“Dindarların Repressiyalardan Qurtulmasının Yolu Ölkənin Demokratikləşməsi Uğrunda Mübarizəsinə Qoşulmaqdır.”

Hakimiyyətə ən iddialı siyasilərimizdən biri də eks-spiker Rəsul Quliyevdir. Sözsüz ki, vətəndaşlarımız hər bir iddialı liderin cəmiyyətin qarşısından dayanan problemlərlə bağlı fikirlərini və hakimiyyətə gələcəyi təqdirdə yürüdəcəyi siyasətinin necə olacağını öyrənmək istəyi vardır. Biz də bunu nəzərə alıb Rəsul Quliyevin hazırda cəmiyyətimizin ən ciddi problemlərindən biri olan din və etiqad azadlığının təminatı ilə bağlı fikirlərini öyrəndik. İlk sualımız da elə “sizcə, din cəmiyyət üçün nə deməkdir?”-oldu.

– Hazırda mövcud olan dinlər insanlıq tarixiylə müqayisədə xeyli cavandırlar.  İnsanların formalaşmasının tarixi milyon illərlə hesablandığı halda, indiki dinlərin yaranmasından isə təqribən 10 min ilə yaxın vaxt keçir. Bununla belə hətta indiki dinlər insan bəşəriyyətin ən qədim və əsaslı mənəvi dəyərləridir. Bir çox filosoflar hesab etmişlər ki, dinlər bəşəriyyətin təbiət hadisəsi qarşısında acizliyindən və onları dərk edə bilməməsindən doğmuşdur. Bu fikirdə müəyyən həqiqətlər olsa da dindarlığı yalnız bununla izah etmək mümkün deyil. Belə olsaydı, cəmiyyət inkişaf etdikcə, elmi-texniki tərəqqi dövrünə qədəm qoyduqca dinlər də yaddaşlardan silinərdi. Biz isə bunun əksini görürük. Elmi nailiyyətlər əldə etdikcə, insanın dini duyğuları da cilalanır, daha yeni mahiyyətdə ortaya çıxır. Bütün bunlar ondan xəbər verir ki, bəzi idealist mütəfəkkirlərin dediyi kimi həqiqətən də dindarlıq hissi insanın fitrətindən irəli gəir və bunu yox etmək mümkün deyil. Sovet İttifaqı dövrünü xatırlayın-o zaman ateizm dövlətin rəsmi ideolgiyası olmasına baxmayaraq hətta hakim zümrələr belə dinə tamamilə laqeyd qalmamışdılar. Onların demək olar ki, hamısı dünyasını dəyişmiş yaxınlarına dini tələblərə uyğun yas tutur, bəziləri gizlində də olsa hətta ibadət edirdilər.

Dindarlıq duyğusu insanın fitrətindən irəli gəldiyinə görə heç bir cəmiyyəti dinsiz təsəvvür etmək olmaz. Sadəcə onu siyasətdən ayırmalı, bir-birinin işinə mənfi yöndə müdaxilə etməyən iki fərqli cəmiyyət institutu halına gətirmək lazımdır.

 

-Bu gün Qərb dünyasında islamofobya ruhu hakimdir. Dindarlıqdan söhbət açan kimi insana “islam fundamentalizmi” yarlığı yapışdırırlar. Siz isə verdiyiniz cavabdan belə aydın olur ki, dinə və dini duyğulara ehtiramla yanaşırsınız.  Hakimiyyətə gələcəyiniz təqdirdə sizin bu xarakteriniz xüsusilə, qərb dünyasıyla problem yarada bilərmi?

