“Tarix Pafosla Yox, Reallıqla Hesablaşır”

Əvvəli

Azərbaycan xalqına rəhmdillik, yetim-yesirə, qonşularına əl tutmaq xüsusiyyəti xasdır. Bunlar əksər azərbaycınlıların mənəviyyatında özünə yer tutub. Ancaq  xarakterin formalaşmasında rejimin də təsiri güclüdür. Məsələn, XX əsrdə azərbaycanlıların xarakterində bir çox xüsusiyyətlər rejimin nəticəsində peyda olub. Mənəviyyatda satqınlıq, donosbazlıq elementlərinin əmələ gəlməsi Stalin və H.Əliyev diktaturasının məhsuludur. Geniş yayılmış məddahlıq və yaltaqlığı ürəkağrısı ilə seyr edirik. Rejimin naqis cəhətlərinin insan mənəviyyatına sirayət etməsi Azərbaycan xalqının öz sifəti olan bir millət kimi formalaşmasını ləngidir. Azərbaycan xalqının mərdlik, qoçaqlıq, qeyrət genlərini məhv edib ondan rəzil, miskin və acizlərdən ibarət kütlə yaratmaq istəyirlər.

Vəzifəmiz xalqımızın əsrlərlə formalaşmış ən müsbət xüsusiyyətlərini qoruyub saxlamaqla hər bir vətəndaşı həqiqi şəxsiyyət olan Azərbaycan dövləti yaratmaqdır. Mən kreslo xatirinə yox, xalqa verdiyim vədlərə əməl etmək üçün prezident olmaq istəyirəm. Bilirəm ki, xalqımızın vətəndaş cəmiyyəti şəraitində firavan yaşamasını təmin etmək üçün xalqın yükünü çəkmək iqtidarındayam.

Məndən pafosla danışmağı gözləməyin! Yadıma gözəl natiq olan Kuba lideri Fidel Kastro düşür. Dünyada ən acınacaqlı vəziyyətdə yaşayan ölkələrdən biri elə onun rəhbərlik etdiyi Kubadır. Halbuki, onun çox bəlağətli nitqlər söylədiyini hamı bilir. Almaniyanı II Dünya müharibəsinin dəhşətli dağıntılarından çıxaran K.Adenauer həddən artıq zəif natiq idi. Ancaq Hitlerin natiqliyi hamıya bəllidir. Almaniyaya və alman xalqına hansının nə verdiyi də göz qabağındadır. Mən hər hansı sözü tarixdə və qəlblərdə qalmaq üçün demirəm. Tarixin öz kataklizmləri var və o, nə Rəsul Quliyevdən, nə də başqasından asılıdır. Tarix pafosla yox, reallıqla hesablaşır.

1993-cü ilin 20 noyabrında “Aydınlıq” qəzetinin müxbiri mənə “Ali Sovetin sədri kürsüsündən qarşılaşdığınız reallıqlar necə görünür?” sualı ilə müraciət edəndə, demişdim: “… Azərbaycanın bütün sahələri sınağa çəkildiyi vaxtda vəzifə xoşbəxtliyindən danışmağa dəyməz. Sınağa çəkilən təkcə Azərbaycan adlı ölkə, onun 7 milyondan artıq əhalisi yox, bizim hər birimizik. Ölkəni bu tale sınağından çıxarmaq da bizim nəslin boynuna düşür. Biz zaman və tarix qarşısında yaşamaq haqqı qazanmaq üçün imtahan veririrk. Müəllim də özümüzük, şagird də. Bu yolda ən böyük hünər səhvləri etiraf etmək, onların yubanmadan təshihinə çalışmaqdır. Əslində, bir müəssisənin direktoru olanda da, Neft Şirkətində işləyəndə də, baş nazirin müavini kimi böyük bir sahənin məsuliyyətini boynuma götürəndə də qarşıda duran işlərin konturları mənim üçün müəyyənləşmişdi. Aydın məsələdir ki, hər hansı bir niyyəti həyata keçirmək onun haqqında mülahizə yürütməkdən qat-qat çətindir. Çox təəssüf ki, hələlik uduzduğumuz vaxtlardır. Müstəqillik yoluna qədəm qoyduğumuz 2 il (1992-93-cü il nəzərdə tutulur – R.Q.) yelə verilib. Cəmiyyət, hakimiyyət real işdən daha çox dedi-qodu ilə məşğul olub. Elə Ali Sovetin qəbul etdiyi qərarlara baxanda görürəm ki, onların bir çoxu iş görmək deyil, iş görüntüsü yaratmaq xatirinə qəbul olunub və nəticəsi də olmayıb”.

