DİKTATORUN PORTRET CİZGİLƏRİ – 1

Azərbaycan xalqının xoşbəxt gələcəyi və problemlərinin həlli naminə, eləcə də Heydər Əliyevə inandığım üçün üç il – 1993-cü ildən 1996-cı ilə qədər, Milli Məclisin sədri kimi, onunla birlikdə fəaliyyət göstərdim. Həmi üç il mənə imkan verdi  ki, bu insanın siyası baxışlarını, mənəvi-psixoloji keyfiyyətlərini daha yaxından müşahidə edim. Müşahidələr cox tezliklə məni belə bir qənaətə gətirdi ki, Heydər Əliyevin siyasi baxışları və niyyətləri əslində heç də özünün söylədiyi kimi, “ümumxalq mənafelərinə” bağlanmayıb və o, dediklərinin çoxunda səmimi deyil. Əliyevin mənəvi-psixoloji keyfiyyətləri ona yaxınlaşdıqca daha çılpaqlığı ilə üzə çıxırdı və bu, bütün ədalətli, vətənpərvər, xeyirxah və humanist insanlar kimi, məni də ondan sürətlə uzaqlaşdırırdı. Onun xalqın problemləri ilə yaşamadığına və ən rəzil mənəvi keyfiyyətlərə sahib olduğuna getdikcə daha çox əmin olmaq, sözsüz kı, mənim üçün çox çətin idi. Ən qorxulusu isə bu idi ki, o, daxilini hamıdan gizlətməyə çalışır, müəyyən qədər buna nail olur və beləliklə də, bütün ətrafını zəhərləyirdi. Aramızda təkbətək söhbətlərdən, müzakirələrdən və mübahisələrdən sonra mənə gün kimi aydın olurdu ki, o, hamının və kütlənin qarşısında çıxış edən adam deyil, üstəlik, başqalarını da özü keyfiyyətdə olmağa vadar etməyə çalışır.

Onunla birlikdə hakimiyyətdə təmsil olunduğum illər ərzində H.Əliyevin əsl həqiqətdə kim olduğunu hamıdan yaxşı və təkzibolunmaz formada tanıdım.

“Həyatımın qalan hissəsini də xalqıma qurban verirəm” deyən, pambıq tarlasında neçə qozanın olduğunu sadə kəndli üçün heyrətamiz bir saxtakarlıqla söyləyən, özünü hər şeyin bilicisi, ədalətli və müdrik göstərən bu şəxs əslində kimdir?!

Postsovet diktatoru kimi H.Əliyevin prinsiplərinin öz tarixi sələflərinin prinsipləri ilə dəqiqliklə üst-üstə düşməsinə baxmayaraq, o, mahiyyətdən daha çox vizual xarakter daşıyan bəzi fərqləndirici əlamətlərə malik idi. H.Əliyev zamanın ruhuna uyğun olaraq, diktator görkəminin xarici görünüşünü dəyişməli oldu. Buna görə də mən, hər halda, bəzi cizgiləri əlavə edərdim.

Coğrafi və tarixi şəraitdən asılı olmayaraq, bütün diktatorlara və diktatura rejimlərinə xas əlamətlər Heydər Əliyev üçün də xarakterikdir: nəyin bahasına olursa-olsun hakimiyyətin saxlanması, demokratiyanın boğulması, ətrafına peşəkarları yox, “sadiqləri” toplaması, qorxu və xof hissinin yaradılması, donos sisteminin formalaşdırılması, intriqa toxumlarının səpilməsi, rüşvətxorluğun yayılması və s. Deyək ki, körpə uşağın doğulduğu zaman ağlaması nəinki mütləq, hətta onun normal (bəzən heç də normal olmayan) inkişafı üçün vacib şərtdir. Lakin “bizim dahi”nin uşaqlığı üçün belə şeylər ola bilməzdi, hətta o, ac olduqda, guya, ağıllı gözlərini, bir qədər sərt baxışlarını anasının gözlərinə dikməklə bunu bildirirmiş. Altı aylığında cəld yerimiş, doqquz aylığında danışa bilirmiş, orta məktəbdə təəccüb qalmış müəllimlərinə bu və ya digər problemin yeni həlletmə yollarını izah edirmiş, elə həmin vaxtlar onun elm sahəsində ilk uğurları üzə çıxıbmış, 15-16 yaşlarında isə təzəcə əmək fəaliyyətinə başlayan kimi, dövlət başçılarına məsləhətlər verən bitkin vətəndaş olubmuş…

Beləliklə, “yaltaqlar orudusunun dahisi Heydər Əliyev”, təxminən cavanlığında eyni vaxtda Stalinə, Ruzveltə, bütün aparıcı dövlətlərin başçılarına telefonla məsləhət verən, millətin ən nüfuzlu lideri səviyyəsinə qaldırılıb. O, həm də dəzgahqayırmadan, pivə istehsalından, bitkiçilikdən, rəssamlıq və musiqinin bütün növlərindən və üslublarından, həmçinin qoyunçuluq, arıçılıq və gen mühəndisliyindən baş çıxara bilən böyük “əmniyyətçi” və “sərkərdədir”. Hər bir “rəssam”  belə dövlət başçısının portretini yaradarkən, onun təvazökarlığını və asketik həyat tərzini də xatırlayıb yaddan çıxartmır, öz cizgilərini əlavə edir və məlum olur ki, guya o, heç yeyib-içmir də. H.Əliyev belə əttökən reklamın inandırıcı olub-olmamağına yox, yalnız ona əhəmiyyət verir ki, dünya malından, maddiyyatdan uzaq adam kimi tanınsa, onun rüşvətə dəhşətli dərəcədə bağlı olduğunu, heç olmasa, bir müddət pərdələmək olar.

Bu insanın təsvirində şairlər və rəssamlar, alimlər və fəhlələr, ucqar kəndlərdən olan çobanlar, həmçinin tərbiyəçilər, uşaq bağçasında və körpələr evində tərbiyə alanlar da iştirak etməyə başlayırlar. Onun üçün şəxsi karyera xalqdan, dostlardan, qohumlardan, bunların hamısından daha vacibdir. Hakimiyyəti ələ keçirməyin və saxlamağın xatirinə, o, hər şeyə – yalana, böhtana, vətənə və dostlara xəyanətə, ikiüzlülüyə və simasızlığa da əl atır. Zaman-zaman özünün dahiliyinə və qüsursuzluğuna əmin olan diktator onun ünvanına deyilən adi təriflərdən narazı qalır, onun əsl “əzəmətini” bütünlüklə aça bilməyən təriflər kifayət etmir. Elə buradaca yaltaqlıq və yalanın ahəngdar xoruna daha bir səs – diktatorun özünün səsi qarışır. Utanmadan “bunu mən etdim”, “onun qarşısını mən aldım”, “xarüqələr yaratdım” deyərək, ətrafındakı yaltaqlara yeni mədhiyyə mövzuları verir. Bəlkə də bu, mənən pozğun olan diktatorun alçalmasl anıdır. Bu andan başlayaraq H. Əliyev yeni mədhiyyələr dalğasına qərq edilir. Hər kəs onun günlərini uzatmaq üçün ömürlərinin qalan hissəsini bu diktatora verməyə hazır olduğunu bildirir.

Ətrafına hər yerdə və həmişə onun qarşısında quyruq bulamağa hazır (şəxsi keyfiyyətlər heç bir rol oynamır, “böyük patron”u “düzgün anlamaq” bacarığı kifayətdir) və elə buna görə də nifrət etdikləri (təzaddır, elə deyilmi?) adamları cəmləşdirməsi H.Əliyevin şəxsi faciəsidir. Stalinin hələ soyumamış cənazəsini mavzoleyə salmamış, onun vaxtilə “kor pişik balaları” adlandırdığı ətrafı “xalq rəhbəri”nin oğlunu tutduğu bütün vəzifələrdən çıxartdı, rütbə və dərəcələrdən məhrum etdi, orden və medallarını yaxasından qopartdı, on ildən sonra isə totalitar rejim üçün xarakterik olan üslubda onu alkoqolizm nəticəsində əmələ gələn sayıqlama və qarabasma xəstəliyinə salıb rüsvay etdilər. Dəfnetmə mərasimi bitən kimi, qızını utanmadan Kremldəki mənzilindən bayıra atdılar, sonra da dünyaya sərgərdan etdilər. 5-6 aydan sonra Stalinin yaxın silahdaşları güllələndi, yaxud həbs olundu, kommunist ateistlərin 30 il Allah hesab etdikləri rəhbərin qəbri isə onun ruhunu silkələyən qəddarlıqla təhqir edildi.

Özlərinin yaratdıqları “allah”dan imtina edən keçmiş silahdaşlar meyitə də əl atdılar, onu mavzoleydən çıxarıb mumiyanın üzərində qaliblərin şadlıq rəqsini oynadılar və qızğın alqışlar altında Qızıl Meydanda yandırdılar…

Heydər Əliyev inandırmaq, izah etmək, adamlarla səylə işləmək yolu ilə deyil, öz məqsədini zorla qəbul etdirmək, onun fikirlərinə sözssüz tabe olmaq tələbi ilə hərəkət edirdi. Buna müqavimət göstərənləri, yaxud öz nöqteyi-nəzərini, haqlı olduğunu sübut etməyə çalışanları rəhbərlik etdiyi kollektivdən kənarlaşdırılma, sonra isə mənəvi cəhətdən məhvolma gözləyirdi.

Heydər Əliyevin özünüşişirtmə prosesinə daha bir cizgi… Bir qayda olaraq bu proses təhqirolunma fonunda baş verir, bir sıra hallarda digər adamların, faktiki olaraq, bütün xalqın rolu heçə endirilir. Özünütəsdiqdən ekstaz vəziyyətinə düşən diktator əməlli-başlı solğunlaşmış “Dövlət, xalq qarşısında borcludur” şüarının əvəzinə, təhqiramiz və cəfəng “Xalq lider qarşısında borcludur” tezisini tətbiq edir. Bu, nə borcdur, o, nəyə bərabərdir və nə ilə ifadə olunur, onu necə və nə vaxt geri qaytarmaq lazımdır?! Xalq gec-tez öz borcunu qaytarır. Çünki istənilən tiran-diktatorun sonu əvvəlcədən həll edilir və bunu cəmiyyətin inkişafının ümumi prinsipləri müəyyən edir. Əlbəttə, bu, ayrıca bir şəxsin faciəsidir və bəlkə də ona bu qədər diqqət ayırmazdım, əgər bununla yanaşı xaqlın faciə ssenarisi dövlətin totalitar maşınına başçılıq edən diktator tərəfindən yazılmasaydı…

Heydər Əliyev dövləti idarəetmə forması kimi, korrupsiya və rüşvətxorluğun bütün növlərinin çiçəklənməsini təmin edir. O yerdə ki, hamının qəbul etdiyi qanunlara tabe olmayan imtiyazlı qrup meydana çıxır, korrupsiya və rüşvətxorluğun boy atması üçün şərait yaranır. H. Əliyev həmin imtiyazlı qrupu və korrupsiyanı məqsədyönlü yaradır və idarə edir, onu vergi xidmətləri tərəfindən dövlət xəzinəsinə yığılan leqal vergi kimi, dövlət mexanizminin vacib elementinə çevirir. Bu yolla ətrafında topladığı digərlərinin əli ilə külli miqdarda sərvət yığır, onları müxtəlif cinayətlərə batırmaqla özündən asılı və istənilən qanunsuz tapşırığı can-başla yerinə yetirməyə hazır icraçılara çevirir, xalqı yuxarıdan sıxıb məsum vəziyyətə salır. Kölgə iqtisadiyyatı bütün dövlət, hökumət strukturlarını əhatə edən səlist qurulmuş piramidal struktur xarakteri alır. Bu piramidanın başında dayanan həlledici fiqur isə dövlət siyasətini idarə edən diktatordur. Bu piramidal dövlət siyasətinin qanunları daha sərt və amansızdır. Əgər dövlət büdcəsində kəsir və çatışmazlıqlara yol vermək tamamilə mümkündürsə, kölgə iqtisadiyyatının büdcəsi mütləq fasiləsiz olaraq artıqlaması ilə doldurulmalıdır. Ən dəhşətlisi odur ki, büdcə müəyyən bir səviyyədə saxlanılmır. Burada möhkəm prinsipə mütləq riayət olunur: əgər nə qədərsə götürmək imkanı varsa, deməli, daha artıq götürmək də mümkündür. Nəticədə, xalqın vəziyyəti gündən-günə pisləşir və şübhəsiz, daha da artıq pisləşəcək. Bunun səbəbi ondadır ki, korrupsiya və rüşvətxorluq hesabına qazanılan var-dövlətin ancaq bir mənbəyi var – zəhmətkeşin cibi! Başqası, sadəcə olaraq, yoxdur. Beləliklə, korrupsiya və rüşvətxorluq vasitəsi ilə xalqın var-yoxunu əlindən alan bir qrup adam həmin rejimə qarşı çıxanları fiziki və mənəvi cəhətdən məhv edən qüvvəyə çevrilir və bu qüvvə ən eybəcər formada özünü göstərir.

Diktatoru müşaiyət edən daha bir vacib atribut “xalq alqışları”dır. Onu ayaq üstə, nəfəs dərmədən alqışlayırlar. Sanki, bir işarə ilə alqışlamağa başlayıb, birgə də qurtarırlar. Diktatoru tərifləyən yalançı şəxslərin bağırtısı eşidilir. Adamlar qorxularından daha yüksəkdən və daha sürətlə alqışlayırlar. Hər kəs yanında dayanan adamı alqışlamada keçməyə çalışır. H.Əliyev özü belə istəyir, bu anlarda o, özünün “dahiliyinə” və “əbədiliyinə” ürəkdən inanır.

H.Əliyev üçün xarakterik olan digər cizgi yeni həbsxanaların intensiv tikintisidir. Köhnə həbsxanalar adamlarla dolu olsa da, potensial opponentlər çoxdur. Əlbəttə, diktator fikirləşdiyi cinayətləri fiziki cəhətdən təkbaşına yerinə yetirmək iqtidarında deyil, buna görə də o, öz cinayətlərinə çoxsaylı icraçıları – dövlət aparatı məmurlarını, hüquq-mühafizə orqanları əməkdaşlarını, ziyalıların bir hissəsini cəlb edib, onların hamısı bu yolla cinayətlərdə iştirak edirlər.

Bunlar onun nəyinə lazımdır?

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

 

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

12 Cavab to “DİKTATORUN PORTRET CİZGİLƏRİ – 1”

  1. Rəsul müəllim,Sizin kimi çoxları,elə mən özüm də H.Əliyevi Azərbaycanın (o dövrdə Qarabag və sair problemləri vardı) xilaskarı kimi düşünmüşdük.Düşüncələrimizin günahı yoxdur,çünki qarşımızda mələk libasında şeytan dayanmışdı.Özü də ustad şeytan.Kim qana bilərdi Mələk libasında şeytanın fikirlərini,içindən keçənləri?O hər dona girməyi,hər sifətə düşməyi bacarırdı.20 yanvar qanlı faciədə Azərbaycana gələn H.Əliyev çox qısa zamanda Bakını tərk etdi.O zaman Azərbaycana rəhbərlik edən Ayaz Mütəllimov onun içindəki xisləti bilib Bakıdan uzaqlaşdırdı.Naxçıvana pənah aparan H.Əliyev elə bir yazıq görkəmdə idi ki,adamın ona yazıgı gəlmiyə bilməzdi.Müəllifi yadımdan çıxıb,qəzetdə belə bir başlıqda,”Şeytan Naxçıvandadır” məqalə də çap olunmuşdur.Lakin Mələk libaslı şeytanı orada kəndbə-kənd,bütün rayonları gəzdirib camaatın etimadını qazandırdılar.Ali Məclisin deputatı seçdirdilər.Əkbər Əliyev o zaman Ali Məclisin sədri idi.Ali Məclisin iclasından sonra fasilədə ona yaxınlaşıb nəsə danışırdı.Birdən Əkbər Əliyev uca səslə xahiş edirəm mənim işlərimə qarışmayın dedi.O isə onun çiyninə toxunaraq,sənə 4 ay vaxt verirəm dedi.Dogudan da heç 4 ay da çəkmədi,özü onu əvəz etdi.Vəzifədən sonra bu yazıq bildiyimiz şeytanın sifəti dəyişdi,simasında canlanma oldu.Bir deputat kimi də Azərbaycan Milli Məclisində iştirak edəndə də xalq yazıçısı B.Bayramov və digərləri ona hücuma keçdilər.Amma o hələ orada da yazıq görkəmdə idi,cavab verməyə ürkrdü,qorxurdu.Onunla o zaman yaxın olan bir yoldaş deyir ki,mən ona dedim ki,H.Əliyeviç siz niyə belə onların qarşısında belə görkəm alırsınız,axı siz H.Əliyevsiniz.Cavabında isə bildirmişdi ki,elə edirəm ki,mənə yazıqları gəlsin.
    Onun Mələk libasındakı sərgüzəştləri çoxdur.Nəhayət Azərbaycanın prezidenti olan H.Əliyev ani olaraq simasında,görkəmində tamam dəyişdi.Bu dövrdən sonrakı sərgüzəştlərini təbii ki,Siz daha gözəl bilirsiniz.Yəni xalqın çox bacarıqla etimadını qazanan bu şeytanın xisləti sonradan üzə çıxdı.Ona ölü vəziyyətində qəmhər çıxan,etimad görsədən sadəlövh xalqı belə bir acınacaqlı hala saldı.Bunu çox ustalıqla etdi.Hələdə çoxları inanmır ki,bu günkü durumun fundamentini qoyan odur.O ətrafında olan,ona yaxşılıqlar edən elə Siz də başda olmaqla bütün ədalətli, vətənpərvər, xeyirxah və humanist insanları bir-bir vurub sıradan çıxardı.Ətrafında yaltaq,ikiüzlü adamları saxladı.O bilirdi ki,yaşlaşıb,bu gün sabah ömrü var.Özündən sonra isə yelbeyin oglunu yaltaqların əhatəsində hamar yola qoymuşdu.Elə ona görə də Sizləri uzaqlaşdırmışdı ki,ogluna mane olmayasanız,asanlıqla prezident ola bilsin.O gündən isə xalqın faciəli günləri daha da “çiçəklənməyə”başladı.
    Bütün bu olayları ölçüb-biçirsən,fikirləşirsən bir nəticəyə gələ bilmirsən.Bu nə oyundur,bu nə biçimdir?Şeytan nə etdi bu xalqa,cadumu oxudu?Fil-filəmi oxudu?Nə oldu bu millətə?Topxana meşəsində beş-on agaca görə ayaga qalxan bu xalqın başında “qoz”sındırılır,əlindən tikəsi də alınır,dinmir,danışmır.İblis xofu dogudanmı canından çıxmır bu xalqın?
    O Azərbaycan tarixində ən mənfi obrazdır,ləkədir.Bunu bütün dünya artıq bilir.Meksikadan da heykəlini bu gün sabah aşıracaqlar.Belə bir ləkəni heç kim qəbul etməyəcək.Məlumdur ki,bütün bunlar müvəqqətidir,elə burda da xalqın bogazından kəsilən pulların hesabına ucaldılan əzəmətli heykəllər zəncirlənib sürünəcək bir gün.
    Sizin buna şübhəniz yoxdur ki?

    • Mənim onun heykəllərinin uçurdalacağa heç bir şübhəm yoxdur. Hələki Əliyev tipli insanların heykəllərinin yaşı 100 ili keçə bilməyib. Onun heykəllərinin ömrü 10 15 ildən uzun çəkməz.Çox ehtimal start Mexsikada bir neçə aya veriləcək. İndi şeytana qalib gəlmək mümkün deyildir pessimizmindən yaxa qurtarıb,şeytanın yeri cəhənnəmdir əzmi ilə mübarizə aparmaq lazımdır.

  2. Rəsul müəllim,Teleqraf.az-da Prezident Adminstrasiyasında son vəzifə təyinatlarına münasibətinizdə bildirmisiniz ki,təyinatlar diqqəti cəlb etməkdən başqa heç bir şeyə xidmət etmir və:”O insanlar heç kabinetlərini də dəyişməyiblər. Necə işləyirdilərsə (daha doğrusu necə işləmirdilərsə) elə də öz kabinetlərində davam edirlər. Məhərrəm Əliyevin yeni vəzifəsində ölkənin müdafiə qüdrətini artıracağına inanmaq da mümkün deyil. Başa düşmək olmur, bu insanlar yüksək vəzifəyə keçirilib, yoxsa kiçildiliblər?”Eyni zamanda hesab edirsiniz ki, R.Mehdiyev ancaq bir halda istefaya gedə bilər: “İşə gəlmək iqtidarında olmadığı halda”.
    Dediklərinizdən belə nəticəyə gəlmək olar ki,R.Mehdiyev hakimiyyətin idarə olunmasında mühüm rol oynayan bir fiqur olub.Bunu necə başa düşək,yəni o işə gəlmək iqtidarında olmasa,istefa versə nəsə düzələcək?Belə çıxır ki. iqtidarın vuran ürəyi o olub?
    Sizcə o istefaya getsə iqtidar itirəcək,yoxsa nəyəsə nail olacaq bu addımı ilə?
    İndiyə kimi,yəni “qoca Qurdun”dövründən bu günə kimi bu vakansiyalara ehtiyac yox idisə necə oldu ki,belə bir qərar verildi?Bu dəyişikliyi iki mənada başa düşmək olar,ya Adminisistirasiyada iqtidarın vuran ürəyi kimi kislarodu çatmırdı,ya da ürək funksiyasını itirdiyindən ona stend qoyulması lazım idi.Amma məncə bu qərar tam başqa mənada özünü biruzə verir.Bəlkə kimisə müəyyən bir “qrupu” aradan çıxarmaqla özünə şans açmaq,(ola bilsin ki,bu şansa maneçilik olub),amma eyni zona söhbəti bununla düz gəlmir, eyni zamanda ictimaiyyətdə siyasi durum dəyişikliyi.
    Düşünürəm ki,xırdalıgına getsək Zeynal Nağdəliyev prezidentə yaxın olsa da icratında müəyyən mənada R.Mehdiyevin tabeçiliyində olub.Əli Əsədov prezidentin köməkçisi,eyni zamanda neft büdcəsinə nəzarər edən,Bakının maxinasiyalı tikinti inkişafında ən sadəqətli,etibar elədiyi şəxs,amma R.Mehdiyevə tabeçiliyi olmayıb.Vahid Əliyev Vasif Talıbovun kadrı kimi son vaxtlarda Naxçıvanın MTN-dən prezident aparatına gətirilib.Novruz Məmmədov fransız dilini mükəmməl bilən,siyasətdən ümumiyyətlə başı çıxmayan bir adam kimi H.Əliyevin son dövründən tərcüman kimi xarici əlaqələr şöbəsinin müdiri(kim tərəfindən ora düşüdüyü mənim üçün qaranlıq olsa da,rus demişkən ne myaso,ne rıba).Məhərrəm Əliyev sırf polis işçisi olsa da təyin olundugu indiki vakansiya funksiyasız olub,indi də o işin icratı,nədən ibarət oldugu da qaranlıqdır.Məsələ ondadır ki,bu şəxslər əvvəlki işlərində qalmaqla R.Mehdiyevə müavin təyin olunublar.Ayrı-ayrılıqda bu 4 nəfərin heç biri və plus dördü birlikdə R.Mehdiyevin rolunu oynmaga qadir deyillər.Ola bilsin ki,xəbəriniz yoxdur,H.Əliyevdən sonra R.Mehdiyev əl çatmaz zirvə olmuşdu,hətta qəbul günləri də yox idi.Ümumiyyətlə H.Əliyevdən sonra prezident aparatında anarxiya hökm sürüdü,hətta şöbə müdirləri də şikayətçilərin qəbuluna düşmürdü,ya müavinləri,ya da məsləhitçilər onları əvəz edirdi.
    Bu Ya R.Mehdiyevin izoliyasiya edilməsidir,ya da Siz demişkən heç bir əhəmiyyəti olmayan yer dəyişikliyidir.Buna dəyişiklik də demək olmaz,çünki hər biri eyni (əvvəlki)vəzifəsini də icra etməkdədir.Amma məsələ ondadır ki,bu dəyişikliyin bir məntiqi,mənası var.

    • Mən yazdıqlarımı düzgün şərh etməmisiniz. Mənim yazdığımdan R.Mehdiyevin əvəzedilməz bir fiqur olduğu qeyd olunmur.Sadəcə olaraq bu hökümətə təşəbbüskar fiqur lazım olmadığına görə köhnələrdən axıra qədər,daha doğrusu ölənə qədər istifadə etmək istəyirlər.Tək R.Mehdiyev yox ölənə qədər işləyənlərin siyahısına A.Rəsizadənədə və başqalarını əlavə etmək olar. Bu təqribən sovetlərun başçısı Xruşovun bu millətin başına aşpazıda qoysan etiraz etməyəcək cümləsinin indidə Azərbaycana aid olduğunu nəzərinizə çatdırmaqdır.

  3. Rəsul müəllim,mən Sizi gözəl anlayıram.Belə çıxır ki,!989-90-91-92 ci illərdə 4 rəhbər dəyişən Azərbaycan nədən 1993-dən sonra Xruşovun aşbazı tərəfindən idarə olunmaqdadır?Millət milliyini itirib,yoxsa onun öndərləri olan ziyalısı,siyasətçisi,agsaqqalı,baş biləni yerində olmayıb?Sizin fikirinizcə Azərbaycanı başsız atlı idarə edir?

  4. Rəsul müəllim,bu millətə yazıgınız gəlsin.Mən Sizi inandırım ki,bu millət başsız,yeyəsiz qalıb.Gəlin millətə yeyəlik edin,onun xilasgarı yalnız Siz ola bilərsiniz.Mən də hər şərhimdə bu milləti qınamışam,bədbəxt demişəm ki,ayılsın.Nəinki şərhimdə eyni zamanda təmasda oldugum hər bir kəsə anlatmışam ki,millət olaraq ayaga qalxmasaq sabahımız,gələcəyimiz olmayacaq.20 ildir millət zülm çəkir.Beş-on nəfər başbilən ortaya atılıb siyasətdən dəm vurur.Aparılan siyasət,mübarizədən millət bihuş olub.Hakimiyyət isə öz kefində istədiyini edib,ortada olan başbilənlərimizin birini alıb,birini satıb.Bu gün hörmət bildirdiyimiz ziyalımız,siyasətçimiz,başbilənlərimiz iqtidara ar olsun,ölkəni beş-on nəfər julik idarə edir deyib millətin qeyrər damarına toxunur,yerindən oyadır və millətin cəsarət edib ayaga qalxmaq məqamında birdə baxırsan alınan alındı, satılan da satıldı.O zaman bu millətin nə günahı var,neyləsin?Ortada olan başbilənlərimizin adlı-sanlılarınını tanıyıram,əqidələrinə artıq bələdəm.Onlar bu millətin “qara”günlərinə bir yamaqdır.Mən əminliklə deyirəm ki,bunların siyasəti,mübarizəsi sıfırdır,hay-küydən başqa heç bir şeydir.Əfsuslar olsun ki.bəziləri bunu anlaya bilmir.Millətin əksəriyyəti isə hər şeydən bezib,sabahına ümüdi olmasa da bunlara inanmır.Bu faciədir,fəlakətdir.
    Bir ziyalımız məclis arxasında saglıq deyib Sizi tərifləyəndə:-Rəsul həqiqətən ləyaqətli adamdır,kasıba-yazıga əl tutandır,savadlıdır,həyat təcrübəsi var,vətənpərvərdir,amma siyasi qüvvəsi yoxdur deyəndə,cavabsız qalmır söyləyirəm ki,onun siyasi qüvvəsi yatmış xalqdır oyananda görəcəksiniz!
    Odur ki,Rəsul müəllim,çıxış yolu tapın,əlaqələrinizi genişləndirin,imkan verməyin bu millətə Xruşovun aşpazı və yaxud başsız atlı rəhbərlik edib dərisini soysun,rəzil günə qoysun.

  5. Azərbaycan xalqının taleyində ən acınacaqlı dövr(1993-2012).
    Vətən,Azadlıq yolunda Qan tökdü,şəhid verdi,torpaq itirdi,lakin bu günkü kimi faciələr yaşamadı.Amma o müdhiş andan mənaviyyatını,varlıgını,milliliyini itirdi.Müxalifəti kim oldu,iqtidarı niyə onu bu günə qoydu bilinmədi.Bacardı,bacarmadı hamı özünü başbilən sandı,qəmhər çıxma adı ilə ortaya atılıb millətə dilmanclıq etdi,qaravəlli saldı.Gəlin ortaya atılan,xalqı azadlıga çıxarmaq istəyənlərin də həyat tərcümanına baxaq,16 il vətəndən didərgin salınmış Rəsul Quliyevin də.Qoy hər biri haqqında millət seçim etsin,kimin nəyə qadir oldugunu qiymətləndirsin…

    http://az.wikipedia.org/wiki/R%C9%99sul_Quliyev

    Mən çox istərdim ki,Rəsul Quliyevin həyat səhifələrini diqqətlə vərəqliyin və vicdanlı bir vətəndaş kimi qiymətinizi verin.Vətəninin,özünün sabahını düşünən bir vətəndaş kimi özünüzə sual edin:-belə bir insanın xalqına,vətəninə pisliyi dəyə bilərmi?

    • Hörmətli demokrat,mən də fikirlərinizlə şərikəm və düşünürəm ki,Azərbaycanı bu durumdan yalnız Rəsul müəllimin rəhbərliyi ilə çıxarmaq olar.Bunu müxalifət də,iqtidar da gözəl bilir.İqtidar onu da
      çox gözəl bilir ki,20 ildir prezidentliyə can atan heç bir müxalifət lideri seçkilərdə qalib gəlməsi müşkül məsələdir,yalnız R.Quliyev qalib gələ bilər.Bax elə ona görə də onun qarşısında böyük sədlər qoyub.
      2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkilərində Rəsul Quliyev haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ SAXTA QƏRARINA diqqət et:
      Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.8-ci maddəsinə uyğun olaraq qərara alır:
      2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rəsul Bayram oğlu Quliyev Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmasın.
      Bəs Rəsul müəllimdən tük salan iqtidar 2013-cü il prezident seçkilərində iştirak etməyə imkan verəcəkmi?
      Xalqda isə o cürət yoxdur ki,onun gəlişini tələb edə bilsin.O zaman çıxış yolu nədir?Beynəlxalq Məhkəmələrin və yaxud Təşkilatların Rəsul müəllimin seçkidə iştirak etməsi üçün hakimiyyətə təsir edə bilərmi?
      Yəqin ki,Rəsul müəllim məsələnin həllini hamıdan yaxşı bilir.

Geri izləmələr/Geri bildirişlər

  1. DİKTATORUN PORTRET CİZGİLƏRİ – 2 | RƏSUL QULİYEV - RASUL GULIYEV - Dekabr 14, 2012

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: