“Bu İnsanların Gözlərini Elmar Hüseynov Kimilərinin Yerdə Qalmış Qanları Örtüb”

ACP lideri, eks-spiker Rəsul Quliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik.

– İlk olaraq Amerikada – sizin yaşadığınız Nyu-Yorkdakı təbii fəlakətlə bağlı vəziyyəti öyrənmək istərdik. “Sendi” qasırğasının sizə bir ziyanı oldumu?

– ABŞ hər il ona yaxın müxtəlif tufan və qasırğalarla vurulan bir ölkədir. İldə Azərbaycan büdcəsinin 10 misli səviyyəsində ölkəyə bu təbii fəlakətlərdən ziyan dəyir. Bu tip qasırğalar başqa ölkələrdə olsa, onu yerlə-yeksan edər, iqtisadiyyatını, sosial həyatını tamamilə çökdürərdi. Amma bura Amerikadır, sadəcə, dəyən ziyanın təcili aradan qaldırılmasından söhbət gedə bilər. Budəfəki qasırğa çox güclü idi və əsasən Nyu-York şəhərinə ziyan vurub. Biz şəhərdən təqribən 40 km aralıda yaşadığımız üçün ziyan çox da güclü deyildir. 2-3 gün elektrik enerjisi və internetin olmamasını nəzərə almasaq, demək olar ki, elə bir ziyan dəyməyib. ABŞ-da fəlakətin nəticələrinin aradan qaldırılması çox ciddi təlimatla həyata keçirilir. Məsələn, elektrik enerjisi ən çox insanın yaşadığı yerdən (daha çox kasıbların yaşadığı ərazilər) başlayaraq axırda ən az insan yaşayan yerlərdə ardıcıllıqla bərpa olunur. Yəni kasıblar yaşayan zonalarda fəlakətin nəticələrini ləğv etmək birincidir, varlılar yaşayan yerlərdə axırıncı. Ona görə hələ də yerlər var ki, elektrik bərpa olunmayıb. Düşündüm ki, bu, oxucular üçün maraqlı olar. Bu məsələdə də iki ölkə arasında fərqi başa düşərlər. Çünki bizdə bu işlər tam tərsinə həll olunur.

 

– Son günlər lideri olduğunuz ACP-nin qərargahı ilə bağlı müəmmalı xəbərlər dolaşır. Bildirilir ki, qərargahın sahibləri cəzalandırılıb, artıq bina satışa çıxarılıb…

– Bu, qərargahla əlaqədar qalmaqal deyildir. Çünki bu məsələdə qalmaqallıq bir iş yoxdur. Binanın sahibkarı zəhmətkeş bir insandır. ACP-nin üzvüdür. Məni çoxdan tanıyır və ideyalarıma hörmətlə yanaşır. 1990-cı illərdə Naxçıvanda YAP-ın ən fəal yaradıcılarından biri olub. Bir neçə ildən sonra YAP-ın siyasətindən narazılığına görə bu partiyadan çıxıb.  İndi Türkiyədə yaşamasına baxmayaraq, bir neçə dəfə Bakıya qayıdıb partiyanın işində aktiv iştirak etmək niyyətində olduğunu bildirib. Mülk onundur, müvəqqəti ACP-yə qərargah üçün verib. İstədiyi vaxt sata da bilər. Ona bəzi dardüşüncəli adamlar təzyiqlər edirlər. Özünü, ailəsini çirkin üsullarla hədələyirlər. Kimlərin başına nə vaxt nələri gətirdiklərini sadalayıb onun da aqibətinin belə olacağı ilə qorxudurlar. Bu insanların gözlərini, məsələn, Elmar Hüseynov kimi insanların yerdə qalmış qanları örtüb, yenə hədə-qorxu gəlirlər. Necə ki, vaxtilə öldürdükləri və ya həbs elətdiklərinə həmişə hədə-qorxu gəliblər. Bu insanlar hələ də Gülər Əhmədovanın başına gələnlərin onların da başına gələ biləcəyini dərk etmirlər. Anlamırlar ki, əgər Əhmədova bir-iki cinayət törədibsə, onlar cinayətlər bataqlığında üzürlər və geci-tezi var, batacaqlar – sağ olanların özləri, heykəlləri olanların heykəlləri. Ancaq indi gedən bu proseslərin mayası ACP-yə kimlərinsə mənfi münasibəti ilə bağlı deyil.

Qanunlarla idarə olunmayan Azərbaycanda hakimiyyətdə olanların arasında fərqli maraqlara qulluq edən azı 3 qruplaşma var. Prezidentin hər şeyə nəzarət etmə həvəsinin və imkanlarının olmaması anarxiya yaradıb. Prezident seçkiləri qabağı təsir dairələrini genişləndirmək uğrunda bu xalqı talamış qruplar arasında alovlanan ölüm-dirim mübarizəsi qarşılıqlı kompromatlarla günü-gündən güclənir. Bəziləri, xüsusilə müxalifətdən müəyyən şəxslər bunu hakimiyyətin naxçıvanlı və ermənistanlı klanlarının müharibəsi kimi qələmə verməyə çalışırlar. Əslində bu, belə deyil. Hətta artıq naxçıvanlılardan qisas alınacaq kimi şüarlar da səsləndirirlər. Harada və kimlərin bu işi gördüyü barədə lazım olanda arayış verəcəyəm. Yaşlı nəsil xatırlayır, gənclərin də nəzərinə çatdırmaq istəyirəm, belə bir ideya 1988-ci ildə Vəzirov tərəfindən irəli atılmışdı, onda da guya Əliyev rejimindən boğaza gəlmiş başqa regionların naxçıvanlıları süpürüb atacaqlarına böyük ümid var idi. Amma bunun nə ilə qurtardığını yaxşı bilirsiniz. Azərbaycanlıların düşməni naxçıvanlı və ya ermənistanlı deyil, rejimdir. Bilmək istəyirsinizsə bu rejimdən daha ağır zərbələr alanlar da bu iki regionun adamlarıdır. Ona görə hakimiyyətdə gedən müharibəni lokallaşdırmaq nəinki qəti sürətdə düzgün deyildir, ziyanlıdır, gələcəkdə yarana biləcək vətəndaş cəmiyyətinin hələ formalaşmamış kötüyünə balta vurur.

Anarxiyanın mövcud olmasına baxmayaraq hələ də baş arbitr rolunu prezident oynayır. İndiki dövrdə başqa qrupu məhv edib prezidentə daha da yaxınlaşmaq prosesi gedir. Bu mərhələdən sonra prezidentdən necə xilas olmaq prosesi başlanacaq. Bir məqamı qeyd edim, bu qruplardan birinə Gülər Əhmədova qalmaqalı vasitəsilə təsirli zərbə endirilib. Müvazinətini itirmiş komanda ACP-yə hücum etməklə özlərinin necə sadiq olduqlarını göstərmək istəyirlər. Həmin komanda bu yaxınlarda Moskvada yaradılmış milyarderlər forumunun prezidentin əleyhinə yönəlməsi versiyasını da ortaya atmaqla bir qədər tarazlığını təmin edib. İndi əks tərəfdən yeni kompromatların əsasında hücumlar gözlənilir. Bu insanlar hələ də rejimin yavaş-yavaş, ancaq qətiyyətlə çökdüyünü anlamırlar. Suda boğulanın öz balasını ayağının altına qoyması prinsipi ilə işləyirlər. Başa düşmürlər ki, övladlarından sonra onlar da suda batacaqlar.

 

–  Sizin bu günlərdə Rusiyaya gəldiyiniz, Əli Həsənovla görüşməniz haqda informasiyalar yayılıb. Bunu Əli Həsənov özü təkzib edib, hər halda sizin də fikirlərinizi bilmək maraqlı olardı.

– Rusiya ilə əlaqə yaratmaq üçün Moskvaya getmək vacib deyil. Əli Həsənovla nəinki bu yaxınlarda, heç vaxt görüşməmişəm. Ümumiyyətlə, mən anlaya bilmirəm onunla görüşüb nəyi müzakirə edə bilərəm. Vəzifəsi və səlahiyyəti dəqiq məlum olmayan bir şəxslə nə barədə danışmaq olar? Düşünmürəm ki, indiki şöbə müdirlərinin səlahiyyəti 1993-2003-cü illərə nisbətən artıbdır. Onlara səlahiyyət yox, kiçik korrupsiya və rüşvət işlərində bir qədər azadlıq verilib, vəssalam. Doğrudan düşünürsünüz ki, mən – Rəsul Quliyev heç bir qərar qəbul edə bilməyən, verdiyi sözün arxasında durmaq şansı olmayan insanlarla görüşüb nəyisə müzakirə edə bilərəm?

 

– Hər halda Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlməniz də şərh olunan məsələlərdən biridir. Bu haqda nə deyə bilərsiniz?

– Başqa ölkənin dəstəyi ilə hakimiyyətə gəlmək ideyası siyasətlə məşğul olmağa başladığım ilk illərdən mənə tamamilə yad olan bir ideyadır, hətta o barədə düşünənləri belə əxlaqsız hesab edirəm. Mən demişəm və bir daha təkrar edirəm, ancaq Azərbaycan xalqının dəstəyi ilə hakimiyyətə gələn şəxs Azərbaycanın prezidenti sayıla bilər, başqa variantlar ola bilməz. Rusiya və digər qonşu ölkələrlə dostluq əlaqələri yaratmaq, hakimiyyətə gələrsənsə hansı siyasəti aparacağını, dövlətlərarası əlaqələrin hansı qanunlarla tənzimlənəcəyini  müzakirə etmək üçün bu ölkələrin məsul şəxsləri ilə görüşmək  planımda var, bu, çox vacibdir və bu işləri görəcəyəm. Məndə qəti surətdə bu ölkələrə qarşı antipatiya yoxdur, ola da bilməz. Azərbaycan kimi kiçik bir ölkənin qonşu Rusiya kimi nəhəngin bölgədəki maraqlarına məhəl qoymaması Don Kixotluq olar. Çalışmaq lazımdır ki, o maraqlar sənin ölkənin ziyanına olmasın, daha yaxşısı, bu maraqlar üst-üstə düşsün. Kimlərinsə xoşuna gəlmək üçün antirus ritorikası ağıldankəmlərin məşğuliyyəti ola bilər.

 

– Bəzi müşahidəçilər sizin 2013-cü ilə yönəlik planlarınızın, hakimiyyətə gəlmək iddianızın yenə də iflas olacağını deyir və buna dair təhlillər verirlər. Əks arqumentlərinizi eşitmək maraqlı olardı.

– Mən özüm də bu planların iflas olacağından qorxur və bu hadisənin baş verməməsi üçün daima axtarışdayam. Sözsüz, əvvəlki illərdə buraxılmış səhvlərdən nəticə çıxarmaq üçün daima analiz edir, strategiya və taktikaya daim korrektlər edirəm. Tez-tez mənim haqqımda sizin qəzetdə də qərəzli yazılar gedir. Haqqımda tənqidi yazılara loyal adamam, hətta bu yazılar müəyyən məntiq üzərində qurulubsa, diqqətlə analiz etmək məcburiyyətində qalıram, ola bilər bəzi addımlarımı korrektə etməli oluram. Ancaq “Məşədi, 5 manat ver, gedim filankəsin qəzetdə atasını yandırım”, tipli yazıların müəlliflərinə ikrahla baxıram. Məndən xahiş olunsa, özüm barədə daha tutarlı tənqidi məqalə yaza bilərəm, nəinki o yazarlar.
Mən heç vaxt barəmdə qərəzli yazılarda gedən “faktlara” əks arqument axtarmıram, sadəcə, Azərbaycana dönüb seçkilərdə iştirak etmək və qalib gəlmək planım var, o planın düzgünlüyünə inanıram, plan kompleks, çoxsahəli, yorucu, çətin işlərin toplumundan ibarətdir, onları açıqlamaq fikrim yoxdur, ancaq bu istiqamətdə işlər gedir. Kimlərsə mənim gələcəyimə inanmırsa, nə problemləri var, rəqibin biri də azalır, imkanlar artır. Hökumət mənim gəlməməyim üçün dəridən-qabıqdan çıxır, bu istiqamətdə gördükləri istənilən kiçik işdən belə sevinirlər, onları başa düşmək olar. Guya rejimi istəməyənlərin mənim gələ bilməməyimdən sevinmələrini başa düşə bilmirəm.

Gülər Əhmədova qalmaqalından sonra hökumətdə vəzifələri olanların və deputatların 90 faizi gərək abrına qısılıb xəcalət çəkə və danışmaya. Bu əl nazirləri və seçilməmiş deputatların sosial dayaqlardan (sənin “sosial bazan” haqqını verib səni deputat etmiş şəxsdir) danışmaları həqarətli bir şeydir. Əlbəttə, onların dediklərində müəyyən həqiqət vardır. Son 16 ildə mən həqiqətən ABŞ-da yaşamağa məcbur edilmişəm. O yazanlar kimi dünyanın ən “qabaqcıl” ölkəsi Azərbaycanda olmamışam. Ona görə də demokratiya və vətəndaş cəmiyyətinin nə olduğunu yaxşı bilmirəm. Çox yaxşı olardı vaxtilə bolşevik fəlsəfəsini tərənnüm edən filosoflar öz əsərlərindən parçalar dərc etdirərdilər, mənim kimi dünyadan xəbərsizlər də oxuyub prezident seçkilərində iştirak etməyə layiq olmadığımızı nəhayət anlayardıq. Əgər bu adamlar skandala həvəslidirlərsə, kimin kimlərin vasitəsi ilə deputat edildiklərinin xronikasını verə bilərik.

 

– Bu bir faktdır ki, İctimai Palata ölkədə az-çox fəaliyyətdə olan, real müqavimət göstərən qurumdur. Niyə bu təşkilatı davamlı olaraq tənqid edirsiniz, əməkdaşlıq etmək doğru olmazmı?

– Mən İP-i tənqid etmirəm və heç vaxt tənqid etməmişəm. Nəyin əsasında bu ittihamlar mövcuddur, deyə bilmərəm. Birinci gündən “İP bizim təbii müttəfiqimizdir” demişəm. Sadəcə, İP-in liderlərinin heç bir planı və proqramı olmayan insanlar olduğunu demişəm və bir daha təkrar edirəm. Onların yazdıqları “demokratiyaya keçid xəritəsi” adlı sənədin reallıqla heç bir əlaqəsi yoxdur. İP üzvlərinin heç 5 faizi o sənədi axıra qədər oxumayıb. İP-in mayda atdığı addımlarla oktyabrda atdığı addımlar arasında ya fərq yoxdur, ya da zəifləmə istiqamətindədir. Buna görə həmin təşkilatın liderləri məsuliyyət daşıyırlar. Həmin liderlər iddialarından əl çəkməlidirlər və məsələn, Məşvərət Məclisinin bəyanatına və ya  müraciətinə də qol çəkməlidirlər. Ya da bu sənədləri birgə müzakirə etməyə razılaşmalıdırlar. Bu təkliflər 10 dəfələrlə biz tərəfdən irəli sürülüb, cavab yoxdur, indi deyin, kim əməkdaşlıq etmək istəmir? Xalqın canını bu rejimdən xilas etmək üçün mən ən qatı düşmənimlə də əməkdaşlıq etməyə hazıram. Hər halda İP üzvlərinə olan münasibətim düşmənçilik kriteriyasına uyğun gəlmir. Daha çox onlara olan hörmətə hörmətlə cavab verməlidirlər. Cavab verməməyin özü hörmətsizlik sayılır, bəlkə bu, belə deyildir. Mən istənilən İP liderinin özündən müştəbehliyini heç vaxt qəbul etmərəm, çünki özündən müştəbeh olmaq üçün tələb olunan 10-a yaxın keyfiyyətin və reallığın heç biri onlarda yoxdur.

 

– Sizə qarşı əsas iddia budur ki, hakimiyyətə gəlmək üçün birinci ölkəyə gəlmək lazımdır. Azərbaycana qayıtmaq üçün konkret işlər görürsünüzmü?

– Bu suala cavab verildi.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

11 Cavab to ““Bu İnsanların Gözlərini Elmar Hüseynov Kimilərinin Yerdə Qalmış Qanları Örtüb””

  1. GÖRKƏMLİ ADAMLARIN HƏYATI -H.Əliyevdən bəhs edilən kitabında Ulu öndəri fransız generalı və siyasətçisi Şarl De Qoll-a bənzədirlər.
    1944-cü il noyabrın 27-də Moskvaya, SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Vissarionoviç Stalin danışıqlara yollanan,«Döyüşən Fransa» hərəkatının rəhbəri, Fransa RespublikasıMüvəqqəti hökumətinin başçısı və ölkənin gələcək prezidenti Şarl de
    Qoll yolüstü Bakıda dayanmalı olmuşdu.
    Bakıda generalı bütün rəsmi mərasim qaydalarına uyğun ehtiramla qarşıladılar. Bayraqlar, himnlər, fəxri qarovul… Rəsmi qonağı qarşılayanların arasında vəzifə səlahiyyətinə görə dövlət təhlükəsizlik xidmətinin gənc leytenantı, əyninə mülki plaş geymiş və başına dəbdə
    olan şlyapa qoymuş Heydər Əliyev də vardı.Sonralar Heydər Əliyevin söylədiyinə görə, onun nəzərləri ani də olsa De Qollun baxışları ilə qarşılaşmışdı.
    Necə də gəlişi gözəl kəlamlardı.Biri KQB-nin geniralı,digəri vətəninin hərbi geniral olmuşlar.
    Fransanın birliyini və müstəqilliyini yaradan Şarl De Qoll-un həyatı haqqında qısaca xülasə-
    Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 22 noyabr 1890 – 9 noyabr 1970) – fransız generalı və siyasətçisi. İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmişdir. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq etmişdir. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı o, yeni hökumətin yaradılması üçün tapşırıq alır. Qoll bu ərəfədə konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll elə həmin il yeni respublikanın prezidenti seçilir. O, 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynamışdır. Onun qoyub getdiyi “Qollizm” ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır.
    Apardığı referendumda de Qoll hakimiyyətin regionlar və mərkəz arasında bölünmsəi, regionlarda həmkərlar ittifaqının aktiv iştirakına şərat yaratmağa nail olur.De Qoll həm də onu elan edir ki, referendum səsvermədə qəbul edilərsə o istefa verəcək. Buna görə də, hətta reform əleyhidarları referndumun musbət nəticələnməsinə çalışmışdılar. Referendum 52,46% səs çoxluğu ilə qəbul edilir. 28 aprel 1969-cu ildə de Qoll prezidentlik vəzifəsindən istefa verir. Bundan sonra o məzuniyyət götürərək İrlanda istirahətə gedir. Sonra Kolombe-de-dez-Eglisesə köçür və orada öz memuarları üzərində işləyir. 1970-ci ildə İspaniyaya növbəti səfəri zamanı 9 noyabrda ürek tutmasından vəfat edir. 12 noyabrda onun dəfnində hələ generalın 1952-ci ildə yazdığı vəziyyətinə əsasən yalnız onun yaxın qohumları iştirak edir. O Kolombedə qızı Annaın yanında dəfn edilir.

    Bənzətmənin əsas səbəbi budur.1990-cı ilin iyul ayında Azərbaycanın çağırışıyla Heydər Əliyev özünün Moskvadakı qəriblik həyatından ayrılaraq vətənə döndü.Çünki,Qorbaçov əyyamının Sov.İKP MK Siyasi Bürosunda Heydər Əliyevi dinləmək və eşitmək istəmədilər. Və o da çıxıb getdi…
    1958-ci ilin may ayında Kolombe malikanəsində tənha yaşayan general de Qoll Fransanın çağırışıyla Parisə qayıtdı.
    Geri dönən zaman hər ikisinin 67 yaşı olub.

    H.Əliyevin idarə etdiyi Azərbaycan,millətin taleyi isə göz qabagındadır.

    İki fərqli insan (H.Əliyev-Şarl De Qoll),iki fərqli ölkə (Azərbaycan-Fransa),biri diktatorlat əlkəsi,digəri Demokratlar əlkəsi.Görün necə də biri-birinə bənzəyirlər!

    • De Qolun həyatından bioqrafik momentləri sadalamısınıəz,ancaq təəssüf ki,onu ideallaşdırmısınız. De Qolun birinci dəfə hakimiyyətə gəlməsinin səbəbkarı İngiltərədir. Stalində onu Çörçilin xahişi ilə qəbul edib. Çünki ABŞ De Qolu yox general Jironu dəstəkləyirdi. 1944-cü ildən ömrünün axırına qədər ABŞ-ı bu səbəədən sevməyən De Qol həmişə bolşeviklərin dostu olub.İkinci dəfə hakimiyyətə gələndən sonra NATO-dan çıxıb ancaq siyasi bürosunda qalıb. !958-ci ildə De Qol Əlcəzairi Fransaya qaytaracaq şüarı ilə hakimiyyətə gəlib ancaq gələndən sonra onu müstəqil elan edib (Bu məsələdə H.Əliyev De Qola oxşayır).De Qolun hakimiyyətinin iflası 1968-ci il protest mitinqlərindən başlayır. Hakimiyyətdən getmək istəməyən De Qoll 1969-cu il referendumu elan etməklə bir qədər ömrünü uzadır. Ancaq referendumun nəticələri onun siyasi ambisiyalarına son qoyur. Həyatı boyu kifayət qədər kobud səhflər buraxan ambisioz De Qolla Əliyevi müqayisə etmək onun ruhunu təhqir etməkdən başqa bir şey deyildir. 1945-ci ildə Fransa Almaniyadan asılı ancaq müstəqil bir ölkə idi.1945-ci ildə Fransanı tam müstəqil edib və Avropanın bölüşdürülməsində pay verən ABŞ və BB silahlı qüvvələri idi. De Qolun tabeçiliyində olan bir ordudan Sovetlərdə 100-ə yaxın və ABŞ,BB -da 75-dən çox idi. Cəbhələrdə vuruşan 16 milyona yaxın insanların arasında (Alman ordusundan başqa) De Qolun İngilislərin köməyi ilə yaratdığı orduda heç 300 min adamda yox idi. Belə belə işlər.De Qol Əliyev kalibirli lider olmayıb ki,siz onu onunla müqayisə edirsiniz. Hətta Əliyevi pisləsəniz belə Siz Əliyevi Kərimov,Türkmənbaşılarla müqayisə etməlisiniz. Baxmayaraq ki,Əliyev xalqa etdiyi zülümlərə görə onlardanda aşağı səviyyədədir.

  2. Rəsul Quliyevin nüfuzu hakimiyyətin kürkünə birə salıb,vəlvələyə düşüblər.Belə ki,Açıq Cəmiyyət Partiyasının (ACP) Sumqayıt Şəhər Təşkilatının konfrans keçirməsinə imkan verilməyib.Səbəb kimi isə binada qaz partlayışı təhlükəsinin olmasını bəhanə ediblər.
    Konfrans itirakçıları binadan çıxdıqdan sonra ACP-nin sədri Sülhəddin Əkbəri və6 fəalı saxlayaraq Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar. ACP sədri Sülhəddin Əkbər saat 17 radələrində polis nəzarətindən sərbəst buraxsalar da şəhər polisinin rəhbərliyi ondan qəti şəkildə Sumqayıtı tərk etməyi tələb edib.

  3. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti iclası keçirilib.Artıq iki aya yaxındır ki, ölkənin siyasi həyatını silkələyən YAP siyasi şurasının üzvü Gülər Əhmədova və Elşad Abdullayevin məlum video qalmaqalı cəmiyyətdə ciddi müzakirə olunan və ictimaiyyətin diqqətində olan bir hadisə kimi qiymətləndirilərək bəyat da verilib.
    Dogrudan da çox acınacaqlı millətik.Deməli E.Abdullayevin sensasiya yaradan video olayı olmasaydı belə çıxır ki,Azərbaycanda hər şey normal bir vəziyyətdə idi?Əzizlərim bu hakimiyyətin mayası rüşvət,korrupsiya və manopoliya ilə yogrulub.Bu məsələlərlə biz hər gün,hər saat,hər an qarşılaşırıq və buna adi hal kimi baxırıq.Adicə JEK-dən tutmuş bütün dövlət qrumlarında açıq-aşkar rüşvət tügyan edir.Adicə arayışı JEK-dən pulsuz almaq olarmı?Yox.Bəs bunu yaradan kimlərdir?Misal var”balıq başdan iylənər” Korrupsiyaya qarşı mübarizəyə dair prezidentin məlum sərəncamları var,lakin buna əməl edilirmi?Beş-altı yol polisi və yaxud bələdiyyə işçilərinə cinayət işi açmaqla bunun kökünü kəsmək oldumu?Məgər indi yol polisi rüşvət almır?Rüşvətin kökünü kəsmək üçün yalnız bir vasitə var ki,o da ölkənin prezidenti gərək özü rüşvət almasın!O zaman ölkədən çıxarılan 48 milyard,xarici ölkələrdəki təmtaraqlı otellər,biznes obyektləri hardandır,hələ əlkədə ki,Allahın verdiyi havadan başqa hər şey onlarındır.Məgər bunları görmürük?
    Prezidentin övladları hələ dünən cücərib boy atıblar,amma bu gün hamısı milyonerdirlər,bu məlumdur.Bəs prezidentin cangüdəni B.Əyubovun Azərbaycandakı obyektləri,Xarici ölkələrdəki,Terkiyədəki otel və obyektləri hardandır?K.Heydərovun sərəncamında bir neçə nazirlik var,Vergi,Kömrük,MÇS və sair,əlkədə və xaricdə isə obyektlərinin sayı-hesabı yoxdur.Eyni ilə digər Nazirlərin saysız hesabsız obyektləri babalarından qalıb?Axı dünənə kimi bunların əksəriyyəti toylarda tar qaval çalırdılar,necə oldu ki,bu gün hamısı milyarder oldular?Bu millətin acizliyindən,kütbeyinliyindən,haqqını-hüququnu bilmədiyindən!İndi də qoyun kimi gözümüzü döyüb bütün bu olayları seyr edirik.Ölkənin siyasi həyatını xalq silkələməlidir,Gülərlər yox.Gülər olayı adi,kiçik bir zərrədir bu həngamələrin yanında.Nə vaxtadək gözümüzü döyəcəyik,nə vaxt yumruq kimi birləşib bu həngamələrə qarşı etirazımızı bildirəcəyik?Ey fil qulagında yatan bədbəxt millət,bəlkə ayılmagın vaxtıdır,cəsarətə,qeyrətə gələk!

    Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə “AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI” nın 5-ci bəndində görsədilir ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.
    Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli, 114 nömrəli Sərəncamı ilə yaradılmışdır.Amma yer-göy hər nə varsa Azərbaycanda özəldir,bir neçə dəllala məxsusdur,millət isə barmagını sorur,balasına bir tikə çörək tapmaq üçün nökərçilik edir.
    Millət ayaga qalxıb həm xaricdəki,həm də ölkədəki bütün obyektlərin kimlərə məxsus olmasını tələb etməlidir.

    Rəsul müəllim,Allahın köməyi ilə prezident olsanız bütün bu obyektləri məncə xalqın ixtiyarına verəcəksiniz.Axı bunlar xalqın bogazından kəsilib ogurlanıb.

  4. 1994-cü ilin yanvar və oktyabr aylarında prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən və o vaxtları Ulunun vuran əli olan Lakin 1995-ci ildə mart hadisələri zamanı Rövşən Cavadovun qanunsuz dəstəsinə qoşulduğu və dövlətçilik əleyhinə silahlı birləşmədə iştirakına görə vətənə xəyanət maddəsi ilə həbs edilən və məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən MUSTO həbsxanada ölüb.Belə belə işlər…..

  5. «Düşünürəm ki, kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında əlaqələr və əməkdaşlıq davam edəcək”deyən PA rəsmisi Əli Həsənov Azərbaycanla ABŞ bir çox sahələrdə strateji tərəfdaşlığa malik olması və əməkdaşlıqa əsaslanaraq deyib.Deməli hakimiyyət çox arxayındır ki,bu əməkdaşlıq onları qoruyacaq.Məntiqini yeyəsən Ə.Həsənov,guya ki, İ.Əliyev olmasa bu əməkdaşıq dagılacaq?

  6. ABŞ-ın ATƏT-dəki nümayəndəsi Azərbaycan hakimiyyətini əsas azadlıqları məhdudlaşdırmaqda ittiham etdi.Siyasi məhbuslar, aksiyalara görə cərimələrin artırılması, son həbslər Amerikanı narahat edir, deyən Yan Kell bu ifadəsi ilə təssəvür edin ki,Ə.Həsənova sərt sillə vurdu

    http://azadliq.info/xeberler-menu/311-son-xbrlr/23282-amerikadan-azrbaycanla-bal-srt-byanat.html

  7. Dunya Miyatoviç: Heç bir məhdudiyyət adamların azadlıq istəyinin qarşısını ala bilməyib [Video]

    http://www.amerikaninsesi.org/content/internet_forum/1539391.html

  8. Rəsul müəllim,Milyonlarla seçici səsvermə məntəqələrində prezidentliyə namizəd Barak Obama ilə Mitt Romni arasında seçimlə üz-üzədir.Siz siyasətçi kimi bunlardan hansının prezident olmasını arzulayırsınız?

  9. İnsan Hüquqları üzrə 2011-ci il üçün ABŞ Dövlət Departamenti hesabatı

    http://photos.state.gov/libraries/azerbaijan/749085/reports/2011_humanrights_az.pdf

  10. YAP-çı Mübariz Qurbanlı qeyd edib ki, ABŞ müəyyən sistemə söykənən dövlətdir və bu sistem əsasında da fəaliyyət göstərir. “Ona görə də hesab edirəm ki, ABŞ Prezidenti Barak Obama özünün xarici siyasət xəttini bundan sonra da davam etdirəcək, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsaslı bir dəyişiklik baş verməyəcək”
    Amma M.Qurbanlı anlamır ki,onun düşündüyü kimi deyil,tək Azərbaycanda yox bütün dünyada diktator rejiminın yenidən prezident seçilən cənab B.Obama axırına çıxacaq.Ola bilərmi ki,Amerika kimi demokratik ölkə belə yırtıcı diktator rejiminə göz yumsun,onunla əməkdaşlıq etsin?Heç vaxt ola bilməz,belə olan halda Amerika öz demokratiyasını kölgə salmış olar.Odur ki,qoy M.Qurbanlı kimiləri öz saydıqlarını saysınlar,gör Fələk nə sayır!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: