“Hökümətin Daxilində İntriqalar Çox Yüksək Səviyyədədir”

Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirətdə yaşayan Rəsul Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının yerləşdiyi qərargahın onlardan geri alınması ilə bağlı yaranan qalmaqala aydınlıq gətirib. Sabiq spiker Modern.az saytına açıqlamasında mətbuatda yazılan məlumatları təkzib edərək, qərargahın partiya üzvlərindən birinə məxsus olduğunu deyib.

“Mətbuatda yazılanlarla həqiqət arasında dibi görünməz uçurumlar olur. Ümumiyyətlə, bu haqda jurnalistlərə demək istərdim ki, “əgər mənim əleyhiməsənsə, zəhərimi tökəcəyəm” prinsipi ilə işləməyi məsləhət görməzdim. Qərargahla əlaqədar yazını nəzərdə tutursunuzsa, fikir söyləmək şansında deyiləm. Bilirəm ki, oranın sahibi ACP-nin üzvüdür və mənim ideyalarımı dəstəkləyəndir. Qərargahı zorla almaq istəməkdən söhbət gedirsə, burada təəccüblü heç bir şey yoxdur. İndi seçkiqabağı aqoniya yaxınlaşdığından hökümətin daxilində intriqalar çox yüksək səviyyədədir. Məsələn, Moskvada yaranmış təşkilata kimlərinsə aqressiv münasibəti bir qüvvəyə qulluq edirsə, ACP-yə guya kiminsə qərargah verməsinə münasibət başqa qüvvənin marağındadır”, -deyə R.Quliyev məsələyə münasibət bildirib.

Xatırladaq ki, ACP-nin paytaxtın Nərimanov rayonunda yerləşən qəragahının hakimiyyətə yaxın şəxsə məxsus olması və eləcə də icarə əsasında Rəsul Quliyevin partiyasına verilən obyektin geri alınması haqda mətbuatda müxtəlif məlumatlar yayılıb. Hətta ACP-nin qərargah üçün aylıq 7 min dollar icarə haqqı ödədiyi də yayılan məlumatlar sırasındadır.

Anar RÜSTƏMOV

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to ““Hökümətin Daxilində İntriqalar Çox Yüksək Səviyyədədir””

  1. Açıq Cəmiyyət Partiyasının yerləşdiyi qərargah ölkədə böyük bir həngamə yaradıb.Kül millət başıva,mənaviyyatını itirmiş bu Əqidəsiz jurnalistlər milçəkdən guya ki fil yaradıblar.Amma bu iqtidarın yox adını müxalifət qoyan cüvəllagıların işidir.Paxıllıq bu millətin içini məhv edib.Görün bu insanlar nə dərəcədə mənəviyyatını itiribsə ACP-nin qərargahı da onların gözünə girir.Belə çıxır ki,ACP iqtidardan çox müxalifəti daha çox narahat edir.Bu gün müsavatın bir üzvü ilə təsadüfi görüşüm oldu və çox narahatlıqla bildirdi ki,partiyalarında o qədər iyrənc ab-hava var ki,hətta iyrənir ora getməkdən.Onu da çəkinmədən dedi ki,İP İsa və Əlinin şəxsi firmalarıdır,çarəsiz üzvülər isə “başqan”deyərək onları o dərəcədə şişirdib ki,həqiqətən onlar özlərini prezident,başqan kimi hiss edirlər və ona görə də hikkələri yerə-göyə sıgmır.

  2. Hacıbəla DQMM də mitinq keçirmək üçün “20-ci sahə”ni təklif etdi.Başqa yerdə mitinq keçirmək isə bildiyiniz kimi hakimiyyət tərəfindən qanunsuz mitinq sayılır və buna qarşı çox yüksək cərimələr tədbiq edib.Amma ən böyük qanunsuzlugu elə hakimiyyət özü edir və Konstitusiyanın qanunlarını kobudcasına pozaraq xalqın sərbəst toplaşmaq azadlığını pozub xalqı bu hərəkəti ilə aşagılayır,onun hüquqlarını tapdalayır.Müxalifət isə düşünür ki,Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkəti haqqında məhkəməyə şikayət etsin.Amma hansı məhkəməyə,o məhkəməyə ki,onların sifarişini həyata keçirir?
    Mən düşünürəm ki,tək Bakı şəhər İcra Hakimiyyəti yox bütünlüklə hakimiyyət Beynəlxalq məhkəmələrə verilməli və cəhd edib BMT,Amerika,Avropa səfirlikləri qarşısında bu qanunsuzluqlar şuarı ilə mitinqlər keçirməlidir.

  3. Prezident İlham Əliyev “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna razılaşdırılmamış etiraz aksiyalarına görə cərimələrin artırılması barədə noyabrın 2-də Milli Məclisdə qəbul edilmiş dəyişiklikləri imzalayıb. Artıq qanun noyabrın 10-dan qüvvəyə minib.

    Hakimiyyətin qəbul etdiyi bu qanun maliyyə imkanları az olan qüvvələri siyasi səhnədən çıxardır. Əvəzində maqnatların siyasi mübarizəyə aktiv şəkildə qoşulmasına yol açır. Hakimiyyətin addımı Moskvada yaradılan “milyarderlər ittifaqı”nın əl-qolunu açmaqdır. Ölkədə pulsuz müxalifət lazım olan məsələlərdə, anlarda xalqın iradəsini ortaya qoya bilməyəcək, amma o pullu adamlar pullarına arxayın olub xalqın narazılığından öz məqsədləri üçün istifadə edəcəklər.
    Bəlkə də ola bilsin ki, qanuna o cür dəyişikliyi verənlərlə Moskvada “milyarderlər ittifaqı”nı yaradanlar birgə işləyirlər”.

    Hörmetli bloq izleyicileri yuxaridaki fikirlere nece baxirsiniz?

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: