur etməliyik.
Hörmətli Rəsul müəllim,deyirsiniz ki,Əgər ölkənin daxilində o sərt imicdən istifadə edib rejimi yerinə oturda bilən qüvvə yoxdursa, hegemon hökümətlər heç vaxt Don Kixot rolunda çıxış etməyəcək.
Məlumdur ki,Azərbaycanda 20 ildir fəaliyyət görsədən müxalifət liderləri yalnız öz kölgələrini qoruyub saxlamaga cəhd edərək hər bir çirkab rollarda iştirak edib partiyalarının adını hallandırıblar ki,guya bunların da partiyaları var və böyük liderlərdir.Xalqın başına gələn oyunlarda heç bir rolları olmayıb,kütləvi halda da heç bir iş görülməyib.Əhali fərdi halda öz problemləri ilə üzləşməli olsalar da hakimiyyətin qəddar siyasəti altında uzun illərdi əziliblər.Yəni xalqın nə müxalifətinə inamı qalıb,nədə ki,hakimiyyətin xofundan çıxmaga halı.
Ölkə daxilində demək olar ki,elə bir qüvvə yoxdur ki,bu hakimiyyəti devirə bilsin.O zaman Siz bir siyasətçi kimi çıxış yollarını nədə görürsünüz?Xalqı inama,birliyə necə səsləmək olar?Jirinovskinin ifadəsi ilə desək xalq qoyun sürüsüdür,hara sürsən o səmtə gedəcək.Bəs bizim xalqdan da qorxaq olan,bərk rejim altında yaşayan Ərəb xalqı necə oldu ki,bu hakimiyyətdən də güclü hakimiyyətləri devirib məhv etdi?Və yaxud bir vaxtları özünün də inamı yox idi və ahıl vaxtında H.Əliyevi bu xalq dəstəklədi,indi isə bu rejim altında rəzil olub?Xahiş edirəm çıxış yollarını açmaqla bu yolda nə kimi işlər aparırsınız?
Mən ilk növbədə ardıcıl çıxışlar edib,camaata şata biləcək bir dildə bu hakimiyyətin törətdiyi cinayətlərin anatomiyasını açıram.Çalışıram ki,bunları oxuyanların sayı artsın və onların daxilində etiraz etmək hissiləri güclənsin. İstəyirəm protest mitinqləri təşkil edək. Bilirik ki,mitinqlərə yer verməyəcəklərşBu məsələni başqa ölkələr və beynəlxalq təşkilatlara çatdıraq və hər gün piket təşkil edək. Hər gün hətta 10 nəfərin təşkil etdiyi ardıcıl piketlər höküməti hövsələdən çıxarmalıdır. Paralel elə etməliyik ki,hər həftə hər gün beynəlxalq təşkilatlar və hökümətlər Azərbaycan hökümətinin bu hərəkətinə etirazın bildirsin və etirazlar artım sürətlə inkişaf etsin. Ardıcıl mübarizə görən xaricilərin müəyyən qədər inamı artacaq. Ölkə daxilində mənim yazdıqlarımı 3 minlə-10 min arasında oxuyurlar. Məsələ 3 mində deyildir,mən istəyirəm oxuyanların hər biri azı 5 nəfəridə mənim yazdıqlarıma inanmağaı izah edə bilsin.Biz heç olmazsa 15 min adamın inamını qətiyyətli şəkildə bərpa edə bilsək,onların bir uğurlu addımı ikinci dəfə 50 minlər olacaq. Bu proses başlamalıdır. Bu proses başlamaqla xalqda inam güclənməli,hökümətdə çaşqınlıq olmalıdır. Nəticədə hegemon xarici ölkələr xalqa sökənərək qətiyyətli addımlar atacaq.
Rəsul müəllim,Fransız klassik liberal nəzəriyyəçisi Klod Frederik Bastiatın dili ilə desək Azərbaycanda “Hüquq mənfurlaşmışdır!Bununla dövlətin polis qüvvələri də mənfurlaşmışdır.Hüquq-mən deyərdim,yalnız öz təməl məqsədindən döndərilməmişdir,həm də ondan tam əks istiqamətə yönəldilmişdir.
Hüquq hər cür tamahkarlıgın silahına çevrilmişdir!Cinayətə nəzarət etmək əvəzinə,-hüququn özü cəzalandırılımalı olan pisliklərin mənbəyinə dönmüşdür”!
