Xarakterik Suallar və Cavablar – 1

Bu suallar mənə verilən xarakterik suallardandır, düşünürəm ki cavabı başqa oxucular üçündə maraqlı olar.

Altay: Rəsul bəy ‘milli məclis’ demək düzgün olmaz məncə heydər məclisi son iclasında yəni dünən insanların sərbəst toplaşmaq azadlığına daha bir sarsıdıcı zərbə vuraraq mitinqə çıxanların  5000 manatdan 8000 manata qədər cərimə edilməsi haqqında qərar qəbul edib. Bu ‘məclis’ bir daha göstərdi ki, o xalqa yox  şahlara  xidmət  edən iyrənc bir  maşın olduğunu sübut  etdi.  Hətta bu təşəbbüsü bir yaltağın irəli sürməsi məni həqiqətən diksindirdi bu rejimdən. Sizdən səmimi soruşmaq  istəyirəm,  çünki 2013-də  real  prezident kimi  çox  adam  sizi   görür,  və  Rusiya  digər  hegemon dövlətlərində  Əliyevi  dəstəklənmədiyi  hamıya  məlumdur və mən sizin prezident olacağınıza əminəm.  Sadəcə  bilmək istəyirəm ki,  bu çirkli rejimin  məclisinin xalqa qarşı etdiyi  cinayətlərə görə siz prezident seçilsəz onların cəzasını  verəcəksinizmi,  çünki onlar xalqımızı elə günə qoyublar ki onların üzərinə od vursam ruhum da inciməz və xalqa zorla rejimi qəbul etdirmək istəyirlər.  Sadəcə  səmimi  cavab istərdim.

Mən milli  ruhda  ziyalı  ailəsində  böyümüşəm,  öz   tariximi və  keçmişimi  yaxşı  bilirəm və millətimə  bağlı  biriyəm, ancaq  bu  rejimi  qəbul  etmirəm.  Hətta  1993-cü  ildə  indiki  kimi  yadımdadır   Əliyev gələndə  atam dedi  ki, Azərbaycan əldən getdi və  mənim  ona  nifrətim  o  zamandan başlayıb.

Sovet  dövründə  perepiskalar  bayraq  almaq  üçün xalqa  verdiyi  zülm və  pambıq  əməliyyatı   hətta  gürcülərin  bizə  “idite  flaq  quşite”  demesi  bütün bunlar  eyni  zamanda  1969 -cu  ildə Əliyevin Qazax  rayonu  ərazisindən  min hektarlarla  torpağın erməniyə  verilməsi  aktına  qol  çəkərək  hakimiyyətə  gəldiyini  də  bilirəm. Bu  insanın  cinayətlərindən əsirlərlə  oturub kitab  yazmaq  olar  ancaq  bizə  əsas indi  onu  bu  taxtdan salmaq  lazımdır,  sadəcə  biz  sizə  inanırıq  yəqin ki   siz  bizi  məyus  etməzsiz . Çünki  mən sizin  bioqrafiyanızı  bilirəm  siz  sadə  xalq  içindən  çıxmısız  ən aşağı  vəzifədən  ən yuxarıya  kimi  yüksəlmisiz   sonda  rejimin iyrənciıliklərinə  şərik olmamaq üçün ölkəni tərk etmisiz.

Rəsul Quliyev: Azərbaycanın son 150 illik tarixi addımba addım bu millətin əksəriyyətini indiki mağmun, bədbəxt, azadlığı bir qarın çörəyə satan vəziyyətə gətirib çıxardıbdır. Azərbaycanlıların (Atabəylər, Səfəvilər, Nadir şah, Qacarlar) əvvəl Persiya sonradan İran adlanan imperiyada hegemonluq statusunun bu gün köləlik səviyyəsinə yenməsinin əsas səbəbi Azərbaycanın satqın liderlərinin apardığı siyasət olub. İş elə gətirib ki, 100 illərlə Gürcüstana nəzarət etmək üçün emisar kimi göndərilən azərbaycanlılar (imperiya dövründə) indi Gürcüstana bir örnək kimi baxır. Xalqı son 20 ildə bu şəkildə əxlaqi və mənəvi deqradasiya etdirənlər qanuni cəzalarını hökmən almalıdırlar. Bu cəzalar qanun çərçivəsində xalqla müzakirə etməklə aparılmalıdır. Gərək xalqa qarşı belə hərəkət etməyin nəticələrinin cəzası elə səviyyədə olmalıdır ki, bir daha Əliyev tipli adamlar hakimiyyəti ələ keçirməyə cəhd etməsinlər. Bu tək həbslə qurtaran cəzalar olmamalıdır, bu mənəviyyatı və əxlaqı pozulmuş insanların cəmiyyət tərəfindən lənətlənməsi olmalıdır. Hər bir vətəndaş bu insanlara hətta salam verməkdən iyrənməlidir.

 

-Altay: Resul  bey  bu  gun  öz  tanişlarim arasinda  100  nəfərdən çox  insanla   elə  belə  sorğu  apardim  kim  bizi  xilas   edə  bilər  deyə   onlarin  98 %-zi  sizin  adinizi  verdiler  hətta  sizin  işlədiyiniz  müddətdə   insanlara  yardim əlinizi  uzatdığınızı   hətta  oğul qızlarının  toyunu  da  etdiyinizi  vurguladilar ve hamida  da  inam  var ki  sadəcə  əqidəcə   amalca  təmiz  insan  siyasətçilər  arasinda  sizsiz.

Rəsul Quliyev: Bilirsiniz bu işləri mən Azərbaycanda 100-lərlə zavodlardan birinin direktoru olanda etmişəm.Yəni imkanlar məhdud idi, partiya funksiyanerləri mənfi yanaşırdı bu işlərə. Ancaq hesab etmirəm ki, elə bir qəhrəmanlıq etmişəm. Sadəcə olaraq başqalarının ərzaq qıtlığı şəraitində mən özüm çörəyimi rahat yeyə bilmirdim boğazımda qalırdı, çıxış yolunu hamıya ərzaq tapmaqda görürdüm. Qızlarını mebel olmadığına görə ərə verə bilməyən valideyinlərin yerində özümü təsəvvür edib hökmən onlara mebel tapmağa yollar axtarırdım. Bu xarakterimi indi də dəyişə bilməmişəm. Əlbəttə Respublika maştabında imkanların genişliyi şəraitində camaatı xoşbəxt etməmiş özüm heç vaxt xoşbəxt ola bilmərəm. Bu belə olacaq və yenədə bunu heç bir qəhrəmanlıq hesab etməyəcəyəm.

 

-Altay: Yox siz bunu  sadəcə öz insanlıq  borcunuzu  yerinə  yetirmisiz  ən azından  bu  da  hamıya  bəlidir  ki sizin  xeyirxah olmağınızın  əsas səbəbi  vicdanınızın təmiz  olması  başqaları kimi  etdiyiniz  yaxşılıqda  heç  bir təmənna  güdmürsüz  və insan insan kimi  dəyər  verməyə çalışırsız.

Rəsul  bəy  2013 -də  mən əminəm ki,  siz  prezident  olacaqsız  çünki  artıq  hakimiyyət özü  də  dayaqlarını  itirdiyini  yaxşı  bilir, hətta  dünən utanmadan insanların  sərbəst  toplaşmaq  azadlığına  qarşı  cərimələri  5000-8000 azn  etdilər, bu  utancvericidir  onların  digər  müxalifətdən qorxduğu  bir  şey yox  çünki öz itləridir. ağzını  açan kimi  atırlar  susur  heç kim  də  digər  müxalifətə inanmır  ona  görə  onları   dəstəkləyən  olmur  və onlar  rejim üçün qorxu  mənbəyi  deyil, ancaq  siz  onlar  üçün   ən dəhşətli  rəqibsiz və bunu  yaxşı  bilirlər  ki siz  gəlsəz  onların  sonu  olacaq  ona  görə  çox  çaşbaşdılar. Birdən sizin  prezidentliye  namizedlik mandatını  qəbul  etmədilər ?

-Rəsul Quliyev: Onların sonunu görmək üçün camaat mənim ölkəyə dönməyim üçün aktivləşməlidir. Mənim ölkəyə ayağımı basmağım onların qoyduğu bütün baryerləri o cümlədən qeydiyata almamaq baryerini avtomatik qaldırır. Özünüz fikirləşin bu hökümətdən lazımınca istifadə edib, varlanan və ya yüksək maaş alan azı 10 minə yaxın adam var. Onlar təpədən dırnağa silahlanıblar. Mənim ölkəyə dönüşüm və rejimin sonu başa düşüldüyündən hökümət axırıncı patronuna qədər bunun qarşısını almağa cəhd edəcək. Onların iradəsini ancaq camaatın iradəsi sındıra bilər. Ona görədə 50-100 minlik protest mitinqləri vasitəsilə rejimi sındırmaq olar. Biz buna çalışmalıyıq.

 

-Altay: Mən öz ətrafımda sizlə bağlı təbliğat aparıram və mənim ətrafım hamısı sizi dəstəkləyir nədənsə mitinqə gələndə insanlar bir az çəkinirlər, çünki camaatın gözünü qırıblar. Mən təbliğat aparıram ancaq gərək bu işdə bizə daha böyük kütlə dəstəyi lazımdır. Ancaq maksimum dərəcədə çalışsam da əli silahlı banditlər xalqın gözünü qırıb, amma əminəm ki 2013-də rejim dağılacaq çünki bütün dünya istəyir o getsin.  Amma əmin olun ki, seçkiyə kimi məndən ən azı 5000 səs alacaqsız. Yəni məndən yox xalqdan mən sadəcə pislə yaxşını analiz edərək insanlara çatdırmaq borcumdur, seçim isə yenə xalqındır. Ancaq biz gənclər əlimizdən gələni edirik və demək olar ki, heç kim digər müxalifətə inanmır. Nə yazıq ki mənim xalqım artıq zülmə dözməyi üstün tutur ancaq hadisələrin gedişi göstərir ki, 2013-ci ildə xalq ayağa qalxacaq əliyev qumarbazından başqa ölkəni idarə edəcək insanı seçəgək. Elə bilir ki xalqla da qumar oynamaq olar ancaq yanılır insanlar qumarda var dövlətini itirir ancaq bunun itirmədiyi heç nə qalmayacaq. Rəsul bəy gecəniz xeyirə qalsın mən getdim ancaq unutmayın ki siz tək deyilsiniz biz sizinləyik və sayımız   günü  gündən artır.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

24 Cavab to “Xarakterik Suallar və Cavablar – 1”

  1. Dahi şairimiz B.Vahabzadənin gözəl bir şeri var:
    Mən kiməm?
    Bu sualı
    Hər il ad günlərimdə
    Öz-özümə vermişəm.
    Cavab tapa bilməyib
    Bu sualın önündə
    Başımı endirmişəm.
    Mən kiməm?
    Mən nəçiyəm?
    Eşqim diləklərim nə?
    Niyə gəldim dünyaya?
    Bu dünyada yerim nə?

    Dogrudan da hər bir kəs bu sualı özü-özünə verməli,varlıgını düşünməlidir.

    Dahilərin dilindən:
    Mən düşünürəm, deməli varam.
    Rene Dekart

    Hər inqlab qabaqca insanin ağlinda fikir şəklində olur.
    Ralf Uolds Emerson

    Hamı xoşbəxtliyə can atır. Bu insanların hərəkətlərinin motividir. Hətta özünü asmaq istəyən insanlar belə.
    B.Paskal
    Bu fikirləri oxuyanda adam düşüncələrə qapılır və millətinə yazıgı gəlir.Dogrudanmı bu millət bu səviyyədə acizləşib,cılızlaşıb,rəzil olub,manqurtlaşıb?
    Napoleon Bonaparte’ın gözəl bir kəlamı var: ” Utancaq, ürkək və qorxaqlar üçün hər şey qeyri-mümkündür, çünki hər şeyi qeyri-mümkün zənn edərlər”.
    Mən istərdimki mənim millətimin hər bir gənci,insanları ən azı ALTAY bəy kimi düşüncəli,mərd,məgrur,qorxmaz olardı.

  2. Rəsul müəllim,belə diskusiyalı sual cavablar məncə çox gözəl bəhrə verər.Düşünürəm Deformasiyalı beyinlərə də təsir edər.Eyni zamanda blokda canlanma yaradar.İnsanlar Sizdən yeni-yeni fikirlər eşidəndə daha da mətinləşir,dahi bir Liderinin olduguna inamı artır.

  3. Eynən mən düşündüyüm sualları veriblər sizə.Cavablarıda çox gözəldir..Təşəkkür edirəm.

  4. Salam Rəsul müəllim,diskusiya,sual cavab əla fikirdir.Əvvala Sizin məntiqli,düzgün fikirləriniz adamlarda düşüncə yaradar,blok canlanar.İkinci isə gənclərin çoxu Sizi yaxından tanımır,Siz Azərbaycandan gedəndə 8-10 yaşında olan uşaqlar indi püxtələşmiş gənc olub,düzdür yəqin ki,bu gənclər yazılarınızı,video çıxışlarınızı dinləyir,lakin belə sual cavab daha da canlı olur.
    Mənim sualıma cavab vermədiyinizdən mən incimədim,çünki mənim Sizə böyük hörmətim var.Uzun illərdi insanların beynini manqurtlaşdıran,qəddar hakimiyyətlə mübarizənin çox mühüm yolları var,ən əsası yatmış beyinləri oyatmaq,insanlarda qorxmazlıq yaratmaqdır.

  5. Napoleon Bonaparte’ın belə bir kəlamı da var:”Dünyada təqlid edilə bilməyən tək şey cəsarətdir”.Və yaxud:”Vətənini qurtaran insan heç bir qanunu tapdalamış sayılmaz”.
    Kaş millətimiz cəsarətin nə oldugunu dərk edə biləydi.O zaman belə bir zülm içində bogulmazdı.
    Rəsul müəllim,sual cavab gözəl fikirdi,bunu daha da genişləndirmək lazımdır,yoxsa blok nə üçündür bəs?

  6. “Milli Məclisi zoopark adlandıran adamın özü yəqin ki, zooparkda böyüyüb, parlamentlə zooparkın səviyyəsinin nədən ibarət olduğunu bilmir”-deyən E.İbrahimov İlqar Məmmədovu nəzərdə tutur.Düzdür İ.Məmmədov zoopark deməkdə yanılıb,zoparkda şirlər,pələnglər də olur,axı orada əksəriyyəti tülkülərdi.Mən deyərdim ki,Milli Məclis teatrdı,deputatları da qirimlənmiş aktyor rolunda oynayır.

  7. Mən düşünürəm ki,Rəsul müəllimin bloqu daha effektli,daha canlıdır.Ona görəki.Rəsul müəllim öz fikirlərini bizimlə bölüşür,sualları qismən də olsa cavablandırır,hakimiyyəti vəlvələyə salan yazıları,video çıxışları bloqda müntəzəm əksini tapır.Lakin bloq iştirakçıları nədənsə çox passiv iştirak edir.Mən çox istərdim ki,respublikada baş verən proseslərə ciddi rəy bildirilsin,fikirlər səsləndirilsin,sual-cavab yaransın.Biz bloda hakimiyyətin nöqsanlarını müzakirəyə qoyub canlandırsaq daha effektli əhəmiyyəti olar,iştirakçıları daha da çoxalar.
    Fikir versəniz görəcəksiniz ki,özündən müştəbeh bəzi siyasətçilərin bloqu nə qədər sönükdür,hətta F.Agamalı kimilərin heç bloqu da yoxdur,çünki bilirlərki hər kəs onları söyüb təhqir edəcək.
    Rəsul müəllim bloqun canlanması Sizdən daha çox asılıdır,çalışmalıyıq ki,mətbuatsız Azərbaycanda bloqumuz süngüyə çevrilib hakimiyyətin daxilində çaxnaşma salsın,iç üzləri açılsın.

  8. Əli Kərimli bəyin də bloqu var,yalnız azadlıq qəzetində çap edilən gurultulu çıxışları,yazıları bloqu bəzəyir,beş-altı nəfər də onu sevərlər halal olsun Əli bəy deyə şərhlər yazıb nökər agasını tərifləyən kimi gurultulu alqışlarla o ki var tərifləyirlər.
    Mən də bir neçə dəhə onun bloqunda suallarla iştirak etmişəm,əfsuslar olsun ki,heç birinə cavab verilməyib.Bu gün də bir neçə suallarla Əli bəyə müraciət etdim,amma o,nəinki cavab verdi,hətta blokdan şərhimi çıxardı,afərin Əli bəyə! Məgər mən onun xətrinə dəyən nəsə yazmışammı?

    Əli bəy,zalım hakimiyyətə qarşı məntiqli,hünərli çıxışlarınız ürək açandır.Lakin mübarizə üslubunuzda çox böyük yanlışlıqlar var.Bu da Sizin həqiqi müxalifət olmagınıza kölgə salır.İkinci yanlışlıgınız isə İP deyilən bir məhvuma arxalanıb təkbaşına hakimiyyətə gəlmək düşüncənizdir.Eyni zamanda İP-ya İsa Qənbərlə şəxsi firmanız kimi baxırsınız və üzvülər Sizi o dərəcədə yüksək zirvədə dərk edirlər ki,Siz özünüzü ölkənin aparıcısı,prezidenti kimi düşünürsünüz.Onu da bilirsiniz ki,xalqın varidatından harınlaşan hakimiyyətlə təkbaşına mübarizə aparmaq müşkül məsələdir.Yalnız xalqın iradəsi,birliyi ilə bu mübarizədə qalib gəlmək olar.Onu da bilirsiniz ki,20 illik mübarizənizdə xalq Sizi dəstəkləmir,eyni beş-on adamla hay-küydən başqa heç bir irəliləyişiniz yoxdur.Odur ki,demokratik bir müxalifətçi kimi Sizə olan suallarımı cavablandırasınız.
    1.Zülm altında bogulan xalq Sizi düşündürür,yoxsa hakimiyyətə gəlmək iddianız?
    2.20 ildə apardıgınız mübarizədən bezməmisiniz ki?Bezməmisinizsə deməli digər maragınız var,yəqin ki,mənimlə razılaşarsınız?
    3.Güc birlikdədir və 14 partiya birləşibsə İP bu birliyə niyə qatılmır?
    4.Siz İsa Qənbərə bel baglaya bilərsinizmi?
    5.Xalqın Sizi dəstəkləməməyinin səbəblərini anlayırsınızmı?
    6.Siz bilirsinizmi xalq niyə iqtidardan çox müxalifətinə nifrət edir?
    Sualları cavablındarsınız öncədən minnətdaram.

  9. – Ümumiyyətlə, bütün dünyada qəbul olunmuş bir məsələ var ki, hakimiyyətin əsası sarsıldıqca, öz nüfuzunu itirdikcə mümkün qədər inzibati resurslarla hakimiyyəti əldə saxlamağa məcbur olur. Bu da əslinə baxsaq, getdikcə hakimiyyətin ömrünün sonu deməkdir. Çünki hakimiyyət nə qədər sərt qanunlar, nə qədər məhdudiyyətlər tətbiq edirsə, bir o qədər onun öz əleyhinə işləyir. Bu baxımdan hakimiyyət bu qanunla sanki ipi özü öz boğazına salır. Bu qanun Azərbaycan Konstitusiyasına, sərbəst toplaşmaq azadlığına, Avropa İnsan Haqları Xartiyasına ziddir. Ümumiyyətlə, razılaşdırılmamış aksiya anlayışı ilə cinayət anlayışı arasında bərabərlik işarəsi qoymaq olmaz. Vətəndaş inzibati qanunları pozduqda cinayət etmiş sayıla bilər. Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin təşkilatçılarının qanunla qadağan edilməyən mitinqin vaxtını və yerini dəyişməyə ixtiyarı yoxdur. İndi belə çıxır ki, bir məmur ardıcıl olaraq konstitusiya və qanunları pozub mitinqçilərin təklifləri ilə razılaşmayacaq, mitinqçilər isə öz mitinqlərini qanunauyğun şəkildə reallaşdırmaq istəyəndə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Digər tərəfdən, cərimələrin həddi necə müəyyənləşdirilir? Qardaş, sən vətəndaşa 80 manat minimum əməkhaqqı verirsən, 3 min dollar da bunu cərimə edirsən. Tutaq ki, mən aksiyaya getdim, deməli, üç il gecə-gündüz işləyib hökumətə cərimə ödəməliyəm. Nə var-nə var, bir dəfə öz hüququmdan istifadə etmişəm. Bütün bunlar hamısı ağıldan bəlalı insanların beyninin məhsuludur. Ümumiyyətlə, Azərbaycanda cərimələrin miqdarı insanların həyat səviyyəsinə və iqtisadi göstəricilərə uyğun deyil. Dünyanın heç bir ölkəsində bu qədər yüksək cərimələr yoxdur.

  10. gold-dia@mail.ru Bizim ilk öncə ən öndə gələn işimiz azad bir ölkədə yaşamaq düzdür müstəqilik əldə etmişik ancaq buna müstəqilik demək olarsa qeyri Azərbaycanlılar ölkədə at oynadır və biz susuruq niyə bilmirəm və haqqımız tapdalanır mən həqiqi azad bir ölkə və lider istəyirəm ki ,o adam ki, sadəcə gələcəyimizi düşünsün tarix bizə dərs versə də biz hələ yatırıq ancaq əminəm ki ,mənim kimi düşünən minlərlə gənclərimiz var buna hamı əmin olsun sadəcə hər kəsin bir zəif nöqtəsi var o da onun ailəsidir ki ,rejim də insanlarla bu zəif nöqtə ilə təhdid edir və ona görə susurlar.Mən həqiqi azadlığın tərəfdarıyam ki,bu da milli mənəvi dəyərlər çərçivəsində yəni azadlıq deyə əxlaqsız insanlara yol vermək onları başda oturtmaq utanclı bir şeydir .Təbii ki bizim tv kanallarımız zaman-zaman xalqın dəyərlərini məhv edir efirdə ancaq əxlaqi keyfiyyətləri olmayan insanlar reklam edilməsi təbii ki gələcəyimiz olan uşaqları məhv edir .Bunlar bizi dəyişə bilməzlər çünki insan xarakteri və amalı dəyişirsə bu onun zəif tərəfidir ki,bu da yaltaqlığa gətirib çıxarır .Hətta elə insanlar görmüşəm ki ,vəzifə üçün arvadını icra başçısının yanına göndərib və istədiyi vəzifəyə sahib olub .Həmin adam işlə bağlı bir dəfə yanıma gəlmişdi yanında başqa biriləri də var idi onların hamısına salam verdim bu əl uzadanda mən əlimi geri çəkdim və dedim mən pəzəvənglərə (yəni arvadını satanlara) salam vermirəm .Düzdür salam Allah salamıdır ancaq bu mənim xarakterimdir mən dəyişə bilmərəm heç bir dünya neməti mənim xarakterimi dəyişə bilməz .Ədalət tərbiyyə milli dəyərlər və təmiz niyyət olmayan yerdə mən yoxam və inandığım bir lider Rəsul bəydir və onunla birgə hamımız mətin olmalıyıq vəzifə və pul üçün mübarizə xalqa xəyanətdir.Mən əminəm ki ,hələ də bizim kimi düşünən minlərlə insan var .Biz meydana çıxanda hamısı qaçacaq və bizə yaltaqlanacaq ancaq belə insanlara bizim yanımızda yer nə də yaşamağa haqq yoxdur .Sözün düzü mən xalqa kim xəyanət edirsə onların amansız cəzalandırılmasının tərəfdarıyam hansı ki,bəzən qanun hüddudlarına çıxmaqla necə ki,onlar edirlər .Bu şərəfli yolda hamımız güclü olmalıyıq bir addım irəli gediriksə ikki addım geri getdiyimiz zaman da sabaha yenə dünənlə getməliyik yoxsa biz heç nə edə bilmərik.Sevinirəm ki ,az da olsa millət və xalq haqqında düşünən gənclərimiz var yəni bizi hələ məhv edilməmişik ,bizi fiziki cəhətdən məhv etmək olar ancaq mənəvi cəhətdən heç kimin topu -topxansı bizi məhv edə bilməz çünki biz Əsil Azərbaycanlıyıq hansı ki,bəzi üzdən iraqlar bizdən uzaq.Son sözüm budur ki,biz nə istəyiriksə onu da edəcəyik.

    • Dövlətçilik nöqteyi nəzərindən biz nəinki müstəqillik əldə edə bilməmişik,əksinə müstəmləkəliyimizin səviyyəsi dahada artıb. Torpaqlarımızın 20 faizini itirmək təhlükəsi altında Rusların faktiki quluna çevrilmişik. Bizim işğal olunmuş torpaqlar Gürcülərin Abxaziya və Cənubi asetiyaya ekvivalent deyillər.Bu torpaqlar heç vaxt gürcüstanın olmayıb və o torpaqlarda heç vaxt gürcülər yaşamayıb. Azərbaycanın işğal olunmuş torpaqlarında isə heç vaxt başqa millət yaşamayıb. İqtisadiyatın neftdən asılı olduğuna görə Türkiyə Bakı Ceyhan neft borusuna görə Azərbaycanın ağasıdır və uzun müddət belə olacaq.İrandan fundamentalistlərin kütləvi Azərbaycana göndərilməsinin qarşısına çıxartmağa heç bir şey yoxdur. Ancaq bir məsələdə Azərbaycan müstəqildir. İlham və onun ətrafının Azərbaycan xalqını soymağında.

    • Altay bəy,mən fəxr edirəm ki,xalqımın yaşından asılı olmayaraq belə düşüncəli ogulları var.İcra başçısı bu ölkədə kölədir,quldur.O insan ki,Siz deyən kimi namusunu vəzifəyə dəyişirsə mən ona insan deyə bilmərəm.Mən bir iş adamı kimi imkan vermərəm ki,hansısa bir işimin xətrinə icra başçısının yanında əzilim,ona möhtac olum.Baş agrısı da olsa Sizə bir misal çəkim,bir icra başçısı ilə söhbətimdə onun ərazisində görmək istədiyim işin bahalıgını dedi.Mən isə ona bildirdim ki,bu kresloda Ulu öndərinizə görə oturmusunuz,amma onun hesabınıza qazandıgınızın 20 faizini xərcləməyə ürək eləmirsiniz.Bu sözümdən o kişi kimi cavab qaytardı,dedi ki,axı canımız çıxır,pul bizim üçün həyatdır,onun hesabına qazansaq da xərcləməyə əlimiz gəlmir.Dogrusu onun sözü mənim üçün yenilik idi və mən o insanı düşüncələrimdə dəyərləndirdim.Ona görə ki,o hərəkətləri ilə demək olar ki,etiraf etdi ki, oturdugu kreslo kiminsə hesabınadır,eyni zamanda düşündü ki,mənim də arxamda hansısa qüvvə var.Əslində isə mən heç kimə arxeyin deyildim,sadəcə öz şəxsiyyətimi dəyərləndirməkdən irəli gələn risklər idi.Yəni bu mənim təbiətimdir,heç vaxt imkan verməmişəm ki,kimsə vəzifəsindən asılı olmayaraq özünü mənim qarşımda üstün saysın.Siz axı bilirsiniz ki,nəyinki İcra başçısı,hətta Nazirdə görürsən ki,adi bir gədənin qarşısında ikiqat olur,ona görə ki,hansısa bir “böyüyün”qohumudur və yaxud ona yaxın adamdır.Məsələn Bəylər Əyyubov mənim üçün heç kimdir,amma o müəyyən mənada respublikada bir agadır və icra başçısı,nazir yeri gələndə onun qarşısında mil durur.Elə onun qardaşı oglu R.Usubovun kürəkəninin agzına silahla atəş açıb iflic vəziyyətinə salanda o nazir istefa verməli idi ki,belə cinayət işi törədilir və hüquq mühafizə orqanın başında olsa da
      o susur,qorxusunda cınqırını çıxara bilmir.Budur Ulunun fundamentini qoydugu hakimiyyət.Ona görə biz Rəsul Quliyevi dəstəkləyirik ki,onun başçılıgı ilə demokratik bir dövlət yaradaq və xalq mənaviyyatını anlaya bilsin.Mənaviyyatını dərk eliyə bilməyən millət yaltaq,kölə olar.Əgər bu gün biz bunu düşünmürüksə sabahımız olar və gələcək nəsillər gorumuza söyər.

  11. РАСУЛ МУЕЛЛИМ СИЗИ ШЕХСЕН ТАНЫМЫРАМ.АММА ИДЕЙАЛАРЫНЫЗ АЗЕРБАЙЦАН ХАЛГЫ ИЧИН ЧОХ ХЕЙИРЛИДИР.АД КYНYНYЗY ТЕБРИК ЕДИР ЦАН САГЛЫГЫ.ИШЛЕРИНИЗДЕ МУВЕФФЕГИЙЕТЛЕР АРЗУ ЕДИРЕМ

    • Талиб Оруджев, Rəsul Quliyevin ideyalarını anlamagınız düzgün dünya baxışınızdan xəbər verir.Həqiqətən hər bir məsələdə bir ölçü vahidi,tərəzi olmalıdır.Gəlin ortada olan bütün siyasətçilərimizi bir anlıga nəzərdən keçirib onların həyat təcrübələrini,savad,dünyaya baxışlarını tərəziyə qoyaq.Yəni fakt,düşüncə,məntiq əsasında qiymətləndirək.Fəhləlikdən Azərbaycanın dövlətçiliyində öz zəhməti,aglı,savadı hesabına ikinci şəxs zirvəsinə qədər yüksələn bir insanın da həyat təcrübəsini vərəqləyək,digərlərini də.Düşüncələrə qapılıb Respublikada ikinci şəxs olan Rəsul müəllimin könüllü olaraq bu postdan imtina etməsini araşdıraq.Bunu araşdırmagı bacarsaq Rəsul Quliyevin kimliyi bəlli olacaq.İkinci isə Rəsul Quliyevin insani keyfiyyətlərini sadalasaq bir daha sübut olunacaq ki,həqiqətən O,Azərbaycan üçün qənimət insandır,böyük şəxsiyyətdir.”Milyarderlər ittifaqı”deyilən bir qrumun üzvüləri pulun nə oldugunu bilməyəndə də Rəsul müəllimin bu imkanları da olub.Amma onu nə vəzifə,nədə ki pul düşündürməyib.Lakin bu gün xalqının bu agır günündə Rəsul Quliyev kənardan baxa bilməz,vicdanı,xalqına olan sevgisi bir daha məcbur edir ki,ömrünün ahıl, 65 yaşında topladıgı təcrübəsindən istifadə edərək xalqımızı ag günə çıxarsın.Təbii ki,bu da xalqımızın birliyindən asılıdır.Sizcə talançı iqtidarın var gücü ilə,təzyiqlərlə xalqına,vətəninə yaxınlaşmaga imkan vermədiyi Rəsul Quliyev niyə uzaqlardadır,vətənindən didərgin salınıb?Bir anlıga Hüseyn Cavidlərimizi,Müşfiqlərimizi xatırlayaq,nə üçün vətinimizdən sürgün edilib vətənindən,millətindən uzaq salınmışdır,xalq düşməninə çevrilmişlər?Bütün bunları anlasaq Rəsul müəllimin bu gün xalqına hava,su kimi vacib oldugu üzə çıxacaq!

  12. Eyni zamanda bir acı gerçəyə toxunmaq istərdim ki, son zamanlarda ölkədə bisexsualların sayı artıb və onlar internet üzərindən öz bədənlərini satmaq üçün müştəri toplayırlar .Dövlət isə bunlara heç bir fiziki və psixoloji güc tətbiq etmir hətta onların hüquq və azadlığını təmin etmək üçün əlindən gələni edir və milli məclisdə kişi ilə kişinin evlənməsinin milli məclisdə müzakirəyə çıxartmaq istəyirlər və bu çox utanc verici bir məsələdir.Düzdür Avropa ve ABŞ kimi ölkələrdə bu normal bir şeydir ancaq biz bir müsəlman və hər şeydən bir yana Azəri türkü olduğumuzu unutmamalıyıq və ən azından belə bir masson siyasətinə hələ də göz yumuruq .Mən demək istərdim ki,belə üzdən iraqlarla necə torpaq almaq olar bizim təməlimimizi xalqın gözü görə-görə çökdürür bu masson siyasəti. Mən bəzi məsəllərdə çox aqressivəm və Lüt tayfasının nümayəndələrinin hamısının cəmiyyətdən tədric etmək ya da ki ,fiziki cəhətdən məhv etmək istərdim və buna görə heç kim məni qınamamalıdır.
    Bunlar sabah döyüşdə gedib düşmənin altına yatar .Ona görə biz bunlara nəinki azadlıq hətta yaşama imkanı verməməliyik.Düzdür çoxlarınız yaradılmış bir varlığın fiziki cəhətdən məhv edilməsi fikri ilə razı olmayacaqsız ancaq bunlar millətimizin üz qaralarıdır və dində də eyni zamanda lənətləniblər və buna görə heç kim günaha girməz .Mən sadəcə millətimin sağlam düşüncəli açıq fikirli olan bir millət kimi görmək istərdim .

  13. Bu gün daha bir məsələyə toxunmaq itərdim ,hansı ki xalqı soyub talayan bank sistemindən. Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər bank kredit faizləri yüksək deyil və bu gün ölkə əhalisinin 90 %- bankların yeritdiyi soyub talama siyasətinin qurbanına çeviriliblər.Kredit faizlərinin yüksək olması sahibkarın xərclərinin artırılmasına səbəb olur ki, bu da ölkədə yerli məhsulun normadan daha baha satılması ilə nəticələnir. Bu proses yalnız ölkədə idxalı sürətləndirməklə milli iqtisadiyyatın inkişafına, xüsusilə, sənaye istehsalına zərbə vurur. Ölkədə qeyri- neft sənayesinin ÜDM-də payının 4,5% olması bu problemə ən yaxşı misal kimi göstərilə bilər. Mövcud şərait ölkə istisadiyyatına müxtəlif maneələr yaratmaqla yanaşı ölkə iqtisadiyyatını da neft gəlirlərindən asılı vəziyyətdə qoyur ki,və ölkənin neft ehtiyyatları bitdikdən sonra dövlət nəinki ölkəni saxlamaq gücündə hətta dəftərxana ləvazimatı almaq iqtidarında olmayacaq .Eyni zamanda bankların yeritdiyi siyasətin ən böyük acılı tərəfi isə banklar risklərdən qaçmaq üçün daha çox istehlak kreditinə böyük önəm verir yeni sənayə müəssisəlrinə yatırım üçün olan kreditləri risk hesab edir.Dünyanın heç bir ölkəsində bu qədər istehlak krediti yoxdur və nəzərə alsaq ki ,ölkədə istehlak mallarının əksər faizi idxal mallarıdır və bu da uçuruma gedən yolu açıq görsənir və dövlət bunu yaxşı bilir .Gəlin bank siyasətinin sosial zərrərlərinə diqqət yetirək.
    Əvvəllər apteklər, eləcə də baytarlıq aptekləri necə çoxalırdısa, hazırda banklar və banklara bənzər təşkilatlar əlindən rayonlarda tərpənmək olmur. Hər rayon mərkəzində, ən görümlü yerlərdə 5-10 bank yerləşir. Bunlar ya özlərinə yaraşıqlı binalar tikir, ya da ayı 1500-2000 manata mərkəzdəki ən yaxşı binaları icarəyə götürürlər. Kreditorlara verilən pulların faizi isə göz deşir.bu bank əhalinin ciddi ehtiyac içində yaşadığından faydalanıb pulu ağlagəlməz faizlərlə təqdim edir. Bir çox sakinlər latın qrafikasını bilmədiyindən nəyə imza etdiyini özü də bilmir.Onların təqdim etdiyi müqavilələrdə hansı şərtlər ki, özlərinə sərfəlidir, onu iri şriftlərlə yazırlar, hansı şərtlər ki, kredit alana sərfəlidir, onu elə yazırlar ki, gərək mikroskopla oxuyasan. Ya ağır xəstəsi olan, ya polisə işə düşən, ya təcili vəzifəyə keçmək istəyən, ya övladının təhsil haqqını verə bilməyən şəxslər bu təşkilata elə halda gəlir ki, hansı şərt desən, ona dərhal razılıq verir ki, təki həmin an 1000-2000 manat pulu ala bilsin. Belə anda 30-35 faiz nədir, həmin adama desən ki, bir barmağını, bir gözünü kəsib, girov qoy, bu pulu verim, bəlkə ona da razılaşarlar.Həmin kredit verənlərdən insanların bu çıxılmaz durumundan və məlumatsızlığından istifadə edərək, onları ən yüksək faizlərlə yükləyirlər.Sonra məlum olur ki, əlavə olaraq xidmət haqqı, sığorta haqqı ödəməli, və aldığın pulun 10 faizini, ya bir ayını dərhal həmin təşkilata qaytarmalısan. Nəticədə faiz 45-50-yə, bəzən də bir az da yuxarı qalxır. Yəni, 1000 manat pul götürən sonda ən azı 1500 manat ödəyirProses yüksələn xətlərlə gedir. Cəlilabadlı şikayətçilərin bildirdiyinə görə bu qədər ağır şərtlərə baxmayaraq kredit götürənlərin sayı günbəgün artır. Hazırda kredit götürənlərin az qala yarısı borclarını ödəyə bilmir. Bu səbəbdən olan-olmazını satanlar, ağır xəstəliyə düşənlər, hətta intihar etmək dərəcəsinə gələnlər, ailəsi dağılanlar var. Hələ də mat qalmışıq ki, niyə Avropanın axırıncı diktatoru Lukaşenkoya 300 milyon dollar 0,01 faizlə verilir, amma öz xalqımıza kredit 45-60 faizlə. Xaricdə yatırılan neft pullarımız isə mətbuatın yazdığına görə digər ölkələrin vətəndaşlarına ən yaxşı halda 4-5 faizlə verilir .Nəyə görə öz ölkəmizin neft pulları xaricdə 4-5 faizlə ancaq bizdə isə 30-40 faiz arası çox insan bu iyrənc siyasətin mahiyyətini hələ də dərk etmir ancaq bu da diktatura siyasətinin nəticəsidir ki,hər kəs kölə kimi bir nəfərə işləməlidir və ona sitayiş etməlidir. Ancaq unutmasınlar ki , bir -ikki nəfər fərd xalqın taleyi ilə oynaya bilməz bunu qısa müddətlik nail ola bilərlər ancaq xalq ayağa qalxanda sizin təməli yaltaqlıq və dəyənək gücünə qurulan bariyeriniz uçacaq və xalqına xidmət etmək istəyən oğullarımız meydana çıxacaq və onlar xalqdan oğurlanan hər bir qəpikin hesabını övladlarınıza yedirtdiyiniz haram pulları hamısını sizin boğazınızdan çıxaracaq .Buna hər kəs əmin olsun və o zaman da bizdə insanlıq və rəhm düşüncə faizlərimiz o qədər yüksək olacaq ki, xalqa zülm etməyin nə olduğunu yaxşı dərk edəcəksiniz.

    Rəsul bəy bankların ölkə iqtisadiyyatına iflic etmə siyasətinə bir münasibət bildirməyinizi xahiş edərdim. Qavaqcadan minnətdarlığımı bildirirəm.

  14. Xalqımdan oğurluq edən hər kəs biz azərbaycanlı gənclərin düşmənidir və bizim bir liderimiz var ,o da Rəsul Quliyevdir ki ,sadəcə onun arxasınca biz addımlaya bilərik və başqa lider qəbul olunmazdır.Gəlin hər kəs bu adamın vaxtında qiymətini bilək və ona dəstək olaq ki,bu zülmdən qurtaraq.

  15. Rəsul məllim artıq Elşad Abdullayev yaydığı videolarda mövcüd rejimin çirkli üzünü ortaya çıxarmasına baxmayaraq ancaq iqtidar utanmadan heç bir tədbir görmədi və həmişə belə olan hallarda iqtidar bir nəfər qurban verməklə kifayətlənirdi .Düzdür bu videolardan sonra qurban oldu ancaq həmişəki kimi məzlum təbəqədən olan birini ilk öncə ölkədən çıxardılar sonra onu başqa ölkədə aradan götürdülər.Sözün düzü bu qız heç bir şey etməmişdi ki,sadəcə aralıqçı idi .Pulu alıb başqasına vermişdi onun sadəcə bir səhvi var idi canlı şahid idi .Sevinc xanımın Bakıda həbs olunmağı Ramiz bəyə sərf etmirdi ki,çünki istintaqda ya da məhkəmə də her şeyi deyəcəkdi ona görə ona ilk öncə ölkədədn çıxarmağa kömək etdilər və çıxartdılar və axtarışa verdilər,başqa ölkədə onun aradan götürülməsi bunun sifarişi olduğu şübhəsini aradan qaldırır təbii ki bu onların öz fikirlərindədir ancaq xalqın gözü tərəzidir.Çox maraqlıdır Gülər xanım həbs olunmur aralıqşı qismində iştirak edən şəxs barəsində həbs qəti imkan tədbiri seçilir hansı ki ,ölkədən çıxdığı zaman məncə bunlar yaxşı film çəksələrdə nədənsə həmişə quyruqları qapı arasında qalır.Bu qədər video material dəlil bizim məhkəmələr ə kifayət etmirmi ki,Ramiz məllimin cinayət əmələrini ortaya çıxartmağa ancaq başqa biri olsa idi heç bir video material olmadan 50-100 manatlıq saxta şahidlərlə üzünə qoyub içəri atmağa kifayət edərdi.Bu video materiallar bir daha onu göstərdi ki dövlətin daxilində silsilə qətilləri sifariş verən ,adam oğurluğu rüşvətin başında duran bir mafya ölkəni necə istəyir elə də idarə edir .Çox maraqlıdır ki,Elşad məllimin yaydığı video Gülər xanımım deputat mandatlığını əlindən alınmasına və Yap-ın ordu sıralarından çıxarılmasına formal da olsa istintaqa cəlb olunması üçün yetərli dəlil oldu ancaq Ramiz məllimə heç də təsir göstərmədi niyə Ramiz məllim göydən düşüb ki,onu iqtidar silmək istəmir .Adətən belə olan hallarda yıxılana balta vurmağı sevən Əli Əhmədov həmişə belə məsələrə çox pis tənqidi yanaşma ilə münasibət bildirərdi hətta belə insanların Yap-ın imicini korlamaqda və partiya sırasından çıxarmaq üçün fətva verməkdə onlara ləqəb dələduz maşenik adı qoymaqda çox peşəkar olan bir insan nədənsə susur .Ola bilər ki söz ehtiyyatı bitib ya da zaryadka yığır ki,Ramizin delete düyməsini basınlar ondan sonra münasibət bildirsin .Mənə elə gəlir bu dəfə artıq xalq daha böyük qurban istəyir çünki hər dəfə xırdaları aradan götürməklə məsələni bitmiş hesab edənlər artıq durumun son həddə çatdığını bilirlər .Bu dəfə Ramiz Mehdiyev içəri getsə bəlkə bir az özlərini sığorta edə bilərlər ən azından prezident seçkilərinə kimi.Ancaq çox insan mətbuatda Gülər xanımın həbs olunmasını istəyirlər ,mən bununla razı deyiləm çünk birincisi Gülər şahmatın piyadasıdır vəzir nə əmr edirsə onu oynayır həmdə Azərbaycan qadınına həbsxananı yarşdırmıram .Ona qalası olsa Rəsul məllim gəldikdən sonra gərək ölkədə həbsxana şəhərciyi tikilsin .Heç kimsə istəyərək pis yolla düşmür biz çalışıb pis yolla düşəni öz yoluna yolla salanları həbsə atılmasının tərəfində olmalıyıq .Həyat yaşamaq uğrunda mübarizə olduğu üçün insanlar çox çətin şərtlərdə yaşamaqdan qurtulmaq üçün özlərində yaltaqlıq ,yalançılıq,xəyanət ,qəddarlıq kimi pis vərdişləri özündə formalaşdırmağa başlayır .Ancaq heç də bu həmişə uğurlu alınmır ya həbsxanalıq olursan ya da ulduzun parlayır sən sayılıb seçilən hətta ixtiyar sahibinə çevrilirsən .Hər kəs sənə təzim edir baş ayır sənsə bundan fərəhlənib yaşayırsan .Tərif və mədhiyyələrdən ürəyin gedir ,elə bilirsən ki hamı səni sevir ancaq vay o günə ki ,sən yıxılasan sənə bir zamanlar üzünə mədhiyyə tərif deyən insanlar sənin haqqında olmazın tənqidi fikirlər səsləndiri hətta sənə salam verdikləri üçün xəcalət çəkdiklərini etiraf edirlər.Təəsüf ki bu gün Azərbaycandakı iqtidar xalqa belə şeyləri öyrətməyi bacarıb necə deyərlər Heydər Məktəbinin tələbələri.Ancaq belə insanlara qarşı həmişə nifrət etmişəm hətta onlarla əl tutmağı bir masa arxasında oturmağı utanc hesab edirəm.İnsan gərək ilk növbədə ailəsini sonra millətini sevsin deyə bilərsiz nəyə görə ilk növbədə ailə çünk ailəsini sevməyən insan onun üçün canı yanmayan dövləti üçün faydası olmaz . Hər kəs bu rejimin çökəcəyini yaxşı bilir. Biz gərək öz dövlətimizi elə quraq ki,etdiyimiz səhvləri bir daha təkrarlamayaq .Mən istərdim bu gün bizim müxalifət Rəsul bəyin ətrafında birləşsin çünki biz bunu bu gün etməliyik çünki bunlar çox dərin kök tutublar ,ona görə hər kəs çalışmalıdır ki,ilk öncə daxili ziddiyəti bir kənara qoyub bu kötüyü götürsünlər .Ondan sonra xalq özü qərar verər kim qalsın kim getsin .Ancaq mövcüd potensial bizə bu gün sadəcə Rəsul məllimin ətrafında birləşməli olduğumuzu göstərir.Çünk İsa bəy 2003-cü ildə həqiqətən prezident seçilmişdi və haqqını tələb edə bilmədi yəni oyunda uduzdu .Yenə seçilsə nə olacaq ki ,çünki bu adam mübarizə taktikasını düzgün seçməmişdi .Ona görə Rəsul məllimin ətrafında birləşək ki,bu zülmdən canımız qurtarsın .Rəsul məllim məncə bu dövlətə sidq ürəkdən xidmət etmək üçün hər kəsi dəyərləndirəcəkdir.Bizim məqsədimiz xalqa xidmət etmək deyilmi gəlin hər kəs mövcud vəziyyəti düzgün qiymətləndirsin.Bu gün sadəcə biz birlik olmalıyıq parçalanmamalıyıq .Çünki zülmdən çıxış yolunu Rəsul bəylə ola bilər.Biz hər kəs yaxşı düşünməliyik 2013-cü il bizim son şansımızdır.1990-cı illərdə meydandlarda əliyalın tankın qabağına gedən xalqıma nə etdi bunlar .Unutmayaq ki,biz indidən sonra nə etsək xalqımız üçün edəcəyik.

  16. Rəsul məllim sizcə Əliyev bu qədər haqq hesabdan sonra Ramiz Mehdiyevi qurban verəcəkmi ? Yoxsa o toxunulmaz qalacaqmı əgər toxunmayacaqsa buna səbəb nədir ki, bu adamı bu qədər müdafiə edib öz bitmiş imicini bir az da kölgə altına salır. Əliyevin bu görməzliyi nədən irəli gəlir .Xahiş edirəm münasibət bildirəsiniz.

  17. Cox maraqli bir yazı Əliyev barəsində ingilislərin dilindən.
    Do Azerbaijanis know Heydar Aliyev?
    Over the last few days some interesting facts have been circulating in the Turkish media about the 3rd president of Azerbaijan, Heydar Aliyev – someone who, with the will and command of his son Ilham Aliyev, has adopted the status of ‘national leader’. These facts we already knew. These rumors had been around for a long time. The only thing missing was a reliable source to confirm them.

    Turgut Er, former press attaché of the Turkish Embassy in Azerbaijan, becomes this source in his recently published memoirs entitled ‘From Freedom to Tyranny’. This is a book that every Azeri must read in order to know his ‘leader’. This book uncovers everything Heydar Aliyev did not do for Azerbaijan, rather than what he did do. The person whose name is mentioned with honor during every newscast, whose picture you see on the top corner of your TV screens during every holiday, the person who is called “Azerbaijan’s Ataturk” does not exist in this book.

    Read this book and make sure others do, too. Every nation must know its ‘leader’. Below are five interesting facts selected from the memoirs:

    • Did you know that Zori Balayan – generally considered the national enemy of Azeri Turks and wanted on behalf of Interpol – is related to Heydar Aliyev on the mother’s side?

    • Did you know that the 20 January massacre was orchestrated by Heydar Aliyev and his people?

    • Did you know that Heydar Aliyev blocked Abulfaz Elchibey, who suffered from prostate cancer, from leaving the country and seeking treatment abroad, in effect playing a direct role in the latter’s death?

    • Did you know that Heydar Aliyev’s name is among the founders of the Kurdish terrorist organization PKK?

    • Did you know that the events on 20 January, the Ganja riots and other events were planned especially with the initiative of Russia and Turkey in order to bring Heydar Aliyev from Moscow to Nakhichevan

    Heydar Aliyev travels to Hajj. During the pilgrimage, the time comes for the “Stoning of the Devil” ritual. When Heydar Aliyev takes a stone in his hand to throw at the statue of the devil, the “devil” suddenly speaks:

    – “Heydar, you’re going to throw a stone at me, too?”

  18. Hər vaxtınız xeyir Rəsul bəy (müəllim demirəm çünki indi müəllimlər qatıq satmaqla məşquldur. başqa sözdə dilimizdə yoxdur). Belə bir məsələ məni maraqlandırır. 2012-ci ilin dövlət büdcəsinə baxıram orada işğal altında olan ərazilərin dövlətə gətirdiyi gəlirlər və oraya qoyulan maliyyə barədə yazılıb. misal üçün Xocal 300 000 manat gəlir verib, 3 267 115 manat oraya xərclənib axirda isə “Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait”- 2 987 115 manatdir. Qəribə burasıdır ki siyahida olan bütün rayon və şəhərlərin Gəlirlərinin son üç rəqəmi SIFIRLA bitir Xərclər isə dəqiqliklə aparılır. Bəlkəm bizim xəbərimiz yoxdu Xocalıda fabrikimiz işləyir ya Şuşada nese ermenilerle birgə iş birliyi var çünki Şuşa şəhərinin gəliri 1 200 000 yazılıb ))). Bu barədə sizin fikrinizi oxumaq maraqlı olardı.

  19. Bu polisler ele bil ermeni tuturlar . Öz milletinin qızını döyən qeyrtesizlər .Rejim deyisilse bunların üzerine benzin tökəcəklər.Bir qarın çörək üçün öz uşaqlarının gələcəyini bilməyən zavalı polis mən bunların hamısının rejim üçün etdikleri fedakarlığa görə ən ağır cəza verilməsinin tərəfdarıyam bu yaxın zamanda baş verəcək.Onda bunları yığasan meydana daş qalaq etdiresen ağılları başına gəlsin.

    • AKSİYA İŞTİRAKÇILARI İLƏ KOBUD RƏFTAR EDƏNLƏR POLİSLƏR YOX 150 NƏFƏR MÜLKÜ GEYİMLİ “YARASA”QRUPU VƏ 500 NƏFƏR POLİS FORMASINDA KÜRD QRUPUDUR.TƏBİİ Kİ BELƏ AZ SAYLI AKSİYALAR ONLAR TƏRƏFİNDƏN TEZ DAGIDILIR,İNSANLAR TƏKLƏNƏRƏK HƏBS EDİLİR.AMMA XALQ AYAGA QALXSA İZDİHAMLI MİTİNQ KEÇİRİLSƏ POLİS XALQIN TƏRƏFİNƏ KEÇƏCƏK,O İKİ QRUP İSƏ ORTALIQDA ƏZİLİB CƏZASINI ALACAQ.HAZIRDA QUBA,İSMAYILLI,”BİNƏDƏKİ”İŞ ADAMLARININ VƏ ƏSGƏR ÖLÜMÜ İLƏ BAGLI AKSİYALAR GÖSTƏRİR Kİ,HAKİMİYYƏTİN ÖZBAŞINALIQLARINA DÖZMƏYƏN XALQ ARTIQ QORXU XOFUNDAN ÇIXMAGA BAŞLAYIR.MARTIN SONUNA QƏDƏR BU KÜTLƏVİLƏŞƏCƏK VƏ BİR DƏ BAXACAYIQ Kİ XALQ AYAQ ÜSTƏDİR,HAKİMİYYƏTİN İSTEFASINI TƏLƏB EDİR.DİN NAZİRİ R.USUBOV İSMAYILLIDAKI USYANI 200 NƏFƏRİN XULİQANLIQ ETDİYİNİ ADLANDIRIR,AMMA XALQ HƏRAKATINI GÖRƏNDƏ CÜRƏT EDİB XALQIN QARŞISINDA TAB GƏTİRMƏYƏCƏKLƏR,DABANLARINA TÜPÜRÜB MƏMLƏKƏTİ TƏRK EDƏCƏKLƏR!SEÇKİLƏRƏ QƏDƏR BU HAKİMİYYƏT DEVRİLMƏLİDİR VƏ BU XALQIN QÜRURUNDAN,CÜRƏTİNDƏN ASILIDIR.BU DA MÜTLƏQDİR,ARTIQ XALQ BAŞQA ÇIXIŞ YOLU GÖRMÜR.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: