“Mənim Rusiyanın istənilən şərtini qəbul edib hakimiyyətə gəlmək istədiyimi yazanlara demək istəyirəm: Birincisi, mənim vəzifə naminə xalqın maraqlarını satan Əliyevlər kimi olmaq şansım sadəcə yoxdur, başqa yolun yolçusuyam”.
Təəssüf ki, mənim belə bir agentliyin olmasından xəbərim olmayıb. Siz yazandan sonra o səhəfəyə girdim və onun YAP qəzetinin filialı olduğunu gördüm. Onlar ancaq elə yalançı şeylər yaza bilərlər, elə onun üçün də bu səhifəni yaradıblar”.
Eks-spiker məlumatın hansı mənbədən alındığının göstərilmədiyinə diqqət çəkərək yazılanların tamamilə uydurma olduğunu bildirib: “Məlumatı hansı mənbədən aldıqlarını konkret açıqlasınlar. Onların canında Azərbaycandakı azdan- çoxdan müxalif qəzetlərində olan qorxu yoxdur ki, mənbələrinin adını gizli saxlasınlar. İkincisi, yazan yox, o saytın sahibi başa düşmür ki, Rüstəm İbrahimbəyovdan bu səviyyədə qorxduqlarını biruzə verməkləri onların xeyrinə deyil. O yazının hər sözündən hökümətin təşviş və təlaşı yağır. Həm RF, həm də Azərbaycan hakimiyyətində məni yaxşı tanıyan kifayət qədər yüksək ranqlı hökümət işçiləri var. Onlar dura-dura, azad və heç kimdən asılı olmamayan nadir şəxsiyyətlərdən biri kimi Rüstəm İbrahimbəyovu mənimlə kimlərinsə arasında söz aparıb gətirən kimi təqdim etmək cəfəngiyatına kim inana bilər?
Rüstəm bəylə bizim dostluğumuzun fundamentində onun yüksək intelleki və azad insan olması faktı dayanır. Bizim görüşmək imkanlarımızın sıfır olmasına baxmyaraq mənəvi yaxınlığımız həmişə olub və olacaq. Mən bilirəm ki, onun Moskvada incəsənətə yaxın olan, dünyada tanınmış bir çox şəxsiyyətlərlə tanışlıq və dostluq əlaqələri var. Amma hansısa bir çinovliklə tanış olmasına heç vaxt inanmaram. Çünki çinovliklə, fərqi yoxdur, o nazir olsun, ya başqası, dostluq etmək onun xislətinə yaddır.
Digər tərəfdən mənim Rusiyanın istənilən şərtini qəbul edib hakimiyyətə gəlmək istədiyimi yazanlara demək istəyirəm: -Birincisi, mənim vəzifə naminə xalqın maraqlarını satan Əliyevlər kimi olmaq şansım sadəcə yoxdur, mən başqa yolun yolçusuyam. İkincisi, Rusiyada mənim hansı şərtlərlə Azərbaycanla RF əlaqələrini qurmaqla bağlı baxışlarımı bilirlər. Üçüncüsü, mənim, gəlib seçkilərdə iştirak etməyimdən elə böyük təşvişdədirlər ki, ağıllarını itiriblər. 2005-ci ildə RF kəşfiyatından mənim əleyhimə həm Azərbaycanda, həm də Ukraynada istifadə etməyə nail olmuş Azərbaycan höküməti bu potensialdan 2013-cü ildə istifadə edə bilməyəcəyinə inanıram. Budur onları qorxuya salan. Onların alnına Gülərqeyt skandalı ilə vurulmuş korrupsiya və rüşvət damğasını az görüntülü etmək üçün bu tipli yazılar ”kəşf” edirlər. Yaranmış Gülərqeyt skandalından hakimiyyətin çıxmaq şansı sıfırdır. Bu həyasız adamlar azı 100 ”deputatdan” rüşvət alıb. Bu, azı 50 milyon dollar rüşvət deməkdir. Xanım Əhmədovanın, ola bilər 3 kliyenti olub. Deməli, onun funksiyası kimi işi, azı 30 adam, daha doğrusu pul yığan görüb və onların bir hissəsini Əhmədova bilir. Məndə heç şübhə yoxdur ki, Əhmədova dar günü üçün artıq video yazı yaradıb və həbs olunan kimi yayımlayacaq. Düşünürəm ki, bu hadisədən təşvişə düşmüş çinovliklərin və vəzifə sahiblərinin bir çoxu artıq bu tipli videolarla silahlanıb. Yığılan pulun ən azı 70 faizi birinci şəxsə çatdığı üçün o heç kimi cəzalandıra bilməz. Kimlərləsə danışığa gedə bilər, məsələn, oğlunu və qızının ərini nazir qoyuruq, barəndə xüsusi fərman veririk və s, ancaq gərək səni qurban verək. Çox ehtimal belə bir söhbət aparılır, ancaq bu yolla məsələnin birdəfəlik həll olunacağına kimsə əmin deyil. Bilirsiniz, bu hakimiyyət üstü yaşıl otla örtülmüş bataqlıq kimidir, ayağını səhvən düz qoymasan batacaqsan. Düşünürəm ki, batan hökümət tanınmış və şərəfli Rüstəm İbrahimbəyov kimi adamların üzərinə kimlərisə qısqırdmaqla diqqəti özlərindən uzaqlaşdırmaq istəyir. Bu adamlara üzümü tutub deyirəm ki, ay bədbəxtlər, bu işi görməyin, əks nəticə verir”.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!