“O İnsanlar Heç Kabinetlərini Də Dəyişməyiblər.”

“Camaatın bu günkü müthi vəziyyəti hakimiyyətdən 2013-cü il prezident seçkilərinə xüsusi hazırlıq tələb etmir”.

Bunu Teleqraf.az-a (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) açıqlamasında parlamentin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Prezident Adminstrasiyasında son vəzifə təyinatlarına münasibət bildirərkən deyib.  R.Quliyev hesab edir ki, bu təyinatlar diqqəti cəlb etməkdən başqa heç bir şeyə xidmət etmir: “O insanlar heç kabinetlərini də dəyişməyiblər. Necə işləyirdilərsə (daha doğrusu necə işləmirdilərsə) elə də öz kabinetlərində davam edirlər. Məhərrəm Əliyevin yeni vəzifəsində ölkənin müdafiə qüdrətini artıracağına inanmaq da mümkün deyil. Başa düşmək olmur, bu insanlar yüksək vəzifəyə keçirilib, yoxsa kiçildiliblər?”

ACP liderinin fikrincə Ramiz Mehdiyevin başqa kadrla əvəzlənməsinə hazırlıq getdiyinə dair fikirlər də gülüncdür:  “Ramiz  Mehdiyev 20 ildir işləyir. Həmin o admalar da aşağı-yuxarı 20 ildir onun ətrafındadırlar.  İndi onların nəyə qabil olduğunu yeni vəzifədə yoxlamaq istəyirlər? Doğrudan bu fantastik ideyadır. Belə yanaşmalar da var ki, təyin olunanların hamısı Naxçıvanlıdır. Daha doğrusu  naxçıvanlı-ermənistanlı qarışıqlarıdır. Məgər bu günə qədər onlar başqa regiondan idilər? Bir sözlə heç bir əhəmiyyəti olmayan yer dəyişikliyidir”.

R.Quliyev hesab edir ki, R.Mehdiyev ancaq bir halda istefaya gedə bilər: “İşə gəlmək iqtidarında olmadığı halda”.

Teleqraf.az

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

9 Cavab to ““O İnsanlar Heç Kabinetlərini Də Dəyişməyiblər.””

  1. Rəsul müəllim,hamı Ramiz Mendiyevin izoliyasiya olunmasından,istefasından danışırdı.Amma o “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı “Ziyalılar forumunu”aşagılayan sərt ittihamlar yagdırıb,Elşad Abdullayev və Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın videogörüntüləri ilə bağlı müzakirələrə münasibətində Elşadı dələduz adlandırıb,“Milyarderlər İttifaqı” adlı qurumunu Rusiyada formalaşmış Azərbaycan diasporunun parçalanması kimi qiymətləndirib, AZƏRBAYCAN GÜC MƏRKƏZİ YARADILMASINDAN danışıb,«Prezident Administrasiyasında işin həcminin artması ilə əlaqədar son təyinatlarla bağlı cənab Prezident tərəfindən qərarlar qəbul olundugunu vurgıladı.Eyni zamanda bildirdi ki, Azərbaycanın 2020-ci il gələcəyə baxış konsepsiyası hazır olacaq: “Azərbaycan prezidentinin böyük planları var və bu işlər 2020-ci ilə qədər davam edəcək” və təmtəraqla qeyd etdi ki,İlham Əliyev 2013-cü ildə də prezident olacaq.
    Bu Ramiz Mehdiyevin bir güllə ilə bir neçə dovşanı vurmaq ambisiyasından və prezidenti də dəstəkləməklə özünün də istefaya getməməsindən xəbər vermirmi?

    • Ziyalılar forumu da,“Milyarderlər İttifaqı” adlı qurum da,müxalifət qüvvələri də Ramiz Mehdiyevin çıxışına cavab verməlidir.Deməli hakimiyyət bu qurumlardan narahatşılıqlarını biruzə verir.
      R.Mehdiyevin İlham Əliyev 2013-cü ildə prezident olacaq deməsi bir daha hakimiyyətin zoraklıq üslubundan xəbər verir.Bu həm də Avropaya,xüsusi ilə Amerikanın Prezidenti cənab B.Obamaya da hədədir.Prezident c. B.Obama demişdir ki,kimki bir neçə dəfə prezidentlik iddiasında olanlar Demokratiyanın,Amerikanın düşmənidir.İndi R.Mehdiyev bununla nə demək istəyir,Amerikaya,
      Avropaya xox gəlir? Ya bu hakimiyyətə nifrət edən xalqı ələ salaraq,istəsəniz də,istəməsəniz də İ.Əliyev prezidentiniz olacaq hədəsi ilə demək istəyir ki,ay bədbəxt xalq özünüzü nə zamana qədər qoyun yerinə qoyacaqsınız?Mən də düşünürəm ki,hər halda onun çıxışı həm Beynəlxalq Təşkilatlara,Demokratiyaya,eyni zamanda Azərbaycan ictimaiyyətinə bir mesaj idi.

  2. Rəsul müəllim mən elə düşünürəm ki,Ramiz Mehdiyev belə aqrissiv çıxışları ilə ölkədə qarışıqlıq salmaq istəyir.Yəni onun çıxışlarını mən müxalifətə mesaj kimi başa düşürəm.Müxalifət qüvvələri onun çıxışlarına reaksiya verib piketlər,aksiyalar keçirsə məncə müsbət nəticələr verər.

  3. Fikirlərinizi oxudum Rəsul müəllim,“Hər gün kifayət qədər ciddi cinayətlər törədən, korrupsiya və rüşvət bataqlığında üzən diktator heç vaxt öz xoşuna hakimiyyətdən getməz. Bu addımı atsa onu ən yaxşısı Mübarəkin taleyi gözləyər.”deyirsiniz və deyək ki,bizdə Sizin fikirlərinizlə razılılaşırıq.Bunların fikiri 2037-ci ilə qədər xalqı talamaqdırsa biz hansı millətlə onu H.Mübarəkin halına salacagıq? Azərbaycanda deyək ki,40 müxalifət partiyası var,yəni 40 partiya sədri,əgər bu 40 adam biri-biri ilə dil tapıb birlik yarada bilmirsə bəs 7 milyon xalqın birliyini necə əldə etmək olar.Elə ona görə də hakimiyyət bu durumdan istifadə edərək 20 ildir xalqı talayır.Təsəvvür edin ki,bu xalq tamamilə taleyinə biganədir,heç olmasa gedib hər hansısa müxalifət partiyasına belə üzv olmurlar,bu dəhşətdir,faciədir.
    Belə getsə o zaman 2037 nədir,hələ sonra oglu Heydər də aga olacaq bu xalqa.Əgər o boyda agsaqqal,bir ayagı burda,bir ayagı gorda olan agsaqqal bu yaşında baş verən bu cinayətlərin qarşısında durub utanmadan,qızarmadan şər-şəbata ilə İlhamını tərifləyirsə və kinayə ilə deyirsə hələ 2013-də də prezident olacaq,o zaman nədən danışmaq olar?
    Bu millətin bir çarəsi var,deyilən “21 dekabr faciəsi”yalansa gerçək olub bu milləti yaxalasın və birdəfəlik canı qurtarsın,dünya da rahat olsun ki,belə bir ləkədən canı qurtardı.Mənim daha bu millətə sözüm yoxdur….

  4. Rəsul müəllim,neçə ki bu millətin maraqları Birləşmiş Ştatların və yaxud Demokratik qüvvələrin ideoloji maraqları üst-üstə düşməyib bu hakimiyyətə onlar tərəfindən şans veriləcək,dəstəklənəcək.Çünki onların da hakimiyyətdən digər maraqları var.Xalq hakimiyyətin getməsində qəlbində maraqlıdır,real cəsarəti yoxdur və buna çox biganə yanaşır.Ona görə də hakimiyyət xalqın psixologiyasına yaxşı bələddir və bundan da lazımınca istifadə edir.
    Neçə ki,müxalifət biri-birinə düşmən mövqeyindədir, ümüm xalq birliyindən danışmaga dəyməz.Bu millət başdan ayaga ləkədir yer kürəsinə.

    • Tək BŞ-lar yox bütün qərb sivilisaziyasının maraqları üst üstə düşür.Sadəcə olaraq xalqın öz maraqları uğrunda mübarizə apara bilməməsi onların əl qolunu bağlayıb. Siz bu pessimist fikirlərdən uzaqlaşıb necə heç olmazsa 10 -15 min insanı ayağa qaldırmalıyığı düşünün.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: