DİKTATORUN PORTRET CİZGİLƏRİ – 2

Əvvəli

Bunlar onun nəyinə lazımdır?

Hər şeydən əvvəl, ona görə ki, diktatorun hakimiyyəti illərində onunla birgə cinayətlərdə iştirak edən dövlət xadimləri daha üzüyola və simasız olurlar. Sadə xalq üçün əlçatmaz olan vəzifə kreslosu və yaxşı yaşayış naminə, onlar yeni və daha da ağır cinayətlər törətməyə hazır olan quldur dəstəsinə çevrilirlər.

İkincisi, diktatorun gedişindən sonra xalqın qəzəbindən qorxaraq yeni diktator axtarışı yolunda var-qüvvələri ilə istənilən addımı atırlar ki, rejimin ömrü uzansın.

Buna baxmayaraq, onların məqsədi axıradək həyata keçmir, cəmiyyət diktatorun qeyri-insani ağlı ilə onun üçün hazırlanmış sxemin irəliləməməsi üçün özündə güc tapır. Bir qayda olaraq, icraçıların taleyi tiranın taleyindən yüngül olmur. Hətta əgər əvvəlki diktator yenisi ilə əvəzlənirsə, onlar ya total məhvə məhkum olur, ya da xalqın nifrətinə və şərəfsiz aqibətə düçar olurlar. Paradoks ondan ibarətdir ki, H. Əliyevlə birgə çalışan dövlət məmurlarının və hüquq-mühafizə orqanları əməkdaşlarının 70%-ə qədəri adi halda tamamilə vicdanlı və ləyaqətli adamlardır. Onlar ürəklərində və fikirlərində xalqın taleyi ilə yaşayırlar. Lakin yırtıcı rəhbərin toruna düşəndə iradəsizləşir, bioloji mimikriya prinsipinə tabe olmaqla yalnız uyğunlaşmağa və qorunmağa çalışırlar.

Hakimiyyətin saxlanması naminə H.Əliyev ölkənin və xalqın taleyini düşünmədən hər vasitəyə əl atır. Xalq, onun inkişafı, müstəqillik kimi kateqoriyaları hesaba almır. Hakimiyyət naminə nəinki indiki nəslə, ən azı, sonradan gələn 5-6 nəslə məxsus sərvətləri hərraca qoyur, “təki ona dəyməsinlər” deyə başqalarının xeyrinə ölkənin maraqlarını qurban verir, doğma torpağının sinəsinə və insanların ürəyinə silinməz yaralar salır.

H.Əliyev bütün normal ölkələr üçün xarakterik olan orta təbəqəni məhv etmək xətti götürüb. O, təcrübəli bir diktator kimi, anlayır ki, orta təbəqənin əksəriyyət təşkil etdiyi cəmiyyətlərdə diktatura rejimini möhkəmləndirmək və əhalini iqtisadi ehtiyacdan müti vəziyyətə salmaq mümkün olmur. Həmçinin onu da yaxşı bilir ki, orta sinfin mütəşəkkil çıxışı ac kütlənin qeyri-mütəşəkkil üsyanından daha təhlükəlidir. Buna görə totalitar cəmiyyətin sosial strukturunu iki sinfə – bütün əhalinin 1-2 faizini təşkil edən bir ovuc imtiyazlı adamlara və elitanın yaşayış şəraiti ilə müqayisədə dilənçi vəziyyətində sürünən (98-99 faiz) əsas kütləyə müncər etməyə cəhd göstərir.

Üzvləri imtiyazlı sinfin nümayəndələri olan böyük bir Ailənin (əlbəttə, hərfi mənada deyil) kultu yaradılır. Əsas prinsipləri korrupsiya, dövlət əmlakını mənimsəmə, varlanma cəhdi olan bu “Ailə” qapalı tipli klandır. Əhalinin sürünən hissəsinin nümayəndələri oraya buraxılmır. Belə qadağanın məntiqi çox sadədir: hətta yüngülvari varlanmış “özgə” öz vəsaitini “Ailə”yə qarşı çevirə bilər. Buna görə də “artıq”lar (daha doğrusu, “Ailə”nin “artıq” kateqoriyasına aid etdiyi şeylər) xalqın əlindən alınır, xalqa isə yalnız bir başlıca funksiya – ağasına sadiqcəsinə köləlik etmək funksiyası verilir.

Müstəqilliyinin 6 ili ərzində ölkədə bir dənə də olsun azacıq tanınmış Azərbaycan firması üzə çıxmadı. Əksinə, yenidənqurmanın başlanması ilə təzəcə ayağa qalxan və dünya üzrə də olmasa, İttifaq miqyasında bir çox investisiya və maliyyə layihələrində iştirak etməyə başlayanlar, praktik olaraq tamamilə məhv edildilər. Yüksək intellektual potensiala malik minlərlə gənc azərbaycanlı biznesmen və kommersant, işgüzar adamlar ümidverici bir şey görmədiklərindən vətəni tərk etdilər.

Bu, nədən baş verir?

Ölkələrin inkişafının və xalqların tərəqqisinin təbii ehtiyatlarla çox az bağlı olması və onların özlüyündə bir xalqı xoşbəxt etmədiyi artıq bütün dünyaya bəllidir. Millətin əsas sərvəti onun intellektual potensialıdır. Lakin əhalinin intellektual səviyyəsi, ziyalıların sayı çox olarsa, totalitar rejim üçün təhlükə də bir o qədər yüksək olar. Buna görə də belə adamlardan yaxa qurtarmaq H.Əliyevin əsas məqsədlərindən birinə çevrilib. Çünki ziyalısız xalqın sərvətini mənimsəmək və onu itaətkar kütləyə çevirmək o qədər də çətin olmur. H.Əliyev təkcə insanların qürurunu və ruhunu boğmur, təbiəti də zorlayır, təbii ehtiyatları vəhşicəsinə istismar edir.

Bu gün Azərbaycanda xeyli problemlər yığılıb. Lakin dünyanın bütün ölkələrinin aparıcı qəzetlərinin və informasiya bülletenlərinin birinci səhifələrində yer verilən bəlkə də əsas mövzu Böyük Britaniya, ABŞ, Fransa, Norveç, Türkiyə, Yaponiya, İran və Rusiyanın əsas neft şirkətləri ilə Azərbaycan hökumətinin bağladığı beynəlxalq sazişlər əsasında Xəzər dənizi regionunda neft yataqlarının tədqiq edilməsidir.

Son bir neçə ildə imzalanmış “tarixi müqavilələr”ə görə kəşfiyyat işlərinə, müvafiq olaraq 3 milyard ton, yaxud 24 milyard barrel neft hasil etmək iqtidarında olan neft yataqları xarici neft şirkətlərinin ixtiyarına verilib.

Azərbaycanda neft yataqlarının istifadəsinin 100 ildən artıq tarixi ərzində 1 milyard ton neft hasil edilib ki, bunun da 20 faizi respublikanın daxili tələbatının ödənilməsinə sərf olunub, qalan hissəsi bütünlüklə əvvəlcə Rusiyanın, sonra isə Sovet imperiyasının sərəncamına verilib.

Nəzərə alsaq ki, bu gün Azərbaycana öz ehtiyaclarını ödəmək üçün ildə 10 milyon ton xam neft lazımdır, onda aydındır ki, 1 milyard ton neft Azərbaycanın, təqribən, 100 illik ehtiyaclarının təmin olunmasına kifayətdir. Bəs onda XX və XXI əsrin aralığında tez-tələsik “Əsrin müqavilələri”ni imzalayıb azərbaycanlıların gələcək nəsllərinə məxsus təbii ehtiyatları 30 il ərzində dünyanın ehtiyaclarına sərf etmək nəyə lazım imiş?!

Kim cəsarət edib müəyyənləşdirə bilər ki, hansı təbii ehtiyatlar 10, 20, 50 ildən sonra dünyaya gələn Azərbaycan vətəndaşları üçün vacib olacaq? Yəqin ki, dünya tarixində hələ belə bir şey olmayıb, hətta totalitar cəmiyyətlərdə sonrakı üç yüz illikdə yaşayacaq nəslin sərvətinin bu cür hərraca qoyulduğu müşahidə olunmayıb.

Axı bu, necə baş verə bilər? Əsas təyinatı və borcu cəmiyyət və gələcək nəsil qarşısında demokratik sistem qurulması, söz və vicdan azadlığının təmin edilməsi, insan hüquqlarının müdafiəsi olan dövlət özünü təbii ehtiyatların israfına necə həsr edə bilər?

Hələ də sübut etməyə çalışırlar ki, “əsrin müqavilələri” xoşbəxtlik və tərəqqi gətirəcək. Nə vaxt?! Kimə?!

Neft ehtiyatlarının xarici şirkətlərin mülkiyyətinə verilməsi heç də real neft hasilatı demək deyil.

Bəli, belə bir mənzərə tamamilə mümkündür: 100, 200 min ton Azərbaycan nefti ixrac olunur, camaat şadyanalıq edir, quzular qurban kəsilir, müdrik rəhbərin şərəfinə badə qaldırılır. Neft selini gördükdə, sadəlövh azərbaycanlı boş ciblərindən gələn pul-para səsi eşidir, neft axınının əvəzində qəpik-quruş alır. Hadisələrin birinci hissəsinin belə olması tamamilə mümkündür. İkinci – əməli hissə ancaq xoş yuxu olaraq qalacaq.

Bəsdir xəyallarla yaşadıq, acı həqiqəti etiraf etmək lazımdır – Azərbaycan heç vaxt əsas neft ixracatçısına çevrilməyəcək. Yaddan çıxarmaq olmaz ki, bu gün hasil edilən neftin həcmi dünya birliyinin dəqiq tələbatına uyğun olaraq, ildə 3,2-3,5 milyard ton təşkil edir. Son 10 il ərzində bu rəqəm artıb-azalma istiqamətində nəzərəçarpacaq fluktuasiyalar olmadan dəyişməz qalır. Belə ki, yaxın illərdə xüsusi artım gözlənilmir, əksinə, neft hasilatının azalması meyli mümkündür: inkişaf etmiş ölkələrdə çıxarılan neftin həcmini azaltmaq məqsədi ilə intensiv şəkildə alternativ enerji mənbələri tədqiq olunur. Bundan əlavə, İran körfəzi ölkələrinin və onun qonşularının imkanlarını da hesaba almamaq olmaz. Bu ölkələrdə hasil olunan neftin maya dəyəri, həm də nəqlolunma qiyməti Xəzər regionu ölkələrindəkindən iki dəfə aşağıdır.

Əgər nəzərə alsaq ki, İran demokratiya istiqamətinə doğru inkişaf edir, İraqdakı totalitar rejim isə özünün son mərhələsini yaşayır, onda dünya bazarına ucuz qiymətə əlavə olaraq, 5 yüz milyon ton neft atılacağına real imkan yaranır. Bu rəqəmə 100-150 milyon ton Rusiya, 50 milyon ton Qazaxıstan, 20 milyon ton Özbəkistan, 100 milyon ton Cənubi-Şərqi Asiya və bu qədər də Cənubi Amerika ölkələrində çıxarılan nefti əlavə etsək, asanlıqla başa düşmək olar ki, Azərbaycanın və ümumiyyətlə, istənilən ölkənin yalnız neftə istiqamətlənmiş iqtisadi siyasəti iflasla yekunlaşa bilər. Deyilənlər həqiqət olduğundan, sual yaranır: nəyə görə belə siyasət yeridilir?

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

7 Cavab to “DİKTATORUN PORTRET CİZGİLƏRİ – 2”

  1. Elşad Abdullayevin video yazıları sübur etdi ki,deputat mandatı pul ilə satılır.Eldar Namazovun deputatlıgının ləgv edilməsi,sonradan isə Avropa Məhkəməsinin işə baxıb Eldar Namazovun xeyirinə 15 min avro həcmində kompensasiyanın ödənilməsi barədə qərarı bir daha təstiqləyir ki,bu hakimiyyət başdan ayaga saxtakardır.Vallah sivil əlkələrdə insanlarda abır-həya var və dövlət qanunları işlədiyindən dərhal saxtakarlar istefaya gedərdilər.Ümumiyyətlə başda prezident olmaqla hakimiyyət istefaya getməlidir.Bunlar isə könüllü getməyəcəklər,yalnız xalq ayaga qalxıb istefa tələb etməlidir.
    Bütün bu faktlar dünya demokratlarına yazılı halda izah olunmalıdır.

    http://azadliq.info/siyast/24901-elad-abdullayevdn-noevbti-ok-videolar.html

  2. Bəxtiyar Vahabzadə.
    Millətim

    Niyə bu günə düşdün
    Ay mənim məmləkətim?
    Özümə düşmən olub
    Aşıb-daşan sərvətim.

    Bir vaxt sən də xan idin,
    Vaxta hökmüran idin,
    Dövlətlər quran idin,
    İndi sənə nə oldu
    A qullaşan millətim?

    Daşından da zər bitər,
    Yeddi arxana yetər.
    Dilənçidən beşbetər
    Yoxsullaşan millətim.

    Namusuyla, arıyla,
    Keçdiyi yollarıyla,
    Böyük oğullarıyla
    Oğullaşan millətim.

    Savaş hünərləriylə,
    Qəhrəman ərləriylə,
    Böyük zəfərləriylə
    Nağıllaşan millətim.

    Dəmir qıran dişiylə,
    İgidlik vərdişiylə,
    Öz şanlı keçmişiylə
    “Sağollaşan” millətim.

    Bu xalqın öz övladı
    Öz-özünü ovladı.
    Səbrini buxovladı
    Səbri daşan millətim.

    Necə dözdün bir belə
    Müsibətə, müşkülə?
    Çəkdiyi sitəm ilə
    A yollaşan millətim?

    Nə gündəsən, nə gündə?
    Qor qalmayıb külündə.
    Qeyrətsizlər əlində
    Bu gün çaşan millətim.

    İstəyirəm çaşmaya,
    Dərdiylə yollaşmaya,
    Bir daha qullaşmaya
    Xan oğlu, xan millətim.
    Ayaga qalx Azərbaycan,qürura gəl,milliliyini bildir.Bundan artıq aşagılanmaq olmaz,dünya bizə gülür,biganəliyimizə heyifslənir,dünya demokratları axışıb gəlib dəstək verir,bunu niyə anlamırıq görəsən?Bu gün qalxmasaq,sabah gələcək nəsillər bizi bagışlamaz!

  3. Məmməd Araz
    BİZİ VƏTƏN ÇAĞIRIR!

    İndi bizim ölümlə,
    Çarpışan çağımızdı.
    Ölümün boğazından,
    Yapışan çağımızdı.
    Ölümlə tərcümansız
    Danışan çağımızdı.
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!

    Bu, ölüm – qan yoludur,
    Ölümdən, qandan keçir.
    Bir qolu da qıvrılıb
    Azərbacyandan keçir.
    Dövran bizdən bac alır,
    Şöhrət bizdən yan keçir.
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!

    Bu yolda əyilənə:
    “Ölüm haqdı”, – deyirik.
    Əbədi məzarımız
    bu torpaqdı, deyirik.
    Vətən göyü dəyişməz
    Göy bayraqdı, deyirik.
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!

    Bu, səhra məhkəməsi,
    Bu, onun qərarıdı:
    “Bircə addım arxada
    Son ümid divarıdı!”
    Bu yurdda yaşamağa
    Haqqı yox, – fəraridi!”
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!

    Gücünə qəzəbini,
    zəhmini də qata bil,
    Düşmənin marığında
    pələng kimi yata bil.
    Bu dağları baba bil,
    Bu daşları ata bil!
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!
    Bizi Vətən çağırır!!!

  4. Əlkədə baş verən cinayətlər,saxtakarlıqlar haqqında nəin ki xalq,artıq dünya bilir.Amma Elşad Abdullayevin video yazıları bir daha sübut etdi ki,hakimiyyət başdan ayaga cinayətkar,saxtadır.Bu gün müxalifəti təmsil edən bütün deputatlar etiraz olaraq istefaya getməlidirlər və mandatlarını həqiqətən xalq tərəfindən aldıqlarını sübut etməlidirlər.Buna bütün dünya demokratları da düzgün qiymət verər.Xalq da bilər ki,səs verdiyi deputatlar kreslonu yox,xalqın manafeyini üstün tutur.Amma inanmıram istefa versinlər,axı müsəlmandılar.

  5. Ay Vetendas sen hansi parlamentdeki muxalifeti deyirsen???Milli Meclisde 1 neferde olsun muxalifetin deputati yoxdu…

Geri izləmələr/Geri bildirişlər

  1. DİKTATORUN PORTRET CİZGİLƏRİ – 3 | RƏSUL QULİYEV - RASUL GULIYEV - Yanvar 7, 2013

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: