Siyasi İslahatlar – 2

Əvvəli

Müstəqil Azərbaycan Respublikasının yeni konstitusiyasının qəbul edilməsi zərurəti bir sıra amillərlə bağlı idi. Birincisi, Azərbaycan Respublikasının mövcud Konstitusiyası respublikamızın keçmiş SSRİ tərkibində olduğu zaman qəbul edilmişdi və ona bir sıra dəyişiklik və əlavələr edilmişdirsə də, müstəqilliyini bərpa etmiş və hüquqi dövlət quran ölkənin Əsas Qanunu kimi, öz hüququi və mənəvi əhəmiyyətini, müəyyən mənada, itirmişdir.

İkincisi, mövcud Konstitusiya respublikanın siyasi və iqtisadi sistemindəki dəyişiklikləri tam şəkildə əks etdirmirdi. Belə vəziyyətin uzun müddət davam etməsi “Konstitusiya vakuumu”nun yaranmasına gətirib çıxara bilərdi. Konstitusiya cəmiyyətin mikromodelidir. Hakimiyyət mexanizmi məhz Konstitusiya çərçivəsində fəaliyyət göstərir və ona əsaslanır ki, vətəndaşların hüquq və azadlıqlarına təminatlar məhz Konstitusiya vasitəsi ilə müəyyən olunsun. Bütün bunlar hüquqi sənədlər sırasında Konstitusiyanın mühüm rolunu bir daha təsdiqləyir.

Lakin Əsas Qanunun cəmiyyətdə rolu onun yalnız hüquqi sənəd olması ilə bitmir. Nəzərə almaq lazımdır ki, cəmiyyətdə son dərəcə mürəkkəb, çoxçalarlı, rəngarəng, müxtəlif, bir çox hallarda bir-birinə zidd maraq və mənafeləri əks etdirən münasibətlər sistemi mövcuddur. Əsas Qanun ictimai müqavilə rolunu oynayaraq, həmin tərəflərin Konstitusiya qəbuletmə anında qüvvələr nisbətini əks etdirir, göstərilən siyasi maraq və mənafeləri tarazlaşdırma funksiyasını yerinə yetirir. Bu baxımdan, onun həyata keçirdiyi siyasi missiya əvəzsizdir. Konstitusiya bütün siyasi sistemin hüquqi əsasını təşkil etməklə, insanların, onların ayrı-ayrı qruplarının, siyasi partiyaların dövlət hakimiyyətinin təşkilində iştirakları üçün apardıqları mübarizənin, habelə dövlət strukturlarının bu prosesdə fəaliyyətinin qaydalarını müəyyənləşdirir. Ölkədə demokratiyanın səviyyəsini əks etdirən əsas göstəricilərdən biri məhz bu qaydalara riayət olunması vəziyyətidir.

Konstitusiyanın cəmiyyətdə rolunu tam dərk etmək üçün onun ideoloji-tərbiyəedici funksiyasını da yaddan çıxarmaq olmaz. Fikrimizcə, Əsas Qanuna hörmət, onun nüfuzu cəmiyyətdə qanunçuluq prinsipinin bərqərar olmasında böyük əhəmiyyət kəsb edir.

1995-ci ildə ümumxalq səsverməsinə təqdim olunan Azərbaycanın yeni Əsas Qanununu necə təsəvvür edirdim, o, hansı prinsipial yenilikləri özündə əks etdirməli idi?

1995-ci ldə Konstitusiya komissiyasının yığıncaqlarında ifadə etdiyim prinsipial mövqeyimin bəzi məqamlarını tezislər formasında xatırlatmaq istəyirəm. Xarakterik çıxışlarımdan biri bundan ibarətdir:

“… “Başına gələn başmaqçı olar”- deyiblər. Yeni Konstitusiya qəbul edilərkən, bu gün qüvvədə olan Əsas Qanunumuzun “başına gələnləri” yaddan çıxarmamalıyıq. Təkcə son 6-7 il ərzində (1995-ci ilə qədərki dövr nəzərdə tutulur –R.Q.) onda aparılan dəyişikliklərin sayı bir neçə yüzü keçir və təəccüblü burasıdır ki, bununla belə, onun hələ də bəzi müddəaları qüvvədə olan qanunvericiliyə ziddir. Demək olar ki, hər dəfə yeni qanun qəbul edərkən, onu Əsas Qanunla tutuşdurmaq məcburiyyətində qalırıq. Yeni Konstitusiya olmadığı üçün normativ bazamızın söykənəcəyi də yoxdur. Beləliklə, qanunvericilik üçün dayanıqlı Əsas Qanunun olması vacibdir. Bu sənəd bir il, beş il, keçid dövrü üçün yox, on illər üçün hazırlanmalıdır.

Əlbəttə, yaranan bütün vacib ictimai münasibətləri daim tənzimləyə biləcək tam “möhkəm”, “əbədi” Konstitusiya hazırlayıb qəbul etmək çox çətindir və bəlkə də heç mümkün deyil. Hətta haqqında həsədlə danışdığımız ABŞ Konstitusiyasına da sonradan dəyişikliklər edilmişdir.

Bununla belə, Azərbaycanı əhatə edən reallıqlar göstərir ki, möhkəm və sonrakı dəyişikliklərdən mümkün qədər “sığorta təminatı”na malik Konstitusiyaya daha çox ehtiyac var. Yeni Konstitusiya qəbul edilərkən, respublikamızın geosiyasi vəziyyəti, bəzi daxili və xarici qüvvələrin Azərbaycan dövlətinin müstəqilliyinə qəsd ehtimalları ciddi nəzərə alınmalıdır. Xalqın qəbul edəcəyi bu sənəd hakimiyyətə gəlməyin yalnız bir yoluna – konstitusiyalı qaydaya real, yuridik təminatçı olmalıdır.

Fikrimizcə, hüquqi-texniki baxımdan Əsas Qanunun uzunömürlülüyünü təmin etmək üçün bir çox dövlətlərin konstitusiya qanunvericiliyi təcrübəsində rast gəlinən “dəyişilməz müddəalar” prinsipindən istifadə etmək yerinə düşərdi. Məsələn, Türkiyənin qüvvədə olan Anayasasının IV maddəsinə görə, “Türkiyədə respublika üsul-idarəsinin mövcudluğu, onun demokratik, dünyəvi və sosial bir hüquq dövləti olması, ölkəsi və milliyyəti ilə bölünməzliyi və bəzi başqa həlledici məqamları təsbit edən müddəaları heç vaxt dəyişdirilə bilməz və dəyişdirilməsi təklif oluna bilməz”. Bu cür “əbədi” prinsiplərin mövcudluğu dövlət çevrilişi və başqa Konstitusiyaya zidd yollarla hakimiyyəti ələ keçirmək, məmləkəti azadlıq və müstəqillik yolundan döndərmək eşqinə düşənlərin qarşısında ciddi sipər çəkərdi.

Konstitusiyadakı digər müddəaların da dəyişdirilməsini və oraya əlavələr edilməsini çətinləşdirən mexanizm işləyib hazırlamaq lazımdır. Bunun üçün yenə xarici ölkələrin təcrübəsindən istifadə edərək, yalnız referendum, pilləli səsvermə qaydalarını tətbiq etmək olar.

Hakimiyyətin bölünməsi – hüquqi dövlətin zəruri dayaqlarından biri olan bu müddəa hələ 1991-ci il dekabrın 29-da referendumla təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında öz əksini tapmışdır. Bu prinsipə görə, respublikamızda qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Parlamenti, ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikasının Prezidenti, məhkəmə hakimiyyəti isə müstəqil məhkəmələr tərəfindən həyata keçirilir.

Hüquqi dövlətin əsas prinsiplərindən biri də dövlət hakimiyyətinin bütün qollarının formalaşmasında xalqın siyasi iradəsinin əks olunması, yəni bu qolların birbaşa və ümumi seçkilər yolu ilə təşəkkül tapmasıdır. Məlumdur ki, hakimiyyət mandatını yalnız xalqdan alan dövlət hakimiyyət orqanı başqa hakimiyyət strukturları ilə siyasi rəqabətdə (hakimiyyətin bölünməsi prinsipi bunu zəruri edir) özünü sərbəst hiss edə bilər.

Biz parlament və məhkəmə orqanlarının yaranmasında əhalinin iradəsinin tam nəzərə alınmasının təmin olunması üçün də yeni Əsas Qanunda zəruri mexanizm işləyib hazırlamalıyıq. Yalnız bundan sonra biz hakimiyyətin bölünməsi prinsipinin Azərbaycan Respublikasında tam bərqərar olmasından danışa bilərik.

Təcrübə göstərir ki, hələ özünün ilk kövrək addımlarının atan müstəqil dövlətimiz üçün bu prinsipin böyük əhəmiyyəti var. Beynəlxalq təcrübə göstərir ki, xüsusən müstəqillik yoluna qədəm qoyan dövlətlərdə hakimiyyətin bu və ya başqa qolu hakimiyyəti tək əldə cəmləməyə tez-tez cəhd edir. Bax, belə vəziyyətlərdə hakimiyyətin bölünməsi prinsipinin özbaşınalığa sipər qoyma, tarazlaşdırma kimi əvəzsiz keyfiyyətləri üzə çıxır. Bir daha qeyd etməliyəm ki, çevriliş cəhdləri ilə “zəngin” olan dövlətçiliyimizin təcrübəsi bizi vadar edir ki, bu müddəanı nəinki yeni Əsas Qanunda təkrarlayaq, həm də onun həyata keçməsi üçün müvafiq mexanizm işləyib hazırlayaq.

Hakimiyyətin bölünməsi mexanizminin işləməsi üçün vacib şərtlərdən biri də onun üçüncü qolunun – məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasıdır. Son illər bu istiqamətdə müəyyən addımlar atılsa da, bütövlükdə məhkəmə islahatının keçirilməsi üçün az iş görülmüşdür. Xüsusilə Konstitusiya Məhkəməsinin olmaması bir sıra ciddi problemlər yaradır. Yeni Konstitusiyada məhkəmə hakimiyyəti ilə bağlı müddəalar sonradan bu sahədə qəbul ediləcək qanunlar üçün normativ baza olacaqdır.

Konstitusiya insan hüquq və azadlıqlarına təminat yaratmalıdır. Əgər mövcud Konstitusiya ilk növbədə dövlətin maraqlarını müdafiə edirsə, yeni Konstitusiyada insan hüquqlarına, insanın maraqlarına üstünlük verilməlidir. Konstitusiya insan və dövlətin yeni münasibətlər sistemini formalaşdırmalıdır. Biz həmişə insanların dövlət qarşısında daşıdıqları məsuliyyətdən danışmışıq. Hazırda dövlətin də insan qarşısında daşıdığı məsuliyyəti yeni hüquqi sənəddə əks etdirməliyik. Vətəndaşların və dövlətin məsuliyyəti qarşılıqlı xarakter daşımalıdır.

Yeni Əsas Qanunda insan və vətəndaş hüquqları ilə bağlı yeni yanaşma üsuluna üstünlük verilməlidir. Axı insan və vətəndaşların hüquq və azadlıqları ilə bağlı normalar sosialist ölkələri konstitusiyalarında da öz əksini tapmışdı. Lakin onların real təminatından heç bir söhbət gedə bilməzdi. Biz yaxşı dərk edirik ki, təkcə Konstitusiya ilə hüquq və azadlıqların həyata keçirilməsinə nail olmaq mümkün deyil. Lakin bir həqiqəti də dərk etməliyik ki, insan hüquqlarının qorunması üçün mükəmməl Konstitusiya qanunvericiliyi olmasa, ali qanunvericilikdə heç bir şeyə nail olmaq mümkün deyil. Buna görə də yeni Konstitusiyada vətəndaşların şəxsi (yaşamaq, şəxsi toxunulmazlıq və s. hüququ), siyasi (səsvermə, yığıncaqlar keçirmə, siyasi partiyalarda birləşmə və s. hüququ), iqtisadi, sosial və mədəni hüquqları (əmək, mülkiyyət, təhsil, yaradıcılıq və s. hüququ) öz əksini tapmalı və onların real təminatı üçün hüquqi baza yaradılmalıdır. Digər tərəfdən, bütün qanunvericiliyimizdə, xüsusən insan hüquqları ilə bağlı olan normativ sənədlərdə beynəlxalq hüquqi normalarla müəyyən olunmuş təminatlar və öhdəliklər nəzərə alınmalıdır. Beynəlxalq normaların milli qanunvericiliyə nisbətən üstünlüyü birmənalı şəkildə Əsas Qanunda öz yerini tapmalıdır.

Dövlət hakimiyyətinin təşkili ilə bağlı bir məqama da toxunmalıyıq. Elə bir hüquqi baza yaradılmalıdır ki, səlahiyyət müddətini başa çatdırmış hakimiyyət qolu sakit, təzyiqsiz, yalnız qanun çərçivəsində öz yerini sələflərinə verə bilsin. Yeni dövlət orqanı da hakimiyyət estafetini qəbul edərək, ondan Konstitusiyaya əsasən istifadə etməlidir. Bu baxımdan, dövlətin həyatında əvəzolunmaz rol oynayan parlamentin tərkibinin vaxtlı-vaxtında yeniləşməsinin böyük əhəmiyyəti var”.

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

2 Cavab to “Siyasi İslahatlar – 2”

  1. Mən 1-ci qrup Qarabag müharibəsi əliliyəm 20 ildir mənim haqımı pulumu prezident ilham yeyir 4 dəfə prezident aparatında olmuşam ilham məni qəbul eləmədi lakin PA Nailə adlı bir qadın mənə dediki prezident ilham əliyev Qarabag əlilini qəbul eləmir Allaha and olsun məndə dedimki elə buna görədirki ilham Qarabag torpagını ala bilmir və alada bilməyəcək.Mən bir Qarabag əlili kimi buradan deyirəm ilhamı bəyənənlərə ilhama səs verənlərə mən bu vəziyətimi arzulayıram mən bu vəziyətimi ilhamı dəsdəhləyənlərin balasına bu vəziyətimi arzulayıram kimdə məni qınasa bavalım o kəslərin boynuna buda mənim telefonum 0503183886.
    ———————————————————————————————————————
    salam Rəsul müəllim mən bir yaxın qohumumu rayonda həkim kamisiyası baxdılar göndərdilər bakıda həkimdən keçəndə həkimlər rəy vermişdirki bu uşaq hərbiyə gedə bilməz məndə həmin bakıdakı həkim verdiyi kagızı uşagı götürdüm getdim həkimin yanına həkimin otagında başq bir həkimdə vardır kagızı həkimin ikisidə oxudu mən qılsa yazıram sonra həkim axdardı bir kitab çıxardı oxudu həkim dedimki həkim nə oldu həkim dedilki sən bilmirsən bu haqda kitabda yazılıb baxaq görək uşaq hərbiyə gedə bilər ya yox bu qanun kitabıdır kəsəsi həkim xeyli oxudu həmkarıyla məsləhləşdi məndə baxiram ki bu hakimiyətin özü faşifkadır bunların yazdıgı qanun nə dəyəri olasıdır mən dözə bilmədim və dedimki həkim de görüm oxudugun kitabdakı qanun güclüdür yoxa prezident ilham əliyev həkim dediki prezident ilham əliyev mən dedimki o kitabı tulla zibiliyə həkim cavab verə bilmədi mənim qohumumuda hərbi xidmətə apardılar.. Rəsul müəllim o azərbaycan kanstutisiyasıki imkan verir ki preident ilham ölkəni atasının şəxsi malı kimi yeyib talasın 148 milyard ovşar ölkələrə aparsın Dubayda övladlarına 9 villa tikdirsin eləcədə Çexiyada Ukrayinada otellər villar tikdirirsə deməli o kitan bir çürük əski parçasıda deyl baxın bu kanstutsiya erməniləşmiş hakimiyətin qarşısını ala bilmirsə atın zibilliyə.

Geri izləmələr/Geri bildirişlər

  1. Siyasi İslahatlar – 3 | RƏSUL QULİYEV - RASUL GULIYEV - Fevral 2, 2013

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: