– Prezident seçkisi ilə paralel Konqresin hər iki Palatasına da seçkilər keçrilib. İlk növbədə qeyd etmək lzımdır ki, həyatı boyu amerikanların pozitiv enerji verən ən həyacanlı anları prezident seçkiləri ərəfəsində və xüsusilə seçki günləri olur. Xalq sözün əsl mənasında özünün 4 illik hakimiyyətini yaradır. Seçkilərdə iştirak edən vətəndaşlar da hakimiyyətin necə olmasının onun səsindən asılı olması sindromu yaranır. Ştatların mərkəzində və 10 minlərlə şəhər və kəndlərində hər iki partiya böyük qərargahlar götürür . Partiyanın aktivləri evlərində yeməklər bişirib və ya restorndan alıb ora gətirirlər, milyonlara insanlar yeyib, içə-içə böyük ekranda hər dəqiqə dəyişən rəqəmləri izləyirlər. Səslərin sayıldığı 5-6 saat müddətində hər 5-10 dəqiqədən bir həyacanlı alqış və ya məyusluq ifadə edən səslər çıxardırlar. Təəssüf ki, azərbaycanlıların insanın azad, sərbəst , ölkəsinin daxilində müəyyən bir çəkiyə malik olduğunu təsdiqləyən bu prosesdən xəbəri yoxdur. Hələki belə həyəcanlı dəqiqələr, saatlar yaşaya bilməyiblər. Çoxunun xəbəridə olmur, prezident özünü neçə faiz səslə prezident elan edib.
Vətəndaşlarının yaratdığı hakimiyyətə seçilənlər başda prezident olmaqla ancaq və ancaq ilk növbədə bu xalqa xidmət etməli olduqlarını dərindən anlayırlar və seçildiyi 2 (Konqresin aşağı palatası), 4 (prezident), 6 (senat) il müddətində gündə azı 10-16 saat işləyirlər, hər addımlarını onu seçmişlərlə müzakirə edir və razılaşdırırlar. Dövlətin mərkəzində seçilmiş prezident və konqress (prezidentlə birlikdə 536 nəfər) bütün ölkə üzrə isə seçilmiş 10 minlərlə insan ABŞ dövlətinin işində tutduqları vəzifəyə uyğun iştirak edirlər. Ona görə də istər prezidentin, istər Konqresin, istərsə də məhkəmə sisteminin ölkənin konstitusion müddəlarına dəyişiklik etmək şansı yoxdur. O cümlədən ABŞ-ın strateji planını istənilən seçilmiş prezident dəyişə bilməz, daha doğrusu, imkan verməzlər, bu planın yerinə yetirmə metodlarında dəyişiklik edə bilər. Məsələn, ABŞ-ı dünyanın hegemon dövləti kimi uzun müddətə saxlamaq strategiyadır. Bu hegemonluğu hərbi , iqtisadi intervensiya və ya hərbi – intervensiya qarışıq yolla həyata keçirmək metodlardır.
Ona görə ABŞ-ın istənilən prezidenti üçün əsas vəzifə ölkə daxilində öz vətəndaşlarının maraqlarına xidmət etməkdir. Dünyanın bütün ölkələri ilə münasibət, daxildə öz vətəndaşlarının maraqlarını daha da yaxşılaşdırmaq məqsədinin üzərində qurulur. ABŞ 70 ildir dünyanın bir nömrəli hegemon dövlətidir. 1955-1970-ci illərdə Sovet höküməti bu hegemonluğun qarşısını almaq istədi. Ancaq 1991-də dağılmaqla qurtardı. Son 10 ildə ABŞ-ın hegemonluğunu şübhə altına salan proseslər gedir. Təhlükə əsasən yaranmış Avropa İttifaqı və Çin Xalq Respublikasından irəli gəlir. Müasir zamanda hegemonluğun açarı iqtisadi qüdrətdədir. Bu gün dünyada qlobal inkişafın əsas 3 oyunçusu – Avropa İttifaqı 16, ABŞ 15, Çin 9 trilyon total 40 trilyon dollarlıq milli məhsul istehsal edir. Bu dünyada məhsul istehsalının 70 faizini təşkil edir. Avropa İttifaqının heç vaxt yumruq kimi birləşmə şansı yoxdur. Bu ittifaqın az qala bir dövlət kimi birləşməsi ideyasının daşıyıcısı Almaniyadır. Çünki belə olanda həm əhalisi, həm də iqtisadiyyatı güclü Almaniyanın hegemonluğunun qarşısını almaq mümkün deyildir. Ona görə, bu tipli ittifaqın yaranmasına ilk növbədə Böyük Britaniya, 1870-ci ildən həmişə almanlar tərəfindən işğal olunmuş Fransa (açıq bildirməsə də) Polşa və başqaları mane olacaqlar, bu proses azı 50 il uzanacaq. Deməli, Aİ-ı ABŞ-ın hegemonluğuna rəqib ola bilməz.
Əlbəttə, ÇXR ciddi qüvvədir. Hələki özünün hərbi potensialını qaldırmaq üçün ABŞ-dan bir neçə dəfə az pul xərcləyən Çinin məsələn, Sakit okeanı nəzarət etmək şansı yoxdur. Ancaq öz kapitalı ilə Çin Yaxın Şərq, Latın Amerikası, Rusiya, həmçinin Avropa və Kanadaya girməyə cəhdlər edir və bu proses kifayət qədər uğurla inkişaf edir. Bu proseslərin qarşısını almaq üçün ABŞ Hindistan, Latın Amerikası, Rusiya və Yaxın Şərq də onun iştirakı ilə bu ölkələrin milli istehsalının artırılmasına çalışır. Başqa sözlə, Çin mallarının ekspansiyasının qarşısını almaq istəyir. Amerikanın ikinci əsas istiqaməti Çinin valyutası yuanı konvertləşdirməklə daxili bazarda qiymətləri dünya bazarı qiymətlərinə yaxınlaşdırmaq ,bununla da ucuz Çin mallarının maya dəyərlərinin yuxarı qalxmasına nail olmaqdır. Prezident Obamanın xarici siyasəti də Amerikanın (prezidentin demokrat və ya respublikaçı olmasının bu məsələdə heç bir əhəmiyyəti yoxdur) bu strateji proqramına qulluq edəcək. Yaxın Şərq ölkələri və Rusiyanı özünə portnyor etmək istəyən ABŞ bu regionda yerləşən hər bir ölkə ilə əhəmiyyətlərinə görə münasibət formalaşdırır. Bu gün Şərqdə əsas foks klassik ərəb mentalitetindən fərqli 100 milyonluq Misirə və imperiya ənənələri güclü olan 80 milyonluq İrana yönəldilib. Türkiyə ilə münsibətdə ABŞ elə bir dəyişiklik etməyəcək. Ondan uzaqlaşmaq olmaz, daha da yaxınlaşmaq isə başqalarını qıcıqlandırır. Bu iki ölkədə hegemonluğu udan Yaxın Şərqdə bütövlüklə hegemonluğu udur. Ancaq İran və Rusiya kontekstində Amerikanın Azərbaycan kimi kiçik ölkələrə münasibəti formalaşır. Ayrıca Amerika-Azərbaycan münasibətlərinin olması sadəcə olaraq mümkün deyildir, çünki Azərbaycan nəinki oyunçu, heç ehtiyatda olan oyunçu statusunda deyildir.
ABŞ İranda yenidən şah rejimini bərpa etməyin qeyri-mümkün olduğunu bilir. ABŞ-ın təbii portnyoru olmağa isə İranın molla rejimi maneədir. Ona görə İranda rejimi dəyişmək Obama administrasiyasının prioritet istiqaməti olacaq. Əgər İranı bombalamaqla rejimi dəyişəcəyinə inam olsa bombalayacaq. Düşünürəm ki, bu regionda Rusiya və İranın arasında yerləşmiş müsəlman, həm də şiə Azərbaycanında, 2013-cü ildə keçiriləcək prezident seçkilərinin demokratik olması Obama administrasiyasının planına daxil olmalıdır. Ənənəvi olaraq xarici ölkələrlə münasibətdə respublikaçılar daha sərt demokratlar isə mülayim siyasət aparırlar. Ancaq bir faktor da çox mühümdür. Adətən ikinci dəfə seçilməyin xatirinə birinci 4 ildə prezidentlər daha ehtiyatlı siyasət aparırlar. İkinci prezidentlikdə onlar daha qətiyyətli olurlar. Ümid edirəm ki, prezident Obama da Azərbaycanda demokratiyanın bərpası üçün daha qətiyyətli mövqe tutacaq. Ancaq bu bir çox faktorlardan asılıdır. Məsələn, Dövlət Departamentinin başçısının kim olmasından çox şey asılıdır. Hər halda biz azərbaycanlılar, Paul-Armitaj dövlət departamenti ilə Kondaliza Rays arasında fərqi görmüşük.
ABŞ federativ tipli dövlət qurluşuna malikdir. Ona görə də buradakı seçki sistemi başqa ölkələrdən fərqlənir. Mən deyərdim ki, buradakı seçki sistemi federativ ölkələr üçün bu gün ən mükəmməli sayıla bilər. Bu sistemin əsasında ümumimilli səsvermədə az səs toplayan namizədin prezident olmaq şansı var. Sistem elə qurulub ki, kiçik ştatların əhəmiyyəti böyük ştatlarla eyniləşib. Əks halda namizədlər bu kiçik ştatlara heç yaxın getməzdilər, bütün təbliğatı ancaq böyük ştatlarda aparardılar. Amerikada seçkilərin nəticələri həmişə gözlənilməz ola bilər. Amerikada əhalinin az qala yarısı konservativdirlər, onlara təbliğat demək olar ki, təsir etmir. Məsələn, Kaliforniyada həmişə demokratlara, ( ancaq iki dəfə Kaliforniya respublikaçı Reyqana səs verib) Texas isə respublikaçılara səs verirlər. Ənənəvi qaralar və ispan dillilər daha çox demokratlara səs verirlər. Onlar da demokratların daha çox kasıblara yaxın olması barədə fikr formalaşıb. ABŞ demokratlarını səhvən sosialist ideyalara yaxın olan bir partiya kimi tənqid edirlər. Əslində Avropada ən konservativ ölkə sayılan İngiltərə Amerika demokratları ilə müqayisədə daha çox sosialistirlər. Amerika immiqrantlar ölkəsi olduğu üçün müxtəlif xalqların tərkibi daima dəyişir. Məsələn , son 10 ildə Amerikaya 14 milyon imiqrant gəlib. Müqayisə üçün bu dünyanın başqa ölkələrinin hamısının qəbul etdiyi imiqrantların sayından çoxdur. Son 10 ildə ABŞ-a gələn immiqrantların içərisində çinlilər birinci, Latın Amerikası (əsasən meksikalılar) ikinci, hindistanlılar 3-cü yerdədi. Ona görə də ABŞ-da Avropa mənşəli ağların faizi hər il aşağı düşür. Məsələn, ABŞ-ı yaradan ingilis köklülər bu gün cəmi 9, ən çox ağ avropalı almanlar isə 16 faiz təşkil edirlər. Ümumiyyətlə, ABŞ əhalisinin ancaq 58 faizi Avropa mənşəli ağlardır. Bu gün namizədləırin ideyalarından çox onun hansı partiyaya mənsub olduğuna görə səs verənlər əsasən ispandilli və qaraların arasında daha çoxdur. Ancaq bu proses Amerikada dərinləşmir əksinə imiqrantların yaşamaq müddəti uzandıqca zəifləyir.
Şəffaf qutulara gəldikdə kiçik bir arayış vermək istəyirəm. Birinci ilk dəfə qutulara bülleten atmaqla səs vermək 1872-ci ildən İngiltərədə başlayıb. Və o vaxtdan bu günə qədər bu proses gedir. Şəffaf qutular son illərin ”ixtirasıdır’’. Bunu da avropalılar “kəşf” ediblər. Ancaq özləri üçün yox, seçkiləri saxtalaşdıran dələduz hökümətlər üçün. Şəffaf qutular tək ABŞ yox, fikrimcə, bir çox Avropa ölkələrində də yoxdur. Şəffaf qutu, barmağı mürəkkəbə batırmaq kimi insan ləyaqətini təhqir edən tədbirlər saxtalaşdırmağın qarşısını almaq üçün görülən işlərdir. ABŞ və ya Avropa ölkələrində (mən Şərqi Avropanı nəzərdə tutmuram) şəffaf qutu kimin nəyinə lazımdır. Doğrudan düşünürsünüz ki, bu ölkələrdə bir nəfər də olsa qutulara saxta bülletenlər atan əxlaqsız adam tapmaq olar. Əxlaqı qoyuram bir qırağa, bilirsiniz, belə bir işi görən adam neçə il həbsxanada oturmalıdır. Belə bir işin təşkilatçısı əbədi özünün siyasi karyerasının üstündən xətt çəkmiş olar.Yenə də onu bu işinə görə həbsxanadan heç bir qüvvə xilas edə bilməz.
Siz təsəvvür edin, 1972-ci ildə başqa partiyanın qərargahına gizli qulaq asdıqlarına görə bu işdən xəbəri olmayan prezident Nikson istefaya getdi. Onu həbsdən yerinə gəlmiş Fordun aministiyası xilas etdi.
Ancaq hadisələrin gedişi göstərdi ki, nə şəffaf qutular, nə barmaqların mürəkkəbə batırılması, nə ekzit-pollar hakimiyyət hərisi olan, xalqını ət cəbbəxanasına gedən qoyun kimi qəbul edən totalitar rejimlərin başçılarını saxlaya bilmədi, onlar özlərinin ləyaqətsiz saxtalaşdırma işlərini davam etdirdilər.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!