Bütün bunları xalq gözəl bilir və hər an da bu acınacaqlı hallarla üzləşir.Xalqı maarifləndirmək,ona inam,cəsarət aşılamaq üçün bütün yollar qapalıdır,mətbu orqanlarımız bildiyiniz kimi sıfıra bərabərdir,qəzetlər hərc-mərclik yaratmaqdan başqa bir işə yaramırlar,jurnalistlər özləri müzdlu qula çevrilib,5 manat versən dədəsini də biabır edəcək,televiziyalar isə yalnız hakimiyyətin əlindədir,“Etiraz aksiyası keçirmək hər bir şəxsin konstitusion hüququ”olsa da aksiyalar,mitinqlərin qarşısını almaq üçün yeni Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edərk yüksək cərimələr haqqında düşünürlər.Hər vasitə ilə xalqın azadlıgı əlindən alınıb.Görün Azərbaycanda dərəbəylik hansı həddə çatıbsa,hətta xalqın seçdiyi deputatlar belə onun əleyhinədir,xalqına qarşı hər çürə çirkab qanunlara cənfəşanlıqla səs verməyə can atır.Görünür bu deputatlar xalq tərəfindən seçilməyib,təbii ki,20 il dalbadal xalq eyni sifətlərə səs verməzdi,lakin bunlar xalq adından seçilib.Odur ki,ilk növbədə bunlar geri çagrılmalıdır.Bütün bu yaramazlıqlardan Qərbin,bütün demokratik qüvvələrin təbii ki,xəbəri var.
Britaniyadakı Xarici Siyasət Mərkəzi kəskin şəkildə Azərbaycanı islahatlar keçirməyi bəyan edir:
AZƏRBAYCAN HÖKUMƏTİNƏ TÖVSİYƏLƏR
– Parlament seçkilərində namizədlik üçün 450 imza tələbi azaldılsın və seçkilərdə saxtakarlığa son qoyulsun;
– 2011-ci ilin anti-korrupsiya kampaniyası canlandırılsın, monitorinq gücləndirilsin, dövlət kontraktları açıq tenderə çıxarılsın, bazarlara siyasi nəzarət aradan qaldırılsın. Vergi yoxlamalarında sui-istifadə halları aradan qaldırılsın;
– Məhkəmə Hüquq Şurasına icra strukturlarının təsirini azaltmaq üçün islahatlar aparılsın, cinayət işlərində bəraət şansını artırmaq üçün ittihama meyllilik azaldılsın, siyasi işlərə, hökmlərə, cəzalara son qoyulsun;
– Müdafiə vəkilləri üçün təhsil, ixtisasartırma və təlim şəraiti, onların müştərilərə çıxışı, məhkəmənin təyin etdiyi müdafiə vəkilləri, siyasi işlərdə təqsirləndirilənlərlə davranış yaxşılaşdırılsın;
– Bütün siyasi məhbuslar buraxılsın, AŞPA-nın xüsusi məruzəçisinin ölkəyə çıxışına icazə verilsin;
– Siyasi etirazların hədəf auditoriyasına yaxın yerlərdə keçirilməsi üçün Bakının mərkəzində yeni məkanlar təsdiqlənsin. Qanuni piketlər və digər siyasi fəaliyyətə polis müdaxiləsinə son qoyulsun;
– QHT-lərin qeydiyyatına dair qərarlar üçün hüquqi çərçivə müəyyən olunsun, onların qeydiyyata alınması yaxud imtina olunmasının aydın proseduraları müəyyən edilsin. Beynəlxalq QHT-lərə bürokratik təhdid və aşırı məhdudiyyətlərə son qoyulsun;
– Rəqəmsal yayıma keçid imkanından istifadə edərək müstəqil kanalların Azərbaycanda yayımına şərait yaradılsın. Azərbaycan kanallarına beynəlxalq verilişləri təkrar yaymağa icazə verilsin və ya Azad Avropa/AzadlıqRadiosu, BBC və Amerikanın Səsi-nin milli tezliklərdə yayımı bərpa edilsin;
– Milli Teleradio Yayım Şurası, Mətbuat Şurası və İctimai Televiziyanın strukturları və fəaliyyəti elə islah olunsun ki, onlar hökumətdən asılı olmasınlar. Müstəqil nəşrlər və jurnalistlər üçün iqtisadi imkanlar yaxşılaşdırılsın. Mətbuat Şurasının qara siyahısının dərci və müstəqil qəzet satanlara təzyiqlər dayandırılsın;
– Müstəqil jurnalistlərin, bloqqerlərin və fəallara qarşı siyasi motivli təhdid və təqiblər dayandırılsın, onlara qarşı «xuliqanlıq» kimi qeyri-müəyyən və uydurma ittihamlara son qoyulsun;
– İnternetə geniş zolaqlı çıxış ciddi şəkildə artırılsın. Bloqqerlərin hədəfə alınmasına, şəxsi e-mail hesablarına və sosial şəbəkələrdə tənqidlərin monitorinqinə son qoyulsun;
– Qadınlar və cinsi azlıqlar üçün bərabərliyin təminatı sürətləndirilsin, din azadlığına bürokratik məhdudiyyətlər ləğv olunsun;
– Dövlət Ehtiyacları üçün Torpaqların Alınması qanunu çərçivəsində hüquqi təminatlar gücləndirilsin, mülkiyyətin qanunsuz mənimsənilməsi və evindən məcburi çıxarılmaya son qoyulsun. Ədalətsiz kompensasiya sistemində islahatlar aparılsın;
– Ombudsman İnstitutunun müstəqilliyi artırılsın, Milli İnsan Haqları Fəaliyyət Planı yerinə yetirilsin;
– Münaqişə irsindən avtoritar nəzarəti gücləndirmək vasitəsi kimi istifadəyə, sülhyaratma cəhdlərinə maneələrə son qoyulsun;
– Ümumdünya Ticarət Təşkilatına qoşulma cəhdləri bərpa olunsun, rəqabəti artırmaq üçün Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Sazişi üzrə iş aparılsın;
– Dövlət Neft Fondunda tədbirli və uzun-müddətli idarəçilik təmin olunsun;
– Maaşların artırılması və proqramların tam maliyyələşməsi üçün səhiyyə və təhsil sahəsinə investisiyalar artırılsın. Miqrasiyanın qarşısını almaq üçün iş yerləri yaradılsın.
BEYNƏLXALQ İCTİMAİYYƏTƏ TÖVSİYƏLƏR
– Azərbaycan hökumətinin yuxarıda göstərilən məsələlər üzrə islahatlar aparması təmin edilsin, hökumətin idarəçilik və insan haqlarına dair, xüsusilə də Avropa Şurası və Avropa Birliyi qarşısında beynəlxalq öhdəliklərinə əməl etməsinə nəzarət olunsun;
– Avropa Birliyi özünün razılaşdırdığı insan haqları öhdəliklərinə nəzarəti və həmin öhdəliklərin müdafiəsini gücləndirsin. Azərbaycanın mülki cəmiyyətinə maliyyə və texniki yardım artırılsın;
– Azərbaycanın 2014-cü ildə Avropa Şurasına sədrliyi ərəfəsində insan haqları sahəsində konkret irəliləyişlər etməsi tələb edilsin, yoxsa institutsional sanksiyalar qoyulsun;
– Minsk prosesi canlandırılsın, Azərbaycanın məcburi köçkün problemi barədə məlumatlılığı və problemə dəstəyi artırılsın;
– Azərbaycanda gələcəkdə keçiriləcək beynəlxalq siyasi, iqtisadi, idman və mədəniyyət tədbirlərindən siyasi islahatlara çağırış üçün istifadə olunsun. İslahatlar aparılmasa, Azərbaycanın Olimpiya oyunları yaxud Avropa Çempionatına ev sahibliyinə uyğun gəlib-gəlməməsinə baxılsın.
Hesabat Xarici Siyasət Mərkəzindən Adam Hug tərəfindən redaktə olunub. Sənədin ayrı-ayrı bölümləri Azərbaycandan iqtisadçı Vüqar Bayramov, Human RightsWatch təşkilatından Giorgi Gogia, Media Hüquqları İnstitutundan Rəşid Hacılı, Təbib Hüseynov və başqaları tərəfindən hazırlanıb.
Heç Qəddafi,H.Mübarək,B.Əlinın əlkələri haqqında belə kəskin bəyanatlar olmamışdır,belə çıxır ki,bunlar hətta Qərbi də saymırlar.
Ümumiyyətlə Azərbaycanda belə bir tendensiya yaranıb,hökümət nümayəndələri,orqan işçiləri bir ailənin qarşısında müzdlı qula çevrilib,elə bil göstəriş alıb ki,xalqın əleyhinə çalış qarnını otar.Budur Azərbaycan mentaliteti,hakimiyyət üzvüləri insana yaraşmayan hər bir tərbiyəsizliyi özünə şərəf bilib binbir oyundan çıxırlar,hətta ailə,namuslarını bir ailənin qarşısında tapdaladıb özlərini alçalmaqdan uca kresloları üstün tüturlar.
ok