“Demokratiyanın Motoru Azad Seçkilərdir. Əgər Bu Təşkil Olunmasa Qalan İşlərin Heç Bir Mənası Yoxdur.”

Avrasiya İnformasiya Agentliyinin Suallarını eks-spiker, ACP lideri Rəsul Quliyev cavablandırır.

–  Rəsul müəllim, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq təşkilatının prezident İlham Əliyevin korrupsiya və rüşvətdə lider elan edilməsinə necə baxırsınız?

–  Bu adın qazanılmasının səbəbini, hökümət başçısının dünyanın bir nömrəli korrupsioneri olmaq istəməsi məqsədi üçün apardığı ardıcıl mübarizəsi , onun və yaratdığı rejimin barəsində dünyada söylənilən neqativliklərə qətiyyətlə  əhəmiyyət verməməsində axtarmaq lazımdır. 1 il bundan öncə SNBS interkontinental TV kanalı Əliyev klanının korrupsiya və rüşvət cinayətlərindən bəhs edən sənədli geniş bir verlişlə çıxış edəndən sonra belə bir ciddi kanalın verlişinə heç bir reaksiya verilmədi. Bu verilişin ardınca ölkədə prezidentin başçılıq etdiyi onlarla ağır iqtisadi cinayətlərin törədilməsi barədə dünyanın tanınmış TV və qəzetləri tükürpədici verlişlər hazırlayıb dünya ictimaiyyətinə təqdim etdilər. Reaksiya vermək, tədbir görmək əvəzinə hökümət ‘’kürü’’ siyasətini işə saldı. Həm Avropada, həm də ABŞ-da lobbistlərə və siyasətçilərə rüşvət verməklə onlara “Azərbaycanda rüşvət yoxdur” və ya “aşağı səviyyədədir” deməklərinə nail olmaq istədilər. Bildiyiniz kimi bu istiqamətdə onların müəyyən nailiyyətləri də oldu. Məsələn, ATƏT və Aİ-nın səfirlərinin və bəzi deputatların bəyanatları dediklərimə sübutdur. Bu yaxınlarda ABŞ-da təşkil olunmuş yemək-içmək məclisində senator və konqresmenlərin qatılması da bu qəbildən aparılmış işlərin nəticəsidir. Rüşvət verməklə və ya  yemək-içmək məclisləri təşkil etməklə bir neçə siyasətçinin müvəqqəti təriflərini almaq olar, ancaq bunlar ölkədə korrupsiya, rüşvət kriteriyalarını dəyişdirə bilməz.  Prezident Əliyevin onun barəsində deyilənlər heç vecinə də deyildir, ancaq hər bir azərbaycanlı, xüsusilə xaricdə yaşayanlar buna görə dərin xəcalət çəkir. Əliyevin bu ağır cinayətləri vecinə almaması xalqın hər şeyə biganə olmasından irəli gəlir. O əmindir ki,  pulları oğurlanan azərbaycanlılar heç vaxt o pulların xalqın olduğunu iddia etməyəcək , başını aşağı salıb bir qarın çörək tapdığına görə şükür edəcəkdir. Xarici ölkələr belə hadisələrə reaksiya verməyən xalqa elə onun kimi tiranın rəhbərlik etməsi ilə razılaşacaq siyasətini uzun müddət davam etdirə biləcəkdir.

– Məlum rüşvət qalmaqalında Sevinc Babayevanın ölüm xəbəri də ölkəni yenidən laxlatdı. Bunun arxasında hansı məqamlar dayanır?

– Bilirsiniz Elşad Abdullayevin video yazılarına ölkədə inanmayan yoxdur. Belə bir videoyazılar istənilən bir ölkədə məsələn, Ukrayna, Rusiya, hətta Orta Asiya ölkələrində ortaya çıxsaydı orada yaşayanlar öz hökümətlərini çoxdan sürüyüb atardılar. Xatırlayırsızsa, Gürcüstanda bir neçə ay bundan öncə həbsxanada olanlara işgəncə verilməsi videosu prezident Saakaşvili və onun komandasının süqutu ilə nəticələndi. Elşad  Abdullayevin videolentləri ilə müqayisədə Ukraynada Kuçmanın guya telefonla (çünki heç kim iddia edə bilmir səs Kuçmaya məxsusdur) jurnalist Qanqadzeini öldürtmək istəməsi və ya Gürcüstanda dustaqlara həbsxanada işgəncə verilməsi faktları heç nədir. Azərbaycanlıların reaksiyası isə “vay-vay belə də iş olar”la qurtarır.  Deməli hökümət yaxşı bilir ki, bu videoyazıların camaat tərəfindən onlara qarşı istifadə olunması şansı yoxdur. İmkanı olsa o “vay-vay” deməyi də qadağan edər, yəqin camaatında böyük bir hissəsi razılaşar.  Ancaq videoyazılar beynəlxalq arenada qalmaqal yaradıb hökümət bu vəziyyətdən bir yol tapıb çıxmalıdır. Həmin bu Gülərqeyt cinayəti əgər indiki hökümət qalarsa ən azı 5-6 il uzadılacaq və çox ehtimal heç bir şeylə nəticələnməyəcək, sadəcə olaraq unudulacaq.

Birincisi, ondan başlayaq ki,  işin nəticəsiz davam etdirilməsi  üçün videoyazının iştirakçılarından biri ölməli, itməli, yaxud da yoxa çıxmalı idi. Elşad Abdullayev ən yaxşı namizəd ola bilərdi, ancaq o, Fransada yaşayır, Azərbaycanın əli bu işi görməyə qısadır. Gülər Əhmədova çox ehtimal başqa bir videoyazı ilə öz həyatını müvəqqəti olsa da sığortalaya bilib. Çünki Abdullayevdən sonra o “aradan götrülməyə” ən layiqli namizəd idi. Sözsüz ki, Gülər Əhmədovada olan informasiyalar daha çox və dolğundur, çünki Əhmədova rüşvət alış-verişində 3-cü zvenodur, yəni onun Sevinc Babayeva kimi 4-5 4-cü zvenoda dayanan vasitəçiləri var. Əhmədova 2-ci zvenonun adamlarını tanıyır, birbaşa kontaktda olub, Babayeva isə yox. Ona görə Babayeva hökümət üçün az təhlükəli idi. Məhkəmə prosesinə yaxınlaşmamağın yeganə yolu Babayevanın aradan götrülməsi idi. Babayevanın aradan götrülməsində birinci növbədə hökümət, ikinci növbədə Gülər Əhmədova maraqlı idi. Abdullayevə isə bu ölüm heç lazım deyildi. Gülər Əhmədovanın Sevinc Babayevanın Türkiyədə ölümünü təşkil etməsi ağlasığmaz bir əməliyyatdır, onu ancaq Ceyms Bond, özü də kinoda edə bilər. Əhmədova korrupsiya və rüşvətin kiçik bir vintikidir, Ceyms Bond deyildir.

İstənilən cinayətin törədilməsində motiv olmalıdır. Motivi olan iki tərəfdən ancaq hökümətin Babayevanı aradan götürmək şansı var idi. İndi artıq praktiki olaraq məhkəmə bu məsələyə baxmaya bilər. Hətta Azərbaycan məhkəməsi belə şahid tapılmayana qədər  bu işi icraata götürə bilməz deyəcək. İşdə cəmi bir şahid var idi o da öldürülüb. Şahidin məhkəməni başlamaq üçün əsas fiqura olduğuna görə onun müdafiəsi qanunu var. İndi gərək prokurorluq istintaqı yeni şahid axtarmaq istiqamətində davam etdirsin. Bu axtarış lap on il də uzana bilər. Çox ehtimal hökümət ya birbaşa, ya da Əhmədova vasitəsilə Babayevaya bir neçə aya hər şey sakitləşənə qədər gizlənməyi məsləhət görüb və paralel onu aradan götürmək planını hazırlayıb. Sevinc Babayevanı ölüm astanasında saxlayıb, İNTERPOL axtarışı da elan elədi. Üstündən bir gün sonra elə bil əli ilə qoyub gedib meyidini tapdı, hətta hansı adla xəstəxanaya gətrildiyini də elan etdi. Bu ssenarisi pis yazılmış şoudur. Sevinc Babayevanın oğlu anasının nəşinə hörmət etməlidir, onun qanının yerdə qalmasına kömək edən bəyanatlar verməməlidir. Anasının öldürülmə şousunun iştirakçısına çevrilməməlidir. Əhmədovanın özünü müdafiə edən videoyazılarını ələ keçirə bilsələr o da haradasa avtomobil qəzasında həlak olacaq.

– Bəzi qəzetlər sizin tez-tez fikrinizi dəyişdiyinizi söyləyirlər . Konkret  İP-i gah tənqid etdiyinizi, gah da birləşmək istədiyinizi, və ya Əli Kərimli İsa Qəmbər barədə fikrlərinizi tez tez dəyişdiyinizi iddia edirlər…

– Düzü, bu sualı mütləq mənada izah olunmağa layiq olmayan bir sual hesab edirəm və heç cavabda verməyəcəkdim.  Özlərini böyük siyasətçi  adlandıran bəzilərinin verdikləri qəribə, məntiqsiz intervyularla  tanış olandan sonra bu məsələyə bir daha və sonuncu dəfə münasibət bildirməyi özümə borc bildim. İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycanda demokratiyanın bərpası adlandırdığım strateji siyasətimə həmişə və axıra qədər sadiq olan az saylı adamlardan biriyəm və bu yoldan heç vaxt yarım addım da geri çəkilməmişəm. Bu siyasəti reallaşdırmaq üçün mövcud qüvvələrin öz şəxsi və koorporativ maraqlarını kənara qoyub 2013-cü il prezident seçkilərinə qədər, daha doğrusu, 2012-ci ildə bir neçə strateji problem ətrafında dəmir kimi birləşməyini əsas şərtlərdən biri hesab etmişəm. Dünən də, bu gün də, sabah da konkret plan və proqramsız birləşməyin mənasız demokratiya oyunu olduğunu qeyd etmişəm və edəcəyəm.  Bir daha qeyd etmək istəyirəm, 2003-2005-ci illərdə kifayət qədər monolit birləşmələr yaranmışdı. Bu gün hələ ki, o dövrlərdə yaranmış birliyə çata bilməyi böyük bir qələbə hesab edirik. Belə koalisiyaların olmasına baxmayaraq  sual olunmalıdır: o illərdə biz niyə uduzduq? İndi  yaranmış ictimai-siyasi şəraitin hansı amilləri imkan verir ki, biz qələbəmizə inanaq və optimist olaq. Birinci başlayaq hökümətdən. Hökümət 2003-cü illə müqayisədə 3, 2005-ci illə müqayisədə 1.5 dəfə daha güclü görsənir. Mən 2008-ci və 2010-cu ili müqayisə etmirəm, çünki o illər ümumiyyətlə, heç bir mübarizə olmayıb. Bu illər ərzində neft pullarının az bir qisminin camaata, daha doğrusu, büdcədən maaş alanlara xərcləndiyi üçün camaatın yaşayış səviyyəsi 15-20 faiz yuxarı qalxıb. Deməli mübarizə aparan tərəflərdən biri güclənib.

İndi müxalif düşərgəsinə nəzər salaq. Səthi baxış görsədir ki, müxalifət əksinə zəifləyib. Düzdür, bəzi adamlar iddia edirlər ki, mən informasiya kasadlığından Müsavat və AXCP-nin güclərinin səviyyəsini bilmirəm. Mənim onların güclərini bilməməyim vacib deyildir, əsas hökümət tərəfi onu bilməlidir. Ancaq deyəsən hökümətin də informasiyası zəifdir, onlar da bu gücü kifayət qədər qiymətləndirmir. Çünki hökümət başçısı müxalifət barədə  ikrah və təhqirlə danışır, ancaq dinçilər barədə elə danışmağa çəkinir. Opponentlərim hələ indiyə qədər anlamaq istəmirlər ki, mən ayrı-ayrı şəxslərə yox, onların konkret hər bir intervyusuna, atdığı addımlara münasibət bildirirəm. Mənim fikrim dəyişmir, onların atdığı addımlar dəyişir. Məsələn, deyirlər ki, mən deyirəm Kərimli və Qəmbərin udmaq şansı yoxdur. Məgər Azərbaycanda onların şansı olmasına inanan var, kimdir o, elan etsin. İndi bir ağıllısı tapılacaq və deyəcək “azad seçkilər keçrilsə filankəsin şansı var”. Mən də deyə bilərəm ki, marsaxodum olsa Marsa uça bilərəm, nə olsun. Deməli hamı bilir ki, bu gün prezident olmağa şansı olan yeganə bir şəxs var o da İlham Əliyevdir. Ona görə indidən boş-boşuna kimin şansı olub olmamasından danışmayaq.  İntervyularımın birində demişdim ki, prezidentliyə 3-4 namizədlərdən biri də Kərimlidir. Bu nə deməkdir? Bu o deməkdir ki, indiki şanssızlıq şəraitində heç kim döşünə döyməməlidir, praktiki hamının şansı eynidir.

İzah edəcəklər ki, mən ABŞ-dayam baş verənlərdən dərindən xəbərim yoxdur, yaxşı informasiya ala bilmirəm. Məsələn, indi Ziyalılar Forumu yaranıb, qərbi azərbaycanlıların güclü ittifaqı var, “Milyarderlər klubu” yaranıb və sairə.

Mən də sizdən soruşuram: məgər qərbi azərbaycanlılar Əli İnsanov həbs olunana qədər daha güclü deyildirmi? Ümumiyyətlə kiçik bir Azərbaycanda qərbi azərbaycanlılar , naxçıvanlılar, bakılılar, şamaxılılar və sair fikirlərin ortaya atılmaısı separatizm deyilmi və bundan heç bir yerlilik klanı üzərində qurulmamış hökümət məharətlə istifadə etmirmi, onların arasında nifaqı gücləndirib özü güclənmirmi?

“Milyarderlər klubu” Moskvada məgər indiki hakimiyyəti dəstəkləməyəcəkmi? O klubun maksimum 2 və ya 3 üzvü demokratik seçkilər uğrunda mübarizə apara bilər.  Ziyalılar Forumunun bir-iki bəyanatı ilə nə dəyişə bilər. Aydın məsələdir ki, seçkiləri saxtalaşdıracağına əmin olan hökümət sadəcə olaraq bu saxtalaşdırmağa demokratik don geydirmək istəyir. Daha doğrusu, bu işi hələ 2010-cu ildən başlayıb. Bu gün prezident seçkilərində iştirak edə biləcək özünü müxalifət adlandıran, hətta parlamentə “seçilmiş” azı 4 namizədi var. Deməli, seçkiləri baykot etməyin heç bir mənası yoxdur. İndi hökümətin əsas məqsədi özünü  “ana” müxalifət adlandıranlardan kiminsə bu seçkilərdə iştirak edəcəyini rəsmi elan etməyə təhrik etməsindən gedir. Bu ona lazımdır ki, seçki şərtlərini dəyişmədən seçkiləri keçirə bilsin və o müxalif komandadan demokratik seçki donu kimi istifadə etsin.

Mən bunun zərərli addım olduğunu qeyd edirəm və bu fikrdə olan başqalarını da alqışlayıram.  Düşünürəm ki, ancaq azad seçki şəraiti yaratmaq problemlərini hədəf kimi qəbul edib qeyd-şərtsiz bir sənəd imzalanmalı və geniş koalisiya yaradılmalıdır. Qapı-qapı düşüb heç kimi dilə tutmaq lazım deyildir. Kim sözün əsl mənasında demokratiya istəyirsə bu sənədə imza atmalıdır, istəməyənlər də öz yolları ilə getməlidir. Orada çox və ya az partiyanın toplaşması vacib deyildir, əqidəli və qətiyətlilərin toplaşması vacibdir.

O ki qaldı mənim dediklərimə münasibət bildirməyə, kim hansı münasibəti istəyir onu da bildirir. Bir-iki şərtə isə əməl etmək lazımdır. Birincisi, ACP üzvü ola-ola liderin fikirlərinə istənilən variantlı əks fikir söyləmək nizam intizamdan kənardır, yol verilməzdir. Mən özümü kifayət qədər arqumentlərlə müdafiə edə bilirəm, kiminsə qorxa-qorxa müdafiəsinə ehtiyacım yoxdur.  Ən axırıncısı məqsədyönlü araqarışdırmaq istəyən informasiya vasitələri və onların  jurnalistləri sosial şəbəkələrdə istənilən suallarını verib məndən  cavablarını ala bilərlər. Onların istəyi ilə geniş press-konfrans keçirtmək olar, orada istənilən fikir mübadiləsi aparmaq olar, sözsüz əgər sifarişlə iş görmürlərsə.

Bu yaxınlarda mənim internet vasitəsilə həm “Amerikanın səsi”, həm də “Azadlıq” radiosunda birbaşa intervyularım oldu. Ancaq bu tipli suallara cavab axtaranlara rast gəlmədim. Bir sözlə hər bir lider nəhayət ki, nə istədiyini açıq deməlidir, əgər bilirsə, xalqın canını müxtəlif cəfəng ideyalar və demoqoqiyadan xilas etməlidir və bir hədəf ətrafında geniş koalisiya yaratmalıdır. Ölkədə demokratikləşmənin bərpası deyəndə cəmiyyətdə demokratiyanı avtomobil kimi təsəvvür etmək lazımdır. İlk növbədə o avtomobilin hərəkət etməsi üçün motoru olmalıdır.  Motor olsa qalan hissələri tapıb maşını hərəkətə gətirmək mümkündür, motorsuz mənası yoxdur. Demokratiyanın motoru azad seçkilərdir. Əgər bu təşkil olunmasa qalan işlərin heç bir mənası yoxdur. Ona görə də indiki zamanda ondan başqa heç bir ideyanın irəli sürülməsi lazımsızdır, ziyandır.

Avrasiya.net

Qısa URL: http://avrasiya.net/?p=8662

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

5 Cavab to ““Demokratiyanın Motoru Azad Seçkilərdir. Əgər Bu Təşkil Olunmasa Qalan İşlərin Heç Bir Mənası Yoxdur.””

  1. Korrupsiya siyasi hakimiyyətə aid olan termindir.Korrupsiya Azərbaycanda biznesin bir növüdür.Yüksək vəzifə tutan bütün məmurlar biznesin bu növü ilə məşğul ourlar.

  2. Mərhum H.Əliyevin dövründə özündən başqa Prezident aparatında Ramiz Mehdiyevdən tutmuş hər bir idarə rəsinin ayda bir dəfə şikayətçiləri dinləmək üçün qəbul günləri olurdu.Amma ondan sonra bu qaydalar aradan götürüldü.Nə prezidentin,nədəki Aparatın rəhbəri R.Mehdiyevin qəbul günləri ümümuyyətlə olmur.İdarə rəisləri öz əvəzinə şikayətçiləri qəbul etmək üçün işçilərini göndərirlər.Prezidentə ünvanlanan şikayət ərizələri hətta nəinki Prezidentə,heç R.Mehdiyevə çatdırılmır.Ümumi Şöbəyə daxil olan şikayətlərin taleyi qalır həmin şöbənin ümüdinə,ya İdarə Rəislərinə göndərilir,ya da şikayət olunan orqanlara göndərilir.Yəni insanların şikayətlərinə məhəl qoyulmur,yəni anarxiyadır,hamı özü üçün agadır.Bu qoca Kardinal H.Əliyevin vaxtında qorxusundan siçan deşiyi axtarırdı.İndi isə bu qədər cinayətlər bir başa onunla baglı olsa da görürsünüzmü heç vecinə də deyil.Yəni heç prezidenti sayan da yoxdur.Amma elə düşünməyin ki,onun heç nədən xəbəri yoxdur,xeyir hər bir məsələdən geniş məlumatı var,mühüm korrupsiya məsələlərinin başında da şəxsən özü durur.Putin kimi bir mafiyoz heç olmasa televiziya qarşısında press konfransiya keçirir,xalqla yeri gələndə hesablaşır,lakin bizdə isə xalqı adam yerinə qoyan da yoxdur.Sizcə bu nədəndir?Çünki biz həqiqətən qoyun millətik,hər bir məsələyə biganəyik.Bu qədər anarxiyaları,sifarişli insan ölümlərini,korrupsiya,rüşvətin tügyan etməsini gözlərimizlə görür və bütün bunların qarşısının alınmasında xalqın fəal rolu ilə baglı olmasını anlasaq da səsimizi çıxarmır,biganəliyimizi bildiririk.Odur ki,hələ bu millətə bu da azdır,neçə ki xalq öz azadlıgına,öz taleyinə biganədir bu məsələlər belə də davam edəcək.M.Araz demişkən məndən ötüb sənə dəyəcək,səndən,məndən ötən vətənə,xalqa dəyəcək!Sag olsunlar müxalif mətbuat orqanlarını ki,ölkədə baş verən məsələləri cəsarətlə işıqlandırır,xalqı müntəzəm məlumatlandırır.Nə üçün edir,ona görə ki,xalq ayılsın,hakimiyyətin özbaşınalıgına reaksiya verilsin.Amma xalq bəs necə reaksiya verir?Pah atonnan,bilirsən bu hakimiyyət nə oyunlardan çıxır?,deyərək gileylənirik,cəmisi beş-on nəfər də həmin məsələyə özünün düşündüyü kimi reaksiya verib şərh yazır,bəziləri də təlxək kimi atmaca sözlərlə sərsəmləyirlər,hakimiyyətin əvəzinə,buna qarşı olan saglam insanları da şərhləri ilə təhqir edirlər.Bu gün belə sərsəm fikir və iradları bir kənara qoyub,balalarımızın sabahını,gələcəyini düşünməliyik.Hər bir insan özündə məsuliyyət hiss etməlidir,agıllı şərhlər yazmalıdır.Hətta şərhlərində birlik haqqında yazışmalar getməlidir,ünsiyyətlər qurulmalıdır!Yoxsa ömürlük bu hakimiyyətin köləsi olacaq bu xalq!

  3. Rəsul müəllim, bu yaxınlarda Ədliyyə Nazirliyinin bir vəzifəli şəxsi Ədliyyə nazirliyində baş verən korrupsiya haqqında dəhşətli faktlar danışdı.Mən bundan dəhşətə gəldim. Onun sözlərinə görə bu faktlar təkzibedilməzdir.Bu, təkzibedilməsi mümkün olmayan korrupsiya faktları haqqında Sizin bloqda məlumat veriləcək.

  4. Azərbaycanda korrupsiyanı dəhşətli hadisə qiymətləndirmək. gülüncdür… Beləki hər yerdə korrupsiya baş roldadır, bu hakimiyyət korrupsiya üzərində qurulub.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: