arxiv | Dekabr 31, 2012

“Yeni İl və Həmrəylik Günü Münasibəti ilə Bütün Vətəndaşlarımızı Bir Daha Təbrik Edirəm.”

Əziz Azərbaycan xalqı! Bir neçə saatdan sonra bütün bəşəriyyət kimi biz də Yeni ilə qədəm qoyacağıq. Biz də dünyanın bu təntənəli coşqusuna qoşulacaq, bir-birimizi təbrik edəcək, səmamız üzərində bərq vuran fişənglərin parıltısını izləyəcəyik. Amma mən bu qənaətdəyəm ki, Yeni ili biz formal olaraq bütün xalqlar kimi qarşılasaq da, mahiyyət etibarilə onlardan fərqli duyğular işərisində olacağıq. […]

Oxumağa davam et