 – Hesab etmirəm. Başqa dinlərdən çəkinmək xüsusiyyəti yalnız qərblilərdə deyil, elə bizim özümüzdə də var. Bunun iki başlıca səbəbi var. Səbəblərdən biri odur ki, insanlıq müxtəlif dinlərə qulluq etdiyindən bir-birindən qapalı cəmiyyətlərdə yaşayıb, bir-birilərini tanımayıblar. İnsan həmişə tanımadığı, nabələd olduğu varlıqdan çəkinir, onun haqqında xoş olmayan təəssüratlara malik olur. Bu xofu aradan götürməyin ən yaxşı yolu qarşılıqlı əlaqələr yaratmaq və bir-birini yaxşıca tanımaqdır. Təəssüf ki, bir çox hallarda hakimiyyətdə olan qüvvələr bu nabələdliyin gətirdiyi xofu aradan götürmək əvəzinə, əksinə bundan öz mənfəətləri üçün faydalanıblar. İslamofobyanın yaranmasının ikinci səbəbi məhz şərq diktatorlarının bu məkrli siyasətləriylə bağlıdır. Bunun ən bariz nümunələrindən biri də bizim yaxşı tanıdığımız İlham Əliyevdir. Bu yaxınlarda onun YAP-ın 20 illik yubileyində etdiyi çıxışı yəqin ki, xatırlayırsınız. Rəsmən üzünü xaricilərə tutub deyirdi ki, amandır, məni silkələsəniz, kreslomdan laxlasam, yerimə “islam fundamentalist”ləri gələcək. Halbuki Azərbaycan xalqının mentalitetində fundamentalizmdən əsər-əlamət yoxdur. İslam coğrafiyasının bütün kralları bu cür yalançı təbliğatlarla öz hakimiyyətlərini möhkəmlədə-möhkəmlədə dini gözdən salıblar. Ölkədə yürütdükləri siyasət isə həqiqətən də dini fundamentalizmin kök salmasına səbəb olub. Mən inanıram ki, bu ölkələr demokratikləşəndən və qapılarını qərb dünyasına açandan sonra həm onların vətəndaşları demokratiyanın bəhrələrini görüb bundan daha gözəl rejim xülyasına düşməyəcəklər, həm də qərb dünyası qarşısında özü qədər mədəni müsəlman görüb artıq ondan çəkinməyəcək. Eynilə şərqli də “kafir” deyib çəkindiyi qərblinin qorxunc bir varlıq olmadığını anlayacaq. Xüsusilə islam və xristian dinləri arasında bu cür xofların yaranması üçün heç bir əsas yoxdur. Demək olar ki, hər ikisinin ortaq nöqtələri fərqli nöqtələrindən daha çoxdur.

Fundamentalizm məsələsinə gəlincə, islam haqqında bunu demək mümkün deyil. Bildiyiniz kimi, kifayət qədər çoxsaylı insanların oxşar mənəviyyatı qəbul etməsi və eyni şeyə sitayiş etməsi ilə dinlərin yaranmasına start verilib. Bir birlərinin ardınca yaranan dinlər baza olaraq  əvvəlki dinin pozitiv hissəsini saxlayıb neqativ hissələrini isə daha proqressiv müddəalarla əvəz edib. Əsasən təkallahlıq üzərində yaranan  dinlərdən iudaizm birinci olduğu üçün daha çox fundamentalist, ikinci din xristyanlıq orta, 3-cü din islam isə ən az fundamentalist olanıdır.

 

– Amma nədənsə dünyanın hansı yerində “fundamentalist” deyəndə islam dini yada düşür…

-Elə bilirəm, mən bu suala cavab verdim. Ümumiyyətlə, fundamentalist olan din yoxdur. Fundamentalist olan dindarlar var. Bu gün dünyada əsasən 4 böyük din mövcuddur Onlardan ən qədim olanı buddizmdir. Budizm  nəzəriyyəsi tamamilə fərqli fəlsəfənin bazasında yaradılmışdır. Bu gün 7 milyardlıq dünya əhalisinin təqribən yarısı budizm fəlsəfəsinin bazasında yaradılmış 10-larla müxtəlif adlı dinləri qəbul edib. Təxminən 1.4 milyard insan onlarla qolları olan xristianlıq dininə inanırlar. Təqribən 1.1 milyard insan isə islam  dininə inanır. islam dininin də fundamelistlərdən tutmuş liberallara qədər bir çox qolları vardır. Yəhudilərin dininə isə cəmi 20 milyona yaxın insan sadiqdir, baxmayaraq ki, yaranış etibarilə islamdan və xristianlıqdan daha qədimdir. Əslində bütün dinlərin hamısı ilk yarandığı dövrlərdə inqilabi xarakterli olub. Dövrün mövcud inanış sisteminə qarşı çıxıb və onun yerinə daha mütərəqqi ideyalar gətirməyi hədəfləyib. Onların əsli təbiətləri etibarilə belə heç vaxt fundamentalist ola bilməzdilər. Deməli onlar yox, onlara inanan insanlar fundamentalist əhval-ruhiyyədə olublar. Buna baxmayaraq istənilən dinin fundamentalist qanadına mənsub olmaq istəyən insanların sayı azdır. Çünki təbiətcə insanlar  azad yaşamağa daha çox meyllidirlər. İstənilən dində görə biləcəyimiz fundamentalist ruhlu adamlar, özlərini müəyyən dar çərçivələr arasında yaşamağa məcbur edənlər, adətən, din xadimləridir. Düzdür, bu sözlərin Azərbaycan din xadimlərinə aidiyatı yoxdur. Bizimkilər daha çox özlərinin azad, yerdə qalanların dar çərçivədə yaşamaqlarına meyllidirlər.

 

-Yəni demək istəyirsiniz ki, Azərbaycanda nəinki xalq, hətta ən qatı din xadimləri belə fundamentalist deyillər.

– Əlbəttə. Xalqımızın islamı qəbul edən hissəsi (yəni 99 faizi)  İranda, başqa ölkələrdə və ya Azərbaycanda yaşamaqlarından, fundamentalizmə daha yaxın şiə qoluna mənsubiyyətindən asılı olmayaraq dünyanın ən liberal müsəlmanları qrupuna şamil edilirlər.

 

– Eləsə, əhalimizin böyük hissəsinin yaşadığı İrandakı fundamentalizmi necə izah edərdiniz?

– İran müsəlmançılığı qəbul edəndən sonra həmişə liberal dünya görüşüylə fərqlənib. Onun 1979-cu ildə birdən birə islam fundamentalizminə yuvarlanmasının səbəbləri vardır. Həmin səbəblərin başında diktator Məhəmməd Rza Şah Pəhləvi dayanır. Onun korrupsiya və rüşvətin çiçəklənməsinə yaratdığı şərait, fahişəliyi leqallaşdırması, cəmiyyəti elit sinif və camaata bölməsi, öz yaxın qohumları və ailəsindən başlayaraq dünyanın ən qısa mini yubkalı qadınları ilə məclisləri təşkil etməsi və sair siyasəti xalqın tarazlığını bir dəfəlik pozdu. Nəticədə məhvərindən çıxan hadisələr İran İslam Respublikasının yaranmasına yol açdı. Azərbaycandakı indiki vəziyyət də buna çox oxşayır.

 

– Azərbaycanda dindarlara qarşı yürüdülən repressiya siyasəti necə qiymətləndirirsiniz? Nədənsə hakimiyyət dindarlara qarşı amansız basqılara başlayıb. Əvvəl qız uşaqlarının hicab taxıb məktəbə gəlməsinə qadağalar qoyuldu, sonra buna etiraz edən dindarlar müxtəlif ittihamlarla zindanlara dolduruldu. Sanki, şüurlu şəkildə dindarlar aktivləşdirilir və radikallığa cəlb olunur.

– Bunun səbəbi İlham Əliyev hakimiyyətinin qərb ölkələrinə müəyyən mesajlar verməsiylə bağlıdır. İqtidar sübut etmək istəyir ki, Azərbaycanda ya o, ya da onun alternativ ola biləcək bir qüvvə var- islam radikalizmi. Bütün bu məsələlər süni şəkildə yaradılır və məqsəd özlərinin hakimiyyətlərinə getdikcə zəifləməyə başlayan beynəlxalq dəstəyi artırmağa xidmət edir. Yoxsa, dindarların hərəkətlərində heç bir qanunsuz hal yox idi. Qanunsuzluğu yaradan hakimiyyətdir. Dindarların bu repressiyalardan qurtulmasının yolu hicab və ya başqa dini tələblərlə yox, ölkənin demokratikləşməsi uğrunda mübarizəyə qoşulmaqdır. Elə bir cəmiyyət uğrunda mübarizəyə ki, qurulacağı təqdirdə bütün insan hüquqları dövlətin təminat altında olsun. İnsanların məsuliyyəti ölkədə mövcud olan qanunlara əməl etməklə yekunlaşsın. Bu qanunları pozmadan dini adət-ənənə və ya Quranın müddəları ilə yaşamağı heç kim qadağan edə bilməsin. Məsələn, təhsil ocaqlarında və ya ümumiyyətlə, ictimai yerlərdə insanların müəyyən dini qaydalara əməl etməsini heç kəs o cümlədən hökümət məhdudiyyət qoymasın. Heç kim oğlan uşaqlarına deyə bilməsin ki, saqqal saxlama və ya əba geymə. Və ya heç kim qız uşaqlarına hicab geyməyi qadağan edə bilməsin. Bizim qurmaq istədiyimiz cəmiyyətdə yalnız 18 yaşlı uşaqlara həddi buluğa çatmadığına görə müəyyən qadağalar qoymaq olar. Ancaq bu qadağa onun valideynləri və ya valideyinlərini rəsmi əvəz edən şəxslər tərəfindən qoyula bilər, vəssəlam. Hökümətin bu işə qarışmağa haqqı yoxdur. Geyim qadağaları yalnız müəyyən məktəblərə şamil oluna bilər. Məsələn, hərbi təhsil məktəblərində. Bunu da ancaq qayda-qanunla etmək lazımdır. Məktəblərə qəbul olunan uşaqlarla kontraktlar imzalanmalı və müdavimlərin hüquq və vəzifələri orada aydın şəkildə qeyd olunmalıdır. Müdavimlər əgər məktəblərin geyim standartlarına əməl etmək istəməyəcəyi təqdirdə onları sadəcə olaraq həmin məktəblərə qəbul etmək lazım deyil.

Dünyanın qabaqcıl ölkələrində insanlara süni geyim qadağaları qoymaq konstitusiyanı pozmaq deməkdir, heç bir məhkəmə belə bir diskriminasiyaya yol verməz. Azərbaycanda məsələn 5 faiz valideynin qızlarına hicab geydirmək istəməsinə qarşı hökümətin apardığı amansız mübarizənin ancaq bir adı var-əbləhlik! Həmin valideyinlər və onları dəstəkləyən dindarlara qarşı törədilən vəhşi hərəkətlərin on faizini torpaqlarımızı işğal edənlərə qarşı tətbiq etsə idilər, çoxdan Qarabağ azad olmuşdu.

Dindarlar  və onları real dəstəkləyənlərin daxilində artan statik enerjinin bir gün partlayıb onları süpürüb atacaqlarını anlamayan hökümət özünü sivil ölkələrə guya sivil siyasət apardığını göstərmək istəyir. Anlamırlar ki, bu gün Zili firmasının paltarı, Freqanadan ayaqqabı geyməklə pullu sayıla bilərsən, ancaq heç vaxt elita sayılmazsan.

Anlaya bilmirlər ki, Misir qızılgülü yağından Kristion Dior firmasının hazırladığı bir flakonu min dollar olan ətirlə mənəviyatındakı korrupsiya və rüşvətdən yaranan üfunəti aradan götürə bilməzsən. Ger-geyim ancaq insan ləyaqətli olanda əynində gözəl görünə bilər . Bandit- necə bəzənib düzənməsindən asılı olmayaraq onsuz da, banditdir.

Bu adamlar anlaya bilmirlər ki, dini etikanı pozduqlarına görə onlar sivil dünyadan özlərini daha da uzaqlaşdırırlar.

 

Müsahibəni aldı: Heydər Oğuz

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

18 Cavab to ““Dindarların Repressiyalardan Qurtulmasının Yolu Ölkənin Demokratikləşməsi Uğrunda Mübarizəsinə Qoşulmaqdır.””

  1. RESUL BEY SIZ ORDA OLA OLA BU ISLER DUZELEN DEYIL SIZE SEHF MELUMAT CATRILAR BURADA CAMAHAT YATIB FIL YUXUSUNDA DEYIRLER 15 SAAT IS REJIMI OLSUN TEKI PUL OLSUN BUNLAR ISTRAHT GEZMEK TURIST KIMI SEHAHET ETMEK MARAQLI DEYIL ANCAQ NAXURA AXURA MU MILET DUZELSE BIRDE DEYESEN QIYAMET QOPANDA DUZELECEK MENE CAVAB YAZ BILIMKI OXUDUN

    • Qarabag,Rəsul müəllimə səhv məlumat çatdırılmır.O səndən də məndən də yaxşı bilir ki,millət yatıb.Ona görə də Azərbaycanda baş verən eybəcərlikləri sadə dildə,dərindən izah edir ki,xalq başa düşüsün,ayılsın.Eyni zamanda Amerikada,Avropa ölkələrində dövlət qrumları ilə görüşlər keçirib xalqın başına gətirilən zülmü,faciələri onlara izah edir ki,bu yatmış xalq köməklikləri olsun ki,bəlkə bu xalq oyana.Hazırda bütün dünya hakimiyyətin despot rejiminə qarşıdır.Xalq anlamalıdır ki,o tək deyil bütün dünya onu müdafiə edir.

  2. DAHA BU OLKEDE YASAMAQ ISTEMEYEN Cavabla Noyabr 29, 2012 6:21 axşam

    MEN BURADA INSALARDAN DANISAN DA ESEBLESIREM ONLAR HELE BELE SEYLER CATMIR ANCAQ SURUNMEK XOS DU BRADA INSANLARA BUNLARA BURADA MEMURA YALVARMAQ HEKIME RUSVET VERMEK MELIME USAQIMI DERSDEN SONRA EVINDE OYRETMEK 50 MANAT VERMEK XOSDUR MEKTEBE 1SINIFE GEDEN SAGIRDE EVDE MUELIM TUTURLAR GOR BU MILET NECE BEDBAXT EDILER SIZDE NEYI QOYUB NE AXTARISINIZ

  3. “Misir qızılgülü yağından Kristion Dior firmasının hazırladığı bir flakonu min dollar olan ətirlə mənəviyatındakı korrupsiya və rüşvətdən yaranan üfunəti aradan götürə bilməzsən. Ger-geyim ancaq insan ləyaqətli olanda əynində gözəl görünə bilər . Bandit- necə bəzənib düzənməsindən asılı olmayaraq onsuz da, banditdir.”

    Resul Quliyevin esasen tarixi faktlarla hadiseleri analiz etmesi, oxucunun veziyyetin durumunu daha tez ve rahat derk etmesine cox kömek edir.
    Benzersiz yazi stiline göre müsahibeni bir nece defe oxumamaq sadece mümkün deyil.

    Teshekkür edirem!

  4. Vallahi men bir bunu deqiq biliremki Azerbaycan xalqinin 1 lideri ola biler..Buda Resul Quliyevdi.Biz Qerbi Azerbaycanlilar sizi destekleyirik

  5. Rəsul bəy Dindarlarla bağlı çıxışınıza görə təşəkkür edirik sizə.Bunu çoxdan gözləyirdik ). Bu çıxışınızla bağlı videoçarxda hazırlamışam http://www.youtube.com/watch?v=afAWxbXzKCY

    • Elchin Samedovun bloqda yerləşdirdiyi video çəkilişə diqqətlə baxın,təkrar-təkrar baxıb susun,qoy millətimiz beləcə əzilib döyülsün,işgəncələr verilsin!Buna baxıb susmaq millətimizin məgrurlugundan,qeyrətindən xəbər verir.Belə qeyrətə malik olan xalq belə də əzilməlidir,bununla fəxr edin,sevinin,sevinin ki,döyülən sizlər deyil,sizlərin əvəzinə vətəninin,xalqının yolunda işgəncələrə məgrurla dözən vətəndaşlarınızdır.Məndən ötdü sənə dəydi,səndən ötdü qardaşıma dəydi,səndən,məndən ötən vətəv,vətən sənə dəydi anlamı ilə qınınıza çəkilin və yaxud “Millət necə tarac olur olsun,nə işin var”deyib özünüzdə təskinlik tapın.Sizin yerinizə Amerik,Avropa gəlib həyacan təbili çalacaq,çünki onlarda vicdan var,vicdanları hələ susmayıb,haqqı,ədaləti qanırlar….

      • Beş- on nəfərin meydana çıxıb hakimiyyətin özbaşınalıgına etiraz şuarları,taktikası dəyişilməlidir.Meydana çıxıb etiraz edənlər “Hacıbəlaya” müracət edib anlatmalıdır ki,biz hakimiyyətin özbaşınalıgına görə yox bu özbaşınalıga dözüb susan millətə etiraz əlaməti olaraq yer,meydan istəyirik.Bizlər meydanlarda vicdanları susmuş vətəndaşlarımızı söymək,döymək yox,ey millət yat,yat qoy hüquqların tapdalansın,varidatın talansın demək isətiyirik……

  6. Xalqdan talanan milyardlar və “kürü əməliyyatı”təbii ki,çoxlarını susdura bilir.Beynəlxalaq Təşkilatlar sadəcə çagırışlar etməklə işlərini bitmiş hesab edirlər.Belə çagırış və tövsiyyələr neçə müddətdir davam etsə də diktator rejim haqqında sərt,ciddi addımlar atılmır.Hakimiyyət isə bu çagırış və tövsiyyələrə məhəl qoymur.Ona görə də bütün Beynəlxalq Təşkilatlara müxalifət qüvvələri,xalq adından ciddi müraciətlər edilməli,onlardan despot hakimiyyətin törətdiyi cinayətləri dəlil-sübutlarla,faktlarla məlumatlandırıb ciddi addımlar atılmasını tələb etməlidir.Hakimiyyətə tövsiyyə və çagırışlar edən bütün qüvvələrin belə çagırışları analiz,təhlil olunmalı və qarşılıgında nə etdiniz sualı qoyulmalıdır.Sən çagırış et,mən isə məhəl qoymuyum,bəs nəticə?Kim ölçü götürməlidir demokratiyanı tapdalayan,təhqir edən diktatora qarşı?Belə çıxır ki,İlham Əliyev dünya türroristi Benladidən də güclüdür?Onun qarşısında Amerika,Avropa dogrudanmı acizdir?Müraciətlər bu anlamda əksini tapsa “kürüyə”tamah salanlar da məsuliyyət daşıyar,əməllərində ciddiləşərlər.
    Azərbaycan xalqı hal-hazırda iflic vəziyyətinə salınıb və bu faktdır.Bəs dünya bu vəziyyətə biganə qala bilərmi?Qala bilirsə deməli demokratiyanı bir məhvum kimi gözümüzə soxmasınlar,taleyimizlə barışıb köləliliyimizi davam edək!

    • Vətəndaş xahiş edirəm bu yazdıqlarımı diqqətlə oxuyasınız. Sizin yaxın qohum əqrəbalarınız və ya qonşularınızda yaşayanların içərisindən kimsə öz uşağını döyür və ya qızını məktəbə getməyə qoymur.Siz maksimum bu vəziyyətdə nə edə bilərsiniz. Maksimum o şəxsə deyə bilərsiniz ki,uşağı döymək və ya məktəbə buraxmamaq düzgün deyil. Gedib o şəxsi evindən çölə salıb uşağı əlindən almayacaqsınız. Bu belədir. İndi baxaq ikinci varianta. O şəxsin hərəkətlərindən cana gəlmiş ailə üzvülərinin hamısı evdən çıxıb daha onunla yaşamaq istəmir qışqıra qışqıra qaçır,həmin şəxs balta əlində hamınızı qıracağam deyib onları izləyir. Siz nə edəcəksiniz. İlk növbədə ona mane olmağa çalışacaqsınız,qonşuları köməyə çağıracaqsınız,fiziki gücünüz imkan berirsə baltanı alıb onuda öz evinizdə və ya başqa yerdə izoliyasiya etməyə çalışacaqsının. Qonşunun ailəsinə ürək dirək verəcəksiniz qorxmasınlar,siz onları müdafiə edəcəksiniz və sair. Razı olarsınız ki bu belə ola bilər,əgər normal insansınızsa. İndi başa düşdünüz ki,Azərbaycanda ikinci variant yaranmayacan demokratik ölkələr sizin qonşunuzla birinci variantda etdiklərinizi etməlidir və edirlər.

      • Rəsul müəllim,yazdıqlarınızı diqqətlə oxudum,məsələ bundadır ki,ipə-sapa yatmayan qonşunu öyüd-nəsihətlə başa salırıq,başa düşməsə və təkrarən əməllərindən əl çəkməsə baltasını əlindən alıb izoliyasiy edirik,çünki biz qonşudan düclüyük və demokratık.Bəs 20 ildir bu milləti eninə-uzununa qoyub necə var baltalayırlar,
        mənəviyyatını tapdalayıb varidatını talayırlar,amma elə qonşu var ki,nəinki demokratlıgını görsədir,hətta ona arxayın olub daha da sərtləşirlər,dünya demokratları isə demokratiyanın xətrinə öyüd verir,lakin baltanı əlindən almır.Millət isə “balta”altında yenə də əzilir,talanır.Bu elə belə də davam etməlidir?Axı “ailə baltanın altında sızıldayır,səsini qaldıra bilmir”
        Bəs Ərəb ölkələrində diktatorların “baltası”heç belə iti deyildi əllərindən alıb özlərini də gördünüzmü necə izoliyasiya etdilər?Yəni əvvəl bütün bank hesablarını dondurdular,Amerika,Avropa ölkələrinə girişlərini qadagan etdilər.Öz aramızdır elə Ərəblər də bizim kimi müsəlman idi də.
        Diktator konstitusiyanın qanunlarını pozub insanların səsini güclü cərimələrlə bogur,ayaga qalxanın başını iti baltası ilə kəsir və uca səsini qaldırıb Avropaya barmagını silkələyərək sən etiraz edən insanları əzirsən,döyürsən,bu demokratiyaya ziddir deyərək hələ onları qınayır da.Bu nə deməkdir?Bu mənim fikirimcə demokratiyanı bogmaq,Demokratik ölkələrə üstəlik hədə-qorxu demək deyilmi?Eynən Qəzzafi də belə edirdi,amma onu kim məhv etdi?İzoliyasiya edib,ölü halda xalqa verilmədimi?
        Ona görə də Rəsul müəllim hələ ki,bizim ki,qalıb Allaha!

      • Vətəndaş müəllim siz hansı isə bir hadisəni misal gətirməmişdən öncə hadisənin necə başladığını və necə inkişaf etdiyini öyrənməlisiniz. Mənim sizin savadsız yazılarınıza cavab verməyə vaxtım yoxdur. Siz gərək bilərdiniz ki, Liviyada inqilab Liviyalılar tərəfindən Benqazi şəhərində başlayıb,o dəqiqədə vətəndaş müharibəsinə çevrilib. Mart ayının axırlarında BMT Liviyada hava hucumlarına razılıq verənə qədər artıq 10 minlərlə insanlar həlak olmuşdu.Axı mən sizdən xahiş etdimki yazdıqlarımı dərindən oxuyun. Siz isə yenidən əsası olmayan nağıllar yazdınız.

      • Rəsul müəllim,mən də Sizin kimi siyasəti dərindən bilsəydim prezidentlik iddiasına düşərdim.Amma inanın ki,məndəndə siyasətdə axsayanlar var ki,prezidentlik iddiasındadırlar.Bəs o yazıqlar neynəsin?…

  7. Beynəlxalq güclərin növbəti seçkilərdə İlham Əliyev, İsa Qəmbər və Əli Kərimliyə deyil, Azərbaycan cəmiyyətində ya yaxşı taınmayan, ya da xaricdə yaşayan kiməsə stavka etməsini xalq anlamalıdır və ayaga qalxıb özünə prezident seçməlidir.Bu gün xalqın bu agır durumunu,ölkədə başa verən anarxiyanı yalnız Rəsul Quliyev aradan qaldırmaq iqtidarındadır.Çünki O,bacarıgı,savadı,xalqına baglılıgı ilə digərlərindən seçilir.Adları hallanan şəxslər də hakimiyyətdə təmsil oluna bilərlər,amma rəhbər kimi ölkəni idarə etmək bacarıqları yoxdur.Onlar bir dəfə artıq hakimiyyətə gəliblər,lakin çox keçmədən ölkəni uçuruma aparıblar və məglub olublar.20 ildir heç müxalifətdə də fəal bacarıqları yoxdur,yalandan sürünürlər.
    Gəlin məsələyə agılla yanaşaq,Rəsulun da ölkədə baş verən anarxiyalara qarşı analizlərini,onların necə aradan qaldırmaq olar tövsiyyələrini araşdıraq,İsa və Əlinin, eyni zamanda prezident iddiasında olan digərlərinin də.Hakimiyyətin özbaşınalıgını hay-küylə,qışqır-bagırla qarşılamaq olar,onun devrilməsi də tələb olunmalıdır.Lakin onu yıxıb yerinə kimin gəlməsi də dərindən düşünülməlidir.Çox acınacaqlı hal budur ki,xalq hay-küy salanları Qəhraman sayır,onu az qala (Əstəfurullah)Alahı sayır.Bu düşüncə xalqımızın bədbəxtçiliyidir,fəlakətidir.Bir ziyalının,agsaqqalın,şairin birinə səndən yaxşı ölkə başçısı olar deməyi ilə bacarıq,savad,idarəçilik vəhdət yaratsın.Amma bizdə yerindən qalxan prezident olmaq iddiasındadır.Hamı dövlətçiliyiə qoyun ferması kimi baxır elə düşünür ki,əlinə çomaq alıb xalqı istədiyi kimi “otara” bilər.Belə deyil əzizlərim,əvvala xalqına düşmən kəsilən bu despot hakimiyyətin devrilməsinə çalışmalıyıq,sonra isə demokratik seçki ilə prezidentimizi seçməliyik.Yoxsa yenə də palçıqdan çıxıb lıga düşəcəyik.

  8. Daxili İşlər Nazirliyindəki (DİN) etibarlı mənbədən AzNews.az-a verilən məlumata görə, nazirin əmri ilə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Sahib Mirzəyev Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik-leytenant Əkbər İsmayılov Xətai rayon Polis İdarəsinin rəisi, Xətai rayon Polis İdarəsinin rəisi Mehman Təhməzov isə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin olunub.
    Nazir özünü yerlərdə öz yaxın adamlarını yerləşdirməklə gücləndirir.Sumqayıt da balaca region deyil təbii ki.Sahib Mirzəyev isə döyüşkən,təcrübəsi olan polis işçisidir.Ola bilsin ki,digər böyük regionlarda da dəyişiklik olsun.Bu da ona işarədir ki,çevriliş anlamı gündəmdədir.

  9. R.Usubova isə əks hücum etdilər.Bu gün prezident İlham Əliyev Məhərrəm Əliyevə vəzifə də verib. M.Əliyev Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Məhərrəm Abış oğlu Əliyevə general-leytenant hərbi rütbəsi verməsi ilə bərabər, onun həqiqi hərbi xidmətə qəbul edilməsi haqda da sərəncam imzalayıb.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: