Türkiyə Azərbaycanı Nəyin Müqabilində Qurban Verir?

Yazar: Heydər Oğuz

Müstəqillik uğrunda mübarizəmizin ilk illərindən bəri ən çox ümid bağladığımız, özümüzə özümüzdən yaxın saydığımız bir dövlət var – Türkiyə. Demək olar ki, bütün Azərbaycan demokratlarının Türkiyə sevdasının söykəndiyi tarixi və ideoloji əsaslar da mövcuddur- Eyni kökdən gəlmişik, eyni dilin müxtəlif şivələrini danışırıq, eyni düşmənlərimiz var, eyni hədəf uğrunda birləşə və dünyada layiq olduğumuz mövqeyi əldə bilərik. Bu və saymadığım xeyli sayda əsaslar həqiqətən də bizi təbii olaraq strateji müttəfiqə çevirir, bir növ eyni dövlətin adamları kimi hərəkət etməyə təşviq edir və aramızdan nə qədər sərin yellər əssə belə bu gün də hər bir Azərbaycan vətəndaşının, xüsusilə demoktratik məfkurəli insanlarımızın qəlbində bu hislər yaşayır.

Fəqət bizi Türkiyəyə bağlayan telləri yalnız tarixi və milli amillərlə məhdudlaşdırmaq da doğru olmaz. Qardaş ölkəyə duyduğumuz simpatiyada onun bir dövlət kimi siyasi xarakterinin də misilsiz rolu var və hətta deyərdin ki, bu amil münasibətimizin formalaşmasında digər milli və tarixi əsaslardan belə ön plandadır. Açıq danışmaq tələb olunursa, biz Azərbaycan türkləri soy-kök baxımından İran əhalisinin hardasa yarısını təşkil edən cənublu qardaşlarımıza daha yaxınıq. Amma bir toplum olaraq İrana deyil, Türkiyəyə meylliyik. Bunun səbəbini milli amillərlə deyil, yalnız siyasi faktorlarla izah etmək mümkündür.

Biz Türkiyəyə ona görə meylliyik ki, öz canımızın bir parçası olan Cənubi Azərbaycan əhalisinin yaşadığı rejimindənsə, Avropaya qapılarını açmış Türkiyəni daha mütərəqqi hesab edirik. Bu ölkəylə siyasi, iqtisadi, mədəni inteqrasiyanın dövlətimizə fayda gətirəcəyinə inanırıq. Əgər İran eyni siyasi xarakterə malik olsaydı, ölkəmizin əhalisi təbii ki, oraya meyllənərdi. Belə çıxır ki, Türkiyə-Azərbaycan əlaqələrinin bu dərəcədə inkişaf etməsinin və “bir millət, iki dövlət” prinsipinin ortaya çıxmasının başlıca əsası Türkiyənin demokratik, dünyəvi, müasir xarakteridir.

Türkiyənin demokratik xarakteri onun yalnız Azərbaycanda deyil, bütün Orta Asiya ölkələrində strateji üstünlüyünü təmin edən başlıca xüsusiyyətidir. Hər bir dövlət məhz bu strateji üstünlüyünü qoruyub saxlaya bildiyi müddətcə dünya dövlətinə çevrilə bilər. Xüsusilə, Türkiyə kimi, nə iqtisadi, nə hərbi gücü baxımından digər Qərb və Şərq ölkələriylə müqayisə ediə bilməyəcək dərəcədə zəif olan dövlətdirsə.

Qəribədir ki, çoxəsrlik dövlətçilik ənənəsinə, diplomatik təcrübəyə malik olan Türkiyə özünü dünya dövlətinə çevirə biləcək bu strateji üstünlüyünün fərqində deyil. Bu həm də dini duyğuları ağır gələn və ya ərəb dünyasında baş qaldıran inqilabi situasiyalardan yararlanmaq istəyən AKP hakimiyyətinin dövründə yaranmış tendensiya da deyil. Müstəqilliyimizin ilk illərindən bəri ən ağır zərbələri məhz Türkiyə tərəfindən yemişik. Elçibəy hakimiyyətinin devrilməsində və Heydər Əliyev diktaturasının qurulmasında Rusiya və İran rəhbərləriylə yanaşı Süleyman Dəmirəlin də misilsiz xidmətləri olmuşdur. O zaman hər birimiz bütün böyük güclərin yeni yaranmış demokratik hakimiyyətimizə qarşı birləşdiyini və Türkiyənin də bu şansı başqalarına ötürmək istəmədiyini düşünmüş və bunu anlayışla qəbul etmişik. Demişik ki, bizim üzərimizdə söz haqqına başqaları sahib olunca, dövlətimizi, sərvətlərimizi yerli diktatura ilə birləşib o, bu yeyincə, qoy elə azacıq da olsa bu ziyafətdən Türkiyəyə də pay çatsın. Hər halda ətimizi yesə belə sümüyümüzü zibilə atmaz. Nə vaxtsa zaman yetişər, söz haqqına malik dövlət kimi milli mənafeyimizi dilə gətirər, faciəmizi qismən azaltmağa çalışar.

O dövrdən xeyli zaman keçib. Nə az, nə çoz, tam 20 il. Hardasa bir dövlətin ömrünə bərabər olan bu zaman ərzində hər şey tamamilə bizim zərərimizə işləyib. Türkiyənin də yer aldığı siyasi planlarla hakimiyyətə rəhmətə gədən diktatorun varisi gətirilib. Faktiki olaraq XXI əsr Azərbaycanında şahlıq üsul-idarəsinin əsası qoyulub. Məsələ bununla da bitməyib. Konstitusiyamızın demokratik əsasları təcavüzə məruz qalıb. Şahlıq üsul-idarəsinin hüquqi legitimliyi təmin olunub. İndisə hüquqi cəhətdən tamamilə legitimləşdirilən bu prosesin həyata keçirilməsinə can atılır. Dünyanın bizə yad olan ölkələri “bu qədər də olmaz”-deyib etiraz edir, hansısa Con, Cek Azərbaycanda özünü möhkəmlədən bu idarəçiliyə qarşı çıxır. Bizim qardaş deyib gözümüzün üstünə qoyduğumuz Türkiyədən cınqır çıxmır, onun adından çıxış edən diplomatlar isə Əliyevlərin sülalə hakimiyyətini hətta onların məddahlarından daha açıq şəkildə müdafiə edirlər.

Bəli, söhbət ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay əfəndinin “Azadlıq radiosu”na verdiyi müsahibədən gedir. Deyə bilərsiniz ki, Koray əfəndi ATƏT-in Bakı Ofisinin rəhbəridir, onun Türkiyə dövlətilə nə əlaqəsi var? İlk baxışdan mənə də elə gəlirdi. Fəqət ATƏT nümayəndəsi olan bu diplomatın kirayə yaşadığı evlə əlaqədar bağladığı müqaviləylə tanış olanda başa düşdüm ki, onun qardaş ölkə ilə əlaqəsi yalnız oralı olmasıyla da məhdudlaşmır. Koray əfəndi kimi türk diplomatlar ATƏT kimi qurumlarda öz ölkələrinin adından çıxış edirlərmiş. Hər halda onun bağladığı müqavilə belə deməyə əsas verir. Qeyd edim ki, müqaviləni imzalayan tərəflər haqqında məlumat verən başlıqda bu cür yazılıb:

Türkiyə Cumhuriyyəti Xarici İşlər Nazirliyinin nümayəndəsi

ZQAN Holdinqin direktorlar şurasının sədri Anar Məmmədov Ziya oğlu arasında

Bu fakt sübut edir ki, nə qədər ATƏT-in adından çıxış etsə də Koray Targay bir türk diplomatı kimi fəaliyyət göstərir. Eynilə ondan öncəki türkəsilli diplomat cənab Əli Bilgə Cankorel də. Azərbaycan demokratlarının həmişə köks ötürərərək yad etdiyi xarici diplomatlar yalnız bunlarla da bitmir. 25 Yanvar 2010-cu ildən – 23 Yanvar 2012-cu il tarixinə qədər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri vəzifəsini icra edən Mövlud Çavuşoğlu da həmçinin bu millətin yaddaşında qardaşa arxadan zərbə vurmuş türk diplomatı kimi qalacaq. Eynilə durub dururkən demokratik mübarizəmizin faktiki olaraq ön cərgələrində dayanan Rəsul Quliyevə hücumlarıyla yadda qalan Turqut Er də son zamanlar yaxşı xatirə buraxmayan qardaş diplomatlarımızdandır.

Bütün dünyanın Azərbaycandakı rejimi tənqid etdiyi, hətta onun ən böyük müdafiəçisi qismində çıxış edən Rusiyanın belə Əliyevlər səltənətindən üz çevirdiyi bir zamanda Türkiyə diplomatlarının bu qədər canfəşanlıqla ölkəmizi şahlıq rejiminin boyunduruğuna soxmağa çalışması düşündürücüdür. Artıq bir tendensiya halını alan bu hadisələr Süleyman Dəmirəlin dövründə olduğu kimi eyni assosasiyanı yaratmır. İndi heç bir demokratı inanmaq mümkün deyil ki, Türkiyə ölkəmizin taleyində oynayacağı rolu əldən verməmək üçün bu cür kirli oyunlara getməlidir. Belimizə saplanan bu dost xənçəri nə zamansa milli mənafeyimizi qoruyacaq hansısa addımı atmağa haqq qazanmaq məqsədi daşıyır.

Dünyanın bizə yad olan ölkələrinin analitikləri belə qardaşlarımızın bizim başımıza gətirdiyi və ya gətirməyə çalışdığı müsibətləri üzüntü ilə qarşılayır, demokratik dövlət quruculuğumuzda əngələ çevrilən qüvvələrin arasında Türkiyənin də adını çəkirlər. Bu yaxınlarda mətbuata açıqlama verən “Avropa Sabitlik Təşəbbüsü” Analitik Mərkəzinin rəhbəri Gerald Knausun “kürü diplomatiyası”nın təsiri altına düşən ölkələrin bir növ xəritəsini çızaraq dediyi fikirlər məhz bu qəbildəndir: “Azərbaycan Avropa Şurası Parlament Assambleyasında özünə xeyli tərəfdar toplayıb. Bunlar əsasən Azərbaycanın strateji müttəfiqləri – Türkiyə, Rusiya, Ukrayna kimi Azərbaycana oxşar siyasi problemlərə malik ölkələrin deputatlarıdır.”

Təsəvvür edirsinizmi, bizim can bir qardaş bildiyimiz Türkiyə diplomatları bizi necəyə satır? Bir neçə kiloluq kürüyə, hədiyyəyə, hansısa xalçaya bu boyda məmləkətin taleyini qurban verirlər. Sonra da utanmadan qardaşlıq hislərindən danışırlar. Əksəriyyətinin yaşı altmışı keçən bu ixtiyarlar ömürlərinin neçə ilinisə keçirəcəyi mənzilə, uşaqlarının sürəcəyi avtomobilə 8 milyonluq bir xalqın sərvətlərini, millət kimi yaşamaq haqlarını, sabah Türkiyəylə eyni cərgədə dayanıb dünyada sözü keçən dövlətə çevrilmək imkanlarını, daha nələri, nələri hərraca çıxarırlar.

Hər şey bir tərəfə, minillik tarixə söykənən, mili dəyərləri özündə ehtiva edən əlaqələrimizi də bir kənara qoyuram. Azərbaycan hakimiyyətinin öz xalqına qarşı həyata keçirdiyi siyasət, milli sərvətlərimizin talanması, milyonlarla insanın haqlarının əlindən alınması bir insanlıq suçudur. Türkiyə diplomatları da öz fəaliyyətləri ilə bu suçun ortağına çevrilirlər. Yəni insanlıq suçu işləyirlər. Bu qədər baha biçilməz dəyərlərimizi hərraca çıxaran diplomatlarına qardaş dövlət “dur”-deməlidir. Demirsə, belə çıxır ki, bu insanlıq suçunun işlənməsində onun da payı az deyil.

Azərbaycanın demokratikləşməsi onun bir dövlət kimi varlığının qarantiyasıdır. Əks halda bu millətin fərdləri ya “dünyəvi dövlət budursa, tüpürüm bu dünyəviliyə!”-deyib İrana meyllənəcək, ya da “Rusiya imperiyasının tərkibində yaşamaq daha ədalətliydi”-deyərək Sovet İttifaqının nostalgiyasıyla yaşayacaqlar. Bir Azərbaycan vətəndaşı kimi mən artıq bu cür tendensiyaları yaxından hiss edirəm. Sovet İttifaqının sosial vəziyyətini görən, o dövrlə bu günləri müqayisə edənlərin böyük əksəriyyəti artıq yenidən rus boyunduruğuna girməyi arzuladığını açıq şəkildə dilə gətirir, bizim yalnız başımıza yaşaya bilməyəcəyimizə inanırlar. Eynilə sağlamlıq problemlərindən dolayı İrana səfər edənlər Arazın o tayından geriyə qayıdarkən yaşayacaqlarına böyük ümidlə yanaşır və İrandakı ucuzluqdan, qayda-qanunların aliliyindən danışırlar. Hansı ki bizdə bunların heç birisi yoxdur.

Xarici ölkələrdəki haq və ədaləti, iqtisadı imkanları görən xalq təbii olaraq özünün də bu şərtlər altında yaşamasını arzulayır. Daha ədalətli rejimdə yaşamaq arzusu millətin ruhuna hakim kəsildikcə bir tərəfdən də Rusiya Avrasiya İttifaqı adı altında keçmiş SSRİ-ni bərpa etməyə çalışır, İran da Azərbaycanı özünün zorla qəsb olunmuş ərazisi hesab edərək Böyük İran fikrini yayan maarifçilik işi aparır. Türkiyə isə öz diplomatlarının ya ukrain, ya da rus həmkarıyla birləşib Azərbaycanın demokratik perspektivini hərraca çıxarılmasına ya qəsdən şərait yaradır, ya da buna göz yumur.

Rus və ukraynalı diplomatları, hardasa, başa düşmək olar. Ukrayna üçün Azərbaycan xalqının müstəqilliyi əhəmiyyət daşımadığı kimi, Rusiya üçün isə bizdə bu cür şəraitin yaranması, ölkənin şahlıq üsul-idarəsinə yuvarlanması strateji məsələdir. Nə qədər ki, Əliyevlər rejimi var və ədalətsizliklər, ölkənin talan olunması davam edir, Azərbaycan bir o qədər onun caynağı altına daha rahat düşə bilər. Bütün bu hadisələrin mübabilində isə Türkiyə ən yaxın strateji müttəfiqini, özünün Orta Asiyaya açılan qapısını, dünya dövlətinə çevrilmə imkanlarını itirər. Bu mənada başa düşülməyən də qardaş ölkənin mövqeyidir. Koraylarla, çavuşoğlularla, cankorellərlə rəsmi Ankara nəyə nail olmaq istəyir və nəyə nail olur?
Bu suallar ətrafında onun özü dərindən fikirləşsə, yaxşıdır. Doğrudanmı, Azərbaycanı boş ver, hətta Türkiyənin bu bölgədə ən böyük strateji silahı kimlərinsə hər səhər yeyəcəyi kürü qədər də əhəmiyyətli deyil?

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to “Türkiyə Azərbaycanı Nəyin Müqabilində Qurban Verir?”

  1. HARDADIR BU MİLLƏT?

  2. Butun bu iller erzinde mushahileker onu demeye esas verir ki, bu turk diplomatlarin hamisi Turkiye hokumeti tefinden telimatlandirilir ve birbasha onlarin movqeyinden chixish edirler. Shexsi maraqlar dedikde ise bu hem hemin diplomatlarin, hem de Turkiye hakimiyyetinin bashinda oturanlarin shexsi maraqlarinin gostericisidir. Turkiye hakimiyyetinin idareetme sistemi ile Azerbaycan hakimiyyetinin idareetme sistemi de bir-birine chox uygundur. Her iki olkede de insan haqlari pozulur, jurnalistler hebse atilir, azad soze gadagalar var. Sadece olaraq Turkiyede bu din perdesi altinda daha ince usulla heyata kechirilir ve her gun bu olke dunyevilikden bir az daha uzaqlashir. Yaxin besh ilde ise turkiyenin veziyyetini tesevvur etmek bele qorxuncdur. Ona gore de Turkiyeye arxalanmamaliyiq, oz ishimizi ozumuz gormeliyik.

  3. Hörmetli Heyder Oguz, yazdigin meqale teqdirelayiqdir, ancaq cox gecikmishdir. Lakin en azindan bizim “mudrik” xalqi basha salmaq ucun ireliye dogru bir addimdir.
    Iranda bir misal var : “Emir bazari yansin, ancaq mene bir desmal qalsin.”
    Bu turk memurlari ise hemishe ( bashda Suleyman Demirel olmaqla) öz shexsi maraqlarini neinki Azerbaycan xalqinin, hetta turk milletinin menafeyinden de ustun tutublar. Bu proses indi de davam edir. Ona görede xalq özu öz taleyini hell etmelidir. Nagillardan qurtarmaq lazimdir, bir az da real olmaliyiq…..

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: