“İştirak Etməyə Nail Olsam Mən, Ola Bilməsəm Əliyev!”

1996-cı ildən ABŞ-a mühacirət etmiş Azərbaycan Milli Məclisinin keçmiş spikeri Rəsul Quliyev Azərbaycanın siyasi gündəmini diqqətdə saxlayan siyasətçilərdəndir. Açıq Cəmiyyət Partiyasının lideri habelə 2013-cü ildə prezidentliyə namizəd olacağını bəyan edib. 1990-cı illərdə Azərbaycanın siyasi həyatında mühüm rol oynamış Rəsul Quliyev 2013-cü ili hakimiyyət dəyişikliyi üçün son şans kimi görür.

Bu və digər məsələlərlə bağlı oxucularımızın suallarını cavablandırmaq üçün sabiq spikeri Sərbəst Kürsü canlı forumuna dəvət etmişik. Rəsul Quliyev dekabrın 12-si sizin suallarınızı cavablandırıb.

21:00 / 12 dekabr 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Bugünkü qonağımız iki gün əvvəl 65 yaşı tamam olan Azərbaycan Milli Məclisinin sabiq spikeri Rəsul Quliyevdir.

21:02
Emil Quliyev [moderator]: Rəsul bəy, hər vaxtınız xeyir olsun. Sizi Sərbəst Kürsüdə salamlayırıq və 65 illik yubileyiniz münasibəti ilə təbrik edirik!

21:03
Rəsul Quliyev: Sağ olun!

 

21:04
EQ: Sualların çox olduğunu nəzərə alaraq birbaşa ilk suala keçirik. Mirzə adlı oxucu soruşur:

Salam Rəsul məllim..icazənizlə belə bir sualım var. Azərbaycanın daxilindəki siyasilərin nə vaxtsa seçkiyə əl qoyub 2013-də qalıb ola biləcəkləri şansına siz inanırmısınız?

21:08
Cavab: Azərbaycan xalqı tamamilə şansını itirmiş xalq deyildir, bu günkü siyasətçilər ilə olmasa sonradan gələnlərlə olacaq, yaxşı olardı indikilər reallığı anlayıb düzgün siyasət yeritməyi bacarardılar. Hələki reallığa söykənənlərin sayı çox azdır.

 

21:10
Sual [Rəşad]: Rəsul müəllim bu “bədbəxt dövlətin” yaxın 10 ildə taleyini necə görürsünüz?

21:15
Cavab: Əgər 2013-cü ildə normal seçki atmosferi yaradılıb azad seçkilər keçirilməsə bu bədbaxt dövlətin 2020-ci ilə qədər iflasını görürəm. Bədbaxt xalqın qanının tökülməsini görürəm. Xarici ölkələrin öz maraqlarını təmin etmək üçün bu neqativ hadisələri daha da alovlandırdığını görürəm.

 

21:16
Sual [Elvin]: Rasul bey biz hemishe sizinle fexr etmiwik sonadek sizinleyik.sizin gelewinizi gozleyirik.

21:18
Rəsul Quliyev:
 Sağ olun.

 

21:20
EQ [moderator]: Adını açıqlamayan oxucu soruşur:  Salam Rəsul bəy. Məni bir sual maraqlandırır. Əgər 2013 ci il seçkisində sizin seçkidə iştirak etmək imkanınız olmazsa, sizin Mirmahmud Mirəlioğlunun namizədliyini müdafiyə etmək fikriniz olmazkı ? Əgər Mirmahmud bəyin namizədliyi keçərsə. Mən ona görə Mirmahmud bəyi dedim ki, 2003 ci ildə siz İsa Qəmbəri dəstəklədiniz yaqin ki,nəticə sizidə məyus etdi.

21:30
Cavab: İlk növbədə Mir Mahmud bəy və ya başqa birisi özü kifayət qədər dəstəyi olduğuna inanmalı və nəyin xatirinə prezident olmaq istədiyini bilməlidir. Əgər prezident seçilərsə bu işləri görə biləcəyinə əmin olmalıdır. Məsələn Qarabağı azad edəcəyəm bəyanəti ilə Qarabağı real azad etmək arasında uçurumlu fərq var. 2003-cü dəstəyin tamamilə başqa səbəbi var idi. O vaxt danışılmışdı ki,seçilmiş prezident bir il müddətində həm parlament həmdə prezident seçkiləri təşkil edir vəssəlam.Yəni müvəqqəti keçid höküməti kimi bir strukturanın yaradılmasından söhbət gedirdi. Təəssüf ki buna nil ola bilmədik. Bu dəfə real şansı olmayan heç kimə dəstək verilməyəcək. Yəni mən Azərbaycanda dərin demokratiyanın yaradılması üçün konkret və real planı olan, kimisə dəstəkləyə bilərəm. O adamın Mir Mahmud Ağa və ya bir başqasının olmasını hələ deyə bilmərəm. İdeal variantə özümə dəstək verməkdə görürəm.

 

21:31
Sual [Elçin]: Salam Rəsul bəy bu günədək Azərbaycanla arası heçdə mehriban olmayan iranın son zamanda belə yaxınlaşması hətta hərbi təlim belə keçirmək sazişini imzalamasını və azad ticarət zonasını yaratmasını nə ilə əlaqələndirmək olar? Təxmini bilirəm amma sizdən eşitmək daha maraqlı və dəqiq olardı…

21:39
Cavab: Azərbaycanın Rusiya ilə müəyyən problemləri var və onlar inkişaf etməkdədir. Bu problemlərin başında Türkmən ola bilərki Qazax və Özbək qazının xəzər dənizinin altı ilə çəkilmiş truba vasitəsilə Avropaya daşınmasına qarşı RF və İranın çıxış etməsidir. Qəbələ radiolokatorunun istifadə müddətinin uzadılmamasıda əlaqələrin kəskinləşməsindən xəbər verir. Azərbaycan İrana yaxınlaşmaqla cənubdan baş verə biləcək aqresiyadan özünü sığorta etmək istəyir. Həmin bu qaz boru kəməri vasitəsilə həm rejiminin ömrünü uzatmaq, həmdə korrupsiya və rüşvətin yeni mərhələsinə başlamaq istəyir, daha doğrusu xalqdan oğurlanmış pulların problemsiz xaricdə investisiyaya qoymasına qarant alsın.

 

21:40
Sual [Rafiq]: Salam Resul bey siz uzun zaman bu olkenin siyasetine yaxin olan adamlardan biri olmusuz.Menim size vereceyim sual mende olan umudleri oldurede biler yashadada biler. sualim beledir bu hakimyeti nece kreslodan qopartmag olar ve birde bu yaxin geleceyde bash vere bilerdmi? Teshekur edirem..

21:46
Cavab: Hakimiyyəti kreslodan qoparmağın iki yolu var.1. Hərbi yolla dövlət çevrilişi etmək. Bildiyiniz kimi bu yol adətən yeni diktatorun gəlməsi ilə qurtarır. 2.Xalqın etiraz iradəsi mitinqlərlə, insanların kütləvi şəkildə küçələrə çıxmasıdır. Azərbaycanda ikinci variantın baş verməmə şansı yoxdur, xüsusilə enerji xammalın qiymətləri aşağı düşəcəyi şəraitdə. Pessimizə qapılmaq əvəzinə əl ələ verib indiki rejimi 2013-cü il seçkilərində kreslolarından qaldırıb tullamaq lazımdır.

 

21:47
Sual [Tofiq]: Salam, Rəsul bəy! Ölkəmiz elə bir vəziyyətdədir ki, komplmentlər və təriflər yeri deyil. Görürük ki, Siz siyasətlə, iqtisadiyatla, dövlətçiliklə yanaşı, dünyanın tarixi hadisələrindən də mükəmməl səviyyədə məlumatlısınız. Dünya tarixində bizim ölkə səviyyəsində olan avtoritar, totalitar, monarxiya rejimli bir ölkədə AZAD DEMOKRATİK SEÇGİ keçirilmə halı müşahidə olunubmu? Axı bu loqikaya görə də uyğun gəlmir… belə seçgi keçirilən ölkəyə bu adlari da vermək omaz… Belə halda biz nəyə ümuduq?

Bir də ki, bəlkə, gözü diletantlar İsa bəyin spikerliyi, Elçi bəyin prezidentliyindən qorxmuş və bu gün özləri də dolanmaları üçün hakimiyyət kimi əyri yollarla pul əldə edən xalqın 80- 90%-i elə İlhamın yenidən seçilməsini istəyir?

21:53
Cavab: Sözsüz dedikləriniz həqiqətdir. Ancaq əhalinin 80-90 faizi Əliyevin seçilməsini istəyir şişirdilib. Əgər biz prezidentliyə ləyaqətli namizəd tapa bilməsək ,40 faizə yaxın doğrudanda Əliyevə səs verəcək. Məsələ ondadırki ikinci yerdə gələn maksimum 10 faiz səs toplayacaq. Seçkilərdə isə ən azı 10-12 nəfər iştirak edəcək. İndiki hökümət seçkiləri rahat saxtalaşdırmaq üçün hörməti və şansı olmayanlardan namizədlər təşkil edəcəkdir.

O ki qaldı dünyada bizim ölkə vəziyyətində olub sonradan demokratiyaya keçən ölkələrin siyahısına o çox genişdir. Yəni 20-ci əsrin 60-cı illərindən 10-larla ölkələrdə belə dəyişiklər baş verib. Meksika, Brazilya, Çili, Argentina, Kolumbiya son Ərəb ölkələrində baş verənlər, cənubi Koreya BƏƏ, Qatar və sairələri misal göstərmək olar. İndoneziya, malayziya və sair.

 

21:55
Sual [Hikmət İbrahimoğlu]: Salam Resul müellim. Bilindiyi kimi rejimin ölkemizden qacirdigi 50 milyard pulun aqibeti qaranliqlara qerq olsa da, teyinati üzre sef etdikleri deqiq ünvanlar müeyyenlesmeye baslamisdir. Bele ki, ogurlanan pullar vasitesiyle xaricde alinan mülk ve emlaklari (dasinan ve dasinmayan emlaklar) Azerbaycanin mülkiyyeti olaraq geri qaytarmaq mümkün olacaqmi? 2 ci sual: Dünyanin bir nece inkisaf etmis demokratik dövletlerinin ölkemizdeki rejimle six biznes fealiyyetleri mövcuddur ve istenilen meqamlarda bu ölkelerin bir sira diplomatlari sülale rejiminin xeyrine dolayisiyla ve ya birbasa süarlar seslendirir, ona haqq qazandirmaqdan bele cekinmirler. Bu kimi neqativ hallarin qarsisini almaq ve bu dövletlere tesir etmek ücün hansi addimlari atib, diplomatik vasitelerden istifade etmeyi düsünürsünüz? Önceden Size tesekkürlerimizi bildiririk.

22:07
Cavab: Rejimin oğurladığı pulların onların və ya övladlarının rahat yeyəcəkləri mümkün olan məsələ deyildir. Tək İran Şahı Rza Pəhləvinin taleyi göstərir ki, bu heç 70-ci illərdə mümkün olmayıb indi necə ola bilər. Ancaq o mülkiyətlərin, pulların qaytarılması çox uzun çəkən bir prosesdir. O mülkiyətlərə həbs qoyulması bir il ərzində mümkün olacaq, ancaq geri qaytarılması 10 illər uzanacaq. 2-ci sualla əlaqədar deyə bilərəmki o tip ölkələr var. Türkiyə, Fransa, qismən İtaliya, şərq Avropa ölkələri bu qəbildən olan ölkələrdir. Ancaq xalq hərəkətə gəlsə bu ölkələr bir gündə dostlarının arxasından çəkiləcəklər.

 

22:08
Sual [Hatəm Əsədov]:

Salam Resul müellim!

Bildiyiniz kimi, ABS Dövlet katibinin müavini Tomas Melia Azerbaycana sefer edib ve ölke prezidenti ile görüshüb. Görüshle bagli ona ünvalnan “Azerbaycan resmiləri ile görüslərinizde prezident seckisi erefesinde veziyyeti deyisecek hansı sehrli sözlerden yararlandınız?” sualina “Bu meseleleri Azerbaycanın yüksek rütbeli resmileri ile müzakire etdim. Onlar cözüm yollarını bilirler. Azerbaycanın problemini ne ABS cözecek, ne de basqa ölkeler – bunu yaddan cıxarmaq olmaz. Öz geleceyini Azerbaycan xalqı ve resmiler tapıb-bilmelidir. Bizim Azerbaycana yatırımlarımız var” kimi cavablandirmishdir.

Bu cavab onu demeye esas verir ki, gelen il kecirilecek prezident seckisinde evveliki illerdeki kimi, ABS ve Avropa dövletleri yenede öz maraqlarini üstün tutaraq Azerbaycanin demokratikleshmesi prossesinin daha besh il yubanmasina göz yumacaqlar?

Xalqin hal-hazirki veziyyeti yüksek faizle, 20 il erzinde hedsiz varlanan rejim qarshisinda imkansiz ve taqetsiz durumdadir.

22:16
Cavab: Məsələ ondadır ki, qərb ölkələri və ABŞ-ın maraqları Azərbaycanda demokratiyanın bərqərar olmasındadır. Məgər demokratiyalı Azərbaycan qərbin maraqlarının əksinə çıxacaq,bu ki,absurddur. İndi ABŞ maraqlarının yerinə yetrilməsi üçün məcburdu Azərbaycan höküməti ilə çirkin alver etsin. Məsələn insan haqlarını pozmağa, korrupsiya və rüşvətə kəskin reaksiya verməsin. Elə bilirsiniz bu ABŞ-ın xoşuna gəlir, yox. Ancaq bu rejimdən xilas olmaq üçün ABŞ-ın söykənəcəyi güc yoxdu ölkədə. Bu gücün konturlarının görünməsi ilə, ABŞ-ın mövqeyinin sərtləşməsi üst üstə düşəcək.

 

22:18
Sual [Şahin]: Salam Resul bey 2 sualım var 1. hakimiyyətə gəldiyiniz tədqirdə xalqımız üçün heçde fəxr sayılmıyan heyder əliyevin məzarını fəxri xiyabandan çıxarılması üçün qərar qəbul edəcəksinizmi bilirsiniz ki onun məzarından ötrü xalqımızın fəxri sayılan şəxslərin məzarlarının yeri dəyişdirilib.2. ümuiyyətlə H. Əliyevin cəsədinin həmin məzarda olduğuna inanırsınızmı.

22:28
Cavab: Ümumiyyətlə fəxri xiyaban adlandırılan yerin və orada dəfn olunanların statusu nəhayət müəyyənləşdirilməlidir. Əgər orada insanların dəfn edilməsi davam edəcəksə əvvəlcədən o insanların adları müəyyən qanunlar çərçivəsində müəyyənləşməlidir. Düşünürəm ki, komisiya yaranmalıdır və o komisiya kimliyindən asılı olmayaraq orada dəfn olanların o statusa uyğun gəlib gəlmədiyi müəyyənləşdirilməlidir. Düşünürəmki orada dəfn olunların 90 faizi o statusa uyğun gəlməyəcək.Meyitləri çıxarmamaq üçün qohumlarının qəbrini orada saxlamaq istəyənlərə imkan verməliyik ki, məsələn ildə yer haqqı qəbrə qulluq etmək haqqı kimi 10 min manatdan tutmuş 1 milyona qədər pul ödəməlidir və ya qohumunun qəbrini başqa qəbrstanlığa keçirməlidir. Çox ehtimal H.Əliyev bu qrupa daxil olacaq. Həmçinin atasının məsələn qəbrini orada saxlamaq istəyənlərin nəzərinə çatdırılacaq ki,qəbr daşının üstündə atasının xalqa qarşı törətdiyi bütün cinayətlər yazılacaq.

 

22:30
Sual [Ədalət]: Salam! Rəsul müəllim, siz necə düşünürsünüz, ilk öncə vahid namizədi müəyyən etmək üçün indiki müxalifət liderlərinin keçmişdən indiyəqədərki mövqeyini nəzərdən keçirib vahid müxalif mövqeli lideri üzə çıxarmaq lazım deyilmi?
Məncə, buna razı olsalar yeganə şəxs siz olacaqsınız.

22:40
Cavab: Mənim yeganə namizəd kimi düşündüyünüz şəxslər tərəfindən dəstəklənib dəstəklənməməsinin elə bir fərqi yoxdur. Mən Azərbaycana gəlib seçkilərdə iştirak etmək istəyirəm. Mənim Azərbaycanı tamamilə başqa bir Azərbaycan etmək niyyətim və planım var. Mənim kimlərləsə məni dəstəklə baş nazir və ya nazir və ya kimsə olacaqsan kimi alver etməyə nə həvəsim var nə də əxlaqım imkan verməz. Çünki mənə kreslo ancaq ideyalarımı keçirmək üçün lazımdır.Bu işdə mənə kömək edə bilməyənlə istənilən variantda işləyə bilmərəm.Bir çoxlarının özlərini real yox miraj prezident kreslosunda görməsi xalqa heç vaxt xidmət edə bilməz. Başqa sözlə heç vaxt kimlərləsə vəzifə alveri üzərində qurulmuş danışıqlar aparmaram.

 

22:41
Sual [Razi Nurullayev]: Xalq birlik və vahid namizəd axtarışındadır. Çətinliklər var. Xalqı siz də hərdən qınayırsınız ki, ayağa qalxmır, mitinqə çıxmır. Haqlısınız. Azərbaycnada kifayət qədər siyasətçilər də bu cür düşünür. Amma, məncə xalq elə həmin xalqdır ki, yüz minlərlə meydanlara çıxırdı və tankın tırtılları altına uzanırdı. Heç hərdən özünüzə sual verirsinizmi ki, bu xalqa birdən-birə nə oldu? Bu xalq niyə üz döndərdi? Xalq, bir çoxları təsdiq edir ki, həm iqtidardan, həm də müxalifətdən üz döndərib. Bununla yanaşı, müxalifətin xalqı öz tərəfinə çəkmə ehtimalı tam tükənməyib. Potensial çoxdur. Onu inandırmaq lazımdır. O müxalifətin səmimiliyinə inanmalıdır. Bu inam olmasa, 2013 çətin olacaq. Bu inamın ayranması üçün birlik lazımdır. Birliyin başında xalqın inandığı, ziyalıların istədiyi, hamının pis-yaxşı qəbul edəcəyi bir lider olmalıdır. 2013 yalnız iqtidar üçün yox, həm də müxalifət üçün bir imtahandır. Bunun üçün nələr edə bilərsiniz? Gələcəyi necə görürsünüz?

Hörmətlə,

Razi Nurullayev,
AXCP sədrinin xarici əlaqələr üzrə müavini

22:52
Rəsul Quliyev: 100 minlərlə çıxan xalqla nə baş verdi indi belə passivləşib sualını verirsiniz və sonra qeyd edirsinizki xalq həmin xalqdır. Birincisi xalq həmin xalq deyildir. Çünki 1990-cı ilin yanvarından sonra xalq demək olarki bir dəfədə ayağa qalxa bilmədi. 1991-ci ildə SSSR-i tərkibində qalmaq istəyirsən referendumu,avqust putçundan sonra Mütəllibovun özünü prezident elan etməsində heç bir müqavimət göstərmədi.Xalq niyə passivləşdi.Gördükü önun özünü tankın altına atması heç bir xoşbəxtlik gətirmədi. Müxalifətin xalqı öz tərəfinə çəkmək imkanı tükənməyibsə niyə istifadə etmir,kim mane olur.O çox potensialdan niyə istifadə edilmir. Birliyin başında sadaladığınız keyfiyətlərə malik lider dayanmalıdır. Daha doğrusu saydığınız qruplar elan etməlidirki filan vaxtdan filankəs bizim liderimizdir. Siz bilirsiniz ki,lideri seçmirlər o elan olunmamış liderlik statusunu özünün keçmişi və bu günü ilə qazanır. Bunun üçün məni dəstəkləyənlərin qondarma yox real lideri olmaq istəyirəm. Özümə və silahdaşlarıma lider axtarışında deyiləm.

[Razi Nurullayev]Cavabınız sarkazm və təkzibdən ibarət oldu və təbii ki, məni qane etmədi. Fikirlərinizə hörmət etməklə yanaşı, deməliyəm ki, sizin cavablarınız və yanaşmanız ziddiyyətlidir. Məncə, lider siyasətçi hər bir məsələnin fövqündə dayanmalıdır. AXCP-ni təmsil edirəm və bu gün bu partiya Azərbaycan xalqının mübarizə simvoluna çevrilib. Onun sədri ən çox məhrumiyyət yaşayan siyasətçilərdən biridir. Bununla bərabər, birlik üçün əlindən gələni edir və hər bir bəyanat və yanaşmasını yüz ölçərək bir biçir. Xalqın birliyi naminə. Ümid edirəm ki, sarkazmlı yanaşmanız bəzi zamanlarda sizinlə bağlı verdiyim açıqlamalar olub. Həmişə sərhədləri gözləmişəm və doğru bildiyimi demişəm. İddia etmirəm ki, mən hər şeyi doğru bilirəm. Amma, yenə də deyirəm ki, iddialı siyasətçi bir çox məsələlərin fövqündə dayanmalıdır. Uğurlar arzulayıram və ümid edrəm ki, vətənə də tezliklə dönərsiniz.

 

22:52
Sual [Nailə Hüseynzadə]: Növbəti prezident kim ola bilər?

22:53
Cavab: İştirak etməyə nail olsam mən, ola bilməsəm Əliyev.

 

22:54
Sual [Salman Əliyev]: Salam Rəsul müəllim! Rusiya Azərbaycanda kecirilən bütün seckilərə güclü dəstək verib. Seckilərin nəticələrini taniyan ilk dövlət olub. Sizcə 2013-ci ildə keciriləcək seckidə yenə bu hakimiyyətə dəstək verəcəkmi?

22:57
Cavab: Rusiyanın seçkilərin saxtalaşdırılmasına dəstək verməsinin nə isti soyuğu var bilmirəm. Rusiya kim udsa istənilən variantda onada dəstək verəcək.

 

22:58
Emil Quliyev [moderator]: Rəsul bəy, Sərbəst Kürsüdə iştiraka görə minnətdarlığımızı bildiririk!

22:59
Rəsul Quliyev: Sizdə sağ olun!Sürətiniz zəif idi, yoxsa daha çox sualları cavablandıra bilərdim.

 

23:00
EQ: Demək olar ki, daxil olan bütün suallara cavab vermək imkanımız oldu. Bir daha təşəkkürlər.
Mən eyni zamanda forumda iştirak edən oxucularımıza da təşəkkürümü bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək…

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

6 Cavab to ““İştirak Etməyə Nail Olsam Mən, Ola Bilməsəm Əliyev!””

  1. Rəsul müəllimin müsahibəsində verilən suallar qismən maraqlı oldu,cavablar da məzmunca öz əksini tapdı.Lakin mənim üçün maraqlı və xalqımızın ən acınacaqlı vəziyyətində ayaga qalxmamasına səbəb arayan AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayeven sualı daha çox düşündürdü.Onunla şəxsi tanışlıgım olmasa da tez-tez yazılarını oxuyuram və ona Azərbaycan vətəndaşı kimi hörmətim var.Onun Rəsul müəllimə verdiyi suala aid öz şərhimi,fikirimi bildirmək isəyirəm.Fikirmcə Razi Nurullayevin sualında qismən özünün cavabı da əksini tapıb.Onun: “Xalq, bir çoxları təsdiq edir ki, həm iqtidardan, həm də müxalifətdən üz döndərib” deməsi sübut edir ki,dogrudan da xalqın iqtidar qədər də müxalifətinə nifrəti var.Lakin Razi bəy hlə də düşünür ki, müxalifətin xalqı öz tərəfinə çəkmə ehtimalı tam tükənməyib. Potensialı çoxdur.Mən düşünürəm ki,Razi bəy yanılır.Hansı potensialdan söhbət gedə bilərki,düz 20 ildir təmsil olundugu AXCP,eyni ilə Müsavat,indi isə yaratdıqları İP bu xalqın birliyi üçün hansı addımları atıb?İkinci isə rəhmətlik Elçibəyin yaratdıgı AXCP-ni parçalayıb (İ.Agazadə,Q.Həsənquliyev,F.Qəzənfəroglu,Ç.Qənizadə,H.Hacıyev,F.Agamalılara)böləndə İsa Qənbər kimi hiyləgərin felinə uyub İP deyilən bir məhvum yaratmaqla xalqdan dönüş gözləyirdilər,yoxsa özlərinə qarşı nifrət?Mən həmişə şərhlərimdə yazmışam,yenə də fikirimdə qalıram.Bu gün xalqı öz acı,faciəli taleyi ilə barışmasına məhkum edən İsa və Əli bəydir.Eyni zamanda yalançı hay-küyləri ilə bu iqtidarın ömrünü uzadan da bu ikisidir. İP Koordinasiya Şurasının son iclasında artıq öz məkrli çıxışı ilə özünü vahid namizəd adlandıraraq,«Müsavatın bu qərarı qətidir və dəyişdirilməsi müzakirə mövzusu ola bilməz»,deyən İsa bəy bununla da qəbrini qazdı.Bu iddiası ilə o öz simasını açıb xalqa görsətdi.İsa bir vaxtları hakimiyyətdə ikinci şəxs olub,bəs xalqa nə xeyiri dəyib.İndi isə məkrlə prezidentlik iddiasındadır.O gözəl bilir ki,prezident ola bilməz,sadəcə ara qarışdırır ki,iqtidadın ömrünü uzatsın.Çünki ona bu sərf edir.Hər seçkidə milyonlar alır,”başqan”kimi yaşayır,məgər bu onun üçün bəs etmir?Bu hoqqabazlıqları görən xalqın müxalifətə inamı ola bilərmi?Bu inamın yaranması üçün birlik lazımdır,əks təqdirdə Razi müəllimin dediyi kimi 2013 həqiqətən çox çətin il olacaq.Axı bunu Razi müəllim özü də çox gözəl bilir. Lakin o,Rəsul müəllimin cavabını sarkazm və təkzibdən ibarət,qərəzli oldugunu söylədi.Eyni zamanda bildirdi ki,onun sədri Əli bəy birlik üçün əlindən gələni edir və hər bir bəyanat və yanaşmasını yüz ölçərək bir biçir.Görəsən Razi bəy Əli bəyin hansı birlyindən danışır?İsa bəylə yaratdıgı İP-nın birliyindən?Hansı ki,xalq bu birliyə nifrət edir.
    Razi bəyin söylədiyi “Birliyin başında xalqın inandığı, ziyalıların istədiyi, hamının pis-yaxşı qəbul edəcəyi bir lider olmalıdır”ifadəsi gözəl deyimdir.Amma bu ifadəyə dolgunluq gətirən Rəsul müəllimin “Siz bilirsiniz ki, lideri seçmirlər o elan olunmamış liderlik statusunu özünün keçmişi və bu günü ilə qazanır. Bunun üçün məni dəstəkləyənlərin qondarma yox, real lideri olmaq istəyirəm”arzusu idi.
    Yüz faiz əminəm ki,razi bəy özü də gözəl bilir ki,2013 yalnız Rəsul Quliyevin iştirakı ilə ugur qazana bilər.Amma paxıllıq,özündən razılıq bu millətin çırasını söndürüb,özünü də bu günkü kimi çöllərdə qoyub.Bu paxıllıqlar olmasa Rəsul Quliyevin başçılıgı ilə 2013 də xalq qalib gələr və öz xoşbəxtliyinə nail olar.Xalq məntiq və düşüncə ilə fikirləşə bilsə mənim dediklərimlə razılaşar!

  2. Azərbaycanda müxalifət partiyalarının sədrləri qəribədir ki,biri-birinin sirlərini,daha dogrusu kimin hansı məssəbə qulluq etməsini gözəl bilirlər.İ.Agazadə,Q.Həsənquliyev,H.Hacıyev,F.Qəzənfəroglu,F.Agamalı və s. hakimiyyətə qulluq edən partiya liderləri haqqında nə desələr yapışar.Məlumdur ki,bu bəylər nəinki partiyaların,hətta xalqın birliyinə əngəl yaradarlar.Bəs İP öndərləri sayılan İsa Qənbər və Əli bəy kimə qulluq edir?Əgər 20 illik təcrübəsi olan bu öndərlər xalqı ətraflarına çəkə bilmirlərsə bunun bir mənalı olaraq bir səbəbi var.Və bu gündə birlik haqqında fikirdən yayınan bu bəylərin DQMM ilə birləşməməsi də bir daha bunu sübut edir.Amma hər ikisi də prezident seçkisində namizədliyini verməkdə iddialıdırlar.Belə çıxır ki,müxalifətdə təcrübəli olan bu bəylər görünür bu məkrləri ilə iqtidarın ömrünü uzatmaqda maraqlıdırlar.Axı təcrübəli bəylər çox gözəl bilirlər ki,birlik olmadan bu iqtidara qalib gəlmək mümkün deyil.Bununla da nəticəyə gəlmək olar ki,bəylər yenidən iqtidarın 20 ildə ömrünü uzatmaga meyillidirlər.Çünki 20 illik təcrübələri artıq bu fikiri sübut edir. O zaman S.Calaloglu,M.Fəttayev,əlizadə qardaşları və digər partiya sədrləri haqqında nə düşünək?Onlar nə üçün DQMM ilə birliyə qatılmırlar?Yəni belə çıxır ki, bəylərin filankəs filankəsə işləyir biri-birinə söylədikləri ittifamlarda bir həqiqət var.Görünür xalqın bu bəylərə inanmamagının əsas səbəbi məhz bu olaydır.Lakin ətraflarında 50-60 nəfər belə olmayan bu bəylərin hamısı prezidentlik iddiasındadır.Özləri kimi bütün xalq da gözəl bilir ki,bu iddiada olmaqlarına baxmayaraq xalq heç zaman onlara dəstək verməz.
    Mən belə qənaətə gəlirəm ki,bu gün iqtidara ən güclü müxalifət yalnız Rəsul Quliyevdir.İqtidarın ona qarşı düşmənçilik mövqeyi də əsas faktdır.Eyni zamanda yeganə şəxsiyyətdir ki,mükəmməl savadı,idarəçilik,dövlətçilik bacarıgı,həyat təcrübəsi,xalqını azad,xoşbəxt görmək istəyi,20 ildir xalqı talayan bu iqtidarın devrilməsini ciddi maragı olan məhz Rəsul Quliyevdir.Gəlin ona ugurlar arzulayaq və yumruq kimi xalqının firavanlıgı düşünən Rəsul Quliyevə dəstək verək!

  3. Rəsul bəyə verilən sualları və cavablarını burdanda baxa bilərsiniz . http://www.youtube.com/watch?v=ourLUrkW44o

  4. Vladimir Jirinovski çıxışında deyirki,neçə ki Leninin cəsədi movzeleydən götürülüb torpaga tapşırılmayıb dünya ictimaiyyəti inana bilmir ki,Rusiyada yaxşılıga dogru dəyişiklik olsun.Dəlidən dogru xəbər.Nə yaxşı ki,Ulunu vaxtında torpaga tapşırdıq,yoxsa insanlar o xofdan ümumiyyətlə ayıla bilməzdilər.Deməli millətin azadlıgı ugrunda ayaga qalxmaga potensialı var…..

  5. NATO-nun baş katibi Anders Foq Rasmussen bu gün bəyan edib ki,Əsəd rejiminin məhvi sadəcə zamana bağlıdır və bu rejim sürətlə öz sonuna yaxınlaşır. Bir vaxtları Qəddafi haqda da belə deyilirdi.Əlbəttə ki,Qərb tələsmir,qırılan qoşundandır.
    Əsas məsələ odur ki,B.Əsədin sag əli bizimkilərin başına!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: