DİKTATORUN PORTRET CİZGİLƏRİ – 3

Əvvəli

Nəyə görə belə siyasət yeridilir?

Ağlımıza gələn ilk şey imzalanmış müqavilələrin Dağlıq Qarabağ probleminin həllinə kömək edəcəyidir. Başqa sözlə, iqtisadi vasitələrlə xarici dövlətlərin dəstəyini qazanmaq taktikası göz önünə gələ bilər. Bu ideyanın xəyaldan başqa bir şey olmadığı çoxlarına aydınlaşıb.

1994-cü ilin sentyabrında imzalanan “əsrin müqaviləsi”ndən 7 il keçsə də, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması və Dağlıq Qarabağ probleminin həlli məsələsində heç bir irəliləyiş yoxdur. ABŞ-ın və digər Qərb ölkələrinin mövqeyində əhəmiyyətli dəyişiklik nəzərə çarpmır. Yeganə dəyişiklik praktiki olaraq konfederasiya səviyyəsinədək qaldırılmış “Dağlıq Qarabağın statusu” məsələsinin qoyuluşunda müşahidə olunur. Rusiya Federasiyası ilə Ermənistan arasında bağlanmış müqavilələr ikincinin böyük qonşusunun hərbi gücü ilə müdafiəsinə tam təminat verir. Beləliklə, Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş ərazilərin geri qaytarılması, Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası problemi düyünə düşüb və aparılan siyasətlə yaxın gələcəkdə bu vəziyyətdən çıxış yolu görünmür. Dağlıq Qarabağ ətrafındakı rayonlardan bəzilərinin qaytarılacağı istisna olunmur və bu hadisədən böyük təbliğat üçün şou düzəldiləcək. Lakin bununla belə, heç kəs yadına salmır ki, bu rayonları hələ 1994-cü ilin əvvəlində geri qaytarmağa hazırlaşırdılar. O zaman imtina olunmuş bir şeydən indi yenidən tutmaq istəyənlərin, başda H.Əliyev durmaqla, nə məqsəd güddükləri məlumdur. İşğal olunmuş torpaqlar hissə-hissə yox, bütünlüklə azad olunmalıdır. Öz xalqını bu cür aldadıb Dağlıq Qarabağ problemini həll etmək olmaz. Bu, indi də, gələcəkdə də problemin kəskinləşməsinə gətirib çıxaracaq.

SSRİ dağıldıqdan sonra bütün keçmiş sovet respublikaları nizamnaməsində birmənalı surətdə dövlətlərin ərazi bütövlüyü bəyan edilmiş BMT-nin üzvü olublar. Bu prinsipi yenidən yaranmış bütün müstəqil dövlətlərin başçıları təsdiq edib və buna öz imzalarını atıblar. Beləliklə, bu prinsipin hər hansı digər sammitdə formalcasına yenidən təsdiqlənməsinin siyasi əhəmiyyəti yoxdur. Azərbaycanın ərazi bütövlüyünün formal olaraq tez-tez təkrar edilməsi neft kontraktlarının nəticəsi yox, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsipidir. Guya, neft kontraktları olmasaydı, Azərbaycanın ərazi bütövlüyü etiraf olunmayacaqdı?!

“Əsrin müqaviləsi” bağlandıqdan sonra, əlavə olaraq 10-dan artıq yeni müqavilənin imzalanmasına baxmayaraq, bu, dünya səhnəsində Azərbaycan üçün müsbət dəyişikliklərə çıxarmadı. Əgər kimsə fikirləşirsə ki, müxtəlif yüksək səviyyəli görüşlərin keçirilməsi neft müqavilələrinin nəticəsididr, o, dərindən səhv edir. Belə rəsmi görüşlər hər bir ölkə ilə, hətta təbii ehtiyatlara malik olmayanlarla da keçirilir və bu görüşləri müvafiq xarici işlər idarəsi aparır.

Neft müqavilələrinin ikinci kozır kartı, guya, Azərbaycan xalqının yaşayış səviyyəsini yaxşılaşdırmağa imkan verəcək səviyyədə iqtisadiyyata qoyulan investisiyanın artırılması fikridir. Qətiyyətlə demək olar ki, bu da uydurmadır. 1994-cü illə müqayisədə həyat səviyyəsi ən azı 2 dəfə aşağı düşüb, investisiyalara gəldikdə isə burada qiymətvermələr çox nisbidir.

Xarici investisiyaların əsl meyarı Azərbaycan vətəndaşlarının yeni iş yerləri ilə təmin olunmasıdır, bu mənada da mənzərə heç də ümidverici deyil. Son 5 ildə işçi yerlərinin ümumi sayı, bizdəki məlumatlara görə, təxminən, 2 dəfə azalıb.

Bəs neft kontraktlarının iş yerləri və yüksək rifah gətirəcəyi barədə yuxarıda deyilənlərin həqiqi son məqsədi nədir? Cavab aydındır: birincisi, rejim sahibinin hesablamalarına görə, neft ehtiyatları ölkədə yaradılan rejimə xarici dövlətlərin təzyiqini azaltmalı, yaxud heçə endirməlidir.

İkincisi, neft müqavilələri mövcud olmayan demokratik quruluşun, guya, demokratikliyi barədə illüziyalar yaratmalıdıdr, xarici ölkələrin bəzi liderlərinin həmin ölkələrin hökumət strukturlarında rejimin müdafiəsi üçün lobbiçilik fəaliyyətinə cəlb olunmasına kömək etməlidir. Ancaq söhbət Azərbaycan xalqının maraqlarını deyil, ölkədə yaradılan rejimin maraqlarını lobbiləşdirməkdən gedir. Bunu, təxminən, belə edirlər: deyək ki, ABŞ-ın dünyada tanınmış hansısa siyasi xadimi respublika müxalifəti ilə görüşüb onlara öyüd verir ki, “siz hələ cavansınız, sizə demokratiya deyil, sabitlik lazımdır, tələsməyin”. Bundan sonra paradoks yaranır: bütün həyatını totalitar rejimə qarşı mübarizəyə sərf etmiş adam qəfildən öz mövqeyini 180 dərəcə dəyişir.

Üçüncüsü, xarici şirkətlərlə müqavilələr bağlanarkən, onları inandırmağa çalışırlar ki, bu, yalnız bir adamın sayəsində mümkün olub, onsuz müqavilə cəhdləri baş tutmaz və müqavilələr öz qüvvəsini itirərdi. Bütün bunlardan sonra, təbii olaraq yaranan “bu adam gedəndən sonra nə olacaq” sualına cavab artıq hazırdır: “Siz (yəni, xarici şirkətlər) ölkəmizdə məndən sonra gəlib sizin maraqlarınızın mühafizə edilməsinə və genişlənməsinə kömək edəcək adamı elə indidən dəstəkləməlisiniz, əgər hakimiyyətə o gəlməsə vəziyyət tamamilə, həm də 180 dərəcə əksinə dəyişə bilər, sizi asanlıqla buradan qovarlar” və s.

Həqiqət bundadır ki, müqavilələrin bağlanmasının ümdə məqsədi xalqın xoşbəxt gələcəyini təmin etmək yox, H.Əliyevin totalitar rejiminin ömrünün uzadılmasıdır.

Çox maraqlıdır ki, bizim bu qədər kiçik ərazimizdə qısa müddətdə müxtəlif ölkələrdən, müxtəlif dərəcəli və imkanlı, neft biznesinə aidiyyatı olan və onunla birbaşa əlaqəsi olmayan onlarla şirkət zühur edir. Tender keçirilməsə də, onların hamısı qalib çıxarılır. Əks halda “EKSON” kimi nəhənglə yanaşı, neft müqaviləsində hansısa kiçik, heç kəsin tanımadığı şirkətin iştirakını nə ilə izah etmək olar? Ümumiyyətlə, bir neft müqaviləsində məntiqlə neçə şirkət iştirak edə bilər? Hansı ölkədə təkcə bir müqavilədə müxtəlif səviyyəli 10-15 şirkət iştirak edir? Bu, konsorsiumun idarə olunmasında bəribaşdan mənfi nəticələrə gətirib çıxarmayacaqmı? Şirkətlərin özləri də bunu gözəl başa düşürlər. Belə ki, onların bəzilərinin öz paylarını başqalarına satması prosesi artıq başlayıb.

Nəticədə, belə alınır ki, Azərbaycan öz yataqlarını satmayıb, faktiki olaraq, paylayıb. Axı, bonus qətiyyən nə bəxşiş, nə də satış qiyməti deyil, o, son nəticədə heç də az olmayan faizlə 2-3 qat mislində qaytarılmalıdır. Beləliklə, konsorsiumda öz payını yenidən satan şirkət Azərbaycana ödədiyi bonusdan 2-3 dəfə artıq pul qazanır.

Bəs, nədən Azərbaycan  öz neft yataqlarını satmayıb, faktiki olaraq, müftə paylayır? Göstərilən müqavilələrdə ARDNŞ-dən başqa, bütün iştirakçıların sanballı payları var. Əvvəllcə onun payı 30-40% təşkil edirdisə, sonradan hamısı paylanır, daha doğrusu, havayı verilir. Bunun əsl səbəbi nədir?

Əlbəttə, xarici şirkətlərlə, xüsusən “EKSON”, “AMOKO”, “BP” və digərləri ilə əməkdaşlıq zəruri və olduqca vacibdir. Lakin elə müqavilə şərtləri, elə şərait lazımdır ki, müqaviləyə imza atan şirkətlər gələcəyə inamla baxsın, möhkəm əmin olsunlar ki, onların investisiyaları batmayacaq.

Deyək ki, imzalanmış müqavilələrin hər hansında Azərbaycanın payı 49%, başqa nəhəng bir şirkətin, o cümlədə “EKSON”un payı 51% təşkil etsəydi, nəticə tamamilə başqa cür olardı. İştirakçıların sayını maksimum artırıb işgüzar müqaviləni “qardaşlıq məzarı”na döndərmək nəyə lazımdır?

Müqaviləyə görə, dənizdən çıxarılan neftin yarısı Azərbaycana məxsus olmalıdır. Lakin bu rəqəm çox şərtidir. Bunu başa düşmək üçün xüsusi iqtisadi savad lazım deyil. Bu bölgü “mənfəətli neft” deyilən, daha doğrusu investisiya və istismarla bağlı bütün xərclər ödənildikdən sonra qalan vəsaitə şamil edilir. Bu xərclər isə o qədər böyük ola bilər ki, gəlir qazanmaq imkanı yerli-dibli olmaz, bəlkə də ziyana düşərik. Çünki nəticələr əsasən neftin satıldığı anda onun dünya bazarındakı qiymətindən asılı olacaq.

Xalqı “neftin gətirəcəyi xoşbəxt gələcək” barədə şirin söhbətlərlə bihuş etmək siyasəti aparılır və nə indiki nəsil, nə də müstəqil Azərbaycanda dünyaya gələcək sonrakı nəsillər belə siyasətlə normal yaşayış görməyəcək. Allahın Azərbaycana bəxş etdiyi təbii sərvətləri məsuliyyətsizcəsinə paylamaqla yalnız gələcək nəsillərin taleyini şikəst etmək olar. Təəssüf ki, bu istiqamətdə aparılan məqsədyönlü siyasət H.Əliyevin diktator portretinin qabarıq cizgilərindən biridir.

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

21 Cavab to “DİKTATORUN PORTRET CİZGİLƏRİ – 3”

  1. Salam cənab prezident İlham Əliyev.Mən 3 senytabr 2012 ildə ailəvi olmuşam ƏSMM nazirliyndə məni nazir Fizuli Ələkbərov qəbul eləmədi qəbul otagında Byram vəsiqəmi aldı məni nazirin qəbuluna yazdı.Mən dəfələrlə zəng edirəm nazir məni qəbul eləmir nəhayət ƏSMM nazirliyinin Tər-tər rayon söbəsinin drektoru Vüsal Əzizov mənə dediki bizim nazir Fizuli heçkimi qəbul elmir özünü yorma.18-12-2012 tarixdə mənə bu nömürədən zəng gəldi 0557640881 mənə dediki mən ƏSMM nazirliyinin işçisiyəm adımda Rövşəndir sonra örgəndimki Rövşən nazirlikdə qəbul şöbəsninin sektor müdürüdür.Rövşən mənə dediki sən ikinci maşını almaq üçün nazir Fizuli.Ə adına ərizə yaz interinetlə bizə göndər mən ərizəni göndərdim və Rövşənə zəng elədim dediki gözlə sənə zəng edəcəm Rövşən bu nömürədən 0507652025 zəng elədi mənə deiki sənin ərizən araşdırılır nəhayət 27-12-2012 tarixdə zəng elədim dediki araşdırılıb sənə ikinci maşın düşmür dediki sənə isdisna halkimidə maşın düşmür mən dedim niyə Rövşən dediki sənin ərizən araşdırılıb nazir Fizuli.Ə deyirki sənin müraciyətin qeyri qanunidir mən dedimki Fizuli Ələkbərovun anasını bacısını arvadını ermənidən qeyriqanuni qorumuşam mən dedimki nazir məni ələ salır nəyə görə nazir sənə deyibki zəng elə Qarabag əlili deki ərizə yazsın göndərsin ikinci maşın üçün indidə Fizuli deyirki sənin müraciyətin qeyriqanunidir.Mən Rövşənə dedimki nazir Fizuli sənə deməsə icazə verməsə sən mənə zəng edib deyə bilmərsənki maşına görə ərizə yaz göndər Rövşən dediki hə nazir deyib sənə zəng eləmişəm bizim telefon danışıgımız yazılır cənab prezident.Dedimki məni nazir Fizulinin qəbuluna yazıblar nazir məni qəbul eləsin Rövşən dediki sənə məktubla cavab veriləcək nazir buna görə səni qəbul eləməyəcək.cənab prezident nazir Qarabag əlilini qəbul eləmir və Qarabag əlilini müraciyətinidə qeyriqanuni hesab edir prezident İlham Fizuli.Ə ac xalqın puluyla Çexiya ölkəsində özünə şəxsi otel tikdirdyini siz qanuni hesab edirsinizmi? cənab prezident Fizuli.Ə sizdən icazə alıb qeyri qanuni olaraq Çexiya dövlətində özünə otel tikdirə bilir lakin Fizuli.Ə prezident İlham Əliyevdən Qarabag zəlilinə ikinci maşın verilməsinin icazəsini ala bilmir cənab prezident bu sizin erməni işgalı altında 20 ildən artıq olan Qarbagımıza olan biganə laqeyit münasibətinizin gösdəricisidir Allaha and olsun.ƏSMM nazirliyiunin şöbə müdürü Namiq müəllim dediki prezident bizə əmir versə biz sənə dərhal ikinci maşını verəcəyik.Mən Qarabag zəlilinə fizuli dyirki sənin müraciyətin qeyri qanunudir mən bunu qəbul eləmirəm bu bütün Qarabag əlillərinə təhqirdir söyüşdür.Fizuli siz arxalanmasa o sözləri mənə deyə bilməz sizdən məsləhət almasa Qarabag zəlilini ələ sala biməız.Mən Qarabag torpagında bir gecə səngərdə durdugum 1 dəqiqənin haqqını sən prezident İlham Əliyev mənə qayatara bilmərsən Allaha and olsun.Mən gecələr agrıdan yata bimirəm 20 ildir.cənab prezident mən sizdən tələb edirəmki Fizuli.Ə əmir verin ya mənə maşın versin yada məni qəbul eləsin.01-02-2013.

  2. Cenab Resul Quliyev siz cok dahi sexsiyyet Heyder Eliyevi diktator kimi qeleme verirsiniz.Lakin ister Sovetler dövrunde istersede ondan sonraki dövrlerde siz Heyder Eliyev sexsiyyetlerin bulagindan su icib onun penceyini tutan sexslerin sirasinda idiniz.Insan ciy sud emir ona göre ki,dahi sexsiyyetin arxasinca danishmaq ve onu xalq arasinda gözden salmaq ,diktator kimi qeleme vermek bu hec bir insanin vicdanina yarashmayan bir elametdir.Men sexsen deyerdim Azerbaycanda Heyder Eliyev kimi sexslerin eline su tökmeye hele ele bir insan yetishmemish.Bunu siz bir defelik anlamalisiniz.Rehmetlik Heyder Eliyev sexsiyyetin siyasetin davamcisi cenab Ilham Eliyev hakimiyyetde olmasina baxmayaraq buraxdigi bir nece sehfler ucbatindan bu gun hakimiyyet laxlayir.Hakimiyyetin lax yumurtaya cevirilmesinde ilk önce Ayaz Mutellibovun Azerbaycana gelmesini temin eden hakimiyyet bu buraxdigi sehfi xalq ona bagishlamayacaq.Guler Ehmedov kimleri özunu hakimiyyet siralarina daxil ederek Ayaz Mutellibovun Azerbaycana getirilmesi ve onu Azerbaycanda prezident kursusunde eyleshdirmek ugrunda gizli mubarize gedirdi.Bunun neticesinde bezi insanlar helede qapali olaraq gizlin hakimiyyetde calishirlar ve hakimiyyete qarshi teror aktlari töretmekden bele cekinmeyecekler.Elshad Abdullayev video sujetleri buraxmaqada haqqlidir hakimiyyet ordan ibret dersi göturmeli kimler hakimiyyet daxilinde gizli olaraq calishib Ayaz Mutellibovu hakimiyyete getirmek ve Ilham Eliyevi hakimiyyetden birdefelik silerek Eliyevler hakimiyyetinin sonu deyerek dushunurler.Lakin men bu gun ele dushunmurem Eliyevler hakimiyyetden getseler Azerbaycanda xaos olacaq 1990-1993 illeri yada salib shukur edeceksiniz.Azerbaycanda bu gun hakimiyyeti idare eden sexs men görmurem muxalifet liderleri arasinda.Hakimiyyeti idare etmek ucun kishi lazimdir buda muxalifet arasinda yoxdur ona göre ki, muxalifet 20 ildir azerbaycan xalqina vurdugu zerbe 100 illerle tarixin yaddashina yazilmish.Guler Ehmedova gelince onu hebs etmek hakimiyyet ucun bir qurtum su icmek kimi bir sheydir lakin burda böyuk sirrlerin acilmasi ve Guler Ehmedovun azadliqda muvveqeti olmasi bu bir xoshbextlikdir.Cenab Resul Quliyev siz cok agilli bir insansiniz qoshulmayin bezi savadsiz muxalifet liderlerin kompaniyasina.Siz yalniz bu gun Azerbaycanin butövluyu ugrunda mubarize aparmaginiz ve cenab Ilham Eliyeve arxa durmalisiniz.Men size meslehet verirem kendinize gelin sehf yoldasiniz.Men bir munnecim kimi bunlari görurem ve söyleyirem.Azerbaycan hakimiyyeti yumurta kimi laxtalanmasi cenab Ilham Eliyevin inanib onlari vezifede saxlayan bir qurp memurdur.Ilham Eliyevi hakimiyyete getirenler özleride yixacaqlar ve Azerbaycanda xaosh yashana biler bunlarin qarshisi alinmasa.Men bu gun Ilham Eliyevin alternativini görmurem.Muxalifet liderleri Gededen bey olmaz.

    • Sizə cavab yazmağa adamın heyfi gəlir. Siz Azərbaycan xalqı üçün itirilmiş və bir kilo yağlı ətə istənilən satqınlığa gedə biləcək xarakterlisiniz. Sizin tipli adamlar Əliyevlərin pencəyin yox ayaqabılarını silməyi belə özünüzə şərəf sayarsınız. Şükürki sizin kimilərin sayı Azərbaycanda maksimum 10 min olar. Xalqın xoşbəxtliyi sizin tipli adamların hamısını toplayıb Nargin adasına aparmaqda olardı.Siz bir qarın çörəyə valideyinlərini satan insanlar qrupuna aidsiniz. Sizinlə qonuşmaq ikrah hissi doğurur .Bir daha yazmayın.

    • Ələ Munnecim,yazırsan ki,”Cenab Resul Quliyev siz cok agilli bir insansiniz qoshulmayin bezi savadsiz muxalifet liderlerin kompaniyasina.Siz yalniz bu gun Azerbaycanin butövluyu ugrunda mubarize aparmaginiz ve cenab Ilham Eliyeve arxa durmalisiniz”.Sən hansı İlham Əliyevi nəzərdə tutursan,nəsli nəcabətinlə qarşısında kölə oldugun İlhamı deyirsən?Amma gərək biləsən ki,kölə olmagın,ayaqqabı təmizləməyin cəhənnəm,heç olmasa agzına gələni danışmayasan.Rəsul Quliyev H.Əliyevə pencək alıb,maşın alıb,onun hakimiyyətə gətirilməsində rolu olub,sonradan onun iç üzünü görəndə ondan aralanıb.İnanmırsansa “Adan”,başının tacı İlham Əliyevindən soruş,kişi faktı inkarlamaz,məncə düznü sənə deyər.ikinci isə ay cüvəllagı axı sən kimsən ki,Rəsul Quliyev kimi şəxsiyyətə məsləhət verirsən?Abırına qısıl get köləliyini et,görünür ki,bu sənin kökündə var!

    • Munnecim,yazdıqlarını oxuyan hər bir kəs özünə vətənpərvər,kişi deyirsə xəcalət çəkər,bircə onu düz dedin ki,gədədən bəy olmaz!yaxşı olar ki,sən get gədəliyini elə,pencək tut,kölə ol,yaltaqlan,istəsən Hacışakir sabunu da alıb sənə göndərim yaşı gir,amma ay bədbəxt sən nə biçarəsən ki,Rəsul Quliyev haqqında hətələn-pətələn danışırsan?Bilirsən biri var ki,danışıgını,hərəkətini qanmaya sadəcə qul,kölə,yaltaq ola,biri də var ki,sənin kimi guya “qanan”ola,ay bədbəxt sən gör nə qədər düşüncəsizsən ki,dünyada gedən prosesləri də dərk etmirsən.Başına döndüyün H.Əliyevin və onun oglu bütün dünya tərəfindən diktator kimi tanınır,bu gün sabah Meksikada və eləcə də hər yerdə xalqın pulu hesabına düzəldilən heykəlləri sürütdənib zibilliyə atılacaq,amma mənim üçün çox maraqlıdır ki,o zaman sənin kimi manqurtlar nə deyəcək,üzləri olacaqmı cəmiyyət arasına çıxmaga?Sənin kimilərdə elə üz var ki,yenə də hacışakir sabunu olub başınıza çarə qılacaqsınız.

    • Düşünürəm ki,bu zavallı Munnecimə baş qoşmaga dəyməz.Heç kimin də şübhəsi olmasın ki,bu rəzil,nankorun nəsli DTK agenti olub.Ya da qanı xarabdı,milləti haqda düşünə bilmir.Nə yazdıgını da özü də anlamır,belə xislətli adamların peşəsidir,yaltaqlıgını bildirməlidir.Bu bədbəxt anlamır ki,nəin ki,gülərlər,ayazlar,hətta nazirlərdən tutmuş bütün yüksək təbəqəli məmurlar bir ailənin qarşısında quldur,kölədir,alətdir.Ayaz bir vaxt İlhamın dədəsinin düşməni idi,indi ən yaxın sirdaş olub,Xalq ən acınacaqlı vəziyyətini yaşayır,insanların hüququ hər an,hər dəqiqə pozulur,bu zavallı bunun səbəbini anlamır,hələ utanmadan dahi şəxsiyyət deyib pencək tutmaqdan dəm vurur.Get pencək tut,qul ol,amma a nadürüst sənin mənəvi haqqın yoxdur ki,Rəsul Quliyev kimi bir şəxsiyyətə irad tutasan,məsləhət verəsən!Bütün dünya bu zavallının dahisini diktator adlandırıb,bu gün-sabah heykəlləri sökülüb dagıdılacaq,amma bu manqurt hələ də dahimsən,dədəmsən,qibləgahımsan deyir.Allah rəhmət eləsin M.Cəlili belələri “Poçt Qutusundakı”novruzəlilərdir ki,agalarına “sadiqdirlər”.Bunlar olmasaydı Azərbaycanın problemi olardımı heç?nə yaxşı ki,çox deyillər beş-on min “agsaq keçi”kimi atılıb ortaya ona-buna “buynuz”atsalar da öz buynuzları sınır…

  3. Guler Ehmedovun qardashi Ilqar 3 il bundan önce serin restoraninda deyende ki,Ayaz Mutellibov Azerbaycana gelecek buna Ilham Eliyev imza atmish ve icaze verecek biz gulurduk ki,senin bashina hava gelmish.Ilqar ise deyirdi gulmeyin yashayib göreceyik Ayaz Mutellibov prezidentde olacaq.Demeli o sözleri Ilqar havadan dememish bu gun Bakililar birliyi artiq fealiyyetde Ayaz Mutellibovun hakimiyyete gelmesini 2013 cu ilde kercek olmasini isteyirler.Haci Ebdul Bakililarin qapisini geceler geze-geze Ayaz Mutellibovu mudafie etmeyi cagirir.Ilham Eliyev butöv Azerbaycan ugrunda mubarize aparir.Haqq-edalet varmi.
    Ilham Eliyev Ayaz Mutellibov kimi seytanlari Azerbaycana buraxmaqda böyuk sehflere yol vermish.

  4. Ilham Eliyev bu gun meslehete ehtiyaci var bunu görurem.Yoxsa hakimiyyet elden gedecek

  5. Cenab Resul Quliyev siz rehmetlik dahi sexsiyyet Heyder Eliyev portretini ve rehmetlik emim Brejnevin portretini arxivlerden cixardib reklam ederek onlari tehqir ve tenqid edirsiniz bu sie hec yarashirmi axi siz hec olmasa ali tehsilli yuksek medeniyyete mexsus bir sexsiniz bu sizin imicinize zerbeden bashqa hec ne ola bilmez.Siz özunuzden bashqa hec kimi beyenmirsiniz ve hec kimin siyasetine qiymet vermegi bacarmirsiniz.Lakin tarix bu iki dahi sexse qiymet vermish.O dövrun qehremanlari xalqini seven ,xalqa sulh emin amanliq veren mehz bu sexsler olmush öz xalqi terefinden sevilmish.Sizin bu sexsler haqqinda menfi fikirleriniz hecde haqq edaletden xeber vermir.Sizin pille -pille yuxari qalxmaginiz mehz dahi sexsiyyet rehmetlik Heyder Eliyev dövrunden bashlamish onun sayesi neticesinde siz vezife ne oldugunu bilmisiniz ve sonradan sizi MM-sedri vezifesine teyin etmesi sonradan siz bu vezifeni dogurultmadiginiz ucun özunuz utanaraq bu vezifeden istefa vermisiniz.Rehmetlik dahi sexsiyyet Heyder Eliyevi bagrina basaraq öpub ayrilmisiniz.Ne tez unutdun bunlari ve hemin öpushduyun resimi blogundan utandigindan cixartmisan cunku evveler orda idir.Indi mehrum Ebulfez Eliyevle mehrum Heyder Eliyevin öpushmesini blogunda reklam edirsen xalqa numayish etdirmek isteyirsen ve özun öpushduyun resimi gizledirsen xalqin gözu kor deyil.Siz hec zaman prezident olmayacaqsiniz cunku siz buna qadir deyilsiniz,siz siyasetden hec bir melumatiniz yok sadece özunuzu gulush veziyyete salmayin.Siz yaxshi olar ki,blogunuzun qapisinin agzindan nezir qutusunu göturub ve sonradan Azerbaycanin prezidenti cenab Ilham Eliyeve muraciet edin belke sizede Ayaz Mutellibov kimi rehimi gele sizide ehf eder.Ayaz Mutellibov kimi kishi olmaqdansa on dene arvad ondan yaxshidir.Cunku onun Azerbyacan xalqinin qanina eli bulashmish men onu cinayetkar kimi taniyiram.Lakin bu sexse baxdiqda sizde olan medeniyyet,vetenperverlik elbetde Ayaz Mutellibovda ola bilmezdir.Size meslehetim budur ki,muraciet edin cenab prezident sizi ehf etsin.
    Azerbaycan xalqi artiq 2013-cu ilde kime ses vermesini cok gözel bilir ve sizin burda arani qizishdirmaqin hec bir faydasi olmayacaq.Azerbaycan prezidenti cenab Ilham Eliyev 2013-cu ilde yeniden xalqin iradesi ile prezident secilecek.Isa Qember satqindir,Eli Kerim Ise papuqay qushu.Penah Huseyinov ekincidir.Iqbal Agazade ise serce qushudur hara deseler o agacin bashina qonur ve ci-ci edir.Azerbaycanda bu gun Ilham Eliyevin alternativi yoxdur sadece xarici ve daxili dushmenler bundan istifade ederek azerbaycani parcalamaq ve xalqin servetini ele kecirtmekden bashqa fikirleri yok.Ilham Eliyevin guclu siyasetci olmasi bu hem xarici dushmenleri hemde daxili dushmenleri narahat edir.Men cok önceler yazmishdim ki,Ayaz Mutellibov Azerbaycana qayidarsa Azerbaycan daxilinde caxnashma ola bilecek ve bunu men öz sherhlerimde qeyd etmishdim.Ayaz Mutellibov efi ilandir.Ilanin aginada qarasinada nehlet.
    Yazmishdim 2 il önce Ayaz Mutellibovun millet vekilleri arasinda yaxin dostlari var bunlar calishirlar Ayaz Mutellibovu Azerbaycana getirmek ve bunu etdiler sonradan neticesini ve acisini göruruk.Men sexslerin adlarini aciq yazmiram zaman gelecek onlarin iyrenc hereketleri uze cixacaq.Men sexsen bu gun isterdim Ayaz Mutellibov xalq arshisinda mehkemede cavab versin onunla Guler Ehmedovun ve sair sexslerin yeri zindandir.Bu gun biz Azerbaycan prezidenti Ilham Eliyev cenablarinin siyasetine destek vermeliyik bu agir zamanda hec bir qondarma muxalifetden söz gede bilmez.Dushmen oyaqdir……………………………………..

    • Munnecim,FƏZAİL AGAMALI,SİYAVUŞ NOVRUZOV,ƏLİ ƏHMƏDOV,MÜBARİZ QURBANLI BELƏ SƏNİN QƏDƏR YALTAQ,İKİ ÜZLÜ DEYİLMİŞ.SƏN HACIŞAKİR SABUNUNDAN SÜRÜŞKƏMİŞSƏN.YALTAQLIGIN DA BİR HƏDDİ VAR,AMMA SƏN DƏDƏNDƏN,ANANDAN DA ÇOX İ.ƏLİYEVİNİ SEVİRMİŞSƏN.GET SEV AY OGUL BƏYƏM SƏNƏ MANE OLAN VAR?AMMA BAŞINDAN YEKƏ İŞLƏRƏ BƏDƏNİNİ SOXMA,HƏLƏ SƏNƏ DAYƏ TUTMAQ LAZIMDIR Kİ.MƏDƏNİYYƏTİ,ETİKANI ÖYRƏTSİN,QANINA HOPAN YALTAQLIGI TƏMİZLƏSİN.

  6. Salam Rəsul müəllim!
    Sizin yazdıqlarınızı və müsahibələrinizi müntəzəm olaraq oxuyub və dinləyirəm. Son müsahibənizdə mən Sizin ümidinizi itirdiyinizi hiss etdim. Belə ki, müsahibə zamanı bildirdiz ki,ümid qalıb hakimyyətin seçkilərdə ədalətli seçkiyə yol verməsinə. Heç vaxt Sizdə belə ümidsizlik hiss etməmişdim, bu nədən irəli gəlməyini bildirin xahiş edirəm.
    Düz qeyd edirsizki, Ərab ölkələrində xarici qüvvələrin böyük köməyi olub. Bu köməyi Azərbaycanın əldə etməyi mümkün deyilmi? Siz hal hazırda bu mesajları qərbdən atdığınızdan, mənə eləgəldi ki, qərb Azərbaycan seçkilərinə müdaxilə etmək istəmir və ya onlarıda rüşvətlə Azərbaycanın cinayətkar hakimiyyəti alıbdır!

    • Mənim intervyuma birdə qulaq asmalısınız. Orada deyilir ki, bu ölkəni faciəli xaosa aparır,bunun qarşısını almaq üçün ümid qalıb… Bu mənim ümidsizliyimə heç vəchlə dəlalət etmir,əksinə. Xahiş edirəm bir daha diqqətlə qulaq asın.

  7. Bu qədər cinayətlərindən sonra onlara ümid etməyə dəyərmi Sizin fikrinizcə? Hər hanı reforma gözləmək olarmı onlardan?

    • Siz nəhayət bir dəfə olsada bu intervyuya qulaq asacaqsınız ya yox.Qulaq assanız bu qəribə yazılar olmaz.

      • Elə çixir ki siz Azərbaycanda yaşadiğiniz dövrdə nə rüşvat almisiz nədə ki qeyri qanuni iş görmüsüz?! İnanan daşa dönsün))). Hakimiyətdə olanda benzin-dizelin keyfiyətini yaxşilaşdirardizda siz ki bilirdiz ən yaxşi xam mali olan ölkənin emaldan sonra keyfiyətsiz bir məhsulu əmələ gəlir, tak chto sidite i ne pudrite lyudam mozgi. Heydər Əliyevdən ümumiyətlə danişmayin sizlik deil, O, dahi insanin siyasətinə heç kim cata bilməz. Sizi kimilərini siyasətdə suya aparib susuz gətirən bir insan olub, birdə ki Azərbaycanin gələcəyini burda olanda fikirləşmək lazim idi. Mən çox raziyam bizim prezidentdən narazi olduğum bu millətin qaninda olan çaqqalliqdir(bəzilərini çixmaq şərti ilə) və belə milləti sərt əllə idarə etməsən bir birinin ətini yeyəllər

      • Bəli mən ömrü boyu heç kimdən rüşvət almamışam. Mənim və mənim kimilərin vəzifəsi susmaq yox yazdığınız təbirlə desək sizin kimilərin pudralanmış mozqlarını təmizləməkdir. Ancaq yazdığınızdan görsənirki mozqunuz çox pis gündədir.

  8. Rufat,öz gözündə tiri görməyənin başqasının gözündə tük axtarmaga mənəvi haqqı yoxdur.İkinci sənin H.Əliyevin dünyanın ən qatı diktatorlarından biri olub,indi də oglu davam edir.Elə Meksikadakı biabırçılıq sənin üçün kifayət deyilmi,oglunu da ilin korrupsioneri adlandırdılar.Utanıb yerə girmək lazımdır ki,sənin kimi yaltaqlar ya düşünmədən,ya da bir qab yala vicdanını itirərək diktatorları başının tacı bilir,buna nankorluq deyirlər.Dahi adlandırdıgın H.Əliyevin ona etimad göstərən hamını aldatdı,xalqı belə bir acınacaqlı vəziyyətə saldı.Xalqın varidatını elə acgözlüklə taladılar ki,elə bildilər ki,hamamda kisə çəkməklə qazanırlar.Dahinin savadı olsaydı və siyasətdən anlamı olsaydı,belə hərisliklə xalqın sərvətini talan etməzdi,Bununla da o özünü Azərbaycan tarıxində mənfi bir obraz kimi tanıtdı.Bu gün,sabah Meksikadakı heykəl əməliyyatı dünyanı bürüyəcək,hər yerdən,o cümlədən Azərbaycanın hər yerindən heykəlləri dagıdılıb yerlə yeksan olacaq.Bəs sən necə bilmişdin ki,xalqın sərvəti ilan sümüyüdür,bilmirdin ki,adamın bogazında qalar?Bədbəx oglu sən gör nə qədər dar düşüncəli adamsan ki,öz çaqqallıgını görmürsən,hələ başından yekə qələt edib millətə çaqqal deyirsən.Deməli sən həm də bu millətin övladı deyilsən,qanı xarab bir məxluqsan.Onu da bilməlisən ki,sənin dahin ölmüş bir müqəvva idi,məhz Rəsul Quliyevin sayəsində gəlib o kürsüyə qalxmışdı.Əvəzində isə ona qarşı nankorluq etdilər,odur ki,bəlasını görürlər.Mozqin yaxşı işləsəydi bunları anlamalı idin.

    • salam.xais edirem tehqir,xosa gelmez ifadeler o cur insana,sexsiyyete qarsi isdetmeyiniz hecde dogru duzgun yol deyil.siz o sexsiyyeti tam olaraq tanimirsizsa nece o tonda danisirsiz?onun vaxtinda xam neft yaxud ayri neft ve neft mehsullarinin keyfiyyetini hardan bilirsen,o vaxt azerbaycan oz hayinda idi sorada hazira nazir geldilerde .olmaz bele davranis xais edirem

      • Resul mellim esq olsun size,sizin her intervyuya qulaq asiram sizin dedikleriz tam ve durust dogrudur.kimse bos bos danisirsa sizin unvaniza o insanlar hec ozlerini tanimir.

      • Vuqar bəy,bu insanlara insan demək belə günahdır.O insan ki,vicdanını satır,qərəzlidir,sifarişlə hərəkət edir,onun insanlıqda payı ola bilməz.Özü də məntiqsiz,dəlil-sübutsuz,əsassız olaraq Rəsul Quliyev kimi bir şəxsiyyətə böhtan,təhqir dolu ifadələr işlətmək ən azından nankorluqur,xalqına düşmənçilikdir.Bunlar ya iqtidarın tör-töküntüsüdür,ya da Rəsul Quliyevə paxıllıq edən qərəzli müxalifət liderlərinin maskalanmış sifətləridir.Rəsul Quliyev sovet haküməti dövründə Neftayırma zavodunun direktoru işləyib,o dövrdə 20 qəpiyə görə cinayət işi açılırdı.İndi xalqın varidatı,sərvəti gözümüzün qabagında talan olur dinmirik,hələ canım sənə qurban deyirik.Amma keçmişdə Rəsul Quliyevin işlərini araşdırırıq.Sizcə vətən oglu,xalqını düşünən kəs belə boş,məntiqsiz işlə məşgul olarmı?Odur ki,belə zatıqırıq,nankor adamlara fikir vermə,meşə çaqqalsız olmaz,bu onların xislətindədir….

Geri izləmələr/Geri bildirişlər

  1. DİKTATORUN PORTRET CİZGİLƏRİ – 4 | RƏSUL QULİYEV - RASUL GULIYEV - Yanvar 14, 2013

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: