Rəsul Guliyevin ACP Fəalları ilə Görüşü, 20 Noyabr 2012-ci il Azərbaycan – ABŞ

Rəsul Guliyevin ACP Fəalları ilə Görüşü, 20 Noyabr 2012-ci il Azərbaycan – ABŞ
Rasul Guliyev‘s Meeting with OSP (ACP) activists on November 20, 2012, AzerbaijanUSA

 

“Azərbaycana necə qayıdacağım mart-aprel aylarında bilinəcək”

Vahid namizəd ətrafında müzakirələrdə iştirak etməyəcəyəm”

Sülhəddin Əkbər: Bu günkü qapalı görüşə patiya rəhbərliyində təmsil olunan şəxslər, rayon təşkilatlarının, komissiyaların sədrləri dəvət olunub. Vaxt itirməmək üçün mən sözü sizə vermək istəyirəm. Amma sizə bir sual vermək istəyirəm ki, zalı necə görürsünüz?

Rəsul Quliyev:  Zalı mən normal görürəm və bu görüşü qapalılıqdan çıxartmışam.

Sülhəddin Əkbər: Lap yaxşı. Buyurun söz sizindir.

Rəsul Quliyev:  Birinci, sizləri salamlayaram. Qarşımızda duran ağır, çətin mübarizədə, keçəcəyiniz şərəfli yollarda sizə uğurlar arzulayır və bu mübarizənizin mütləq nəticə verəcəyinə əminliyimi bildirirəm. Möhkəm olun, sizə cansağlığı, uzun ömür və uğurlar…

Mən istəyirəm ki, görəcəyimiz işlər, qarşımızda duran vəzifələr barədə sizə geniş məlumat verəm. Vəzifələrimizi təsbit etmək üçün ilk əvvəl məqsədimizi müəyyənləşdirməliyik. Bizim məqsədimiz Azərbaycanda konstitusiyada nəzərdə tutulduğu kimi mənbəyi xalqa əsaslanan hökuməti yaratmaqdır. Bundan başqa məqsədimiz yoxdur. Yəni, seçkilər yoluyla xalqa imkan yaratmağa çalışırıq ki, özünə layiq bildiyi hakimiyyəti özü formalaşdırsın. Məqsədimiz alidir, ədalətlidir və haqqa-hüquqa uyğundur. Konstitusiyanın müddəalarını pozanların əleyhinə yönəldiyindən bu ali məqsədə çatmaq Azərbaycanda müşkül bir məsələyə çevrilib. Ona görə müskül məsələyə çevrilib ki, son 20 il ərzində Azərbaycanda yaranmış mənəvi-əxlaqi mühit vətəndaşların bu arzularını reallaşdırmaq imkanını məhdudlaşdırıb. Bu müşkülü həll etmək bir sıra kompleks tədbirlərin həyata keçirilməsindən asılıdır. Sözügedən kompleks tədbirlər həm ölkə daxilində, həm də ölkə xaricində iş aparmağı tələb edir. Ölkə xaricində aparacağımız iş 2013-cü il seçkilərinin demokratik keçirilməsi üçün beynəlxalq dəstəyə nail olmaqdan ibarətdir. Beynəlxalq dəstək deyəndə həm Avropadakı, həm də Amerikadakı rəsmi və beynəlxalq qurumların bu istiqamətdə real, qətiyyətli, praktiki qərarlar çıxarmasına nail olmağı nəzərdə tuturam. Bu, həddən artıq ağır bir işdir. Çünki bizim hökumətin yürütdüyü “kürü diplomatiyası” dünyanın elə bir ölkəsi yoxdur ki, orada ayaq tutub yeriməsin. Yəqin ki, mətbuat orqanlarından oxuduğunuz kimi bu yaxınlarda Azərbaycan-Amerika Alyansı deyilən təşkilat Amerikada böyük bir qonaqlıq təşkil etmişdi. Qurucusu Ziya Məmmədovun oğlu Anar Məmmədov olan bu alyansın təşkil etdiyi bu qonaqlığa çok yüksək səviyyəli siyasilər gəlmişdi. İştirakçılar arasında Konqresin Aşağı palatsının sədri, konqresmenlər, senatorlar, Xarici İşlər Nazirliyinin əməkdaşları, dövlət katibinin köməkçi kimi nüfuzlu adamlar var idi. Qonaqlıqda Az.TV-nin əməkdaşlarına verdikləri müsahibələrdə ziyafət iştirakçıları Azərbaycan rejimi haqqında çox yüksək fikirlər söyləyirdilər. Bu fakt onu göstərir ki, “kürü diplomatiyası”nın təsirləri artıq Amerikaya qədər gəlib çıxıb. Azərbaycan iqtidarı rüşvətlə, müxtəlif hədiyyələrlə Avropada nələrə nail olurdular?-bunu sizin özünüz də yaxşı bilirsiniz. Bunun səbəbləri də sizə aydındır. Ölkədə elə bir vəziyyət yaranıb ki, Azərbaycanda hardasa yüzə yaxın adamın əlində cəmləşən kapital digər 9 milyonluq əhalinin əlindəki vəsaitdən yüz dəfə çoxdur. Azərbaycanda belə bir əcaib şərait yaranıb. Xalqdan oğurlanan bu külli miqdarda kapitalın xeyli hissəsi xalqın əleyhinə fəaliyyət göstərən mövcud rejimin qorunmasına sərf olunur. Biz də bunun qarşısını almalıyıq. Bu çox çətin və mürəkkəb məsələdir. Asan məsələ deyil.

Amerikada totalitar rejimli ölkə nümayəndələriylə bu tip görüşlərin keçirilməsi yeni hadisə deyil. Qazaxıstan, Özbəkistan rəsmiləriylə də eyni tipli görüşlər keçirilib. Belə görüşlər bir daha sübut edir ki, beynimizdəki “Amerika ölkəmizə demokratiya gətirəcək, bizim əvəzimizə rejimə qarşı mübarizə aparacaq” kimi fikirlər nağıldır, reallığa əsaslanmır. Baxın, sizə bir nümunə gətirim. İkinci Dünya Müharibəsi dövründə faşizmə qarşı hardasa 60-dan artıq dövlət birləşmişdi. Amma indi insanlar bu dövlətlərdən yalnız 5-inin, 6-sının adını xatırlayır. Ona görə faşizmə qarşı mübarizə aparan bütün dövlətləri tanımırıq ki, həmin dövlətlər bu mübarizə mexanizminin balaca vindləri olub. Əksəriyyətinin sadəcə adı həmin ittifaqda iştirak edib, özləri heç müharibəyə qatılmayıblar. Azərbaycan da Amerika və ya Avropa dövlətləri üçün onların xarici siyasətində kiçik bir vinddir. Bu dövlətlər heç vaxt o vindi görməyəcəklər. Gərək, vindin özü tərpənə. Vind yerindən tərpəndikdən sonra heç bir dövlət ən yaxın tərəfdarı bu ölkənin rəhbəri olsa belə onu dəstəkləməz. Özünüz bilirsiniz ki, Misirin rəhbəri Hüsnü Mübarək ABŞ-ın ən yaxın partnyorlarından biri idi. İsrail Misir arasındakı balansı qoruyan, bu iki dövlət arasında arzu olunan münasibətlər yaradan bir dövlət xadimi idi. Həmçinin Suriya. Ərəb ölkələri içərisində İsrailə münasibətdə ən mülayimi Suriya hesab olunurdu. Amerika həm Hüsnü Mübarəkdən, həm də Bəşər Əsəddən ona görə üzünü döndərdi ki, xalq bu adamlardan üz döndərdi. Xalq bir liderdən üz döndərməsə, Amerika o toplumun milli maraqlarına yaxın gəlməz. Amerikanın nəyinə lazımdır ki, adını belə eşitmədiyi hansısa ölkədə demokratik quruluş, ya da totalitar rejim olsun? Əksinə totalitar rejimlə danışmaq, müəyyən razılığa gəlmək daha asandır. Deməli mütləq gərək vind tərpənə. Vind də bizik. Biz tərpənməsək, heç nəyə nail ola bilmərik. Daxildən hökmən nəsə olmalıdır.

Yenidən Amerikada keçirilən həmin qonaqlığa qayıtmaq istəyirəm. Sizi əmin edirəm ki, Amerikada həmin görüşün bu qədər təm-təraqlı keçirilməsinin başlıca səbəblərindən biri də ölkə daxilindəki ictimai-siyasi vəziyyətlə, müxalifət təşkliatlarının gücüylə bir başa əlaqədardır. Sizi 100 faiz əmin edirəm ki, bu görüşdən əvvəl qonaqlıqda iştirak edən ABŞ rəsmiləri ölkəmizdəki səfirliyə müraciət etmiş və onun bu barədə fikrini almış Azərbaycan xalqının bu görüşə necə münasibət bəsləyəcəyi ilə maraqlanmışlar. Görünür, ABŞ-ın ölkəmizdəki səfirliyinin verdiyi cavab həmin görüşün keçirilməsinin xeyrinə olub.

Soruşa bilərsiniz- niyə? Ona görə ki, səfir Azərbaycanı yaxından tanımaq üçün bizim müxalifətlə də görüşüb. Bizim müxalifət nümayəndələri isə biri-birinin sözünü kəsə-kəsə, hamısı eyni fikirləri deyə-deyə elə şərait yaradırlar ki, səfir Əliyevlərin hakimiyyətdə qalmasını daha məqsədə müvafiq sayır. Mən bu sözləri deyəndə inciyirlər. Halbuki bundan nəticə çıxarmaq lazımdır.

Əgər Azərbaycan xalqının gələcəyinin fikirləşiriksə, belə problemlərə yol verməməliyik. Əvvəla, nəzərə almalıyıq ki, Anar Məmmədov və onun kimi digər iqtidar təmsilçiləri xaricdə təhsil alıblar. İngilis dilində sərbəst danışmağı bacarır, onların xarakterini gözəl bilir və xaricilərlə rahat ünsiyyət qurub fikirlərini onlara çatdırırlar. Bizim qoca müxalifət isə deyək ki, bu yaşdan sonra başqa dilini öyrənmək qabiliyyətindən məhrumdurlar. Yaxşı, heç olmasa bu kimi görüşlərdən effektli yararlana bilsinlər. Nəzərə alsınlar ki, onların sözləri tərcümə olunurkən də xeyli zaman keçir və buna görə də konkretliyə çalışmalıdırlar. Onlar isə guya öz savadlarını səfirlərə nümayiş etdirmək üçün uzun-uzadı çıxış etməyə can atırlar. Nəticədə məqsəd və məramlardan xeyli kənarlaşırlar. Bu savad nümayişinin axırı da belə qurtarır. Demək istəyirəm ki, xaricdə siyasi hakimiyyətin özünə dəstək tapmasının qarşısı da bəzi hallarda ölkə daxilində alınmalıdır.

Bu iradlarımı bildirəndə dərhal məni müxalifəti parçalamaqda ittiham edirlər. Halbuki, bu birliyin ən qatı tərəfdarı mənəm. Deyirlər ki, guya mən İP-nın, ya da hansısa bir siyasi xadimin əleyhinəyəm. Bu, qətiyyən doğru deyil. Mən yenə elan edirəm. Müxalifətdə heç kimə və təşkilata qarşı deyiləm. Sadəcə aparılan siyasətin şəklinə, formasına etiraz edirəm. Çünki bu siyasət müxalifəti konsaldasiya eləmir. İP-ya daxil olan hər bir təşkilatın lideri özünün şəxsi mənafeyini birinci mələsə olaraq ortaya qoyur, ondan sonra ölkədə gedən prosesləri diqqətə çatdırır. Bu cür görüşlərdə özünün şəxsi problemini ön plana çıxardınsa, heç nəyə nail ola bilmərsən və bizim bu tip insan və xarakterlərlə hər hansı ittifaq yaratmaq düzgün də deyil. Bu cür ittifaqlar əksinə ziyana işləyə bilər. Ona görə də biz görüşdüyümüz bütün müxalifət nümayəndələriylə görüşümüzdə gərək onlara izah edək ki, şəxsi maraqlar bir kənara qoyulmalı, ancaq bir məsədimiz- Azərbaycanda demokratik seçkilərə şəraitin yaradılması, xalqın öz hakimiyyətini müəyyənləşdirmək haqqının özünə qaytarılması hədəfimiz olmalıdır. Hədəf bir olmalıdır.

Bu hədəfə çatmadan başqa-başqa məsələləri müzakirəyə çıxarmaq, vahid namizəd kimi problemləri gündəmə gətirmək ziyandan başqa, həm də ayıbdir. Azərbaycanda demokratik seçki mühiti yaradılmayana qədər nə fərqi var ki, ya bizim ölkədə, ya da Marsda prezidentliyə namizəd olasan? Onsuz da demokratik seçki mühiti yaradılmasa indiyə qədər seçkilər necə saxtalaşdırılıbsa, bundan sonra da eyini qaydada saxtalaşdırılacaq. Onun nə fərqi var ki, keçirilməyən seçkidə prezidentliyə kim namizəd olacaq? İnsanın hansı dildə susmasının nə var ki?. Susmaq susmaq deyilmi?

Ona görə də hesab edirəm ki, siz müxalifətdə yer alan hər kəslə münasibət qurmalı və vəziyyətin mahiyyətini onlara izah etməlisiniz. Biz- bütün müxalifət qüvvələri sözün həqiqi mənasında gərək eyni hədəfə vuraq, real işlərlə məşğul olaq, mümkün olduğu qədər böyük koalisiyanın yaranmasına çalışaq. Bütün müxalifət qüvvələrinin hədəfi-demoratik seçki mühitinin yaradılması olmalıdır. Bu istiqamətdə hər birimiz əlimizdən gəldiyi qədər işləməliyik.

Bəs, qarşıda duran bu işləri görmək üçün biz ACP olaraq nə etməliyik?

Partiya olaraq işə birinci növbədə nizam-intizamdan başlamaq lazımdır. Nizam-intizamı olmayan heç bir təşkilatın heç bir uğuru ola bilməz. Bunun üçün qəbul olunan qərarlara əməl etmək, tapşırılan işi mümkün variantda yerinə yetirmək, partiya daxilində intriqa və demoqogiyaya yol verməmək başlıca tələblərdəndir. Partiya quruculuğunda bu əsas şərtdir. Mənim işlədiyim bütün kollektivlərdə nail olmağa şalışdığım birinci hədəf intriqa və demoqogiyanı işçi qrupunun arasından çıxarmaq olub. Qurğu rəisi kimi 20-25 nəfərin rəhbəri olduğum zaman da imkan verməmişəm ki, kimsə kimdənsə gəlib mənə şikayət etsin. İstər mühəndis müavini, istər baş mühəndis, istər direktor, istər idarə rəhbəri, istər baş nazirin müavini, istər Ali Sovetin sədri olduğum zaman buna qarşı olmuşam. İndi də hesab edirəm ki, partiyanın daxilində də intriqa və demoqogiyaya yol vermək olmaz. Partiya bir yumruq kimi olmalıdır. “Böyük dayaq”dakı Ələsgər Ələkbərovun sözü olmasın, hansı barmaq açıldısa, onu gərək dərhal kəsək. Tutduğu vəzifədən, mövqedən asılı olmayaraq intriqabazları dərhal partiyadan kənarlaşdırmaq lazımdır. Partiyanın keyfiyyəti orada təmsil olunan insanların sayında yox, üzvlərin monolitliyindədir. Partiya nə qədər monolitdirsə, bir o qədər də qələbə çalmaq əzmindədir. Bunu nəzərə alın və bundan sonrakı işlərinizdə buna xüsusi diqqət yetirin.

Məsələn, Xətai rayonunun işindən kimsə razı deyil. Həmin o kimsə gedib bunu Nəsimi rayonunda danışmamalıdır. Çalışıb öz rayon təşkilatında bunu müzakirəyə çıxarmalı və həll etməlidir. Axı, Nəsimi rayonunun üzvləri Xətai rayonunda nə təsir edə bilər ki? Heç bir şey edə bilməz. Nəticədə bu əməllər mənasız intriqalara yol açar. Əgər bütün məsələlər səlahiyyətli dairələrdə müzakirə edilərsə normal işə çevrilər. Kimsə kiminsə işindən narazıdırsa, gərək bunu onun üzünə deyə.

Mənim ölkəyə qayıtmaq məsələsinə gəlincə, əlbəttə, bu imkanım reallaşsa, bizim nəzərdə tutduğumuz problemlərin 80 faizi reallaşa bilər. Qalan 20 faizlik iş isə öz-özünə həll olar. Mən bunun fərqindəyəm və hər kəsdən daha çox ölkəyə qayıtmağa çalışıram. Dəfələrlə buna cəhd etdiyimi siz də bilirsiniz. 2005-ci ildə bu cəhdim ona görə alınmadı ki, mənim ölkəyə qayıtmaq yollarımın üstündən xətt çəkdilər. Sadəcə, bir yolla buna nail oldular-təyyarələri Azərbaycana buraxmadılar. Bu da çox asan yolla həyata keçirilən bir üsuldur. Onun üçün böyük ağıl lazım deyil. Aeroportu bağlayırsan, vəssalam. Azərbaycanla sərhəddə olan bütün ölkələr-Gürcüstan, Türkiyə, Rusiya da mənim onların ölkəsinə ayaq basmağıma imkan vermədi. Ona görə də mənim Azərbaycana gəlmək şansım mütləq mənada sıfıra bərabər oldu. Bir yol qalırdı ki, paraşütlə tullanasan. Paraşütlə tullanmaq üçün də təyyarə gəlib Azərbaycanın səma sərhəddini də keçməliydi. Mən indi çalışmalıyam ki, 2005-ci ildəki həmin qeyri-mümkünlüyün bir hissəsini mümkünə çevirəm. Həmin mümkünlüyün hansı variantı alınacaq, mən bunu hələlik sizinlə bölüşə bilmərəm. Hər halda çalışacağam və əminəm ki, variantlardan birini həyata keçirəm. Bu işin necə baş tutacağını mart, aprel aylarında 70 faiz əminliklə biləcəyəm. Biz vahid namizədlik ətrafında heç bir müzakirə aparmayacağıq. Mən bu şəraitdə özümün vahid namizəd seçilməyimə belə razılıq verə bilmərəm. Prezident seçkilərində kimin namizəd kimi iştirak edəcəyini biz hardasa mayın axırı, uyunun əvvəllərində qəbul edəcəyik. Sözsüz ki, prezident seçkilərində özümün namizəd kimi iştirakıma çalışacağam və bunun üçün bütün gücümü ortaya qoyacağam. Ona görə ki, mənim iştirak etməyəcəyim prezident seçkilərini Əliyevlər yenə uda bilərlər. Bu rejimi hakimiyyətdən uzaqlaşdırmaq üçün mən mütləq prezident seçkilərində iştirak etməliyəm.

Mən sizin necə çətin işə girişdiyinizi bütün səmimiyyətimlə başa düşürəm. Sizin hər biriniz orada demək olar ki, qəhrəmanlıq da olmasa, qəhrəmanlığa yaxın bir səviyyədə mübarizə aparırsınız. Buna görə də sizin hamınıza mən təşəkkür edirəm. Bu bizim ümumi işimizdir, şəxsi maraq üzərində qurulmayıb. Sizin hamınız Azərbaycan xalqının gələcəyi uğrunda mübarizə aparırsınız. Sizə bu işinizdə uğurlar diləyirəm.

 

 

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

8 Cavab to “Rəsul Guliyevin ACP Fəalları ilə Görüşü, 20 Noyabr 2012-ci il Azərbaycan – ABŞ”

  1. Men bele basha düshdüm ki, Amerikada Anar Memmedov kimi bir ushagin teshkil etdiyi qonaqliqda, Amaerika hakimiyyetinin agir “artileriyalarinin” ishtiarak etmesine sebeb, indiki müxalifetin bosh, menasiz, hec bir meqsedi olmayan, sadece özünü reklam xarakterli, yaritmaz siyasetinin neticesi olmushdur.

    Eger aftoritar rejimleri öz menafeyin ücün idare etmek, demokratik abu havali sistemlerden daha asan oldugunu nezere alsaq, onda ne vaxta qeder ki, qeyd edilen hemin “VINT” herekete kecmeyecek, bir o qeder bu rejimin ömrü uzun olacaq teoreminin isabata ehtiyaci olmayacaq, yeni aksiomalashacaq.

    Bu aydindir, hemde o aydindir ki, artiq gecdir, yeni bu zamana kimi, 20 il erzinde özünü toparlaya bilmeyen bir cemiyyet seckilere bir il qalmish normal bir komanda ile oynaya bileceyi, hetta qalib geleceyi cox absurd görünür.
    Son vaxtlar “vahid namized” meselesinin “esas namized” söhbeti ile evez olunmasi, “yeni bir siyasetle, bashqa bir sisteme” ehtiyac var qenaetini yaradir.

    Xahish edirem bu haqda fikirleriniz ve tekliflerinizi yazasiniz.
    Teshekkür edirem!

  2. Nezere alsaq ki, cox agir bir xesteliye dücar olmush cemiyyetin müalicesi ücün, köhne reseptler müsbet netice vermek gücünde deyil. Artiq bu xestelik o qeder shaxelenmishdir ki, yeni ve daha tesirli, “antibiyotiklere” ehtiyac var.

  3. Hormatli Rasul Bey. Siz postsovet Azerbaycanin yuksek analitik tevekkura malik az sayda yetiwdirdiyi kadrlarindan birisiniz. Azerbaycana neyin bahasina olursa qayitmaginiz vacibdir ve bu camiyyata ancaq xeyir vera bilar. Yaxwi olar ki.sizinla birlik de xa Cavabla Noyabr 23, 2012 7:19 səhər

    Hormatli Rasul Bey. Siz postsovet Azerbaycanin yuksek analitik tevekkura malik az sayda yetiwdirdiyi kadrlarindan birisiniz. Azerbaycana neyin bahasina olursa qayitmaginiz vacibdir ve bu camiyyata ancaq xeyir vera bilar. Yaxwi olar ki.sizinla birlik de xalqi mubarizaya aparmadaga qadir olanlar, lakin muhaciratda olanlar da hamisi hech olmasa may ayinadek VETANA qayitsinlar.Qalan soydawlar da sizdan numina goturib oktyabrda vatenda olmaqlarina sebeb olar ki.onlarda vetandaw sozuni deya bilsinlar..2013 ci il Azerbaycanda “DONUW” ili olmasa sonraki illa Azerbaycan dovlatinden deyil -Azerbaycan “XANLIQ” larindan daniwmali olacagiq.
    Sechkilarda xalqin hech olmasa yarisi iwtirak edarsa Buna baxib ABW.Puciya.Iran.Turkiya ve Avropa ittifaqi da secimlarini xaiqin reyina uygunlawdiracaqlar.Kimin prezdent olmagi bu bawqa movzudur.
    Anarin ziyafatinin tawkilina yanawmagnizla razi deyilam.burda muxalifat suchlamaq yersizdir ve canab sefirda hale Azerbaycana galmamiwdan qabaq ham muxalifat. ham da sizin haqqinizda da onda kifayyat qadar malumat olubdur. Bela”SAYAVUWVARI” beyanatlarin sizin terefindan verilmasine siza hormat edan ekseriyyat tessuf edir.

  4. Seçkilərdə çoxsaylı müxalifət nümayəndələrindən kimin seçkiyə buraxılacağı, kimin kənarda saxlanılacağı məsələsində hakimiyyət mütləq öz şirkin əməllərindən istifadə edəcək. “Vahid namizəd” məsələsi isə özündən çox razı olanların arasında fikir ayrılıgı yaradacaq,orta məxrəcə gəlmək mümkün olmayacaq.Əli bəylə İsa Qənbər çömçə qaşıq kimi indidən seçkilərdə namizədlərini verməkdə iddialıdırlar. Bir vaxtları Elçibəyin hesabına yuxarı kürsülərdə əyləşən bu insanlar qısa müddətdə kürsülərini təhvil versələr də yenə də o xəyallarla cənfəşanlıq edirlər.
    Rəsul müəllim,Sizin Azərbaycana gəlmək məsələniz mütləq mart ən uzagı aprelə qədər reallaşmalıdır.Bunun üçün çox kəskin,konkret işlər görülməlidir,istər xaricdə,istərsə də daxildə
    güclü qüvvələr yaradılmalıdır.Təbii ki,hakimiyyət üçün ən qorxulu güc Sizsiniz və hər vəclə Sizə qarşı maniələr yaranacaq. Təbii ki,qonşu əlkələrdə düşərgə salmaga da əngəllər olacaq.Odur ki,Beynəlxalq Məhkəmlərdən Sizin seçkilərdə iştirakınız üçün rəylər verilməlidir.
    Hal-hazırda bu hakimiyyətin istefaya getməsi üçün dəlil-sübutlar kifayət qədərdi,lakin bunu tələb edən xalq gücü demək olar ki,yox dərəcəsindədir.Çünki xalq elə düşünür ki,Amerika və yaxud hansısa bir güclü dövlət gəlib qəddar hakimiyyəti devirəcək.Əslində Amerika da,Avropa da hakimiyyətin getməsi üçün siyasətini büruzə verir,lakin xalq özündə cəsarət tapa bilmir.
    Amerikaın Azərbaycandakı səfiri də müxalifət qüvvələri ilə görüşündə də açıq-aşkar bildirdi li,dəvə boyda müxalifət adınız olsa da gözə görsənmirsiniz,birliyiniz yoxdur.Çünki özünü dəvə kimi böyük hesab edən İsalar bir eşşəyə yük olsalarda quyruqları iqtidara baglanıb.İsa isə utanmadan Amerikanı günahlandırır.Odur ki,bu minvalla bu hakimiyyətin devrilməsi sual altındadır,xalq isə öz acı taleyi ilə artıq barışıb.Ona görə də Siz aglınızı,savadınızı,bacarıgınızı,əlaqələrinizi durmadan işə salıb bu haqda variantlar,yollar axtarmalısınız.
    diqqətinizə görə sag olun.

  5. Salam Rəsul müəllim mən sizin video yazınıza baxdım mən sizə şəxsi fikirlərimi bildirm ki mən sizə evimin şəkillərini göndəırdim ki saytınızda dərc eədəsiniz lakin hələdə dərc etməmisiniz.. sizin fikirlərinizə cavab olaraq onu deyimki isdər iqdidar isdər müxalifət olsun — kimki şəxsi maraqlarını xalqın dövlətin maraqlarından üsdün tutursa hakimiyətdə şəxsi maraga görə oturub isdərsədə müxalifətdə olub iqdidar olmaq isdəyirsə — o kəslər xarici yüksək dövlət məmurları qarşısında danışan kimi səviyəzizliyi dərhal görünür və bunuda əsil demakrat olan insanlar beş kəlmədən oxuyur bu demakratik analyışdır..mən fikrimi sizə çatdıra bildimmi…mən müxalifətə məktub yazıram cavab verən olmur mən qeyri dövlət qurumlarına müraciyət eləyirəm məndən qaçırlar məktubuma cavab vermuirlər..mən prezident ilham əliyevə yazdıgım məktubu sizin saytınıza göndərirəm yazıramki Rəsul müəllim oxuyun rəyinizi bildirin siz rəy yazmırsınız..Rəsul müəllim sizin satınıza baxıram kimlərsə kimi idiham eləyir loru dildə desək qiybət eləyirlər prezident ilham əliyevdə qalıb kənarda….bilirsinizmi ilham əliyev ölkəni talayır sökür xalqı məh eləyir haqını tələb edən gənc qızı ilham əliyevin gösdərişiylə küçədə sürüyürlər ilham əjdaha kimi suyun havanın neftin qarşçısını kəsib xalqı məh eləyir… Rəsul müəllim heydar əliyev məmurlara deyibki vətəndaşa o qədər çox üsdü-üsdə prablem yaratki vətəndaş şikayətə gələndə bilməsinki hansı prablemdən danışsın hasında qutarsın yəni çaşqınlıq yaransın …indi məm sizə hansı parablemdən yazım çatdırım Rəsul müəllim…

  6. Əzizim mehman,sənin yazdıqların tam həqiqətdir,faktdır.Əzilən,hüququ tapdalanan məgər tək sənsən?Yox qardaş,hamı bu rejimin mancanagında sıxılır,əzilir.Rəsul müəllim neynəsin,nə rəy versin?Onun bütün yazılarında bu cinayətkar,qəddar hakimiyyətin apardıgı siyasət tənqid olunur,faktlarla,sübutlarla xalqa çatdırılır.Amma nəticə varmı,xalq bunu anlayırmı?Sən heç olmasa başına gələnləri yazırsan,kimlərisə qorxmadan,cəsarətlə söyürsən.Bəs xalq?Rəsul müəllim izah edir,anlatmaga çalışır ki,xalq öz hüququnu anlasın,acı taleyi ilə barışmasın,ayaga qalxıb azadlıgını tələb etsin,amma xalq susur,səsini çıxara bilmir.Hamı bilir ki,xalq birliyi,gücü qarşısında heç bir qüvvə duruş gətirə bilməz.Amma görürsənmi hərə bir tərəfə çəkir.Adını ana müxalifət qoyan Əli bəyi,isa bəyi prezidentlik iddiasına düşüblər.Guya hansısa prezident seçilsə indiki iqtidardan yaxşı olacaq,xalqın halına yanacaq?Yox əzizim,onlar indiki iqtidardan da qəddar olacaq,çünki yazıq,rəzil,haqqını,hüquqnu bilməyən xalq alətə çevrilir,onun taleyi ilə oynalınır,tapdalanır.Xalqın azadlıgı öz əlində olmalıdır,imkan verməməlidir ki,azadlıgı tapdalansın,hüquqları pozulsun.

  7. Hormatli Rasul Bey. Siz postsovet Azerbaycanin yuksek analitik tevekkura malik az sayda yetiwdirdiyi kadrlarindan birisiniz. Azerbaycana neyin bahasina olursa qayitmaginiz vacibdir ve bu camiyyata ancaq xeyir vera bilar. Yaxwi olar ki.sizinla birlik de xa Cavabla Noyabr 27, 2012 7:14 səhər

    RESUL BEYIN mart ayina kimi qayitmasi chox onamli mesala olardi. Onun qayitmasina Azerbaycanda yegana mane olan quvve ancaq REJIMDIR.Burda digar quvve axtarmaq lazim deyil. Rusiya ve Turkiya faktorunu unutmaq olmaz.Rusiya va Turkiyanin mane olmasi qeopoltik maraqlardan deyil Resul beyle wexsi munasibetlerden dogur.
    2013-cu ilda Azerbaycana qayitmaq Resul bey uchun xalq.Dovlatchilik qarwisihda vicdan borcudur.Azerbaycandan kenarda olan butun soydawlarin bundan numuna goturub qayitmasi.sechkida iwtirak etmasi bu rejimin sonu olardi.
    Mene ele galir ki.asas amil olan REJIMI qoyub muxalifatin liderlarini haqli-haqsiz tehqid etmak yersizdir. “QAYIDIW” kompaniyasina bawlamaq lazimdir. Bu kompaniya laziminca tewkil edilib heyata kechirilsa bu REJIMIN sonu olar.

  8. Gözünüz aydın olsun,deyəsən müxalifət qüvvələri bir araya gəlib birlik haqqında qərarlaşdı.
    Bütün müxalifət partiyaları liderləri ümumi yıgıncaqda iştirak etdi,Əli və İsa bəylərdən başqa,amma onların da partiyalarından üzvlər tədbirdə iştirak etdi.Qərara alındı ki,bütün partiyalar yumruq kimi bir olmalıdır.Eyni zamanda qarşıdan gələn prezident seçkilərinin demokratik şəkildə keçirilməsi üçün sənədin də hazırlanmasına razılıq verildi.Çox güman ki,xalqımız da bu birliyi alqışlayıb bütövlük ugrunda fikirləşəcək və bu birliyə qoşulacaq.
    Bu zalım hakimiyyətdən qurtulmagın tək yolu budur.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: