Rasul Quliyev Azərbaycan Xalqının Gələgəyi ilə Əlaqədar Suallari Cavablandirdi, 1-ci Hissə

AZƏRBAYCAN XALQI GƏLƏCƏYİNİ MÜƏYYƏNLƏŞDİRMƏK İSTƏYİRSƏ YAXIN KEÇMİŞİNİ YAXŞI BİLMƏLİDİR.

XALQ AYAĞA QALXMALIDIR 1-Cİ HİSSƏ

 

Sual:

-20-ci əsrin ikinci yarısı və 21-ci əsrin əvvəlləri Azərbaycan tarixini H.Əliyevsiz təsəvvür etmək mümkn deyildir. Nə verdi Azərbaycan xalqına bu illər?

Cavab:

-İstənilən insan , açıq etiraf etməsə də daxilində həyatı boyu buraxdığı səhvləri həmişə analiz edir. Yaş artdıqca hətta 7-8 yaşındakı hərəkətlərini də xatırlayırsan, buraxdığın səhvlərə görə daxili peşmançılıq hissi keçirirsən. Bu səhvləri daha heç vaxt düzəldə bilməyəcəyinin yaratdığı peşmançılıq ağır hisdir və yaşa dolduqca daha da artır. Insanlıq keyfiyyətinə malik olanların hamısının zaman keçdikcə belə hissilər keçirdiyini analiz edən sivil ölkələr uşaqlara 1-2 yaşından tərbiyənin fundamenti olan yalan danışmamaq, başqasını incitməmək, oğurluq etməmək və sairələri aşılayırlar. Əvvəlcədən gələcəkdə keçirə biləcəkləri stresləri zəiflətməyə çalışırlar.

İnsanların buraxdığı səhvlərin qiyməti onun cəmiyyətdəki tutduğu mövqedən daşıdığı vəzifənin səviyyəsindən asılıdır. 10 işçinin rəhbəri işləyənin buraxdığı səhvlərlə 5000 işçiyə rəhbərlik edənin buraxdığı səhvlərin ağır nəticələrinin qiyməti 100 dəfələrlə fərqlidir. Ola bilər ki, bir ailənin kişisi və ya xanımı ömrü boyu ancaq səhvlər içərisində yaşasın və heç kimin bundan xəbəri olmasın. Ancaq bir ölkə başçısının buraxdığı kiçik bir səhv bütün bir xalqın həyatına təsir göstərir, onu lərzəyə gətirir.

Bir çoxları demokratiya sözünə indi demoqoqluq edən müxalifətin tez tez istifadə etdiyi əhəmiyyətsiz bir söz kimi baxır. Ancaq demokratiya 1000 illərin təcrübəsi əsasında yaranıb. Hakimi-mütləq olan bir şəxsin cəmiyyət üçün fəlakətlə qurtaran səhvlərinin qarşısını almaq üçün onun idarə etdiyi ölkə və cəmiyyətdə yaşayan aqillər dövlət idarəetməsini təkmilləşdiriblər. Buraxılmış səhvləri kompensasiya etmək, bəzən ümumiyyətlə qəbul edilməsinə imkan verməmək üçün yollar axtarıblar. Bu axtarıçlar nəticəsində dövlətin 3 strukturunun, yəni müstəqil icra, parlament və arbitraj rolunu oynayan məhkəmə sisteminin bir-birindən ayrılması ideyası ortaya çıxıb, müasir idarəetmənin fundamenti artıq 12-ci əsrdən etibarən qoyulub və zamanla təkmilləşə-təkmilləşə bu günkü formasını alıb. Bu idarəçilik üsulunun adı demokratiyadır. Hər 3 institutun bir əldə və ya kiçik bir komandanın əlində toplanması fəlakətin başlanığıcıdır, sonu isə ümumi milli faciədir.

Əliyev ömrü boyu hakimiyyətin ancaq onun əlində toplanmasını mükəmməlləşdirən bir şəxsiyət olub. 20-ci əsrdə bu tipli liderlərə çox az rast gəlmək mümkündür. Ola bilər bu qəbildən olan diktatorlara 1945-1953 –cü illərdə Stalin, Şimalı Koreya liderləri, Suriyanın ata oğulları, İraqdan Saddam Hüseyn, Kombocadan Pol Pot aid edilsinlər. Amma adları sadalanların arasında belə Əliyev kimi korrupsiya və rüşvət mexanizmini öz siyasi karyerasının əsas sütunu kimi qəbul edəni olmayıb.

Azərbaycanda faciənin dərinləşməsinin 1 nömrəli səbəbi Əliyev rejiminin, nə az nə də çox, 43 il davam etməsidir. Çünki Əliyevin 2003-cü ildə dünyasını dəyişməsinə baxmayaraq yaratdığı rejim daha xaotik və əxlaqsızlıqla davam edir. Oğul yeni idarəçilik metodlarını qoyaraq bir qırağa, nəinki atasının siyasətinin hansısa məqamını, heç kadrlarını belə dəyişməyib.

 

Sual:
-Deyirsiniz ki, Əliyevin 43 illik hakimiyyəti dövründə yaratdığı və idarə etdiyi bu rejim mahiyyət etibarilə dünyadakı heç bir anti-demokratik sistemlərlə müqayisə edilə bilməz. Bu cür unikal sistemi o necə yarada bilib?

Cavab:

-1969-cu ildən Əliyevin yaratmağa başladığı rejim bir neçə mərhələdən keçib. Birinci mərhələ 1969-1975 –ci illəri əhatə edir. Bu dövrdə o, öz yerini möhkəmləndirməyə çalışıb. 1960-cı illərdə Sovetlərdə korrupsiya və rüşvət, ticarətdə mal çatışmamazlığı nəticəsində yaranmış gizli istehsalat sexləri güclü inkişafda idi. Moskva liderləri ölkə üçün yaranmış bu təhlükənin qarşısını almaqda aciz idilər. Bolşeviklər insanların ümumi bərabərliyi, təqribən 99 faizinin eyni səviyyədə kasıb yaşamaları ideyasının fundamenti üzərində hakimiyyətə gəlmişdilər. Düzdür, 1930-cu illərdə bu prinsipi pozub partiya və inzibatı orqanlarda işləyən imtiyazlı sinif yaranmışdı. Ancaq onlar yaşayış səviyyəsinə görə çox uzağa gedə bilməmişdilər. 1960-cı illərdən etibarən yaranmağa başlayan korrupsiya və rüşvət mexanizmi bolşevik ideyasının fundamentini dağıdırdı. KQB generalı kimi bunları yaxşı başa düşən Əliyev yerini mökəmləndirmək üçün bu bəla ilə amansız mübarizə aparan rəhbər kimi özünü təqdim edirdi. Bunun xatirinə Azərbaycanda onlarla adamı sübutsuz dəlilsiz, normal məhkəmə prosesləri olmadan güllələtdirirdi. Baxmayaraq ki, gizli sex sahiblərinin 80 faizi başqa millətlərin (o cümlədən ermənilər) nümayəndələri idi, güllənənlərin hamısı isə azərbaycanlılar oldu.

 

Sual:

-Niyə məhz azərbaycanlılar.

Cavab:

-Çünki azərbaycanlıların Moskvada havadarları ya yox idi, ya da aşağı səviyyəli çinovliklərdi. Bizdən fərqli olaraq başqa millətlərin nümayədələrinin ailələri, qohumları, dostları bu qanı yerdə qoymamaya, axıra qədər müqavimət göstərə bilərdilər. Azərbaycanlılar isə göz yaşı tökəcək, müxtəlif rəvayətlərlə represiya qurbanlarının sağ qaldığına inanacaq, mərhumun qohum-əqrabaları və dostları isə qorxudan onun ailəsindən uzaqlaşacaq, qısa bir müddətdən sonra da hər şey yaddan çıxarılacaqdı. Uzun illər KQB strukturunda işlədiyindən milli xarakterini öyrəndiyi Azərbaycan xalqının bu zəif nöqtəsinə dərindən bələd olan Heydər Əliyev öz hakimiyyətini bərqərar etmək üçün represiya siyasətinə start verdi. Dövlət idarəçiliyinin bütün qollarına bu siyasəti düşünmədən yerinə yetirə biləcək insanları cəlb edirdi. Sanki xalq arasından təşəbbüs hissini itirmiş, etiraz etmək imuniteti olmayanları seçib vəzifələrə qoyurdu. 1975-ci ilə qədər Əliyev demək olar ki, total şəkildə partiya funksionerləri, inzibatı orqanların və məhkəmələrin əsas fiqurlarını dəyişməyə nail oldu. Heydər Əliyevin bu “islahatları” nəticəsində korrupsiya və rüşvət həndəsi silsilə ilə artırdı. Çünki əvvəl korrupsiya və rüşvətlə yaşayanların “krışaları” haradasa orta vəzifə tutan dövlət funksionerləri idisə, indi yüksək vəzifələrə gətirilmişdi. Daha doğrusu haminin bir“krışa”sı vardı ki, bu da Əliyevin özü idi. Onunla razılaşdırılmamış heç bir addım atıla bilməzdi. Birinci mərhələnin sonunda Əliyev Sov.İKP Siyasi Bürosuna namizəd seçilməklə özünün ölkənin allahı olduğunu Moskvaya təsdiqlətdirdi.

İkinci mərhələ 1975-82-ci illəri əhatə edir. Əvvəlki vaxtlardan (hətta M.J. Bağırovun vaxtından belə) fərqli olaraq MK katibləri və ya baş nazir artıq istədiyi vaxt onun kabinetini açıb içəri girməyə cəsarət etmədilər. Heç kim onun iradəsindən kənarda nəyəsə təşəbbüs göstərə bilmədi, hamı ancaq onun ağzına baxdı. Əliyevin indiki terminlərlə desək, “kürü siyasəti”nin əsası o dövrdə formalaşdı. Qırmızı keçici bayraqlar almaq üçün kimlərəsə verilən əntiqələr, kürü, asetrin balıqları və başqa delikates ərzaq malları, müxtəlif hədiyyələr Moskvada ayaq tutub yeriyirdi. Azərbaycanda isə Əliyevin xalqın düşmənləri adı altında kəsdiyi başlardan (həm fiziki, həm də mənəvi) piramida tikmək olardı. Bir neçə ziyalıdan başqa yerdə qalanların mədhiyyə və yaltaqlıqlarının hüdudu yox idi.

Bu dövr ərzində sovetlərə xidmətinə görə Əliyevə 2 dəfə sosialist əməyi qəhrəmanı və 4 Lenin ordeni verdilər. 12 ya 13 dəfə keçici qırmızı bayraq alan Əliyevin xalq qarşısında xidmətləri nədən ibarət idi. Azərbaycan orta əmək haqqına görə Sovet respublikalrı arasında axırıncı yeri tuturdu, Gürcüstanda 15, Ermənistanda isə 10 faiz orta əmək haqqı bizdən yuxarı idi. Adambaşına tikintiyə görə Azərbaycan axırıncı yerdə idi. O dövrdə tikilmiş yaşayış binaları bu günə qədər qəza vəziyyətindədir, 90 faizi bu gün yararsızdır sökülməlidir. Əliyevin fəxrlə hər yerdə öyündüyü Azərbaycan və Abşeron mehmanxanalarının ömrü heç 25 ildə çəkmədi sökdülər. Qırmızı bayraq almaq xatirinə Əliyev iki 6 milyonluq ELOU-AVT qurğusunu Moskvadan qopartdı və ilk dəfə Azərbaycana tərkibində yüksək kükürd olan neft gətirtdirdi. İndi o qurğuların heç biri işləmir.

3-cü mərhələ isə 1982-1987-ci illəri əhatə edir.Andropovun hakimiyyətə gəlməsi ilə öz siyasi karyerasının olimpində triumfal sıçrayış edən 60 yaşlı (o dövrdəki siyasi büro üzvüləri arasında gənc kadrlardan biri hesab edilirdi) Əliyev 3 il müddətində Moskvadakı yerini möhkəmləndirməyə nail ola bildi. Brejnyevin üzərində öyrənib sirlərinə vaqif olduğu məddahlıq məharəti sayəsində qısa müddət ərzində bir-birini əvəz edən baş katiblərin- Andropov, ondan sonra isə Çernenkonun da rəğbətini qazana bildi. Hətta 1985-ci il Leninin anadan olmasının 115 il münasibəti ilə yubiley iclasında əsas məruzəçi kimi təsdiq olundu. MK və Nazirlər Sovetində işləyən MK katiblərindən tutmuş instruktorlara qədər ağıllı insanların heç biri Əliyevin məddahlıq siyasətini bəyənmir və onun korrupsiya və rüşvətlə məşğul olduğundan xəbərdar idilər. 1985-ci ilin əvvəlində Çernenkonun vəfat etməsi hamıdan çox Əliyevi sarsıtdı. MK ilk növbədə Əliyevin rəhbərliyi ilə hazırlanan yubiley məruzəsini yenidən nəzarətə götürdü. Liqaçov (MK katibi) məruzədə tələm-tələsik müasir dünyamızın Lenin tipli lideri Çernenko adının Qorbaçov sözüylə əvəzlənərək yazılmasının işə yaramadığını və onun yenidən yazılmasının vacibliyini bildirirdi. Əliyev başının üstünü qara buludların aldığını bütün varlığı ilə hiss edirdi. Onun Yubiley iclası ərəfəsində məruzəyə əlavə olaraq Qarbaçovu tərif edən bir neçə cümlə salmaq təşəbbüsü ironiya ilə qarşılandı. Son iki il ərzində vəzifəsini itirməyin real olduğunu hiss edən Əliev görünməmiş iztirablar içərisində yaşadı. MK-nin ona münasibətini bilən Azərbaycanın yerli rəhbərlərinin demək olar ki hamısı ondan üz döndərdi. Başqa cür ola da bilməzdi, çünki vəzifəyə gətirdiklərinin hamısı müti qul xarakterli adamlar idilər. Mütilik vəziyyəti ilə razılaşanlar vaxtilə onlara heç kim olduğlarını gündə sübut etməyə çalışan Əliyevə daxilən nifrət edirdilər. Bu mənada hələ vəzifədə ola-ola onu satmaları təəccüblü deyildi.

4-cü mərhələ 1987-1990-cı illərdir. Bu illərdə Əliyev Şevarnadze (xarici işlər naziri) Çebrikov və Kryuçkov (hər ikisi KGB sədrləri olub) vasitəsilə yenidən Azərbaycana MK-yə katib gəlmək üçün Qarbaçova sifarişlər göndərməyə cəhdlər göstərirdi. Azərbaycanı 1988-ci il mitinqlərində xilas edib yenidən milləti quzu kimi sakitləşdirəcəyinə söz verirdi. Ancaq bir şeyə nail ola bilmirdi. 1990-cı il yanvarın əvvəlində Qorbaçovun Əliyevə zəng etməsi bir neçə dəqiqəliyə onun ümüdlərini xeyli artırdı. Ondan “qayıt respublikaya, o mitinqlərin qarşısını al.” təklifini gözləyirdi. Qorbaçovun “biz bilirik ki, orada o mitinqlərin təşkil edilməsində sənin rolun var. Bu çirkin işlərinə son qoymasan səni həbs edəcəyik”- deməsi onun utopik ideyalarını yerə çırpdı, karyerasız yaşaya bilməyən Əliyev çevrilib müxalifət oldu.

Sonrakı dövr indi yaşayanların böyük əksəriyyətinə tanışdır. Ona görə də bu məsələnin üstündə çox dayanmaq istəmirəm. Bu dövrü də 1990-93-cü illər hakimiyyətə qayıtmağı təşkil etmək (bu mərhələ ermənilərlə separat danışıqlardan tutmuş Qarabağ torpaqlarının verilməsinə qədər xalqa qarşı ağlasığmaz cinayətlərlə doludur), 1993-1996-cı illər hakimiyyəti itirməmək, 1996-1998-cu illər hakimiyyəti mökəmləndirmək, 1998-2003 korrupsiya və rüşvəti total şəkildə tətbiq etmək illəri oldu. Bildiyiniz kimi bu siyasət 2003-cü ildə onun tam qələbəsi ilə nəticələndi.

 

Sual:

-İstənilən adam bir məmləkətin tam və mütləq hakimi olmağı arzulayar. Buna gərək xalq biganə qalmaya. Bizdə isə bir biganəlik ruhu hakimdir. Sizcə, bütün bu baş verən hadislərə xalqımız niyə biganə yanaşır?

Cavab:

-Biz, o cümlədən mən, öz acizliyimizlə barışmayıb xalqı bəyənmir, onu “bədbaxt”, “maymaq” adlandırırıq. Bəziləri də bu sözləri xalqa təhqir kimi qəbul edir. Əslində isə belə deyil. Xalq məfhumu konkretlikdən uzaqdır, daha doğrusu, mücərrəddir. Xalq müəyyən bir ərazidə yaşayan vətəndaşların toplamıdır. Hər bir vətəndaş fərdi olduğu üçün istənilən frazanı bütövlüklə xalqa aid etmək mümkün deyil. Bütöv bir xalqın ancaq maymaqlardan, qorxaqlardan və ya yaltaqlardan ibarət olduğunu iddia etmək də absurddur. Xalqların ümumi durumunu əslində onun içərisindən çıxan əhalinin cəmi 1 faizə qədəri olan ziyalıların durumu müəyyənləşdirir. Əgər “xalq maymaqdır” deyilirsə, bu əslində həmin ziyalıların əksəriyyətinin maymaqlığına dəlalət edir.

Azərbaycan 80 il müddətində 3 dəfə ziyalılarının başının demək olar ki, total şəkildə kəsildiyi nadir ölkələrdən biridir. Reformator rus çarı Aleksandr 2-dən (1860-1917) başlayaraq bolşevik inqilabına qədər verilmiş qismən azadlıqların hesabına Azərbaycanda 100-lərlə intlektual mübariz ziyalılar ordusu yaranmışdı. Tək 1918-ci il demokratik Azərbaycan hökümətinin tərkibinə baxmaq kifayətdir ki, xalqın bütövlüklə talantlı olmasına inanasan. Talantı olmayan xalq o səviyyəli rəngarəng sivil intellektuala malik liderlər yetişdirə bilməzdi. Təəssüf ki, 1930-cu illərdən etibarən başlanan ziyalıları məhv etmək siyasəti bu gün Azərbaycanı başı olmayan kütləyə çevirib. Azərbaycanlıları başsızlaşdırmaq prosesi birinci dəfə 1930-1953-cü illərdə M.C.Bağırov, ikinci dəfə 1969-1982 və 3-cü dəfə 1993-2012 ci illərdə Əliyevlər tərəfindən ziyalıların total represiya edilməsi ilə baş verib.

İndi xalq bədənində yeni başın cücərdilməsi ilə məşğul olmalıdır. İlk növbədə bar verməyən ağacları öz bədəninə yaxın qoymamalıdır. Bu gün gedən proseslər göstərir ki, baş rolunu oynaya biləcək yeni qüvvələr formalaşmaqdadır. Gənclərin arasında da lider axtarışı prosesi gedir.

1990-cı illərdə başsızlaşmış xalqın sıçrayış etmək şansı zəif idi. 1992-ci ildə hökümətin bütün struktalarının aşağıdan yuxarı intellektualsız qaragüruhçularla əvəz edilməsi (Əliyevin ikinci represiyası nəticələrini vermişdi, ətrafda təcrübəli və təşəbbüskar bir adamda qalmamışdı) 1993-cü il iflası ilə qurtarmalı idi, bu aksioma idi. Mürəkkəb analizlərə ehtiyac yoxdur. Sadəcə olaraq 1918-1920-ci illərdəki hökümətin üzvülərinin keçdiyi həyat yolu ilə 1992-ci il Xalq Cəbhəsi və 1994-2012 illərdə Əliyevlər hökümətinin üzvülərinin həyat yollarını müqayisə edin. Onda 40 illik çar rejiminin idarəçiliyi ilə 40 illik Əliyev rejiminin idarəçiliyinin fərqini görərsiniz. Bir insanın bütöv bir xalqı başsızlaşdırmasının şahidi olarsınız.

 

Sual:

-Sizi yenə müxalifəti tənqid edirsinizdə günahlandıracaqlar…

Cavab:

Mənim heç kimi günahlandırmaqa nə vaxtım nə də həvəsim yoxdur, sadəcə tarixi hadisələri obyektivliklə xalqın nəzərini çatdırmaq istəyirəm. Çünki həmin başsız bədəndə xalq baş yetişdirməlidir. Bununda ancaq bir yolu var Əliyevlərin yaratdığı rejimdən xilas olmaq.

 

Sual:

Sizin dediklərinizdən belə çıxır ki, Əliyevin xalq qarşısında nəinki xidmətləri olmayıb əksinə ona qarşı saysız hesabsız cinayətlər edib.

Cavab:

Onu mən demirəm Əliyev erasının nəticəsində xalqın düşdüyü bu günkü tarixi vəziyyət deyir.

1. Azərbaycan torpaqlarının 90 faizi Əliyev dövründə işğal olunub.
2. Bu torpaqların azad olması 20 il ərzində nəinki öz həllini tapmayıb, əksinə artıq həll yolu da görünmür.
3. Korrupsiya və rüşvətə görə Azərbaycan liderlərdən biridir.
4. Azərbaycanda bütün seçkilər saxtalaşdırılıb bu gün nə leqitim prezident nə də leqitim parlament mövcud deyildir.
5. İnsanlar haqlarının pozulmasına görə ölkə liderlərin içərisindədir.
6. Azərbaycanda heç feodal qurluşuna uyğun gələn məhkəmə sistemi yoxdur, hakimlər ya rüşvətlə ya da tapşırıqla qərar çıxardırlar.
7. Söz azadlığının olmadığı ölkələr arasında liderlərdən biridir. Və sair.

Bu sadalanların bir maddəsinə belə etiraz edən varsa arqumentləri ilə çıxsın ortaya. Bilirsiniz istənilən rəhbər vəzifəli etdiyi səhvlərə görə xəcalət çəkməyi bacarmırsa, o, əsl fəlakət mənbəyidir. Əliyevlər isə onlara kifayət qədər yüksək qiymət vermədiyinə görə xalqın xəcalət çəkməsini istəyirlər, bu isə ikiqat fəlakətdir.

 

Sual:

Bəs neft kontraktlarının bağlanmasına nə deyə bilərsiniz. Korrusiya rüşvətlə yanaşı hər halda müəllimlər, həkimlər inzibatı orqanların, məclis üzvülərinin, pensionerlərin və başqalarının maaşları artıb, məgər bu məsələdə də Əliyevin rolu yoxdur?

(ardı var)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

11 Cavab to “Rasul Quliyev Azərbaycan Xalqının Gələgəyi ilə Əlaqədar Suallari Cavablandirdi, 1-ci Hissə”

  1. ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvlərinin sayı 42-yə çatdıgı bildirilir.Hörmətli Rəsul müəllimin görəsən sıx əlaqəsi,qrupun üzvləri ilə tanışlıgı varmı?

  2. ABŞ dövlət katibi Hillari Klinton Dublində insan haqları üzrə konfransın kuluarlarında çıxışı zamanı bildirib ki,regionun (Rusiya)yenidən sovetləşdirilməsi istiqamətində fəaliyyətlər müşahidə edilir: “Lakin bunun adı əvvəlki kimi olmayacaq. Bu Gömrük Birliyi, Avrasiya Birliyi və ya başqa adda adlandırılacaq. Ancaq biz bununla yanılmamalıyıq. Biz əsas məqsədin nə olduğunu bilirik və fəaliyyətimizi elə qurmalıyıq ki, bu prosesi ləngidək və ya qarşısını alaq”.
    deyən H.Klinton Sovet İttifaqını bərpa etməyin əleyhinədir.
    Aşqabat sammitinə qatılmayan İ.Əliyev əvəzinə Baş Naziri göndərməklə görəsən istəyi nəymiş?

  3. Resul muellim, videoda sizin kohne kadrlara youtube-da ayrica olarag baxa bilerikmi?

  4. Salam prezident İlham Əliyev.Mən 2 sentyabr 2012 tarixdə ailəvi olmuşam ƏSMM nazirliyində məni nazir Fizuli Ələkbərov qəbul eləmədi.Qəbul otagında Bayram mənim vəsiqəmi aldı məni nazirin qəbuluna yazdı indi o gündən 4 ay keçir nazir Fizuli.Ə məni qəbul eləmir.Mən prezident aparatına kurator Rüfət Əliyevə zəng edirəm deyirəmki siz ƏSMM naziri Fizuli.Ə deyin məni qəbul eləsin Rüfət mənə deyirki mən İHB Cehun Cəfərova demişəm sən get səni qəbul edəcək mən getdim 5 saat göləyəndən sonra Cehunun qəbuluna düşdüm qəbulda Cehun məni təhqir elədi Cehunun adamı Çingiz İsayev mənə deyirki sən belə danışırsan Masqalılar gəlib səni aparar başına elə oyun açarlar prablemində yadından çıxar.Qəbulda mən Cehunun özünə dedim Çingiz deyirki masqalılar gəlib səni aparar Cehun Cəfərov dillənmdi eləbi lom udub MTN rəyisi Raquf müəlimdə səsi çıxmadı.Qəbula gəlmiş iki oglu Şəhid olmuş 72 yaşlı Şəhid anasını Cehun.C ələ saldı Allaha and olsun.Mən PA kurator Rüfət əliyevə zəng edəndə hərdəfə məni aldadır mənə deyirki gələcəm Tər-tərə səni çagırıb sənin bütün prablemini həll edəcəm mən deyirəmki Rüfət müəllim mən avam deyiləm sizə inanam siz gəlməyəcəksiniz yox gələn həfdə gələcəm iki ildir Rüfər Əliyev yalan danışır 3 dekabr 2012 tarixdə zəng elədim deimki Rüfət müəllim bəs siz bu həfdə gəlirdiniz Rüfət deyirki dekabrın axırında gələcəm mən dedimki Füfət müəllim siz prezident aparatı işçisi yalan danışırsınız Qarabag əlilinə iki ildir görün Cehun Cəfərov nəqədər yalan danışır məni aldadır Rüfət əliyev dediki sən elə hamını yalaçı elədin.Rüfət Əliyev yenədə məni ələ saldı deyir mən dəfələrlə Cehuna demişəmki sənə maşın alsın versin Cehun deyir imkanım yoxdur mən dedimki Rüfət müəllim Cehun 3 milyon verib Tər-tər rayonunun icra başçısı ola bilir indi imkanı yoxdur dedim Cehun verdiyi 3 milyonu 30 dəfə artiqlamasıyla yıgıb çıxarıb.cənab İlham Əliyev ƏSMM naziri Fizuli məni qəbul eləmir 1999 ildə aldıgım isdismar müddəti bitmiş OKA maşınını dəyişmir lakin Fizuli Çexiya dövlətində özünə şəxsi otel tikdirir.Məni PA kurator Zeynal Nagdalıyevin qəbulunda oldum Allaha and olsun Zeynal Nagdalıyev mənimlə iki kəlmə danışa bilmədi mənim dərdimi qulaq asmadı mənə dediki çıx prezidentin öz adına ərizə yaz prezident sənə köməklik edəcək.siz prezident Zeynal Nagdalıyevi vəzifəsini böyüdürsünüz bilərəkdən kurator Zeynal mənim dərdimi dinləmədi şikayətimə baxmadı.MTN rəyisi Raquf müəllimə deyirəm ki PA kurator Rüfət Əliyev deyir Cehun Cəfərova demişəm deyirəm Raquf müəllim siz soruşun görün kurator Rüfət Əliyev Cehuna nə deyib Raquf müəllim mənə deyirki Cehuna dediyi söz sirr olaraq qalacaq açılmayacaq.cənab prezident MTN rəyisi məni pisxaloji təsir edici sözlərlə öldürmək isləyir.Mən həmişə İH gedəndə mənim qarşıma Çingiz İsayevi çıxardırlar mən bir gün Çingiz İsayevə zəng elədim telefonu götürmədi dəfəlrlə zəng elədim yenə götürmədi mən İH gedəndə Çingiz müəllim yenə gəldi dedimki Çingiz müəllim sizi yenə Cehun göndərib dediki hə mən dedim Şingiz müəllim mən sizin mobilinizə zəng edəndə niyə mənə cavab vermirsiniz Çingiz müəllim dediki hərdəfə səni aldadırlar onagörədə telefonu açmıram mən sənin yanında yalaçı olmaq isləmirəm məndə bunu kalidorda dedim Çingiz müəllim dediki sənin yanında söz demək olmaz danışırsan mən dedimki Çingiz müəllim mən rüşvət alan məmur deyiləmki siz məni fırladasınız.cənab prezident kurator Rüfət sizə arxalanmasa Qarabag əlilinin aldatmaz baxın sizinlə bir binada sizinlə yanaşı kabinetdə oturan dələduzdur maşenikdir rüşvətxordur qatı cinayətkardır yalan danışır.Rüfət Əliyev mənə deyirki Cehun Cəfərov məni saymır.Cənab prezident Fizuli Ələkbərovdan niyə soruşmusanki Çexiyada hansı pulların hesabına özünə şəxsi otel tikdirirsən cənab prezident İlham Əliyev mən buna görə sizdən xalqa mənə izahat vermənizi tələb edirəm mən sizdən tələb edirəmki izahat verinki nəyəgörə nə səbəbə görə kurator Rüfət Əliyev məni aldadır gəlirəm Tər-tər rayonuna lakin gəlmir.07-12-2012.
    ————————————————————————————
    Salam Rəsul müəllim siz dedikləriniz hər adam başa düşmür Allaha and olsun siz dediklərinizi dinləsinlər və Qarabag zəlilini məktubunu oxusunlar dərk eləsinlərki vətən yolunda saglamlıgını iki qılçasını itirmiş hərbiçinin başına prezident ilham əliyev hansı insanlıga sıgmayan oyunları gətirir.. avam xalq dərk eləsiniki Qarabag zəlilinin başına eybəcər oyun açan prezident adi vətəndaşın başına görün hasi oyunları açır.. bunu dərk eləmək üçün savad yox mənəviyat lazımdır..

  5. B.Obama dövlət katibi Amerika siyasətçisi,respublikaçı,senator J.S.Makkeyni təyin etsə inanın ki,bir ay içində Putinin də dalına dəyər İlhamında.Görəsən niyə B.Obama onu təyin etmir?
    Nə üçün ABŞ prezidenti Barak Obama yeni dövlət katibi vəzifəsinə Massaçusets ştatının senatoru Con Kerrini uyğun görüb?

  6. Мараглыды,нијә Әлијевин сонунҹу ҝәлишиндә онунла бир командада оло-ола Рәсул мүәллим нијә о торпагларын верилмәсинә әнҝәл олмады,әксинә ағзына су алыб отурду.

    • Alex müəllim,mən Əliyev Bakıya gələndən sonra 7-8 baş nazir müəvinindən biri idim.Vəzifəmə görə ordu və polisinən heç bir əlaqəm yox idi. Silahlı qüvvələr Sürət Hüseynovla Əliyevin əlində idi. Mən parlamentin sədri seçilənə qədər torpaqların hamısı verilmişdi.Səlahiyyətim artan kimi keçmiş əskərlər və Əfqanistan müharibəsində iştirak edənlərdən 45 batalyon yaratdım. Həmin batalyonlar və Türklərin hazırladığı nizami batalyonlar Horadiz istiqamətində 40 km-lik ərazilərimizi azad etdi və sair. İstəsəniz sonrakı fəaliyyətimidə yaza bilərəm. Nə vaxta qədər hadisələrin gedişatını öyrənmədən dəcəl uşaqlar kimi höcət edəcəksiniz.

    • Çünki Ulu öndəriniz olan yerdə heç ala qarga da bala çıxara bilməzdi,Alex müəllim!

  7. Hörmətli Cənab Quliyev.Sizin bloqunuzda gedən müzakirələri, yazılan fikirləri hər gün oxuyuram.Bloqu yaratmaqda Sizin məqsədiniz vətənə qayıdıb prezident seçkilərində iştirak etmək və qalib gəlməkdir.Demokratik seçki mühitinin yaradılması bunu mümkün edir.Fikrimcə, Azərbaycanda demokratik seçki mühütünün yaradılması olduqca çətin olacaq.Bunun üçün xalqın fəallığı tələb olunur.Nəzərinizə çatdırım ki, xalq hətta məmurların böyük bir ordusu, bu rejimə dəhşətli dərəcədə nifrət edir.Ancaq xalqı elə bir vəziyyətə salıblar ki, səslərini çıxartmağa qorxurlar.Xalqın şüur səviyyəsi olduqca aşağıdır.Xalqın maarifləndirilməsi demək olar ki, yox vəziyyətindədir. Təhsil ölü vəziyyətinə gətiriblər.Heç kim mütaliə ilə məşğul olmur.Ziyalıların dilini bu və ya digər formada gödək ediblər .Məmurların hamısını özlərinin törətdikləri cinayətlərə şərik ediblər.Heç bir məmuru, dillərini gödək etmək üçün təmiz , qanunla işləməyə qoymurlar. Əhalini elə vəziyyətə salıblar ki,heç kim qanunla işləməyi bacarmır.Qanunla işləyənlərə isə pis baxırlar. Qanunla işləyənləri müxtəlif yollarla şantaj, təzyiq edərək cinayətə sövq edirlər.Bütün bunlar hamısı dövlət siyasətidir.Korrupsiya, rüşvət bu rejimin mahiyyətidir.Azərbaycanda korrupsiya və rüşvətə bir gün moratorium qoyulsa bu rejim həmin an məhv olar.Korrupsiya, rüşvət bu rejimin havasıdır,suyudur,Bu cinayətkar rejim bunlarsız yaşaya bilməz Bütün bunların hamısını Siz məndən də yaxşı bilirsiniz.Bunları Sizə yazmaqda məqsədim başqadır.Fikrimcə təbliğat əhalinin şüur səviyyəsinə uyğun aparılmalıdır.Şüur səviyyəsi aşağı olan əhalini nəyəsə inandırmaq çox çətindir.Şüur səviyyəsi aşağı olan əhali papulis vədlər verən siyasətçilərə çox tez inanırlar.Misal üçün keçən il Ərəb baharı başlayanda prezident bir neçə papulist hərəkətlər edərək – korrupsiyaya, rüşvətə qarşı açıq mübarizəyə çağırış, əhalinin suya olan borcunun bağışlanması və s. əhali arasında qısa bir müddət üçün geniş rəğbətlə qarşılandı və bununlada ola biləcək xalq həyacanının qarşısını aldı.Tarix göstərir ki,xalqla onun başa düşdüyü dildə danışanda daha səmərəli olur.Dövlətin yüksək çinli məmurlarının korrupsiya əməllərini əhalinin böyük bir hissəsi görmür və dərk edə bilmirlər.Çünki savadsızlıq dərinlikdə baş verən korrupsiya faktlarını dərk etməyə imkan vermir.Ona görədə əhali ilə onun başa düşə biləcəyi ,dərk edə biləcəyi ,gündəlik gördükləri korrupsiya və rüşvət faktlarından danışmaq və həmin faktlara qarşı necə mübarizə aparacağımız barədə danışmaq lazımdır. Hələlik bu qədər.Xahiş edirəm yazdıqlarım Sizi öyrətmək kimi başa düşülməsin.

  8. Ilham Əliyevin o səviyyədə ağlı yoxdurki, bu kimi təbliğatlar apararaq insanları aldadmağı bacarsın. Onu idarə edən qoca qurdun əməlləridir bunlar! İlham Əliyev isə həmin qoca qurdun yanında o qədər acizdir ki, bu qəədər mətbuat sirkələməsinə baxmayaraq hələdə ona yerini göstərmir. Ölkəni İlham Əliyev deyil, həmin qoca qurd idarə edir. Rəsul Quliyev doğru fikirdədir, 2013-cü il son şansdır. Xalq birləşərək sözü bir yerə qoys bu çirkin əməlləri ilə xalqa zülm edən xalq düşmanlarının sonunu görmək olar!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: