“Belə adamları yoxlamadan, əxlaqının hansı səviyyədə olduğunu bilmədən Azərbaycan kimi avtoritarizmin hökm sürdüyü ölkələrə səfir göndərənlərin günahları da qeyd edilməlidir”.
“Avropa Birliyinin adından belə yaramaz bəyanata görə mən onun əvəzindən xəcalət çəkirəm”
Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia növbəti il keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin qalib gəlmə şansının yüksək olması barədə fikirlərinin təhrif edildiyini söyləyib. Səfir “dedim ki, o tanınır, bu faktdır, Azərbaycanda keçirilən sorğuların nəticələrinə əsaslanmışam, dedim ki, o bir çox sahələrdə yaxşı işlər görüb, bu baxımdan onun şansları çoxdur” deyib. O, əlavə edib ki, bu fikri səsləndirərkən «Azadlıq Radiosu»nun, Regnum İA və Caspian Sorğu Mərkəzinin keçirdiyi sorğulara əsaslanıb. Ancaq «Azadlıq Radiosu» elə həmin günü açıqlama yayaraq heç bir sorğu keçirmədiyini bəyan edib.
Səfirin açıqlamasını “Bizim Yol”a şərh edən ACP lideri, sabiq eks-spiker Rəsul Quliyev hesab edir ki, gərək, Kobianın bəyanatı Azərbaycan vətəndaşları üçün təəccüblü görünməsin: “Çünki hakimiyyətin “kürü siyasəti” özünün müəyyən nəticələrini verir. Mən təxminən bir neçə ay əvvəl Avropa Parlamentində Baltikyanı respublikaların deputatları ilə görüşmüşdüm. Konkret, vaxtilə Litvaya rəhbərlik edən Landbergisin adını çəkə bilərəm, bu adam SSRİ-nin Ali Sovetində vaxtilə etdiyi çıxışa görə milli qəhrəman adlandırılmışdı. 20-yə yaxın parlament üzvləriylə ona görə təmas qurdum ki, Baltik ölkələri sovetin diktaturasının altında olublar. Landbergis isə ümumiyyətlə, ruslara nifrət edir və bu nifrət onda belə yanaşma yaradıb: hansı respublika Rusiya ilə dostluq etmirsə, həmin ölkədə hansı rejimin olmasından asılı olmayaraq Litvanın dostudur. Söhbətdən sonra ona dedim ki, Sizinlə görüşməyimə görə xəcalət çəkirəm, çünki ruslara olan nifrətiniz gözünüzü bağlayıb, Sizin nə haqqınız var ki, 9 milyon xalqa “İlham Əliyevin ruslarla arası olmadığından o, bizim üçün xoşdur” deyə bildirəsiniz.
O cümlədən, başqa bir Estoniyalı xanım deputatla (Cənab Herkel kimi demokratiyanı dəstəkləyən siyasətçinin olduğu ölkədən belə bir deputatın Avropa Parlamentində nümayəndə olması məni təəccübləndirdi) da görüşdə əmin oldum ki, o da “kürü siyasəti”nin içindədir. Xanım deputat mənə dedi ki, xalq İlham Əliyevi sevir axı. Bu fikrinin nəyə əsaslandığını soruşduqda, o, Azərbaycanın rayonlarında əhaliylə görüşlərindən danışdı. Ona 45 yaşının olduğunu xatırladıb bildirdim ki, sovet rejimini yaşamış adam kimi bu sözə görə heç utanmırsınız? Bu misalları ona görə dedim ki, Türkiyə də daxil olmaqla, Bolqarıstan, Rumıniya və Baltik respublikalarının bir sıra deputatlarının belə mövqe tutması o qədər də təəccüblü deyildir. Məsələn, ATƏT-nin Bakı Ofisinin rəhbəri Koray Tarqayın son açıqlaması, aydın məsələdir də, o türkdür və “kürü siyasəti”nə meyllilik onu danışdıra bilər”.
Rəsul Quliyev hesab edir ki, rumınlar, bolqarlar, ruslar bu siyasətə daha meyllidirlər: “Amma Roland Kobia belçikalıdır. Mən onun tərcümeyi-halına nəzər saldım, o, Avropa Birliyi hökumətinin enerji sektorunda çalışıb, yəni Azərbaycanın enerji layihələrinin hamısının içərisində olan adamdır. Sözsüz ki, mən onun “kürü siyasəti”nin bataqlığına batdığını deyə bilmərəm, amma enerji layihələri Kobianın gözünü bağlayıb. Çox ehtimal ki, o, Azərbaycandakı fəaliyyətini yekunlaşdırandan sonra enerji layihələrinin birində çox məsul bir vəzifə verəcəklər. Bilirsiniz, Avropa Birliyinin adından belə yaramaz bəyanata görə mən onun əvəzindən xəcalət çəkirəm. Çünki Avropa Birliyinin Azərbaycan hökumətiylə bağlı çox sərt qətnamələri var, əgər səfir bu cür qətnamələrinin qarşısında belə çıxış edirsə, deməli, hər bir azərbaycanlının ondan şübhələnməyə ixtiyarı var. Başqa cür mümkün deyil, təsəvvür edin ki, Avropa Birliyinin rəhbərliyində olanların hamısı Azərbaycanda insan haqlarının pozulmasından danışır, səfir isə İlham Əliyevin şanslı olmasını bəyan edir. Bəli, Şimali Koreyanın da, Suriyanın prezidenti də şanslıdır. Bəs avtoritarizm olan yerdə, avtoritarizmin başçısı şanslı olacaq da, kim olmalıdır ki?”.
Rəsul Quliyev Kobia tipli adamlara birinci növbədə yazığı gəldiyini bildirdi: “Bu adamlar kiçik maraqları naminə 9 milyonluq xalqı satmağa hazırdırlar. İkinci, belə adamları yoxlamadan, əxlaqının hansı səviyyədə olduğunu bilmədən Azərbaycan kimi avtoritarizmin hökm sürdüyü ölkələrə səfir göndərənlərin günahları da qeyd edilməlidir”.
Natiq CAVADLI
САЛАМ РАСУЛ МУАЛЛИМ! ДОГУМ ГУНУНУЗДЕ МУБАРЕК ОЛСУН ,КЕЧМИШДЕ ОЛСА 100 ЙАШАЙЫН. СИЗИН ЗЛЕКТРОН ПОЧТУНУЗДАН БИР НЕЧЕ ДЕФЕ МАКТУБ АЛДЫМ ВА ЧОХ ШАД ОЛДУМ. ГАРАБАХ ПРОБЛЕМИ ХЕЛ ОЛМАДАН.АЗЕРБАЙДЖАНДА ХЕР ХАНСЫ БИР ДАЙИШИКЛИК ЕТМЕК ВЕ ЙА ДЕМОКРАТИК СЕЧКИДЕН ДАНЫШМАГ БУ ОЗУ БОЙУК БИР АГЫЛСЫЗЛЫГ ОЛАР,СИЗИН ЙАДАШЫНЫЗДАДЫРСА 1993 ДЖИ ИЛ ХАДИСЕЛЕРИ, БИЗЕ БЕС ЕДАР,20% ТОРПАГЛАР РУСЛАРЫН ВЕ ЕРМЕНИЛЕРИН ИШГАЛЫ АЛТЫНДАДЫ. МОСКВАДА ЕРМЕНИЛЕР,ТАЛЫШЛАР,ЛЕЗГИЛЕР РУСЛАРЫН КОМЕЙИ ИЙЛЕ АЗЕРБАЙДЖАНА ТОРПАГ ИДИАЛЛАРЫ ЕДИРЛЕР,ДУНЙА ЖУРНАЛИСТЛЕРИНИН КОМЕЙИ ИЙЛЕ,МЕНИ БУ ПРОБЛЕМЛЕР БИР ВАТАНПЕРВЕР АЗЕРБАЙДЖАНЛЫ КИМИ МЕНИ ЧОХ НАРАХАТ ЕДИР. СИЗ ЙАЗЫРСЫЗ КИ,МИЛЛЕТ ИШСИЗЛИКДЕН ДАРЫХЫР,АММА МЕНИ ОНУ ДЕЙЕ БИЛЕРЕМ КИ,ИШ ВАР СИЗ МАЛЛИЙЕ ДЖЕХЕТИНИ ТЕРЕФИНИ ХЕЛ ЕДИН,МЕНДЕ ИШИ ЙОЛУНА ГОЙУМ ГАЗАНДЖ ТЕРЕФИН,СИЗ ЙАШАДЫГЫНЫЗ АМЕРИКАДА МЕН БИЛЕН ИНВЕСТОРЛАР ДА ЧОХДУ. МЕНИ НЕДЖЕ БАША ДУШДУНУЗ? ЯРОСЛАВЛЬ:Агшин Баширов-9066393239
Вторник, 11 декабря 2012, 17:13 от “RƏSUL QULİYEV – RASUL GULIYEV” : > > > > > >Parvin Kouliev posted: “”Belə adamları yoxlamadan, əxlaqının hansı səviyyədə olduğunu bilmədən Azərbaycan kimi avtoritarizmin hökm sürdüyü ölkələrə səfir göndərənlərin günahları da qeyd edilməlidir”. “Avropa Birliyinin adından belə yaramaz b” > >
Salam rəsul müəllim,
İndiki hökümətin dini məzhəbi yoxdur ki, ne məlum, bəlkəm Roland Kobia-da rüşvət veriblər. Birdə, bu ekonomik böhranlar dünyasında, nəft olduğu yerdə, korrupsiya, rüşvət ve demokratıyanın olmamağı da məşru görünər və diktator rejimlər isə, daha demokrat görünür.