Hakimiyyətin bu siyasətini “bizimyolinfo.com”-a şərh edən ACP lideri, sabiq eks-spiker Rəsul Quliyev Azərbaycanda korrupsiya və rüşvətə qarşı ”amansız mübarizə” 2011-ci ilin fevralından başlayır. Yəni bu yaxınlarda ”mübarizənin ” ikiillik yubileyi qeyd olunacaq. Arxada qalan bu iki il ərzində cəzalandırılan “korrupsionerlərin” siyahısına baxsaq, onların bir neçə “JEK” mudiri, hərbi kommisarlıq işçiləri, sıravı müəllim və həkimlərdən yaxud polis serjantlarından ibarət olduğunu görə bilərik. Doğrudanmı, bizim ölkədə korrupsiya aşağı ranqlı məmurların fəaliyyət sahəsinə aiddir?
Sualımızı cavablandıran ACP lideri Rəsul Quliyev son vaxtlar bir neçə kiçik məmurun korrupsioner adıyla cəzalandırlmasını gülünc adlandıraraq bildirdi ki, bir neçə adi cinayət hadisəsini bu cür təfsir etməyin özü həm hüquqi, həm də siyasi cəhətdən savadsızlığının ən bariz nümunəsidir: “Əvvəla, hansısa kiçik məmurun kimdənsə aldığı rüşvəti korrupsiya hadisəsi kimi təqdim etmək hüquqi savadsızlığın əlamətidir. Bunlar özlərini elə aparırlar, sanki, bilmirlər ki, bu iki məfhum məna etibarilə də fərqli anlayışlardır. Korrupsiya rüşvətdən fərqli olaraq dövlət büdcəsinin talanması, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iqtisadi inhisarçılıq yaratmaq əməlidir və dövləti çökdürən əsas cinayət də elə budur.”
Rəsul Quliyevə görə, bu gün Azərbaycanda korrupsiyanın başında kimlərin durduğunu nəinki ölkə ictimaiyyəti, hətta bütün dünya bilir: “Təsadüfi deyil ki, bununla bağlı hazırlanan bütün beynəlxalq sənədlərdə korrupsiyaya prezident və onun yaxın ailə üzvülərinin rəhbərlik etdiyi qeyd olunur. Onlardan sonra nazirlər, nazir müavinləri, idarə rəisləri gəlir. Hansısa yazıq yol polisinin aldığı isə sadəcə rüşvətdir. Korrupsiya deyil.”
Azərbaycan iqtidarının hüquqi terminləri bir-birinə qarışdıracaq qədər savadsız olduğunu düşünməyən Rəsul Quliyev bilərəkdən özünü bilməməzliyə vuran rəsmilərin bu mövqeyini xaricilərin başını aldatmaq cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ondan korrupsiyaya qarşı mübarizə aparmağı tələb edən beynəlxalq təşkilatlara hesabat rəqəmləri vermək üçün bu planı qurub. Məqsəd “biz korrupsiyaya və rüşvətə qarşı mübarizə aparırıq” adı altında hər iki hadisə ilə bağlı eyni başlıq altında sənədlər toplusu yaratmaq və onu beynəlxalq qurumlara təqdim edərək əcnəbilərin başını lazımsız işlərlə qatmaqdır.
“Ancaq bunlara baxmayaraq beynəlxalq informasiya vasitələri Azərbaycanı korrupsiya və rüşvətin inkişaf etdiyi ən qabaqcıl ölkələrdən biri hesab edir.”-deyən Rəsul Quliyev hakimiyyətin bu siyasətinin onun Sovet İttifaqı dövründəki xarakterlərindən miras qaldığını düşünür: “Sovet dövründə respublikalar və respublikalardakı rayonlar statistikanı göz oxşayan rəqəmlərlə saxtalaşdırırdılar. Məsələn, iqtisadi cinayətə görə “x”, rüşvətə görə “y” sayda cinayət işlərinin açılması əvvəlcədən qərarlaşdırılır və “cinayətkarlar” bu statistikaya uyğun həbsə məruz qalırdılar. Yəni statistika həbs olunan cinayətkarlara görə yox, cinayətkarlar əvvəlcədən hazılrlanmış statistikalara görə tutulurdu. Bu rəqəmlərin tamamilə ağ olmaması üçün milis, prokurorluq orqanları oğrularla, nazirliklərlə danışıb ayda bir neçə dəfə onlardan hazır “cinayətkarlar” alırdılar. Tutaq ki, hansısa raykom katibi, nazir və ya institut rektoru deyirdi ki, bu ay flankəsi rüşvətə görə həbs edə bilərsiniz. Həbs olunana söz verirdilər ki, qazandığından iki dəfə artıq sənə pul verəcəyik, rahat get, otur zindanda. 5 il iş kəsəcəklər, 2 ilə buraxdıracağıq. İndi çox böyük ehtimalla, Azərbaycandakı ”mübarizə” də bu prinsiplərin əsasında quraşdırılıb.”
Fəqət bu siyasətin artıq nəticə vermədiyini deyən Rəsul Quliyev fikrini hesabat tələb edənlərin fərqli niyyətləriylə əsaslandırır: “Onda bu hesabatlar Moskvanın gözünə kül üfürmək üçün idi, indi isə bu metodla beynəlxalq təşkilatların başını aldatmaq mümkün olmur. Ağılları olmadığından başa düşmürlər ki, bir vaxtlar Moskvanın özü o şəkildə hesabatların olmasında maraqlı idi. Ancaq beynəlxalq təşkilatların kriteriyası fərqlidir və bu saxtakarlıq onları daha da qıcıqlandırır.”
Eks-spikerə görə, beynəlxalq təşkilatları qıcıqlandıran əsas amillərdən biri də indiki hakimiyyət nümayəndələrinin sovet dövründəkindən daha artıq harınlamaları və heç bir dövlət adamı əxlaqına məhəl qoymamaları ilə bağlıdır: “Azərbaycandakı qətiyyətli ”mübarizənin” nəticəsində o yazıq serjantları və kiçik məmurları həbsə atanlar nədənsə bütün dünyanı heyrətə gətirən və üstü səlahiyyəti olmayan vətəndaşlar tərəfindən açılan böyük cinayətləri görmək istəmirlər. İndiyə qədər 1000 serjantın bir ildə aldığı rüşvətdən qat qat artığını Elşad Abdullayev qardaşının tapılması üçün kimlərəsə verib. Bunu özü etiraf edir və gündə bir fakt açıqlayır. Təkzibi belə mümkün olmayan bu faktlar hansı ölkədə açıqlansaydı, həmin ölkənin dövlət rəhbərlərinin hamısı istefaya gedərdilər. Bizdə isə hətta həmin rüşvətin kimə çatdığı belə məlum edilməyib və buna maraq da göstərilmir.”- deyən Rəsul Quliyevə görə, bu, ilk növbədə bizim dövlətçiliyimizin adına silinməz ləkədir.
Azərbaycan mafiya qanunları ilə idarə olunur.Cəzasızlığın hökm sürdüyü bir ölkədə hər bir məmur istədiyini edir və etdiyi əmələ görə cəzalanmayacağına tam əmindir.Cənab Quliyev Siz deyirsiniz ki, Azərbaycan absurdlar ölkəsidir.Mən əlavə edərdim ki,Azərbaycan həm də abırsızlaşmış, mənəviyyatlarını və kişiliklərini itirmiş öz doğma xalqını soymaqdan ləzzət alan
əxlaqsızlaşmış məmurlar ölkəsidir.Bəlkədə dünyanın heç bir yerində bu qədər ləyaqətsiz məmurlar yoxdur.
İnsanlar düşünürlər ki,rejim seçkiləri məharətlə saxtalaşdırıb əlində saxlayacaq, İ.Əliyev üçüncü dəfə seçiləcək və 4-cü, 5-ci dəfə seçilmək üçün şərait yaradacaq. Əsas məqsədləri də hakimiyyəti əldə saxlamağa yönəlib. İstəyirlər ki, hakimiyyətin nə seçki, nə də inqilabi yolla dəyişdirilməsinə imkan verilməsin. Xalqın günahı yoxdur,günah 20 ildə yalandan,hay-küy salan müxalifətindir.Qoy müxalifət xalqı ətrafında cəmləşdirməyin yollarını arasın…..
“Demokratik Qüvvələrin Məşvərət Məclisi İctimai Palatanın dekabrın 10-da paytaxtda keçirəcəyi aksiyaya qatılmayacaq”.
Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) İdarə Heyətinin üzvü, AMİP sədri Yusif Bağırzadə deyib. O bildirib ki, İctimai Palatada və DQMM-da təmsil olunan partiyalar arasında yaxınlaşma prosesi başlayıb: “Düşünürük ki, tədbirlərin və aksiyaların birgə keçirilməsi haqqında qərar verək. Ancaq hazırkı mərhələdə İctimai Palatanın dekabrın 10-da keçiriləcək aksiyasında iştirakla bağlı Məşvərət Məclisində hər hansı müzakirə aparılmayıb”.
Neçə ki,müxalifət gücü bir yerə qoyub birləşməyib,xalq ayaga qalxmayacaq.
Xalq hakimiyyətin bütün saxtakarlıqlarından xəbərdardır,elə Elşad Abdullayevin də son video çəkilişləri bunu bir daha təstiqlədi.Amma xalq tükünü də pırsıtmadı,susub qınına çəkildi.Xalqın ayaga qalxması üçün vədlər verilməlidir,hakimiyyətin nöqsanlarını sadalamaqla heç nə alınmaz.Xalq bilməlidir ki, arxasınca getdiyi adam sabah onun yaşaması üçün nələr edəcək.Çünki düşünür ki,digərləri də hakimiyyətə gəlsə bundan da pis olacaq….
Müxalifət mitinq taktikasını dəyişməlidir.Parlament buraxılsın,prezidentə istefa şuarları ilə yox,çünki buna əhəmiyyət vermirlər.Məsələn üçün biz kütləvi həbs olunmaq isətəyirik,yaxud BMT-nın qarşısında belə bir cinayətkar hakimiyyətin əsarətində yaşamaq istəmirik,bizə sıgınacaq verin və yaxud da xarici səfirliklər qarşısında bizim gücümüz qəddar hakimiyyətə çatmır şuarları ilə müraciətlər olunmalıdır,piketlər keçirilməlidir.
Dövlət başçısının korrupsiyaya qarşı mübarizə ilə bağlı qəbul etdiyi Dövlət proqramları gözdən pərdə asmaq üçündür.Əgər prezident sərəncam verirsə və o həyata keçmirsə deməli bu prezident yerində deyil,ondan prezident yox qoyun fermasına müdir çıxar.Beş-altı kiçik məmurun həbsi baş verən saxtakarlıqlara qarşı mübarizə deyil,bu kiçik məmurlara hədə-qorxu da deyil,bu yalnız xarici demokratların gözünü pərdələməkdir.Korrupsiya,rüşvətxorluq,manopoliya yuxarıdan aşagıya dogru gəlir,aşagıdan yuxarıya yox.Əfsuslar olsun ki,bu xəstəliyin başında bir başa prezident durur.O bu xəstəliyə elə alışıb ki,bir gün ona pul verilməsə inanın ki,özü xəstələnər.onun nəfəsi pulla gedib-gəlir,dalı gəlməsə bir an belə yaşaya bilməz.
Qəzetlə yazır ki,Əsəd kimyəvi silahları döyüş vəziyyətinə gətirdi Ola bilər ki,bundan da istifadə etsin.Liviyada da xalq ayaga qalxmışdı,demək olar ki,ssenari Suriya ilə eyni idi.Bütün dünya ayaga qalxdı,ən agır,zirehli silahlar işə salındı və Qəddafi məhv edildi.Lakin vaxtında yox gec bu əməliyyatı etdi,vaxtında etsəydi bu qədər adam qırılmazdı.Görünür bunun da kimlərəsə xeyiri var.İndi də Əsəd milləti qırır,hələ bununla ürəyi soyumur,kimyəvi silaha da əl atmaq istəyir,amma dünya susur,məgər Əsəd Qəddafidən güclüdür?İstəsələr Əsədi bir gün içərisində arvadının yanında yatdıgı yerdə dik götürərlər.Bəs niyə etmirlər?Bəlkə gözləyirlər ki,Əsəd kimyəvi silaha da əl atsın,bunlada diktatorlara sübut etsinlər ki,görürsünüz heç bir silah xalqın qarşısında durum gətirmir,agıllı olun,vaxtında nəticə çıxarın.Nə bilim Vallah,təki belə olsun…
Görəsən Azərbaycan xalqı da hakimiyyətin haqsızlıqlarına əsəbləşib ayaga qalxsa və Suriyadakı kimi qırgına çıxsa dünya buna necə baxar?Xalqı müdafiə edər,yoxsa hakimiyyəti?Təbii ki,hamı düşünür ki,xalqı,bəs o zaman niyə etmir?Gözləyir ki,xalq qəzəblənib hakimiyyəti akk eləsin?Axı bütün haqsızlıqları görür axı….
Görəsən bizim hakimiyyət də xalqına silah qaldırar?Yox əşi,bunlar çox humanistdir,xalqdan ogurlanan bütün varidatı qoyub qaçacaqlar…..
Əhsən dünyanın ən “hümanist”,”demokrat”prezidenti olan İlham Əliyevə,əhsən onun siyasətini canfəşanlıqla həyata keçirən “agsaqqalımız”,”ziyalımız”,görkəmli “Akademikimiz”,ömrünün ahıl çagını xalqına “sərf”edən Rəmiz Mehdiyevə!Əhsən xalqının ən “vətənpərvər”,Ən “qeyrət damarı”olan YAP funksionerlərinə,əhsən xalqının dilmanclıgını edən dünyada analoqu olmayan “qeyrər damarcagı”olan Fəzail Agamalıya,Hafiz Hacıyevə,əhsən xalqının “müxalifətçiləri”,”baş bilənləri”,”agıl dəryaları”İsa Qənbərə,Qüdrət Həsənquliyevə,İqbal Agazadəyə,Fərəc Quliyevə,Sərdar Cəlaloğluya,Fazil Qəziogluna,Əhsən xalqının azadlıgı naminə ayaga qalxmasını “dəstəkləyən”,”xalqını qoruyan”,onun polisinin başında duran R.Usubova.
Bunlar dünyanın ən analoqu olmayan “demokratları”,”xalqpərvərləri”-dirlər.Bunların heykəllərini Mexsikadakı parkdan götürülən “demokratiya”banisi Ulu öndərin heykəlinin yerində qoymaq lazımdır.
Dünyanın analoqu olmayan ölkəsi haqda 10 möcüzəli suallar!
1.O hansı ölkənin rəhbəridir ki,nazirlərinin arvad-uşadına başqa gözlə baxıb onlarla eşq məcaraları qurur?
2.O hansı Diktatordur ki,heykəlləri dünyanı bəzəyir?
3.O hansı Nazirdir ki,Nazir təyin elətdirdiyi dostunun arvadı ilə sevişir?
4.O hansı ölkənin Daxili İşlər Nazirliyidir ki,Nazirlə müavin arasında seksual münasibətlər var?
5.O hansı ölkə rəhbəridir ki,anadan bir qardaşdırlar amma qardaşına dayı deyir?
6.O hansı ölkənin 75 yaşında dövlət xadimidir ki,həyat yoldaşı sürücüsü ilə eşq məcarasındadır,özü isə seçdirdiyi deputatla sevişir?
7.O hansı ölkədi ki,manapoliya,korrupsiya,rüşvətxorluq tügyan edir?
8.O hansı ölkədir ki,saxtakarlıqları faktlarla video lentə çəkilib görsədilir,amma etiraf etmir?
9.O hansı ölkədir ki,müxalifəti hətələn-pətələn vurur?
10.O hansı ölkənin xalqıdır ki,bütün olaylardan xəbəri var,başı da qapaz yeyir,hüquqları pozulur,amma səsini çıxarmır,susur?
Hə əzizlərim,yozması məndən,açması sizlərdən.Kim suallara düzgün cavab tapsa ən möcüzəli mükafatlar alacaq!!!