Bu sözlər elə bir vaxta təsadüf edirdi ki, problemlərin həllində dönüş yarada bilmədiyindən nüfuzdan düşmüş AXC iqtidarı hərbi çevrilişlə hakimiyyətdən salınmış və iqtidara gəlmiş yeni rejim ilk dövrdə xalqın ümidindən istifadə edərək, hər vasitəylə möhkəmlənməyə can atırdı. İstehsal etməkdən daha çox, olub-qalanı satmaq, talamaq adi normaya dönmüşdü. Dərk edən yox idi ki, heç bir ölkə xammal satmaqla var-dövlət sahibi olmayıb. AXC-nin iqtidarda olduğu bir il ərzində 160-dan çox komitə və şirkət yaradılmışdı. Vəzifə payı çatmayanlara, sanki, şirkət payı verilmişdi. Bir ölkədə nə qədər sərvət ola bilər ki, bu sayda şirkət satıb dolana bilsin?!

Ali Sovet heç bir ardıcıllıq olmadan, 100-dən çox qərar və qanun qəbul etmişdi. Bu qanun və qərarlar insanların həyatında ən elementar dönüşü təmin edə bilməmişdi. Vacib bir cəhət unudulmuşdu ki, iqtisadi sahədə islahatlar keçirmək üçün nəzərdə tutlan qanunlar hüquqi cəhətdən tənzimlənməyincə, havadan asılı qalacaq və heç bir nəticə verməyəcək.

O zaman qarşılaşdığımız çətinliklər – müharibə, qaçqınlar və s. problemlər olmasaydı, heç olmasa bunların həlli yolunda əsaslı dönüş yaransaydı, sözsüz ki, mən dərhal yeni parlament seçkilərini bir zərurət kimi ortaya qoyar, onun keçirilməsinə çalışardım. Yeni parlament seçkiləri, ən azı iki cəhətdən böyük fayda verə bilərdi: əvvəla, yeni hakimiyyətin formalaşma mərhələsində kimin hansı gücə malik olduğunu göstərər, ikincisi, partiyalar bolluğuna xitam verərərk, insanlarda demokratk vərdişləri və seçmə qabiliyyətlərini inkişaf etdirərdi. Lakin reallıq əsas strateji xətti unutmadan başqa bir taktikanı bizə diktə etdi. Köhnə hakimiyyət orqanları ilə müvəqqəti işləsək də, iqtisadi islahatları dönmədən həyata keçirib, müstəqil dövlətin dayaqlarını möhkəmləndirməli idik. Bu, mənim üçün sadəcə vəzifə borcu yox, əqidə, məslək prinsipi idi. Düşünürdüm ki, bütün xalq ümumi inkişafı bir məqsəd kimi qarşıya qoymalı, Azərbaycan iqtisadi dönüş yoluna çıxmalı idi. Çalışırdım ki, atılan hər bir addım real nəticə versin, islahatlar ardıcıl olsun, ayrı-ayrı sahələrin inkişafında paralellik təmin edilsin, xalqın, dövlətin rifahı və inkişafı yolunda can yandıran hər bir işgüzar adama qayğı göstərilsin, onların fəaliyyətində maksimum sərbəstlik təmin olunsun.

Ali Sovetin sədri kimi işə başladığım qısa müddətdə qəbul edilmiş qərar və qanunlarla dərindən tanış oldum və məndə belə bir əminlik bir daha möhkəmləndi ki, heç vaxt yeni cəmiyyət köhnə qanunlarla idarə oluna bilməz. Hüquq sistemində əsaslı dönüş yaratmadan, məhkəmə islahatları keçirmədən cəmiyyətin yenidən qurulması, insanların xoşbəxtliyinin təmin olunması yolunda real nailiyyətlər əldə edə bilməyəcəyimizi həyat özü göstərirdi.

Azadlıq” radiosuna 24 iyul 1996-cı il tarixli müsahibəmdə sabitlik və iqtisadi inkişafın başlıca şərti kimi, demokratikləşmə və liberallaşmanı nəzərdə tutaraq “Yarımdemokratikliklə iqtisadiyyatı qaldırmaq olmaz” qənaətimi bir daha bəyan etdim.

Sözsüz ki, iqtisadi islahatların keçirilməsi mənim üçün ən mühüm və ilkin məsələ idi. Uzun illər iqtisadiyyatla məşğul olmuş şəxs kimi, öz təcrübəmdən bilirdim ki, biz həqiqi dövlət müstəqilliyini yalnız inkişaf etmiş bazar qanunları ilə işləyən iqtisadiyyatla əldə edə bilərik. Əgər onilliklər boyu keçmiş SSRİ-də hökmran olmuş totalitar sistem qanunları ilə yaşayıb-işləməyi davam etdirsək, heç vaxt səmərəli iqtisadiyyat yarada bilməyəcəyik və həmişə çətinliklə, böyük qurbanlar hesabına əldə etdiyimiz dövlət müstəqilliyini itirmək həddində olacağıq.

Azərbaycanın bütün problemlərinin həllinə yalnız iqtisadi tərəqqi ilə nail olmaq mümkündür. Xalqımızın ağrılı problemi olan Dağlıq Qarabağı ən az itki ilə bu yolla qaytarmaq olar. Bunun üçün müasir tələblərə cavab verən ordu quruculuğu aparılmalıdır. İqtisadiyyat olmasa, bu, mümkün deyil. Söhbət müharibə aparmaqdan getmir. Söhbət yalnız ondan gedir ki, torpaqlarımızı işğal edənlər bizim nəyə qadir olduğumuzu hiss etməlidirlər. Başa düşməlidirlər ki, biz möhtəşəm ordu ilə onların təcavüz planlarını alt-üst edə bilərik. İqtisadiyyatın inkişafı əsasən, vətəndaşların özləri tərəfindən həyata keçirilməlidir. Dövlət onların sadəcə azad, müstəqil, maneəsiz fəaliyyət göstərməsinə şərait yaratmalıdır. İnsanların iqtisadi imkanlarının yaxşılaşması güclü dövlət və güclü ordu quruculuğu ilə birbaşa bağlıdır. İnsanların vəziyyəti yaxşılaşdıqca, onların dövlət büdcəsindən asılılığı zəifləyir, həm də vergi verərək, büdcənin həcmini artırırlar. Güclü ordu və güclü dövlətin açarı cəmiyyətin varlı olmasındadır.

Sözsüz ki, islahatlar əsasında yeni iqtisadi sistemi yaratmaq prosesinin özünün təbiətən çox çətin və ağır iş olduğunu bilirdim. Ən böyük çətinlik isə ondan ibarət idi ki, yenilik və islahat zərurəti sözdə elan olunsa da, bu istiqamətdə praktik heç nə edilməmişdi, köhnə idarəçilik və iqtisadi sistem olduğu kimi qalırdı. Şahidi və müasiri olduğum bu acı mənzərəni hələ o zaman görürdüm və bunun haqqında açıq danışmağa üstünlük verirdim. Mənim üçün tam aydın idi ki, islahatlar kursunun uğur qazanmasının bir şərti bu yolda ardıcıl və qətiyyətli olmaq idisə, başqa bir vacib şərti isə meydana çıxan süni və təbii əngəllərə qarşı prinsipial münasibət göstərmək idi. O dövrdən bir neçə il keçsə də, Azərbaycan xalqı, gələcək nəsillər, həmin prosesləri mənimlə birlikdə yaşamış və mənim əleyhimə-lehimə mövqe tutmuş insanlar qarşısında vicdanım təmizdir. Xalqımın xoş gələcəyinin və sivil dövlətlərə qoşulmasının əsas şərti olan köklü islahatlar və ona maneçilik törədən təzahürlər haqqında aşkar mövqeyimi bildirirdim. İqtisadiyyatı “şok”la müalicənin, təsərrüfat orqanizmində dövlətsizləşdirmə və özəlləşdirmə proseslərinin geniş surətdə, həm də eyni vaxtda tətbiqinin tərəfdarı idim.

“Diktatorla Üz-Üzə” Kitabından

Ardı Var

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to ““Tarix Pafosla Yox, Reallıqla Hesablaşır””

  1. Salam prezident İlham Əliyev.Mən bu haqda sizə dəfələrlə
    yazmışam 1999-cu ildə aldıgım OKA maşını tam yararsız hala düşümüşdür ona görəki isdismar müddəti bitməsindən 10 il keçib.Mən sizədən avtamatkaropka maşın isləmişdim mən bunu PA olnda sizə yazdıgım ərizəmdə gösdərmişdim.cənab prezident sizə 1 milyon verib milli məclisin yüksək kürsüsündə oturan dələduz ruşvətxor vətəni satanlar mənəviyatsızlar yalataqlara maşeniklərə 11 ədət Mersedes E-Class maşını verilib.cənab prezidenr Gülər Əhmədovanın dələduz maşenik həmkarları sizin yanınızda buqədər hörmətə izzətə sahibdir.Mən sizdən tələbedirəmki Milli məclisə alınış 11 dənə Mersedes maşınına görə izahat verəsiniz bu qanunsuzlugu hərcimərcliyi ölkədə kim edir siz prezident kimi izahat verin görək Azərbaycanda dələduz rüşvətxor maşenik məmuru siz prezident İlham Əliyev Qarabag əlilindən üsdün tutursunuz buna izahat verin izahat verməkdə sizin borcunuzdur.ƏSMM naziri Fizuli Ələkbərov deyirki Qarabag əlilinə dövlət qnunuda ikinci maşın verilmir.Mən Hacıbala Abutalıbova ərizəylə mürcuyət elədim ki Bakıdan mənə 4 otaqlı bir ev verəsiniz lakin Hacıbala Qarabag əlilinə cavab vermədi.cənab İlham mən sizə demirəmki mənə Dubayda (siz evladlarınıza Dubayda 9 villa tikdirmisiniz) vila alın verin mən sizə demirəmki Çexiya ölkəsinin Karbnavarı şəhərində Qarabag əlilinə villa tik mən demirəmki Çexiyada mənə otel tik ver.cənab İlham mən sizdən tələbedirəm ki Azərbaycan xalqının
    puluyla Çexiyanın Karnavarı şəhərindəki vilalarınızın otelinizin şəxsi şirkətləriniz haqda xalq qarşısında izahat verəsiniz.cənab İlham Əliyev buna münasibətinizi bildirəsiniz.cənab İlham necə
    olurki Qarabag əlilinə verilən OKA mşınına isdismar vaxdı müddətsizdir lakin dəlduz maşenik məmurun xidməti maşının isdismar müdətiu 7 ildir.cənab ilham bunada izahat verin.nəyə görə dələduz rüşvətxor məmur 140.000 mant qiymətində olan maşında gəzməlidir siz prezident İlham bu hərəkətlərinizlə Qarabg torpagını əbədi olaraq erməniyə verdiniz Allaha and olsun.nazir Fizuli Ələkbərov mənə nəmalum zəng elədir məni ələ salır.Azərsun şirkətinin mənə qarşı olan hərəkətindən yazacam cənab prezident.sidən izhat gözləyirəm.27 oktaybr 2012.. Komitə sədrlərindən Hadı Rəcəbli bizimlə söhbətdə artıq yeni maşınları aldıqlarını təsdiqlədi: “Artıq dövlətimiz elə səviyyədədir ki, komitə sədrlərinə belə maşınlar verilə bilər. Əvvəlki “Nissan Maxima” idi. Onun qanunla istismar müddəti – 7 il bitmişdi. Ona görə yeni maşınlar verilib.”
    Amma Milli Məclisin aldığı yeni maşınlarla bağlı bir yığın suallara hələlik cavab tapmaq çətindir:

  2. YAP-çı deputat Eldar Ibrahimov hakimiyyət daxilində 2013-cü il prezident seçkisi ilə bağlı müəyyən tərəddüdlərin olmasına işarə edib: “Təbii ki, mən də müəyyən tərəddüdləri, iddiaları hiss edirəm. Amma bizim partiyanın sədr müavini Əli Əhmədov da, mən də və digər bizim partiya üzvləri də konkret olaraq həmişə demişik, bu ümiddəyik və həqiqətdə də belə olacaq, təkcə YAP-ın yox, bütün Azərbaycan xalqının Ilham Əliyevdən başqa namizədi yoxdur. Mən bu sözləri bir neçə dəfə demişəm və bir də təkrar etmək istəyirəm. Bu gün bəlkə Ilham Əliyevə o prezidentlik vəzifəsi lazım deyil. Sadəcə, Ilham Əliyevin prezidentliyi bizə lazımdır, Azərbaycan xalqına lazımdır”.
    Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır.Eldar İbrahimov kimiləri ikrarla, xalqını zülm içində yaşadan prezidentini
    təkrarən o yenə də mütləq prezident olmalıdır deməsi mənəviyyatsızlıgın ən yüksək zirvəsidir.
    Bəlkə də İ.Əliyev 3-cü dəfə prezident olmamaq şansının çətinliklərini onlara sızdırıb,lakin onlar hiss edirlər ki,onsuz taleləri çox acınacaqlı olacaq.Ona görə də E.İbrahimov kmiləri canfəşanlıqla İ.Əliyevə ürək-dirək verirlər.Lakin E.İbrahimov bir fikirində çox yanılır,məgər bilmir ki,Azərbaycan xalqı onlara nifrət edir?Bəlkə o Azərbaycan xalqını 500 min üzvü olan YAP-dan ibarət oldugunu düşünür.
    Eldar Ibrahimov iqtidar daxilində kimlərinsə prezidentliyə iddialı olduğunu da gizlətməyib: “Kimlərinsə bəlkə iddia olaraq, ürəyindən nələrsə keçir, hər şey ola bilər, hamı hər şey fikirləşə bilər. Amma sən fikirləşdiyini fikirləş, gör Azərbaycan xalqı nə fikirləşir”.
    E.İbrahimov İqtidar daxilindəki prezidentliyə iddialı namizədi çox yəqin ki,1-ci xanımı nəzərdə tutur.O gözəl bilir ki,iqtidar daxilində elə bir mənəviyyatı olan,cürətli şəxs yoxdur!

Geri izləmələr/Geri bildirişlər

  1. “Ən Dəhşətli Deformasiyalar Beyinlərdədir” | RƏSUL QULİYEV - RASUL GULIYEV - Oktyabr 28, 2012

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: