“Putin…Dövlət İşlərində Heç Vaxt Dostlarının Tövsiyyəsi İlə Oturub Durmaz.”

“İlham Rəhimli ilə axırıncı dəfə  5-6 il bundan öncə danışmışam. Verilən informasiyanın tamamilə yalan olduğunu bildirirəm”. 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da siyasi mühacirətdə yaşayan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Rusiya prezidenti Putin ilə görüşünün planlaşdırlıdığı barədə məlumatları şərh edərkən deyib.  

“Putin böyük bir ölkənin prezidentidir. O öz gənclik dostlarına müəyyən bir biznesin yaradılmasında kömək edə bilər. Ancaq dövlət işlərində heç vaxt dostlarının tövsiyyəsi ilə oturub durmaz. Bu absurddur. Əgər Putin Rəhimlinin təkliflərinə belə ciddiliklə yanaşsa, nəyə görə elə onun özünə və ya onun yaxın dostlarına Azərbaycanda hakimiyyətə gəlməyə kömək etməməlidir”-deyə R.Quliyev vurğulayıb.

“Mətbuat yaza bilər, ancaq mətbuatda alternativ fikirlər də yazılmalıdır. Nəyə görə jurnalistlərdən kimsə məntiqə söykənib bu informasiyanın absurd olduğunu yazmır, anlaya bilmirəm”-deyə sonda eks-spiker qeyd edib.

Xatırladaq ki, internet portallarda Rəsul Quliyevin Rusiya prezidenti ilə görüş istədiyi və bu görüşün milyonçu-professor İlham Rəhimli tərəfindən təşkil olunacağı barədə məlumat yayılıb.

X.SƏFƏROĞLU

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

9 Cavab to ““Putin…Dövlət İşlərində Heç Vaxt Dostlarının Tövsiyyəsi İlə Oturub Durmaz.””

  1. YAP sedrinin müavini- icra katibi Eli Ehmedovun bu telasini anlaya bilmedim. Resul Quliyevin Putinle görüse bileceyi xeberine neinki münasibet bildirmek, hetta Rusiyaya ültimatum vermekden bele cekinmir. ” Buna inanmaq istəmirəm. Rusiya qonşu dövlət kimi Azərbaycanda destruktiv niyyətlər güdən insanlarla görüşməklə iki ölkə arasında olan dostluq və əməkdaşlıq münasibətlərinin üzərinə kölgə salar”.

    http://az.apa.az/news.php?id=276841

    Bu azmis kimi ikinci deputat ortaya cixdi, Milli Meclisin sedr müavini, YAP-in idare heyyetinin üzvü Bahar Muradova, deyir ki, sen deme Resul Quliyevin Azerbaycanda hecbir sosial bazasi yox imis ve onun secki proseslerine qatilmaq imkanindan mehrub ediblermish,,,

    Adamdan sorusallar, dediklerinize özünüz inanirsinizmi bari ? bes onda quyrugunuz niye terpenir?

    http://az.apa.az/xeber_Milli_Meclis_sedrinin_muavini:__276821.html

    Üstünden cox kecmemish bu xeber yayildi.

    http://gunxeber.com/?p=36991

    Sizce ne bash verir?, nedir bu telas?

    • Hatem bəy,belə bir misal var “Aşığın sözü qurtaranda nanay-nanay deyir”Diktator rejimə qulluq edən bu şəxslərin quyruq bulaması bir daha onu göstərir ki,Konstitusiya,qanun onların əlində alət,oyuncaqdır.Mayası şər,böhtan,zordan yogrulmuş bu rejim hər vəchlə can atacaq ki,hakimiyyətləri əldən getməsin.Rəsul Quliyev isə onlar üçün ən qorxulu şəxsiyyətdir.Ona görə də ona qarşı hər böhtan,şərdən istifadə ediblər,edəcəklər.Amma bu baş tutmayacaq,seçim xalqındır və Rəsul Quliyevdə xalqının şərəfli ogludur.2013-cü ildə xalq bu diktator rejimə sübut edəcək ki,şərəfsiz rejim altında əzildiyimiz yetər,bizə Rəsul kimi xalqını sevən rəhbər gərəkdir.

      Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər
      Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

      Maddə 1. Hakimiyyətin mənbəyi
      I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
      II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.

      Əfsuslar olsun ki,bu bədxahlar heç vaxt qanuna əməl etməyiblər,xalqı isə öz zor rejimləri ilə idarə ediblər.Görün nə günə qalmışıq ki,söz deməyə imkan verilmir,Allahın Hacıbalasının qarşısında aciz qalmışıq.

      Maddə 49. Sərbəst toplaşmaq azadlığı
      I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
      II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
      Bəs görəsən bu Hacıbala kimdir ki,hər üsulla bunun qarşısını alır?Nə vaxtacan hacıbalalarının qarşısında aciz,rəzil olacagıq?

  2. AŞPA-nın rəsmi saytına istinadən bildirir ki, Starsburqda oktyabr ayında keçirilən Yerli Hakimiyyətlər Konqresinin iclasında Azərbaycanda bələdiyyə hakimiyyətinin vəziyyəti ilə bağlı məruzə dinlənilib. Azərbaycanla bağlı məruzəni Hollandiyadan olan məruzəçi Yos Viena və avstriyalı Qudrun Mosller-Ttorster edib.
    “Azərbaycanda faktik olaraq yerli demokratiya mövcud deyil”
    Bununla yanaşı, məruzədə Azərbaycan ratifikasiya etdiyi “Yerli idarəetmə haqqında” Avropa xartiyasının xeyli sayda qaydalarına əməl etməməkdə ittiham olunub.
    “Azərbaycanda faktik olaraq yerli və regional demokratiya mövcud deyil. Situasiyanı dəyişmək üçün planlar da yoxdur”-deyə məruzədə qeyd olunub.
    AŞPA “təxirəsalınmaz tədbirlər”ə çağırıb.
    Respublikada Korrupsiya,rüşvətxorluq,manopoliya,sifarişli məhkəmələr xalqı təngə dətirib.
    YAP-ın fəalları,hakimiyyətin rüşvətxorları utanmaq,qızarmaq,xəcalət çəkmək əvəzinə xalqın şərəfli adamlarına ittihamlar səsləndirir.Deməli bunlar xalqı adam yerinə qoymurlar,çünki haqqını,hüququnu qanmayan,işgəncələri,təhqirləri,təxyiqləri özünə şərəf bilən bu xalqa hələ bu da azdır.

  3. Rəsul müəllim,Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmasının xeyiri nə ola bilər?Azərbaycanın kömrük sistemindəki manopoliya,korrupsiya,rüşvətxorluq hakimiyyət üçün milyardlar qazandırırsa Azərbaycan hakimiyyəti bu birliyə razılıq verərmi?

  4. Azərbaycan mediyasında tam anarxiyadır.Jurnalistlər qərəzli,sifarişli,yanlış məlumat və xəbərləri ilə insanları çaşdırır,onlardan özlərinə qarşı nifrət hissi yaradır.Hakimiyyət mediasında müxalifətə qarşı şantaj xarakterli yazılar,adı müxalifət olan “Yeni Müsavat”,”Azadlıq”qəzetinin sifarişli jurnalistləri yanlış,məkrli yazıları ilə aləmi qarışdırır,insanlarda çaşqınlıq yaradır.Görəsən vicdanını 5 manata satıb xalqın şərəfli insanları haqqında şantaj,məkrli yazılar yazan jurnalistlər anlayırlarmı ki,belə hərəkətləri ilə ümumilikdə xalqa,onun birliyinə xələl gətirirlər.Çox yəqin ki,anlayırlar,amma 5 manatı xalqdan üstün tuturlar.Xalqın birliyinə təkcə hakimiyyət bədxahları deyil,eyni ilə bu cür cüvəllaglar çox böyük əngəllər yaradırlar.

  5. «Qanunsuz aksiyaların keçirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan cərimələrin artırılması tamamilə düzgündür. Bu yöndə parlamentin müzakirəsinə çıxarılan müvafiq qanun layihəsi tam məntiqlidir».
    Bunu yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
    Bu pəzəvəngdən soruşmaq lazımdır ki,ay yaltaq köpək,məgər aksiyanın,mitinqin qanunlusu,qanunsuzu olur,
    Belə üzdən iraq yaltaqlar bu sözləri ilə təkcə xalqı təhqir etmirlər,eyni zamanda AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINI,QANUNLARI tapdalyır,təhqir edirlər.

    Maddə 49. Sərbəst toplaşmaq azadlığı
    I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
    II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

    Mitinqlərin,aksiyaların keçirilməsi üçün Hacıbalya müraciətdə şəhərin bir yeri yox 5-6 yerində keçirilməsi xahiş olunsa da o buna əməl etmir və qəsdən bu aksiyaları qanunsuzluga yönəldir.Çünki hakimiyyət xalqın bir yerə toplasından qorxur,üyüdür,odur ki,hər vəchlə,yaltaq köpəklərin səs-küyü ilə qarşısını alır.

  6. Maddə 12. Dövlətin ali məqsədi
    I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
    II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

    Görünür Azərbaycan xalqını erməni hakimiyyəti idarə edir.Yoxsa millətə qarşı bu qədər haqsızlıgı,ədalətsizliyi etməkdə milli mənsubiyyəti azərbaycanlı olanın vicdanı yol verməz.
    Belə faşist hakimiyyəti xalqın imzası toplanmaqla Beynəlxaq məhkəmələrə verilməlidir.

  7. YAP-ın 20 illik yubileyi ilə bağlı tədbirində Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev YAP-A 40 MİNLİK MAŞIN BAĞIŞLADI.Bu hərəkət bir daha sübut edir ki,bu hakimiyyət yırtıcıdır,xalqın varidatını talayıb və utanmadan, çəkinmədən,həyasızcasına büruzə verir.

  8. Rəsul müəllim,məlumdur ki,savadınız kifayət qədərdir.Ölkədə baş verən proseslərə rəyləriniz də,ölkəsini talayan hakimiyyətin xalqa qarşı apardıgı amansız siyasəti haqqında yazdıqlarınız,
    video çıxışlarınız da tam realdır.Məncə əhalinin çox hissəsinin bu haqsızlıqlardan xəbəri var və əksəriyyət insanların da bu haqsızlıqlar altında əzilməsi faktdır.85 faizdən çox əhali hakimiyyətdən narazı olsa da bu zülmə qarşı müqavimət çox zəifdir.İqtidar isə çox güclüdür və 2013-cü il seçkiləri də yaxınlaşdıqca zor tədbirlərini də gücləndirir.Amansız rejimi görən demokratik Qərb də, “qonşu”əlkələr də nədənsə çox cüzü halda rəy bildirirlər.
    Siz apardıgınız siyasətdən razısınızmı?Bilirsiniz ki,hakimiyyəti devirmək üçün ilk növbədə xalqın müqaviməti gərəkdir,bu müqavimət demək olar ki,99 faiz yoxdur.Güman edirəm ki,bunun da səbəblərini bilirsiniz.İkinci isə görünür digər ölkələrin də bu haqda maragı sönükdür.Təbii ki,bunun da səbəbləri var.Belə olan tərzdə qolu zorlu bu hakimiyyəti devirmək Sizcə asanmı?
    Ardıcıl çıxışlar edib,camaata çata biləcək bir dildə bu hakimiyyətin törətdiyi cinayətlərin anatomiyasını açmaqla millətdə bütövlük yaratmaq olarmı?Çünki əksəriyyətin bu cinayətlərdən xəbəri var.Protest mitinqlərinin qarşısını almaq üçünsə hər cürə zor işlədilir və beş-on nəfərin bu məsələyə cəhdi çox güman ki,əhəmiyyət verməyəcək.
    Mən düşünürəm ki,Siz siyasətinizdə dönüş yaratmalı,müəyyən imkanlar əldə etməlisiniz.İlk növbədə liderliyinizə nail olmalısınız,ikinci isə bu hakimiyyətə təsir qüvvəsinə malik hər hansı bir dövlətdən dəstək almalısınız.Üçüncü isə adı müxalifət,hansı məssəbə qulluq etmələri bəlli olmayan qüvvələrə isə tənqidi fikirləriniz intriqalara səbəb olur ki,bunun da ümumi işə ən böyük ziyanı olur.İqtidar haqqında fikirlərinizi elə çatdırmalısınız ki,bu iqtidarın daxilində çaxnaşma salsın,çünki Siz onları əksəriyyətini çox qəşəng tanıyırsınız.
    Mənim bu şərhimi Sizə məsləhət vermək kimi qəbul etməyin,mən sadəcə bu faktları görə bilmirəm.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: