Ölkənin aparıcı ictimai-siyasi xadimləri və ziyalılar Rəsul Quliyevin müdafiəsinə qalxdı!

Şənbə günü  RATİ-də ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyevin hüquqlarını Müdafiə Komitəsi təsis edilib.

İstiqlalçı deputat Hacıbaba Əzimov və şair Musa Yaqub komitənin həmsədrləri seçiliblər. Hələlik komitəyə 36 nəfər daxil olub, 2013-cü il yanvarın sonuna qədər komitənin formalaşdırılmasının başa çatdırılması nəzərdə tutulur.

H.Əzimov eks-spikerin müdafiəsini “xalqın gələcəyi üçün xeyirli iş” adlandırıb. 1996-cı ildə R.Quliyevin ölkədən məcburi mühacirətə getməsinə səbəb kimi “hökumətin fəaliyyətinin qənaətbəxş olmaması” haqda parlamentin qəbul etdiyi qərarı göstərib. Eks-spikerin ölkədən getməsi “ölkənin təşəkkülünə çalışan şəxsin vətəndə yaşamaq hüququndan mərhum olunması” kimi dəyərləndirilib. Komitə R.Quliyevin vətənə dönməsi üçün beynəlxalq qurumlarla, Avropa məhkəməsilə əməkdaşlıq etməyi nəzərdə tutur. Komitə üzvləri R.Quliyevin hüquqlarının müdafiəsinə “xalq üçün çox iş görəcək insanın hüquqlarını qorumaq” statusunda yanaşıblar. Həm də 2013-cü il prezident seçkilərinə eks-spikerin namizəd kimi qatılmasının təmin olunmasını önə çəkiblər.

Keçmiş deputat Zəminə Dünyamalıyevaya görə, vətənə qayıdış “R.Quliyevin özündən çox, xalqa lazımdır” və eks-spiker “prezident seçkilərində ən şanslı namizəddir”.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bu günlərdə mətbuatda eks-spiker Rəsul Quliyevin barəsində yeni cinayət işinin başlanması haqda xəbərləri əsassız adlandırıb. Onun sözlərinə görə, iqtidar 2005-ci ildə R.Quliyevə qarşı dövlət çevrilişi ittihamı ilə açdığı cinayət işini yenidən gündəmə gətirib. “Bu xəbərlər komitənin fəaliyyətinə, komitəyə qoşulmaq istəyən ziyalılara təzyiqdir”, – ACP sədri bildirib.

Daha sonra eks-spiker Rəsul Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin təsis edilməsi haqqında bəyanat verilib. Bəyanatda deyilir:

“Eks-spiker Rəsul Quliyev 1993-1996-ci illərdə Azərbaycan Respublikasının parlamentinin (Milli Məclisin) sədri vəzifəsində olarkən dövlət başçısı H.Əliyevin qurduğu kleptokratiya rejimini və yaranmış ağır sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti aradan qaldırmaq üçün ölkədə əsaslı demokratik islahatlar aparılmasını və korrupsiyaya, məmur-polis-məhkəmə özbaşınalıqlarına son qoyulmasını tələb etdiyinə, 1995-ci ildə hökümətin fəaliyyətinin qeyri-qənaətbəxş olması haqqında Milli Məclisin qərarını imzaladığına və başqa mütərəqqi tələblərlə çıxış etdiyinə görə o, ali icra hakimiyyəti tərəfindən Azərbaycanda arzuolunmaz şəxs hesab edilmiş, qanunsuz yollarla müxtəlif təzyiq və təqiblərə məruz qoyulmuş, 1996-cı ildə ölkəni tərk etməyə və ABŞ-da mühacirət həyatı yaşamağa məhkum edilmişdir.

ABŞ-da yaşadığı son 16 il ərzində R.Quliyev dəfələrlə Azərbaycan Respublikasının vətəndaşı olaraq Vətənə qayıtmağa, Prezident və parlament seçkilərində iştirak etməyə təşəbbüs göstərsə də, rəsmi dairələr müxtəlif uydurma iddialarla buna imkan verməmiş, hətta onu həbs etməklə hədələmişlər.

Ümumiyyətlə, eks-spiker R.Quliyevin milli qanunvericilikdə və beynəlxalq sənədlərdə əks olunmuş bir sıra hüquqları, o cümlədən ölkə Konstitusiyasının 28-ci (azadlıq hüququ), 31-ci (təhlükəsiz yaşamaq hüququ), 32-ci (şəxsi toxunulmazlıq hüququ), 52-ci (vətəndaşlıq hüququ),  53-cü (vətəndaşlıq hüququnun təminatı), 54-cü (cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ), 56-cı (seçki hüququ), 63-cü (təqsirsizlik prezumpsiyası) və 71-ci (insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrində nəzərdə tutulmuş, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), Konvensiyaya dair 4 saylı protokolun 2-ci (hərəkət etmək azadlığı), 3-cü (vətəndaşların məcburi çıxarılmasının qadağan olunması) və Konvensiyaya dair 12 saylı protokolun 1-ci (ayrı-seçkiliyə ümumi qadağa) maddələri ilə müəyyən olunmuş  hüquqları  mövcud hakimiyyət orqanları tərəfindən kobudcasına pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq biz, siyasi və ictimai təşkilatların nümayəndələri xalqımızın ali mənafeyini əsas tutaraq və ölkədə yaranmış ağır sosial-iqtisadi və siyasi-hüquqi durumu dəyərləndirərək, ölkə Konstitusiyasının və beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq eks-spiker R.Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin təsis olunduğunu bəyan edirik.

Müdafiə Komitəsi eyni zamanda acı təəssüf hissi ilə bildirir ki, xalqın iradəsi ilə formalaşmamış mövcud hakimiyyət, hakim klan zümrəsi qanunsuz yollarla ölkənin bütün təbii sərvətlərinə, iqtisadi və maliyyə resurslarına yiyələnmiş, bütün siyasi sistem total şəkildə kriminallaşmış, siyasi və hüquqi böhran nəticəsində Azərbaycanın milli təhlükəsizliyi və dövlət müstəqilliyi üçün ciddi və real təhdidlər yaranmışdır. Odur ki, Müdafiə Komitəsi bütün demokratik qüvvələri Azərbaycanda məmur, polis və məhkəmə özbaşınalıqlarına,  vətəndaşların fundemental insan hüquqları və azadlıqlarının pozulmasına və ictimai-siyasi xadimlərin repressiyaya məruz qoyulmasına qarşı öz fəaliyyətlərini konsolidasiya etməyə və gücləndirməyə çağırır”.

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

4 Cavab to “Ölkənin aparıcı ictimai-siyasi xadimləri və ziyalılar Rəsul Quliyevin müdafiəsinə qalxdı!”

  1. Resul Quliyevin mudafie komitesine uzv secilmeyim barede muraciet. Cavabla Yanvar 22, 2013 10:16 səhər

    Yaranmish komiteni destekleyerek meni de hemin komiteye uzv secmeyinizi xahish edirem.

  2. Anar Samadov,əvvəl Siz partiyanın üzvü olun 050-5436717 zəng edini əlaqə saxlayın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: