20 millət vəkilinin jurnalist Zamin Hacı, İlqar Məmmədov və Zərdüşt Əlizadəni parlamenti və onları təhqir etdiklərinə görə, məhkəməyə vermək isəklərinə eks-spiker, ACP lideri Rəsul Quliyev Azpolitika.com-un bir sualı ilə münasibət bildirib.
– Rəsul müəllim, jurnalist Zamin Hacı Milli Məclisi hərəmxana, politoloqlardan İlqar Məmmədov zoopark, Zərdüşt Əlizadə isə zoosirk adlandırıb, 20 deputat onları məhkəməyə vermək üçün imza toplayıb. Bu məsələyə münasibətiniz necədir? Hansı tərəf reallıqdan çıxış edir?
– Mən bunu millət vəkillərinə məsləhət görməzdim. Dünyanın heç bir məhkəməsi bu sözlərə görə, heç kimə cəza müəyyənləşdirməz. Sözsüz, Azərbaycan məhkəmələrinin reallığını ümumiyyətlə, məhkəmə sisteminə aid etmək mümkün deyildir. Respublikada bu təşkilat da cəza orqanlarının funksiyasını yerinə yetirir. Aydın məsələdir ki, Zamin Hacı hərəmxana deməklə deputatların hərəmxanadakı qadınlar kimi heç bir hüquqlarının olmadığını nəzərdə tutur. Yəni, sahiblərinin istəyinə tabe olmalıdırlar fikrini, məntiqi müqayisə pafosu ilə vurğulayır. İlqar Məmmədov zoopark deyəndə çox ehtimal azərbaycanlıların tez-tez işlətdiyi “filankəs meymun kimi filankəsin hərəkətlərini təkrar edir”, meymunun da yeri zooparkdır nəzərdə tutur. Zərdüşt Əlizadə isə prezident və aparatını təlimçilər, deputatları isə təlimlənmiş zoosirk artistləri kimi nəzərdə tutur. Bunlar hamısı istənilən fərdin fikirlərini obrazla ifadə etməsidir, başqa bir şey deyildir.
Yəqin deputatlar düşünür ki, Azərbaycan məhkəməsi fikirə də həbs etmək qərar verə bilər. Dünyada prezidentlərə, baş nazirlərə minlərlə “qara meymun”, “qan içən”, “Hitler” və daha ağır sözlər deyənlər var. Buna görə məhkəməyə müraciət etməkmi olar? İstənilən adam məhkəmədə özünün niyə belə düşündüyünü izah edə bilər, düşünməyə isə cəza düşmür. Əgər konkret kimisə məsələn, oğru, korrupsioner adlandırsalar, bəli, bu məhkəməlikdir. Çünki oğurluq və ya korrupsiya maddidir, real çəkisi var. Yoxsa mən düşünürəm ki, sən meymun kimisəni necə məhkəməyə çıxartmaq olar. Rəssam, karikaturaçılar İsa Peyğəmbəri gah yekə döşlərindən süd verən bığlı, saqqalı qadın kimi, gah göyə uçan kocilla kimi təsvir edirlər. 1.5 milyardlıq xristian dünyasının mərkəzi Vatikan o rəssamları məhkəməyə vermir. Bilir ki, heç bir məhkəmə bu işə baxmayacaq. Çünki rəssam məsələn, İsa Peyğəmbəri döşündən insanlara süd verən qadın kimi təsəvvür etdiyini elan edirsə, onu nədə günahlandıracaqsan. Düşünməyi qadağan edən qərar qəbul edəcəksən, gülüncdür.
Onsuz da insanların qınaq obyekti olan parlament gərək çalışa ki, özünə diqqəti zəiflətsin. O qədər reallıqdan uzaqdırlar ki, əksinə belə boş məsələdə özlərinə diqqəti qabardırlar. Deputatlardan biri parlamentin çox hörmətli təşkilat olduğunu sübuta yetirmək, onun sıralarında 40 elmilər doktoru olduğunu böyük fəxrlə elan etdi. Bu da düzgün olmayan addımdır. Birincisi, kim xahiş edəcək o elmlər doktorlarının siyahısını, hansı elmlə məşğul olduğlarını və doktorluq vəsiqələrini nə vaxt aldıqları açıqlansın. Bu başdan deyirəm belə bir siyahı ortaya çıxmayacaq. Bu başdan deyirəm o doktorların içərisində zorla oxuyan və yazanda 100-lərlə səhv edənlər kifayət qədərdir. İkincisi, ola bilər ki, yaxın 2 ildə doktor olmayan deputatların da 50-60 faizi doktor olmaq həvəsinə düşsün.
Azərbaycan absurdlar ölkəsidir. Bir neçə il bundan öncə bir roman oxumuşdum, totalitar rejimli neft ölkəsindən bəhs edirdi. Adını da Azərbaycana uyğun “Absurdstan” qoymuşdular. Doğrudan da elmin tam tənəzzül etdiyi bir ölkədə elmlər doktorlarının hələ harasıdır, akademiklərin göbələk kimi artması absurd deyilmi? Sovet dövründə Azərbaycanda maksimum 2 və ya 3 general- mayor var idi. 1993-cü ildən torpaqlarının 20 faizini itirmiş Azərbaycanda bu günə qədər saysız-hesabsız generallar ordusu yaranıb. Azərbaycanlılar bilir ki, bizdə olan generalların sayı dünyanın bütün qitələri və okeanlarında ən güclü ordusu olan Amerikanın generallarının sayından çoxdur. Məgər bu absurd deyilmi? Özünü qalib hesab edən Ermənistanda generalların sayı Azərbaycandan 3-4 dəfə azdır. Belə getsə, 2013-cü il seçkilər saxtalaşdırılandan sonra prezident özünü “General Simus” adlandıracaq. Onun ardınca marşallar və ordu generalları gələcəkdir. Rəqabət güclü olduğundan rüşvətin səviyyəsi də qalxacaq.
Maraqlısı orasıdırki, heç bir fəaliyyəti olmayanlar generallar alırlar! DİN-nin 1-ci müavini Vilayət Eyvazov Polis Akademiyasının məzunu olduqdan (2000-ci il) yəni ilkin zabit rütbəsi (fərqlənmə diplomu ilə məzun olunduğundan polis baş leytenantı) verildiyi müddətdən 4 il sonra (2004-cü ildə) general-mayor, bu rütbədən 2 il sonra (2006-cı il) isə general-leytenant rütbəsi verilibdir! Gülüncdür 4 ilə general leytenant alasan ancaq heç bir fəxr edici fəaliyyətin olmaya! Bunun kimiləri çoxdur! 20 % torpağı işğal altında olan ölkədə general rütəsi daşımaq utancdır! İlham Əliyevin atası heç olmuya rütbə nədir bilirdi, bunun anlayışı olmadığından qabağına qoyduğları sərəncamı imzalayır. Generalların sayını hətta statistika komitəsidə itiribdir!
Bu İsgəndərdən (Həmidov) qalma mirasdır.öz yerini tutmayanda təbii ki ölkədə anarxiya yaradır.Bəs Azərbaycana nə üçün analoqu olmayan Respublika deyillər?Ona görə ki,anarxiyalar ölkəsidir.
Cox duzdur. Azerbaycan absurdlar olkesidir. Meselen, Aydin Quliyev adli kecmish YAP-ci, hansi ki Heyder Eliyev haqqinda kitab da yazmishdi. Resul Quliyev ADP-nin sedri olanda o da YAP-dan cixdigini beyan eledi, hetta Heyder Eliyev haqqinda yazdigi kitabdan imtina eledi ve ADP- nin Ideologiya katibi ve Resul Quliyevin sag eli oldu. Daha sonra Ilham Eliyev Aydin Quliyeve “tereqqi” medali verdi. Baki- xeber qezetinin bash redaktoru Aydin Quliyev goresen Azerbaycan xalqina hansi xidmetleri gosterib ki, her terefde bunu bele ezizleyirler?
salam Leyla xanım mən 1-ci qrup Qarabag müəharibəsi əliliyəm yerimirəm isbinalıni xəsdəyəm mənim üç körpə qız evladım var ikisi əkizdir mənim uşaqlarım qohumlar gətirən paltarı geyinib məktəbə gedirlər mən agır vəziyətdə yaşayıram mənə verilən oka maşını isdismar müdəti bitib okanı aldıgım 14 ildir lakin deputatların xidməti maşınının isdismar müdəti 7 ildir deputaların təzə Mesedeinin qiyməti 140.000 min manatdır siz Leyla xanım ömrünüzdə birdəfədə olsun bir Qarabag əlilini yaşayış vəziyətiylə tanış olmusunuzmu mən vətən Qarabag yolunda saglamlıgımı və iki qılçamı itirmişəm mən sizi and verirəm babanız Heydarın göruna sizi and verirəm nənəniz Zərifənin ruhuna mən Qarabag əlilinə köməklik edəsiniz Leyla xanım siz anasız siz məni başa düşməlisiniz əgər siz Qarabag əlilini fəryadına səs verməsəniz kömək eləməsəniz Allaha and olsun bu haqsızlıq sizin iki balanızın qarşısına çıxacaq Allaha nad olsun çıxacaq..mən sizə demirəmki mənim balama Çexiya dövlətində villa tikib verəsiniz otel tikib verəsiniz mən sizdən mənim üçün normal yaşamaq üçün həyat şərayiti yaradasınız.mənim telefonum 0503183886 cavabınızı gözləyirəm.10 noyabr 2012..
Ay Mehman senin bu müraciətlərini görüb bütün xalqıma yazığım gəlir. Belə ki, hələdə inanırsız ki, bu qansız hakimiyyət sənə hər hansı köməkdarlıq edəcək. Onun başda ilhamı olmaqla hamısı sabah daha nə qədər qanını içə biləcəm xalqın fikirləşirlər! Ay gözü qapalı, yaltaq xalq ayılma vaxtıdır buna təpgi vermənin zamanı çatıb!!!
mən belə məktublarla Leyla Əliyevaya subut edirəmki rüşvət adamı elə eybəcər sifətə hala salırki məmur öz ölüsünün ruhuna hörmətsizlik edir bax buda subut ..
Onlar ucun vacib olan imaret almaqdir! Oluye hormet gozden perde asmaqdir.
Boyuye hormet evden baslayir deyerler… Bularin ne boyuye nede kiciye hormetleri olmamasi ise goz qabagindadir!
Azərbaycan absurdlar ölkəsidir.Bu doğrudur.Bu həqiqətdir!
“Azərbaycan hakimiyyətinin bu tipli beynəlxalq basqılara qarşı mübarizəsinin, gücünün əsasında xalqın birliyi dayanır. Biz xalqın birliyinə və iradəsinə söykənirik. Eyni zamanda bugünkü hakimiyyətin iradəsinə dayanırıq. Hazırkı hakimiyyət xalqın iradəsinə, onun maraqlarına söykənərək beynəlxalq aləmdən Azərbaycana tuşlanmış təzyiqlərə sinə gərəcək və bundan sonra da müstəqil siyasətini davam etdirəcək. Biz bütün dünyaya sübut edəcəyik ki, xalqların gücü heç də onun ərazisinin böyüklüyündə, əhalisinin sayında deyil, xalqın iradəsindədir. Prezident İlham Əliyev xalqın iradəsinə söykənərək müstəqil siyasət yürüdür və bundan sonra da belə olacaq”.deyən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun ya başı xarab olub,ya da bu sözləri ilə xalqı başa salmaq istəyir ki,güc birlikdədir,yəni xalq bir olsa prezidenti dəstəkləyə də bilər,istəsə yıxa da bilər.
Başının xarab olmasını isə bununla sübut edir,bəlkə o həqiqətən inanır ki,xalq bu hakimiyyəti dəstəkləyir?Belə ki,O deyir:” Azərbaycanda prezident İlham Əliyevin çox yüksək reytinqi var və əhalinin 90 faizinə qədəri onu birmənalı şəkildə dəstəkləyir, əgər o, prezidentliyə namizədliyini irəli sürəcəksə, birmənalı şəkildə qalib gələcək”.-bunu o həqiqi düşünürsə o deməli xəstədir,təcili həkimə müraciət etməlidir.Bu sözləri də həkimə oldugu kimi desə,yüz faiz əminəm ki,həkim deyəcək”A bala get özünə dua yazdır,sən mənlik yox mollalıqsan”.Çünki axı həkim də o 90 faizin içində bu hakimiyyətə nifrət edir.
Qanunlara əməl etmək istəyirsən, qoymurlar.Dəhşətdir! Bu ölkədə qanunla işləmək çox çətindir.Qanunla işləyənlər Mütəşəkkil cinayətkar dəstənin oturduğu idarə tərəfindən qorxudulur,incidilir,mənəvi terrora məruz qoyulur, qazandıqları pullar əllərindən alınır.Həqiqətən də, Azərbaycan, analoqu olmayan absurdlar ölkəsidir!