“Bütün demokratik qüvvələr bir araya gələ bilsə, onda Rəsul Quliyevin də Azərbaycana gəlməsi və burada prezident seçkilərində iştirak etməsi imkanı yarana bilər, Əli Kərimlinin də pasport problemi həll olunar”.
“Hakimiyyət bu adamların həqiqətən də prezidentliyə real namizəd olduğunu bilir”.
“Ya hərəkat, yaxud da mərkəz halında yeni bir qurum yaranmalıdır”.
–Hacıbaba müəllim, bildiyiniz kimi bir neçə gün əvvəl 8 müxalifət partiyası “Asiman” restoranında bir araya gəlmişdi. Bu görüşdən hansı gözləntiləriniz var?
-Əvvəlcə onu deyim ki, oradakı görüş kiminsə istəyi ilə olub. Kimsə istəyib ki, o toplantıda müəyyən adamlar olsun. Ona görə də göstəriş alan adam müvafiq adamları dəvət edib. Azərbaycan müxalifəti oraya yığışanlardan ibarət deyil. Elə partiyalar var ki, əli heç kimin cibində deyil, amma o görüşə dəvət olunmayıb. Bu görüşü kimin sifariş verdiyini də bilirəm. Oraya ABŞ səfirliyinin dəvət etdiyi partiyalar çağırılıb. Onların arasında çox yaxşı münasibətim olan adamlar da var. Orada prezidentliyə layiq insanlar da, yaxud onları təmsil edən insanlar da var. Bunları qəbul edirəm. Amma dost da olsa, deməməlidir ki, hamını çağırmışam. Biz hörmət qoyub susuruq. Hamının bir araya gəlməsindən ötrü bu məsələləri qabartmırıq. Hamı hərəkətlərinə fikir verməlidi. Elə buna görə də millət zəlil günündədi, özlərinin vəziyyəti millətin günündən də pisdi. Görüşdə iştirak edən çox hörmət bəslədiyim Rafiq Əliyev mətbuatda onlara çox gözəl cavab verib. Mən də etiraz edirəm onlara. 20 ildir ki, bu vətəni, xalqın mənafeyini öz ambissiyalarına qurban veriblər. Bundan sonra dözməyəcəm, onların adlarını bir-bir açıqlayacağam.
-İstiqlaçı Deputatlar Məclisi olaraq müxalifətin birliyi istiqamətində sizin hansısa planlarınız varmı?
-Bizim çox planlarımız var, təkcə müxalifətin birliyi üçün yox, eləcə də bu hakimiyyətin dəyişilməsi üçün də. Xalqın iradəsinə əsaslanan legitim hakimiyyətin qurulması ilə bağlı planlarımız var və bu istiqamətdə də tədricən işimizi aparırıq. Bilirsiniz ki, bu yaxınlarda Milli Məclisin qeyri-legitim olması haqqında çox əsaslı bir sənəd ortaya qoyduq. İndiyə qədər deyirdilər ki, guya Milli Məclisin buraxılması ilə bağlı mexanizm yoxdur. Amma biz əsaslandırdıq ki, o mexanizm var. 44-45 nəfərin mandatının saxta olmasını əsaslandırmaq çox asandı. Milli Məclis icra hakimiyyətinin quyruğunda sürünür və Prezident Adminstrasiyasından gələn göstərişləri yerinə yetirir. Təkcə Milli Məclis yox, ümumiyyətlə bu hakimiyyət istefa verməlidi.
-İstiqlalçı deputat kimi, bir ziyalı kimi necə düşünürsünüz, xalqı 20 illik bu rejimin əlindən xilas etmək üçün hansı liderin ətrafında birləşmək olar?
-Xalqı, ölkəni bu bəladan qurtarmağa qadir birinci növbədə ləyaqəti və gücü, idarəetmə qabiliyyəti olan insanlar var. Bir neçə nəfər var ki, doğurdan da idarəetmə təcrübəsi var. Ökənin ali rəhbərliyində, idarəetmə rəhbərliyində, qanunverici hakimiyyətin rəhbərliyində təmsil olunub, özünün bacarığını göstərib. Ölkəyə, xalqa xidmət edən, vicdanı olan siyasətçilərin hamısı bir məsələni düşünməlidir. Nə etməli ki, hamı bir araya gəlsin. Ya hərəkat, yaxud da mərkəz halında yeni bir qurum yaranmalıdır. Hamı orada birləşməlidir. Birləşəndən sonra onun rəhbər heyəti seçilməlidir və o rəhbər heyət razılığa gəlib namizəd irəli sürməlidir. Mən inanıram ki, bu yolla gedilsə qələbə mütləq demokratik düşərgənin tərəfində olacaq.
-Bu birliyə mane olan bir çox problemlər var. Məsələn, hakimiyyət tərəfindən AXCP sədri Əli Kərimlinin ölkədən çıxmasına qadağa qoyulub, ona pasport verilmir. Digər tərəfdən də ACP lideri Rəsul Quliyevin ölkəyə qayıtmasına ciddi problemlər yaradılır…
-Hakimiyyət bu adamların həqiqətən də prezidentliyə real namizəd olduğunu bilir. Onların arxasında böyük bir gücün dayandığını bilirlər. Ona görə də bu adamların fəaliyyətinə hər cürə əngəl törətməyə çalışırlar. Bunlarla bərabər digər insanlara bu problemləri yaratmasalar da, başqa yollarla təzyiq edirlər. Hamının ümumi bir məxrəcə gəlməsi lazımdır ki, böyük güc yaransın. Rəsul Quliyevin Azərbaycana gəlib öz namizədliyini vermək hüququ bərpa olunmalıdır. Bu, çox vacibdi. Çünki bu adam Azərbaycanda işləyib, Azərbaycan xalqına çox xeyir verib. Milli Məclisin sədri olarkən də özünün yüksək idarəetmə qabiliyyətini, demokratik ruhlu bir şəxsiyyət olmasını, demokratik dəyişikliklər, islahatlar aparmaq fikrində olduğunu sübut edib. Ancaq bu, diktator hakimiyyətinin xoşuna gəlmədi və Azərbaycandan getməsinə nail oldu. Rəsul Quliyevin Azərbaycana gəlib siyasi fəaliyyətlə məşğul olmasına və prezidentliyə namizədliyini verməsinə tam şərait yaradılmalıdır. Biz bunu tələb edirik. Başqalarına da qarşı olan hücumlara, təqiblərə son qoyulmasını tələb edirik. Bütün demokratik qüvvələr bir araya gələ bilsə, onda Rəsul Quliyevin də Azərbaycana gəlməsi və burada prezident seçkillərində iştirak etməsi imkanı yarana bilər, Əli Kərimlinin də pasport problemi həll olunar. Başqalarına da qarşı repressiyaların qarşısı alınar və sairə. Hamı şəxsi ambissiyaları kənara qoyub birləşməlidir. Vahid komanda olmalıdır. Xalq bilir ki, kimin daha çox ölkəni idarəetmə qabiliyyəti var, şansı var və xalqa çörək verə bilər. Xalq o adamı da seçəcək. Cəmiyyət də, xalq da vahid komandanın yaranmasını tələb edir. Amma bəzi partiyalar şəxsi ambissiyalarından bu işi pozurlar. Bu iş bir az da pozulsa, mən şəxsən bir-bir adlarını çəkib onların haqqında fikrimi də deyəcəyəm.
Xanalı Eynulla
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, professor Hacıbaba Əzimovun söyləgikləri əsil ziyalı sözüdür.Professor həqiqətən uzaq görən ziyalıdır.Onun”Rəsul Quliyevin Azərbaycana gəlib öz namizədliyini vermək hüququ bərpa olunmalıdır. Bu, çox vacibdi. Çünki bu adam Azərbaycanda işləyib, Azərbaycan xalqına çox xeyir verib. Milli Məclisin sədri olarkən də özünün yüksək idarəetmə qabiliyyətini, demokratik ruhlu bir şəxsiyyət olmasını, demokratik dəyişikliklər, islahatlar aparmaq fikrində olduğunu sübut edib. Ancaq bu, diktator hakimiyyətinin xoşuna gəlmədi və Azərbaycandan getməsinə nail oldu. Rəsul Quliyevin Azərbaycana gəlib siyasi fəaliyyətlə məşğul olmasına və prezidentliyə namizədliyini verməsinə tam şərait yaradılmalıdır. Biz bunu tələb edirik” tələbini bütün müxalifət,xalq tələb etməlidir.Mən 100 faiz əminliklə bilirəm ki,Rəsul Quliyevin 2013 seçkisində iştirakını tələb etməsək,müxalifət bu seçkini uduzacaq!Xalq arasında Rəsul Quliyevi müdafiyə kompaniyası yaradılmalıdır,ora respublikamızın hörmətli ziyalıları,müxalifətin liderləri,iş adamları,jurnalistlər,politoloqlar qoşulmalıdır.Bütün dünya Demokratik Təşkilatlarına,BMT-yə,eyni zamanda əlkəmizdə olan xarici səfirliklərə,o cümlədən diktator rejimin başında duran İlham Əliyevə müraciətlər,bəyanatlar olmalıdır.
Biz buna nail ola bilsək,o zaman hakimiyyət məglub olacaq.Mən çox istərdim ki,Rəsul Quliyev prezident,Əli Kərimli isə Ali Sovetin sədri və yaxud Baş Nazir olsun.Düşünürəm ki,bununla da demokratik,saglam bir dövlətimizi yarada bilərik.Xalq düşüncəli halda hərəkara başlamalıdır,yoxsa bu rejimin əbədi əsiri olarıq.
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, professor Hacıbaba Əzimovun söyləgikləri həqiqətən əsil ziyalı,agsaqqal sözüdür.
Vətəndaşın şərhi ilə tam razıyam,həm də müxalifət bütün umu-küsülyünü kənara qoymalıdır.Hansı müxalifətin lidei bu birliyə qoşulmasa xalq tərəfindən ifşa olunmalıdır.
SAG OLSUN PROFESSOR DA,VƏTƏNDAŞ DA.bƏYƏNİLSİN,GÖZƏL FİKİRDİR.SABAHIMIZI DÜŞÜNÜRÜKSƏ İRƏLİ……
BU BİR HƏQİQƏTDİR Kİ,RƏSUL QULİYEV BU HAKİMİYYƏT ÜÇÜN ƏN QORXULU QÜVVƏDİR.ODUR Kİ,ONU XALQININ GÖZÜNDƏN SALMAQ ÜÇÜN YALAN,BÖHTAN AMBİSİYASINDAN İSTİFADƏ EDİB.İQTİDAR ÇOX GÖZƏL BİLİR Kİ,İNDİKİ MÜXALİFƏT ONUN QARŞISINDA ACİZDİR,ZƏİFDİR,SEŞKİLƏRİ DƏ ÇOX ASANLIQLA UDACAQ.AMMA RƏSUL QULİYEVİN SEÇKİLƏRDƏ İŞTİRAKI BU HAKİMİYYƏTİN MƏGLUBİYYƏTİ DEMƏKDİR.BUNU XÜSUSİLƏ MÜXALİFƏT QÜVVƏLƏRİ DƏRK ETMƏLİDİR,TƏBİİ Kİ,İSTƏYİRLƏRSƏ HAKİMİYYƏT DEVRİLSİN.BU BİR HƏQİQƏTDİR Kİ,RƏSUL MÜƏLLİM OLMASA HAKİMİYYƏT YENƏ DƏ QALİB GƏLİB BU XALQI RƏZİL EDƏCƏK.
Rasul Guliyevin azerbaycana qayidishi hakimiyyetin sonudur.
Atəşkəs şaraitində yaşamağımıza baxmayaraq hər həftə əskər ölümü xəbərləri eşidirik.Bu nə deməkdir,saglam,düşüncəli gənc əsgər də intihar edərmi?Biri intihar edir,biri-birini silahla öldürür,digəri döyülərək öldürülür,hətta bir neçə dəfə cinayət işi qaldırılıb ki,zabit əsgərin namusuna təcavüz edir.Bütün bunlar faciədir,dəhşətdir!Bu gün valideyin oglunu vətən naminə hərbiyə yola salır,bir neçə aydan sonra isə unun ölüm xəbəri gəlir!Vətən əgər hamı üçündürsə yüksək rütbəli məmurların uşaqlarının eşitmisinizmi hansınınsa uşagı hərbidə ölsün?Özləri isə bu Vətənin varidatını talayır,vətən,torpaq naminə hərbi xidmətdə qulluq edən ogulların valideyinlərinin müntəzəm olaraq hüquqları tapdalanır,bir tikə çörəyə möhtacdır,bunlar isə Vətənimizi talamaqla “Oliqarxlar” olublar!Bütün bunlara nə qədər dözməliyik?
Ümumiyyətlə ölkəni hərraca qoyublar,alanı da bəllidi,satanı da.Cinayətlər baş alıb gedir,korrupsiya,rüşvətxorluq tügyan edir,insanlar ogurlanır,qətlə yetirilir,heç nədən zindanlara atılır.Gülər,hakim olayı da bir daha sübut etdi ki,bu hakimiyyət başdan ayaga saxtadır,cinayətkardır!Biz isə bütün bunlara susuruq,səsimizi çıxara bilmirik!Məgər biz millət deyilikmi,kişiliyimiz,qeyrətimiz,cəsarətimiz yoxdurmu?Müxalifətimiz bilirsiniz ki,öz maraqları ugrunda düşünür,onları xalq maraqlandırmır,hamısı prezident olmaq istəyir,qananı da,qanmıyanı da!Bir soruşan yodrur ki,ay İsa Qənbər,ay Eldar Namazov,ay Əli Kərimli sizdən prezident olarmı,sizin dövlətçilikdən başınız çıxırmı?Agızlarına da “çullu dovşan”sıgmır,kim ki,höküməti söyür deməli o prezident ola bilər?Bu insanlar 20 ildir bu milləti bir yerə yıga bilmir,millət əzilir,hüquqları hər gün tapdalanır,bir qismət çörəyə möhtacdır,bir kəsin oduna hələ bir dəfə yanmayıblar!Nədən Əli Kərimlinin bankda işləyən, cinayət törədən qaynına görə səsini dünyaya yayır,bəyanatlar verir,xalqın adından yekə-yekə danışır,amma bu xalqın bircəyinin taleyi bu özündən razı olanları düşündürmür?Ay mənim millətim yadınızda saxlayın bu insanlardan bu millətə haray yoxdur,bunu dərindən düşünün,anlayın!Prezident olmaq istəyənin dərin savadı,dövlətçilik işlərində səriştəsi,istehsalat müəssisələrində təcrübəsi,şəxsiyətli həyat yolu olmalıdır!Baxın,arayın görün bu insanlarda bunlar varmı?Bütövlükdə hamı müxalifətindən də narazıdır,iqtidarı isə millətin canını bogazına yıgıb,rəzil edib,amma səsimizi çıxara bilmirik!Gözləyirik 20 il “başımızın altına yastıq qoyub” öz maraqları üçün əlləşən bu bədhahlar gəlib başımızın üstə “Agalıq”etsinlər!Ey millət bu dəhşətlərə,acınacaqlı vəziyyətlərə susmaq olmaz!Bəsdirin özümüzü aşagıladıq,Vallah digər millətlər bizə gülür,rişxəndlə baxır,bizi 3-cü dərəcəli millət sayır!Məgər biz qırgızdan,ərəbdən,gürcüdən də zəiyifik,yəni dogrudanmı onlar qədər də kişiliyimiz,qeyrətimiz yoxdur?Elə bu gündən bütün bunları düşünməliyik,kişiliyə,
qeyrətə gəlməliyik,hamımız bir olub taleyimiz haqqında mübarizə aparmalıyıq!Yoxsa körpələrimizin,ailə-uşagımızın qarşısında rəzil olacagıq!Ayılın, ey insanlar ayılın,vicdanınızın səsinə ayılın,yoxsa bizi o dünyada da bagışlamazlar!
Bir neçə gün bundan əvvəl MTN də çalışan bir gənc məmur ölkədə baş verən bir gənc ərizəsi ilə işdən azad olub.Adını yazmaq istəmirəm ki onu incidərlər,sadəcə bu haqsızlıqlara dözmədi,dedi ki mən namaz qılıram,belə namərdliklərə dözə bilmərəm!Halal olsun belə qeyrətli gəncliyə,amma 20 ildir eyni kaftar sifətlərə baxdıqca adamı allergiyası tutur,gözlərimiz mazol olub,biri də elə R.Mehdiyev,parlamentin kürsüsündə köləlik edən deputatlarımız!
Mən özüm də məmuram,bu yaxınlarda ərizəmi yazacam və ACP sıralarında ön cərgədə olacam!İnanıram ki,yalnız Rəsul Quliyevin başçılıgı ilə xalqımız öz dövlətini qurub,azadlıgına,firavanlıgına nail ola bilər!Xahiş edirəm məni düzgün anlayın yeganə şəxsdir ki,Rəsul Quliyevin həyat təcrübəsi,dövlətçilik işlərində səriştəsi,istehsalat müəssisələrindəki rəhbər fəaliyyəti,vətəninə,xalqına sədaqətliliyi yüz faiz imkan verir ki,o ölkəmizə rəhbər olub xalqını azadlıga çıxara bilsin!Mən heç kimin haqqında danışmaq istəmirəm,amma yuxarıdakı şərhimdə adlarını sadaladıgım adamların haqqında dəqiq məlumatım var ki,onlar nə əməllərdən çıxırlar,iqtidarda kimlərlə əlaqələri var və odur ki bu xalqın birliyini istəmirlər,özləri də bilirlər ki,onlardan prezident ola bilməz,heç xalq da onları dəstəkləməz,amma onları indiki durum təmin,qane edir.Agıllı,düşüncəli insanlar da yəqin ki,bunların xislətini görür,nə oyunlardan çıxdıqları haqqında azdan-çoxdan xəbərləri var.Rəsul müəllim bəzilərini tənqid edəndə düzünə edir,bu xalqına canı yanır,isəmir ki,bu zavallıların felinə uysunlar,bu da çoxlarını qıcıqlandırır,onun əleyhinə çıxışlar,tənqidlər yagdırılır,amma düz söz həmişə nahqqı sancar.Lakin mən indiki vəziyyətdə Rəsul müəllimdən xahiş edərdim ki,bundan sonra belə bədhahlara baş qoşmasın,agsaqqal kimi hamını ətrafında birləşdirsin!Belə bir siyasətçi sözü var,vura bilmirsənsə boynuna sarıl!Ugurlar!!!!!