“Yeni İl və Həmrəylik Günü Münasibəti ilə Bütün Vətəndaşlarımızı Bir Daha Təbrik Edirəm.”

Əziz Azərbaycan xalqı!

Bir neçə saatdan sonra bütün bəşəriyyət kimi biz də Yeni ilə qədəm qoyacağıq. Biz də dünyanın bu təntənəli coşqusuna qoşulacaq, bir-birimizi təbrik edəcək, səmamız üzərində bərq vuran fişənglərin parıltısını izləyəcəyik. Amma mən bu qənaətdəyəm ki, Yeni ili biz formal olaraq bütün xalqlar kimi qarşılasaq da, mahiyyət etibarilə onlardan fərqli duyğular işərisində olacağıq. Çünki, Yeni il dünyanın digər xalqları  üçün yeni arzuların, yeni nailiyyətlərin ortaya çıxacağına ümid verən tarixin başlanğıcı deməkdir.  Və əksər hallarda bu arzular reallaşdığından dünya onu xüsusi təmtəraqla qeyd edir. Təəssüflər olsun ki, bu sevindirici hissiyatlar 20 ildir biz azərbaycanlılardan yan keçir. Biz sadəcə Yeni ilə qədəm qoyarkən bütün xalqlar sevinir deyə sevinirik. Onlardan fərqlənməmək üçün bayram edirik. Çünki son 20 ildə Azərbaycan siyasi həyatında çox az şeylər dəyişilmişdir. 20 il bundan əvvəl xalqa rəhbərlik edən ən zəif nazir belə yerindən tərpədilməyib. Elə bu faktın özü ölkəmizin keçmiş sovet terminləri ilə desək durğunluq dövrü yaşamasına dəlalət edir.

Şəxsən mən  20 il bundan əvvəlki kimi yenə də xalqımıza eyni arzularla yanaşıram. Yenə də ən böyük arzum 2013-cü ili başqa xalqlat kimi  azərbaycanlıların da əsl sevinc hisslərinə qovuşulması ili kimi görməkdir. Ancaq bu xoşbəxtliyi heç kim heç bir xalqa bəxş etmir, xalqların özləri xoşbəxt həyatlarını qazanırlar. Biz də boş illuziyalara qapanmayaq-bu arzulara qapanmağın axırı insanlara miraj cənnətində ölməkdən başqa heç nə gətirmir. İnsanlar öz qanı və canı hesabına diktatura əjdahasından xilas olmağı bacarmadıqca heç kim onun ən elementar hüququnu tanımır və tanımayacaq da.

Hazırda Azərbaycan hakimiyyəti vətəndaşlarımıza 20 il bundan əvvəl olduğu kimi aclıqdan ölməmələri arqumentiylə təsəlli verməyə çalışır. Halbuki, normal ölkələrdə vətəndaşın bir qarın çırək qazanmaq problemi təsəlli qaynağı olmur. Bu hislər yalnız ibtidai icma quruluşunu yaşayan xalqlar üçün xarakterikdir. Sivil dünya vətəndaşlarının ən ümdə problemi isə özünə geniş ev, yaxşı maşın almaq üçün gündə məsələn 8 saat işləmək, neçə uşağı olacağını əvvəlcədən müəyyənləşdirmək, onlara yaxşı təhsil almaqda kömək etmək, ildə iki dəfə ailəsi və dostları ilə hansısa bir yerdə istirahət etməkdir. Bütün normal olkələrdə bu həyatı yaratmaq hər bir insanın öz əlindədir.

Azərbaycanda isə insanların əlində bu cür fürsətlər yox kimidir. Öz həyatlarını özləri istədiyi kimi  formalaşdırmaq fürsəti tamamilə başqa şəxslərin-icra başçıları, polislər, prokurorlar, məhkəmələr, nazirlər, prezident və onun qohum-əqrabasının əlindədir. Başınızı qaldırın ətrafınıza baxın-erməni, gürcü, ukraynalı, Pribaltika ölkələri, Rusiyada yaşayanlar belə özləri özlərinin ağasıdır. Bəs, biz-azərbaycanlılar nə qədər qul kimi yaşayacağıq?

İstərdim ki, 2013-cü il bizim səbrimizin axırıncı ili olsun. Mənim arzum Azərbaycanda demokratiyanı bərpa etmək, azərbaycanlıların haqlarını özlərinə qaytarmaqdır. Bu ideyam stabildir, dəyişilməzdir.

Əziz Həmvətənlərim!

Bir necə saatdan sonra qarşılayacağımız  yeni il Azərbaycan xalqının taleyində mühim tarix kimi qalacaq. 2013-cü ildə keçiriləcək prezident seçkilərinin adi seçki olmadığını unutmamalıyıq. Bu seçki ölkəmizdə 21-ci əsrdə qurulması düşünülən şahlıq üsul-idarəsi, ya da demokratik cəmiyyət quruculuğu arasında ediləcək seçimdir. Biz bu il ya siyasi proseslərə öz biganəliyimizlə Əliyevlərin sülalə hakiyyətinin praktik olaraq yaranmasına göz yumacağıq, ya da özümüzdə güc tapıb ona “yox” deyəcək və ölkəmizi sivil dünyanın bir parçasına çevirəcəyik.

Mən bu sözləri pafos xətrinə demirəm. 1993-cü ildən bəri keçən tarixi prosesə ötəri bir nəzər salan hər kəs mənimlə razılaşar. Bildiyiniz kimi, 1993-ci ildə iqtidara gələn Heydər Əliyevin vəfatından sonra hakimiyyəti qəsb edərək onun yerinə oturan oğul Əliyev bu hərəkətiylə hakimiyyətin atandan oğula ötürülməsinin əsasını qoydu. Bununla belə ölkə rəhbərliyinin fiziki olaraq dəyişilməsi baş verdi ki, bunu hardasa sivil dünyada mövcud olan siyasi  ənənələrlə əsaslandırmaq mümkün idi. Ancaq 2003-ildə hakimiyyətə gələn, sonra ikinci dəfə 2008-ci ildə yenidən saxtakarlıq yoluyla öz kreslosunu qoruyan İlham Əliyevin indi üçüncü dəfə eyni posta qalmaq istəyi var. Bunun üçün hətta konstitusiya aktı kobud şəkildə dəyişdirilib və şahlıq üsul-idarəsinin faktiki olaraq hüquqi bazası yaradılıb. Azərbaycanda seçkilərin isə necə saxtakarlıqla keçirildiyi indi hər kəsə məlumdur.  Belə bir şəraitdə İlham Əliyevin üçüncü dəfə prezident seçilmək istəməsi nəzəri baxımdan onsuz da əsası qoyulan monaxriya rejiminin praktik olaraq həyata keçirilməsindən başqa bir şey deyil.

21-ci əsrdə yaşayan istənilən xalq üçün bu, ancaq utancverici hal sayıla bilər. Artıq hətta dünyanın ən geridə qalmış ölkələri belə bundan imtina etdiyi halda xalqımızın eyni mahiyyətli siyasətə səbrlə yanaşmağa mənəvi haqqı çatmır. Bu mənada 2013-cü il seçkilərində tutacağımız mövqe bizim yalnız seçmək hüququmuzdan istifadə haqqımız da deyil. Bəlkə də ölkəmizin demokratikləşməsi və sivil xarakter alması üçün həyata keçirəcəyimiz ən böyük vətəndaşlıq vəzifəmizdir. Unutmamalıyıq ki, bu vətəndaşlıq borcumuza biganə yanaşmağımız  Vətənimizin bütün sivil dünya ilə inteqrasiyasının qarşısını kəsmək və yalnız tənəzzül dövrünü yaşayan dövlətlərlə əlaqələrə ümid bağlamaq, nəticədə ölkəmizi dünən Liviyada, bu gün Suriyada baş verən xaotik duruma sürükləmək deməkdir.

Əziz Azərbaycan xalqı!

Göründüyü kimi bir neçə saatdan sonra qədəm qoyacağımız 2013-cü il bizim müasir  millət kimi var olub olmamağımızın imtahanı olacaq. Mən hər kəsə bu imtahanda uğurlar arzulayır, Yeni İl və Həmrəylik Günü münasibəti ilə bütün vətəndaşlarımızı bir daha təbrik edirəm.  Ümidvaram ki, eyni ağır taleyi yaşamaqda yox, eyni mübarizə meydanında həmrəy olacaq və layıq olduğumuz demokratik dövlətin vətəndaşlarına çevriləcəyik.

 

Hörmətlə Rəsul Quliyev.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

8 Cavab to ““Yeni İl və Həmrəylik Günü Münasibəti ilə Bütün Vətəndaşlarımızı Bir Daha Təbrik Edirəm.””

  1. Tesekkurler Resul muellim. Bizler de Sizi ailenizle birlikde tebrik edirik.

  2. Resul muellim,sizi ve ailenizi yeni il munasibeti ile tebrik edirem.Inshallah uzumuze gelen 2013 ilxalqimiza ve dovletimiz ucun uqurlu illerden biri olar.Vetende gorushmek umudi ile..Allah sizi qorusun.

  3. Rəsul müəllimi və blokda iştirak edən hamını Dünya Azərbaycanlılarının Həmrəylik dünü və üzümüzə gələn 2013-cü il Yeni ilinizi ürəkdən təbrik edirəm,Sizlərə möhkəm can saglıgı,xoşbəxtlik və firəvan həyat arzulayıram!
    Düzdür,1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi.Lakin gördüyünüz kimi bu həmrəylik bərkimək,möhkəmlənmək əvəzinə əksinə düşünülmüş halda millət,xalq arasında ayrı seçkilik yaranmışdır.Bir vaxtı hamımız düşünürdük ki,H.Əliyevin hakimiyyətə gəlişi respublikamızda və bütün dünyada yaşayan həmvətənlərimiz arasında həmrəylik yaradacaq,xalqımız virəvan həyat keçirəcək.Amma əksinə oldu,bütün xalq bir ailənin qurbanına çevrilərək belə acınacaqlı bir vəziyyətə salındı.Təbii ki,20 il bu zülm hökm sürsə də,bu müvəqqətidir və düşünürəm ki,2013-cü il bizim həmrəyliyimizdə dönüş yaradacaq və bu yırtıcı rejimi devirməyə gücümüz çatacaq.Əgər bir millət,xalq kimi həmrəyiksə yumruq kimi birliyimizi sübut etməliyik!Hamınıza bu yolda ugurlar arzulayıram və 2013 -cü ildə azadlıgımıza nail olmaq üçün həmrəyliyimizi sübut etməyə çagırıram!

  4. Rəsul məllimi,onun ailə üzvülərini,o cümlədən xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik dünü və üzümüzə gələn 2013-cü il Yeni ilinizi ürəkdən təbrik edirəm, möhkəm can saglıgı,xoşbəxtlik və firəvan həyat arzulayıram!
    Rəsul müəllim dünyanın ən gözəl diyarı,demokratiyanın beşiyi olan Amerika kimi bir dövlətində yaşayır.Amma bu gün xalqının belə bir acınacaqlı,agır,faciəli günündə kənrda durmagı öz qüruruna sıgışdıra bilmir.Hər vəchlə çalışır ki,xalqını bu agır durumdan xilas etsin,belə despot rejimin devrilməsi üçün yollar,variantlar arayır.Bu yolun ən optimal variantı xalqımızın Rəsul müəllimlə həmrəy olub birlik yaradılmasındadır.Biz həqiqətən yumruq kimi bir olsaq əmin olun ki,2013-cü ildə bu rejimi gücümüzlə devirməyə cəsarətimiz çatar.Gəlin bu yolda sıx birləşək və gücümüzü yoxlayaq.Milyon faiz əminəm ki,yalnız Rəsul müəllimin rəhbərliyi ilə xalqımızın xoşbəxt gələcəyinə nail ola bilərik.Gəlin hamımıza ugurlar diləyib birliyimizə nail olaq!

  5. Artıq 20 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir. Amma necə qeyd edir?Elə ölkəmizdə ailələr var ki,bu bayramı bəlkə də göz yaşları ilə qarşılayır.Çox ailələrin maddi durumu imkan vermir ki,heç olmasa bir kilo ət alıb balaları ilə bu bayramı qeyd edə bilsin.Bu bayramı rəsmi bayram kimi rəsmiləşdirən “Ulu”-muzu məhz bunun üçün dəstəkləmişdik ki,xalqımızın xoşbəx,virəvan,azadlıgı naminə bir dövlət qurulacaq.Lakin “Ulu”-muz bu dövləti bir ailə cəmiyyəti ilə əvəz etdi.Yalnız bir ailənin xoşbəxtliyi naminə xalq güdaza verildi.20 ildir xalqımız bü zülm altında əzilir,hüquqları tapdanır,rəzalət içində yaşayır.Əgər bu xalqımız həqiqətən həmrəydirsə belə bir durumda yaşamaga razılıq verərdimi?Təbii ki,yox,deməli bu həmrəylik saxtadır,bu bayram rəsmi sayılsa da düşünülmüş halda millət arasında parçalanma yaradılıb.Niyə biri-birimizi aldatmalıyıq,yalandan,etika xətirinə biri-birimizi təbrik etməliyik?Axı bu yoxdur,olsaydı bu millət belə bir agır durumda yaşayırdımı?Bu durumdan,zülmdən azad olmagın tək yolu həmrəy olub 2013-cü il seçkilərində Rəsul Quliyevi dəstəkləməkdir və bununla da xalqımızın azad,firəvan yaşayışını,xoşbəxtliyini təmin edə bilərik!Bu yolda bütün xalqımıza ugurlar arzulayıram!

  6. Yeni ilin vergi qanunu Cavabla Yanvar 1, 2013 11:44 səhər

    Hörmətli Rəsul müəllim biz də sizi təbrik edirik.Ançaq yeni il gələr gəlməz vergi ? qanuna əlavələr edildi.Hərdən özüm özümə sual verirəm.Əgər bizim ölkə dogrudan da bu qədər inkişaf edibsə,verigini ləgv etməyin əvəzinə nə ücün vergilərin məbləgi artirilir ? İnanin ki,əlimizə pulu alanda görürük ki,puldu.Ayin sonu catanda vergiyə və komunal xərçlərə o qədər pul ödəyirik ki,cox zaman cörək almaga pul qalmir.Özünüz də yaxşi bilirsiniz ki,hər yeni qanun qəbul ediləndə məmurlarin da,bu qanundan yararlanmasi nəzərdə tutulur və qanunlarda bilərəkdən boşluqlar yaradilir.Hər yerindən qalxan qoltuguna kagizi vurub düşür üstümüzə ki,pul verməlisən.Son zamanlar o qədər mənasiz təşkilatlar yaradilib ki,hec nə istehsal etmir.Ançaq müxtəlif adlarla əhalidən pul toplayir.Bəla burasindadir ki,toplanan pullar xalqin xə dövlətin xeyrinə xərçlənmir.Bir sözlə deməklə bitən deyil.

  7. Cənab R.Quliyev ,Siz təbrikinizdə 2013-cü ildə diktatura əjdahasından qurtulmağı bizlərə arzu edirsiniz. Bu arzunuza görə Sizə minnətdaram,lakin Sizə elə gəlmirki indiki vəziyyətdə Sizin vətənə qayıtmağınız bu qurtuluşu tezləşdirə bilər.
    Hörmətlə Elşən.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: