Ali Sovetin sədri kimi, fəaliyyətə başladığım ilk günlərdən H.Əliyevlə ciddi fikir ayrılığına və ixtilaflara girdiyim prinsipial məsələlər aşağıdakılar idi:
1. Özəlləşdirmənin mümkün qədər tez, korrupsiya məqsədlərindən uzaq, ədalət prinsipinə söykənməklə, daha yüksək iqtisadi nəticələr əldə etmək prinsipinə uyğun aparılması;
Mən özəlləşməni hamının mülkiyyət sahibi olmaqla şəxsiyyətin tam azadlığının və yüksək insani yaşayışa nail olmasının şərti sayırdım. H.Əliyev isə ona xalqın iqtisadi vəziyyətini daha da ağırlaşdırıb müti vəziyyətə salmaq, özünə sərvət toplamaq vasitəsi kimi yanaşırdı. O bilirdi ki, mövqelərimiz kəskin fərqləndiyi ücün islahatları onun istədiyi kimi aparmağa ciddi müqavimət göstərəcəyəm. Ona görə də özəlləşmə adı altında xalqın 70 illik sərvətinin talan olunmasına, əsasən mən Azərbaycanı tərk etdiyim 1996-cı ildən sonra başladı.
2. Neft kontraktları barədə mövqeyimiz xüsusilə toqquşurdu. Mənim mövqeyim bundan ibarət idi ki, neft xalqın və gələcək nəsillərin sərvəti olduğu üçün biz ona qənaətlə yanaşmalıyıq və sağa-sola paylamamalıyıq. Buna görə də saysız kontraktlar imzalayıb, yataqları xarici investorlara verməyə ehtiyac yoxdur. Bir neçə kontrakt imzalayıb həyata keçirmək, ondan gələn gəlirlərin hesabına növbəti kontraktları maliyyələşdirmək olar. H.Əliyev isə saysız kontraktlar imzalamaq, çoxlu yataqları xarici investorlara vermək tərəfdarı idi. Onun indiyədək 20-ə yaxın kontrakt imzalaması buna misaldır. Şirkətlərin sayca artırılmasında H.Əliyevin belə maraqlı görünməsi məni onun təmənnalı niyyətləri barədə şübhəyə salmışdı. Xalqın neçə-neçə nəslinə məxsus sərvətin bir ailənin qazanc mənbəyinə çevrilməsini daha dözülməz sayırdım.
3. Siyasi islahatlar və demolkratik prinsiplərin həyata keçirilməsini, xüsusilə legitim parlamentin formalaşdırılmasını Azərbaycanın bütün problemlərinin, hətta Qarabağ probleminin əsas şərtlərindən biri sayırdım. H.Əliyev isə öz kursunu məlum səbəblərə görə, diktatura rejiminin möhkəmlənməsinə yönəltmişdi.
1994-96-cı illər arasında ən azı 5 dəfə istefaya getməyim barədə H.Əliyevin qarşısında məsələ qaldırmışam. Ölkədə aparılan siyasətlə razılaşmadığımı, hər 6 aydan bir H.Əliyevin qarşısında çılpaq və kəskin şəkildə qoymuş, istefaya getməyimə razılıq verməsini tələb etmişəm. 1994-cü ildə “hər şey düzələcək, tələsməyin” vədləri ilə, 1995-ci ildə “biz bir yerdə gəlmişik, bir yerdə gedəcəyik, ölkənin bu vəziyyətində məni tək qoymaq olmaz” sözləri ilə, müvəqqəti olsa da, fikrimdən daşındıra bilib. 1995-ci ilin ortalarında H.Əliyevlə bu haqda olan bir söhbətimi xatırlatmaq istəyirəm. Söylədim ki, “əgər xalqa qarşı çevrilmiş siyasət bu şəkildə davam edərsə, əminəm ki, öləndən sonra Azərbaycan xalqı qəbirdən sümüklərimizi çıxarıb bizi güllələyəcəkdir. Hadisələrin gedişinə fundamental təsir göstərə bilmədiyimizə görə, belə bir məsuliyyəti sizinlə daşımaq fikrim yoxdur”. Bu sözlərdən sonra çoxdankı istefa niyyətimi qətiləşdirdim.
H.Əliyevlə qətiyyən razılaşmadığım yuxarıdakı 3 istiqamətin hər biri barədə kitabda (“Diktatorla Üz-Üzə”) konkret faktlar təqdim edmişəm.
“Literaturnaya qazeta”nın 15 iyun 1994-cü il tarixli sayında “Azərbaycanda radikal iqtisadi islahatların keçirilməsinə kim və nə mane olur?” sualına belə cavab vermişdim: “Azərbaycanda totalitar sistem qanunları hələ də mövcuddur. Hakimiyyətdə olan dövlət bürokratiyası və nomenklatura nümayəndələrinin 80%-i iqtisadi islahatların mahiyyət və mənasını təsəvvür etmir. Əgər işi aparmağı mənə etibar etsəydilər, mən onlarla birlikdə iqtisadi islahatlar keçirməyə risk etməzdim. Bununla onu demək istəmirəm ki, Azərbaycanda günün vacib problemlərini həll etməyə qadir kadrlar yoxdur. Ancaq onları enerjili sahibkarlar, alimlər, iqtisadçılar arasında axtarmaq lazımdır. Gənclərə xüsusi diqqət yetirmək lazımdır. Onlar son 5-6 ildə özlərini göstərmiş, təcrübədə bazar iqtisadiyyatının, kommersiyanın və sairin bütün incəliklərini mənimsəmişlər. Bu adamlar hakimiyyətə gəlməlidir. Kadrlar, kadr siyasəti Azərbaycanda başlıca və ən ağrılı problemlərdir. Peşəkar, hazırlıqlı kadrlar olmadan hər hansı konsepsiya, hətta bitkin konsepsiya heç nə verə bilməz”.
O zaman hakim komandada vəzifə və səlahiyyət həddinə görə ikinci şəxs idim. Köklü islahatlar yolundakı mövcud maneələr haqqında açıq danışmağın şəxsi karyera üçün ciddi problemlər yarada biləcəyini görürdüm. Lakin özümü kiminsə tərəfdarı və əleyhdarı kimi yox, yalnız xalqımızın taleyi asılmış islahatlar kursunun tərəfdarı və bu yolda mövcud problemlərin əleyhidarı kimi görürdüm. Heç vaxt öz imicimlə məşğul olmamışam. Çünki siyasi oyun oynamağı bacarmıram. Əgər imic qeydinə qalsam, gərək bunun xatirinə haradasa xalqı aldatasan. Mən xalqın fəlakəti üzərində heç vaxt siyasi kapital yığmamışam və buna cəhd göstərməmişəm. 1995-ci ildə Sankt-Peterburqda jurnalistlərin “Azərbaycanda mövcud vəziyyət yaxın vaxtlarda düzələ bilərmi?” sualına birbaşa cavab olaraq söyləmişdim ki, bu gedişlə xalqın vəziyyəti düzələ bilməz. Heç vaxt özüm inanmadığım şeyi xalqa deyə bilmərəm. Xaricdən gələn kreditlər hesabına xalqın vəziyyətini düzəltmək olmaz. Azərbaycanın öz iqtisadiyyatı inkişaf etdirilməli, xalqın rifah halının yaxşılaşdırılması üçün qanunlar işləməli və tətbiq olunmalıdır. Cəmiyyətin bütün sahələrində demokratikləşmə, liberallaşma prosesi getməlidir. Bazar iqtisadiyyatı, yəni iqtisadiyyatda demokratiya və tam sərbəstlik tətbiq olunmalıdır. Bazar iqtisadiyyatı olmayan ölkədə demokratiyadan söhbət gedə bilməz. İnzibati üsul-idarə piramida şəklində olmamalıdır. Yəni, nazir aşağıdakılara sadəcə komanda verməməli, bütün nazirlik dövlət siyasətini həyata keçirən orqan olmalıdır. Əgər söhbət, tutaq ki, Kənd Təsərrüfatı nazirindən gedirsə, onun vəzifəsi o deyil ki, sovxoz direktorunu, pambıqtəmizləmə zavodunun direktorunu çıxarıb-qoysun, yaxud özünə müavin götürsün. Onun vəzifəsi aqrar sektorda islahatları təşkil etmək, torpaqların camaata paylanmasını təmin etməkdir. Bunlar qanunla tənzimlənməlidir.
H.Əliyevin totalitar idarəçilik sistemini getdikcə möhkəmləndirməyə başladığı dövrdə bunun normal islahatlara əngəl törətdiyini gizlədə və ya susa biməzdim. Bazar iqtisadiyyatının mahiyyətini dərk etməyən köhnə kadrların kommunist təəssübkeşliyi ilə sürətlə dövlət idarəçiliyinə gətirildiyi vaxtda, islahatların gənc və yeni kadrlara böyük ehtiyac hiss etdiyini söyləməyə bilməzdim.
1996-cı ildə “Novoe vremya” jurnalının 31-ci nömrəsində dərc olunmuş və hələ o zaman hakim Yeni Azərbaycan Partiyasının yersiz narazılığına səbəb olmuş müsahibədə belə demişdim: “… BVF (Beynəlxalq Valyuta Fondu) boş yerə yardım göstərmir. Əgər bu köməkdən istifadə edə bilməsək, qeyri-mütəşəkkil çıxışlar baş verə bilər. Bir nizamsız çıxışı yatırmaq bir neçə mütəşəkkil çıxışdan təhlükəlidir. Çünki bu, artıq xalq deməkdir. Xalqın isə həyat səviyyəsi indi son həddə yaxınlaşır və günbəgün pisləşir”.
1996-cı ilin 6 sentyabrında YAP Siyasi Şurası həmin müsahibənin müzakirəsini keçirərək, qəbul etdikləri sənəddə elan etdilər ki, guya, mənim müsahibəm “ölkədə sabitliyi pozur, Azərbaycanın beynəlxalq nüfuzuna və dövlətin dayaqlarına zərbə vurur, ölkənin müxtəlif mafiozların nəzarətinə keçirilməsi məqsədini güdür”. Lakin diqqət yetirin ki, mənim hansı fikirlərim “dağıdıcılıq” kimi qiymətləndirilib. Məsələn, mən söyləmişdim ki, “iqtisadiyyat son 70 ildə deformasiyaya uğrayıb. Lakin ən dəhşətli bu deyil. Ən dəhşətli deformasiyalar beyinlərdədir. Sadə vətəndaşlar da, dövlət çinovnikləri də belədir”. Və ya demişdim ki, “Azərbaycanda zorla sabitliyi saxlamaq olmaz. Sabitliyin demokratik əsasları yaradılmalıdır, hökumətin iqtisadi kursu dövlətin beynəlxalq imicini korlayır, 1994-cü illə müqayisədə Dağlıq Qarabağ məsələsində irəliləyiş olmayıb. Stalin tipli diktatura rejimi ilə korrupsiyaya qarşı ancaq qismən mübarizə aparmaq olar. Bu bəlanı yalnız idarəçiliyin tam demokratik formalarına keçməklə aradan qaldırmaq olar”. Sözsüz ki, ölkəni korrupsiya və talançılıq naminə diktatura rejimində çalışan H.Əliyev və onun YAP-çı əlaltıları demokratik idarəçilik barədə mənim belə çağırışlarımdan narahat olmaya bilməzdilər.
Bütün gücümlə həyata keçirmək istədiyim islahatlar kursu getdikcə daha ciddi müqavimətlə rastlaşırdı. Müqavimətin tək-tək adamlar tərəfindən yox, bütünlüklə rejimin özü tərəfindən göstərildiyinə dair sonrakı fəsillərdə kifayət qədər faktlar göstəriləcək. Siyasi hakimiyyətin özü köklü islahatlara qarşı silaha çevrilməyə başlayırdı.
Təbiidir ki, buna uyğun olaraq, 1994-cü ildə onsuz da aşağı səviyyədə olan milli gəlir 1995-ci ildə bir qədər də tənəzzülə uğrayaraq, 25% aşağı düşdü. İqtisadiyyatda köklü islahatlar olmadığı üçün xalqın vəziyyəti gündən-günə ağırlaşırdı. Nə xaricdən alınan kreditlər, nə də humanitar yardımlar hesabına bu problemi həll etmək mümkün deyildi. Azərbaycanın özünün daxili potensialı işləməli idi. Özəlləşdirmə və aqrar islahat haqqında qanunlar qəbul olunsa da, 1995-ci ildə onlar hələ də ləng tətbiq olunurdu. Əslində, 1995-ci ildə torpaqlar pulsuz olaraq camaata paylanmalı, bu sahədə islahat başa çatdırılmalı idi. “Torpaq haqqında” Qanun qəbul edilmədiyi üçün bunu həyata keçirmək mümkün olmadı. Kənd təsərrüfatında özəlləşmənin mümkün qədər tez başlanmasının əhəmiyyətini sözlə ifadə etmək çətindir. Bu işin sərhəd rayonlarında strateji əhəmiyyəti daha böyük idi. Sərhəd bölgələrində baxımsız qalmış ərazilərin qonşularımız tərəfindən el içində “çoban işğalı” adlandırılan təcavüzünün qarşısını almaqda bu yolun əvəzi yoxdur. Halbuki, torpaq özəlləşməsinin gecikdirilməsi nəticəsində sərhədlərdə nə qədər ərazilərimizin qonşular tərəfindən ələ keçirildiyini indi dəqiq söyləmək çətindir.
Torpaq özəlləşdirməsinin kompleks strateji əhəmiyyətini öz şəxsi və qrup marağına verən H.Əliyev klanı 1994-95-ci illərdə özəlləşmə ilə bağlı respublika tədbirlərində mənim üzərimə bəzi icra başçılarının, kolxoz sədrlərinin, hətta ferma müdirlərinin aşkar hücumlarını təşkil etdirirdi.
Ciddi problemlərdən biri də Azərbaycanın milli burjuaziyasını formalaşdırmaqdır. Hələ 1995-ci ilin dekabrında “Azadlıq” qəzetinə müsahibə verərək söyləmişdim ki, bundan qorxub çəkinmək yox, ona kömək etmək lazımdır. Respublika mülkiyyətinin ən azı 80%-i milli burjuaziyaya mənsub olmalıdır. Doğrudur, xaricilərin Azərbaycanda mülk almasına mane ola bilmərik. Bu halda Azərbaycanın dünya sivilzasiyasına qovuşmasında çətinliklər yarana bilər. Ancaq onsuz da sərmayə cəhətdən aşağı imkanlara malik Azərbaycan vətəndaşlarına xaricdən gələnlərlə rəqabət aparmaq üçün şərait yaratmalıyıq.
1995-ci ilin noyabrında bütün cəhdlərə baxmayaraq, saxtalaşdırılmış parlament, mənim düşüncələrimə görə, mürəkkəb və sadə olmaqla, 5 minə yaxın qanun qəbul etməli idi. Bəzən, belə fikrilərə rast gəlinir ki, demokratiya yalnız seçki deməkdir. Demokratik quruluş deyəndə, tək seçki yox, demokratik qanunlar da nəzərdə tutulmalıdır. İşlək və demokratik qanunlar olmasa, neçə dəfə seçki keçirməkdən asılı olmayaraq, demokratik cəmiyyət qurmaq qeyri-mümkündür.
Yüz yol götür-qoy etməkdənsə, nəyin doğru, nəyin səhv olduğunu öz həyatımızda sınaqdan keçirmək artıq ənənəyə çevrilib. Biz dünya təcrübəsi ilə yanaşı, öz səhvlərimizdən də dərs almağı bacarmalıyıq. Ölkədaxili durumu da, Azərbaycanın beynəlxalq nüfuzunu da məhz onun iqtisadiyyatı müəyyənləşdirəcək. Bütün niyyətlərin özəyində bunu qoya bilsək, gələcəkdə kimlərin hakimiyyətdə olması o qədər əhəmiyyət kəsb etməyəcək. Dövlət o vaxt dövlət olur ki, o, qurulduqdan sonra əhali üçün prezidentin kimliyi o qədər də əhəmiyyət kəsb etmir. Onda demək olar ki, bu dövlətdir. Yəni, elə bir sabit idarəçilik və iqtisadi mexanizm yaranır ki, hər gələn prezident yalnız qoyulmuş kursu davam etdirməli və təkmilləşdirməli olur. Əgər başqa yol tutsa, sabit dövlətçilik mexanizmi nə vaxtsa onu mütləq vurub sıradan çıxaracaq.
Azərbaycanda dinamik iqtisadi inkişafa və səmərəli idarəçiliyə söykənən dövlət quruluşu yaratmaq üçün 1993-95-ci illərdəki dövrü əla tarixi şans sayırdım. Köklü islahatın aparılacağını xalqımız üçün yeganə çıxış yolu saydığımdan inamım hədsiz idi və bunu xarici ölkə nümayəndələrinə də inamla söyləyib prosesə dəstək almağa çalışırdım. 1994-cü il noyabrın 12-də Böyük Britaniya XİN-nin baş məsləhətçisi Rocer Bonu və nazirliyin əməkdaşı Linda Daffildi qəbul edərkən, onları inandırdım ki, Azərbaycanda özəlləşmə 1995-ci ildə başlayıb, 1998-ci ildə yekunlaşmalıdır. Bu fakt həmin mövzuda xaricilərlə olmuş saysız söhbətlərimdən biridir. Bu dövrdə iqtisadi islahatların, hüquq və məhkəmə islahatlarının hansı formada aparılmalı olduğu mənə məlum idi. Lakin bir sıra obyektiv proseslər həmin dəyişiklikləri aparmağa imkan vermədi.
Bu obyektiv proseslər ölkə daxilində zorakılığa və silahlı mübarizəyə meylli qüvvələri sıradan çıxarmaq, dövlət çevrilişi cəhdlərinin qarşısını almaq, sabit siyasi mühitin yaradılması üçün zəruri şəkildə bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı idi.
“Diktatorla Üz-Üzə” Kitabından
Rəsul müəllim,Ali Sovetin sədri kimi, fəaliyyətə başladığınız ilk günlərdən H.Əliyevlə ciddi fikir ayrılığına və ixtilaflara girdiyiniz prinsipial məsələlər olduqca maraqlıdır.
“əgər xalqa qarşı çevrilmiş siyasət bu şəkildə davam edərsə, əminəm ki, öləndən sonra Azərbaycan xalqı qəbirdən sümüklərimizi çıxarıb bizi güllələyəcəkdir. Hadisələrin gedişinə fundamental təsir göstərə bilmədiyimizə görə, belə bir məsuliyyəti sizinlə daşımaq fikrim yoxdur”. Bu sözlərdən sonra çoxdankı istefa niyyətinizi qətiləşdirdiniz.Lakin Milli Məclisdə istefa ərəfəsində H.Əliyevlə öpüşərək ayrılıb xaricə üz tutmagınızın səbəbi nə idi?Orada oturub bu diktator rejimə qarşı mübarizə aparmaq,yoxsa sakitcə bu anarxiyadan uzaqlaşmaq?
Azərbaycanın ilk prezidenti – 21 il Rusiyada mühacir həyatı yaşayan Ayaz Mütəllibov vətənə mükafatla gəldi.21 il ona düşmən gözü ilə baxan hakimiyyət fikirini dəyişərək ona prezident statusu verdi.Bəs bu hakimiyyətin gəlməsində əməyi olan,16 il Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevin vətənə qayıdışına hər vəchlə əngəl yaradan hakimiyyət ona qarşı niyə belə sərt düşmənçilik mövqeyindədir?Ona görə ki, Ayaz Mütəlibov xalqın maraqlarına əngəl olub,Rəsul Quliyev isə bu hakimiyyətin yırtıcılıgına?Görəsən xalq hakimiyyətin fahişə siyasətini anlayırmı?
Düşünürəm ki,Rəsul Quliyevin diktator rejimə qarşı yazıları Azərbaycan televiziyasının efirində səslənsəydi,xalq çoxdan ayaga qalxıb yırtıcı hakimiyyəti devirmişdi.Əfsuslar olsun ki,onun dedikləri və yazdıqlarından əhalinin müəyən bir qismi xəbərdardı.Hər vəchlə çalışmaq lazımdır ki,bu deyilənlər efirdə səslənsin!
Rəsul müəllim,ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olaylar bildiyiniz kimi respublikada və onun hüdutlarından kənarda sensasiya yaradıb.Bu Elşad Abdullayevi mən yetimliyindən tanıyıram.Aqil Əliyevin hesabına milyoner oldu,bu adam Universitetə qəbul olandan da pul alırdı,diplomu verəndə də.Hələ çox adamların pulunu aldılar amma diplomlarını isə vermədilər.ABU özəl olsa da bu adam o zaman özünü hakimiyyətin bir qolu sayırdı.Özü də çox hiyləgər bir adamdır,hətta buna çörək verən Aqil Əliyevə də atdı,elə ona görə də qardaşı Mahir yoxa çıxdı.Çünki bütün məsuliyyəti onun yanında prarektor olan qardaşının üzərinə qoymuşdu. Elşadın hələ bəlli olan ifadələrinə görə 10 milyondan çox ona buna verdiyi açıqlanır.Lakin iddialarından məlum olur ki,çox ciddi məsələlər var ki,onları hələ açmayıb.
Hələ deyir ki,çox açılası olaylar var,görəsən bədxəcliklə milyonları ora-bura dagıdan Elşadın özünə də nəsə qalıbmı?Bəlkə bədxərcliyinə peşimançılıq edir,R.Nagıyev demişkən bu pulları bu olaylar vasitəsi ilə hədələyib geri almaq istəyir?Elşadın fikirini dəqiq deyə bilmərəm,amma onu bilirəm ki,bu olaylarda “həngamə-həngamə” adamların düşünülmüş siyasi oyunları var.Burada insanların dili agzında yanır,məhkəmə orqanlarının qanunsuz,sifarişli qərarları insanları iflic edir fikir verən yoxdur,amma Elşadın Fransadan yarı yalan,yarı dogru iddiası haqqında ciddi komisiya yaradıb həngamələr açırlar.Hələ bu jurnaldır,deyəsən Elşad həqiqətən açıb sandıgı tökəcək pambıgı.
Bir tərəfdən Elşad olayı,digər tərəfdən “Oliqarxlar”olayı və YAP-ın narahatçılıq keçirməsi deyəsən həqiqətən hakimiyyətin içərisində “İki tirəlik” yaradıb.Deyəsən yox hadisələrin gedişindən aydın olur ki,100 faiz.Güclü dövlətlərin imperiyası oldugu kimi Azərbaycanın da imperiyası “Bir Ailədir”,o da deyəsən içindən dagılır.
Bir də eşidəcəksiniz ki,”Naxçıvan klanı”adlandırılan qrupun başçısını ortadan dıgırratdılar,elə “Oliqarx” olayı da ailənin içindəki güclü tərəfin ideyasıdır məncə.Hətta “ailənin” digər tərəf yaxın qohumları da düşmən mövqeyində pusqudadır,dişlərini gəmirir,bu gün sabah onlar da hücuma keçəcəklər.
Siz necə baxırsınız bu işlərə?
Yazdıqların həqiqətdir,imperiya daxildən dağılırda doğrydur.
Rəsul müəllim,imperiyanın daxilində dagılması dogrudur,amma yazdıqlarım həngamələrin buna aidiyatı yoxdur Sizcə?
Dunja Mijatovic deyib ki, həbsdəkilər mümkün qədər tez azadlığa buraxılmalıdır:«Azərbaycan 56 ölkədən biridir. Digər ölkələrdə də bloqqerlər, jurnalistlər və məlumat yayan insanlar var ki, fikirlərini ifadə etdiklərinə görə təqiblərə məruz qalırlar. Heç bir ölkə bu problemdən sığortalanmayıb. Amma biz ağrılı, həssas məsələləri müzakirə etməliyik».
Neelie Kroes isə deyib ki, Azərbaycanda ifadə azadlığının vəziyyəti pisdir. «Mən vəziyyəti belə qiymətləndirərdim», – deyə o, bildirib.
Sonra Neelie Kroes deyib ki, fikir azadlığı Avropa Birliyi üçün fundamental hüquqlardandır və demokratiyanın əsaslarındandır:
«Prezidentə dedim ki, açıq internet yoxdursa, vaxt və imkanlar itirirsiz, bu da demokratiyanın vəziyyətinə təsir edir».
Dogrudanmı dünya demokratları düşünürlər ki,Azərbaycanda demokratiya var və müəyyən qanun pozuntuları ilə ona xələl gətirilir?Bütün dünya demokratlarına bəyan olunmalıdır ki,konkret olaraq Azərbaycanda demokratiyadan söhbət belə gedə bilməz.Bu hakimiyyət xalqı diktator üsul-idarəsi ilə (İlqar Məmmədovun parlamenti adlandırdıgı zooparkın) qəfəsdə saxlayır,varidatını talayır,zülm edir,evsiz-eşiksiz qoyur,hüquqlarını tapdalayıb zindanlara atır,hətta ölümünə fərman verib yox elətdirir.Məgər bunlar bir ikidir,bunları dünya görmür?
Ey bivəfa “Dünya” sən də belə düşünürsənsə vay bu millətin halına.