İlham Rəhimov Öz Diliylə Danışsaydı Daha Etik Görünərdi

Milli Məclisin komitə sədrinin dediklərinə nəzər yetirəndə adamda elə təəssürat yaranır ki, sanki məlum açıqlamanı o verməyib, sadəcə İlham Rəhimov öz həyat yoldaşının diliylə danışıb, halbuki o bunu özü də edə bilərdi və bu, daha etik görünərdi.

Deputat Rəbiyyət Aslanovanın Rəsul Quliyevi tənqid edən açıqlamasını heç bir cəhətdən onun adına və tutduğu vəzifəsinə yaraşdırmaq olmur. Çünki Rəbiyyət xanım yalnız cibində mandat daşıyan millət vəkili deyil (hərçənd ki, öz keçmiş həmkarı Gülər Əhmədova demişkən, bu millət vəkillərinin cəminin sadəcə bir seçicisi var). O həm də fəlsəfə elmləri doktoru, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədridir. Bu qədər dəbdəbəli titulları daşıyan insan danışanda gərək, yüz ölçüb bir biçə, özünü Fəzail Ağamalı kimi sadəcə deputat mandatı daşıyan həmkarlarından fərqli apara. Filosof və insan hüquqları tədqiqatçısı olduğunu unutmaya.

Rəbiyyət xanımın ifadə etdiyi fikirlərin heç biri isə nə fəlsəfəyə, nə də insan hüquqları prinsiplərinə sığır. Deputat Rəsul Quliyevin artıq bitmiş, tükənmiş olduğunu bildirir, səbəbini isə onun prezident seçkilərində iştirak etmək şansının olmadığıyla izah edir. Halbuki dediyi bu fikirlər rəhbərlik etdiyi komitənin fəaliyyət sahəsiylə daban-dabana ziddir. Axı yalnız hər bir vətəndaşına istədiyi posta seçmək və seçilmək hüququ verən, insan hüququna hörmət edən dövlət dövlət ola bilər. Əgər qanunlarımızda bu cür məhdudiyyətlər varsa, buna qarşı ən çox çıxan şəxs Rəbiyyət Aslanova olmalıdır. Hətta bitdiyini hesab etdiyi Rəsul Quliyevdən daha kəskin, daha radikal…

Bu cür məhdudiyyətlər Rəsul Quliyev üçün bir hüquq məsələsidir. Deməli, onun aradan qaldırılması uğrunda mübarizə də onun üçün hüquqi xarakter daşıyır. Bir fərd olaraq Rəsul Quliyev bu hüquqdan istifadə edə də bilər, etməyə də. Tarix boyu seçkiylə öz məqsədinə çatmaq yolu bağlanan heç bir siyasətçi indiyə qədər mübarizəsindən geri çəkilməyib. Ölkəsindəki şəraitə, xalqın sosial sifarişinə uyğun olaraq öz mübarizə metodlarını müəyyənləşdirib və ona görə hərəkət edib. Yəni, seçki yolunun bağlanması ciddi siyasətçilər üçün heç vaxt böyük faciə hesab olunmayıb. Rəsul Quliyev də Azırbaycanın demokratikləşməsinin yeganə yolunu Rusiyadan, Amerikadan, Avropadan alınacaq dəstəkdə yox, seçkilərdə görən liderlərdəndir. O, bütün çıxışlarında Azərbaycan xalqına müraciət edərək siyasi hakimiyətin müqəddəratını həll etmək gücünü özündə axtarmağa çağırıb.

Vətəndaşların seçmək və seçilmək hüququnun məhdudlaşdırılması isə MM-nin İnsan Hüquqları komitəsinin sədri vəzifəsini icra edən bir şəxsin birbaşa səlahiyyətinə, vəzifəsinə aid olan məsələdir. Deməli, bu cür hallara qarşı mübarizə aparmaq İnsan Hüquqları Komitəsinin sədri üçün müqəddəs borc sayılır. Əgər Rəbiyyət xanım öz müqəddəs vəzifəsini yerinə yetirə bilmirsə, istefa verməlidir. İstefa etməyə cəsarəti çatmırsa, diliylə bunu qınayan fikirlər söyləməlidir. Bu imkanı da yoxdursa, heç olmasa, mənsub olduğu siyasi hakimiyyətin yerinə utanmalıdır.

Rəbiyyət xanım isə heç nə olmayıbmış kimi, Rəsul Quliyevin seçkilərdə iştirak etmək şansının olmadığından danışır. Bundan olduqca məmnun qaldığını hiss etdirməkdən çəkinmir. Dolayısıyla İnsan Hüquqları Komitəsinin sədri olduğunu unudur, YAP-ın sıravi deputatı kimi siyasi mövqeyini ortaya qoyur. Halbuki onun tutduğu vəzifə, daşıdığı titul partiya mənsubiyyətindən kənar olmağı, tərəfsiz mövqe nümayiş etdirməyi tələb edir. Bu tələb həmin vəzifənin ana fəlsəfəsidir. Fəlsəfə elmləri doktoru, professor, özünü böyük filosofların 21-ci əsrdəki davamçısı hesab edən bir şəxs gərək bunu unutmaya.

Təbii ki, bu sözləri deyərkən Rəbiyyət xanımdan qeyri-adi cəsarət tələb edən də yoxdur. Prinsiplər xətrinə cəsarətli addımlar atmaq hər kəsin öz vicdanına aid olan məsələdir. Heç kəs “niyə bu addımı atmadın”- deyib heç kimsəni ittiham edə bilməz. Bizim gözləntimiz sadəcə vəzifəsinin tələblərini yerinə yetirməyən və ya bunu bacarmayan bir adamın heç olmasa susmasıdır. Özü də elə bir zamanda ki, Gülər Əhmədovanın video skandalıyla millət vəkillərinin hansı yolla mandat sahibi olduqları, milyonlarla insanın hüquqlarının tapdandığı ortaya çıxdı. Bundan sonra hansısa deputatın qalxıb seçkidən danışmağa, seçki hüququndan bəhs etməyə mənəvi haqqı çatmır. Hələ danışan adam saxtakarlıqla formalaşdırılmış parlamentdə İnsan Hüquqları Komitəsinin sədri kimi olduqca mühim vəzifə tutursa. Əks halda qarşı tərəfdə dayanan qüvvələrin də deməyə çox sözü ola bilər. Məsələn, sual verə bilərlər ki, Rəbiyyət xanım, siz Rəsul Quliyevin seçilmək şansının nə qədər olduğunu bir kənara atın, bəs, sizin özünüz neçəyə və necə millət vəkili olubsunuz?

İnsafən, Rəbiyyət Aslanovanı tutduğu vəzifəyə, daşıdığı ada zidd hərəkət etməsinin səbəbini anlamaq mümkündür. Son vaxtlar Rəsul Quliyevin Rusiya prezidenti Putin ilə görüşmək ehtimalı qəsdən mətbuatın gündəminə gətirilir və bu işdə Rəbiyyət xanımın həyat yoldaşı İlham Rəhimovun adı hallandırılır. Görünür, bu cür söz-söhbətlər hakimiyyət külislərində kifayət qədər ciddi narahatlıq doğurduğundan İlham müəllim özü ilə bağlı yarana biləcək şübhələri dağıtmaq üçün Rəbiyyət xanımın məlum açıqlamasına ehtiyac duyub. Xanım millət vəkilinin hətta Rusiyanın, onun prezidentinin adından danışmasının başqa izahı yoxdur.

Açıqlamasında Azərbaycanla Rusiya arasında əlaqələrin, bir-birinə qarşılıqlı etimad duyğularının yüksək səviyyədə olmasını ifadə edən Rəbiyyət xanımın bu fikirləri olduqca maraqlıdır: “Münasibətlərin bu cür yüksək səviyyəyə gəlib çıxmasında da mərhum dövlət başçımız Heydər Əliyevin, onun kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xidmətləri müstəsnadır, danılmazdır.”

Azərbaycanlı deputatın öz ölkəsinin keçmiş və indiki prezidentinin adından danışmasını hardasa başa düşmək olar. Çünki Rəbiyyət xanım həqiqətən istər ata, istər oğul Əliyevlərin yanında işləyib, onların Rusiyaya münasibətindən xəbərsiz olması da mümkün deyil. Fəqət Putinin Azərbaycandakı siyasi hakimiyyətə münasibətini Rəbiyyət xanım yalnız bir vasitəylə bilər. Öz həyat yoldaşının Putinin dostu olması dolayısıyla. Belə çıxır ki, məlum açıqlamanı verən Rəbiyyət xanım deyil. İlham Rəhimov sadəcə öz həyat yoldaşının diliylə danışır. Halbuki o bunu özü öz diliylə də ifadə edə bilərdi və bu, daha etik görünərdi.

Üstəlik, dostunun adından bu qədər istifadə etmək də doğru hərəkət deyil. İstər Azərbaycan, istərsə də Rusiya ictimaiyyətində belə təsəvvür yarada bilər ki, İlham Rəhimov Azərbaycanda otura-otura o boyda Rusiyanı idarə edir. Rusiyanın ikinci Pyotru hesab olunan Putin kimi dəmir yumruq İlham Rəhimovun əlindədir. Bu cür cılız üsullarla bəlkə öz adaşına “xox” gələ bilərsən, həqiqətən dəmir kimi möhkəm olan yoldaşını isə itirərsən. İlham müəllim gərək unutmaya ki, Rusiya başqa bir dövlətdir. Azərbaycanda onun prezidentinin, dövlətinin fikrini ifadə edən səfirliyi var. Əgər kimsə özünü hansısa dövlətin səfiri yerində görürsə, anlamalıdır ki, bu cür məsələlərdə zilə getmək dövlətlərarası münasibətlərə xərəl gətirməsə belə, dostlar arasındakı əlaqələri soyuda bilər. Putini bir vaxtlar Azərbaycana münasibətinin pis olmadığını sübut etmək üçün ən yaxın dostunun adını çəkməsinə peşman etməyin, İlham müəllim. Bundan tək siz yox, elə Azərbaycan da itirə bilər.

Rəbiyyət Aslanova məlum açıqlamasında vurğulamağa çalışır ki, Rəsul Quliyev guya gündəmdə qalmaq üçün müəyyən əsası olmayan dezinformasiyaların hazırlanıb yayılmasıyla məşğuldur. Onun Putinlə görüşə hazırlaşması və İlham Rəhimovun bu işdə vasitəçilik etməsi haqqında yayılan məlumatlar da bu məqsədlə ortaya atılıb. Rəsul Quliyevin informasiya siyasətinə az-çox bələd olan adam kimi deyirəm. Həmin məlumatlar bu mətbəxin məhsulu deyil. Eks-spiker sadəcə yayılan məlumatlarda mövqeyi öyrənilən şəxs qismində iştirak edib. Verilən suallara öz tərzində cavab verib. Bəzən bunlara gülüb, bəzən belə mənasız fikirlərlə gündəm yaradanların vəziyyətinə ağlayıb. Onun qayıdacağı xofundan qorxuya düşənlər isə hər cümlənin altında yatan sirli mətləblər axtarıb. Məsələnin indiki vəziyyətə gəlib çıxmasında Rəsul Quliyevin informasiya mətbəxində hazırlanan məlumatlar yox, indiki hakimiyyətin xofu mühim rol oynayıb . Kimlərsə bu xofdan istifadə edərək adaşlarına özlərinin başqa alternativlərinin ola biləcəyini və Rusiyada ciddi dayaqlarının varlığını göstərmək istəyirsə, bunun günahı Rəsul Quliyevdə axtarılmamalıdır.

Bəli, daha konkret və açıq dillə ifadə etmək tələb olunursa, bəzən bizim saytımızda da yer alan bu dezinformasiyaların əksəriyyəti Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsində hazırlanıb. Hansı ki, o quruma rəhbərlik edənlər bu gün həmin dezinformasiyalar sayəsində boş stəkanda fırtına qoparmaq istəyənlərə yad biriləri də deyillər. Adamı məcbur etməsinlər ki, Prezident Administrasiyasında hazırlanan bu dezinformasiyaların  mətbu orqanlara necə yol tapdığı gündəmə gətirilsin və təhlil olunsun. Hər kəs oturduğu yerdə otursa, tapdığı çörəyini yesə və sussa yaxşıdır. Xüsusilə Rəbiyyət xanım kimi bir filosofa xatırlatmaq yerinə düşərdi ki, onun ən böyük azərbaycanlı sələflərindən biri olan Nəsrəddin Tusinin gözəl bir sözü var: “Allah insana iki qulaq, bir dil verib.” Yəni bir danışanda gərək iki eşidə biləcəyin ehtimalını yaddan çıxarmayasan.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to “İlham Rəhimov Öz Diliylə Danışsaydı Daha Etik Görünərdi”

  1. Belə bir misal var,alim olmaq asandır,insan olmaq çətin.Və yaxud hər oxuyan Molla Pənah olmaz.Deyilişdəndə anlayırıq ki hər oxuyan alim, professor, doxtor ola bilməz.Kimisidə həyatda çox böyük idealları olmayanlardır ki,onlarda Molla Penah ola bilməyənlərdir. Alim olmaqdan öncədə adam, insan olmaq lazımdır.
    İki fərqli düşüncə, iki fərqli məna, iki çətin mövzu. Bu iki unsur insanda kimisinə görə olmazsa olmaz, kimisinə görə ikisindən biri olmasada olar vəziyyətindədir.Ən başlıcası isə insanın mənəviyyatı olsun gərək.Əfsuslar olsun ki,mənəviyyatını nəinki mandata hətta beş qəpiyə satanla da var.Rəbiyyət xanım kimi titullu adamlar çoxdur Azərbaycanda,amma belələrini əvvəl gərək dindirəsən,sonra qiymətini verəsən.
    Deputat Rəbiyyət Aslanovanın Rəsul Quliyevi məntiqsiz tənqid edən açıqlamasını oxuyanda istər-istəməz sual yaranır adamda.Görəsən Rəsul Quliyev nə pislik edib Rəbiyyət xanıma?Atalar sözüdür:”Ac adamı qurd yeməz”.Bəs görəsən niyə qurdları qaynayır bu adamın?
    Belə bir atalar sözü də var:”Atası turşu yemiş, balasının dişi qamaşmış”.Görünür Rəbiyyət xanım kimlərinsə alətinə çevrilib.

  2. Salam cənab prezident İlham Əliyev.Mən sizə səbəbsiz məktub yazmıram.Mən 3 sentyabar 2012-də ƏSMM nazirliyində məni nazir Fizuli Ələkbərovun qəbuluna yazdılar.16 oktaybr 2012 mənə naməlum nömürə zəng elədi dediki nazir səni bir həfdəyə qəbul edəcək.mən bununla baglı Ramil Usubova ərizəylə müraciyət elədimki mən Qarabag əlilini ələ salırlar o ərizəni sizədə göndərdim.mən prezident aparatına kurator Rüfət Əliyevə 31oktyabrda zəng elədim dedimki Rüfət müəllim siz ƏSMM nazirinə deyin məni qəbul eləsin Rüfət müəllim dediki mən İHB si Cehun Cəfərova deyəcəm səni qəbul eləsin sənin prablemini həlleləsin mən İHB ın köməkçisinə dedim başçının şoferinə dedim ümumi şöbənin müdürü Tofiq müəllimə dedimki PA Rüfət Əliyev mənə dediki səni Cehun müəllim qəbul edəcək mən üç gün zəng elədim mənə cavab verən olmadı mən 2 noyabr 2012 yenidən PA zəng elədim dedim Rüfət müəllim bu prezidentə hörmətsizlikdir sizə hörmətsizlikdir axı mən Cehun Cəfərovdan bir cavab ala bilmirəm Rüfət Əliyev dedki mən Cehuna demişəmki sənə bir cip alıb versin mən dedimki siz
    Fizuli Ələkbərov deyin məni qəbul eləsin.cənab prezident sizin yanınızda oturan Rüfət Əliyevlə Cehun belə tərbiyəsiz mədəniyətsiz əxlaqa sıgmayan hərəkətlərlə məni ələ salırlar.mən bu sözdən sonra zəng elədim MTN rəyisi Raquf müəllimə dedimki mən kimə deyirəm mənə cavab vermirlər siz başçıya deyin mənə bir cavab versin elə hamısı soruşurki Rüfət Əliyev sənə nə deyib mən dedimki onu Cehun müəllimdən soruşun ümumi şöbənin müdürü deyirki mən 6 gündür Cehun Cəfərovu görmürəm deyir o qədər qonaq varki mən onun qəbuluna düşə bilmirəm bunlar belə dələduz və afiyordular.Raquf müəllimə dedimki mən prezidentə yazacamki sizin gösdərişinizlə Rüfət Əliyevlə Cehun Cəfərov məni ələ salırlar mən dedimki Raquf müəllim siz deyin Cehun müəllim ya məni qəbul eləsin yadaki mənə desiniki PA mənə bir söz deməyib.Onuda deyimki üç gündür demişəm Raquf müəllimdə deyr başçını görmürəm mən deyirəmki Raquf müəllim siz zəng edin deyin Raquf müəllim deyirki bu zənglə həll olası söbət deyi gərək oturaq xeyli söhbət eləyək yəniki Qarabag əlilini ələ salmaq üçün yeni varyatlar hazırlayalar.Nəhayət bu gün Raquf müəllimə zəng elədim Raquf müəllim dedki başçı deyirki səninlə aranızda bir prablem yoxdur mənədə prezident aparatından bir söz deyən olmayıb.Mən 6 noyabr 2012 PA Rüfət Əliyevə zəng elədimki MTN Raquf
    deyirki Cehun Cəfərov dediki mənə prezident aparatından sənin barəndə bir söz deyən olmayıb.Rüfət Əliyev mənə dediki mən Cehun müəllimə dedim tapşırdımki sənə maşın alsın versin Cehun mənə dediki imkanım yoxdur.Mən dedimki Rüfət müəllim siz Cehunla mən Qarabag əlilini ələ salırsınız.mən ikinci dəfə Rüfət müəlimə zəng elədim dedimki deki Cehun indi məni qəbul eləsin yoxas prazidentə yazcam sizin məni ələ salmanızı Rüfət dediki sən iki dəqiqədən sonra zəng elə mən Cehuna deyəcəm mən zəng elədim Rüfət müəllim dediki Cehuna dedim yerində yoxdur Cehun deyir gələn ikinci gün qəbula gəlsin mən dedim indicə Tofiq müəlimə zəng elədim ki Cehun müəlimə məni sözümü dediniz dediki yanında adam var hələ deməmişəm dedim Rüfət müəllim Cehun müəllim yerindədir mən Rüfətin yalanını tutdum.mən dedimki Rüfər müəllim bu Qarabag əlilini ələ slamaqdır mən deimki gələn ikinci günə qalsa mən sabah prezidentə yazacam elə bunu demişdim Rüfət Əliyev məni hədələdi ki ə sən bilirsən harayala danışırsan sən prezident aparatıyla danışırsan sən mənim üzümü telefonda görmürsən deyəsən sən mənim üzümü görməmisən hələ cənab prezident dələduz maşenik Gülər Əhmədovanın həmkarı Qarabag əlilini ələ salmasının üsdü açılnda Qarabag əlilini hədələyir Rüfət Əliyev dediki birdə bura mənə PA zəng eləmə deyib telefonu Qarabag əlilinin üzünə qapadı.cənab prezident mən Rüfətə dedimki bizim telefon danışıqlarımız yazılır.Cənab prezident sizin gösdərişiniz olmasa Rüfət Əliyev Cehun Cəfərov mən Qarbag əlilini ələ sala bilməz əgər bu sizin gösdərişiniz deyilsə mən sizdən tələb edirəmki Rüfət Əliyevin Cehun Cəfərovun əxlaqsız tərbiyəsiz mənəviyata sıgmayan hərəkətlərinə görə sərancam verəsinizki Qarbag əlilini ələ slamalrına görə vəzifələrindən suyi isdifadə edərək Qarbag əlilini hədələməsinə görə dərhal işdən azad edilsinlər cənab prezident siz bunu etməsəniz deməli sizin gösdərişinizlə məni ələ salırlar.Mən Cehun Cəfərova elektron məktub yazdımki səni and verirəm Heydar Əliyevin göruna prezident İlham Əliyuevin canına mənə cavab verin ki PA sizə nə deyiblər.Mən bunu Rüfət əliyevədə dedim.cənab prezident mən Qarbag əlili sizdən tələb edirəm Rüfəti.Ə Cehunu.C dərhal işdən azad edəsiniz əgər etməsəniz bu sizin gösdərişinizdir.Allaha and olsun bu haqsızlıgın ədalətsizliyin cəzasını siz prezident İlham Əliyev özünüz çəkəcəksiniz.Allah bunu sizə bagışlamayacaq.07-11-2012.
    ————————————————————————————————————
    salam Rəsul müəllim bu rüşvətxor mənəviyatsız xalqın malını talayanların Qarabag əlilini ələ salmalrından çox qısaldılmış formada yazmışam bu prezident ilham əliyevin Qarabag torpagına olan münasibətinin gösdəricisidir oxuyun ay avam xalq kim desəki avam deyiləm qalxsın ayaga bu hakimiyəti devirsin…….

  3. Söhbət Yeni Azərbaycan Partiyasının (YAP) ünlü simalarından olan Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova ilə bağlı internet mediasında yer alan “məlumat”dan gedir. Həmin “məlumat”da iddia olunur ki, xanım Aslanova bu günlərdə öz qurultayını keçirən və yeni sədrini seçən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) yeni patronudur. Guya ki, DADP-nin yeni-xanım sədri Fatma Əliyeva Rəbiyyət Aslanovanın yaxın adamıdır və məhz elə onun xeyir-duası ilə də həmin partiyanın rəhbərliyinə gətirilib. Vallah, bilmirsən, burada ağlayasan, yoxsa, güləsən?

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: